Məhkəmə qərarları › İş №1(007)-316/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-316/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-316/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Şuşa şəhərinin Zarıslı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 142 ünvanda yerəşən “Yeni Klinikanın” qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Chevrolet Aveo» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin surət qutusunun yanına qoyulmuş, üzərində 20 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 350 manat dəyərində «İphone 5S» markalı, 15 manat dəyərində ***-***-**-** və 15 manat dəyərində ***-***-**-** mobil nömrələrlə işləyən 40 manat dəyərində «Nokia» markalı mobil telefon, içərisində 20 manat nağd pul, 240 manat dəyərində gün eynəyi və 120 manat dəyərində avtomobilə məxsus açar olan 150 manat dəyərində əl çantasını gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 970 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 27 noyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 102 ünvanda yerləşən metronun «Koroğlu» stansiyasının girişçıxış hissəsinin qarşısında «Mercedess Benz C 220» markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs4 avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan Zərərçəkmiş şəxs4 məxsus 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 649 manat dəyərində olan «Samsung Galaxs A52» markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 654 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 17 dekabr 2021-ci il tarixdə saat 20 radələdndə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 102 ünvanda yerləşən metronun «Koroğlu» stansiyasının girişçıxış hissəsinin yaxınlğında yerləşən skamyada səhhəti pisləşdiyindən əyləşmiş X1 üzərinə qoyduğu 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən dəyəri 780 manat olan «Samsung Galaxs A52» markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 785 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 13 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 102 ünvanda yerləşən metronun «Koroğlu» stansiyasının girişçıxış hissəsinin qarşısında «KİA» markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 Talib oğlunun avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən dəyəri 1800 manat olan «Samsung S20» markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1805 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 14 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 102 ünvanda yerləşən metronun «Koroğlu» stansiyasının girişçıxış hissəsinin qarşısında «Mercedess Benz» markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus 5 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən dəyəri 800 manat olan «XİOMİ POCO F3» markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 805 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 16 yanvar 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 102 ünvanda yerləşən metronun «Koroğlu» stansiyasının girişçıxış hissəsinin qarşısında «KİA RİO» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs5 avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan Zərərçəkmiş şəxs5 məxsus 5 manat dəyərində ***-***- **-** mobil nömrə ilə işləyən dəyəri 600 manat olan «Samsung 30S» markalı mobil telefonu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 605 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pulu olmadığından pul əldə etmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə yaşadığı Yasamal rayonundan Keşlə qəsəbəsinə gəlimiş, hava işıqlı olduğundan oğurluq edə bilməmiş və piyada Koroğlu metrostansiyasına tərəf Heydər Əliyev prospekti ilə gedən zaman prospektdə yerləşən “Yeni Klinikanın” qarşısında bir neçə nəfərin sözlə mübahisə etdiyini və həmin vaxt şlaqbaumun yanında ağ rəngli avtomobil dayandığını görmüşdür. Həmin şəxslərin başları qarışıq olduğundan avtomobilə sürücünün əyləşdiyi qapı tərəfdən yaxınlaşıb qapını açaraq avtomobildə surət qutusunun yanına qoyulmuş bir ədəd «İphone 5S», bir ədəd “Nokia” markalı telefonları və əl çantasını götürmüşdür. Əl çantasını gödəkçəsinin döş hissəsinə, mobil telefonları isə cibinə qoyaraq oradan uzaqlaşmışdır. Əl çantasına baxdıqda, çantada olan 20 manat nəqd pulu, təxminən 4 manat xırda qəpikləri götürmüş, çantada olan gün eynəyini, açarları və çantanın özünü yol kənarına tullamışdır. Daha sonra Sabunçu qəsəbəsində olan “cin bazarı” deyilən yerdə mobil telefonları 300 manata tanımadığı şəxsə satmışdır. 17 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Nizami rayonu ərazisində yerləşən metronun Koroğlu stansiyasında Piramida deyilən yerin qarşısında skamyada cavan qızın uzandığını və bir neçə nəfərin sonuncunun yanına toplaşdığını görmüşdür. Yaxınlaşıb halı pisləşmiş qıza köməklik etmək görüntüsü yaradaraq həmin vaxt skamyanın üzərində olan “Samsung A 52” Galaxs markalı mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Daha sonra Sabunçu qəsəbəsinə “cin bazarı" deyilən yerə gedərək həmin mobil telefonun üzərində olan nömrəni çıxarıb tullamış və tanımadığı şəxsə 250 manata satmışdır. 27 noyabr 2021-ci il tarixdə saat 20 radələrində metronun «Koroğlu» stansiyasında Piramida adlanan çıxışının qarşısında avtomobil yolunda «Mersedes» markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobildə ondan başqa müştərinin olmamasından istifadə edərək avtomobilin sürət qutusunun yanına qoyulmuş “Samsung A52 Galaxs" markalı mobil telefonu götürərək gödəkçəsinin cibinə qoymuş və sürücüyə guya çantasını unudaraq arxada qoyduğunu deyib avtomobildən düşərək oradan uzqlaşmışdır. Həmin gün Yasamal rayonu ərazisində metronun İnşaatçılar stansiyasının giriş-çıxış hissəsinin yaxınlığında Ağ Çiçəyim gül salonunun arxasında üzdən tanıdığı narkotik maddə satıcısı ilə görüşüb telefonu narkotik maddə ilə dəyişmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 20 radələrində metronun “Koroğlu” stansiyasında «Piramida» kimi tanınan yerin yaxınlığında avtomobil yolunda boz rəngli «KİA» markalı avtomobilin taksi fəaliyyəti ilə məşğul olduğunu görüb yaxınlaşıb avtomobilin salonuna baxdıqda mobil telefon olduğunu görmüşdür. Həmin taksinin sürücüsü Buzovna qəsəbəsi istiqamətinə müştəri səsləmiş, müştəri kimi avtomobilin qabaq sağ oturacağında əyləşmiş və taksi sürücüsü avtomobildən başını çıxarıb müştəri səsləyən zaman salonda olan bir ədəd «Samsung» markalı mobil telefonu götürmüş və sürücüyə əl çantasının yolun kənarında qaldığını bəhanə edib avtomobildən düşüb uzaqlaşmış, telefonu söndürüb üzərində olan nömrə kartı çıxarıb atmış və 14 yanvar 2022-ci il tarixdə Yaşama rayonunda üzdən tanıdığı şəxslə narkotik vasitə ilə dəyişmişdir. 14 yanvar 2022-ci il tarixdə təxminən saat 21 radələrində metronun «Koroğlu» stansiyasında «Piramida» kimi tanınan yerin yaxınlığıda avtomobil yolunda “Mercedes Benz” **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Pirşağı qəsəbəsi istiqamətinə müştəri səsləmiş, müştəri kimi avtomobilin qabaq sağ oturacağında əyləşmiş, taksi sürücüsü avtomobildən başını çıxarıb müştəri səsləyən zaman, salonda olan bir ədəd «Xiomi Paco F3» markalı mobil telefonu götürmüş və sürücüyə əl çantasının yolun kənarında qaldığını bəhanə edərək avtomobildən düşüb oradan uzaqlaşmış, dərhal telefonu söndürüb üzərində olan nömrə kartı çıxarıb atmış və 15 yanvar 2022-ci il tarixdə həmin telefonu Nizami rayonu ərazisində “Lotos” ticarət mərkəzinin qarşısında tanımadığı şəxsə 170 manata satmışdır. 16 yanvar 2022-ci il tarixində təxminən saat 19:30 radələrində metronun «Koroğlu» stansiyasında «Piramida» kimi tanınan yerin yaxınlığında avtomobil yolunda "KİA RİO" **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şuşa qəsəbəsi istiqamətinə müştəri səsləmiş, müştəri kimi avtomobilin qabaq sağ oturacağında əyləşmiş, taksi sürücüsü avtomobildən başını çıxarıb müştəri səsləyən zaman, salonda olan bir ədəd «Samsung A3» markalı mobil telefonu götürmüş və sürücüyə əl çantasının yolun kənarında qaldığını bəhanə edərək avtomobildən düşüb oradan uzaqlaşmış və dərhal telefonu söndürmüşdür. Metrostansiyanın yaxınlığında bir qədər gəzişib yenidən telefon oğurlamaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 25ci PŞ-nə aparılmış və oğurladığı telefonu polis əməkdaşlarına vermişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafından başqa, zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, bəzi hallarda şəhərdən yaşadığı Buzovna qəsəbəsinə gedərkən metronun Koroğlu stansiyasının Piramida deyilən giriş-çıxış hissəsinin qarşısındakı dayancaqdan idarə etdiyi “Mersedes Benz C 220” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri götürərək yaşadığı massivə aparmışdır. 27 noyabr 2021-ci il tarixdə axşam saat 19:30 radələrində metronun Koroğlu stansiyasının giriş-çıxış hissəsində “Piramida" deyilən yerin qarşısında Buzovna qəsəbəsi istiqamətində getdiyi üçün sərnişin səsləmiş, bu zaman bir nəfər şəxs avtomobilin ön sağ oturacağında əyləşmiş, qalan 3 nəfər sərnişini səsləyərkən, ona məxsus üzərində ***-***- **-** mobil nömrəli Samsung Galaxy A52 markalı 3555 9547 1030 999 və 3584 6332 1030 999 İMEİ kodlu mobil telefonu avtomobilin salonunda sürət qutusunun yanında olmuşdur. Həmin şəxs çantasının arxada qaldığını bildirərək avtomobildən enmiş və qaçaraq oradan uzaqlaşmışdır. Təxmən 3 dəqiqə sonra mobil telefonunu götürmək istəyərkən telefonun yerində olmadığını görmüş və həmin şəxsin mobil telefonu oğurladığını başa düşmüşdür. Hadisə ilə bağlı Nizami RPİ-nin 25-ci PŞ-nə şikayət ərizəsi yazmış və oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 649 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Buzovna qəsəbəsinə getmək üçün metronun Koroğlu stansiyasının “Piramida" deyilən giriş-çıxış hissəsində halı pisləşdiyi üçün oturacaqda əyləşmişdir. Yoldan keçən şəxslər ona köməklik etməyə başlamış və bu vaxt skamyada uzanıqlı halda olduğundan cibində olan 780 manat dəyərində "Samsunq A 52 Galaxs” markalı 3555 9547 1422 758 İMEİ kodlu mobil telefon cibindən skamyanın üzərinə düşmüşdür. Özünə gəldikdən sonra toplaşan şəxslər uzaqlaşdıqda sonra mobil telefonunun oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 785 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 14 yanvar 2022-ci il tarixində təxminən saat 21 radələrində idarə etdiyi **-HL-*** nömrəli “Mercedes Benz E230” markalı avtomobil ilə metronun Koroğlu stansiyasının qarşısından yaşadığı ünvana gedərkən müştəri götürmək qərarına gəlmiş və metrostansiyanın qarşısından bir nəfər tanımadığı təxminən 30 yaşlarında gənc oğlanı müştəri qismində avtomobilə əyləşdirmişdir. Avtomobilin ön sağ oturacağında əyləşən həmin şəxs təxminən 10-15 saniyə sonra nəyisə unutduğunu deyərək tələsik avtomobildən düşüb getmişdir. Az sonra metrostansiyanın qarşısında avtomobildə oturacağın sağ tərəfinə qoyduğu təxminən 800 manat dəyərində "Xiaomi Poco F3” markalı mobil telefonun (İMEİ 1-**********66680; İMEİ 2-**********66698) oğurlandığını aşkar etmiş və hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 805 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Talib oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, «Kia Rio» markalı **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobildə taksi fəaliyyəti ilə məşğul olmuş, 13 yanvar 2022ci il tarixdə saat 19:30 radələrində metronun «Koroğlu» stansiyasının giriş-çıxış hissəsində «Piramida» deyilən yerin qarşısında dayanaraq Buzovna qəsəbəsinə getdiyi üçün sərnişin səsləyərkən, bir nəfər şəxs avtomobilin sağ ön oturacağına əyləşmiş, əlavə 3 nəfər sərnişin səsləyərkən, “Samsung S20» markalı mobil telefon aparatını avtomobilin ön şitinin üzərinə qoymuşdur. Bir neçə dəqiqə sonra həmin sərnişin guya əl çantasını haradasa unutduğunu bildirərək avtomobildən düşüb getmişdir. Sonradan avtomobilə baxarkən mobil telefonun yerində olmadığını görüb telefonun oğurlandığını başa düşmüş və Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona məxsus mobil telefon aparatını Coşqun adlı şəxsin oğurladığı məlum olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 1805 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, "xxxx" ASC-də mühafizə şirkətində xidmət rəisi vəzifəsində işləmiş və xidmət yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən Yeni Klinika olmuşdur. 30 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində birinci postda xidmət aparan Qaçay İbrahimov ona məlumat verərək, «COVİD- 19» vaksini ilə əlaqədar posta bir neçə şəxsin yaxınlaşdığını bildirmişdir. Həmin vaxt xidmət saatı qurtardığından «CHEVROLET AVEO» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin posta yaxınlaşmışdır. Avtomobildən enərək həmin şəxslərə iş vaxtının bitdiyini izah etmiş, avtomobildən enən zaman avtomobilin ön sol şüşəsi açıq qalmışdır. Axşam növbəni yoxlamağa gələn zaman əl çantasından açarları götürmək istəyərkən əl çantasının avtomobildən oğurlandığını aşkar etmiş və klinikanın mühafizə kameralarına baxarkən, günorta saatlarında bir nəfər şəxsin avtomobildən əl çantasını oğurladığını müəyyən etmiş və Nizami RPİ-nin 23-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. 150 manat dəyərində əl çantası, əl çantasında 240 manat dəyərində gün eynəyi, üzərində 20 manat dəyərində Azercell mobil operatoruna məxsus ***-***-**-** nömrə olan 350 manat dəyərində İphone markalı mobil telefon, üzərində iki ədəd Azerfon mobil operatoruna məxsus hər birinin dəyəri 15 manat olan ***-***-**-** və ***-***-**-** nömrə və 40 manat dəyərində Nokıa markalı mobil telefon və 120 manat dəyərində avtomobilə aid açar oğurlanaraq ona ümumilikdə 970 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 16 yanvar 2022-ci il tarixdə axşam saat 19:30 radələrində metronun Koroğlu stansiyasının giriş-çıxış hissəsində "Piramida" deyilən yerin qarşısında avtomobili dayandırıb Şuşa şəhərciyinə getdiyi üçün 4 nəfər sərnişin səsləyərkən, bir nəfər şəxs avtomobilin ön sağ oturacağına əyləşmişdir. Daha 3 nəfər sərnişini səslədiyi vaxt Samsung 30S markalı **********51671 və **********51671 İMEİ kodlu mobil telefonu avtomobilin salonunda sürət qutusunun yanına qoymuşdur. Bir qədər müştəri səsləmiş və müştəri olmadığı üçün avtomobilə əyləşib bir neçə metr getmiş avtomobildə olan müştəri aldığı latareyanı unutduğunu bildirərək, avtomobildən düşüb getdikdən sonra mobil telefonunun oğurlandığını bilmişdir. Hadisə barədə Nizami RPİ-nin 25-ci PŞ-nə şikayət ərizəsi yazmışdır. 17 yanvar 2022-ci il tarixdə 25-ci PŞ-nə gedən zaman həmin şəxsi görmüş və onun mobil telefonunu oğurlayan şəxs olduğunu bildirmiş və mobil telefonunu Coşqun adlı şəxsin oğurladığı məlum olmuşdur. Hadisə nəticəsində ona 605 manat məbləğində maddi ziyan vurulmuşdur. İşdə olan «baxış keçirilməsi haqqında» 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bak şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşir. İşdə olan «hadisə yerinə baxış keçirilməsi barədə» 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşir. İşdə olan və «baxış keçirilməsi haqqında» 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən «Yeni Klinikanın» qarşısında yerləşir. Oğurluq hadisəsini özündə əks etdirən videogörüntü 1 ədəd CD diskə köçürülərək götürülmüşdür. İşdə olan və 21 noyabr 2021-ci il tarixli “videogörüntüyə” baxış keçirilməsi haqqında» protokoldan görünür ki, bir nəfər əynində qara rəngli gödəkcə, açıq göy rəngli şalvar olan kişi cinsli şəxs yeni həyat klinikasının çıxışının qarşısında dayanmış ağ rəngli avtomobilin yanında olan şəxslərin kənara getmələrindən istifadə edərək avtomaşına qabaq sol tərəfdən yaxınlaşaraq avtomaşının salonunda olan qara rəngli çantanı götürüb sinəsinə sıxaraq oradan uzaqlaşması müəyyən edilmiş və baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəxs olduğunu bildirmişdir. İşdə olan «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşir. İşdə olan «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşir. İşdə olan «götürmə barədə» protokoldan görünür ki, 16 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 əmlakının oğurlanması faktı üzrə aparılan araşdırma nəticəsində saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı 1 ədəd «Samsung A 03» markalı mobil telefon aparatı götürülmüş və Təqsirləndirilən şəxs həmin mobil telefon aparatını 16 yanvar 2022-ci il tarixdə Kia markalı avtomobildən oğurladığını bildirmişdir. İşdə olan «baxış keçirilməsi barədə» 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Bakı şəhəri, Nizami rayonu, metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşir. İşdə olan 26 yanvar 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tanıması üçün təqdim edilmiş mobil telefonlar arasından bir ədəd «Samsung A03» markalı mobil telefon aparatını tanıyaraq ona məxsus mobil telefon aparatı olduğunu bildirmişdir. İşdə olan 17 yanvar 2022-ci il tarixli “fotoşəkillə şəxsin tanınması haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Talib oğlu təqdim edilmiş fotocədvəli nəzərdən keçrərək, sıra sayı ilə 4 şərti rəqəmi altında olan fotoşəkili göstərərək, 13 yanvar 2022-ci il tarixdə saat 19:30 radələrində Nizami rayonu ərazisində yerləşən metronun «Koroğlu» stansiyasının giriş-çıxış hissəsinin qarşısında “KİA RİO” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan dəyəri 1800 manat olan «Samsung S20» markalı mobil telefonu gizli olaraq talayaraq oğurluq törətmiş şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İşdə olan 14 aprel 2022-ci il tarixli “fotoşəkillə şəxsin tannması haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqdim edilmiş fotocədvəli nəzərdən keçirərək, sıra sayı ilə 1 şərti rəqəmi altında olan fotoşəkili göstərərək, 14 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Nizami rayonu ərazisində metronun «Koroğlu» stansiyasının giriş-çıxış hissəsinin qarşısında «Mercedes Benz» markalı avtomobilinə müştəri qismində əyləşərək avtomobilin salonundan ona məxsus dəyəri 800 manat olan «XİOMİ POCO F3» markalı mobil telefonu gizli olaraq talayaraq oğurluq hadisəsi törətmiş şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/2076 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Samsung» markalı «SM-A037F/DS (A03s)» modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 180 manat müəyyən olunmuşdur. İşdə olan 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd CD disk və 1 ədəd “Samsung» markalı «SM-A037F/DS (A03s)» modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung» markalı «SM-A037F/DS (A03s)» modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs5 qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 fevral 2014-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 17 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 yanvar 2007-ci il tarixli hökmünə münasibətdə məhkumluğun ödənildiyini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilməlidir. İş üzrə maddi sübut - 1 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 36 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 216 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar