Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-320/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1961-ci ildə Beyləqan rayonu Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Digah qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-381/2024 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və bu cür sənədi satmışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim etməklə istifadə etmək məqsədi ilə tanışı Şahid2 Şeyxov Hicran Hüseyn oğlu və Şahid3 vasitəsilə müraciət etmiş mərhum X5 üçün guya qanuni olaraq hüquq verən rəsmi sənədi təqdim etməklə bağlı razılıq əldə edib 2022-ci ilin may ayınının əvvəllərində ünvan 2 ünvanında yaşadığı fərdi yaşayış evində istintaqa dəqiq məlum olmayan şəraitdə Məmmədrza Qafarovun faktiki istifadəsində və sahibliyində olan yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, İdris Süleymanov küçəsində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının alınması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sözü gedən torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması məqsədi ilə daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi barədə 02 mart 2022-ci il tarixli SOCAR**********60040033B00162 saylı məktubunun əvəzinə məzmununa guya sözü gedən torpaq sahəsinin “SOCAR"-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları xaricində yerləşməsi barədə həqiqətəuyğun olmayan məlumatlar daxil etməklə oxşar rekvizitli məktubu mətni elektrofoqrafik çap qurğusunda çap edərək qanunsuz hazırlamış və həmin saxta rəsmi sənədi 2022-ci ilin may ayınının əvvəllərində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında Şahid2 dəyərini daha sonra ödənilməsi şərti ilə nisyə olaraq satmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, “SOCAR"-ın 02 mart 2022-ci il tarixli həqiqətəuyğun olmayan məlumatlar əks etdirən məktubunu o, yaşadığı Yasamal rayonu, Ümid Əkbərov küçəsi ev 421 ünvanındakı fərdi yaşayış evində hazırlamışdır. Belə ki, 2022-ci ilin təxminən fevral-mart aylarında tanışı Vaqif ondan SOCAR-ın ərazisində yerləşən bir evin sənədlərinin hazırlanmasına və çıxarış alınmasına köməklik göstərməsini xahiş etmiş, o da, öz növbəsində Vaqifə məsləhət görmüşdür ki, torpaqla bağlı SOCAR-a məktub yazsın, əgər SOCAR-dan cavab gəlsə ki, həmin torpaq sahəsi onların, yəni SOCAR-ın ərazisində yerləşmir, bu zaman o çıxarış ala biləcək. Daha sonra onlar, təxminən 2022-ci ilin may ayında Vaqiflə yenidən görüşmüş, görüş zamanı Vaqif ona bildirmişdir ki, SOCAR-a etdikləri müraciətə cavab gəlib, lakin cavabda həmin sahənin SOCAR-a məxsus olduğu qeyd edilib. Daha sonra Vaqif ondan xahiş etmişdir ki, əgər onun SOCAR-da tanıdığı adam varsa, torpağa sənəd verilməsinə dair köməklik etsin. O, Vaqifə tanış tapıb bu işi həll edəcəyini bildirmişdir, Vaqif isə bu işi həll edəcəyi təqdirdə ona pul verəcəyini söz vermişdir. Məktub SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucov tərəfindən imzalanmış və 02 mart 2022-ci il tarixli imiş. O, SOCAR-ın razılıq məktublarının necə olduğunu əvvəlcədən bildiyindən, məktubu Vaqifdən götürdükdən sonra qərara gəlmişdir ki, məktubu özü dəyişsin və imzanı oxşatmaqla çəksin. Məktubda torpaq sahəsinin SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilməsi göstərilmişdir. Fikirləşmişdir ki, məktubda sənaye təyinatlı ərazilərin hüdudları daxilində deyil, xaricində sözünü əlavə etsin, bundan başqa məktubda bəzi əlavə sözlər də yazmaq lazım imiş. Onun evində komputer və printeri olduğu üçün bu işi evdə görməyi planlamışdır. 2022-ci ilin təxminən may ayında məktubu bildiyi formada və imtina məktubuna oxşatmaqla hazırlamış və hüquq idarəsinin rəisinin imzasını çox dəqiqliklə oxşatmaqla məktubda çəkmiş, daha sonra Vaqiflə Nizami rayonu Neftçilər Metrosunun yaxınlığında görüşüb məktubu zərfin içində ona vermişdir. Saxta məktubu hazırladığı kompüteri və printeri sonradan maddi ehtiyacı olduğu üçün satmışdır. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, torpağın alqı-satqı işində maklerlik fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində makler ofisi vardır. X1 əmisi İdrisin dostu imiş. Torpağın sənədləşdirilməsini ondan Məmmədrza xahiş etmişdir. Həmin torpaq sahəsi 20 ildən artıqdır ki, Məmmədrzanın istifadəsindədir, Məmmədrza həmin torpaq sahəsində ev tikmişdir. Torpaq sahəsinin ona verilməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamı və dövlət aktı var imiş. Sərəncamın arxivdə olması barədə məktub da Məmmədrza da var imiş. Məmmədrzanın xahişi həmin torpaq sahəsinə çıxarış alınmasından ibarət idi. Həmçinin, Məmmədrza ona bildirmişdir ki, onun qonşuluğunda yaşayan şəxslərin torpaq sahəsinə dair çıxarışları vardır, yəni bu çıxarışı almaq mümkündür. Həmçinin, Məmmədrza ona bildirmişdir ki, sözü gedən torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələri ilə sərhəddir. Ona görə də, torpaq sahəsinin SOCAR-ın balansında olub-olmaması barədə SOCAR-dan məktub almaq lazımdır. Bu işləri həyata keçirmək üçün Məmmədrza onun adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Bundan əvvəl Məmmədrza torpaq sahəsinə çıxarış almaq istəyəndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilmiş və məktubda göstərilmişdir ki, torpaq sahəsi SOCAR-ın mülkiyyətindədir. Tanışı əslən Naxçıvandan olan Hicran Şeyxov ona demişdir ki, SOCAR-dan razılıq məktubunun tez almasına köməklik edə bilər. Hicranı o əvvəldən tanımışdır, belə ki, Hicran onun müştərisi olmuş, Hicran üçün kirayə ev tapmışdır. Hicran ona bildirmişdir ki, özünün tanışı var və SOCAR-dan məktub alınmasında onlara kömək edə bilər. Daha sonra Hicran ona demişdir ki, SOCAR-a ərizə yazsın, torpağa dair sənədləri əlavə etsin və ordan cavab gözləsin, o tanışı vasitəsi ilə SOCAR-a tapşırdacaqdır. O, müraciət etdikdən sonra SOCAR-dan 02 mart 2022-ci il tarixli məktub gəlmiş, lakin məktubda torpaq sahəsinin SOCAR-ın mülkiyyətində olduğu qeyd edilmişdir. Bundan sonra o, Hicranla görüşüb, ondan nə üçün belə cavab gəldiyini soruşmuş, Hicran məktuba baxdıqdan sonra onun səhv gəldiyini, anlaşılmazlıq olduğunu bildirmiş, məktubu ondan alaraq, bir həftəyə başqa məktub gətirəcəyini bildirmiş, o, da, məktubu Hicrana vermişdir. Təxminən bir həftə sonra Hicran ofisə gəlmiş və ona SOCAR-ın məktubunu gətirmişdir. Bu dəfəki məktubda həmin torpaq sahəsinin SOCAR-ın sənaye təyinatlı ərazi hüdudları xaricində yerləşdiyi qeyd edilmişdir. Bu məktubu da əvvəlki məktub kimi Hüquq idarəsinin rəisi Eldar Orucov imzalamışdır. Hər iki məktubda imzaların eyni olduğunu görmüşdür. Məktubların tarix və nömrələrin hər ikisi eynidir. Elə bilmişdir ki, doğurdan da Hicran "SOCAR"-dan məktubu gətirmişdir. O, Hicrana söz vermişdir ki, əgər torpağa çıxarış ala bilsə ona hörmət edəcəkdir Məmmədrza ona bu barədə vəd vermişdir. O, torpağa dair sənədləri və "SOCAR"-ın məktubunu 2022-ci ilin may ayında Nərimanov rayonu Ulduz metrosunun yaxınlığındakı əmlak xidmətləri məkanına təqdim etmişdir. Bir müddət sonra Məmmədrzanın adına məktub gəlmiş, məktubda sənədlərin həqiqiliyində şübhələr olduğu qeyd edilmiş və araşdırma aparıldığı bildirilmişdir. Aradan 45 gün keçdikdən sonra əmlak xidmətləri məkanına getmiş və bu işlə maraqlanmışdır. Orada bildirmişlər ki, sənədin verilməsi gözləmədədir və sənədlərlə bağlı araşdırma aparılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Hicran ona demişdir ki, sözü gedən sənədi ona tanışı Şahid2 adlı şəxs vermişdir. O, Vaqifi görməmişdir. Lakin Hicranın yanında Vaqiflə danışmışdır. Vaqif ona telefonda demişdir ki, məktubu SOCAR-dan səhv gəlib, məktubu istədiyi formada SOCAR-dan alacaqdır. O, Vaqifə demişdir ki, sənəd poçtla gəlməlidir adına, Vaqif isə demişdir ki, məktubu tez olsun deyə əlbəəl gətirəcəkdir. Lakin Vaqifin məktubu kimdən aldığını bilmir. O, məktububun saxtalaşdırıldığını bilməmiş və bilə bilməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, makler fəaliyyəti ilə məşğul olur. kimi ev alqı-satqısında vasitəçilik edir. 2022-ci ilin mart ayında tanışı Hicran Şeyxov ona zəng edərək bildirmişdir ki, dostunun Suraxanı rayonu, Zığ qəsəbəsi yaxınlığında torpaq sahəsi vardır, onun sənədləşdirilməsində kömək etmək imkanının olub-olmaması barədə maraqlanmış, o da bu barədə təsadüfən tanış olduğu Məzahir adlı şəxsə məlumat vermiş, Məzahir isə öz növbəsində ona bildirmişdir ki, əgər qonşuluqda olan digər torpaq sahələrinin çıxarışı mövcuddursa, bunu da həll etmək mümkün olacaqdır. Məzahir ona demişdir ki, dostu “Socar”-a rəsmi müraciət etsin, o, orada işləyən tanışına tapşıracaq ki, məktuba müsbət cavab verilsin, torpaq sahəsinin ‘Socar”ın balansında olmadığı göstərilsin. Məzahir ona demişdir ki, işi həll edəndən sonra ona hörmət etməlidir. Hicran da ona demişdir ki, problem yoxdur. 20-25 gün sonra Hicran ona zəng vurub demişdir ki, “Socar”-dan dostu Fikrətin adına məktub gəlmiş, məktubda torpaq sahəsinin “Socar”-aid olduğu göstərilmişdir. O, Məzahirə zəng vurub bu barədə bildirmiş, Məzahir isə məktubda anlaşılmazlıq olduğunu, məktubu ona verməsini bildirmişdir. Hicranla Bakıxanov qəsəbəsində görüşmüşdə Hicran ona zərfdə “Socar”-ın məktubunu vermişdir. O, məktubu oxumamış, Məzahirə çatdırmışdır. Aradan on gün keçdikdən sonra Məzahir ona zəng vurub görüşə çağırmış, Nizami rayonu Neftçilər metrosunun yaxınlığında Məzahirlə görüşərkən Məzahir ona zərfdə məktub vermişdir. O, zərfi Məzahirdən alan kimi Bakıxanov qəsəbəsi “Kontakt Home”-qarşısında Hicrana vermişdir. Aradan müəyyən müddət keçdikdən sonra Hicran ona zəng vurub bildirmişdir ki, ona verdiyi məktub saxta imiş. O, Məzahirə bu barədə desə də, Məzahir məktubun saxta olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş Şahid1 məhkəməyə teleqram ilə müraciət edərək ibitidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 bildirmişdir ki, mərhum Məmmədrza Qafarov onun atasıdır. Atasına Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsində 2001-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin başçısının sərəncamı ilə 6 sot torpaq sahəsi verilmişdir. Torpağın aktı da var. Həmin torpaq sahəsi faktiki olaraq 1997-cı ildə atasına verilmişdir. Atası da orada 1998-ci ildə torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Evin ətrafında fərdi yaşayış evləri vardır. Evlərin yerləşdiyi torpaq sahələrinə çıxarışlar verilmişdir. Atası da, ona görə həmin ərəfələrdə çıxarış almamış, fikriləşmişdir ki, istədiyi vaxt çıxarış ala bilər. 2020-ci ildə atası torpaq sahəsinə çıxarış almaq istəyəndə bildirmişlər ki, torpaq sahəsi SOCAR-ın torpaq sahələrinin sərhədində yerləşdiyi üçün SOCAR-ın razılıq məktubunu almaq lazımdır. Lakin SOCAR yaşadığı torpaq sahəsinin onların mülkiyyətində olmasını məktubunda qeyd etmişdir. Halbuki, evin dörd tərəfində yerləşən torpaq sahələrinə vaxtilə çıxarışlar verilmişdir. Bu necə ola bilər ki, təkcə onun torpağı SOCAR-ın mülkiyyətindədir. 2022-ci ilin əvvəllərində tanışı Fikrət atasına bildirmişdir ki, ona etibarnamə versin, torpaq sahəsinə dair SOCARdan razılıq məktubu alar. Atası ilə belə razılaşmışlar ki, razılıq məktubu alandan scnra ona zəhmət haqqı kimi yəni mükafat kimi pul verəcəkdir. Fikrət də, puldan SOCAR-dan razılıq məktubunu alan şəxsə verəcəkdir. 2022-ci ilin təxminən mart ayında SOCAR-dan cavab məktubu gəlmişdir. Məktubda yenidən torpaq sahəsinin SOCAR- n mülkiyyətdə olması qeyd edilmişdir. Həmin məktubu atası Fikrətə verib bildirmişdir ki, bəs tanışı söz vermişdir ki, razılıq məktubunun alınmasında köməklik edəcək. Fikrət də demişdir ki, tanışı ilə danışacaq və məktubu dəyişditdirəcəkdir. Atası da, razılaşmışdır. Fikrətin dediyinə görə tanışının SOCAR-da tanışları vardır, həmin razılıq məktjbunu qanuni yolla alınmasına köməklik edəcəkdir. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Fikrət ikinci dəfə SOCAR- dan razılıq məktubu alıb digər sənədlərlə Dövkt Əmlak Komitəsinin ünvan 3 təqdim etmiş və sonradan məlum olmı şdur ki, həmin razılıq məktubu saxtadır. O, həmin məktubun Fikrətin tanışının saxta yolla hazırlayacağını bilməmişdir. Fikrət də, həmçinin bilməmişdir. Həmin saxta məktub əsl məktuba oxşadılmışdır. O və ya atası sənədin saxta yolla hazırlandığını bilmiş olsaydılar, əsla buna razılıq verməzdilər. Atası 07 noyabr 2022ci il tarixdə vəfat etmişdir. Atası vaxtilə həmin ərazidə 48 sot torpaq sahəsinə sahiblik etmiş, torpaq sahəsinin 42 sotunu qohumlara vermişdir. Qohumları həmin torpaq sahələrinə qanuni yolla çıxarış almışlar. Lakin onlar hələ 6 sot torpaq sahəsinə çıxarış ala bilmirlər. İş materiallarında olan məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizasının 16 fevral 2024-cü il tarixli 4/78-5/74 saylı rəyində göstərilmişdir ki, 1.tədqiqata təqdim edilmiş Şahid3 adına 02 mart 2022-ci il tarixli SOCAR**********60040033B00162 nömrəli məktubunun blankı və çap mətni elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir. 2.Tədqiqata təqdim edilmiş Şahid3 adına 02 mart 2022-ci il tarixli SOCAR**********6004033B00162 nömrəli məktubda olan imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.3. Tədqiqata təqdim edilmiş Şahid3 adına 02 mart 2022-ci il tarixli SOCAR**********60040033B00162 nömrəli məktubda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi. Təqdim edilmiş 02 mart 2022-ci il tarixli SOCAR**********60040033B00162 nömrəli məktubun vərəqləri fiziki göstəricilərinə görə (rəngi, qalınlığı və s.) bir birindən fərqlənirlər (cild İİ. i.v. 47-51). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsinin rəisi Eldar Orucov tərəfindən istintaqa ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli 14-2/2-416 nömrəli məktubunda göstərilmişdir ki, “həmin dövr üçün torpaq sahələrinə rəy verilməsinə dair SOCAR-a ünvanlanmış cavab məktubları ik i- "imtina" və "razılıq” formasında olmuşdur. Bunlardan "razılıq" formasında olan cavab məktubunda mütləq şəkildə sahənin koordinatları və ölçü göstərilir, sahəvi qanunvericiliyə istinadlar olunmur, məktub aidiyyəti vitse-prezident tərəfindən imzalanır. Cavab məktubu "imtina" formasında olduğu halda isə, torpaq sahəsinin SOCAR-a münasibətdə mövcud vəziyyəti (harada yerləşməsi) qeyd edilir, sahovi qanunvericiliyə istinadlar olunur və məktub tərəfimdən (hüquq idarəsinin rəisi) tərəfindən imzalanır. X2 müraciəti "SOCAR" tərəfindən 02 mart 2022-ci il SOCAR**********60040033B00162 nömrəli “imtina” cavab məktubu ilə cavablandırılmış lakin, həmin məktubun sonradan "razılıq” məktubu kimi dəyişdirilərək saxtalaşdırılması müəyyən olunmuşdur. Həmin cavab məktubunun 2-ci abzasının 3-cü sətrindəki "daxilində” sözü "xaricində” sözü kimi dəyişdirilmiş, 3-cü abzasa isə öz maraqlarına uyğun əsaslı dəyişikliklər edilmiş, yeni cümlələr, o cümlədən 4-cü yeni abzas əlavə olunmaqla dəyişikliklər edilmişdir. Sonluqda olan imza isə mənim imzamdan fərqlənir və tərəfimdən icra edilməmişdir. Məlumat üçün bildiririk ki, sözügedən torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün “SOCAR"-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər” (cild İİ. i.v. 192-193). İş materiallarında olan "SOCAR”-ın Vitse-prezidenti tərəfindən imzalanmaqla ünvan 3 ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş Şahid3 tərəfindən təqdim edilmiş məktub "SOCAR" tərəfindən göndərilməmiş, SOCAR-ın bütün razılıq məktubları Vitse-prezident tərəfindən imzalandığı halda, qeyd edilən məktub Hüquq İdarəsinin rəisi tərəfindən imzalanmışdır. Göründüyü kimi “SOCAR"-ın torpaq sahəsinin sənədləşdirilməsinə dair razılıq məktubu imtina məktubu kimi saxtalaşdırılmaqla hazırlanmış və imtina formasında yazılan məktubun məzmununa yeni cümlələr əlavə edilmişdir. Ekspert rəyindən də görünür ki, məktubda "SOCAR"-ın Hüquq İdarəsinin rəisi Eldar Orucovun imzası oxşadılmaqla icra edilmiş, yəni sonuncu tərəfindən icra edilməmişdir (cild İ. i.v. səh.45-46). İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış müraciətdə göstərilmişdir ki, X2 etibarnamə əsasında nümayəndəsi Şahid3 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaş tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, SOCAR**********460040033B00162 nömrəli məktubun həqiqiliyinə şübhə yarandığından 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə **********08 nömrəli sorğu ünvanlanmışdır.Sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən göndərilən xx.xx.2022-ci il tarixli, SOCAR**********60040033B00264 nömrəli məktubda xx.xx.2022-ci il tarixli, SOCAR**********460040033B00162 nömrəli məktubun müəyyən abzaslarının dəyişdirilərək saxtalaşdırıldığı bildirilmiş, sözügedən torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşdiyi və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə olunması vurğulanmışdır (cild İ. i.v. 4-5). Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 320.1-ci maddəsinin sanksiyasında sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmçinin tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs AR-sı CM-nin 178.2.4, 29, 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində icraatdadır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o 2 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində AR-sı CM-nin 178.2.4, 29, 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “Müraciətə baxılmasının nəticəsi haqqında” SOCAR-ın iki vərəqdən ibarət məktubu cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 06 ay 28 gün (altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli hökm elan edildiyi gündən, yəni 13 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4, 29, 178.3.2, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Müraciətə baxılmasının nəticəsi haqqında” SOCAR-ın iki vərəqdən ibarət məktubu cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-320/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-320/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver