Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-313/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1995-ci ildə Ağstafa rayonu, Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Sadıxlı kəndində qeydiyyatda olan və Baki şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,671 qram kustar üsulla hazırlanmış psixptrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 09 aprel 2022-ci il tarixdə saat 00:10 radələrində Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami rayon Polis İdarəsinin 25-ci PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 0,671 qram ağ kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisi kimi tanımadığı şəxslərdən narkotik vasitə əldə edib istifadə etmişdir. 08 aprel 2022-ci il tarixdə günorta saatlarında Sabunçu qəsəbəsində üzdən tanıdığı şəxsdən 25 manata bir büküm «şüşə və patı» kimi tanıdığı psixotrop maddə alıb üzərində saxlamışdır. 09 aprel 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayoru, Ə.Kürçaylı küçəsində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduğu üçün onu Nizami RPİ-nin 25-ci polis şöbəsinə dəvət etmişlər. PŞ-də xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilərkən, üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş və bundan sonra qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş və bükümdə «şüşə və patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 09 aprel 2022-cı il tarixdə xidmət yoldaşları ilə xidmət aparan zaman, ünvan 1 ünvanın qarşısında iki nəfər şəxsin özünü şübhəli apardıqlarını görüb yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxslər zahirən narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduqları üçün Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edilmişlər. Polis şöbəsində həmin şəxslərdən birinin şəxsiyyəti müəyyən olunaraq, Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. PŞ-də sonuncunun üzərinə axtarış və götürmə keçirilərkən üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, bükümdə «şüşə və patl» kimi tanıdığı psixotrop maddə olduğunu və «Sabunçu dairəsi» adlanan yerdə 25 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd büküm kağız zərfdə qablaşdırılaraq Daxili işlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Əliyev Biləndər islam oğlunun və X2 elan olunaraq tədqiq olunmuş ifadələri şahid S.İsgəndərlinin ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan 09 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, kağız bükümdə «şüşə, patı» kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Sabunçu dairəsi adlanan yerdə 25 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılmış və Daxili işlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşdə olan 03 may 2022-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, kağız bükümdə «şüşə, patı» kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Sabunçu dairəsi adlanan yerdə 25 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitəyə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılmış və Daxili işlər Nazirliyinin «Zərflər üçün» 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1985 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,671 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,671 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürməni» özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,621 qram psixotrop maddə metamfetamin Nizami RPİ-də maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,621 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd «DVD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağstafa rayonu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,621 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-313/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-313/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver