Məhkəmə qərarları › İş №1(007)-311/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-311/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-311/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi – Nümayəndə, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Zəngi” liseyinin 01 dekabr 2021-ci il tarixli 24 nömrəli əmri ilə robototexnika dərnəyinin rəhbəri təyin edilib işləyərkən, şagirdlərin bilik və bacarığının artırılması üçün istifadə olunması məqsədilə liseyin direktor müavini Nümayəndə tərəfindən 16 fevral 2021-ci il tarixli qəbzlə ona təhvil verilməklə etibar edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Zəngi” liseyinin avadanlıqları siyahısına daxil olmaqla liseyə məxsus işlək vəziyyətdə olmuş 2 ədəd «ACER» markalı noutbuk, 10 ədəd işlək vəziyyətdə olmayan noutbuk, 6 ədəd “HP” markalı monitorsuz kompyuter, «ACER» markalı 6 ədəd işlək vəziyyətdə olan kompyuter dəsti, 1 ədəd işlək vəziyyətdə olan adapteri olmayan “3d” printer, 3 ədəd işlək vəziyyətdə olmayan monitor, 1 ədəd yeni, işlək vəziyyətdə olan “XENON” markalı printer, 2 ədəd “ADİN” markalı işlək vəziyyətdə olan modern aparatı və 1 ədəd işlək vəziyyətdə olan dron aparatını öz öhdəliyinə qəbul edib “Zəngi” liseyinin robototexnika dərnək otağında yerləşdirməklə həmin avadanlıqların qorunub saxlanmasına və sazlığına birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 01 dekabr 2021-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövr ərzində ona etibar edilmiş 2 ədəd, hər biri 500 manat dəyərində olan “ACER” markalı “Extensa 15” modelli noutbuk və 6 ədəd “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli hər biri 300 manat dəyərində olan sistem bloku, 6 ədəd “ACER” markalı “V206HQL” modelli hər biri 100 manat dəyərində olan monitoru, cəmi 3400 manat dəyərində ona etibar edilmiş özgə əmlakı olan kompyuter avadanlıqlarını mənimsəyərək talayıb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Zəngi” liseyinə 3400 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir, barışıq əldə olunmuşdur, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmişdir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Zəngi” liseyində direktor vəzifəsində işləmişdir. İxtisasca fililoqdur, Azərbaycan dili və ədəbiyyatdan uzun müddət tədris etmişdir. “Zəngi” liseyində direktor kimi vəzifəsi dərs saatlarını bölüşdürmək, dərslərin gedişatına, şagirdlərin davamiyyətinə və s. digər bütün sahələrə nəzarət həyata keçirməkdən ibarət olmuşdur. Bununla yanaşı məktəbin inventarlarının qəbul edilməsinə, həmin vəsaitlərin sazlığının qorunub saxlanılmasına məsul şəxs məktəbin təsərrüfat müdiri Nümayəndə olmuşdur, Nümayəndə işlədiyi dövr ərzində daim məktəbin inventarlarının qorunmasına, onların sazlığına vəzifəsinə uyğun formada nəzarət etmişdir. Həmin inventarları notebook, kompyuterlər və digər cihazları «Zəngi» liseyinin müəllim-şagird kollektivinin istifadəsinə verilməsini təşkil etmiş, belə ki, qəbul edilmiş ümumi qaydaya uyğun olaraq müəllimlər şifahi şəkildə Nazim İsmayılava və ya ona müraciət etmiş, Nümayəndə isə müraciət etmiş müəllimin ehtiyac kimi göstərdiyi inventarları imza etdirməklə müəllimlərə və dərnək rəhbərlərinə təhvil vermişdir. Müəllimlər və dərnək rəhbərləri imza edərək inventarları qəbul etdikdən sonra onları özlərinin istifadəsinə götürmüşdür. 2021-ci ilin dekabr ayında bacarıqlarının genişləndirilməsi məqsədilə innovasiya otağının yaradılması üçün Təqsirləndirilən şəxs Zəngi liseyinə dərnək rəhbəri vəzifəsinə işə götürülmüşdür. Təqsirləndirilən şəxs işə götürüldükdən bir müddət sonra innovasiya otağı kompüter və digər müasir cihazlarla təchiz edilmişdir, həmin otağın açarı da Təqsirləndirilən şəxs olmuşdur. Belə ki, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs verilmişdi ki, sonuncu öz işini səmərəli şəkildə həyata keçirə bilsin. Həmin innovasiya otağında olan kompüterlər də Təqsirləndirilən şəxs tərəfindən Nümayəndə təhvil alınmışdır. Nümayəndə innovasiya otağında olan kompüerləri Təqsirləndirilən şəxs imza etdirməklə vermiş, Təqsirləndirilən şəxs dərnək rəhbəri kimi, həmçinin digər kompüter və avadanlıqlarla təchiz olunmuş otaqda fəaliyyət göstərən müəllimlərə kompüterləri, digər cihazları düzgün formada işlətmələrini, sazlığını qorumağı tapşırmışdır. Yəni, faktiki olaraq həmin otaqda olan bütün avadanlıqlara maddi məsul şəxs Təqsirləndirilən şəxs olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində fəaliyyət göstərdiyi otağa kompüterlərin, printerlərin yerləşdirilməsi ilə əlaqədar xəbərdarlıq edib, Təqsirləndirilən şəxs yazılı iltizam almışdır ki, innovasiya otağı həmin cihazlarla təzhiz olunmuşdur. Təqsirləndirilən şəxs də bununla əlaqədar həmin cihazları qəbul etməsi barədə Nümayəndə kağızda yazaraq imza edib vermişdir. «Zəngi» liseyi tərəfindən liseyin inventarına aid olan 2 ədəd “ACER” markalı yeni, işlək vəziyyətdə olan noutbuk, 10 ədəd işlək vəziyyətdə olmayan noutbuk, 6 ədəd “HP” markalı monitorsuz kompyuter, “ACER” markalı 6 ədəd işlək vəziyyətdə olan kompyuter dəsti, 1 ədəd işlək vəziyyətdə olan adapteri olmayan 3d printer, 3 ədəd işlək vəziyyətdə olmayan monitor, 1 ədəd yeni, işlək vəziyyətdə olan “XENON” printer, 2 ədəd “ADİN” markalı işlək vəziyyətdə olan modern aparatı və 1 ədəd işlək vəziyyətdə olan dron aparatı Təqsirləndirilən şəxs təhvil verilməklə öhdəsinə verilmişdir. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs işə gəlmədiyindən şübhələnib yoxladıqda kompüterlərin yerində olmamasını aşkar etmiş, bu barədə də dərhal rəhbərliyə məlumat vermişdir. Eyni zamanda Nümayəndə bu barədə Təqsirləndirilən şəxs bildirdikdə həmin avadanlıqlardan nasaz olanlarını və ya təmirə ehtiyacı olanlarını düzəltmək üçün apardığını qeyd etmişdir. Nümayəndə Təqsirləndirilən şəxs nasaz avadanlıqlardan başqa 6 ədəd işlək İ vəziyyətdə olan “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli sistem bloku, 2 ədəd “ACER” markalı “ Extensa 15” modelli noutbuku, 6 ədəd “ACER” markalı “V206HQL” modelli monitorun harada olmasını soruşduqda, sonuncu Nümayəndə həmin işlək vəziyyətdə olan avadanlıqları da digər nasaz vəziyyətdə olan avadanlıqlarla birlikdə liseydən çıxardığını, işlək vəziyyətdə olan avadanlıqları sataraq öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Digər nasaz vəziyyətdə olan avadanlıqları təmir etdirib geri qaytaracağına dair söz vermişdir. Lakin Təqsirləndirilən şəxs nasaz avadanlıqları geri qaytarsa da, 6 ədəd işlək vəziyyətdə olan “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli sistem bloku, 2 ədəd “ACER” markalı, “Extensa 15” modelli noutbuku, 6 ədəd “ACER” markalı “V206HQL” modelli monitoru və ya onun dəyərini qaytarmamışdır. 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə isə avadanlıqları qaytarmağı barədə qəbz yazaraq 6 ədəd işlək vəziyyətdə olan “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli sistem bloku, 2 ədəd “ACER” markalı “ Extensa 15” modelli noutbuku, 6 ədəd “ACER” markalı “V206HQL” modelli monitoru da, guya qısa zaman ərzində qaytaracağı barədə onlara bildirmişdir. Təqsirləndirilən şəxs öhdəsində yaranmış çatışmazlığı etiraf etmiş, çatışmazlıqla bağlı hər hansı narazılığı olmamışdır. Onlar Təqsirləndirilən şəxs həmin cihazları mənimsədiyini başa düşüb bu barədə polis orqanına şikayətlərini bildirmişdirlər. İnventar varsa, həmin inventar, yəni kompüter və digər avadanlıqlar müəllim və şagirdlərin istifadələrinə verilməklə dərs otaqlarında yerləşdirilməlidir. Bunun üçün də müəllimlər və dərnək rəhbərləri şifahi müraciət etdikdə müəllimlərə həmin vəsaitlər verilmişdir. Bəzi hallarda isə inventar çatışmadıqda bununla əlaqədar rəhbərliyə, yəni Təhsil Nazirliyinə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs da İ onlara müraciət edərək innovasiya otağı yaratmaq istədiyini bildirmiş və bu təklif şagirdlərin bilik və bacarıqlarının genişləndirilməsi istiqamətində əsaslı rol oynayacağından onlar tərəfindən müsbət qiymətlədirilərək Təqsirləndirilən şəxs bu şərait yaradılmışdır. Təqsirləndirilən şəxs isə bir müddət şagirdlərlə innovativ qaydada məşğul olsa da, sonradan kompyuterləri mənimsənilmişdir. “Zəngi” liseyində bütün inventarın qəbul edilməsi təsərrüfat müdiri Nümayəndə tərəfindən icra edilsə də, qeyd edilən avadanlıqlar Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs öhdəsinə imza etdirilməklə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi “Zəngi” liseyində robototexnika dərnəyinin rəhbəri kimi işlədiyi dövrdə dərnək saatlarında şagirdlərlə dərslər keçmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə robototexnika dərnək rəhbəri kimi keçmədiyi dərs saatına görə ona aylıq məvacib ayrılmamışdır. Təqsirləndirilən şəxs «Zəngi» liseyində işlədiyi dövrdə yalnız keçdiyi dərs saatlarına görə aylıq məvacib ayrılmışdır. Liseydə dərnək saatları əsas dərs kimi tədris olunmadığından, ola bilər ki, jurnallar düzgün tərtib edilməsin. Həmçinin, həmin dövr pandemiya şəraiti olduğundan ola bilsin ki, jurnallar texniki olaraq düzgün tərtib edilməmişdir. Lakin, bütün dərslər şagirdlərə tədris olunmuşdur. Təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında liseydən götürdüyü 06 ədə işlək vəziyyətdə olan “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli sistem blok, 2 ədəd “ACER” markalı “Extensa 15” modelli noutbuk, 6 ədəd “ACER” markalı “V206HQL” modelli monitorun ümumilikdə dəyəri 3400 manat qiymətləndirilməsi ilə razıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özgə özgə əmlakının mənimsənilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.1-ci9 maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Zəngi” liseyi zərərçəkmiş şəxs qismində, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - “Zəngi” liseyinin 01 dekabr 2021-ci il tarixli 24 nömrəli əmrin surətindən gönünür ki, 01 dekabr 2021-ci il tarixdə şagirdlərin maraq və istəyi nəzərə alınaraq Robotexnika dərnəyi yaradılmış və Sumqayıt Dövlət Universitetinin İnnovasiya Mərkəzinin əməkdaşı, ali təhsilli riyaziyyat və informatika müəllimi, Sabahın alimləri və Startup müsabiqələrinin davamlı iştirakçısı və qalibi Təqsirləndirilən şəxs yaradılmış Robotexnika dərnəyinin rəhbəri təyin edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 fevral 2023-cü il tarixli 9/964 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə, xx.xx.2022-ci il il tarixli təhvil-təslim aktına əsasən, «Zəngi» liseyinin sabiq dərnək rəhbəri Təqsirləndirilən şəxs hesabında 3400 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. - İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 ferval 2023-cü il tarixli 9/1034 nömrəli rəyindən görünür ki, 2 ədəd “ACER” markalı “Extensa 15” modelli noutbuk, 6 ədəd “ACER” markalı sistem bloku və 6 ədəd “ACER” markalı monitorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək olan orta bazar qiyməti təxminən 3400 manat müəyyən edilmişdir - İş üzrə təyin edilmiş 03 mart 2023-cü il tarixli 4/342 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, əksləri ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 2-ci vərəqində işçi rafasındakı imza və həmin vərəqdə “11.2. işçinin adı, atasının adı, soyadı östərilməklə ünvanı:” hissəsində “imzası:” qrafasındakı imza, “otaq 01 innovasiya tağı üçün avadanlıq” sözləri ilə başlayan qəbzin kserosurətində avadanlıqların arşısındakı 11 ədəd imza və “yuxarıdakı malları, təhvil aldım” yazılarının alt hissəsindəki imza, Təqsirləndirilən şəxs adından olan xx.xx.2022-ci tarixli qəbzin kserosurətində “imza” yazısının qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. - Zəngi liseyinin təsərrüfat müdiri vəzifəsində işləyən Nümayəndə tərəfindən əlyazma ilə tərtib edilmiş “Otaq № 1” “İnnovasiya otağı üçün avadanlıq” başlıqlı qəbzin surətindən görünür ki, liseyin sabiq dərnək rəhbəri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs innovasiya otağı üçün nəzərdə tutulmuş 2 ədəd “ACER” markalı yeni, işlək vəziyyətdə olan noutbuk, 10 ədəd işlək vəziyyətdə olmayan noutbuk, 6 ədəd “HP” markalı monitorsuz kompyuter, “ACER” markalı 6 ədəd işlək vəziyyətdə olan kompüter dəsti, 1 ədəd işlək vəziyyətdə olan adapteri olmayan 3d printer, 3 ədəd işlək vəziyyətdə olmayan olmayan monitor, 1 ədəd yeni, işlək vəziyyətdə olan “XENON” printer, 2 ədəd “ADİN” markalı işlək vəziyyətdə olan modern aparatı, 1 ədəd işlək vəziyyətdə olan dron aparatından ibarət avadanlıqları qəbzin sonunda “yuxarıdakı malları təhvil aldım” qeydini edərək həmin qəbzi imzalamaqla təhvil almışdır. - 28 mart 2022-ci il tarixli iltizamnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd “ACER” markalı yeni, 10 ədəd işlək vəziyyətdə olmayan noutbuk, 6 ədəd “HP” markalı monitorsuz kompyuter, “ACER” markalı 6 ədəd işlək vəziyyətdə olan kompyuter dəstini qaytarmış, “ACER” markalı “Extensa 15” modelli noutbuk və 6 ədəd “ACER” markalı “Veriton X2640G series” modelli “İntel Core İ3” xüsusiyyətli hər biri 300 manat dəyərində olan sistem bloku, 6 ədəd “ACER” markalı “V206HQL” modelli avadanlıları isə geri qaytarmağına dair söz verib imzası ilə təsdiq etmişdir. - Azərbyacan Respublikası Baş Prokurorluğunun 26 yanvar 2023-cü il tarixli 16/1-81A nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in X2 Sistemində məhkumluğu barədə məlumatlar müəyyən olunmamışdır. - xx.xx.2023-cü il tarixli, 01 nömrəli və xx.xx.2023-cü il tarixli, 01 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir. - xx.xx.2023-cü il tarixli, 9274 nömrəli və xx.xx.2023-cü il tarixli, 4379 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 850 manat dövlət nəfinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 179.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 16 fevral 2022-ci il tarixli, “Otaq № 1” “İnnovasiya otağı üçün avadanlıq” başlıqlı qəbz, 28 mart 2022-ci il tarixli iltizamnamə cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc – ümumilikdə 285 manat (iki yüz səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 16 fevral 2022-ci il tarixli, “Otaq № 1” “İnnovasiya otağı üçün avadanlıq” başlıqlı qəbz, 28 mart 2022-ci il tarixli iltizamnamə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 53 (əlli üç) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 318 (üç yüz on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar