Məhkəmə qərarları › İş №1(007)-317/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-317/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-317/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1990-cı il tarixdə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonunun Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, 26 noyabr 2022-ci il tarixdə tutulmuş, 28 noyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Naxçıvan MR, Culfa rayonu, Ləkətağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Ləkətağ kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış massivi, döngə 10, nömrəsiz fərdi evdə yaşamış, 17 fevral 2023-cü il tarixdə tutulmuş, 18 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Belə ki, o, 13 iyun 2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 6 saylı X10 Stansiyasının hərəkətdə olan “X11” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı, “Vita 81” eyniləşmə nömrəli X10 avtomobilinin salon hissəsində tanışları Şahid1 xəstəxanaya aparılan vaxt sonuncunu müşayiət edərkən etik normalara zidd olan hərəkətlər edib söyüş söymələrinə və salonda siqaret çəkmək qadağan olduğu halda həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs siqaret çəkmələrinə haqlı iradına məhəl qoymadıqları üçün sonuncu avtomobili Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 7 ünvanında saxladıqdan sonra avtomobildən düşərək avtomobilin salonunda partlama təhlükəsi olan əşyalar yerləşdirilməsi səbəbindən təkrar olaraq onlardan siqareti söndürmələrini tələb etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək ictimai yer olan yolun kənarında avtomobildən enib Zərərçəkmiş şəxslə mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə o, qəsdən yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya fiziki ağrı yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs1 isə xuliqanliq niyyətilə Zərərçəkmiş şəxs sağ əlindən qəsdən yumruqla vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ əlin birinci daraq sümüyünün əsasının sınığı ilə nəticələnən xəsarət yetirməklə qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmiş və xuliqanliq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 13 iyun 2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 6 saylı X10 Stansiyasının hərəkətdə olan “X11” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı, “Vita 81” eyniləşmə nömrəli X10 avtomobilinin salon hissəsində tanışları Şahid1 xəstəxanaya aparılan vaxt sonuncunu müşayiət edərkən etik normalara zidd olan hərəkətlər edib söyüş söymələrinə və salonda siqaret çəkmək qadağan olduğu halda həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs siqaret çəkmələrinə haqlı iradına məhəl qoymadıqları üçün sonuncu avtomobili Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 7 ünvanında saxladıqdan sonra avtomobildən düşərək avtomobilin salonunda partlama təhlükəsi olan əşyalar yerləşdirilməsi səbəbindən təkrar olaraq onlardan siqareti söndürmələrini tələb etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özlərinin şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək ictimai yer olan yolun kənarında avtomobildən enib Zərərçəkmiş şəxslə mübahisə edərək sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs2 qəsdən yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya fiziki ağrı yetirmiş, o isə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağ əlindən qəsdən yumruqla vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ əlin birinci daraq sümüyünün əsasının sınığı ilə nəticələnən xəsarət yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında fəhlə işləri görmək üçün Bakı şəhərinə gəlmiş, dayısının oğlu Şahid1 və adlarını xatırlamadığı digər şəxslərlə birlikdə işləmiş, Sakitlə və Naxçıvandan olan Elnur adlı şəxslə birlikdə kirayədə yaşamışdır. 13 iyun 2022-ci il tarixdə Sakitlə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində tanımadığı bir kafedə oturub yemək yeyib spirtli içki araq içirmişlər, bir qədər sonra Elnur da oraya gəlib onlara qoşulmuş, hər üçü birlikdə təxminən iki litr araq içmişlər. Həmin gün saat 23 radələrində kafedən çıxmış, sonra Sakitin çənəsində xəsarət olduğunu görmüşdür. Sakit onlardan qabaq kafedən çıxmış və dediyinə görə yıxılıb xəsarət almışdır. Onlar Sakitin telefonu ilə 103 xidmətinə zəng edib X10 çağırmışlar. Bir qədər sonra Sakitin telefonuna zəng gəlmiş və X10ın çatdığı bildirilmiş, onlar həmin tibbi yardım avtomobilinə yaxınlaşmışlar. Orada olan iki nəfər qadın həkim onu tibbi yardım avtomobilinin arxa hissəsində əyləşdirib ona tibbi yardım etmişlər. Onların hər üçü sərxoş olduqlarından bir qədər emosional olmuş, öz hərəkətlərini çətin idarə etmişlər, bu səbəbdən səs tonları yüksək olmuş və küçə söyüşlərindən istifadə etmişlər, X10ın işçiləri buna görə onlara irad bildirsələr də onlara məhəl qoymamışlar. Sakitə ilkin yardım göstərildikdən sonra həkimlər onun Respublika Klinik Xəstəxanasına aparılmalı olduğunu bildirmişlər. Onlar da həmin avtomobillə gedəcəklərini bildirmişlər. Həkimlər və sürücü bunun düzgün olmadığını bildirsələr də onlarla razılaşmamış və avtomobilə minmişlər. Bir qadın tibb işçisi arxada onlarla birlikdə, digər qadın tibb işçisi isə qabaq oturacaqda əyləşmiş və yola düşmüşlər. Onlar avtomobildə yenə içkinin təsiri ilə bir qədər səs-küylü danışmış, etik olmayan ifadələrdən istifadə etmişlər. Yanlarında əyləşən tibb işçisi narahat olduğundan öndə oturan sürücü və digər tibb işçisi onlara bir qədər sakit olmalarını bildirmişlər, lakin onlar həmin şəxslərə məhəl qoymamışlar. Bir qədər sonra sürücü avtomobili saxlamış və yanlarında əyləşən tibb işçisi də önə, sürücü ilə digər tibb işçisinin yanına keçmiş və yola davam etmişlər. Yol boyu hər üçü siqaret çəkməyə başlamışlar, bu zaman sürücü və yanındakı həkimlər onlara siqareti söndürmələrini bildirmişlər, içkili olduqlarından həmin şəxslərin bu istəyi onlara bir qədər təsir etmiş, mübahisə etməyə başlamışlar və onlara bildirmişlər ki, siqaret çəkmələrinin onlara heç bir maneəsi ola bilməz. Sürücü və yanındakı həkimlər bildirmişlər ki, arxada alova həssas əşyalar var, siqaret çəkdikdə onlar partalaya bilər. Onlar siqaret çəkməyə davam etdiklərinə görə sürücü yolun bir kənarında avtomobili saxlamış və yerə düşüb avtomobilin arxa hissəsini, yəni onların olduğu hissəni açmış və onlara siqareti söndürmələrini, əks təqdirdə avtomobili idarə etməyəcəyini bildirmişdir. Bundan sonra onlarla sürücü arasında mübahisə yaranmış, mübahisə zamanı o, bir qədər emosional olduğundan sürücünün üstünə getmiş və ona müxtəlif nahiyələrindən bir neçə zərbə endirmişdir. Daha sonra Elnur da həmin sürücünün üstünə getmiş və onlar arasında da çəkişmə olmuş, Elnur sürücünü vuraraq döymüşdür. Ətrafa tanımadıqları şəxslər toplaşmış və onları sakitləşdirmişlər. Daha sonra hər üçü tibbi yardım avtomobilinin arxa hissəsinə minmiş və xəstəxanaya getmişlər. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, etdiyi əməldən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Bundan başqa, o, 27 sentyabr 2020-ci il tarixdə başlanmış Vətən müharibəsində iştirak edərək medallarla təltif edilmişdir, müharibə veteranıdır. Göstərdiklərini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ev təmiri işi ilə məşğul olur. 2022-ci ilin yay aylarında Bakı şəhəri, Ramana qəsəbəsində işlədiyi evlərdən birində onunla birlikdə işləyən Şahid1 tanımışdır. Onunla birlikdə Bakı şəhəri, Kənd Əhmədli qəsəbəsində kirayə qalmışlar. Həmin ərəfələr Şamaxı rayonundan Sakitin qohumu Gülaməddin onlarla birlikdə işləmək üçün gəlmiş, Gülaməddin də həmin ərəfələr onlarla birlikdə Kənd Əhmədli qəsəbəsində yaşamağa başlamışdır. 13 iyun 2022-ci il tarixdə axşam saatlarında Sakitlə telefon əlaqəsi yaratdıqda o, Kənd Əhmədli qəsəbəsində hazırda adını xatırlamadığı bir kafedə Gülaməddinlə yeyib-içdiklərini bildirmiş və onu da dəvət etmişdir. Bir müddət sonra yanlarına getdikdə onların kafenin içərisində oturub yemək yeyib spirtli içki araq içdiklərini görmüşdür. Bir qədər sonra Sakit bir butulka da araq alıb onun da onlara qoşulmasını təklif etmişdir. O da Sakitgillə bir qədər içmişdir. Bir qədər orada qalıb yeyib-içdikdən sonra Sakit oturduqları masanı tərk edib çıxmış, daha sonra onlar da hesabı ödəyib çıxmışlar. Kafedən çıxdıqları vaxt Sakitin çənə nahiyəsindən xəsarət aldığını görmüşlər. Ondan nə baş verdiyini soruşduqda Sakit onlara yıxıldığını bildirmişdir. Sakitin telefonu ilə X10a zəng edərək məlumat vermişlər. Bir qədər sonra Sakitin telefonuna təcili yardımdan zəng edib gəlmiş və onları gözlədiklərini bildirmişlər. Həmin vaxt Gülaməddin spirtli içkinin təsirinə çox düşdüyündən özünü apara bilməmişdir. Gülaməddin təcili tibbi yardın avtomobilində gələn həkimlərə və sürücüyə qarşı kobud rəftar etmişdir. Həkimlər Sakiti müayinə etdikdən sonra xəstəxanaya aparmalı olduqlarını bildirmişlər. Bundan sonra o da yardım məqsədi ilə avtomobilin xəstə üçün nəzərdə tutulan hissəsinə əyləşmişdir. Gülaməddin də onların yanına əyləşmək istədikdə həkimlər ona avtomobilin həmin hissəsində xəstədən başqa bir nəfər şəxsin əyləşməsinə icazə olduğunu bildirmişlər, lakin Gülaməddin onlarla razılaşmayıb mübahisə etməyə başlamış və inad edib onların yanında əyləşmişdir. Yol boyu Gülaməddin spirtli içkinin təsiri altında olduğundan səs-küylü şəkildə danışmış, etik olmayan ifadələr işlətmiş, bunu görən sürücü avtomobili saxlayıb onların yanında əyləşən qadın həkimə ön oturacağa keçməsini bildirmişdir. O, ön oturacağa keçdikdən sonra da Gülaməddin öz hərəkətlərini davam etdirmişdir. Bir qədər sonra Gülaməddin siqaret çəkməyə başlamış, bunu görən həkimlər və sürücü Gülaməddinə siqareti söndürməsini bildirmişlər, lakin Gülaməddin onlara qulaq asmamışdır. Həkimlər və sürücü ona avtomobilin arxa hissəsində partlamağa meyilli əşyalar olduğunu, siqareti söndürmədiyi təqdirdə partlayış ola biləcəyini bildirmişlər, lakin Gülaməddin siqaret çəkməyə davam etmişdir. Bunu görən sürücü avtomobili Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan” marketin yaxınlığında saxlayıb yerə düşmüş və onların oturduğu hissənin qapısını açaraq Gülaməddindən siqareti söndürməsini tələb etmişdir. Bu zaman o, avtomobili sürməsini, Sakitin xəstəxanaya çatmalı olduğunu sürücüyə bildirmişdir. Gülaməddin də sürücünün ünvanına nalayiq söyüşlər söyməyə başlamış və onların arasında çəkişmə olmuşdur, Gülaməddin sürücünün üzərinə hücüm edərək onu yumruqla vurmağa başlamış, onların çəkişməsini ətrafda görənlər onların davasına müdaxilə edib onları ayırmışlar. O da həmin vaxt Gülaməddinlə sürücü Zərərçəkmiş şəxs ayırmışdır, o, hadisə vaxtı Zərərçəkmiş şəxs vurmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 18 fevral 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sözügedən hissəsində göstərmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir ... o, avtomobili sürməsini, Sakitin xəstəxanaya çatmalı olduğunu sürücüyə bildirmişdir. Gülaməddin də sürücünün ünvanına nalayiq söyüşlər söyməyə başlamış və onların arasında çəkişmə olmuşdur, Gülaməddin sürücünün üzərinə hücüm edərək onu yumruqla vurmağa başlamış, onların çəkişməsini ətrafda görənlər onların davasına müdaxilə edib onları ayırmış, bu zaman Gülaməddin kənardan sürücünün ünvanına söyüş söymüş, sürücü ona cavab verdikdə o, əsəbiləşib sürücünün üstünə getmiş və onu yumruqla vurmağa başlamışdır. Bu zaman ətrafda olan tanımadığı şəxslər müdaxilə edərək onları ayırmışdır. Daha sonra kənar şəxslərin də müdaxilə etməsi ilə onlar yenidən avtomobilə minmiş və sürücü onları xəstəxanaya aparmışdır. Əlavə olaraq göstərmişdir ki, Gülaməddin sürücünün üzərinə hücüm edib onu yumruqla vurmuş, digər şəxslərin müdaxiləsi ilə onlar ayrılmış, bu zaman Gülaməddin sürücünün ünvanına söyüş söymüş, sürücü də Gülaməddinə söydüyündən o, bunu özünə sığışdıra bilməyib sürücünü vurmuşdur. Hadisə zamanı o, sürücü Zərərçəkmiş şəxs yumruqla vurmuşdur və ola bilsin sürücü həmin vaxt ekspertiza rəyində qeyd olunan xəsarəti almış olsun. Özü hadisə nəticəsində hər hansı xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 sürücü Zərərçəkmiş şəxs vurmasına səbəb Zərərçəkmiş şəxs Gülaməddindən siqareti söndürməsini tələb etməsi olmuşdur. Bu hadisələr təqribən 10 dəqiqə davam etmişdir... Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını məhkəmədən xahiş etmiş, son sözlə çıxışında isə əməlindən peşman olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyul ayından Bakı şəhəri 6 saylı Təcili və X5 Stansiyasında sürücü kimi işə başlamışdır. Sürücü olaraq vəzifəsi Səhiyyə Nazirliyinin “103” zəng xidmətinə X10 ilə əlaqədar edilən çağırışlara getmək, xəstənin səhhətinə uyğun olaraq həkimin göstərişi ilə onu müvafiq tibb müəssisəsinə çatdırmaqdır. 13 iyun 2022-ci il tarixdə 7 saylı X10 Stansiyasına təhkim edilmişdir. 13 iyun 2022-ci il tarixdə saat 23 radələrində rabitə vasitəsi ilə edilmiş çağırış əsasında o, “Vita 81” eyniləşdirmə nömrəli **-JD-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı X10 avtomobili vasitəsi ilə həkim Məlahət Nəbiyeva və adını sonradan öyrəndiyi tibb bacısı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinə getmişlər. Oraya çatdıqda onlar çağırış verilmiş nömrə ilə əlaqə yaradaraq gəldiklərini və onları görə bilmədiklərini bildirmişlər. Bir qədər sonra bir nəfər çənə nahiyəsindən xəsarət almış şəxs və onun yanında iki digər şəxs tibbi yardım avtomobilinə doğru yaxınlaşmışlar. Həmin şəxslərin üçü də çatan kimi mübahisə yaratmağa, kobud tərzdə “harda qalmısınız siz, bayaqdan sizi gözləyirik” məzmununda ifadələr işlətməyə başlamışlar. Onlara bir qədər əvvəl gəldiklərini demiş, lakin onlar deyinməyə davam etmişlər. Həkim xəsarət alan şəxsə yaxınlaşaraq onu tibbi yardım avtomobilinin bortuna, yəni xəstəyə yardım üçün nəzərdə tutulan hissəsinə yerləşdirmiş və onu ilkin müayinə etmişdir. Daha sonra onlar mərkəzlə danışıb xəstənin vəziyyəti barədə məlumat vermişlər, mərkəzdən xəstəni Respublika Klinik Xəstəxanasına aparmaları bildirilmişdir. O, avtomobili hərəkətə keçirərkən digər iki şəxs də avtomobilin bortuna minmişlər. Həmin şəxslərə, sonradan tanıdığı Təqsirləndirilən şəxs2 Yelmar oğlu və Təqsirləndirilən şəxs1 avtomobilin xəstə üçün nəzərdə tutulan yerinə yalnız əlavə bir nəfərin minə biləcəyini izah etmiş, ikisindən birinin avtomobildən enməsini xahiş etmişdir. X1 şəkildə danışaraq heç kimin avtomobildən enməyəcəyini, avtomobili sürməyə başlamasını demişlər. O, təkrarən onlardan birinin avtomobildən enməsini xahiş etsə də onlar “sənə dedik ki, sür” demişlər. Çənəsindən xəsarət almış Sakit adlı xəstə isə bu zaman uzanmış və digərlərinə nisbətdə sakit olmuşdur. Xəstənin vəziyyəti yaxşı görünmədiyindən və Gülaməddinlə Elnurun münaqişəyə meyilli olduqlarını görüb mövzu böyüməsin deyə avtomobili idarə etməyə başlamışdır. Yolda hərəkətdə olduqları vaxt Gülaməddinlə Elnurun arxada öz aralarında söyüşlə danışdıqlarını, ucadan səs-küy saldıqları ön salonda eşidilmişdir. Onların yanında əyləşən tibb bacısı Gülnar Babayeva həmin şəxslərə bununla bağlı irad bildirsə də onlar Gülnar Babayeva ilə də kobud rəftar etməyə başlamışlar. O, mübahisəyə müdaxilə edib onlara bir qədər nəzakətli olmalarını xahiş etmiş, bu zaman Gülaməddin bildirmişdir ki, o, Vətən müharibəsi iştirakçısıdır, qazidir, o, nə istəsə edə bilər, heç kimin ona söz deməyə haqqı yoxdur. O, müharibədə iştirak etdiyi üçün Gülaməddinə təşəkkür etmiş, hazırkı davranışlarının ona yaraşmadığını bildirmiş, lakin Gülaməddin qışqıraraq yaxşı etdiyini demişdir. Bu hal onun xoşuna gəlmədiyindən və tibb bacısı üçün təhlükə olduğunu hiss etdiyindən avtomobili saxlayaraq tibb bacısının ön oturacağa keçməsini təmin etmişdir. Hərəkətlərini davam etmişlər, saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 7 ünvanının yaxınlığına çatdıqda o, avtomobilin arxa hissəsindən tütün tüstüsünün iyini hiss etmiş, həkimdən arxaya baxmasını xahiş etdikdə həkim ona bildirmişdir ki, arxadakı şəxslərin üçü də siqaret çəkir. Bortun içində alova həssas, partlayış təhlükəsi olan cihazlar olduğundan onlara səslənərək siqaretləri söndürmələrini xahiş etmişdir. X3 avtomobili sürməsini, onlara qarışmamasını demişlər. O, avtomobili saxlayıb yerə düşmüş və bortu açıb onlardan siqaretləri söndürmələrini xahiş etmişdir. Gülaməddin ona “sənin işin maşın sürməkdi, maşınını sür” demişdr. O, həmin şəxslərə bir daha bildirmişdir ki, arxada partlaya biləcək alova həssas əşyalar və cihazlar var, buna görə dərhal siqareti söndürməlidirlər. Həmin şəxslər yenə ona məhəl qoymamışlar, bu zaman Gülaməddin ona “eşitmirsən sən, sənə dedim maşını sür” deyərək avtomobildən düşüb üzərinə yerimiş və onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə hücüm çəkmiş, ona əl-qol atmağa başlamışdır. Gülaməddin yumruqla onun bədəninin müxtəlif nahiyərindən vurmuş, onun zərbələri nəticəsində kəskin ağrı hiss etmiş və özünü müdafiə etmək üçün Gülaməddini əlinin içi ilə geriyə itələmişdir. Lakin Gülaməddin təkrarən onun üzərinə yerimişdir. Kənardan bir neçə şəxs qaçaraq onlara yaxınlaşmış və Gülaməddini tutmuşlar. Bundan sonra Elnur onun üzərinə gəlməyə başlamışdır. Həmin vaxt həkim və tibb bacısı bir kənarda həyəcanlı halda durmuşlar, ətrafdan isə tanımadığı bir neçə şəxs bu dava-dalaşı görüb qaçaraq onlara yaxınlaşmış və həmin şəxsləri tutmuşlar. Elnur onu tutan şəxslərin əlindən yayınaraq onun üzərinə gəlmiş və ona ardıcıl yumruqlar vurmağa başlamış, bu yumruqlardan biri onun əlinə dəymiş və o, əlində kəskin ağrı hiss etmiş, əlinin sındığını düşünmüşdür. Hansı ki, sonradan bu hal təsdiq olunmuş, Elnurun onu yumruqla vurması nəticəsində sağ əlinin birinci daraq sümüyünün sındığı müəyyən edilmişdir. Bu zaman ətrafda olan şəxslərin və yoldan keçən digər şəxslərin köməyi ilə mübahisə sakitləşmiş, o, mübahisə zamanı həmin şəxslərin sərxoş olduqlarını anlamış və bu zaman onların ona ağır xəsarət yetirə biləcəklərini düşünüb, mübahisənin daha da dərinləşməməsi üçün “oturun, gedək” demişdir. Bundan sonra həmin şəxslər avtomobilə əyləşmişlər, lakin yol boyu qışqır-bağırla öz istədikləri kimi davranmışlar. Bundan sonra onları xəstəxanaya çatdırıb təhvil vermiş, daha sonra bu barədə rəhbərliyə məlumat vermişdir. Hadisə zamanı Gülaməddin ona müxtəlif zərbələr endirmiş, onun vurması nəticəsində o, fiziki ağrı hiss etsə də heç bir xəsarət almamışdır. Hazırda Təqsirləndirilən şəxs2 ilə barışmışdır, həmin təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı şikayəti və tələbi yoxdur, digər Təqsirləndirilən şəxs1 ilə barışmamışdır, ona qarşı şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu, Quşçu kəndində yaşasa da tez-tez Bakı şəhərinə gəlib burada günəmuzd işlərdə işləyir, onun fəaliyyəti əsasən hörgü işidir. 2022-ci ilin iyun ayında bibisinin oğlu Təqsirləndirilən şəxs2la birlikdə Ramana qəsəbəsində hörgü işləri görmüşlər. Onlar bu müddətdə Bakı şəhəri, Kənd Əhmədli qəsəbəsində bir evdə kirayə yaşamışlar. 13 iyun 2022-ci il tarixdə axşam saatlarında işdən çıxdıqdan sonra birlikdə Kənd Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə Gülaməddinlə birlikdə yemək yeyib spirtli içki olan araq içmişlər. Bir müddət sonra onların yanına onun tanışı, Naxçıvan Muxtar Respublikasından olan Təqsirləndirilən şəxs1 də gəlmişdir. Elnur onlarla birlikdə oturub spirtli içki qəbul etməyə başlamış, üçü birlikdə təxminən 2 litr araq içmişlər. O, tualetə getmək üçün otağı tərk etdikdə həyətdə ayağı büdrəmiş və yerə yıxılmış, bu zaman çənəsindən xəsarət almışdır. Ardınca gələn Elnur və Gülaməddin ona kömək etmiş, onun telefonu ilə zəng edib 103 xidmətinə məlumat vermişlər. Bir qədər sonra ona zəng gəlmiş, X10dan zəng etdiklərini və onları gözlədiklərini demişlər, X10 avtomobilinin olduğu yeri dəqiqləşdirib onlara tərəf getmişlər. Orada olan iki nəfər qadın həkim onu təcili yardım avtomobilinin arxa hissəsində əyləşdirib ona tibbi yardım etmişlər. Onların üçü də sərxoş olmuşlar, lakin o, Elnur və Gülaməddinə nisbətdə bir qədər ayıq olmuş, özünü idarə edə bilmişdir. Lakin çənəsində olan kəskin ağrılar səbəbindən danışmaqda çətinlik çəkmişdir. Lakin Gülaməddin və Elnur içkinin təsirindən öz hərəkətlərini idarə etməkdə çətinlik çəkmişlər, ucadan danışmış, küçə söyüşlərindən istifadə etmişlər. Bu səbəbdən X10ın işçiləri onlara irad bildirərək özlərini ələ almağı bildirsələr də Elnurla Gülaməddin məhəl qoymamışlar. Həkimlər ona ilkin yardım göstərdikdən sonra bildirmişlər ki, onu Respublika Klinik Xəstəxanasına aparmalıdırlar. Gülaməddin və Elnur da həmin avtomobillə gedəcəklərini bildirmişlər, həkimlər və sürücü bunun düzgün olmadığını bildirsələr də onlar razılaşmamış və avtomobilə minmişlər. Əslində o da bunu başa düşmüş, lakin digərləri təkid etmişlər. Bu zaman arxada onlarla birlikdə bir qadın tibb işçisi, öndə sürücünün yanında digər qadın tibb işçisi əyləşmişdir. Gülaməddin və Elnur avtomobildə içkinin təsiri ilə bir qədər səs-küylü danışmış, etik olmayan ifadələrdən istifadə etmişlər. Yanlarında əyləşən tibb işçisi narahat olduğu üçün yolda sürücü avtomobili saxlamış və həmin tibb işçisi də önə, sürücü ilə digər tibb işçisinin yanına keçmişdir. Yol boyu onlar hər üçü siqaret çəkməyə başlamışlar, bu zaman sürücü və digər şəxslər onlara siqareti söndürmələrini bildirmişlər. Gülaməddin və Elnur onlarla razılaşmayıb mübahisə etməyə başlamış, bildirmişlər ki, siqaret çəkmələrinin onlara heç bir maneəsi ola bilməz. Sürücü və həkimlər isə arxada alova həssas əşyalar olduğunu, onlar siqaret çəkdikdə həmin əşyaların partlaya biləcəyini bildirmişlər. Onlar siqaret çəkməyə davam etdiklərinə görə sürücü Q.Qarayev prospektində yolun bir kənarında avtomobili saxlamış və yerə düşüb avtomobilin arxa hissəsini, yəni onların olduğu hissənin qapısını açmış, siqareti söndürmələrini, əks təqdirdə avtomobili tərk etmələrini bildirmişdir. Elnur və Gülaməddin sürücü ilə razılaşmadıqda, sürücü onlara siqareti düşüb yerdə çəkəndən sonra avtomobilə minə biləcəklərini demişdir. Lakin Elnur və Gülaməddin sürücü ilə mübahisə etməyə başlamışlar. Bu zaman onun kəskin ağrıları olduğundan bir qədər kənarda oturub gözləmiş, bu səbəbdən də həmin vaxt kimin kimi vurduğunu görməmişdir. Lakin onu xatırlayır ki, baş verən bu mübahisəyə görə ətrafa xeyli adam toplaşmış, onlar Elnur və Gülaməddini tutub saxlamışlar. Daha sonra həmin tanımadığı şəxslərin köməyi ilə mübahisə sakitləşmiş və onlar tibbi yardım avtomobilinə əyləşib xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri 7 saylı Təcili və X5 Stansiyasında feldşer kimi işləyir. 13 iyun 2022-ci il tarixdə həmin stansiyanın briqadası digər çağırışlarda olduğu üçün 6 saylı Təcili və X5 Stansiyasının bir briqdası onlara stansiyaya daxil olan çağırışlarda kömək etmişdir. Həmin gün saat 23 radələrində çənə sümüyünün sınığı ilə bağlı edilmiş müraciətlə əlaqədar onlara məlumat verilmiş, bu məlumat əsasında briqada ilə birgə, yəni X10 avtomobilinin sürücüsü, səyyar həkimlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinə getmişlər. Onlar çağırış yerinə çatdıqda çağırış verən şəxsləri tapa bilmədiklərindən həkim onlarla əlaqə yaratmış, bir qədər sonra həmin şəxslər onların yanına gəlmişlər. İlkin olaraq danışıqlarından və davranışlarından həmin şəxslərin spirtli içkinin təsiri altında olmaları hiss edilmişdir. Həkim və o, həmin şəxslərdən çənəsindən xəsarət alan şəxsə yaxınlaşaraq onu tibbi yardım avtomobilinin bortuna əyləşdirib ilkin müayinə aparmışlar, sonra bu barədə mərkəzə məlumat vermişlər, mərkəzdən həmin şəxsin Respublika Kliniki Xəstəxanasına köçürülməli olduğu bildirilmişdir. Onlar bu barədə həmin şəxslərə məlumat verdikdə digər iki şəxs də xəstə ilə birlikdə getmək istədiklərini bildirmişlər. Həmin şəxslərə yalnız bir nəfərin onlarla birgə gedə biləcəyini bildirsələr də onlar buna məhəl qoymayıb etiraz etməyə, səs-küy salmağa başlamışlar. Daha artıq mübahisə olmasın deyə həmin şəxslərin avtomobilə əyləşməsinə icazə vermişlər. Bundan sonra hər üç şəxs bortda əyləşmişlər, o, həmin şəxslərin yanında, səyyar həkim isə öndə sürücünün yanında əyləşmiş, yola düşmüşlər. Yol boyu xəstənin vəziyyəti yaxşı olmadığından bir qədər sakit olmuş, digər iki şəxs, sonradan adlarını bildiyi Elnur və Gülaməddin adlı şəxslər isə səs-küy salmış, etik olmayan hərəkətlər etmiş, ünvansız söyüşlər söymüş, bir-birilərini qucaqlayıb öpmüşlər. Bu halın onda narahatlıq yaratdığını görən həkim və sürücü onun avtomobilin ön hissəsinə keçməsini təklif etmişlər. Həmin iki şəxsin hərəkətləri onu həddindən artıq narahat etdiyindən o, razılaşmışdır. Sürücü avtomobili saxlamış və o, ön sərnişin oturacağına keçmişdir. Bundan sonra yola davam etmişlər. Yol boyu arxada xəstənin yanında olan Elnur və Gülaməddin yenə ucadan danışmış, gülüşmüş və narahatlıq yaratmışlar. Bir qədər sonra onlar arxadan siqaret tüstüsünün iyinin gəldiyini hiss etmiş, arxaya baxan zaman həmin şəxslərin siqaret çəkdiyini görmüşlər. Bundan sonra həmin şəxslərə irad bildirib siqareti söndürmələrini xahiş etmişlər, lakin onlar məhəl qoymamış, onlara etiraz edərək siqaret çəkməklərinə haqq qazandırmışlar. Onlar həmin şəxslərə bildirmişlər ki, arxada partlamaq təhlükəsi olan oksigen balonu və digər əşyalar var, bu səbəbdən də siqareti dərhal söndürməlidirlər. Elnur və Gülaməddin isə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişlər. Buna görə sürücü Raci adlı şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Ruslan 93” adlı marketin yaxınlığında avtomobili saxlamış və siqareti söndürməyəcəkləri halda avtomobili sürməyəcəyini bildirmişdir. Raci avtomobildən düşərək arxa tərəfə keçib onların olduğu bortun qapısını açmış və onlara cihazları göstərərək bildirmişdir ki, əgər onlar siqareti söndürməsə bu əşyalar partlayacaqdır. Bu zaman Elnurla Gülaməddin sürücü Raci ilə mübahisə etməyə başlamışlar, əvvəl Gülaməddin, daha sonra isə Elnur sürücünün üstünə getməyə başlamışlar. Bu zaman Raci özünü onlardan müdafiə etmək üçün geriyə çəkilmiş, lakin həmin iki nəfər şəxs təkrar olaraq Racinin üstünə getmiş, onu avtomobili sürməyə məcbur etmək istəmiş, ona söyüşlər söymüşlər. Bu səs-küyə ətrafa çox sayda tanımadıqları adamlar toplaşmış və həmin şəxsləri sakitləşdirməyə başlamışlar. Həmin vaxt onun başı həkimin mərkəzə xəbər verməsində ona köməklik etməyə qarışdığından hadisənin sonrasını görməmişdir. Daha sonra isə həmin şəxslər sakitləşmiş və avtomobilin arxa hissəsinə əyləşmişlər. Yolda olarkən sürücü bildirmişdir ki, həmin şəxslərdən hansısa onu yumruqla vurmuş və o, əlindən xəsarət almışdır. Sonradan Racinin dəqiqləşdirməsi ilə bilmişdir ki, hər iki şəxs onu vursa da, xəsarəti ona yetirən Elnur adlı şəxs olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 40) - 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən ayrıca icraata istintaqa “Elnur” kimi məlum olan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (i.v. 1-2) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 06 avqust 2022-ci il tarixli 680 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İ daraq sümüyünün əsasının sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 16-17) - 15 avqust 2022-ci il tarixli protokoldan və fotocəvəldən görünür ki, hadisənin baş verdiyi yerə Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. (i.v. 21- 25) - 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 99-100) - 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq sonuncu nömrə altında davam etdirilmişdir. (i.v. 135-136) - 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamlar dəyişdirilmədən saxlanılmış, Şahid1 barəsində cinayət təqibi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsi ilə araşdırma aparılması üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. (i.v. 201-210) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında isə qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirlilikləri Təqsirləndirilən şəxs2 Yelmar oğlunun etiraf, Təqsirləndirilən şəxs1 qismən etiraf ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmədə son sözündə əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Ona görə məhkəmə həmin halı təqsirləndirilən şəxsin əməlini etiraf etməsi kimi qiymətləndirir. Həmçinin, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı həmin təqsirləndirilən şəxsə ittiham olunduqları maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə Təqsirləndirilən şəxs2 ilə yanaşı, məhz Təqsirləndirilən şəxs1 aidiyyəti olmuşdur və onların bu cinayət hadisəsində təqsirlilikləri sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 80) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 28 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 112-113) - 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 100) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 124) - 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 06 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 179-183) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 124) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 184) -Vəsiqələrin surətindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsinin iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir, Vətən müharibəsinin iştirakçısı kimi 80 manat pensiya alır. -Vəsiqənin surətindən görünür ki, X7 müddətsiz üçüncü qrup əlildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.2.1 və 127.2.3-cü maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs2 Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş əməliyyatlarında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Baş Nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb ediliyini, əməlindən səmimi peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 26 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 noyabr 2022-ci il tarixdə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə tutmadan azad edilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, onun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 arasında barışıq əldə etməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında həmin təqsirləndirilən şəxsə qarşı mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddətlər üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 26 noyabr 2022-ci il tarixdən 28 noyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 210 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 210 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda Təqsirləndirilən şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar