Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-318/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, tərcüməçi – X1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,519 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən üzərində “Kent-4” yazısı olan bir ədəd siqaret qutusunun içərisindən 05 (beş) ədəd bükümdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,170 qram, 0,143 qram, 0,035 qram, 0,063 qram və 0,058 qram olmaqla ümumilikdə çəkisi 0,519 qram qəhvəyi rəngli, tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 01 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində, 05 aprel 2022-ci il tarixdə saat təxminən 19 radələrində və 07 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 6 ünvanında yerləşən “8-ci kilometr” bazarındakı iki mərtəbəli obyektin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olub oradan hissə-hissə olaraq, 23 ədəd müxtəlif ölçüdə və çəkidə olan, ümumilikdə 158 kiloqram çəkidə, 853 manat 20 qəpik dəyərində mis və sink əsaslı metal silindrləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, metal qəbulu məntəqəsinə satıb, əldə etdikləri gəliri öz aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs 853 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,370 qram olan narkotik vasitə heroini 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 11:40-da ünvan 10 saylı binanın qarşısında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli, idman şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 01 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində, 05 aprel 2022-ci il tarixdə saat təxminən 19 radələrində və 07 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 6 ünvanında yerləşən “8-ci kilometr” bazarındakı iki mərtəbəli obyektin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olub oradan hissə-hissə olaraq, 23 ədəd müxtəlif ölçüdə və çəkidə olan, ümumilikdə 158 kiloqram çəkidə, 853 manat 20 qəpik dəyərində mis və sink əsaslı metal silindrləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, metal qəbulu məntəqəsinə satıb, əldə etdikləri gəliri öz aralarında bölərək zərərçəkmiş Zərərçəkmiş şəxs 853 manat 20 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək, CM-nin 234.1ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, Suraxanı rayonunda 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitə verərək cibinə qoymasını, videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını deməyini bildirmişlər. Bölmədə onu döydüklərinə, təzyiq göstərdiklərinə görə və onu tutmayacaqlarını, buraxacaqlarını, sadəcə imza etməyini dedikləri üçün o razılaşmışdır. Çəkiliş zamanı onun üzərindən 5 büküm narkotik vasitə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir. Tanışı Asif ona oğurluq etməyi təklif etmiş, o, razılaşmışdır. xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Asiflə birlikdə “8-ci kilometr” bazarında yerləşən anbarın qapısını açaraq anbara daxil olmuşlar, oradan latun materialdan olan kürəcikləri oğurlamışlar. Həmin metal məmulatlarını metal qəbulu məntəqəsinə satmışlar. Nə qədər pul aldıqları yadında qalmamışdır. Əldə etdikləri pulu aralarında bölüşdürmüşlər. Oğurluq hadisəsindən bir neçə gün sonra onu “8-ci kilometr” bazarında saxlamışlar. Onu 24-cü PŞ-nə aparmışlar, orada ona əgər oğurluq edirsə narkomaniya xəstəsi olduğunu demişlər, təzyiq göstərmişlər. Ona bir büküm narkotik vasitə verərək özünə məxsus olduğunu deməyini bildirmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin müalicə olunmuşdur, hal-hazırda narkotik vasitə istifadə etmir. Məhkəmədən himayəsində yaşlı valideynlərinin olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Anarla birlikdə yoldan keçəndə metal məmulatlarını görüb onları oğurlamaq qərarına gəlmişlər. xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə anbara daxil olub oradan metal məmulatlarını götürmüşlər. Həmin metal məmulatlarını Günəşli qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 853,20 manata satmışlar. Barəsində cəza təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “8-ci kilometr” bazarında anbar icarəyə götürərək əlvan metalların alqı-satqısı ilə məşğul olur. Anbarda əsasən Rusiya Federasiyasında istehsal olunmuş əlvan metallar olmuşdur. Həmin ərəfələrdə oğlunun toy mərasimi olduğundan başı qarışıq olmuş, anbara fikir verməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anbara gəldikdə, anbarın qapısının açıq olduğunu, əlvan metalların oğurlandığını aşkar etmişdir. Ona 853,20 manat ziyan dəymiş və dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hadisə çoxdan baş verdiyi üçün yadında qalmamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olaraq yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə 07 fevral 2022-ci il tarixdə əldə olunmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, həmin tarixdə ondan və işlədiyi PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 07 fevral 2022ci il tarixdə tərəflərindən keçirilmiş tədbirlər nəticəsində saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün PB-nə müdafiəçi, həmçinin sonuncu milliyyətcə yəhudi olduğu üçün tərcüməçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçi və tərcüməçinin iştirakları ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Daha sonra binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmiş, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində özünə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bankomat kartı olan qara rəngli pul kisəsini və “Samsung” markalı mobil telefon aparatını, həmin idman şalvarının sol yan cibindən isə içərisində 05 (beş) ədəd gümüşü rəngli bükümlərdə qəhvəyi rəngli maddələr olan üzərində “Kent-4” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzərində “Kent-4” yazısı olan siqaret qutusunun içərisindəki 05 (beş) ədəd bükümlərdə olan narkotik vasitə heroini saxlanılmamışdan bir neçə saat əvvəl Suraxanı qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 30 manata alıb əldə edərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən 5 büküm narkotik vasitə aşkar olunmuşdur. İş üzrə Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarını işləri ilə əlaqədar onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 64 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, ünvansız obyektdə metal qəbulu məntəqəsində işləyir. 01 aprel 2022-ci il tarixdə əvvəllər tanımadığı sonradan adlarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslər ilk dəfə onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək özlərinin də hansısa metal sexində fəhlə olduqlarını, həmin sex bağlandığı üçün əmək haqqı qarşılığında onlara latun metalların verilməsini, həmin metalları ona satmaq istədiklərini bildirmişlər. O, latun metalların hər kiloqramını 7 manata ala biləcəyini bildirmişdir. Həmin iki şəxsdən biri, yəni danışıqları aparan Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır. Asif və Anar kürəklərindən asılmış çantada olan 44 kiloqram latun silindrləri çıxarıb ona vermişlər. O, Asif və Anardan şəxsiyyət vəsiqəsi və əlaqə telefonu istəmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və qəbul kitabında ***-***-**-** mobil telefon nömrəsini qeyd etməyini demişlər. O, qeydiyyat apardıqdan sonra 44 kiloqram latun silindrlərə görə Asifə 308 manat pul vermişdir. 05 aprel 2022-ci il tarixdə Asif və Anar yenidən işlədiyi metal qəbulu məntəqəsinə gələrək bu dəfə ümumi çəkisi 49 kiloqram olan latun silindrlər gətirmişlər. O, 49 kiloqram latun silindrləri qəbul edib Asifə 343 manat pul vermişdir. 07 aprel 2022-ci il tarixdə isə Asif və Anarın gətirdiyi 69,5 kiloqram latun silindrləri də qəbul edib qarşılığında Asifə 491 manat pul vermişdir. Bununla da o, Asif və Anardan ümumilikdə 23 ədəd 158 kiloqram çəkisi olan latun silindrləri alaraq 1142 manat pul vermişdir. 13 aprel 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gələrək Asif və Anarın ona təhvil verdikləri latun silindrləri oğurluq yolu ilə əldə etdiklərini bildirmişlər. O, Asif və Anardan aldığı 23 ədəd latun silindrlərin məntəqədə olduğunu demiş və 23 ədəd müxtəlif ölçülü latun silindrləri polis əməkdaşlarına təqdim etmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarını işləri ilə əlaqədar onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi anbardan xx.xx.2022-ci il tarixdə metal məmulatlarını oğurlamaqda şübhəli olan “Anar” adlı şəxsin ünvan 10 ünvanının yaxınlığında olması, həmin şəxsin müəyyən edilərək saxlanılması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Alınmış tapşırıq barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Anar” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 ilə birlikdə “Anar” adlı şəxsin olması ehtimal olunan ünvan 10 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 11:40 radələrində ünvan 10 ünvanının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə “Anar” adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Həmin şəxs özünü xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 9-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tapşırıqla tanış edilmiş və Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 qaçmağa cəhd göstərmiş, lakin tərəflərindən bunun qarşısı alındıqdan sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olması səbəbindən qaçmağa cəhd göstərməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd, içərisində qəhvəyi rəngli maddə olan şəffaf rəngli sellofanı çıxarıb təqdim edərək həmin sellofanın içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitəyə bənzər qəhvəyi rəngli toz halında maddə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi anbardan metal məmulatlarını tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamasını etiraf etmişdir. Qeyd olunan proseslər videoçəkilişlə qeydə alınmışdır. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Şahid4 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclaslarını işləri ilə əlaqədar onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid4 istintaq zamanı Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd, içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofanı çıxardıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2095 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs1 götürülmüş maddə..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,370 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. - qeydiyyat dəftərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 işlədiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən adsız metal qəbulu sexində xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 qəbul etdiyi ümumi çəkisini 158 kiloqram olaraq bildirdiyi, ümumi 23 ədəd müxtəlif ölçülərdə metal kürəciyi barədə qeydlərin aparıldığı metal qəbulu barədə qeydlərin aparıldığı dəftərə baxış keçirilmişdir. Həmin dəftərdə xx.xx.2022-ci il tarixə olan qeydlərdə kiril əlifbası ilə Azərbaycan dilində “Latun-44=308m. Təqsirləndirilən şəxs1 Adil oğlu xx.xx.1998. ***-***-**-**, dostu Təqsirləndirilən şəxs2 ***-***-**-**” sözlərinin yazılması, xx.xx.2022-ci tarixə olan qeydlərdə kiril əlifbası ilə Azərbaycan dilində “Latun- 49=343m. Təqsirləndirilən şəxs1 Adil oğlu xx.xx.1998. ***-***-**-**, dostu Təqsirləndirilən şəxs2” sözlərinin yazılması, xx.xx.2022-ci tarixə olan qeydlərdə kiril əlifbası ilə Azərbaycan dilində “Latun-65,5=491m. Təqsirləndirilən şəxs1 Adil oğlu xx.xx.1998. ***-***-**-**” sözlərinin yazılması müəyyən olunmuşdur. - metal məmulatlarının təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 işlədiyi Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən adsız metal qəbulu sexində xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qəbul etdiyi ümumi çəkisi 158 kq olaraq bildiyi, ümumi 23 ədəd müxtəlif ölçülərdə metal kürəciyi təhqiqata təqdim etmiş, metal əşyalar iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. - videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “8-ci km” bazarında iki mərtəbəli iaşə obyektinin ikinci mərtəbəsində yerləşən anbardan xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı videogörüntülərə baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə saat 17:31-dən 17:39-dək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nizami rayonu, C.ünvan 11 ünvanın qarşısındakı iki mərtəbəli obyektin dəhlizində gəzişmələri, 17:39- 17:40 dəqiqələrdə hər iki şəxsin qeyd olunan iki mərtəbəli iaşə obyektini tərk edərək, özlərində olan qara çantalarla pilləkanlardan düşərək üzü Q.Qarayev prospektindən keçən avtomobil yoluna tərəf getmələri müəyyən olunmuşdur. - videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “8-ci km” bazarında iki mərtəbəli iaşə obyektinin ikinci mərtəbəsində yerləşən anbardan xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı videogörüntülərə baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin özü ilə gətirdiyi bir ədəd qara rəngli idman çantasını, Şahid5 işlətdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ünvansız və adsız metal qəbulu məntəqəsinin həyətinə gətirib yerə qoymaları, sonradan isə onların hər ikisinin Şahid5 ilə metal qəbulu məntəqəsinin həyətində söhbət etmələri müəyyən olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X3, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində 5 (beş) ədəd gümüşü rəngli büküm olan üzərində “Kent-4” yazısı olan siqaret qutusunu təqdim edərək, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, bir neçə saat əvvəl tanımadığı şəxsdən 30 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/782 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 195” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bükümlər...” yazı və imzalar olan zərfdə 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,170 qram, 0,143 qram, 0,085 qram, 0,063 qram və 0,058 qram olmaqla, ümumi çəkisi 0,519 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Kent” yazılan qara rəngli siqaret qutusunun içərisində narkotik vasitənin izləri yoxdur. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-74/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 958 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş üzərində “Kent-4” yazısı olan bir ədəd siqaret qutusunun içərisində olan 05 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,170 qram, 0,143 qram, 0,085 qram, 0,063 qram və 0,058 qram olmaqla, ümumi çəkisi 0,519 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq hissəsi 0,369 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru R.Xalıqov tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq hissəsi 0,320 qram heroin saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2592-9/3267 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş silindr formalı, sarı rəngli metal nümunə mis və sink əsaslı ərintidən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilən mis və sink əsaslı ərintidən hazırlanmış, silindr formalı, sarı rəngli metal nümunənin 2022-ci ilin aprel ayına orta bazar qiyməti 1 kiloqram üçün 5,40 manat müəyyən edilir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbiri nəzərə alınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən adsız metal qəbulu məntəqəsində işləyən Şahid5 götürülmüş, ümumi çəkisi 158 kiloqram olan, ümumilikdə 23 ədəd müxtəlif ölçülərdə olan metal kürəciklər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Şahid5 metal qəbulu məntəqəsində qeydiyyat apardığı dəftərin vərəqlərinin surəti maddi sübut kimi tanınmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarında və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd “DVD” disk, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd “DVD” disk, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr” bazarında olan anbardan oğurlanmış 158 kiloqram mis və sink əsaslı ərintidən hazırlanmış, silindr formalı, sarı rəngli metalları Nizami RPİ-nin İŞ-dən təhvil almışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il təvəllüdlü Əliyev Ayxan və xx.xx.2011-ci il təvəllüdlü Əliyev Adəm adlı iki azyaşlı uşağı vardır. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, içərisində heroin olduğunu, xx.xx.2022-ci il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman əynində olan idman şalvarının sol yan cibindən içərisində 5 ədəd gümüşü rəngli büküm olan üzərində “Kent-4” yazısı olan siqaret qutusunu təqdim edərək, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - heroini əldə edib saxlaması və qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin 853,20 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmamasına dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında bir-birini tamamlayan tədqiq edilmiş sübutlarla tam təkzib olundu. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin 853,20 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-279/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-279/2022 saylı hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcından, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,320 qram narkotik vasitə - heroin və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan 0,369 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 3 ədəd “DVD” disk və Şahid5 metal qəbulu məntəqəsində qeydiyyat apardığı dəftərin vərəqlərinin surəti cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan ümumi çəkisi 158 kiloqram olan, 23 ədəd müxtəlif ölçülərdə metal kürəciklər Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 176 (bir yüz yetmiş altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilməsi üzrə olduğundan həmin məbləğ Təqsirləndirilən şəxs1, 110 (bir yüz on) manat ekspertiza xərci isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri epizod üzrə olduğundan həmin məbləğin 55 (əlli beş) manatı Təqsirləndirilən şəxs1 və 55 (əlli beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 23 (iyirmi üç) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 138 (bir yüz otuz səkkiz) manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-279/2022 saylı hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,320 qram narkotik vasitə - heroin və Bakı şəhəri Suraxanı RPİ-də saxlanılan 0,369 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan ümumi çəkisi 158 kiloqram olan, 23 ədəd müxtəlif ölçülərdə metal kürəciklər Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 3 ədəd “DVD” disk və Şahid5 metal qəbulu məntəqəsində qeydiyyat apardığı dəftərin vərəqlərinin surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 231 (iki yüz otuz bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə məhkəmədə 23 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-318/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-318/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver