Məhkəmə qərarları › İş №1(007)-312/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-312/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-312/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə Mayis oğlunun, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 137, mənzil 43-də qeydiyyatda olmaqla yaşamış, 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, daşımış və saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 11 aprel 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan mağazaya müştəri qismində daxil olaraq mağazada kassanın alt hisəsində qutunun içərisində olan, bir qutusu 2,6 manat olan ümumilikdə 39 manat dəyərində 15 qutu “Rothmans Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 14,7 manat dəyərində 7 qutu “Magna Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 17,50 manat dəyərində 5 qutu “Winston Xstyle” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Compact White” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 28,6 manat dəyərində 11 qutu “Winchester Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 21 manat dəyərində 6 qutu “Winston XS Silver” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “Prima Deluxe” markalı siqareti, bir qutusu 2,4 manat olan ümumilikdə 2,4 manat dəyərində 1 qutu “West Silver” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 51,80 manat dəyərində 14 qutu “Kent 4 ” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “X3” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 34,20 manat dəyərində 18 qutu “Argo KS Bule” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 41,40 manat dəyərində 18 qutu “İmperial Classic” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 5,8 manat dəyərində 2 qutu “Davıdovff Reach” markalı siqareti, bir qutusu 3,9 manat olan ümumilikdə 66,30 manat dəyərində 17 qutu “Sobranie Caster” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 21 manat dəyərində 10 qutu “Viceroy” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Club Ksss” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 29,90 manat dəyərində 13 qutu “Want Line X Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 63 manat dəyərində 30 qutu “X4” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 44,20 manat dəyərində 17 qutu “X2” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 32 manat dəyərində 8 qutu “Sobranie White” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 24 manat dəyərində 6 qutu “Sobranie White KSS” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 18,40 manat dəyərində 8 qutu “Want Nano” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 41,60 manat dəyərində 16 qutu “Palİ Mall Nano” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 70,30 manat dəyərində 19 qutu “Kent Nano 4” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 12,60 manat dəyərində 6 qutu “X5” markalı siqareti ümumi dəyəri 689 manat 30 qəpik təşkil edən siqaretləri gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə 689 manat 30 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 27 aprel 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, daşıyaraq saxlamış, 28 aprel 2022-ci il tarixdə saat 12:30 radələrində onun 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsnə məxsus olan mağazadan ümumi dəyəri 689 manat 30 qəpik təşkil edən müxtəlif markalı siqaretləri oğurlamasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük savxozu ərazisində şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ qabaq yan cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş, çəkisi 0,420 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs MMC-nin mağazasına müştəri qismində daxil olaraq mağazanın kassa aparatının alt hissəsində qutunun içərisinə yığılmış mağazaya məxsus müxtəlif markalı tütün məhdullarını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs MMC-yə 689,30 manat məbləğində ziyan vurmuşdur. Zərərçəkmiş şəxs MMC-dən oğurluq edən Təqsirləndirilən şəxs 689,30 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 719,30 manat məbləğində pulun sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək və mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxındır ki, narkotik vasitələrin aludəçisidir. 28 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük sovxozunun yaxınlığında məhəllədə olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun soyadını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunduqdan, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunduqdan sonra təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Bu təklifdən sonra o, əynindəki tünd boz rənli cins şalvarın qabaq sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxardıb polislərə təqdim etmiş, həmin bükülünün içərisində ağ sellofana bükülümüş vəziyyətdə olan maddənin narkotik vasitə, yəni “kakos” olduğunu bildirmişdir. Həmin narkotik vasitəni 10 manata “Koroğlu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən almışdır. Bundan başqa, sorğu zamanı etiraf etmişdir ki, işləmədiyi üçün narkotik vasitə almaqdan ötrü 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsə müştəri qismində daxil olmuşdur. Onun niyyəti ondan ibarət olmuşdur ki, mağazadan nəsə oğurlayaraq aparıb sataraq əldə etdiyi pul müqabilində özünə narkotik vasitə alsın. O, içəri daxil olduqda mağazada kassanın yanında bir qutunun içərisində müxtəlif markalı siqaretlərin olmasını görmüşdür. Buna görə də qərara gəlmişdir ki, siqaretləri oğurlasın. Həmin vaxt kassanın yanında işçilərdən heç kim olmamışdır. O, ətrafa baxmış və işçilərdən heç kimin onu görmədiyinə əmin olduqdan sonra kassanın yanında olan içərisində çoxlu miqdarda müxtəlif markalı siqaretlər olan qutunu götürüb qapıdan çıxaraq getmişdir. Oğurladığı tütün məmulatlarını tanımadığı şəxslərə satmış, əldə etdiyi pulla özünə narkotik vasitə almış, digər şəxsi ehtiyaclarına da sərf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ziyanı ödəməyə maddi imkanı olmadığını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə Mayis oğlu göstərmişdir ki, 11 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində naməlum şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsə müştəri qismində daxil olaraq mağazada kassa aparatı olan masanın altından içərisində müxtəlif markalı siqaretlər olan qutunu gizli yolla oğurlayıb mağazanı tərk etmişdir. Bundan sonra mağazada kassir-satıcı işləyən şəxs oraya baxdıqda siqaretlərin yerində olmadığını aşkar edib, bu barədə mağaza müdiri Şahid1 məlumat vermiş, sonra birlikdə mağazada olan müşahidsə kamerasına baxdıqda bir nəfər şəxsin mağazaya müştəri kimi daxil olub həmin siqaretləri oğurladığını müşahidə etmişlər. Bundan sonra Şahid1 mağazada baş vermiş oğurluqla əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra məlum olmuşdur ki, həmin şəxs, yəni istintaq zamanı adını bildikləri Təqsirləndirilən şəxs mağazadan bir qutusu 2,6 manat olan ümumilikdə 39 manat dəyərində 15 qutu “Rothmans Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 14,7 manat dəyərində 7 qutu “Magna Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 17,50 manat dəyərində 5 qutu “Winston Xstyle” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Compact White” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 28,6 manat dəyərində 11 qutu “Winchester Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 21 manat dəyərində 6 qutu “Winston XS Silver” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “Prima Deluxe” markalı siqareti, bir qutusu 2,4 manat olan ümumilikdə 2,4 manat dəyərində 1 qutu “West Silver” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 51,80 manat dəyərində 14 qutu “Kent 4 ” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “X3” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 34,20 manat dəyərində 18 qutu “Argo KS Bule” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 41,40 manat dəyərində 18 qutu “İmperial Classic” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 5,8 manat dəyərində 2 qutu “Davıdovff Reach” markalı siqareti, bir qutusu 3,9 manat olan ümumilikdə 66,30 manat dəyərində 17 qutu “Sobranie Caster” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 21 manat dəyərində 10 qutu “Viceroy” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Club Ksss” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 29,90 manat dəyərində 13 qutu “Want Line X Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 63 manat dəyərində 30 qutu “X4” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 44,20 manat dəyərində 17 qutu “X2” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 32 manat dəyərində 8 qutu “Sobranie White” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 24 manat dəyərində 6 qutu “Sobranie White KSS” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 18,40 manat dəyərində 8 qutu “Want Nano” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 41,60 manat dəyərində 16 qutu “X6” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 70,30 manat dəyərində 19 qutu “Kent Nano 4” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 12,60 manat dəyərində 6 qutu “X5” markalı siqareti oğurlaması nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 689 manat 30 qəpik maddi ziyan vurmuşdur. Maddi ziyan ödənilmədiyinə görə mülki iddia vermişlər. Mülki iddianın təmin olunmasını, 689,30 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 719,30 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsdə mağaza müdiri işləyir. 11 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində işçi ona yaxınlaşaraq siqaret səbətinin harada olmasını ondan soruşmuşdur. O, siqaret səbətinin mağazanın giriş hissəsində kassanın altında olduğunu bildirmişdir. Təxminən 2 dəqiqə sonra işçi yenidən yaxınlaşıb kassanın altında siqaret olmadığını ona bildirmişdir. O, bundan sonra kassaya yaxınlaşıb baxan zaman siqaret səbətinin yerində olmadığını görmüşdür. Bundan sonra videomüşahidə kameralarına baxan zaman müştəri qismində gəlmiş naməlum şəxsin saat 14:08 radələrində işçinin yerində olmamasından istifadə edərək siqaret səbətini götürüb mağazadan uzaqlaşmasının şahidi olmuşdur. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermişdir. 11 aprel 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan mağazaya müştəri qismində daxil olaraq mağazada kassanın alt hisəsində qutunun içərisində olan, bir qutusu 2,6 manat olan ümumilikdə 39 manat dəyərində 15 qutu “Rothmans Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 14,7 manat dəyərində 7 qutu “Magna Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 17,50 manat dəyərində 5 qutu “Winston Xstyle” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Compact White” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 28,6 manat dəyərində 11 qutu “Winchester Compact” markalı siqareti, bir qutusu 3,5 manat olan ümumilikdə 21 manat dəyərində 6 qutu “Winston XS Silver” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “Prima Deluxe” markalı siqareti, bir qutusu 2,4 manat olan ümumilikdə 2,4 manat dəyərində 1 qutu “West Silver” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 51,80 manat dəyərində 14 qutu “Kent 4 ” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 1,9 manat dəyərində 1 qutu “X3” markalı siqareti, bir qutusu 1,9 manat olan ümumilikdə 34,20 manat dəyərində 18 qutu “Argo KS Bule” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 41,40 manat dəyərində 18 qutu “İmperial Classic” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 5,8 manat dəyərində 2 qutu “Davıdovff Reach” markalı siqareti, bir qutusu 3,9 manat olan ümumilikdə 66,30 manat dəyərində 17 qutu “Sobranie Caster” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 21 manat dəyərində 10 qutu “Viceroy” markalı siqareti, bir qutusu 2,9 manat olan ümumilikdə 2,9 manat dəyərində 1 qutu “LD Club Ksss” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 29,90 manat dəyərində 13 qutu “Want Line X Blue” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 63 manat dəyərində 30 qutu “X4” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 44,20 manat dəyərində 17 qutu “W inchester Kss Sil” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 32 manat dəyərində 8 qutu “Sobranie White” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 24 manat dəyərində 6 qutu “Sobranie White KSS” markalı siqareti, bir qutusu 2,3 manat olan ümumilikdə 18,40 manat dəyərində 8 qutu “Want Nano” markalı siqareti, bir qutusu 2,6 manat olan ümumilikdə 41,60 manat dəyərində 16 qutu “Palİ Mall Nano” markalı siqareti, bir qutusu 3,7 manat olan ümumilikdə 70,30 manat dəyərində 19 qutu “Kent Nano 4” markalı siqareti, bir qutusu 2,1 manat olan ümumilikdə 12,60 manat dəyərində 6 qutu “X5” markalı siqareti ümumi dəyəri 689 manat 30 qəpik təşkil edən siqaretləri oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən mağazada kassir-satıcı vəziyəsində işləyir. Şahid1 həmin mağazanın müdiridir. 11 aprel 2022-ci il tarixdə o, həmin mağazada işdə olmuşdurt. Həmin gün təxminən saat 14:10 radələrində mağazaya gələn tanımadığı müştəri siqaret almaq istədikdə o, kassa aparatı olan masanın altında qutunun içərisinə yığılmış siqaretlərin qutu ilə birlikdə yerində olmadığını aşkar etmişdir. Müdir Şahid1 siqaretləri haraya qoymasını soruşmuş, o, siqaretlərin masanın altında qutunun içərisində olduğunu demişdir. O isə siqaretlərin orada olmadığını bildirmişdir. Bundan sonra Şahid1 mağazada quraşdırılmış müşahidə kamerasının yaddaşında olan görüntülərə baxan zaman bir nəfər tanımadığı şəxsin mağazaya müştəri kimi daxil olaraq həmin siqaretləri qutusu ilə birlikdə gizli oğurlayıb mağazanı tərk etməsini müşahidə etmişlər. Buna görə Şahid1 DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, bundan sonra birlikdə 24-cü polis şöbəsinə gedərək hadisə barədə izahat vermişlər. Həmçinin Şahid1 oğurluq hadisəsi ilə bağlı görüntünü təhqiqata təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin mağazadan müxtəlif markalı siqaretləri oğurlaması nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 689,30 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 24-cü polis şöbəsinin təhqiqatçısı Elmar Əbilovun icraatında olan, vətəndaş Şahid1 müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsdən tütün məmulatlarını oğurlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 12:30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunun yaxınlığında saxlanılaraq 24cü polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu və hazırda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bu barədə 24-cü polis şöbəsinin rəhbəliyinə məruzə olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı olmağını bildirmişdir. Saat 13:50-dən etibarən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əynində olan tünd boz rəngli cins şalvarın qabaq sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş 1 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan həmin qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 27 aprel 2022-ci il tarixdə metronun “Koroğlu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 1 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanında yerləşən Zərərçəkmiş şəxsdən müxtəlif markalı siqaretləri oğurlayaraq tanımadığı şəxsə satıb əldə etdiyi pulla narkotik vasitə aldığını və şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili Şahid5 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 11 aprel 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs MMC-də mağaza müdiri işləyən Şahid1 və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 9-11) - 28 aprel 2022-ci il və 29 aprel 2022-ci il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rənli cins şalvarın qabaq sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükülü təqdim etmişdir. Ağ sellofan bükümə baxış keçirilən zaman içərisindən tünd qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, onu “Koroğlu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində 27 aprel 2022-ci il tarixdə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyi üçün oğurluq etdiyini, Bakı şəhəri, Nizami rayonunda yerləşən yerləşən Zərərçəkmiş şəxsdən tütün məmulatları oğurladığını, onları satmaqla əldə etdiyi pulla narkotik vasitə aldığını və şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilərkən 28 aprel 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 38-39, 78) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2022-ci il tarixli 6/2454 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; iştirakçılar-imza; Elmar Əbilov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,420 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,370 qram qalığı qalmışdır. (i.v. 50-52) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 13 may 2022-ci il tarixli 2467 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 129-130) - 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsin təhlükəsizlik kamerasından götürülmüş görüntülər olan bir ədəd CD diskə baxış keçirmişdir. Baxış zamanı diskdə 5 ədəd faylın olması müəyyən edilmişdir. Videogörüntünün birində bir nəfər şəxsin ağzına maska taxaraq mağazaya daxil olduğu, digər görüntüdə bir nəfər qara rəngli idman geyimində olan, ağzında maska olan şəxsin mağazanın kassasının yanında alt hissədə olan içərisində çoxlu sayda siqaretlər olan karobkanı götürərək mağazadan çıxdığı, digər görüntüdə isə onun mağazadan həmin karopka ilə birlikdə çıxması görüntüsü müşahidə edilmişdir. Müdafiəçisi ilə birlikdə CD diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə olan şəxs özüdür, həmin hadisə 11 aprel 2022-ci il tarixdə baş vermişdir və o, mağazadan siqaretləri oğurlamışdır. O, mağazaya daxil olan zaman əynində tünd sarı rəngdə gödəkcə olmuşdur, həmin gödəkcəni mağazada olan zaman çıxarmış, mağazadan çıxdıqda gödəkcə ilə karobkada olan siqaretlərin üzərini örtdüyünü bildirmişdir. (i.v. 136) - 02 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq oğurluğu hansı qaydada törətdiyini əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 137-138) - 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, şəxsi axtarış və götürmə zamanı çəkilmiş və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd DVD diskin maddi sübut kimi tanınıb cinayət işinə əlavə olunması nəzərə alınmış, iş üzrə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar tərtib edilərkən çəkilmiş fotoşəkillərin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,420 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,370 qram heroin saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs şamil edilməmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 180, 181, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyinin və oğurluq yolu ilə ələ keçirilmiş tütün məmulatlarını kimə satmasının müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, aidiyyəti üzrə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnə göndərilmişdir. (i.v. 146-158) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 33) - 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 89-93) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunaraq azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilə endirilmiş; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli qərarı ilə cəzasının 01 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 22 may 2015-ci il tarixdə cəzasını çəkmiş kimi qeydiyyatdan çıxarılmışdır. (i.v. 108-109) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlküə törətməyən və az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 29 aprel 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia verilmişdir, mülki iddiaya ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; şəxsi axtarış və götürmə zamanı çəkilmiş və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd disk, iş üzrə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar tərtib edilərkən çəkilmiş fotoşəkillər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra narkotik vasitənin qalıq hissəsi məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 689,30 manat məbləğində maddi ziyanın həmin idarənin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakı talamaqla zərərçəkmiş şəxsə 689,30 manat məbləğində maddi ziyan vurmuşdur, ona görə maddi ziyanın müəyyən edilmiş məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün yuxarıda göstərilən qaydada hesablanmaqla ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Maddi ziyan qismində 689,30 (altı yüz səksən doqquz manat otuz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxsnə ödənilsin. Maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı çəkilən və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd DVD disk, iş üzrə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar tərtib edilərkən çəkilmiş fotoşəkillər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,370 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 92 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 60 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar