Məhkəmə qərarları › İş №1(007)-316/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-316/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-316/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X13 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş Məmmədov Firudin (faktiki Firidun) Əfqan oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov Firudin (faktiki Firidun) Əfqan oğlu, X4 Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Qarabağda, Ağdərə uğrunda gedən döyüşlərdə baş və göz nahiyələrindən ağır yaralanaraq 1-ci qrup əlil olmuşdur. Özünü idarəetmə qabiliyyətini itirdiyinə görə dövlət ona qulluqçu təyin etmişdir. Yəni, aşkar köməksiz insandır. Azərbaycanda Qazilərə qayğının memarı X11muşdur. Həmin kursu, onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev əminliklə davam etdirir. On minlərlə qazi və şəhid ailələrini ətrafında birləşdirən “X14” İctimai Birliyinin sədri olaraq bu qayğını daim hiss etmişlər. Vətənini, dövlətini sevən, bu yolda Ali Baş Komandanın sadiq əsgərləridirlər. “X14” İctimai Birliyinin sədri olaraq 44 günlük Vətən müharibəsində, eləcə də antiterror əməliyyatı ilə Qarabağın azad edilməsində qalib sərkərdə, Müzəffər Ali Baş X16 yanında olduqlarını əməldə də sübut etmişlər. Müharibə başlayan ilk gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Komissarlığına müraciət edərək döyüşçü yoldaşları ilə ən ön cəbhədə döyüşmək istədiklərini bildirmişlər. Cavabları “halhazırda ehtiyac yoxdur, lazım gələrsə çağıracağıq” olmuşdur. Bu qərardan sonra Vətən üçün nə edə bilərik düşüncəsi və amalı ilə ön cəbhədə yerləşən hərbi hissələrə gedərək maddi yardımlar apararaq döyüşçüləri daha da ruhlandırmışlar. Müharibədə Qələbə qazanılmasında Vətən borclarını yerinə yetirmək üçün əllərindən gələni əsirgəməmişlər. Bu işlərə şəxsən birlikləri adından özü birbaşa nəzarət etmişdir. Azərbaycan Rüspublikasının Müdafiə naziri Zakir Həsənov və ön cəbhədə olan bir çox N saylı hərbi hissələrin rəhbərliyi tərəfindən döyüşlər zamanı göstərdikləri vətənpərvərlik Fəxri fərmanlar və Təşəkkürnamələrlə qiymətləndirilmişdir. Barəsində şikayət etdiyi və cinayət əməllərinə hüquqi qiymət verilərək cəzalandırılmasını istədiyi şəxs X5r. Belə ki, X10 onu və sədri olduğu on minlərlə üzvü şəhid ailələri və qazilərdən ibarət olan “X14“ İctimai Birliyini təhqir, böhtan, şərəf və ləyaqətini alçaldan küçə söyüşləri ilə dolu çıxışlarını Facebook sosial şəbəkəsində hər kəsə açıq olaraq yayımlamışdır. On minlərlə üzvləri Dövlətin və Ali Baş Komandanın ətrafında sıx birləşərək dövlətin qayğısı və diqqəti ilə əhatə olunmuş şəhid ailələri və qazilərdən ibarət olan “X14” İctimai Birliyinə və şəxsinə qarşı bu iftira kompaniyasında məqsəd onu nüfuzdan salaraq, haqqında dövlət orqanları və ictimayyət arasında etimadsızlığın yaradılması olmuşdur. Eldəniz Abbasov insanları aldadaraq dələduzluq etdiyi üçün haqqında cinayət işi açılmış və törətdiyi cinayətə görə məhbus həyatı yaşamış biridir. Lakin etdiyi paylaşımda bildirmədiyi kimi, insanlar onun əsil məqsədindən xəbərsizdilər. O, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu zədələyən, cəmiyyət arasında hörmətdən salan çəkilişləri “Facebook” səhifəsində paylaşaraq minlərlə insanların bu yalan və böhtanları dinləmələrinə nail olmuşdur. X10 tərəflərindən vaxtı ilə “X14” X12 rayonu sədri təyin edilmişdir. Onun əməlləri haqda çoxsaylı şikayətlərdən sonra idarə heyətləri X4 “X14” X12 rayon sədri vəzifəsindən azad edilməsi haqda qərar çıxarmışdır. (Xüsusilə Eldəniz Abbasovun qazi ailəsi mənsubu xanıma qarşı əxlaqa zidd davranışı son nöqtənin qoyulması səbəbi olmuşdur. Bu barədə həmin xanımın səs yazısı və ərizəsi də mövcuddur). Bu qərardan sonra Eldəniz Abbasov ona və cəmiyyətlərinə qarşı çirkin hücum kompaniyasına qoşulmuş, bəhs etdiyi şər-böhtan və təhqir dolu çəkilişləri həyata keçirərək onları Facebook sosial şəbəkəsində yerləşdirmiş, üzvləri canlarını Vətən-Dövlət və Millət üçün fəda edən şəhid ailələləri və qazilərdən ibarət olan “X14” ictimai birliyini və sədri olaraq onu istər dövlət və hökümət orqanlarının qarşısında, istərsə də birliyin üzvləri və sadə insanlar arasında nüfuzdan salmaq üçün “əlindən” gələni əsirgəməmişdir. Eldəniz Abbasov ona şərəfsiz, oğraş, maşennik, pula satılmış, çaqqal, (vətən yolunda gözlərinin əlilliyini ələ salaraq) odaqlazıy coo və s. agır ifadələrlə unitaz maketini şəkliylə yanaşı qoyaraq yazmağa belə xəcalət çəkdiyi formalarda montaj edərək lağlağı və məsxərə obyektinə çevirmişdir. xx.xx.2022-ci il tarixli çıxışının 01 dəqiqə 20-ci saniyyəsində ona Firudin sənin sovet şpalovkası sifətini cıracam, gözlərinin əlilliyini ələ salaraq odnaqlaziy Coo deyərək, sən kişi deyilsən, bığa layiq deyilsən, sənin sadəcə şalvarın və bığın var, tülkü, çaqqal, alçaq deyərək onu ağır şəkildə təhqir etmişdir. 6 dəq. 55 saniyəlik çıxışında 6.55-ci saniyəsində saxta-tuxta qazilər, qeyri qanuni təşkilat, yırtıcı qüvvə deyərək müqəddəs şəhid adını və qazilər birliyi adını daşıyan birlikllərini də ağır təhqirlərə məruz qoymuşdur. Davamında yalançı təşkilat, hacı dıllağ, reket dəstəsi (10-cu saniyədən 20-ci saniyyə) 3 dəq. 6 saniyəlik bir çıxışının 20-ci saniyəsində radikal, yırtıcı, ləyaqətsizlik gətirən, maxinator, mındarxana demişdir. 7 dəq. 6 saniyə 7.27-dək mundaqrxana, Hollandiya vəsiqəsinə layiqdir, məhv etmək lazımdır, bağlatdırmaq lazımdır demişdir. 7.58 saniyyəyə kimi davam etmiş çıxışında ona hacı dıllağ, hacı bobbi, hacı leyko, çuşka, fira, hacı boynunu yerə soxum deyərək müqəddəs Həcc zıyarətində olaraq Hacı olduğu üçün onu təhqir etmişdir. Tüpürüm sifətinə, insanlığına, ləyaqətinə 3.5 san. 3.14 san. 5.36-5.42-dək 6.6 saniyədən 6.40 saniyəyədək davam edən çıxışında səsləndirmişdir. Xalqım ayıq olun X14 İctimai Birliyi radikal, mafioz, ermənipərəst, dövlət iğtişaşı yaradan bir qüvvədən ibarətdir deyərək canlarını ermənilərlə döyüşlərdə vətən üçün fəda edən birliyin üzvlərinə dövlət iğtişaşı yaradan ermənipərəst deyərək ən ağır tərzdə təhqir etmişdir. 8.39-dan 8.56-dək 5.19 san. 1 dəqiqəyədək sən bəzi millətlər kimi, bizim millət kimi yox sən bizim milli tariximizə, ənənəmizə, dövlətçiliyimizə xəyanət etmiş adamsan demişdir. 2.25 san. 2.38 saniyədək. Dövlətə qarşı çaxnaşma yaradan adamsan, sən adam deyilsən, utanmazsan. 6.36-6.50-dək. X19, Hacı Bobbi, sən alçaq admsan, 1.50.-1.58-dək alçaq, yaramaz, həşarat, ay petka demişdir. 2.38-3.04-dək. Şayba, petka, ditdilli, sən dövlət içində çaxnaşma, iğtişaş yaradan olmusan. Hacı dıllağ Firudin, gədə demişdir. 4.04-5.44-dək. Səni tank vurub afirist?, dələduz, maşennik, duldulu, gədə, şlyaqa. Sənin yadına gəlir Aybəniz? Qranat atılanda sənə deyirəm hardan vurduğumu bilirəm Aybəniz məsələsi ilə. Sənin gözünə nə dəyib. (Güya Aybəniz adlı bir qadına sataşdığına, onu zorladığına görə ona qranat atıblar gözləri həmin qranatın partlamasından bu hala düşmşdür. Halbuki döyüşlərdə gözündən yaralanaraq əlil olduğu barədə döyüşçü yoldaşlarının və rəhbərliyin də təsdiq etdiyi, həkim komissiyasının rəyi mövcuddur. Vətən və dövlət yolunda 1-ci qrup əlil olmuş döyüşçünü təhqir edərək böhtan atana ən ağır cəza verilməlidir). 6.35-7-17 dək sənin yaralanma kagızın yoxdur. 8.12-8.29dək Hacı Bobbi ay sənin boynunu yerə soxum. Ay tummuçka, ay çaqqalay, ay yaramaz. 11.21-11.35-dək. Siçan pişik idarəsinin sədri Firudin Məmmədov (şəhid ailələri və qazilər olan birliklərini siçan-pişik idarəsi adlandıraraq şəhidlərə və qazilərə də hörmətsizlik edərəq təhqirini davam etdirmişdir). Tarakan, həşarat, zoloq, yekə həşarat. 38-0.40-dək. Sən hər şeyə layiqsən, ama mən fikirləşdim ki, bir dənə şey qalıb bu xiyardır özüdə birdənə yerdə qalıb yəni bu xiyarı göndərirəm sənə sən özün bilirsəndə hara qoymaq lazımdır, məsləhətləş bu xiyarı qoy ora 5.58- sonadək. Yuxarıda göstərilən videoyazıda o çox nalayiq formada təhqir olunaraq şər və böhtanlara məruz qalmışdır. X10 onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149(zorlama), 178(dələduzluq), 218(cinayətkar birlik yaratma), 220(dövlətə qarşı iğtişaş), 274(dövlətə xəyanət), 308(vəzifə səlahiyyətlərindən sui-istifadə), 311(rüşvət alma) maddələri ilə ittiham edərək istər dövlət qarşısında istərsədə cəmiyyət qarşısında şəxsiyyətini alçaldaraq şər və böhtanları ilə nüfuzdan salmağa çalışmışdır. Həmin təhqir və böhtan dolu çıxışları diskə yazdıraraq məhkəməyə təqdim etmişdir. Bu təhqir və böhtanlardan mənəvi və psixoloji sarsıntı keçirmişdir. Eləcədə onun işgüzar nüfuzu ciddi şəkildə zədələnmişdir. Bu agır və təhqiredici, böhtan xarakterli videoyazı Eldəniz Abbasov tərəfindən “Facebook” sosial şəbəkəsində kütləvi formada yayılmış və ona minlərlə insan baxmışdır. Nəticədə o və sədri olaraq təmsil etdiyi on minlərlə üzvü şəhid ailələri və qazilərdən ibarət olan “X14” İctimai Birliyi ağır şəkildə təhqir olunaraq böhtana və iftiraya məruz qalmışdır. X2 bu qədər təhqir və böhtanlarına görə ciddi cəza almasa bu ona və ona bənzər adamlara şəhid ailələrini və qaziləri söyüb təhqir etməyə, böhtan ataraq cəzasız qalacaqları “cəsarətini” verəcəkdir. Onlar Azərbaycan Dövlətinin Ədalət Sisteminə güvənərək X4 cinayət əməllərinə hüquqi qiymət verilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələr üzrə ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər. Vətən və Dövət yolunda 1-ci qrup əlil olmuş Azərbaycan Respublikasının vətəndaşı olaraq buna hüququ vardır. Bu hüququ ona on minlərlə üzvü şəhid ailələri və Qazilərdən ibarət olan”X14 İctimai Birliyi”-nin sədri olaraq Azərbaycan Respublikasının əsas qanunu, Konstitusiyası vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Qeyd olunanlara əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək CM-nin 147.2-ci maddəsinə əsasən 3 ilədək azadlıqdan məhrum etmə cəzası, 148-ci maddəsi ilə 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu böyük ictimai təhlükə törətməyən cinayətlərə daxil olduğundan X6 təyin olunmuş cəzaları qismən yolu ilə qəti cəza, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasını, yalan olduğunu bilə-bilə yaydığı məlumatlar həqiqətə uyğun olmadığı üçün on minlərlə üzvü şəhid ailələri və qazilər olan “X14” İctimai birliyindən və gözlərinin nurunu Vətən və Dövlətçilik yolunda itirmiş 1-ci qrup Qarabağ müharibəsi əlili olan X1 üzr istəyərək, Facebook səhifəsində təkzib verməsi, faktiki yaşadığı ünvana rəsmi qaydada məktub göndərərək üzr istəməsi, həmin məlumatların silinməsi, keçirdiyi böyük sarsıntıya və vurduğu mənəvi ziyana görə 200000 manat pulun məcburi alınaraq ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Barəsində şikayət verilmiş X10 02 aprel 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində göstərmişdir ki, Firudin Məmmədovun ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətin heç bir əsası yoxdur. Belə ki, Firudin Məmmədov özü öz işçiləri və yan-yörəsi ilə onun işlədiyi əraziyə hücum çəkmiş və onu həmin vaxtı döyərək ona xəsarətlər yetirmişdir. Buna görə onun barəsində Nizami Rayon Məhəməsində hökm çıxarılmışdır. Firudin Məmmədov 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Sonradan apellyasiya və kassasiya şikayəti versə də şikayətləri təmin olunmamışdır. Çünki müddəti keçirmişdir və müddət bərpa olunmamışdır. Həmin vaxt ona çox ciddi problemlər yaratmış və hətta sağlamlığının poulmasına gətirib çıxarmışdır. Belə ki, həmin dövrdə aldığı travma nəticəsində psixi xəstəxanada müalicə almışdır. Hazırda da həmin müalicələri davam edir. Firudin Məmmədov sayəsində o, ağır formada travma alımışdır. Bundan başqa Firudin Məmmədov özü onun barəsində sosial şəbəkəlrədə Zülfiyyə adlı şəxsi öyrədərək onun özünü təhqir etmişdir. Firudin Məmmədov barəsində etdiyi əməllərə görə mülki qaydada şərəf və ləyaqətin müdafiəsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Firudin Məmmədovdan onun xeyrinə 1000 manat məbləğində pulun tutulması və təkzib verilməsi qət edilmişdir. Həmin işdə təqdim etdiyi videoda da Firudin Məmmədovun sifarişi ilə göstərilmişdir ki, guya o, qazi qızına qarşı əxlaqsız hərəkət təklif etmişdir. X21 bunu sübut edə bilməmişdir. Hazırda isə yenə də ərizəsində bunu göstərir ki, qazi qızına əxlaqsız təklif etmişdir. O, özü kəllə beyin travması olan bir şəxsə qarşı bu qədər haqsızlıqlara dözə bilməmiş və onun barəsində video çəkib paylaşmışdır. Həmin video da artıq silinmiş və heç bir paylaşım edilmir. Firudin Məmmədovun təhqir hesab etdiyi həmin videonun yaılmasından artıq 2 ildən çox müddət keçmişdir. CM-nin 148-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayətdir. Burada isə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 ildir. Buna görə də o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 147.2-ci maddəsinə gəldikdə isə onu hansısa cinayət əməllərində ittiham etməmişdir. Dediyi sözlərin sübutu kimi səsyazılar var və həmin səsyazıları məhkəməyə təqdim edəcəkdir. X17 hansı işlərlə məşğul olmasını məhkəmə özü görəcəkdir. Çünki həmin əməlləri hansısa qazinin etməsi yolverilməzdir. Pul müqabilində qazilərin hansısa qanunsuz işlərə cəlb edilməsi və dövlətin qurumlarına qarşı çıxılması onun fikrincə düzgün əməl deyildir. Növbəti məhkəmələrdə o, bu sübutları təqdim edəcəkdir. Firudin Məmmədov özü yaşadığı binanın və işlədiyi ərazinin sakinlərindən ərizə alır və guya göstərir ki, o, gigiyenik qaydalarını pozur və gigiyena və epidemiologiya idarəsinə müraciət etdirir. Həmin idarədə keçmişdə insanlar arasında siçan-pişik idarəsi hesab edilirdi. Firudin Məmmədov əsassız olaraq bunu öz idarəsinin üzərinə götürür. Bundan başqa Firudin Məmmədov təqdim etdiyi video-görüntünü montaj edərək özünə sərf edən hissəsini məhkəməyə təqdim etmişdir. Görünən odur ki, burda cinayət əməlindən söhbət gedə bilməz. Ümumiyyətlə bu ərizənin icraata qəbul olunması əsassızdır. Odur ki, göstəriklərini nəzərə alaraq Firudin Məmmədovun şikayət ərizəsinin əsas olmamasına görə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X8 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X10 “X14” İctimai birliyi Nizami rayon filialının sədri olub, sonra o, yol verdiyi ciddi nöqsanlara görə azad edilib. Sonra onu başqaları öyrətmişlər. Ona müxalif olan bir neçə şəxsə qoşulub məni təhqir etməyə başlamışdır. X8 onu “facebook”da təhqir etmişdir. O, qazidir, gözlərini müharibədə itirmişdir. Bunlar da onun gözlərinin zəif olmasından istifadə edərək onu ağır hücümlara məruz qoyublar. Anasının 7-si çıxmamış anasını təhqir etmişdir. O, gecə-gündüz çalışan insandır, geniş vaxtı yoxdur ki, o, məhkəməyə gəlsin. Ha çalışmışdır ki sakitlik olsun. Dalbadal çıxış edib, onu təhqir edirlər. Küçədə gedib it tapıb adını “Fira” qoyur, video çəkir, sosial şəbəkəyə qoyur. Ona deyir “kişisən, çıx qabağıma, ananı söymüşəm”. O da çıxıb evinə getmişdir. Sonra onu şərləmiş, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirli 1000 manat cərimələmişdir. O, döyüşçüdür, X7 elə edər ki, nəfəs ala bilməz. Şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 yuxarıda istinad olunan ərizəsini, işin faktiki hallarını və onun hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına təyin olunmuş vəkilinin prosesdə iştirak etdiyini nəzərə alaraq, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 vəkili X23 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayət vermiş şəxs özü haqqında məlumatı düzgün göstərməmiş, AA2307776 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adı “Firidun” (X8) olduğu halda, şikayətdə adını “Firudin” (X9) kimi göstərmişdir. Nə qədər ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərinin “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yayımlanma yolu ilə törədildiyi iddia olunur, o zaman həmin internet informasiya ehtiyatı hüquqi ünvan üzrə xaricdə qeydiyyata alınmış hesab olunur, ona görə şikayətə təhqir və ya böhtan xarakterli məlumatları “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Lakin şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 şəxsiyyətini təsdiq edən, qeydiyyat və faktiki yaşayış yerini özündə əks etdirən sənədlər (DİN-nin MAPS şöbəsinin arayışı və s.) şikayətə əlavə edilməmişdir. X8 xüsusi ittiham qaydasında şikayətində X4 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərini 16 avqust 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yayımladığını qeyd etsə də, sübut qismində təqdim edilən “DVD-R” formatlı diskə əlavə edilmiş görüntülərin, çıxışların, səs yazılarının tədqiqi ilə bu göstərilənlərin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır, belə ki, görüntülərin, çıxışların, səs yazılarının digər sosial şəbəkələrdə və tarixlərdə yayımlanmasına əsaslı şübhələr vardır. Digər mötəbər sübut təqdim edilmədiyinə görə ehtimal olunan cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi ilə bağlı hüquqi nəticəyə gəlinməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, cinayətin törədilmə vaxtının müəyyən edilməsi, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, X8 xüsusi ittiham qaydasında şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X4 onu və sədri olduğu on minlərlə üzvü şəhid ailələri və qazilərdən ibarət olan “X14“ İctimai Birliyini təhqir, böhtan, şərəf və ləyaqətini alçaldan küçə söyüşləri ilə dolu çıxışlarını “Facebook” sosial şəbəkəsində hər kəsə açıq olaraq yayımladığını göstərmişdir. Hansı ki, həmin İctimai Birlik hüquqi şəxs hesab olunur, sözügedən cinayətlərin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil etdiyindən belə obyekt qismində yalnız fiziki şəxs çıxış edə bilər, birliyin üzvləri isə öz şərəf, ləyaqət və ya nüfuzlarının qorunması üçün fərdi qaydada məhkəməyə müraciət edə bilərlər. Ona görə də qeyd olunan hüquqi şəxsə və ya digər fiziki şəxslərə münasibətdə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərinin törədilib-törədilməməsi hissəsində araşdırma aparılması üçün hüquqi əsaslar yoxdur. Bundan əlavə, X8 xüsusi ittiham qaydasında şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən 3 ilədək azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş edərkən də səhvə yol vermiş, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tələb etdiyi azadlıqdan məhrum etmə cəzasının müddətini mücərrəd yazmış, cəzanın müddətini konkret göstərməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 21 fevral 2014-cü il tarixli Qərarının 19-cu bəndinə əsasən izah edilmişdir ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Lakin şikayətdən görünür ki, X8 mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitəsində təkzib verilməsi, ondan üzr istənilməsi və sair tələbləri irəli sürərkən, bu tələbləri barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün irəli sürməmiş, barəsində şikayət verdiyi X6 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsi ilə bərabər, həmin şəxs tərəfindən ona mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitəsində təkzib verilməsi, ondan üzr istənilməsi və sair tələbləri irəli sürmüşdür. Bundan başqa, X8 hazırda baxılan şikayəti imzalayaraq şikayətin verilmə tarixini göstərsə də, şikayətin verildiyi yeri göstərməmişdir. Məhkəmə qeyd edir ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X23 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Məmmədov Firudin (faktiki Firidun) Əfqan oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 hüquqlarının müdafiəsi üçün 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X15 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar