Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-310/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1982-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dərəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Dərəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, A.Səhhət küçəsində nömrəsiz fərdi tikilidə yaşayan, 30 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 aprel 2021-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında **- ZX-*** dövlət nömrə nişanlı “Krone SDP27” yarımqoşqu ilə idarə etdiyi **-UY-*** dövlət nömrə nişanlı “X14 yük” markalı yük avtomobili ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin kitab-dəftər üzlüyü anbarına daxil olub avtomobildə olan yükü boşaltdıqdan sonra MMC-nin anbar ərazisindən avtomobil yoluna çıxdıqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı kimi avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevri təhlükəsiz başa çatdırmaq, arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmaq, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və yol hərəkəti qaydalarını pozub idarə etdiyi avtomobili arxaya hərəkət etdirdikdə X8 "xxxx" MMC-nin anbarının ərazisindən çıxmaq istəyərkən onun idarə etdiyi avtomobilin yarımqoşqusu ilə giriş darvazasının arasında sıxılıb qalmaqla ehtiyatsızlıqdan sonuncuya sol ağciyərin, ürək kisəsinin zədələnməsi, sol tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX qabırğaların yayılmış sınıqları, sol körpücük və sol mil sümüyünün sınığı, çiyin qurşağının hematoması və sıyrıqları, bədənin qançır və sıyrıqları, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirmiş, həmin xəsarətlərdən sol tərəfli qabırğaların sınıqları və sol ağciyərin, ürək kisəsinin zədələnməsi nəticəsində kəskin qanitirmə İsabala İsrəfılovun həmin gün saat 19 radələrində Elmi-Tədqiqat Travmatologiya və X2 şöbəsində ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Cəbrayıl Əsədullayevin həyat yoldaşının adına olan **-ZX-*** dövlət nömrə nişanlı “Krone SDP27” modelli yarımqoşqu və “X14 yük” markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobili aylıq 500 manat icarəyə götürüb, yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. O, Lökbatan qəsəbəsində yerləşən “Abşeron Loqistika” yük boşaltma məntəqəsində müştəri gözləmiş, xarici ölkələrdən məntəqəyə mallar daxil olduqda mal qəbulçularının çağırışı əsasında malların olduğu vaqona getmiş, vaqondan mallar yük avtomobilinə yüklənmiş və mal qəbulçularının qeyd etdikləri ünvanlara çatdırmış, hər bir reys üçün 80 manat pul almışdır. Hadisə baş verdiyi "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanına əvvəllər bir dəfə getmişdir, yükün boşaldılması, anbara daxil olma və çıxmada hər hansı problem olmamışdır. 26 aprel 2021-ci il tarixdə saat 14 radələrində **-ZX-*** dövlət nömrə nişanlı “Krone SDP27” modelli yarımqoşqu ilə idarə etdiyi “X14 yük” markalı 99- UY-644 dövlət nömrə nişanlı avtomobilə kağız üzlükdən ibarət rulon və palet şəkildə olan yüklər yüklənmiş, təxminən saat 14:30 radələrində məntəqədən çıxıb ünvan 3 ünvanında yerləşən anbara yola düşmüşdür. Yolda olarkən sonradan adını bildiyi Aman adlı şəxslə əlaqə saxlayıb vaxt itkisi olmaması və avtomobil uzun olduğundan yolda tıxac yaranmaması üçün anbarın darvazasını açmasını xahiş etmişdir. Saat 15:30 radələrində anbara çatmış, darvaza açıq olmuşdur. İçəri daxil olub sağ tərəfdə yerləşən anbara tərəf hərəkət etmişdir. Həmin vaxt anbarda Fuad və Fərid adlı şəxslər olmuşdur. Fərid avtokarı idarə edib yük avtomobilinin içərisində olan palet və rulonları qapalı yerə yığmışdır. Təxminən saat 17:50 radələrində yüklər tamamilə boşalmış, artıq o, evə getmək üçün avtomobili idarə edib giriş darvazasına tərəf getmişdir. Darvaza açıq olmuşdur, ensiz olduğuna görə darvazadan rahatlıqla çıxa bilmək üçün əvvəlcə düzünə hərəkət edib avtomobil tam çıxdıqdan sonra sağa dönməyi düşünmüşdür. Avtomobili darvazadan çıxararkən o, yolu tam kəsdiyinə görə məcbur olub yolu keçən digər avtomobillər keçib getdikdən sonra hərəkətini davam etdirmək üçün avtomobili bir qədər arxaya hərəkət etdirmiş, bu zaman yan güzgü ilə arxaya tərəf baxmış, ona hər hansı bir maneə görünməmişdir. Avtomobil darvazandan təxminən 60-70 sm çıxdığı üçün düşünməmişdir ki, kimsə həmin vaxt darvazadan çıxa bilər. Lakin arxaya hərəkət etdikdə darvaza ilə avtomobilin arasında nəyinsə ilişib qaldığını bilmiş, dərhal avtomobili irəliyə hərəkət etdirib saxlamış və darvazaya yaxınlaşdıqda sonradan adını bildiyi İsabala İsrəfilovun avtomobillə darvazanın arasında sıxılıb qaldığını başa düşmüşdür. Bundan sonra hadisə yerinə gəlmiş Amanın idarə etdiyi avtomobillə X3 aparmışlar, orada müayinə olunaraq döş qəfəsinin travması, sol tərəfdən qabırğaların sınığı, sol körpücük sümüyünün sınığı, sol çiyin qurşağının hemotoması diaqnozu qoyulmuşdur. Daxili orqanların yoxlanılması üçün Bakı sağlamlıq mərkəzinə göndərilmiş, tibbi avadanlıqların işləməməsi əsas gətirilərək oraya qəbul olunmamış, buna görə də oradan “Ege Hospital”a aparmışlar. Lakin orada da tibbi mütəxəssislərin işdə olmaması səbəbindən İsabala qəbul edilməmiş və TTYS avtomobili ilə yenidən Travmatologiya İnstituna qaytarılmışdır. Orada daxil olanadək İsabala sağ olmuş, sol tərəfində olan kəskin ağrılardan şikayətlənsə də, özü gəzə və danışa bilmişdir. Bundan sonra reanimasiya şöbəsinə qaldırılmış, təxminən 30 dəqiqədən sonra dünyasını dəyişməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, əməlindən səmimi peşmandır, o, mərhumun dəfn və digər xərclərini ödəmiş, mərhumun həyat yoldaşı olan hüquqi varisi ilə barışıq əldə etmişdir, hüquqi varisin ona qarşı şikayəti və tələbi yoxdur. Bundan başqa himayəsində üç azyaşlı uşağı vardır. Qeyd etdiklərinin nəzərə alınıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin hüquqi varisi X6 22 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona vurulmuş maddi, mənəvi zərər tam ödənilmişdir. Xəstə olduğunu nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi sözügedən ifadəsində göstərmişdir ki, o, 1978-ci ildə İsabala İsrəfılovla ailə həyatı qurmuş, həmin evlilikdən iki övladı, Nurlan və Ramin İsrəfilovlar dünyaya gəlmişdir. Ramin evli olmuş və 2016-cı ildə Nurlanın xəstəliyi səbəbindən intihar edərək ölmüşdür. Nurlan səkkiz ildir ki, qaraciyər serrozundan əziyyət çəkmişdir. Həyat yoldaşı İsabala əvvəllər Zərdab rayonunda ustalıqla məşğul olub ailəsini dolandırmışdır. Təxminən iki ildir ki, İsabala Nurlanın xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Belə ki, maddi vəziyyətləri pis olduğundan və övladının əməliyyatı üçün çox miqdarda pul lazım olduğundan İsabala Bakı şəhərində imkanlı şəxslərə və televiziya kanallarına müraciət etmişdir. İsabalanın Bakıda qalmağa yeri olmadığına görə o, bəzən hadisənin baş verdiyi anbarda qalmışdır. Həmin yerə İsabala Seymur adlı şəxsin vasitəsilə getmişdir. Seymur ona Nurlanın xəstəliyi ilə bağlı kömək üçün müxtəlif qurumlara müraciət etməyə yardım göstərmişdir. Hadisə baş verən gün, yəni 26 aprel 2021-ci il tarixdə saat 20 radələrində evdə olan zaman həyat yoldaşı İsabalanın anbarda Seymuru gözləyərkən Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi yük maşını ilə anbarın darvazasının arasında qalaraq xəsarət aldığını və aldığı bədən xəsarətlərindən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ölməsini öyrənmişdir. Həyat yoldaşı İsabala İsrəfilovun ölümündə yük maşının sürücüsü Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs həyat yoldaşının ölümü ilə bağlı çəkilən xərcləri tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC 14 oktyabr 2003-cü il tarixdə atası Firdovsi Cəfərov tərəfindən təsis edilmişdir. 01 fevral 2019-cu il tarixdən MMC-də direktor vəzifəsinə təyin edilmişdir. MMC ilk vaxtlarda çap-mətbəə fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ildən etibarən isə həmçinin, kağız məhsullarının idxalı ilə məşğul olmuşdur. Əvvəlcə idxal etdiyi məhsulları 3 saylı Bakı mətbəənin sahəsində olan anbarda saxlamışlar. 2019-cu ildə isə hazırda hadisənin baş verdiyi Keşlə qəsəbəsi, Yenikənd küçəsi, 2213-cü məhəllə ünvanda yerləşən anbarda məhsullar yığılmışdır. MMC-nin sifarişi əsasında xarici ölkələrdən gələn kağız məhsulları rulon və palet şəklində yüklənmiş vaqonlarla Lökbatan qəsəbəsində yerləşən “Abşeron Loqistika” yük boşaltma məntəqəsinə gətirilmiş, bundan sonra həmin məhsullar tırlara yüklənib anbarlara daşınmışdır. Anbardan isə ayrı-ayrı mətbəələrə daşınmaqla satışı həyata keçirilmişdir. 26 aprel 2021-ci il tarixdə saat 18:00 radələrində anbarda işləyən işçilərdən Fuad ona zəng edib əslən Zərdab rayonundan olan, həmkəndlisi İsabala İsrəfilovun anbarın darvazasının çıxışında anbardan çıxan yarımqoşqulu yük avtomobilinin arasında qalmasını bildirmişdir. İsabala İsrəfılovu bir-iki dəfə Seymurun yanında gördüyündən zəng edib maraqlandıqda sonuncu təklifi ilə İsabala İsrəfilov qaraciyər serrozundan əziyyət çəkən Nurlan adlı oğlunun müalicəsinə maddi köməklik etmək üçün həmin anbara gəldiyini demişdir. Dərhal anbara getdikdə, İsabala İsrəfilovu darvazanın yanında uzanıqlı vəziyyətdə görmüş, həmin vaxt **-ZX-*** nömrəli yük avtomobilinin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs sonuncunun yanında durmuşdur. İsabala sağ olduğuna görə istifadəsində olan avtomobillə X1 aparmış, orada müayinə olunaraq döş qəfəsinin travması, sol tərəfdən qabırğaların sınığı, sol körpücük sümüyünün sınığı, sol çiyin qurşağının hemotoması diaqnozu qoyulmuş, daxili orqanlarının yoxlanılması məqsədilə Bakı sağlamlıq mərkəzinə göndərilmiş, orada tibbi avadanlıqların işləməməsi əsas gətirilmiş və oraya qəbul olunmamış, buna görə də oradan “Ege Hospitalı”na aparmışdır. Lakin, orada da tibbi mütəxəssislərin işdə olmaması səbəbindən qəbul edilməmiş və TTYS avtomobili ilə yenidən Travmatologiya İnstituna qaytarılmışdır. Orada daxil olanədək İsabala sağ olmuş, sol tərəfində olan kəskin ağrılardan şikayətlənsə də, özü gəzə və danışa bilmiş, bundan sonra reanimasiya şöbəsinə qaldırılmış, təxminən 30 dəqiqədən sonra dünyasını dəyişməsi barədə məlumat verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 26 aprel 2021-ci il tarixli protokoldan, protokola aid sxem və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarın ərazisinə açılan ikitaylı dəmir darvaza boşluğudur. Mövcud məlumata görə, 26 aprel 2021ci il tarixdə saat 18 radələrində qeyd olunan müəssisənin ərazisindən çıxmış Təqsirləndirilən şəxs idarə etdiyi “X14 yük” markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobil darvazadan çıxaraq hərəkət etdiyi zaman avtomobilin yarımqoşqusu ilə darvazanın çərçivəsi arasında qalmış 1955-ci il təvəllüdlü X8 bədən xəsarəti alaraq xəstəxanada ölmüşdür. Müəssisənin ikitaylı darvazasının hər iki tayı tam açılmış və yerində təsbit olunmuş vəziyyətdədir. Hadisə günü avtomobili idarə etmiş Təqsirləndirilən şəxs müəssisənin qarşısındakı asfalt örtüklü yolda saxladığı avtomobili təqdim edərək hadisənin baş vermə şəraitini əyani şəkildə izalı etmişdir. Avtomobilin eni 258 sm, uzunluğu 18 metrdir. Baxış zamanı avtomobilin üzərində adi gözlə görünən hər hansı sınma, qopma, dağılma izləri müşahidə edilmir. Eyni zamanda avtomobilin yarımqoşqusunun sol yan bortunun arxa son hissəsinin səthi üzərində yer səthindən 128 sm hündürlükdə açıq-aydın sürtünmə izləri vardır. Sürtünmə izlərinin uzunluğu təxminən 20-25 sm təşkil edir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin iz hadisə zamanı yaranmışdır. Müəssisənin darvazası öyrəndildikdə müəyyən edilmişdir ki, darvazanın hər iki tayı ayrı-ayrılıqda həncamə üzərində asılmışdır. Darvaza tayları təqəbə dəmirdən hazırlanmışdır, düzbucaqlı formalıdır. Darvaza taylarının üzərində baxış zamanı sınma, dağılma, qopma izləri müşahidə edilmir, darvaza laylarını maneəsiz açıb-bağlamaq mümkündür. Ətraflı öyrənildikdə müəyyən edilmişdir ki, küçə tərəfdən baxdıqda darvazanın sağ tayının çərçivəyə yaxın künc hissəsi üzərində eləcə də, həmin yerlə eyni hündürlükdə çərçivə quraşdırılmış hasarın tin yerində sürtünmə izləri müşahidə edilir. Ölçdükdə müəyyən edilmişdir ki, göstərilən izin torpaq səthindən hündürlüyü 128 sm təşkil edir. Avtomobilin, eləcə də darvazanın və divarın üzərində yaranmış sürtünmə yerlərində qanabənzər ləkələr və digər maddənin qalığı adi gözlə görünmür. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı darvazadan çıxıb getmək istədikdə, qarşıda maneə gördüyü üçün avtomobili arxaya tərəf hərəkət etdirmiş və həmin zaman İsabala İsrəfilov darvazadan çıxmaq istədikdə avtomobil və darvazanın arasında qalıb xəsarət almışdır. (i.v. 10-19) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 26 aprel 2021-ci il tarixli 2/5126 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 15) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-dən bir ədəd CD diskdə olan iki ədəd videogörüntüyə baxış keçilməsi barədə 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, birinci videogörüntüyə baxış zamanı görüntülərin 26 aprel 2021-ci il tarixdə saat 17:53-də qeydə alındığı müşahidə edilir. Həmin görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarın darvazasından asta sürətlə bir ədəd yük avtomobili çıxmış, bir qədər çıxdıqdan sonra anbarın içərisindən bir nəfər başında ağ rəngli papaq olan kişi avtomobilin arxasına keçmiş, daha sonra avtomobilin sol tərəfi ilə darvazanın arasında olan boşluğa daxil olmuş, saat 17:53:48-də yük avtomobili asta sürətlə arxaya doğru hərəkət etmiş, bu zaman həmin kişi avtomobil ilə darvazanın arasında ilişib qalmışdır. Yük avtomobili bir qədər də arxaya doğru hərəkət etdikdən sonra anbarın içərisindən bir nəfər şəxs qaçaraq küçəyə çıxmış, bundan sonra yük avtomobili önə doğru hərəkət etmiş, qapı ilə yük avtomobilinin arasında qalmış şəxs anbarın içərisinə doğru hərəkət etmişdir. Diskdə olan ikinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülər anbarın giriş qapısından küçə hissəni qeydə almışdır. Həmin videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, yük avtomobili anbarın darvazasından asta sürətlə çıxmış, yolun orta hissəsində dayanmış, bundan sonra yük avtomobili asta sürətlə arxaya doğru hərəkət etmiş, bir qədər arxaya hərəkət etdikdən sonra anbarın içərisindən bir nəfər kişi qaçaraq yük avtomobilinin sürücüsü tərəfə getmiş, bundan sonra yük avtomobilinin sürücüsü avtomobili irəliyə dogıu hərəkət etdirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərin hadisə anının qeydə alındığı görüntülər olması, görüntülərdə olan yük avtomobilinin onun idarə etdiyi **-ZX-*** dövlət nömrə nişanlı “Krone SDP27” modelli yanmqoşqusu olan, “X14 yük” markalı **-UY-*** dövlət nömrə nişanlı avomobil olması, həmin an avtomobilin sükanı arxasında özünün olmasını və avtomobil darvazadan bir qədər çıxdıqdan sonra yolu keçən digər avtomobillərə maneçilik törətməməsi üçün geri hərəkət etdikdə avtomobillə anbarın darvazasının arasında qalan şəxsin X8 olmasını bildirmişdir. (i.v. 82-83) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 22 may 2021-ci il tarixli 54 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X4 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: sol ağciyərin ürək kisəsinin zədələnməsi. sol tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX qabırğaların yayılmış sınıqları, sol körpücük və sol mil sümüyünün sınığı, çiyin qurşağının hematoması və sıyrıqları, bədənin qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, xəstəxanaya daxil olmamışdan az əvvəl, yəni 26.04.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən avtomobilin yarımqoşqusu ilə darvaza arasında sıxılıb qalması nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. X4 ölümünə sol tərəfli qabırğaların sınıqları və sol ağciyərin, ürək kisəsinin zədələnməsi nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 4-8 saat əvvəl baş verə bilərdi. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 90-94) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 iyul 2021-ci il tarixli 8/1439 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Mercedes-Benz Axor markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı, Krone SDP27 markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 109-112) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmək təhlükəsizliyi ekspertizasının 08 iyul 2021-ci il tarixli 10/3061 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-ZX-*** dövlət nömrə nişanlı “Krone SDP27” modelli yarımqoşqusu olan, “X14” markalı, **-LY-*** dövlət nömrə nişanlı yük avtomobilini arxaya verməzdən əvvəl yaxınlığında (arxada) adamların olmamasına əmin olmadan hərəkətə başladığına görə, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri onun tərəfindən pozulmuşdur. (i.v. 113- 117) -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 27 avqust 2021-ci il tarixli 087-23561-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 16 dekabr 2019-cu il tarixdə “BCE” kateqoriyalı AD 305740 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhrum olunması barədə məlumat X7 qeydə alınmamışdır. (i.v. 136) - 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 162) - 31 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qüvvədə saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrinin tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanla əlaqədar X5 zərərçəkmiş şəxs qismində tanınmamış, hadisəni özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 164-171) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 132) -Nikah, doğum şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahından 11 sentyabr 2005-ci il təvəllüdlü Sərkan, 17 aprel 2007-ci il təvəllüdlü İbrahim və 30 dekabr 2020-ci il təvəllüdlü Güley adlı uşaqları doğulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 55 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə cəmi 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-310/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-310/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver