Məhkəmə qərarları › İş №1(007)-320/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-320/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-320/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın şəhəri, Nizami küçəsi, ev 20-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi, ev 4-də yaşayan, 16 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, təqsirləndirilən şəxs - 26 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/19-da qeydiyyatda olmaqla yaşayan, 16 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 13 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin N iyun 2023-cü il tarixli 4(007)-273/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 fevral 2023-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, X15, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan ərzaq mağazasına birlikdə gəlib aralarında olan vəzifə bölgüsünə əsasən o, mağazanın arxa tərəfində olan plastik qapısını, mismarla mexaniki təsir edib kilidini açaraq qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə mağazaya qanunsuz daxil olub, oradan bir qutusu 3.6 manat olan ümumilikdə 32.4 manat dəyərində 9 qutu “vinston xstyle caster” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 65.6 manat dəyərində 16 qutu “sobranie blue” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 16.8 manat dəyərində 7 qutu “vant nano” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 39.6 manat dəyərində 11 qutu “vinston xstyle blue” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 53.3 manat dəyərində 13 qutu “sobranie vhite” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 36 manat dəyərində 10 qutu “vinston xstyle dual” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 4 manat dəyərində 2 qutu “ks red” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 20.5 manat dəyərində 5 qutu “sobranie kss blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 48 manat dəyərində 12 qutu “dunhil premium” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 7.6 manat dəyərində 2 qutu “kent 4” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 45.6 manat dəyərində 12 qutu “kent feel” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 14.4 manat dəyərində 4 qutu “kent 8” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 1” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 42 manat dəyərində 21 qutu “ks blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 64.8 manat dəyərində 24 qutu “pall mall nano silver” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 59.4 manat dəyərində 27 qutu “magna nano silver” markalı siqareti, bir qutusu 3.2 manat olan ümumilikdə 128 manat dəyərində 40 qutu “LD club kss platinum” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 15.4 manat dəyərində 7 qutu “magna nano black” markalı siqareti, bir qutusu 3 manat olan ümumilikdə 117 manat dəyərində 39 qutu “ LD compact vhite” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 35.2 manat dəyərində 16 qutu “ prima deluxe blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 45.9 manat dəyərində 17 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 27 manat dəyərində 10 qutu “vinchester compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 96 manat dəyərində 24 qutu “sobranie caster compact” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 73.8 manat dəyərində 18 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 126 manat dəyərində 35 qutu “vinston xs silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 35.1 manat dəyərində 13 qutu “pall mall nights qarağat” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 15 manat dəyərində 6 qutu “senate nano rich gold” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 40 manat dəyərində 16 qutu “senate nano rich silver” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 98.4 manat dəyərində 24 qutu “sobrannie blacknkss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 4.4 manat dəyərində 2 qutu “viceroy n-series blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 48.6 manat dəyərində 18 qutu “vinchester kss silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 56.7 manat dəyərində 21 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 5.4 manat dəyərində 2 qutu “rothmans click amber” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 40.5 manat dəyərində 15 qutu “vinchester ks ss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 17.6 manat dəyərində 8 qutu “magna compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 40 manat dəyərində 10 qutu “dunhill golden aroma” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 4” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 36 manat dəyərində 9 qutu “dunhill premium vhite” markalı siqareti və 01 ədəd 80 manat dəyərində “jack daniels” markalı viski, bir ədədi 3.3 manat olan ümumilikdə 13.2 manat dəyərində 4 ədəd “red bull” enerji içkisi, 01 ədəd 13.7 manat dəyərində “ekonika” markalı 01 litirlik araq, 01 ədədi dəyəri 10 manat ümumi dəyəri 30 manat olan 03 ədəd “dorall collection“ markalı ətir, 01 ədəd 1300 manat dəyərində olan post terminalı gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 3330.5 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 fevral 2023-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, X15, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan ərzaq mağazasına birlikdə gəlib aralarında olan vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 mağazanın arxa tərəfində olan plastik qapısını mismarla mexaniki təsir edib kilidini açaraq onunla birlikdə mağazaya qanunsuz daxil olub, oradan bir qutusu 3.6 manat olan ümumilikdə 32.4 manat dəyərində 9 qutu “vinston xstyle caster” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 65.6 manat dəyərində 16 qutu “sobranie blue” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 16.8 manat dəyərində 7 qutu “vant nano” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 39.6 manat dəyərində 11 qutu “vinston xstyle blue” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 53.3 manat dəyərində 13 qutu “sobranie vhite” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 36 manat dəyərində 10 qutu “vinston xstyle dual” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 4 manat dəyərində 2 qutu “ks red” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 20.5 manat dəyərində 5 qutu “sobranie kss blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 48 manat dəyərində 12 qutu “dunhil premium” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 7.6 manat dəyərində 2 qutu “kent 4” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 45.6 manat dəyərində 12 qutu “kent feel” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 14.4 manat dəyərində 4 qutu “kent 8” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 1” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 42 manat dəyərində 21 qutu “ks blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 64.8 manat dəyərində 24 qutu “pall mall nano silver” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 59.4 manat dəyərində 27 qutu “magna nano silver” markalı siqareti, bir qutusu 3.2 manat olan ümumilikdə 128 manat dəyərində 40 qutu “LD club kss platinum” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 15.4 manat dəyərində 7 qutu “magna nano black” markalı siqareti, bir qutusu 3 manat olan ümumilikdə 117 manat dəyərində 39 qutu “ LD compact vhite” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 35.2 manat dəyərində 16 qutu “ prima deluxe blue ” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 45.9 manat dəyərində 17 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 27 manat dəyərində 10 qutu “vinchester compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 96 manat dəyərində 24 qutu “sobranie caster compact” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 73.8 manat dəyərində 18 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 126 manat dəyərində 35 qutu “vinston xs silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 35.1 manat dəyərində 13 qutu “pall mall nights qarağat” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 15 manat dəyərində 6 qutu “senate nano rich gold” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 40 manat dəyərində 16 qutu “senate nano rich silver” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 98.4 manat dəyərində 24 qutu “sobrannie blacknkss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 4.4 manat dəyərində 2 qutu “viceroy n-series blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 48.6 manat dəyərində 18 qutu “vinchester kss silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 56.7 manat dəyərində 21 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 5.4 manat dəyərində 2 qutu “rothmans click amber” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 40.5 manat dəyərində 15 qutu “vinchester ks ss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 17.6 manat dəyərində 8 qutu “magna compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 40 manat dəyərində 10 qutu “dunhill golden aroma” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 4” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 36 manat dəyərində 9 qutu “dunhill premium vhite” markalı siqareti, ümumilikdə 1893.6 manat dəyərində siqaret və 01 ədəd 80 manat dəyərində “jack daniels” markalı viski, bir ədədi 3.3 manat olan ümumilikdə 13.2 manat dəyərində 4 ədəd “red bull” enerji içkisi, 01 ədəd 13.7 manat dəyərində “ekonika” markalı 01 litirlik araq, 01 ədədi dəyəri 10 manat ümumi dəyəri 30 manat olan 03 ədəd “dorall collection“ markalı ətir, 01 ədəd 1300 manat dəyərində olan post terminalı gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 3330.5 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə evdə xalası oğlunun ad günündə spirtli içki olan araq içmişdir. Həmin gün təxminən saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Həmin vaxt Ədhəm də içkili olmuşdur. Onlar söhbət etmişlər, sonra spirtli içki içmək və siqaret çəkmək istəmişlər. Lakin içki və siqaret almağa pulları olmamışdır. Buna görə Ədhəm ona Nizami rayonu, M.H.Kazımov küçəsi, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxsə birlikdə girib oradan siqaret və spirtli içkilər oğurlamağı təklif etmişdir. O, razılaşmış, sonra öz evlərinə getmişlər və özləri üçün dəyişək paltar götürmüşlər ki, oğurluq etdikdən sonra əyinlərində olan paltarları çıxardaraq həmin paltarları geyinsinlər. Evdən götürdükləri paltarları yaşadığı evin yanında olan qaçqınların yaşadığı binanın arxasında daşın arxasına qoymuşlar. Həmin ərazidə piyada gedişi olmayan yerlər də olmuşdur. Həmin vaxt hər ikisinin başında papaq olmuşdur. Papaqlarda gözləri üçün yer açmaq məqsədi ilə alışqanla deşik açmışlar. Artıq 10 fevral 2023-cü il tarixə keçən gecə təxminən saat 02 radələrində Nizami rayonu, M.H.Kazımov küçəsi, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa tərəfində olan plastik qapıya yaxınlaşmış, papağı aşağı etmişlər ki, üzləri görünməsin. O, “dubil” divar mismarı ilə plastik qapını aralayaraq açmış, hər ikisi içəri daxil olmuşlar. Mağazada piştaxtanın arasında olan müxtəlif markalı siqaretləri, “red bul”ları, araqları və bir ədəd viskini özü ilə gətirdikləri çantaya və marketdən götürdükləri 2 ədəd sellofana yığmışlar. Həmin vaxt Ədhəm posterminalı götürüb baxmış, lakin sonra yerinə qoymuşdur. Bundan sonra isə o, həmin posterminalı da götürərək sellofan paketə qoymuşdur. Sonra götürdükləri həmin şeylərlə birlikdə mağazadan çıxaraq ünvan 2 ünvanında yerləşən məhəlləyə getmişlər. Orada əvvəlcədən gizlətdikləri paltarları geyinmiş, köhnə paltarlarını isə yandırmışlar. Bundan sonra həmin binanın arxasında mağazadan götürdükləri viskini və “red bul”ları hər ikisi birlikdə içmişlər. Arağın qapağını açsalar da içə bilməmişlər, viskinin və arağın butulkalarını zibilliyə tullamışlar, posterminal isə onda qalmışdır. Elə bilmişdir ki, posterminaldan kontur vurmaq olur, buna görə onu özünə götürmüşdür. Siqaretləri isə öz aralarında bölmüşlər. O, öz payına düşənləri götürmüş və evə aparmış, evdə öz çarpayısının altına qoymuşdur. Səhəri gün isə siqaretləri götürüb “8-ci km bazarı”na getmiş və siqaretləri əlində orada satmışdır. Siqaretləri ucuz qiymətə satdığından onları tez satıb oradan çıxmışdır. Satdığı siqaretlərdən təxminən 174 manat qazanc əldə etmiş, pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Posterminalı isə sonradan polisə könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 daha sonra əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanı tamamilə ödədiyini, atasının birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, hazırda atasının vəfat etdiyini və onun anası ilə birlikdə yaşadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə kafedə araq və pivə içmişdir. Həmin gün təxminən saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində keçmiş sinif yoldaşı Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Həmin vaxt Alıbəy də içkili olmuşdur. Onlar söhbət etmişlər, sonra yenə içki içmək və siqaret çəkmək istəmişlər. Lakin içki və siqaret almağa pulları olmamışdır. Buna görə o, Alıbəyə təklif etmişdir ki, yaşadığı yerin yaxınlığında Nizami rayonu, M.H.Kazımov küçəsi, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxsə birlikdə girib oradan siqaret və spirtli içkilər oğurlasınlar. Onun bu təklifi ilə Alıbəy razılaşmış, sonra evə getmişlər ki, özləri üçün dəyişək paltar götürsünlər ki, oğurluq etdikdən sonra əyinlərində olan paltarları çıxararaq evdən götürdükləri paltarları geyinsinlər. Evdən götürdükləri paltarları Alıbəyin yaşadığı evin yanında olan qaçqınların yaşadığı binanın arxasında daşın arxasına qoymuşlar. Həmin ərazidə piyada gedişi olmayan yerlər olmuşdur. Həmin vaxtı ikisinin başında papaq olmuşdur, papaqlarda ikisinin də gözləri üçün alışqanla deşik açmışlar. Artıq 10 fevral 2023-cü il tarixə keçən gecə təxminən saat 02 radələrində M.H.Kazımov küçəsi, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxsin arxa tərəfində olan plastik qapıya yaxınlaşmışlar, papaqlarını aşağı etmişlər ki, üzləri görünməsin. Alıbəy “dubil” divar mismarı ilə plastik qapını aralayaraq açmış, ikisi də birlikdə içəri daxil olmuşlar. Mağazada piştaxtanın arasında olan müxtəlif markalı siqaretləri, “red bul”ları, araqları və bir ədəd viskini özləri ilə gətirdikləri çantaya və marketdən götürdükləri sellofanlara yığmışlar. Həmin vaxt o, mağazada olan posterminalı götürüb baxmış, sonra yerinə qoymuşdur. Alıbəy isə həmin posterminalı götürərək sellofan paketə qoymuşdur. Bundan sonra götürdükləri həmin şeylərlə birlikdə mağazadan çıxaraq Alıbəyin yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəbli küçəsi, 4 ünvanında yerləşən məhəlləyə getmişlər. Oraya getdikdən sonra əvvəlcədən gizlətdikləri paltarlarını geyinmişlər, köhnə paltarları isə yandırmışlar. Bundan sonra binanın arxasında oturub mağazadan götürdükləri viskini və “red bul”ları birlikdə içmişlər. Arağın qapağını açsalar da, içə bilməmişlər, viskinin və arağın butulkalarını zibilliyə atmışlar, siqaretləri isə aralarında bölmüşlər, amma posterminal Alıbəydə qalmışdır. Belə ki, Alıbəy elə bilmişdir ki, posterminaldan kontur vurmaq olur. O, öz payına düşənləri götürmüş və səhəri gün “8-ci km bazarı”na gedib yoldan keçən siqaretləri tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır. Buna görə nə qədər qazanc əldə etdiyini bilmir, lakin əldə etdiyi bütün pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 daha sonra əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanın tamamilə ödənildiyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə işlədiyi Bakı şəhəri, Nizami rayonu, X15, 44 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan ərzaq mağazasından bir qutusu 3.6 manat olan ümumilikdə 32.4 manat dəyərində 9 qutu “vinston xstyle caster” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 65.6 manat dəyərində 16 qutu “sobranie blue” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 16.8 manat dəyərində 7 qutu “vant nano” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 39.6 manat dəyərində 11 qutu “vinston xstyle blue” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 53.3 manat dəyərində 13 qutu “sobranie vhite” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 36 manat dəyərində 10 qutu “vinston xstyle dual” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 4 manat dəyərində 2 qutu “ks red” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 20.5 manat dəyərində 5 qutu “sobranie kss blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 48 manat dəyərində 12 qutu “dunhil premium” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 7.6 manat dəyərində 2 qutu “kent 4” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 45.6 manat dəyərində 12 qutu “kent feel” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 14.4 manat dəyərində 4 qutu “kent 8” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 1” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 42 manat dəyərində 21 qutu “ks blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 64.8 manat dəyərində 24 qutu “pall mall nano silver” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 59.4 manat dəyərində 27 qutu “magna nano silver” markalı siqareti, bir qutusu 3.2 manat olan ümumilikdə 128 manat dəyərində 40 qutu “LD club kss platinum” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 15.4 manat dəyərində 7 qutu “magna nano black” markalı siqareti, bir qutusu 3 manat olan ümumilikdə 117 manat dəyərində 39 qutu “LD compact vhite” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 35.2 manat dəyərində 16 qutu “prima deluxe blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 45.9 manat dəyərində 17 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 27 manat dəyərində 10 qutu “vinchester compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 96 manat dəyərində 24 qutu “sobranie caster compact” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 73.8 manat dəyərində 18 qutu “rothmans silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 126 manat dəyərində 35 qutu “vinston xs silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 35.1 manat dəyərində 13 qutu “pall mall nights qarağat” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 15 manat dəyərində 6 qutu “senate nano rich gold” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 40 manat dəyərində 16 qutu “senate nano rich silver” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 98.4 manat dəyərində 24 qutu “sobrannie blacknkss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 4.4 manat dəyərində 2 qutu “viceroy n-series blue” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 48.6 manat dəyərində 18 qutu “vinchester kss silver” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 56.7 manat dəyərində 21 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 5.4 manat dəyərində 2 qutu “rothmans click amber” markalı siqareti, bir qutusu 3.6 manat olan ümumilikdə 82.8 manat dəyərində 23 qutu “vinston xstyle compact silver” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 40.5 manat dəyərində 15 qutu “vinchester ks ss” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 17.6 manat dəyərində 8 qutu “magna compact blue” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 40 manat dəyərində 10 qutu “dunhill golden aroma” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “kent nano 4” markalı siqareti, bir qutusu 4 manat olan ümumilikdə 36 manat dəyərində 9 qutu “dunhill premium vhite” markalı siqareti, ümumilikdə 1893.6 manat dəyərində siqaret və 01 ədəd 80 manat dəyərində “jack daniels” markalı viski, bir ədədi 3.3 manat olan ümumilikdə 13.2 manat dəyərində 4 ədəd “red bull” enerji içkisi, 01 ədəd 13.7 manat dəyərində “ekonika” markalı 01 litrlik araq, 01 ədədi dəyəri 10 manat ümumi dəyəri 30 manat olan 03 ədəd “dorall collection” markalı ətir, 01 ədəd 1300 manat dəyərində olan post terminal oğurlanmışdır. Zərərçəkmiş şəxs MMC-yə məxsus 3330.5 manat dəyərində əmlakın talanması ilə Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə maddi ziyan vurulmuşdur. Müraciətləri əsasında polisdə aparılan araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən birlikdə edildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan ödənildiyinə görə həmin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakt görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 10 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ekspertkriminalistin və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi mağazaya baxış keçirilmişdir. (i.v. 6-21) - 16 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd posterminal iş üçün sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən götürülmüşdür. (i.v. 68-69) - 16 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Al-X1 olaraq istintaqa təqdim etdiyi 01 ədəd “Vincester”, 01 ədəd “Magna”, 02 ədəd “Palİ mall”, 01 ədəd nazik “Magna”, 01 ədəd “Kingston”, 01 ədəd mentollu “Palİ mall” markalı siqaretlər iş üçün sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən götürülmüşdür. (i.v. 76-77) - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 78-79) - 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakları ilə iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə olan görüntülərdə 2 nəfər şəxsin mağazaya daxil olması, onların mağazada olan piştaxtadan siqaretləri, araq və viskini götürdükləri, əllərində olan paketlərə yığdıqları müşahidə edilmişdir. Mağazaya daxil olan şəxslərin başında maska olmuş, üzləri görünməmiş, biri ağ rəngli paltarda, digəri isə qara rəngli və üzərində zolaqlar olan gödəkcədə olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin görüntüdə ağ rəngli paltarda olan şəxsin Təqsirləndirilən şəxs2, digər şəxsin isə onun özü olduğunu, görüntülərin 10 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxsdən edilmiş oğurluq zamanının görüntüləri olduğunu bildirmişdir. (i.v. 127) - 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakları ilə iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə olan görüntülərdə 2 nəfər şəxsin mağazaya daxil olması, onların mağazada olan piştaxtadan siqaretləri, araq və viskini götürdükləri, əllərində olan paketlərə yığdıqları müşahidə edilmişdir. Mağazaya daxil olan şəxslərin başında maska olmuş, üzləri görünməmiş, biri ağ rəngli paltarda, digəri isə qara rəngli və üzərində zolaqlar olan gödəkcədə olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin görüntüdə ağ rəngli paltarda olan şəxsin onun özü, digər şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu, görüntülərin 10 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxsdən edilmiş oğurluq zamanının görüntüləri olduğunu bildirmişdir. (i.v. 128) - 17 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerini əyani olaraq göstərib Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluğu hansı qaydada törətdiklərini ifadəsində göstərilən kimi izah etmişdir. (i.v. 144-145) - 17 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerini əyani olaraq göstərib Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluğu hansı qaydada törətdiklərini ifadəsində göstərilən kimi izah etmişdir. (i.v. 146-147) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2023-cü il tarixli 9/1453 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 08 adda malların rəydə qeyd olunan xüsusatları nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 117,40 manat müəyyən edilir. (i.v. 152-155) - 11 mart 202-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd posterminal zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X11 təqdim edilmiş, o, həmin posterminalı tanıyaraq Zərərçəkmiş şəxs MMC-yə aid olduğunu bildirmişdir. (i.v. 161) - 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onların barələrində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd posterminal, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd “Vincester”, 01 ədəd “Magna”, 02 ədəd “Palİ mall”, 01 ədəd nazik “Magna”, 01 ədəd “Kingston”, 01 ədəd mentollu “Palİ mall” markalı siqaretlər maddi sübut kimi tanınaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsinə təhvil verilmişdir. (i.v. 166-175) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 129-131) - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs Al-X10 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 133-135) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin N iyun 2023-cü il tarixli 4(007)-273/2023 nömrəli qərarından görünür ki, Al-X10 Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi 13 iyun 2023-cü il tarixdə tutulmuş, N iyun 2023-cü il tarixdə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, həbsetmənin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmaqla, barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 148) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Al-X5 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 149) -Zərərçəkmiş şəxs MMC-nin məhkəməyə ünvanlanmış 19 may 2023-cü il tarixli HŞ2801 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Al-X10 tərəfindən dəymiş ziyan ödənilmişdir, həmin şəxslərə qarşı şikayət və tələbləri yoxdur. -Məhkəməyə təqdim edilmiş N saylı hərbi hissədən N iyun 1997-ci il tarixdə verilmiş 002127 nömrəli vəsiqənin surətindən görünür ki, X2 müharibə veteranıdır. -Məhkəməyə təqdim edilmiş AZ-İİ 075740 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26 aprel 2020-ci il tarixdə ölmüşdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Al-X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın ödənilməsini və hüquqi şəxsin nümayəndəsinin şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın ödənilməsini və hüquqi şəxsin nümayəndəsinin şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxs Al-X5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Al-X5 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Al-X5 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Al-X7 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmənin qənaətinə görə, Al-X5 digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması, məhkəmənin qeyd olunan nəticəyə gəlməsinə mane olmur və şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasına da əsas vermir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Al-X10 hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış və həbsdə saxlnaılmamışlar, ona görə məhkəmə hesab edir ki, cəza müddətlərinin hesablanması zamanı qeyd olunan normaların tələblərinə əməl edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs Al-X5 barəsində həbs qətimkan tədbirinin seçilməsi Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin icraatında olan, onun sonradan törətdiyi digər cinayət işi ilə bağlıdır, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 13 iyun 2023-cü il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmədə baxılan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Al-X10 onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yerləri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Al-X5 üzərlərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərlərində nəzarətin həyata keçirilməsi yaşayış yerləri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, müvafiq əsaslar qalmadığından isə hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyan ödənilmiş, tərəflərindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd posterminalın, 01 ədəd “Vincester”, 01 ədəd “Magna”, 02 ədəd “Palİ mall”, 01 ədəd nazik “Magna”, 01 ədəd “Kingston”, 01 ədəd mentollu “Palİ mall” markalı siqaretlərinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 oğlunun üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın, hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, 01 ədəd posterminalın, 01 ədəd “Vincester”, 01 ədəd “Magna”, 02 ədəd “Palİ mall”, 01 ədəd nazik “Magna”, 01 ədəd “Kingston”, 01 ədəd mentollu “Palİ mall” markalı siqaretlərin məhkəməyədək icraat zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 32 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 192 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 32 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 192 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar