Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-320/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs guya əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən övladı X8 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif etdirib sonuncuya yüngül cəza verilməsinə və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla ilk dəfə 03 may 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus 410100C**********115 nömrəli hesaba Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Şəki rayon filialından köçürülmüş 10.100 manat, 09 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 11 iyun 2021-ci il tarixdə eyni ünvandan həmin hesaba göndərilmiş 3000 manat, 09 iyul 2021-ci il tarixdə mobil telefonla fotoşəkilini göndərdiyi özünə məxsus "xxxx" ASC-nə aid 4169 7413 9666 3963 saylı bank kartına Zərərçəkmiş şəxs qohumu Şahid3 vasitəsilə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin filialından köçürülmüş 2000 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 18.100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdada ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2020-ci ildə Nəşriyyatda tanış olmuş, sonuncuya hüquqi yardım göstərdiyi üçün aralarında səmimi münasibət yaranmışdır. 2021-ci ilin aprel-may aylarında Şahid1 ona Şəki rayonundan olan tanışı Mərziyyə Süleymanovanın zəng edərək sonuncunun tanışı Natella adlı qadının oğlunun həbs edildiyini və sonuncuya köməklik etmək lazım olduğunu demişdir. Natella ona zəng edərək həbs edilmiş oğlu Vasifə köməklik etməsini demişdir. 2-3 gün sonra Natella, sonuncunun qohumu Zümrüd və Şahid1 ilə Şamaxinka adlanan ərazidə çay evində görüşmüşlər. Natella oğlu Vasif Qarayevin narkotik vasitələrin dövrüyyəsi ilə bağlı qanunsuz tutulduğu üçün köməklik etməsini ondan xahiş etmişdir. Natellanın oğlu Vasifin anket məlumatlarını götürmüş, işlə maraqlanacağını və məhkəmədə kömək edə biləcəyini demişdir. Bir neçə gün sonra Natella zəng edərək onunla görüşmək istədiyini demiş, Səadət, Natella və sonuncunun qohumu Zümrüdlə çay evində görüşmüşlər. Natellaya oğlu Vasifin istintaq müddətində işinin qurtarmasının çətin olduğunu, lakin məhkəmədə köməklik edə biləcəyini demiş, bunun üçün Natelladan 18000 manat pul istəmiş və həmin pulun məhkəmədə 4-5 yerə bölünəcəyini demişdir. 03 may 2021-ci il tarixdə Natella ilə telefonla danışmış və bank hesabını sonuncuya “Whatsapla” göndərərək pulun həmin hesaba köçürülməsini demişdir. Natella həmin tarixdə karta 10000 manat pul köçürmüş, həmin pulu “Kapital Bankın” Binəqədi filialından 08 may 2022-ci il tarixdə çıxarıb götürmüşdür. Natellaya yenidən zəng edərək əvvəlcədən danışdıqları məbləği, yəni 18000 manatın hamısını göndərməli oluğunu demiş, sonuncu 09 iyun 2021-ci il tarixdə onun kart hesabına 3000 manat, 2 gün sonra yenidən kart hesabına 3000 manat pul göndərmişdir. Həmin pulları Kapital bankın Binəqədi filialından 09-13 iyun tarixlərdə çıxarmışdır. Sonradan Natellaya əvvəlcədən danışdıqları 18000 manat puldan qalan 2000 manatı da göndərməyi demişdir. Natella qohumu Zümrüdə onun bank kartının fotoşəkilini göndərərək pulu həmin bank kartına göndərməyi bildirmişdir. 09 iyun 2022-ci il tarixdə onun bank kartına 2000 manat pul göndərilmiş, həmin pulu Biləcəri qəsəbəsində Araz marketin qarşısında olan Bakomatdan 11 iyun 2022-ci il tarixdə çıxararaq şəxsi ehtiyaclarına xərcləmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Qarayevə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bundan sonra Natella pullarını ondan tələb etmişdir. Sonuncudan aldığı 18000 manat puldan 2000 manatı qaytarmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Vasif xx.xx.2021-ci il tarixdə dosutunun ad günündə iştirak elmək üçün Bakı şəhərinə getmiş və orada narkotik vasitə ilə tutulmuşdur. 2021-ci ilin aprel ayında oğlu Asiflə qonşusu İxtirayırın idarə etdiyi taksi ilə Şəki şəhərinə bazara gedərkən oğlunun həbs olunması səbəbi ilə ağlamış, taksi sürücüsü İxtiyar nə olduğunu soruşduqda oğlunun tutulması barədə sonuncuya danışmışdır. İxtiyar bacısı Mərziyyə Süleymanovanın Bakı şəhərində olan tanışları vasitəsi ilə ona köməklik edə biləcəyini demişdir. Mərziyyə Süleymanovanın yaşadığı evə getmiş, İxtiyar bacısı Mərziyyəyə onun oğlu Vasifin tutulduğunu və köməklik etmək lazım olduğunu demişdir. Mərziyyə Süleymanova tanışı Sədət İbrahimova adlı qadına zəng vuraraq onun oğlunun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən tutulduğunu və köməklik etmək lazım olduğunu demişdir. Mərziyyə axşam Sədatlə ətraflı danışıb nəticəsi barədə məlumat verəcəyini deyib Səadətin telefon nömrəsini ona vermişdir. Səhəri gün saat təxminən 10-11 radələrində Mərziyyə Süleymanovanın işlədiyi sığorta agentliyinə getmiş və sonuncu ilə birlikdə Səadətlə telefonla danışmış və sonuncu onu Bakı şəhərinə çağırmışdır. 2 gün sonra Bakı şəhərinə gəlmiş, Şahid1 və sonuncunun yanında olan sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə birlikdə çay evində görüşmüşdür. Şahid1 Təqsirləndirilən şəxs ona hüquqşünas kimi təqdim etmiş, həmin vaxt onun qardaşının həyat yoldaşı Şahid3 da orada olmuşdur. Təqsirləndirilən şəxs oğlunun həbs edilməsi barədə danışmış və sonuncuya Vasifin işini aparan müstəntiqin telefon nömrəsini və adını vermişdir. Elçinin müstəntiqə özünü vəkil kimi təqdim edərək zəng vurmuş, lakin müstəntiq telefonu bağlamışdır. Elçin başqa bir şəxsə zəng vurmuş və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işləyən həmin şəxsin işi olduğunu və sonuncu ilə axşam görüşəcəyini demişdir. Səhəri gün Sadətə zəng vuraraq rayona qayıdacağını demiş, sonuncu bir qədər sonra zəng vuraraq onunla görüşmək istədiyini demişdir. Qardaşının həyat yoldaşı Zümrüdlə birlikdə Şahid1 ilə görüşə getmiş, görüş zamanı Səadət Elçinin kiminləsə görüşdüyünü, artıq işin həll olunacağını güman etdiyini bildirmişdir. Həmin vaxt Elçin onların olduğu yerə gəlmiş və çay evində Təqsirləndirilən şəxs oğlu Vasifin işini 18000 manata danışdığını demişdir. Elçinə imkanı olmadığını demiş, sonuncu pulu tapmalı olduğunu, 18000 manatın 5 nəfər arasında hissə-hissə bölünəcəyini, Vasifi həbsdən azad etdirib təhvil verdikdən sonra ondan 1000 manat alacağını demişdir. Həmin gün Şəkiyə qayıtmış və rayonda olarkən Elçin zəng vurub kart hesabının nömrəsini oğlu Asifə göndərmişdir. 03 may 2021-ci il tarixdə Mərziyyə Süleymanovanın yanına gedərək Elçinin ondan pul istədiyini demiş, sonuncu Səadəti tanıdığını sonuncunun yalan demədiyini bildirmişdir. Kapital bankdan 10100 manat pulu Elçinin kart hesabına göndərmiş və sonuncu zəng edərək pulun çatdığını, hər şeyin yaxşı olacağını demişdir. Bir-iki gün sonra Elçin yenidən zəng vuraraq pulun qalan hissəsini göndərməyi və Bakı şəhər prokurorluğunda danışdığı adamla bir də əlaqə saxlayıb 10000 manat olduğunu deyəcəyini və danışdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Səhəri gün Elçin zəng vuraraq prokurorluğun əməkdaşı ilə danışdığını, 10000 manata işi yüngüləşdirəcəyini, Vasifin cəzasını 3 ilə azaldacağını 1 il həbsdə qalacağını, həbsdən buraxıldıqdan sonra 2 il hər ayı pul ödəyəcəyini demiş və onunla razılaşmışdır. Sonra oğlu Vasiflə danışmış və sonuncu işinin yüngüləşmədiyini və Elçinin onları aldatdığını demişdir. Elçinlə yenidən əlaqə saxlamış, sonuncu oğlu Vasifin maddəsinin yüngülləşədiyini və yaxın vaxtlarda Şəki şəhərinə gələcəyini demişdir. Bir müddət sonra X16 şəhərinə gəlmiş, sonuncularla qaradaşı Faxrəddinlə birlikdə görüşüb çay evində söhbət etmiş, Elçin 10000 manat pulu güya 3 nəfərə verdiyini, 2 nəfərə isə əlavə 8000 manat pul çatmalı olduğunu demişdir. Elçinə imkanının olmadığını bildirdikdə sonuncu 10000 manata Vasifin işini 3 ilə endirəcəyini, 1 il həbsdə olacağını qalan 2 ilə isə ayda pul ödəyəcəyini demişdir. Elçinə əlavə 8000 manat veriləcəyi təqdirdə Vasifin həbsdən bir dəfəlik qurtara biləcəyini soruşmuş, sonuncu pul tam çatacağı təqdirdə işi birdəfəlik həll edəcəyinə söz vermişdir. Elçin Bakı şəhərindən zəng vurub pulun qalan hissəsinin iyun ayının 10-dək çatmalı olduğunu demiş, həyətində olan 4 baş camışı satmış və 09 may 2022-ci il tarixdə 3000 manat pulu Kapital bank vasitəsi ilə Elçinin kart hesabına göndərmişdir. Pulu göndərdikdən bir müddət sonra Elçin yenidən zəng edərək qalan 5000 manat pulun çatdırmalı olduğunu demiş, buna görə kənd ərazisindəki pay torpağını satmış və 1000 manat qardaşı Faxrəddindən borc alaraq Elçinin kart hesabına 11 may 2021-ci il tarixdə 3000 manat pulu kapital bank vaitəsilə göndərmiş, qalan 2000 manat pulu tapa bilməmişdir. Vasifin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmənin həyətində Elçinlə görüşmüş, sonuncu narahat olmamağı və Vasifin azadlığa buraxılacağını demişdir. Lakin məhkəmə prosesi təxirə salındığı üçün Şəkiyə qayıtmışdır. Rayonda olarkən Elçin zəng vuraraq 2000 manat pulun həftənin 5-ci gününə qədar çatmalı olduğunu demiş, qardaşı arvadı Zümrüdə zəng vurub Elçinin 2000 manat pul istədiyini və sonuncuya 2000 manat pul verməsini xahiş etmişdir. Zümrüd 09 iyun 2021-ci il tarixdə 2000 manat pulu Bakı şəhəri Nizami rayonu Qara Qarayev küçəsində yerləşən Kapital bank vasitəsilə Elçinin ona göndərdiyi kart hesabına göndərmişdir. 18 avqust 2021-ci il tarixdə Elçin zəng vuraraq Vasifin işinin yekunlaşdığını Vasifi günortadan sonra götürüb Şəkiyə gətirəcəyini demişdir. Oğlunun gələcəyi üçün hazırlıqlar görmüş, lakin onlar gəlməmişdir. Həmin gün Vasif zəng vuraraq prokurorun ona 8 il cəza istədiyini demişdir. Mərziyyənin yanına gedib prokurorun Vasifə 8 il cəza istədiyini demiş, Mərziyyə Elçinə zəng vurmuş, lakin Elçin Mərziyyəyə prokurorun 8 il cəza istəməsinə baxmayaraq Vasifin tutulmayacağını demişdir. 24 avqust 2021-ci il tarixdə Elçin və Sadətə zəng vurub işin nə yerdə olduğunu soruşmuş, sonuncular prokuror dəyişdiyi üçün işin uzandığını və xx.xx.2021-ci il tarixdə Vasifi götürüb gələcəklərini bildirmişlər. xx.xx.2021-ci il tarixdə naharadan sonra Vasif zəng vuraraq məhkəmə tərəfindən 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu və prokurorun dəyişilmədiyini demişdir. Elçinə zəng vuraraq onu aldatdıqlarını və Vasifə 6 il cəza verildiyini demiş, Elçin sentyabr ayının 1-dək 18000 manat pulu geri qaytaracağını bildirmiş, lakin müxtəlif bəhanələrlə pulu qaytarmamış və polisə şikayət etdikdən sonra 2000 manat pul qaytarmış, qalan 16000 manatı isə verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 1997-ci ildən Azərbaycan Nəşriyyatında müxtəlif vəzifələrdə, 2008-ci ildən isə “Bizim fakt” qəzetinin baş redaktoru vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2000-ci ildən etibarən mətbuat işçisi kimin tanımış, 2021-ci ilin təqribən fevral ayından baş redaktor olduğu Bizim Fakt qəzetinə işə götürmüşdür. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində qəzetə daxil olan ərizə və şikayətləri aidiyyəti üzrə yönləndirməyə köməklik göstərmiş və bütün hüquq məsəllərini həll etmişdir. 2021-ci ilin yay aylarında uzun illər tanıdığı və Şəki şəhərində yaşayan Mərziyyə adlı tanışı zəng edərək qohumu Natella adlı qadının oğlunun həbs edildiyini və sonuncuya köməklik göstərməsini xahiş etmişdir. Mərziyyə ilə telefonla danışarkən redaksiyada olmuş Təqsirləndirilən şəxs söhbətlə maraqlanmış və Ağır Cinayətlər Məhkəməsində qohumunun olduğunu, bu məsələ ilə bağlı köməklik göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs dediklərini telefonla Mərziyyəyə demiş və səhəri gün Mərziyyə yenidən zəng edərək Natella adlı qohumunun Bakı şəhərinə gəldiyini sonuncu ilə görüşüb köməklik göstərməsini xahiş etmişdir. Bu barədə Təqsirləndirilən şəxs demiş və sonuncu ilə birlikdə Bakı şəhəri Yasamal rayonunda yol kənarında çay evlərinin birində Natella və sonuncunun qohumu Zümrüd adlı qadınla görüşmüşdür. Natella oğlu X11 yeni gəldiyini və Bakı şəhərinə dostunun ad günündə iştirak elmək üçün çağrıldığını və həmin zaman narkotik vasitələrinin dövriyyəsi ilə bağlı həbs olunduğunu və oğluna köməklik etmək lazım olduğunu xahiş etmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində işləyən qohumunun vasitəsi ilə bu məsələni həll edə biləcəyini, tam həll edə bilməsədə şərti cəza ilə evə buraxdıracağını, danışıb onlara məlumat verəcəyini demişdir. Bir həftə sonra yenidədən Elçində birlikdə Natella və Zümrüdlə həmin ünvanda, yəni Yasamal rayonunda çay evində görüşmüş və Təqsirləndirilən şəxs məsələni danışdığını, Natellaya oğlu Vasif Qarayevi həbsdən buraxdıracağına söz vermiş və bu işin müqabilində 18000 manat pul istəmişdir. Natella Şəki rayonuna gedib mal-heyvanını satıb 18000 manat verə biləcəyini, oğlu buraxıldıqdan sonra isə Elçinə 1000 manat verəcəyini demişdir. Elçin Natellaya hesab nömrəsi verərək deyilən məbləği karta köçürməyi bildirmişdir. Təqribən bir həftə keçmiş Natella zəng edərək Təqsirləndirilən şəxs hesabına 16000 manat köçürdüyünü bildirmişdir. Elçin Natellanın 16000 manat pulu hesab nömrəsinə göndərdiyini, lakin qalan 2000 manat pulu göndərmədiyi təqdirdə işin alınmayacağını və pulu geri qaytaracağını demişdir. X9 kart vasitəsi ilə 2000 manat göndərdiyini eşitmişdir. Təxminən 3 ay sonra Bakı Ağr Cinayətlər Məhkəməsi tərəfindən Vasif Qarayevə 6 il azadlıqdan məhrum etmə cəzası verildiyini bilmişdir. Natella pulunun geri qaytarılmasını tələb etmiş, bu barədə Elçinə demiş və həmin vaxtdan etibarən sonuncu işə gəlməmiş, işlərinin olduğunu demişdir. Təqsirləndirilən şəxs Vasif Qarayevi həbsdən çıxarması üçün sonuncunun anası Zərərçəkmiş şəxs aldığı pulları hara xərclədiyini bilməmiş və Təqsirləndirilən şəxs həmin puldan ona heç bir məbləğ verməmişdir. Məhkəmə istintaqı zamanı şahid X1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprelmay aylarında yaşadığı evdə olarkən qardaşı İxtiyarın idarə etdiyi taksi avtomobili ilə yaşadığı ünvana gəlmiş, Zərərçəkmiş şəxs oğlu Vasifin həbs olunduğunu və bu işdə köməklik edilməsini xahiş etmişdir. Natellaya köməklik etmək məqsədi ilə uzun illər tanıdığı Şahid1 bu işi həll edə biləcəyini düşünərək mobil nömrəsini Zərərçəkmiş şəxs vermiş, lakin sonuncunun mobil nömrəsində kontur olmadığından, Şahid1 zəng edərək Natellanın oğlunun həbsdə olduğunu və sonuncunun həbsdən azad olunmasına köməklik etməsini demişdir. Şahid1 köməklik etməyə çalışacağını və Natellanın Bakıya gəlməli olduğunu demişdir. Bir müddət sonra Natella onun iş yerinə gələrək oğlu Vasifin həbsdən azad olunması üçün Şahid1 və sonuncunun tanışı Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşdüyünü və oğlunun azad olunması üçün ümumilikdə 18000 manat pul istədiklərini, 10000 manat tapdığını və Kapital bank vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyi hesaba köçürmək istədiyini demişdir. Natella və oğlu Asiflə birlikdə Şəki şəhərində yerləşən Kapital banka getmiş və oradan 10100 manat pulu Təqsirləndirilən şəxs əvvəlcədən Natellaya verdiyi bank hesabına göndərmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini Asifdən alaraq zəng edib Natellanın onun qohumu olduğunu, Şahid1 uzun illər tanıdığını, iş alınmasa onları pis vəziyyətdə qoyacağını demişdir. Elçin ona əmin olmağı və işi həll edəcəyini demişdir. Təxminən 2 ay sonra Natella ilə yolda görüşərkən sonuncu prokuror tərəfindən oğlu Vasifə 8 il cəza istənildiyini demiş, həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs zəng edərək məsələnin necə olduğunu soruşarkən, hər ikisi hər şeyin yaxşı olacağını, alınmadığı halda işi Apeliyasiya Məhkəməsində həll edəcəklərini bildirmişlər. Sonradan Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Vasif Qarayevə 6 il azadlıqdan məhrum elmə cəzasının verildiyini Natelladan eşitmişdir. Şahid1 və Təqsirləndirilən şəxs zəng edərək işi həll etmədikləri üçün Natelladan aldıqları pulu qaytarmalarını demiş, lakin müxtəlif bəhanələrlə pulu qaytarmamışlar. Natella Elçinin 18000 manatdan 2000 manat qaytardığını, 16000 manatı isə qaytarmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may aylarında baldızı Zərərçəkmiş şəxs zəng vuraraq oğlu Vasif Qarayevin həbsdən azad olunması üçün Bakı şəhərinə gəlib kiminləsə görüşməli olduğunu və onun həmin görüşdə iştirak etməsini demişdir. Natella ilə birlikdə Bakı şəhərində Şamaxinka adlanan yerdə görüşmüş və həmin ünvanın yaxınlığında əvvəllər tanımadığı sonradan Şahid1 və Təqsirləndirilən şəxs kimi tanıdığı şəxslərlə görüşüb çay evində oturmuşlar. Elçin X2 Qarayevin nə vaxt, hansı səbəbdən tutulmasını soruşmuş və telefonla kimlərləsə danışdıqdan sonra məsələni həll edə biləcəyini və xəbər verəcəyini demişdir. Səhəri gün Natella ilə birlikdə yenidən Təqsirləndirilən şəxs və Şahid1 ilə çay evlərinin birində görüşmüşlər. Təqsirləndirilən şəxs Vasifi həbsdən azad etmək üçün danşıqlar apardığını və bu işin müqabilində Natellaya 18000 manat pul verilməli olduğunu demişdir. Natella Şəkiyə qayıtmış və bir müddət sonra ona zəng edərək oğlunun həbsdən azad olunması üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 16000 manat pul göndərdiyini, lakin qalan 2000 manat pulu vermədiyi təqdirdə işin həll olunmayacağını demiş və 2000 manat pulun tapılmasında köməklik etməsini xahiş elmişdir. 2000 manat pulu evdən götürərək Təqsirləndirilən şəxs məxsus nömrəyə zəng edib pulu harda və necə verəcəyini soruşduqda, Elçin Whatsapp vasitəsi ilə kapital banka məxsus **********63963 nömrəli kartı ona ataraq pulu karta göndərməsini bildirmişdir. Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən Kapital Banka gedərək Təqsirləndirilən şəxs istədiyi 2000 manat pulu sonuncunun verdiyi kart hesabına göndərmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəsinin hökmü ilə Vasif Qarayev 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs baldızı Natellanı oğlu Vasif Qarayevi həbsdən buraxdıracağı ilə aldadaraq ümumilikdə 18000 manat pulunu almışdır. Təqsirləndirilən şəxs qaytardığı 2000 manat pulu Natella ondan aldığı borcun əvəzi olaraq ona geri qaytarmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx" ASC-nin filialından "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına olan 4169 7413 9666 3963 nömrəli hesab kartına 2000 manat pul göndərməsi barədə bank çıxarışını və Təqsirləndirilən şəxslə Whapsap sosial şəbəkəsi ilə yazışmanı təqdim elmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, zərərəkmiş Zərərçəkmiş şəxs Əleydər qızı xx.xx.2021-ci il tarixdə "Kapital Bank” ASC-nin Şəki rayon filialından "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına açılmış 410100C**********115 nömrəli hesaba 10100 manat pul göndərməsi barədə qəbzi, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Şəki rayon filialından 3000 min manat, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki şəhəri fılalından 410100C**********115 nömrəli hesaba 3000 manat pul göndərməsi barədə bank çıxanşlarını təqdim elmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şahid3 tərəfindən göndərilmiş 2000 manat məbləğində pul Təqsirləndirilən şəxs adına olan Kapital Banka məxsus 4169 74 13 9666 3963 nömrəli kart hesabına köçürülmüşdür. İşdə olan 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş xx.xx.2021-ci il tarixdə "Kapital Bank” ASC-nin Şəki Filialından göndərilmiş 10100 manat pulun qəbzi, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki Filialından göndərilmiş 3000 manat pulun qəbzi, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Şəki Filialından göndərilmiş 3000 manat pulun qəbzi, Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 44 ünvanda yerləşən Kapital Bankdan göndərilmiş 2000 pulun qəbzi və Təqsirləndirilən şəxs adına olan **********663963 nömrəli Kapital Banka məxsus kartdan olan çıxarış cinayət işinə əlavə olunaraq maddi sübut kimin tanınmışdır. İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən bu hökm üzrə təyin edilmiş cəza Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq o4 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 02 il 06 ay müddətə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 03 il həddə müəyyən edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 09 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 29 may 2022-ci il tarixli qərarından görünür ki, X5 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini də nəzərə alır. Belə ki, həmin qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, məhkəmənin təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayət əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 39-cu bəndinin tövsiyyəsində qeyd edilimişdir ki, məhkəmələr dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs X6 münasibətdə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Abşeron rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmünə münasibətdə təqsirləndirilən şəxs X10 məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən az ağır cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxs X5 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-320/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-320/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver