Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-318/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: 28 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 37 B ünvanında yerləşən yaşayış binasının 1-cı girişinin qarşısında X1 yaxınlaşıb sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib Konul Abdullazadeni itələyib yerə yıxdıqdan sonra çiynindən asdığı içərisində 150 manat dəyərində 01 ədəd markalanma göstəriciləri olmayan üzəri qaşlarla bəzədilmiş 10,5xl8sm ölçüdə qara rəngli pul qabı, ümumilikdə 15 manat dəyərində hər birinin dəyəri 5 manat olmaqla 03 ədəd böyük ölçülü qapı-şkaf açarları, ümumilikdə 18 manat dəyərində hər birinin dəyəri 3 manat olmaqla 06 ədəd kiçik ölçülü qapı-şkaf açarları, 25 manat dəyərində 01 ədəd 2 hissədən ibarət mayenin içərisində qablaşdırılmış iki ədəd göz linzası və 40 manat pul olan 380 manat dəyərində əl çantasını dartıb alaraq açıq talayıb hadisə yerindən qaçmaqla zərəçəkmiş şəxs Konul Abdullazadeyə ümumilikdə 628 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Pirallahı qəsəbəsindən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən metronun «Ulduz» stansiyasının yaxınlığına iş axtarmaq məqsədilə gəlmiş, həmin ərazidə olan zavodlardan işlə maraqlandıqdan sonra kafelərin birində yemək yeyərək 0,500 qram spirtli içki olan araq içmiş və bundan sonra metronun «Neftçilər» stansiyasının yaxınlığına gəlmişdir. Təxminən saat 23 radələrində yaxınlıqda olan kafelərin birində iki bakal pivə içərək üzərində olan 16 manatdan 13 manatını hesaba vermiş və maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmiş, həmin vaxt bir nəfər qadının ağ rəngli «Prado» markalı avtomobildən çiynində asılmış çanta ilə avtomobili tərk etməsini görüb arxadan həmin qadının çantasını dartıb alaraq oradan qaçmışdır. Bundan sonra təxminən 300 metr qaçaraq binalardan birinin girişinə daxil olaraq ikinci mərtəbəsinə qalxıb çantaya baxmış və içərisində olan 40 manat pulu götürərək qalan əşyalarla birlikdə çantanı həmin yerdə ataraq oranı tərk etmişdir. Zərərçəkmiş şəxsə heç bir bədən xəsarəti yetirməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olmasını və əməmli səmimi etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində anası Esmira Ələkbərovanın yaşadığı Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən mənzilindən yaşadığı mənzilə getmək üçün **-WF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və avtomobili idarə edərək yaşadığı binanın yaxınlığına gəlmişdir. O, avtomobili park edərkən bir nəfər şəxsin mobil telefonla danışdığını görmüş, o, həmin şəxsin qonşuluqda yaşayan şəxs olmasını düşünərək binanın həyətyanı sahəsində avtomobili park edərək avtomobildən enmiş və piyada olaraq yaşadığı binanın blokuna tərəf hərəkət etmişdir. Bu zaman onun əl çantası sol çiynindən asılı olmuş, bir qədər addımladıqdan sonra həmin şəxs ona arxadan yaxınlaşaraq əl çantasını dartmış, o, əl çantasını əli ilə tutaraq sonuncudan almağa çalışmış, lakin həmin şəxs əl çantasını möhkəm özünə tərəf dartdığından həmin vaxt o, müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman əl çantasını əlindən buraxmış, həmin şəxs də əl çantasını götürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/999 № saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti - 01 ədəd üzərində markalanma göstəriciləri olmayan, üzəri qaşlarla bəzədilmiş 10,5x18 sm ölçüdə, qara rəngli pul qabı - 10,0 manat, 03 ədəd böyük ölçülü qapı-şkaf aşarları – 15,0 (3ədx5man) manat, 06 ədəd kiçik ölçülü qapı-şkaf açarları – 18,0 (6ədx3man) manat müəyyən olunmuş, 01 ədəd 2 hissədən ibarət mayenin içərisində qablaşdırılmış iki ədəd göz linzası gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfindən istifadədə olması məqsədəuyğun olmadığı üşün qiymətsiz müəyyən edilir. Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 11/2-1561/2023 nömrəli məktubundan görünür ki, X1 qarşı baş vermiş soyğunçuluq faktı üzrə hadisə yerindən götürülmüş qan nümunəsi müqayisəli moleykular - genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 8-in 1-ci giriş, 1-ci mərtəbəsi ilə 2-ci mərtəbəsi arasında yerləşən pəncərənin qarşısında yerə atılmış vəziyyətdə 25-ci PB-nin əməliyyat müvəkkili Samir Əzimi tərəfindən içərisində X1 aid DYİ №0032085 seriyalı Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, üzərində qan ləkəsi olan ödəniş qəbzi, X2 məxsus fotoşəkillər, X1 məxsus fotoşəkillər, 1 ədəd «Mega» sözləri yazılmış kart, 1 ədəd «HAPPYLAND FUND CARD» sözləri yazılmış kart, 1 ədəd «Super Araz» sözü yazılmış kart, 1 ədəd içərisində göz linzaları olan qab olan üzəri qaşlarla bəzədilmiş qara rəngli pul qabı, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2-1561/2023 nömrəli məktubu və qan nümunəsi olan 1 ədəd zərf maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə cəza müddəti 02 ay azaldılmış, qəti cəza 05 il 10 ay müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökmdən 177.2.4-cü maddə xaric edilmiş, cəzası 05 ilə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 09 gün vaxıtndan əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. AR CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə müəyyən edilir ki, təqisrləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-53/2023 nömrəli qərarı ilə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən X1 aid DYİ №0032085 seriyalı Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, üzərində qan ləkəsi olan ödəniş qəbzi, X2 məxsus fotoşəkillər, X1 məxsus fotoşəkillər, 1 ədəd «Mega» sözləri yazılmış kart, 1 ədəd «HAPPYLAND FUND CARD» sözləri yazılmış kart, 1 ədəd «Super Araz» sözü yazılmış kart, 1 ədəd içərisində göz linzaları olan qab olan üzəri qaşlarla bəzədilmiş qara rəngli pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 11/2-1561/2023 nömrəli məktubu və qan nümunəsi olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 03 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış X1 aid DYİ №0032085 seriyalı Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, üzərində qan ləkəsi olan ödəniş qəbzi, X2 məxsus fotoşəkillər, X1 məxsus fotoşəkillər, 1 ədəd «Mega» sözləri yazılmış kart, 1 ədəd «HAPPYLAND FUND CARD» sözləri yazılmış kart, 1 ədəd «Super Araz» sözü yazılmış kart, 1 ədəd içərisində göz linzaları olan qab olan üzəri qaşlarla bəzədilmiş qara rəngli pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2- 1561/2023 nömrəli məktubu və qan nümunəsi olan 1 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-318/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-318/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver