Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-321/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 19 avqust 1994-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmuş, Ağcabədi şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonunun Zərnişanlı kəndində qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 mart 2022-ci il tarixdə saat 15:10 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin Bakıxanov filialının qarşısına gəlib əvvəlcədən aralarında olan razılığa əsasən kənar müdaxilələrin qarşısını almaq üçün qrup üzvü Təqsirləndirilən şəxs2 bankomatın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin vaxt qeyd edilən banka məxsus bankomatdan 100 manat pul çıxarmaq istəyən, görmə qabiliyyəti zəif olan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək Zərərçəkmiş şəxs1 məxsus, “Kapital Bank"ASC-nə aid **********093497 nömrəli kartı alıb bankomata daxil etməklə hesabdan 2100 manat çıxardıqdan sonra kartı çıxarıb 100 manat pul vəsaiti ilə birlikdə Zərərçəkmiş şəxs1 qaytarmış və sonuncunun oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan çıxardığı 2000 manat nağd pulu gizli olaraq talayıb aralarında bölməklə Zərərçəkmiş şəxs1 2000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 aprel 2022-ci il tarixdə saat 21:25 radələrində ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gəlib əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs4 yaxınlaşaraq sonuncunun özünə məxsus, "xxxx" ASC-nə aid **********7170973 nömrəli əmək haqqı kartını bankomata daxil etməsini bilib Zərərçəkmiş şəxs4 bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək bankomatın avans bölməsinə daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 kartdan 120 manat pul çıxarıb həmin yerdən uzaqlaşmasından istifadə edərək bankomatdan avans olaraq çıxmış 250 manat nağd pulu gizli olaraq talayıb aralarında bölməklə Zərərçəkmiş şəxs4 250 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 aprel 2022-ci il tarixdə saat 21:43 radələrində ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 kənarda dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs2 isə həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxarmaq istəyən X4 yaxınlaşaraq sonuncuya bankomatdan pulun çıxarılmasına kömək etməyi təklif edərək Zərərçəkmiş şəxs3 məxsus, "xxxx" ASC-nə aid **********814489 nömrəli kartı alıb bankomata daxil etdikdən sonra kartı çıxarıb Zərərçəkmiş şəxs3 qaytararaq bankomatda pul olmamasını bildirərək sonuncunun oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxmış 1000 manat nağd pulu gizli olaraq talayıb aralarında bölməklə Zərərçəkmiş şəxs3 1000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs2la birlikdə bankomatdan pul çıxarmaq istəyən şəxslərin pullarını ələ keçirmək məqsədilə 08 mart 2022-ci il tarixdə saat 15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kapitalı Bank”ın qarşısına gəlmişlər. Tanımadıqları orta yaşlı kişi bankomatın qarşısına gəlib görmə qabiliyyəti zəif olduğundan bankomatdan 100 manat pul çıxarmasına köməklik göstəriməsini xahiş etmişdir. Həmin şəxsin kartından 2100 manat pul çıxarıb 100 manatı sonuncuya vermiş, 2000 manatı isə gizli götürmüş və həmin pulun 1000 manatını Nemətə vermişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la eyni məqsədlə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx"ın Q.Qarayev filialındakı bankomatın qarşısına gəlmişlər. Saat 21 radələrində təxminən 50 yaşlarında kişi bankomata yaxınlaşıb pul çıxarmaq üçün kömək istəmişdir. Həmin şəxsin kartından 120 manat pul çıxarıb vermiş, 250 manat pulu isə gizli çıxarıb götürmüşdür. Yenidən bankomatın qarşısında gözləyərkən, təxminən 45-50 yaşlarında kişi Nemətə yaxınlaşıb bankomatdan pul çıxarmaqda köməklik göstərməsini xahiş etmişdir. Nemət həmin şəxsə köməklik edərkən 1000 manat pulu gizli çıxarıb özünə götürmüşdür. Oğurladıqları 1250 manat pulu Təqsirləndirilən şəxs2la aralarında bölüb hər biri 625 manat pul götürmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1lə birlikdə bankomatdan pul çıxarmaq istəyən şəxslərin pullarını ələ keçirmək məqsədilə 08 mart 2022-ci il tarixdə saat 15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kapitalı Bank”ın qarşısına gəlmişlər. Tanımadıqları orta yaşlı kişi bankomatın qarşısına gəlmiş və görmə qabiliyyəti zəif olduğundan bankomatdan 100 manat pul çıxarmasına köməklik göstərməyi xahiş etmişdir. Nemət həmin şəxsin kartından 2100 manat pul çıxarıb 100 manatı sonuncuya vermiş, 2000 manatı isə gizli götürmüş və həmin puldan 1000 manatı ona vermişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1lə eyni məqsədlə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən "xxxx"ın Q.Qarayev filialındakı bankomatın qarşısına gəlmişlər. Saat 21 radələrində təxminən 50 yaşlarında kişi bankomata yaxınlaşıb pul çıxarmaq üçün onlardan kömək istəmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsin kartından 120 manat çıxarıb vermiş, 250 manatı isə gizli çıxarıb götürmüşdür. Yenidən bankomatın qarşısında gözləyərkən, təxminən 45-50 yaşlarında kişi yaxınlaşaraq bankomatdan pul çıxarmasına köməklik etməyi ondan xahiş etmişdir. Həmin şəxsə köməklik edərkən kartdan 1000 manat pulu gizli çıxarıb götürmüşdür. Oğurladıqları 1250 manatı Təqsirləndirilən şəxs1lə aralarında bölüb hər biri 625 manat pul götürmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu 129 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləmiş və aylıq əmək haqqını adına olan "xxxx" ASC-yə məxsus **********170973 nömrəli kart vasitəsilə almışdır. xx.xx.2022-ci il tarixdə kartdan pul çıxarmaq məqsədi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi 44 ünvanda yerləşən "xxxx"ın terminalına yaxınlaşıb kartı bankomata daxil etmiş, kodu yığdıqda pulun çıxarılması düyməsi əvəzinə səhvən qəbzin çıxarılması üçün nəzərdə tutulmuş düyməni basmış, həmin vaxt kənarda dayanan bir nələr orta yaşlı oğlan yaxınlaşaraq pul çıxarmaq üçün lazım olan düyməni basmalı olduğunu demiş və onun əvəzinə bankomatda olan digər düyməni basıb kartın balansından 120 manat pulu çıxarıb ona vermişdir. Yaşadığı mənzilə çatdıqda "xxxx" tərəfindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 250 manat avans pulun çıxarılması barədə SMS daxil olmuşdur. Hesabından 250 manat pulun oğurlanması ilə əlaqədar Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs X8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, aylıq əmək haqqı 850 manat olmaqla musiqi müəllimi işləmişdır. Əmək haqqı adına olan və "xxxx"a məxsus **********814489 nömrəli plastik kart vasitəsilə ödənilmişdir. xx.xx.2022-ci tarixdə mart ayının əmək haqqı yükləndikdən sonra kartın balansında 1000 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Neftçilər metrostansiyası yaxınlığında yerləşən kapital bankın qarşısında quraşdırılmış bankomata kartı daxil etmiş və 1000 manat pulu çıxartmaq üçün əməliyyat apararkən, tanımadığı bir nəfər şəxs ona köməklik edə biləcəyini demiş və yaxınlaşıb bankomatın düymələrində əməliyyat aparmış, 1000 manat pul vəsaiti olmadığını və digər bankomata yaxınlaşmasını demişdir. Həmin şəxsə inanaraq digər bankomata yaxınlaşıb yenidən əməliyyat apararkən kartın balansında cəmi 20 qəpik pul qaldlğını aşkar etmiş, dərhal əvvəlki bankomata yaxınlaşıb kartı bankomata daxil etdikdə kartda pul olmadığını aşkar etmişdir. Bundan sonra, bankomatda əməliyyat apararkən tanımadığı şəxsin onu aldadıb əməkhaqqı kartının balansından olan 1000 manat pulu oğurladığı məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2-ci qrup Qarabağ əlilidir. 07 fevral 2022-ci il tarixdə "xxxx"dan adına 6000 manat kredit pul götürmüş və kredit götürərkən bank əlavə olaraq ona 3500 manatlıq «Birkart» kredit kartı vermişdir. 08 mart 2022-ci il tarixdə saat 15 radələrində «Birkart»dan 100 manat pul çıxarmaq üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13 ünvanda "xxxx"ın filialının qarşısında yerləşən bankomata yaxınlaşmışdır. Görmə qabiliyyəti zəif olduğu üçün bankomatın qarşısında dayanmış şəxsdən bankomatdan pul çıxartmaqda ona köməklik etməsini xahiş etmiş və kartı həmin şəxsə vermişdir. Həmin şəxs **********093497 nömrəli kartını götürüb bankomata daxil etmiş, hesabdan çıxarış əldə etdikdən sonra bankomatdan pul çıxmadığını bildirib yanındakı digər bankomatdan pul çıxarmağı təklif etmişdir. Həmin şəxsdən bankomatdan çıxan qəbzi ona verməsini xahiş etmiş, qəbizi ona verdikdən sonra kartı bankın digər bankomatına daxil edib oradan 100 manat çıxarıb kartla birlikdə ona təqdim elmiş və dərhal uzaqlaşmışdır. Gözü zəif gördüyü üçün qəbzə tam diqqət yetirə bilməmiş, sonradan "xxxx"dan istifadəsində olan mobil telefona kart hesabında 1400 manat pul qaldığı barədə SMS daxil olduqda, həmin şəxsin onu aldadaraq kartından 2000 manat pul oğurladığını başa düşmüşdür. İşdə olan bank çıxarışından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus "xxxx"ASC tərəfindən verilmiş **********170973 nömrəli kartdan 06 aprel 2022-ci il tarixdə saat 21:25də "Kapital Bank ASC-nin ünvan 6 ünvanda yerləşən Q.Qarayev filialının bankomatından 250 manat məbləğində avans pul çıxarılmışdır. İşdə olan bank çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:43-də X5 məxsus **********814489 nömrəli kartdan "xxxx" ASC-nin Q.Qarayev filialının bankomatından 1000 manat pul çıxarılmışdır. İşdə olan bank çıxarışından görünür ki, Zərərçəkmiş şəxs1 “Birkart” hesabında 3500 manat pul olmuş, xx.xx.2022-ci il tarixdə saat 15:10-da Zərərçəkmiş şəxs1 məxsus **********093497 nömrəli “Birkart” hesabından 2000 manat pul çıxarılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” potokollardan görünür ki, ünvan 7 ünvanda yerləşən" Kapital Bank” ASC-nin Neftçilər filialının qarşısında yerləşən bankomat terminalından Zərərçəkmiş şəxs4 250 manat və X3 1000 manat pulu oğurlanmışdır. İşdə olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli potokoldan görünür ki, görüntüdə "xxxx"a aid 3 ədəd bankomat aparatı olduğu, bankomatın qarşısında əməliyyat aparan şəxslər, həmin şəxslərin arxasında 1-ci uzun boylu, ağız nahiyyəsində qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkcə, boz rəngli şalvar, 2-ci isə orta boylu, ağız nahiyyəsində qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkcə olan şəxs əks olunur. Bir qədər sonra uca boylu oğlan mobil telefonu qulağına tutaraq bankomatdan uzaqlaşır, orta boylu oğlan isə bankomatda əməliyyat aparır. Hamar saçı yana daranmış, təxminən 30-32 yaşında, ağız nahiyyəsində qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkcə, boz rəngli şalvar olan şəxsin bankomat aparatında əməliyyat apardığı, bir qədər sonra hənin şəxsin bankomatdan məbləği bilinməyən pul əskinasları götürdüyü görünür. Zərərçəkmiş şəxs X8 görüntüdə olan yerin Neftçilər metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısı olduğunu, görüntülərdə hamar saçlı uzun boylu, ağız nahiyyəsində qara rəngli tibbi maska olan şəxsin xx.xx.2022-ci il tarixdə saat 21 radələrində qeyd olunan bankomatdan özünə məxsus əməkhaqqı kartından pul çıxararkən onu aldadaraq bankomatdan kənarlaşdırıb kartından 1000 manat pulu oğurlayan şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 görüntüdə əks olunan yerin ünvan 8 ünvanda yerləşən "xxxx"ın Neftçilər filialının qarşısında yerləşən bankomat terminalından "xxxx"a məxsus adına olan **********170973 nömrəli kartdan 250 manat pulun oğurlandığını bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanda yerləşən "xxxx" ASC-nin Bakıxanov filialıdır. İşdə olan xx.xx.2022-ci tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş baxış zamanı, görüntüdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi 44 ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatda 1 nəfər qara maskalı əynində qara dəri gödəkcə olan şəxsin bankomatda əməliyyat apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 görüntüdə əks olunan şəxs olduğunu bildirmişdir. Görüntüdə Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov keçəsi 44D ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında 9 nəfər vətəndaşın dayandığı, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 görüntüdə əynində qara dəri gödəkcə olan şəxs olduğunu, ondan arxada dayanmış uca boylu, əynində qara rəngli dəri gödəkcə, boz rəngli şalvar olan qara rəngli maska taxmış şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 görüntüdə ünvan 12 ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında 1 nəfər ağzında qara rəngli maska və əynində qara rəngli dəri gödəkcə olan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, Eyyub Manafovun və Zərərçəkmiş şəxs4 kart hesablarından Təqsirləndirilən şəxs2la birliklə 1250 manat pul oğurladıqlarını qeyd etmişdir. İşdə olan xx.xx.2022-ci tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə əks olunan şəxsin tanışı Təqsirləndirilən şəxs2 və özü olduğunu, vətəndaşların bank kartlarından istifadə etməklə gizli olaraq bankomatdan kart hesablarından pul oğurlamaq barədə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub, 08 mart 2022-ci il tarixdə saat 15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kapital Bankın” yanına gəlib gözlədiklərini, tanımadıqları orta yaşlı kişinin bankomatın qarşısında onlara yaxınlaşıb, görmə qabiliyyəti zəif olduğuna görə bankomatdan pul çıxarmaqda köməklik göstərməyi xahiş etdiyini, həmin şəxsə yaxınlaşaraq kartından 100 manat pul çıxarıb verdiyini, həmin şəxs bankomatdan aralandıqdan sonra həmin şəxsin kartından çıxardığı 2000 manat pul oğurladığını və 2000 manat pulun 1000 manatını Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. İşdə olan xx.xx.2022-ci tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntüdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi 44D ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatda 1 nəfər qara maskalı əynində qara dəri gödəkcə olan şəxsin əməliyyat apardığı müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 görüntüdə əks olunan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Görüntüdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi, 44D ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında 9 nəfər vətəndaşın dayandığı müəyyən edilmiş, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əynində qara dəri gödəkcə olan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, ondan arxada dayanmış uca boylu, əynində qara rəngli dəri gödəkcə, boz rəngli şalvar olan qara rəngli maska taxmış şəxsin isə özü olduğunu bildirmişdir. Görüntüdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi 44D ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısında 1 nəfər ağzında qara rəngli maska və əynində qara rəngli dəri gödəkcə olan şəxsin Təqsirləndirilən şəxs2 özü olduğunu və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov keçəsi 44D ünvanda yerləşən “Kapital Banka” məxsus bankomatın qarşısına Təqsirləndirilən şəxs1lə vətəndaşların kart hesablarından pul oğurlamaq məqsədilə gəldiklərini, həmin gün saat 21 radələrində Eyyub Manafovun və Zərərçəkmiş şəxs4 kart hesablarından Təqsirləndirilən şəxs1lə birlikdə 1250 manat pul oğurladıqlarını bildirmişdir. İşdə olan 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, 3 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınımışdır. İşdə olan məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. İşdə olan Ağcabədi rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 aprel 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 aprel 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Vətən Müharibəsi iştirakçısı olmaqla “Zəngilanın azad olunmasına”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına” görə medallarla təltif edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzə iki zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Vətən Müharibəsi iştirakçısı olmaqla “Zəngilanın azad olunmasına”, “Qubadlının azad olunmasına” və “Laçının azad olunmasına” görə medallarla təltif olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, iş üzə iki zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına” görə medalla təltif olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən, Ağcabədi rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, cinayətlərin məcmusu üzrə hazırki hökm üzrə təyin olunan cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəza çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - 3 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 66 iş saatı, vəkil X1 məhkəmədə iştirak etdiyi cəmi 56 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla (66x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 396 (üç yüz doxsan altı) manat və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 336 (üç yüz otuz altı) manat dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağcabədi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 3 ədəd “CD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 66 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 396 (üç yüz doxsan altı) manat və Təqsirləndirilən şəxs2 56 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X2 336 (üç yüz otuz altı) manat (VÖEN – ********** hesablaşma hesabı üzərindən) Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-321/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-321/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver