Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-317/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 31, 32, 33, 147 və 148ci maddələri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayətinə məhkəmənin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov Firudin (faktiki Firidun) Əfqan oğlu, X7 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 31, 32, 33, 147 və 148-ci maddələri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Qarabağda, Ağdərə uğrunda gedən döyüşlərdə baş və göz nahiyələrindən ağır yaralanaraq 1-ci qrup əlil olmuşdur. Özünü idarəetmə qabiliyyətini itirdiyinə görə dövlət ona qulluqçu təyin etmişdir. Yəni aşkar köməksiz insandır. Azərbaycanda qazilərə qayğının memarı X13muşdur. Həmin kursu, onun X23 Baş Komandan İlham Əliyev əminliklə davam etdirir. On minlərlə qazi və şəhid ailələrini ətrafında birləşdirən “X15” İctimai Birliyinin sədri olaraq bu qayğını daim hiss etmişlər. Vətənini, dövlətini sevən, bu yolda Ali Baş Komandanın sadiq əsgərləridirlər. “X15” İctimai Birliyinin sədri olaraq 44 günlük müharibəsində, eləcə də antiterror əməliyyatı ilə Qarabağın azad edilməsində qalib sərkərdə, Müzəffər Ali Baş X19 yanında olduqlarını əməldə də sübut etmişlər. Müharibə başlayan ilk gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Komissarlığına müraciət edərək döyüşçü yoldaşları ilə ən ön cəbhədə döyüşmək istədiklərini bildirmişlər. Cavabları “hal-hazırda ehtiyac yoxdur, lazım gələrsə çağıracağıq” olmuşdur. Bu qərardan sonra Vətən üçün nə edə bilərik düşüncəsi və amalı ilə ön cəbhədə yerləşən hərbi hissələrə gedərək maddi yardımlar apararaq döyüşçüləri daha da ruhlandırmışlar. Müharibədə Qələbə qazanılmasında Vətən borclarını yerinə yetirmək üçün əllərindən gələni əsirgəməmişlər. Bu işlərə şəxsən birlikləri adından özü birbaşa nəzarət etmişdir. Azərbaycan Rüspublikasının Müdafiə naziri Zakir Həsənovun və ön cəbhədə olan bir çox N saylı hərbi hissələrin rəhbərliyi tərəfindən döyüşlər zamanı göstərdikləri vətənpərvərlik Fəxri fərmanlar və Təşəkkürnamələrlə qiymətləndirilmişlər. Barələrində şikayət edərək cinayət əməllərinə hüquqi qiymət verilməsini və cəzalandırılmasını istədiyi şəxslər X27 oglu və X8r. Haqqında təhqir, şərəf və ləyaqətini alçaldan küçə söyüşləri ilə dolu çıxışları hazırlayıb X6 vasitəsiylə yayımladan X7 bu işləri necə həyata keçirdiyini dəlil və sübutlarla aşkar edəcəkdir. Nazim Quliyev pul, hədə-qorxu və digər vasitələrlə ələ aldığı adamları ona və “X15” İctimai Birliyinə qarşı təhqir və böhtanlarla necə çıxış edəcəklərini öyrətmişdir. On minlərlə üzvləri dövlətin və Ali Baş Komandanın ətrafında sıx birləşərək dövlətin qayğısı və diqqəti ilə əhatə olunmuş şəhid ailələri və qazilərdən ibarət olan “X15” İctimai Birliyini və şəxsini çirkin iftira və söyüşlərlə təhqir edərək böhtanları ilə nüfuzdan salmaq, etimadsızlıq yaradılması üçün bütün yollardan istifadə etmişlər. Nazim Quliyev şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu zədələyən, cəmiyyət arasında hörmətdən salan çəkilişlərin mətnlərin hazırlamış necə deyəllər senarisini yazıb rejissorluğunu və kameramanlığını da üstlənmişdir. Onların sayı çoxdur, o, onlardan biri haqqında danışaraq dəlil sübutlarla Nazim Quliyevin cinayət əməllərini faktlarla sübut edəcəkdir. Nazim Quliyevi maddi yardım müqabilində şirnikləndirərək aldadıb “tor”una saldığı adamlardan biri də X8r. X14 “X15” ictimai birliyində ictimai əsaslarla fəaliyyət göstərən insanlardan biri olmuşdur. Birlikdən öz istəyi ilə ayrıldıqdan sonra Nazim Quliyev onunla əlaqə quraraq pul müqabilində haqqında çirkin kampaniyaya start vermişdir. Jalə Atayeva etirafında uşağının xəstə olmasını bilən Nazim Quliyevin onun dərmanlarını almağa və digər problemlərinin həlli üçün pul verəcəyi vədinə görə bu işə qoşulmağa məcbur qaldığını bildirmişdir. X24 Quliyev tərəfindən necə ələ alınaraq öyrədildiyi etiraf videosunu məhkəməyə təqdim etmişdir. Atayeva Jalənin videoçıxışları sosial şəbəkələrdə YouTube kanalında, Facebookda yayımladaraq canlarını Vətən və millət üçün fəda edən şəhid ailələləri və qazilərdən ibarət olan “X15” ictimai birliyini və sədri olaraq onu istər dövlət və hökümət orqanlarının qarşısında, istərsə də birliyin üzvləri və sadə insanlar arasında nüfuzdan salmaq üçün “əlindən” gələni əsirgəməmişdir. Atayeva Jaləyə onu söydürüb şər böhtan, təhqir etməklə kifayətlənməyən Nazim Quliyev həyat yoldaşını, qızını, baldızını da daxil olmaqla bir çox qohumlarını da söydürərək ağır formada təhqir etdirmişdirlər. Bütün ülvi hisslərini itirmiş olmalıdırlar ki, yenicə vəfat etmiş anasına və dünyasını dəyişmiş atasına da söyüş və təhqirlər ünvanlamışdırlar. Onu Cinayət Məcəlləsinin 178, 218, 220, 308, 311-ci maddəlləri ilə cinayət törətməkdə ittiham etmişdirlər. X18 bu işlərin təşkilatçılığını üstlənərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31, 32, 33.3, 34.2-ci (təşkilatçı, təhrikçi və köməkçi) maddələri ilə, eləcə də 147-ci (böhtan), 148-ci (təhqir) maddələri ilə X14 ilə bərabər məsuliyyət daşımışdır. Atayeva Jalə, Nazim Quliyev tərəfindən necə öyrədildiyini Nazim Quliyevin gecə gec vaxtları gəlib onu evlərindən maşınla ünvan 1 ünvanına aparıldığını, adı bərbərxana kimi fəaliyyət göstərən imajı yaradılan əslində isə şəhid ailələri və qazilərdən ibarət olan birliklərinə və ona qarşı hazırlanan oyunun gizli təxribat yeri olan məkanda Nazım Quliyevin hazırlanan videoçəkilişləri necə apardığını etiraf etmişdir. X24 Quliyev tərəfindən necə öyrədildiyinin etiraf videosu və diski ilə yanaşı öz xətti və imzası ilə də təsdiqlədiyi ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin bərbərxana kimə məxsusdur? Nə üçün dövlət və millət qarşısında xüsusi xidməti olan birliyə və sədrinə qarşı təxribat yeri olub? Kimlərin sifarişlərini həyata keçiriblər? Bunlar ayrıca araşdırılaraq hüquqi qiymət verilməlidir. X14 ona şərəfsiz, oğraş, maşennik, pula satılmış və s. agır ifadələrlə təhqir etməklə yanaşı onun və müavinlərinin şəkillərini qadın paltarında, aftaha ilə dodaqları boyanmış gəlin paltarında nümayiş etdirərək lağlağı və məsxərə obyektinə çevirmişdir. Quliyev Nazimin göstərişi ilə vicdanlı namuslu və əxlaqlı müəllimə olan baldızı Fəridə İsfəndiyarovanın şəklini uzun illər ekranda saxlayaraq ona namus iftirası belə atmışdır. Jalə Atayeva çıxışında onun qadın (gəlinlik) paltarında düzəldilmiş şəklini ekranda göstərərək çıxışında bunları demişdir: “Özlərinə Hollandiyadan yeni stil gəlinlik paltarı gətirdiblər. Yəqinki gəlinliyi geyinib Avropadakı otellərin qarşısında dayanaraq özlərinə toy edəcəklər. Biz gözləyək görək onların toyu haçandır. Kişiciklər qadın olacaqlar. Qarabağ X1rdan çoxu peysərdir. Onlardan biri də Fira yəni Firudin Məmmədovdur. Fira, həci Fira şərəfsizdir. Biz hamımız bilirik ki, Fira şərəfsizdir. X16 Fira kimi aftaha daşıyanların yeri deyildir. Burdan səslənir Firudinin arvadına onun alt, üst paltarını versin Firudin aparıb satsın onun pulunu versin. Sən də bacın kimi Firanın dilinə vurulmusan. Firanın dilindən xoşun gəlir. Fira həmişəki kimi qadınların tumanının arxasında gizlənib qadınlardan sui istifadə edir. Çünki tuman altda gizlənməyi yəqin ki, 44 günlük müharibədə öyrənib. Fira, bilmək istəyir ki, ananın günahı nədir ki, onun 40-ı çıxmamış onu söydürdün? Səndə kişilik yoxdur, peysər boynun o qədər yeyib ki padoşdur padoş. Ay yazıq kişicik, kişiciksən kişicik. Kişicik sən müharibədə yox idin. Sənin bir dənə vəzifən var. Tuman altda gizlənən. Kim ki, Firanı dəstəkləyir o da Firanın tayıdır. Çünki Fira hamı bilir ki, peysərdir. Peysərin yanında olan nə olar. Fira sadəcə şərəfsizdir, padoş sifət, peysər. Peti. Peti” Yuxarıda göstərilən videoyazıda o, çox nalayiq formada təhqir olunmuşdur. Bu təhqir və böhtanlardan mənəvi və psixoloji sarsıntı keçirmişdir. Eləcə də onun işgüzar nüfuzu alçaldılmışdır. Bu ağır formadan olan təhqiredici və böhtan xarakterli videoyazı “Facebook” sosial şəbəkəsində kütləvi formada yayılmış və ona 3200-dən çox insan baxmışdır. Atayeva Jalənin 7 aprel 2022-ci il tarixində “Facebook” sosial şəbəkəsində paylaşdığı ağır təhqir və böhtan dolu olan videonu Nazim Quliyev 9 may 2022-ci il tarixdə özünə məxsus Nazir Babək adlı profili ilə təkrar təkrar paylaşmışdır. (həmin paylaşımı sübut edən Nazim Quliyevə aid “Facebook” da paylaşımının şəklini də Məhkəməyə təqdim etmişdir) Bu isə Atayeva Jalənin də etirafında bildirdiyi kimi bu cinayət əməllərinin Nazim Quliyevin sifarişi ilə təşkil edildiyinin daha bir sübutudur. Atayeva Jalə ağır təhqir və böhtan dolu olan payaşımını etdiyi 7 aprel 2022-ci il tarixi anasınının vəfatının 3-ü, Nazim Quliyevin paylaşım etdiyi 9 may 2022-ci il tarixi isə anasının vəfatının 40-ı olan gündə edilmişdir. Onun üçün çox həssas olan anasının vəfatının 3-ü və 40 günü tarixləri əvvəlcədən bilinərək seçilib həmin günlərdə paylaşılmışdır. Məqsəd ona daha böyük mənəvi və psixoloji zərbə vurmaq olmuşdur. Bütün bunlar X7 təhriki, öyrətməsi və diqtəsi ilə edildiyi Atayeva Jalənin etirafında da təsdiqini tapmışdır. X7 və X6 cinayət əməllərinə hüquqi qiymət verilərək göstərilən maddəllər üzrə ən ağır şəkildə cəzalandırılmasını tələb edir. Bu hüququ ona on minlərlə üzvü şəhid ailələri və qazilərdən ibarət olan birliyin sədri olaraq Azərbaycan Respublikasının əsas qanunu, Konsitutsiyası vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Qeyd olunanlara əsasən, cavabdehlər X7 və X6 yaydıqları məlumatların həqiqətə uyğun olmadığı üçün təhqir və böhtanla şərəf və ləyaqətini hədəf aldıqlarından, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31, 32, 33, 147 və 148-ci maddələrinə əsasən, X6 isə cinayət məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cəzalandırılmalarını istəyir. On minlərlə üzvü şəhid ailələri və qazilər olan “X15” İctimai birliyindən və gözlərinin nurunu vətən və dövlətçilik yolunda itirmiş 1-ci qrup Qarabağ müharibəsi əlili olan X3 üzr istəmələrini, YouTube kanalında və Facebook səhifələrində təkzib vermələrini, faktiki yaşadığı ünvana rəsmi qaydada məktub göndərilərək üzr istəmələrini, həmin məlumatların silinməsini, keçirdiyi böyük sarsıntıya və vurduqları mənəvi ziyana görə hər ikisindən müştərək qaydada 200.000 (iki yüz min) manat pulun məcburi alınaraq ödətilməsini xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Barəsində şikayət verilmiş X18 30 mart 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, Firudin Məmmədovun onun barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin heç bir əsası yoxdur. Firudin Məmmədov ona şər və böhtan atmışdır. Ondan əvəz çıxmaq istəyir. Belə ki, o, Firudin Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hökmü ilə F.Məmmədov təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonrdan apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Sonradan həmin şəxsə qarşı mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. İddiası qismən təmin edilmişdir. Qətnamə ilə həmin şəxsin ondan rəsmi qaydada üzr istəməsi qət edilmişdir. Məhkəmənin qərarlarını iş materiallarına əlavə etmişdir. Qətnamənin icrası qaydasında Firudin Məmmədov onun yaşadığı ünvana rəsmi üzr məktubu göndərmişdir. Həmin üzr məktubundan bir həftə sonra hazırki şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət etmişdir. Şİkayət ərizəsində göstərir ki, guya Jalə Atayevanı o, öyrətmiş və guya çəkilişləri o, aparmışdır. Bunun ümumiyyətlə heç bir əsası yoxdur. Jalə Atayeva jurnalistika fəaliyyəti ilə məşğul olur. O, yetkinlik yaşına çatmış şəxsdir. X28 nəsə öyrətməyinə ehtiyac yoxdur. Bu barədə qeyd edilənlərin heç bir əsası və sübutu yoxdur. Bütün bunlar Firudin Məmmədovun öz senarisidir. Belə ki, onun bacanağı X17 Atayevayanı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə vermişdir. Həmin şikayətə baxılan ərəfədə Firudin Məmmədov və X4 əleyhinə danışdırdıqdan və onun əleyhinə çıxış tələbini qoyaraq onu bağışlamışlar. Həmin videodan da görünür ki, Jalə Atayevanın təsir altında və kiminsə öyrətməsi ilə çıxış etdiyi bilinir. X25 Firudin Məmmədov haqqında və onun haqqında olan videolar tutuşdurulsa bu danışıqların təsir altında olması öz təsdiqini tapır. O həmin vaxtı şəxsən onun qadın olmasını və çıxış yolunu onun əleyhinə danışmaqla məhkəmədən və cəzadan qurtulması üçün çıxış yolu olduğunu nəzərə alaraq onun barəsində şər və böhtanla bağlı hər hansı məhkəməyə müraciət etməmişdir. Çünki həmin ərəfədə Jalənin barəsində olan cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində xitam verilmişdir. Bütün göstərilənləri nəzərə alaraq məhkəmədən onun barəsində xüsusi ittiham qaydasında şikayətdən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 şikayətin dəlillərini müdafiə etmiş və şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işin faktiki hallarını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X18 və X6 hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına təyin olunmuş vəkillərinin prosesdə iştirak etdiklərini (o cümlədən X7 yuxarıda istinad olunan etirazını) nəzərə alaraq, hazırlıq iclasının həmin şəxlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayət vermiş şəxs özü haqqında məlumatı düzgün göstərməmiş, AA2307776 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adı “Firidun” (X9) olduğu halda, şikayətdə adını “Firudin” (X10) kimi göstərmişdir. Nə qədər ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərinin “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yayımlanma yolu ilə törədildiyi iddia olunur, o zaman həmin internet informasiya ehtiyatı hüquqi ünvan üzrə xaricdə qeydiyyata alınmış hesab olunur, ona görə şikayətə təhqir və ya böhtan xarakterli məlumatları “YoTube” kanalı, “Facebook” və digər sosial şəbəkələr vasitəsi ilə yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Lakin şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X18 və X6 şəxsiyyətlərini təsdiq edən, qeydiyyat və faktiki yaşayış yerlərini özündə əks etdirən sənədlər (DİN-nin MAPS şöbəsinin arayışı və s.) şikayətə əlavə edilməmişdir. Şikayətdə isə, qeyd olunan şəxslərin yaşayış ünvanları kimi Bakı şəhərinin müvafiq olaraq Nərimanov və Sabunçu rayonları göstərilmişdir. Ehtimal olunan cinayət əməllərinin Bakı şəhərinin Nizami rayonu ərazisində törədildiyi barədə qənaətə gəlinməsinə əsas yoxdur. X9 xüsusi ittiham qaydasında şikayətində X18 və X6 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərini müvafiq olaraq 09 may 2022-ci il və 07 aprel 2022-ci il tarixlərdə törətdiklərini qeyd etsə də, buna dair mötəbər sübutlar yoxdur. Hazırkı icraat mərhələsində, sübut qismində təqdim edilən hansısa saytdan çıxarışların və ya digər məlumatların həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Digər mötəbər sübut təqdim edilmədiyinə görə ehtimal olunan cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi ilə bağlı hüquqi nəticəyə gəlinməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, cinayətin törədilmə vaxtının müəyyən edilməsi, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, X9 xüsusi ittiham qaydasında şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X18 və X6 onu və sədri olduğu on minlərlə üzvü şəhid ailələri və qazilərdən ibarət olan “X15“ İctimai Birliyini təhqir, böhtan, şərəf və ləyaqətini alçaldan küçə söyüşləri ilə dolu çıxışlarını sosial şəbəkələrdə hər kəsə açıq olaraq yayımladığını göstərmişdir. Hansı ki, həmin İctimai Birlik hüquqi şəxs hesab olunur, sözügedən cinayətlərin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil etdiyindən belə obyekt qismində yalnız fiziki şəxs çıxış edə bilər, birliyin üzvləri isə öz şərəf, ləyaqət və ya nüfuzlarının qorunması üçün fərdi qaydada məhkəməyə müraciət edə bilərlər. Ona görə də qeyd olunan hüquqi şəxsə və ya digər fiziki şəxslərə münasibətdə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir cinayətlərinin törədilibtörədilməməsi hissəsində araşdırma aparılması üçün hüquqi əsaslar yoxdur. Bundan əlavə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. X9 xüsusi ittiham qaydasında şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmçinin 31-ci (iştirakçılıq), 32-ci (iştirakçılığın növləri) və 33-cü (cinayətin iştirakçılarının məsuliyyəti) maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Hansı ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi göstərilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, icraçı, təşkilatçı, təhrikçi və köməkçi cinayətin iştirakçıları hesab olunurlar. Cinayət Məcəlləsinin 33-cü maddəsinə görə, cinayətin iştirakçılarının məsuliyyəti, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində isə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 147-ci maddəsi ilə deyil, 147.1-ci maddəsi (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə cinayət məsuliyyəti nəzərdə tutulmuş, tövsifedici əlamətləri müəyyən edilmişdir, buna baxmayaraq, X9 barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi həmin şəxsin ehtimal olunan, xüsusi ittiham qaydasında həyata keçirilməli olan cinayət əməlinin düzgün tövsifini müəyyən etməmiş, X18 və X6 cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edərkən təqsirli bilindikləri halda məsuliyyətə cəlb edildikləri bir və ya birdən artıq maddə üzrə və Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzaların növünü və həddini göstərməmiş, xahiş etməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 21 fevral 2014-cü il tarixli Qərarının 19-cu bəndinə əsasən izah edilmişdir ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Lakin şikayətdən görünür ki, X9 mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitəsində təkzib verilməsi, ondan üzr istənilməsi və sair tələbləri irəli sürərkən, bu tələbləri barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün irəli sürməmiş, barəsində şikayət verdiyi X18 və X11 cəza təyin edilməsi ilə bərabər, həmin şəxslər tərəfindən ona mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitəsində təkzib verilməsi, ondan üzr istənilməsi və sair tələbləri irəli sürmüşdür. Bundan başqa, X9 hazırda baxılan şikayəti imzalayaraq şikayətin verilmə tarixini göstərsə də, şikayətin verildiyi yeri göstərməmişdir. Məhkəmə qeyd edir ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X5 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 31, 32, 33, 147 və 148-ci maddələri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçilər dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuşlar, məhkəmənin hazırlıq iclasında iştirak etmişlər. Vəkillərin göstərdiyi hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 31, 32, 33, 147 və 148ci maddələri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 hüquqlarının müdafiəsi üçün 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 hüquqlarının müdafiəsi üçün 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-317/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-317/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver