Məhkəmə qərarları › İş №1(007)-318/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-318/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-318/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə müsəssisəsində cəza çəkən və hazırkı cinayət işi ilə bağlı 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Məlikov X3 Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunaraq ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda ümumi təmiz çəkisi 0,907 qram narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 0,265 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin 4 saylı dəstəsinə daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri yatdığı çarpayının üzərində olan yastığın içərisində gizlətməklə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən 27 mart 2024-cü il tarixdə, saat 11:00-da onun iştirakı ilə müəssisənin 4 saylı dəstəsində yataq yerinə keçirilmiş baxış zamanı yatdığı çarpayının üzərində olan yastığın içərisindən 01 (bir) ədəd sellofona bükülmüş içərisində 15 ədəd büküm olmaqla 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,027 qram, 0,260 qram, 0,440 qram, 0,092 qram, 0,011 qram, 0,051 qram olmaqla, ümumi təmiz çəkisi 0,907 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,048 qram, 0,043 qram, 0,013 qram, 0,053 qram, 0,023 qram, 0,018 qram, 0,025 qram olmaqla, ümumi təmiz çəkisi 0,265 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətməsi cinayət məsuliyyətini yaradır. Göründüyü kimi, cinayət hadisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində baş vermişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 17-ci bəndində qeyd edilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxslər tərəfindən xeyli, külli, xüsusilə külli miqdarlarda narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müvafiq olaraq CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsi ilə, əməllər satış məqsədilə, lakin külli miqdar əlaməti olmadan törədildikdə CMin 234.3-1-ci maddəsi, külli miqdar və ya xüsusilə külli miqdar əlaməti ilə törədildikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və bu əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Bununla da, yuxarıda sadalanan hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır ittihamın, yəni Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi müəyyən edildiyinə görə, cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün dövlət ittihamçısı tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, o, özünü heç CM-nin 234.2-ci maddəsi ilə də təqsirli bilmir. Belə ki, onun üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin narkotik vasitə və psixotrop maddə yataqxanadan aşkar edilmişdir ki, ora da yüzlərlə insan daxil olur. Bütün bunları nəzərə alaraq vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, ümumiyyətlə təqsirləndirilən şəxs özünü heç CM-nin 234.2-ci maddəsi ilə də təqsirli bilmir, aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını bildirir, həmçinin uzun müddətdir ki, cinayət işi üzrə istintaq keçirilir, hazırda da vəsatətin təmin olunaraq əməlin daha ağır cinayət əməli ilə tövsif edilməsi üçün materialın prokurorluğa qaytarılması təqsirləndirilən şəxsin vəziyyətini daha da ağırlaşdıracaqdır. Bütün bunları nəzərə alaraq, vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət aşağıdakı əsaslara görə əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yatdığı çarpayının üzərində olan yastığın içərisində gizlətməklə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən 27 mart 2024-cü il tarixdə, saat 11:00-da onun iştirakı ilə müəssisənin 4 saylı dəstəsində yataq yerinə keçirilmiş baxış zamanı yatdığı çarpayının üzərində olan yastığın içərisindən 01 (bir) ədəd sellofona bükülmüş içərisində 15 ədəd büküm – 07 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 0,907 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 08 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 0,265 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən törədilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinin tərkib əlamətlərini yaratmış olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 64-cü bəndinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayət-prosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkir, bununla əlaqədar olaraq onun barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, hazırda da təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair zərurət olmadığından qətimkan tədbiri seçilməməli və onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84, 307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi və barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 234 (iki yüz otuz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar