Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-322/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 oğunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, ünvan 3a yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində "Ağa” adı ilə tanıdığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özünə məxsus 5 manat və ona məxsus 15 manat, ümumilikdə 20 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 0,669 qram narkotik vasitə heroini əldə edib öz aralarında bölmüş, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı 7 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,153 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 18 aprel 2022-ci il tarixdə saat 19 radələrində Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, 01 ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 0,516 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini inyeksiya vasitəsi ilə qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdğı Rövşənə zəng edərək narkotik tapmasını xahiş etmişdir. Rövşən narkotik tapa biləcəyini deyib həmin gün saat təxminən 16 radələrində qabaqcadan razılaşdıqları kimi Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsində görüşmüşlər. Rövşənlə narkotik vasitə əldə etmək qərarına gəlmiş və 15 manat pul verdikdən sonra Rövşən narkotik vasitə heroin almağa getmişdir. Bir müddət sonra Rövşən gələrək aldığı narkotik vasitədən ona düşən miqdarı verərək özünə düşən hissəni götürüb getmişdir. Rövşən getdikdən sonra həmin yerdə bir az ləngimiş və bir neçə dəqiqə sonra həmin ünvanın qarşısında olduğu vaxt saat təxminən 17 radələrində üç nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-nə getməyi ona təklif etmişlər. Polis əməkdaşlarının təklifini qəbul edib Nizami RPİ-nə getmişdir. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edildiyindən, əynində olan gödəkçənin sol döş cibində saxladığı şəffaf politelen bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroini inyeksiya vasitəsi ilə qəbul etmişdir. 18 aprel 2022-ci il tarixdə saat təxminən 13 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək ondan narkotik vasitə tapmasını xahiş etmişdir. Sonuncuya özünündə narkotik vasitəyə ehtiyacı olduğunu demiş və Nazimlə qabaqcdan razılaşdığı kimi evinin qarşısında görüşmüşlər. Nazim ona 15 manat pul vermiş, həmin pulun üzərinə özündə olan 5 manatı əlavə edərək adını “Ağa” kimi bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsə metrorunun «Qara Qarayev» stansiyasının çıxışı tərəfdə yaxınlaşıb narkotik vasitə heroin tapmasını xahiş etmiş, sonuncu razılaşaraq ondan ayrılmış və bir neçə dəqiqə sonra ona yaxınlaşıb bir bükümdə olan narkotik vasitə heroinin 20 manat pulun müqabilində ona satmışdır. Narkotik vasitəni əldə etdiktən sonra Nazimlə görüşərək Nazimə düşən narkotik vasitənin bir hissəsini sonuncuya vermiş və digər hissəsini idman şalvarının yan cibinə qoyub şəxsi istifadəsi üçün saxlamışdır. Bir neçə saat sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 19:00-da yaşadığı evdən çıxarkən iki nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib ona Bakı şəhəri Nizami RPİ-nə getməyi təklif etmişlər. Polis əməkdaşlarının təklifini qəbul edib Nizami RPİ-nə getmiş və polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən əynində olan idman şalvarının sağ yan cibində saxladığı, şəffaf politelen bükümdəki narkotik vasitə heroini təqdim etmişdir. Üzərindən aşkar edilən 01 ədəd bükümdəki narkotik vasitə heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri özlərinin səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nə Bakı şəhərində yaşayan «Nazim» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 18 aprel 2022-ci il tarixdə, saat 17:30da Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 7 ünvanın yaxınlığında «Nazim» adlı şəxs saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Nizanri RPİ-nə dəvət edilmişdir. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə üçün vəkil dəvət olunaraq təqdim olunmuşdur. Saat 18:20-də «Panasonic» markalı videokamera ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş və sonuncuya üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs1 könüllü olaraq qara rəngli gödəkçəsinin sol döş cibindən 01 ədəd şəffaf politelen bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bundan sonra «Rövşən» adlı şəxsin müəyyən edilməsi üçün əməliyyat qrupu yaradılmış və həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 18 aprel 2022-ci il tarixdə, saat 19:00-da Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 7 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən «Rövşən» adlı şəxs saxlanılaraq Nizami RPİ-nə dəvət edilmişdir. Sonuncu etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim olunmuşdur. Saat 19:50-də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf politelen bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, saxlanılmazdan əvvəl «Ağa» adlı şəxsdən 20 manat müqabilində aldığını, narkotik vasitənin bir qismini tanışı Təqsirləndirilən şəxs1 verdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 elan olunaraq tədqiq olunmuş ifadələri Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2206 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs1...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,153 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...(imza) Təqsirləndirilən şəxs2...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,516 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «...Təqsirləndirilən şəxs1...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,153 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının 10 may 2022-ci il tarixli 2359 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının 13 may 2022-ci il tarixli 2468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X3 xx.xx.2022-ci il tarixli, 1714 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi (baş beyin travması nəticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Onda aşkar edilən “üzvi şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hazırki psixi vəziyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan «Respublika Psixatriya Xəstəxanası» X3 xx.xx.2022-ci il tarixli 5630 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicə olunmayıb. İşdə olan «Respublika Psixatriya Xəstəxanası» X3 xx.xx.2022-ci il tarixli 5639 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-xx.xx.2021-ci il tarixdə gündüz stasionarı şöbəsində ambulator müalicədə olub. İşdə olan 18 aprel 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf politelen bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Rövşən adlı şəxsdən 15 manat pulun müqabilində alıb, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan 18 aprel 2022-ci il tarixli «şəxsi axtarış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf politelen bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, saxlanılmazdan bir gün əvvəl «Ağa» adlı şəxsdən 20 manat pulun müqabilində aldığını, narkotik vasitənin bir qismini tanışı Təqsirləndirilən şəxs1 verdiyini, qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 18 aprel 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq, həmin vaxtı əynində olan qara rəngli gödəkçəsinin sol döş cibindən 01 (bir) ədəd şəffaf politelen bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə Rövşən adlı şəxsdən 15 manat pulun müqabilində alıb, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan 19 aprel 2022-ci il tarixli "video görüntülərə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq, həmin vaxtı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf politelen bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, saxlanılmazdan bir gün əvvəl «Ağa» adlı şəxsdən 20 manat pulun müqabilində aldığını, narkotik vasitənin bir qismini tanışı Təqsirləndirilən şəxs1 verdiyini qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokollara əlavə edilmiş 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 götürülmüş - təmiz çəkisi 0,153 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,103 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 götürülmüş - təmiz çəkisi 0,516 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,466 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs1 18 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 18 aprel 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 24 gün müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,103 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 0,466 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında görüntünü əks etdirən 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 162 (bir yüz altmış iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkil Müdafiəçi1 ibtidai istintaq dövründə 36 saat və məhkəmədə iştirak etdiyi 25 saat cəmi 61 iş saatı və vəkil Müdafiəçi2 ibtidai istintaq dövründə 36 saat məhkəmədə iştirak etdiyi 25 saat, cəmi 61 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla (61x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 366 manat və Müdafiəçi2 366 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 03 ay 24 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - 0,103 qram və 0,466 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 162 (bir yüz altmış iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 61 saat göstərdiyi pulsuz hüquqi yardıma görə və Təqsirləndirilən şəxs2 61 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 ayrı-ayrılıqda VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 366 (üç yüz altmış altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-322/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-322/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver