Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-32/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Mamedova Kamalanın (X7) iştirakı ilə, təqsirləndirilən şəxs – 10 avqust 1987-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Qardabani rayonunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Mamedova Kamalanın (Məmmədova Kəmalə Famil qızının) Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mamedova Kamala (X10) istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 0,999 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 3,616 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini yaşadığı evdə saxlamış, psixotrop maddə metamfetaminin 02 (iki) ədəd bükümdə, 0,195 qram hissəsini xx.xx.2024-cü il tarixdə yaşadığı evdə onunla birlikdə kirayə yaşayan Şahid1 satmış, Şahid1 18 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən onun satdığı, 2 (iki) ədəd bükümdə, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla ümumi təmiz çəkisi 0,195 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Bakı şəhəri Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mamedova Kamala (X10) 18 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ ayağında olan qara rəngli corabından 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 0,203 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23:35 radələrində Bakı şəhəri Nizami RPİ-nin əməkdaşları tərəfindən onun iştirakı ilə kirayə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağının eyvan hissəsinin sol tərəfində yerləşən ağ rəngli taxta dolabın siyirməsindən aşkar edilmiş qəhvəyi rəngli plastik qutunun içərisindən 1 (ədəd) polietilen bükümdə, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminlə eyni olan, 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,09 qram, 0,106 qram, 0,092 qram olmaqla ümumi təmiz çəkisi 0,601 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,846 qram, 0,240 qram, 0,15 qram, 0,213 qram və 0,167 qram olmaqla ümumi çəkisi 3,616 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd qara-gümüşü rəngli üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi və daxilində psixotrop maddə metamfetamin izləri olan 04 (dörd) ədəd şüşə predmetlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Mamedova Kamala (X10) məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bacısı və iş yoldaşı Aygünlə bir evdə yaşamışdır. Saxlanıldığı tarixdə pişik yemi almaq üçün həyətə düşmüşdür. Mağazadan qayıdaraq məhəlləyə girəndə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin iki nəfər əməkdaşı saxlamışlar və onu qara rəngli avtomobilə əyləşdirmişlər. Həmin avtomobildə Aygün də əyləşmişdir. 10-15 dəqiqə orada əyləşdikdən sonra evdə axtarış üçün birinci Aygünü yuxarı aparmışlar. 15-20 dəqiqədən sonra isə axtarış üçün onu da evə aparmışlar. Axtarış zamanı evdən ancaq istifadə üçün “patı” aşkarlanmışdır. Aygündən isə heç nə çıxmamışdır. O, Aygünə heç nə satmamışdır. Onları saxlayan zaman həyətdə altı nəfər polis əməkdaşı olmuşdur. Sonradan isə oraya 4 nəfər də əməliyyatçı gəlmişdir. İttiham aktında yazılanlar isə düz deyil. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından kartına 50 manat göndərməklə əldə etmişdir. Onda pul olmayanda isə pulu Aygün vermişdir. Aygün və o, hər ikisi narkotik vasitə istifadə edirlər. Həmin şəxs onlara narkotik vasitəni harasa qoyması barədə heç bir göstəriş verməmişdir. İstintaqda onu bacısı ilə təhdid etdiklərindən, yəni bacısını da tutacaqlarını bildirdiklərindən sənədləri imzalamış, yazılanlarla razılaşmışdır. Saxlanıldıqdan sonra onu və Aygünü Nizami rayon Polis İdarəsinə aparmışlar. Bir polis əməkdaşı isə bacısı ilə qalmışdır. Sonradan polislərin yanına gələn digər dörd nəfər də onlarla idarəyə getmişdir. Əməliyyatçılar isə artıq çəkilişdə olmamışlar. İki şahiddən əlavə vəkil, bir nəfər qız da çəkilişdə iştirak etmişdir. Evdə bir büküm narkotik olmuşdur, bir də istifadə etmək üçün “patı” olmuşdur. Polislər ona iki büküm “patı” verib sağ ayağına qoymasını bildirmişlər. Şəxsi axtarışdan sonra isə polislər onu evə aparmışlar ki, orada da çəkiliş etsinlər. Polislər ona çəkilişdən əvvəl qutunu hara qoyduqlarını demişlər. Bundan sonra o, dedikləri yerdən qutunu götürmüşdür, qutuda “patı” və tərəzi olmuşdur, lakin tərəzi ona aid olmamışdır. Marixuana da ona məxsus olmamışdır. Onda cəmi iki büküm “patı” olmuşdur, başqa heç nə olmamışdır. Yazıldıqdan sonra istintaqda verdiyi ifadəsini oxumamışdır. Onu saxlayan polis əməkdaşları o, ikinci dəfə mənzilə aparılanda orada olmamışlar. Onu saxlayan şəxsləri tanımır. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Mamedova Kamalanın (X7) əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs Mamedova Kamalanın (X7) ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Mamedova Kamala (X10) istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tanışı Şahid1 ilə birlikdə kirayədə yaşamışdır. Təxminən 2-3 il olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. O, Əli adlı İran İslam Respublikası vətəndaşını bir neçə müddət olar ki, tanıyır. Əlinin vasitəsilə əldə etdiyi narkotiki özü istifadə edərək narkotikə olan ehtiyacını ödəmişdir. Belə ki, təxminən bir neçə gün əvvəl Əlidən kart hesabı vasitəsilə 50 manat müqabilində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında Əlinin təyin etdiyi yerdən götürməklə narkotik vasitə almışdır. Bir neçə dəfə Əlidən narkotik vasitə və psixotrop maddə almışdır. Hər dəfə də Əlinin dediyi kart hesabına pul köçürmüş, sonra ona narkotik atmış, o, gedib götürmüşdür. Əldə etdiyi narkotikin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini bir neçə dəfə tanışlarına istifadə üçün vermişdir. Elə olmuşdur ki, narkotik almaq üçün verdiyi pulu çıxartmağa görə həmin şəxslərdən pulunu alıb vermiş, elə də olmuşdur ki, pulunu almamışdır. Bir dəfə, təxminən tutulmamışdan 10 gün əvvəl tanışı Şahid1 dediyi yerə aparıb qoymaq üçün narkotik vasitə vermişdir. Həmin vaxt Aygünlə getmişdir. Aygün onun dediyi yerə narkotiki qoymuşdur. Həmin vaxt Aygünə istifadəsi üçün pulsuz olaraq narkotik vasitə vermiş, Aygün də həmin narkotiki qəbul etmişdir. Aygünün pulu olmadığı üçün, həm də rəfiqəsi olduğu üçün özünün narkotikindən Aygünə də pulsuz olaraq vermişdir. 18 yanvar 2024-cü il tarixdə axşam saatlarında Aygün harasa gedərkən ondan psixotrop maddə istəmiş, o da Aygünə iki büküm, az miqdarda metamfetamin vermişdir. Aygün getmişdir. Həmin gün pişiklərə yem almaq üçün bayıra çıxmış, saat təxminən 22:00-da ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyi təklif etmişlər. Şübhə yaranmasın deyə polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİnə polis əməkdaşları ilə birlikdə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində sağ ayağında olan qara rəngli corabın iç tərəfindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə metamfetamin olduğunu və həmin maddəni İran vətəndaşı olan Əlidən aldığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin o, yaşadığı ünvanda da narkotik vasitə olduğunu bildirmişdir. Ondan aşkar edilən büküm açılıb baxılmış və içərisində narkotik maddə metamfetamin olması görünmüşdür. Daha sonra həmin bükümlər qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ondan aşkar edilən narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Yaşadığı ünvana baxış keçirilən zaman aşkar olunan 04 ədəd şəffaf sellofanda hər birinin ayrı-arılıqda təmiz çəkiləri 0,313 qram, 0,09 qram, 0,106 qram və 0,092 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofanda və 04 ədəd kağız kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,846 qram, 0,240 qram, 0,15 qram, 0,213 qram və 0,167 qram olmaqla çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən əldə etmiş, əvəzində 50 manat pul göndərmişdir. Şahid1 onun İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə etdiyini, həmin narkotik vasitələrdən bir qismini özü istifadə etdikdən sonra, qalan hissəsini tanışlarına pulsuz və bəzən də pul müqabilində verdiyini bilmişdir. Evindən aşkar edilmiş tərəzini əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Kirayə yaşadığı mənzilə baxış keçirilən zaman o, masanın kənarında olan sellofan torbanın altındakı içərisində psixotrop maddə olan ağ rəngli kağız bükümü əlinə götürüb polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları həmin bükümü də qəhvəyi rəngli plastik qabın içərisinə qoymağını demişlər. O da həmin kağız bükümü qeyd etdiyi qabın içərisinə qoymuşdur. O, İran Respublikasının vətəndaşı olan Əli adlı şəxsin göstərişi ilə heç bir yerə narkotik vasitə qoymamış və bunun müqabilində Əli ona pulsuz narkotik vasitə göndərməmişdir. O, pulunu verib narkotik vasitə almışdır. Polis idarəsində sorğu sual zamanı əvvəllər onun dediyi yerə narkotik vasitə qoyduğu üçün Aygünə istifadəsi məqsədilə pulsuz olaraq narkotik vasitə verdiyini qeyd etmişdir. Lakin Aygünün üzərindən aşkar edilmiş metamfetamini onun xahişi ilə verdiyini bildirməmişdir. Bu işə görə Aygünə on gün əvvəl narkotik vermişdir. Əvvəllər heç vaxt polisə düşməmiş, həbs olunan ərəfədə çox həyəcanlı olmuşdur. Ola bilsin əvvəl ifadə verərkən fikrini düz başa sala bilməmişdir. Hazırda verdiyi ifadə tam həqiqətə uyğundur. Aygün onun yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bilməmişdir. Aygün onun narkotiki nə vaxt, necə, kimdən əldə etdiyini görməmişdir. Aygün istifadəsi üçün narkotik lazım olanda ondan istəmiş, o da, rəfiqə olduqlarını, pulunun olmadığını bildiyi üçün Aygünə əksər hallarda təmənnasız vermişdir. Aygün cəmi bir dəfə onun dediyi yerə narkoik vasitə yerləşdirmişdir, həmin vaxt o da, Aygünün yanında olmuşdur. Mamedova Kamalanın (X7) qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 bildirmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyinə görə istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tufan Şükürov tərəfindən NMB-nə Bakı şəhəri, Nizami rayonu ərazisində “Kəmalə” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığı əsasında “Kəmalə” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlanılmışdır. 18 yanvar 2024-cü il tarixdə “Kəmalə” adlı şəxsin yaşadığı ünvan 5 ünvanının yaxınlığına yollanmışlar. Saat 22:00 radələrində ünvan 5 ünvanının yaxınlığında “Kəmalə” adlı şəxsə oxşar bir şəxsin piyada hərəkət etdiyi müəyyən olunmuşdur. Həmin şəxs özünü X4 təqdim etmişdir. Kəmalə Məmmədova əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri Nizami RPİ-nə gətirilmişdir. Nizami RPİ-nin inzibati binasının xidməti otaqlarının birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla X7 üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl X10 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X5 ayağında olan qara rəngli corabın iç hissəsindən 1 ədəd şəffaf sellofanda olan bükümü və “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Kəmalə Məmmədova həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “Əli” adlı İran İslam Respublikasının vətəndaşından 50 manat qarşılığında əldə etdiyini bildirmişdir. Həmin bükümü açdıqda içərisində spesifik iyə malik, ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Kəmalə Məmmədovanın üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Kəmalə Məmmədovanın təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə Kəmalə Məmmədovaya izah verildikdən sonra götürülmüşdür. X10 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, aşkar olunmuş psixotrop maddəni “Əli” adlı şəxsin göstərişi ilə müxtəlif ünvanlara qoymaq və özü istifadə etmək üçün əldə etdiyini, müvəqqəti olaraq kirayə yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan X1 yaşadığı ünvan 1 ünvanına 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl X10 bu barədə qərarla tanış edilərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Kəmalə Məmmədova yaşadığı mənzilin dəhlizinin giriş hissəsinin sol tərəfində yerləşən qonaq otağına daxil olub, həmin otağın ona məxsus olduğunu bildirmişdir. Daha sonra X10 qonaq otağının eyvanında sol tərəfdə yerləşən ağ rəngli taxta dolabın qapısını açaraq orada olan qəhvəyi rəngli plastik qabı çıxarıb kiçik masanın üzərinə qoymuş və həmin plastik qabın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. X10 həmin qabın içərisində olan 1 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümdə olan maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar olunmuşdur. Bundan sonra Kəmalə Məmmədova şəffaf sellofanın içərisində olan 4 ədəd rəngli kağıza bükülmüş bükümləri təqdim edərək həmin bükümlərdə olan maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilən zaman hər bir bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlələr aşkar olunmuşdur. Bundan sonra qəhvəyi rəngli plastik qabın içərisində şəffaf sellofana bükülmüş 1 ədəd büküm aşkar olunmuşdur. Bükümə baxış keçirdikdə içərisində ağ rəngli, spesifik iyə malik kristallik kütlə, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa Kəmalə Məmmədova qəhvəyi rəngli plastik qabın içərisində olan elektron tərəzini təqdim edərək həmin tərəzi ilə narkotik vasitələri çəkdiyini bildirmişdir. Qəhvəyi rəngli plastik qabın içərisində şəffaf sellofana bükülmüş daha 3 ədəd büküm aşkar olunmuşdur. Bükümlərə baxış keçirdikdə içərisində ağ rəngli, spesifik iyə malik kristallik kütlə, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Kəmalə Məmmədova qəhvəyi rəngli plastik qabın içərisində olan 4 ədəd şüşə predmetlərdən narkotik vasitələrin qəbulunda istifadə olunduğunu söyləmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddələr, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, elektron tərəzi və şüşə predmetlər qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. X1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmişdir. Mənzildən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. X10 verilən suallara cavab olaraq aşkar olunmuş vasitələrin və elektron tərəzinin özünə məxsus olduğunu, istifadə etmək üçün əldə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X7 üzərinə, habelə yaşadığı mənzilə baxış və götürmə zamanı video çəkiliş aparılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaqda verilən ifadələr düzgün deyil. Məmmədova Kəmalə ona həqiqətən də heç nə verməmişdir. Onlar birlikdə yaşamışlar, evdə ittiham aktında yazıldığı kimi tərəzi olmayıb. Evdə az miqdarda “patı” olub, onu da istifadə etmişlər. O, tutulandan 20-25 dəqiqə sonra Kəmalə tutulub. xx.xx.2024-cü il tarixində, “Ruslan 93” ilə üzbəüz YAP-ın binasının qarşısında, binanın blokundan çıxanda polis əməkdaşları ona yaxınlaşaraq ondan Kəmaləni soruşduqda evdə olmadığını demişdir. Avtomobilin içərisində polislər onun cibinə baxmışlar və görmüşlər ki, heç nə yoxdur. Qalan axtarışlar isə İdarənin özündə olmuşdur. Onun mobil telefonunu alaraq, polislər Kəmalənin adına yazmışlar. Kəmalənin telefonu isə həmin vaxtı bacısında olmuşdur. 20-25 dəqiqə gözləmişlər və Kəmalə əlində pişik yeməyi ilə gəlmişdir. Kəmalə olub-olmadığını polislər ondan soruşanda demişdir ki, “o deyil”. Lakin əllərində olan videogörüntüyə əsasən Kəmaləni saxlayıb avtomobilə əyləşdirmişlər. Daha sonra onlarla birlikdə evdə axtarış keçirmişlər. Evdən az miqdarda “patı” aşkar olunmuşdur. Ondan başqa evdə heç nə olmamışdır. Sonra onları bölməyə aparmışlar. Orada iki büküm “patı”nı onun üzərinə qoymuşlar və Kəmalədən aldığını bildirməyini istəmişlər. O, təzyiq altında ifadə vermişdir. Ona deyirdilər ki, əgər onların dediyini deməsə, onun qarşısına kiloqram ilə narkotik və silah qoyacaqlar. O, narkotik vasitəni evdə istifadə etmişdir. Kəmalənin tanışından narkotiki alırdılar, pulu onun kartına Kəmalə göndərirdi. O, heç yerə narkotik vasitə qoymamışdır. İran Respublikasının vətəndaşının adını bilmir. Onunla birlikdə iki nəfər polis əməkdaşı mənzilə qalxmış, iki nəfər polis əməkdaşı isə Kəmalə ilə qalmışdır. Onu yuxarı qaldırdıqdan sonra qapını döyməyini istəmişlər, Kəmalənin bacısı qapını açdıqdan sonra onu itələmişlər, sillə vurmuşlar. Malın harada olduğunu soruşmuşlar, stolun üstündə meyvə qabında bükümdə az miqdarda mal çıxmışdır. Sonra 3-4 nəfər əməliyyatçı Kəmaləni mənzilə gətirmişlər. İkisini birlikdə idarəyə aparmışlar. Ona büküm verib Kəmalədən aldığını deməyini istəmişlər. Kəmaləni çəkilişdən sonra evə aparmışlar, onu isə aparmamışlar. Polis İdarəsində şəxsi axtarış zamanı onun üzərində heç nə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən Şahid1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 istintaqda verdiyi və məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. Kəmalə Məmmədovanı bir neçə il olar ki, tanıyır. X2 ilə birlikdə kirayədə yaşamışlar. Bir müddət əvvəl Kəmalə Məmmədova ona bir bükümdə olan narkotik vasitə verərək söylədiyi yerə qoymağını xahiş etmiş, o da Kəmalənin xahişini yerinə yetirmişdir. Bunun əvəzində Kəmalə Məmmədova ona pulsuz olaraq bir bükümdə psixotrop maddə metamfetamin vermişdir. 18 yanvar 2024-cü il tarixdə, təxminən saat 20:00-da yaşadığı ünvan 6 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis işçiləri ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-yə getməyi təklif etmişlər. Şübhə yaranmasın deyə o, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİ-yə polis əməkdaşları ilə birlikdə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə matemfetamin olduğunu, həmin maddəni Kəmalə Məmmədovanın ona pulsuz olaraq verdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilən büküm açılıb baxılmış və içərisində narkotik maddə metamfetamin olması görünmüşdür. Daha sonra həmin bükümlər qablaşdırılmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərindən aşkar olunan 2 ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan metamfetamini Kəmalə Məmmədovadan əldə etmişdir. Kəmalə onun yaxın rəfiqəsidir və ona hərdən narkotikə olan ehtiyacını ödəmək üçün narkotik vermişdir. Əvvəllər bir dəfə, təxminən 10 gün əvvəl Kəmalənin xahişi ilə Kəmalə ilə gedib onun dediyi yerə narkotik vasitə qoymuşdur. Həmin vaxt Kəmalə ona bir büküm psixotrop maddə vermişdir. Həmin gün o, narkotiki istifadə etmişdir. Ondan sonra bir-iki dəfə Kəmalə ona istifadə üçün narkotik vasitə vermişdir. Sonuncu dəfə də tutulan gün o, Kəmalədən psixotrop maddə istəmiş, Kəmalə də ona iki bükümdə az miqdarda metamfetamin vermişdir. Üzərindən aşkar olunan metamfetamin həmin metamfetamin olmuşdur. O, əvvəllər Kəmalənin dediyi yerə narkotik vasitə qoyduğu üçün Kəmalə ona istifadəsi üçün narkotik vasitə vermişdir, hazırda üzərindən çıxan metamfetamini də Kəmalə ona pulsuz vermişdir. Lakin üzərindən aşkar edilmiş metamfetaminin məhz Kəmalənin xahişi ilə dediyi yerə narkotik vasitə qoyması müqabilində sonuncunun ona verdiyi narkotik olduğunu bildirməmişdir. Bu hadisə on gün əvvəl olmuşdur. O, həmin narkotiki 10 gün üzərində saxlamamışdır və çoxdan qəbul etmişdir. Əvvəllər narkotik istifadəsinə görə heç vaxt polisə düşməmişdir. Həbs olunan ərəfədə çox həyəcanlı olmuşdur, ola bilsin ki, əvvəl verdiyi ifadəni yazarkən fikrini düz başa sala bilməmişdir. Kamala Mamedovanın narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmişdir. Kəmalə İran Respublikasının vətəndaşından pul verərək əldə etdiyi psixotrop maddələri satmış və həmin maddənin istifadəçisi olduğundan bir rəfiqə kimi ona pulsuz vermişdir. Kəmalə Məmmədovanın yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu bilməmişdir. Kəmalənin nə vaxt, necə, kimdən nə əldə etdiyini görməmişdir. Özünə lazım olanda narkotik istəmiş, Kəmalə də ona narkotik vermişdir. O, bir dəfə Kəmalənin dediyi yerə narkotik aparıb qoymuşdur. Həmin vaxt da Kəmalə özü yanında olmuşdur. Ondan aşkar edilən psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Mamedova Kamalanın (X7) barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması və ayrılmış cinayət işinə ********* sıra sayının verilməsi qərara alınmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Mamedova Kamala (X10) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00-da Bakı şəhəri Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək ünvan 5 ünvanının qarşısında saxlanılaraq idarəyə gətirilmiş Mamedova Kamalanın (X7) üzərinə 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Mamedova Kamalanın (X7) hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, üstünə şəxsi-axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Mamedova Kamaladan (X6) şəxsi axtarış başlanmazdan əvvəl üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu zaman Mamedova Kamala (X10) əynində, sağ ayağında olan qara rəngli corabın iç hissəsindən 1 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Mamedova Kamala (X10) həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. X13 (X10) ondan aşkar olunan psixotrop maddəni “Əli” adlı, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından 50 manat müqabilində aldığını qeyd etmişdir. Daha sonra onun üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin büküm açılıb baxılan zaman içərisində spesifik iyə malik ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Bundan sonra Mamedova Kamala (X10) üzərindən aşkar olunmuş psixotrop maddədən başqa əlavə narkotik vasitə olub-olmaması sual verildikdə yaşadığı ünvanda da narkotik vasitə olduğunu qeyd etmişdir. Mamedova Kamaladan (X6) aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar və şübhəli şəxs Mamedova Kamala (X10) tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aparılmış videoçəkiliş diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. - baxış keçirilməsi və götürmə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:00-da Bakı şəhəri Nizami RPİ-nin X3 əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək ünvan 5 ünvanının qarşısında saxlanılaraq idarəyə gətirilmiş Mamedova Kamalanın (X7) üzərinə 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman onun üstündən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop madəyə bənzər maddə aşkar edilmişdir. X11 (X10) yaşadığı ünvan 7 ünvanında da narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də ünvan 7 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Mamedova Kamalaya (X9) hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə yaşadığı mənzilə baxış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Mamedova Kamalaya (X9) narkotik vasitəni saxladığı yeri göstərməsi bildirilmiş və Mamedova Kamala (X10) yaşadığı mənzilə daxil olaraq dəhlizin giriş hissəsinin sol tərəfində yerləşən qonaq otağına daxil olub, həmin otağın ona məxsus olduğunu bildirmişdir. Daha sonra Mamedova Kamala (X10) qonaq otağının eyvan hissəsinin sol tərəfində yerləşən ağ rəngli taxta şkafın orta gözünü açaraq orada olan qəhvəyi rəngli plastik qabı çıxarıb kiçik masanın üstünə qoymuş və həmin qəhvəyi rəngli plastik qabın içində narkotik vasitələr olduğunu bildirmişdir. Mamedova Kamala (X10) həmin qabın içərisində olan 1 ədəd şəffaf sellofan bükümü, 4 ədəd rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərində marixuana olduğunu bildirmişdir. Daha sonra Mamedova Kamala (X10) yenidən həmin plastik qabın içində olan 04 ədəd şəffaf bükümü çıxarıb masanın üstünə qoyaraq həmin bükümlərin içində isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin qabın içindən bir ədəd elektron tərəzi və 04 ədəd şüşə kolbanı çıxarıb masanın üstünə qoymuşdur. Sonra 01 ədəd şəffaf sellofan, 04 ədəd rəngli kağız bükümlər açılıb baxılan zaman içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsi, 04 ədəd şəffaf sellofan büküm açılıb baxılan zaman spesifik iyə malik, ağ rəngli kristal formasında olan maddə aşkar edilmişdir. Mamedova Kamala (X10) həmin maddələri “Əli” adlı İran vətəndaşından aldığını, elektron tərəzini “Əli” adlı şəxsin onu aldatmaması üçün həmin maddələrin miqdarını çəkmək məqsədilə istifadə etdiyini, 04 ədəd şüşə kolbanın isə metamfetamini qəbul edərkən istifadə etdiyini bildirmişdir. Baxış zamanı Mamedova Kamalanın (X7) təqdim etdiyi bükümlər, elektron tərəzi və şüşə kolbalar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri iştirakçılar və şübhəli şəxs Mamedova Kamala (X10) tərəfindən imzalanmışdır. Daha sonra baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı aparılmış videoçəkilişin görüntüləri diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. Protkolun tərtibatı qeyd olunan ünvanda mümkün olmadığı üçün Nizami rayon Pİ-nin inzibati binasında, xidməti otaqda aparılmış, protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-7/98-6/349 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 aşkar olunmuş maddələr” yazı və imzalar olan zərfdə 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla, ümumi çəkisi 0,195 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Mamedova Kamala (X10) üzərindən aşkar olunmuş maddələr” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 0,203 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Mamedova Kamala yaşadığı mənzildən aşkar olunanlar...” yazı və imzalar olan zərfdə 4 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,09 qram, 0,106 qram və 0,092 qram olmaqla, ümumi çəkisi 0,601 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş həmin zərfin içərisində olan bir ədəd şəffaf sellofanda və 4 ədəd kağız kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,846 qram, 0,240 qram, 0,15 qram, 0,213 qram və 0,167 qram olmaqla, ümumi çəkisi 3,616 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bir ədəd qara-gümüşü rəngli elektron tərəzinin üzərində və 4 ədəd içərisində izlər olan şüşə predmetlərin daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Mamedova Kamaladan (X10) aşkar olunmuş metamfetaminlər ilə Şahid1 aşkar olunmuş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. - videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Mamedova Kamalanın (X7) üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı videoyazıdan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Mamedova Kamala (X10) bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Mamedova Kamala (X10) əynində, sağ ayağında olan qara rəngli corabın iç hissəsindən 1 ədəd şəffaf sellofanda olan bükümü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Mamedova Kamala (X10) həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirir. X13 (X10) ondan aşkar olunan psixotrop maddəni “Əli” adlı, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından 50 manat müqabilində aldığını qeyd edir. Daha sonra onun üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilmir. Daha sonra həmin büküm açılıb baxılan zaman içərisində spesifik iyə malik ağ rəngli kristalşəkilli maddə aşkar edilir. Bundan sonra Mamedova Kamala (X10) üzərindən aşkar olunmuş psixotrop maddədən başqa əlavə narkotik vasitə olub-olmaması sual verildikdə yaşadığı ünvanda da narkotik vasitə olduğunu qeyd edir. Mamedova Kamaladan (X6) aşkar edilmiş, 01 ədəd şəffaf sellofan bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülür, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq möhürlənir, zərfin üzəri iştirakçılar və şübhəli şəxs Mamedova Kamala (X10) tərəfindən imzalanır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mamedova Kamala (X10) Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Azərbaycan Respublikası CPM-nin 235-ci maddəsinin tələblərinə uyğun olaraq Şahid1 ilə Mamedova Kamala (X10) arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamini ödəniş etmədən Mamedova Kamaladan götürdüyü barədə ifadəsində bildirdiklərini sonuncunun üzünə qarşı söyləmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-13/2024 saylı qərarından görünür ki, Mamedova Kamalanın (X7) barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar olunmuş hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram və 0,1 qram olmaqla, ümumi çəkisi 0,195 qram olan psixotrop maddə metamfetamin, Mamedova Kamalanın (X7) üzərindən və yaşadığı mənzildən aşkar olunmuş təmiz çəkisi 0,203 qram olan psixotrop maddə metamfetamin, hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,313, 0,09, 0,106, 0,092 qram olmaqla, ümumi çəkisi 0,601 qram olan psixotrop maddə metamfetamin, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,846, 0,240, 0,15, 0,213, 0,167 qram olmaqla, ümumi çəkisi 3,616 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd qara-gümüşü rəngli elektron tərəzi və 4 ədəd içərisində izlər olan şüşə predmetlərin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,06 qram sərf edildikdən sonra 0,135 qram, tədqiqata 0,03 qram sərf edildikdən sonra 0,173 qram, tədqiqata 0,12 qram sərf edildikdən sonra 0,481 qram metamfetaminin qalıqları, tədqiqata 0,15 qram sərf edildikdən sonra 3,466 qram qurudulmuş marixuananın qalığı, bir ədəd qara-gümüşü rəngli elektron tərəzi və 4 ədəd şüşə predmetlər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2258 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Mamedova Kamalada (X8) kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Mamedova Kamalanın (X10) əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-149/2024 saylı qərarından görünür ki, Mamedova Kamalanın (X7) həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-401/2024 saylı qərarından görünür ki, Mamedova Kamalanın (X7) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı təyin edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Mamedova Kamalanın (X10) üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 02 ədəd DVD disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-386/2024 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.5 və 67.1-ci maddələrinə əsasən üzərində qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Mamedova Kamalanın (X7) məhkumluğu barədə məlumat yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci və 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mamedova Kamalanın (X7) törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X13nın (X7) cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Mamedova Kamala (X10) tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Mamedova Kamalanın (X7) özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə Şahid1 ifadəsini təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Mamedova Kamalanın (X7) cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs Mamedova Kamalaya (X9) cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Mamedova Kamalanın (X7) törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Mamedova Kamalanın (X7) ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Mamedova Kamalanın (X7) cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Mamedova Kamalanın (X7) barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Mamedova Kamala (X10) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Mamedova Kamalanın (X7) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan- 0,173 qram və 0,481 qram psixotrop maddəmetamfetamin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 0,135 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınmaqla), 3,466 qram çəkidə qurudulmuş marixuana, bir ədəd qara-gümüşü rəngli elektron tərəzi və 4 ədəd şüşə predmet məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərcinin yarısı 44 (qırx dörd) manat (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ekspertiza xərcinin yarısının təqsirləndirilən şəxs Şahid1 tutulması nəzərə alınmaqla) Mamedova Kamaladan (X6) tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Mamedova Kamala (X10) cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Mamedova Kamalanın (X7) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs Mamedova Kamala (X10) ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardımından imtina etdiyini və hüquqlarının müdafiəsini Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəmədə iştirak etdiyi müddət 18 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 108 (bir yüz səkkiz) manat (18x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müqavilə əsasında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Mamedova Kamala (X10) Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mamedova Kamala (X10) təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Mamedova Kamalanın (X7) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mamedova Kamala (X10) cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,173 qram və 0,481 qram psixotrop maddə-metamfetamin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 0,135 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınmaqla), 3,466 qram çəkidə qurudulmuş marixuana, bir ədəd qara-gümüşü rəngli elektron tərəzi və 4 ədəd şüşə predmet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 88 (səksən səkkiz) manat ekspertiza xərcinin yarısı 44 (qırx dörd) manat Mamedova Kamaladan (X6) tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs Mamedova Kamalaya (X9) 18 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 108 (bir yüz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-32/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-32/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver