Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-322/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1970-ci ildə Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, pensiyaçı, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu. Buzovna qəsəbəsi, Bakqazmaş zavodunun yataxasmda qeydiyyatda olmuş və Bakı şəhəri, Səbail rayonu, M.Cavidov küçəsində yerləşən fərdi tikilidə yaşamış 19 fevral 2024-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs özünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumlarının vasitəsi ilə Zərərçəkmiş şəxs "xxxx" MMC ilə aralarında olan mülki mübahisə üzrə ödənilməli olan kompensasiyanın böyük qisminin qısa zamanda ödəniləcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarında sui-istifadə edib, bu adla xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən “Su Səsi” restoranının qarşısında Zərərçəkmiş şəxs onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 vasitəsilə 4.900(dörd min doqquz yüz) manat və həmin dövr üçün milli pul vahidi ilə 5.100(beş min) manat təşkil edən 3.000(üç min) ABŞ dollarını, ümumilikdə 10.000 manat nağd pul vəsaiti alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə məhkəmə iclasında məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, 1996-cı ildə daxil işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır, son iş yeri Nizami RPİ-nin 25-ci Polis Bölməsi olmuşdur. 2017-ci ildə Nizami RPİ-nin 25-ci PB-nin əməliyyat müvəkkili vəsifəsindən xidmət illəri 25 il olduğu üçün öz xahişi ilə vəzifədən azad olunaraq təqaüdə çıxmışdır, hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs ilə dostu Şahid1 vasitəsilə tanış olmuşdur. Şahid1 əvvəllər Asəf adı ilə tanımışdır. Sonradan ona Şahid1 əvvəllər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunduğu məlum olmuşdur. Hal-hazırda da Sabunçu Rayon Məhkəməsində Şahid1 barəsində dələduzluq cinayətinə görə cinayət işinə baxılır. Lakin o, bütün bunları Bəhrəm onlardan şikayət etdikdən sonra bilmişdir. 29 avqust 2022-ci il tarixdə Şahid1 ona zəng edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “İstanbul” adlı kafeyə dəvət etmişdir. Nərimanov metrostansiyasının yaxınlığında yerləşən həmin kafeyə gəldikdə Aslanın yanında üç nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Aslan həmin şəxslərlə onu tanış etdikdə orada olan şəxslərdən biri keçmiş prokurorluq əməkdaşı soyadını bilmədiyi İbrahim, digərləri isə Yevlax rayon sakinləri Bəhrəm və onun dostu Vüqar adlı şəxs olduqları məlum olmuşdur. Tanışlıqdan sonra İbrahim və Aslan ona Bəhrəmin hansısa bir tikinti şirkətindən ******* manat alacağı vəsait olduğunu, bununla bağlı hər yerə şikayət etməsinə baxmayaraq ona lazım nəticəni əldə edə bilmədiyini bildirmişlər. Onlara DTX-də işləyən tanışları olduğunu, onlardan bu işin Bəhrəmin xeyrinə həll edilməsinə köməklik etməklərini xahiş edəcəyini bildirmişdim. Düşünmüşdür ki, Bəhrəmin adından DTX-nə ərizə yazacaqdır və Bəhrəmə köməklik edəcəkdirlər. Bundan sonra İbrahim müəllim və Aslan onları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Manqal üstü’’ restoranına dəvət etmişlər. Vüqar isə Bəhrəmin adından DTX-ya ərizə hazırlamaq üçün getmişdir. İbrahim müəllim, Aslan və Bəhrəmla “Manqal üstü” restoranında axşam şam yeməyinə gedərək, orada şam edərək, spirtli içki içmişlər. “Manqal üstü” restoranında axşam yeməyi yeyərkən söhbət zamanı o, Bəhrəmə ona ödənilməli olan pulunu şirkət tərəfindən qaytarılacağına söz vermişdir. Bəhrəmdən ərizə yazıb lazımı yerlərə çatdırması üçün ona verməsini istəmişdir, masa axrasından bir neçə dəfə durub yalandan telefonla danışmışdır. Təxminən 2 saat həmin restoranda olmuşdur. Bəhrəm də Vüqara zəng edib, DTX-nın rəhbərliyinin adına ərizəni yazıb çap edərək gətirməsini istəmişdir. Restorandan çıxandan sonra avtomobillə Bəhrəmin dostu Vüqar adlı şəxsin bizi Nizami rayonunda yerləşən “Su səsi” adlı restoranın qarşısında gözlədiyi yerə təxminən saat 22 radələrində gəlmişdik. Bəhrəm məndən ona şirkət tərəfindən ödənilməli olan ziyanın qaytarılmasına DTX-da işləyən tanışları vasitəsilə kömək olunması üçün nə qədər “şirinlik” verəcəyini soruşmuşdur. O da Bəhrəmə DTX-da işləyən tanışlarıma verilməsi üçün 10.000 manat “şirinlik” istəmişdir. Bəhrəm işin onun xeyrinə alınmayacağı təqdirdə ona verəcəyi “şirinliyini” geri istəyəcəyini bildirmişdir. O da Bəhrəmə narahat olmamağını deyərək, işin alınmayacağı təqdirdə verdiyi pulun 2 qatını geri qaytaracağıma söz vermiş, özündə olan etibarlıq müddəti keçmiş qızılı rəngli bank kartını göstərib, içərisində pulun olduğunu deyib Bəhrəmə narahat olmamağı bildirmişdir. Bundan sonra Bəhrəm Vüqardan pulu alıb, götürməyi üçün ona tərəf uzatmışdır. O da əli ilə Aslanı göstərib pulu Aslana verməsini istəmişdir. Bəhrəmdə pulu Aslana vermişdir. Vüqar bundan sonra Bəhrəmin adından yazılan ərizəni çıxardıb Bəhrəmə vermişdir. Bəhrəm də həmin ərizəni imzalayıb ona təqdim etmişdir. Bundan sonra o, Aslan və İbrahim birlikdə avtomobilə minib oradan getmişdirlər. Avtomobildə olarkən Aslan Bəhrəmin ona verdiyi 10.000 manat pulu ona vermişdir. Həmin məbləğ 3.000 ABŞ dolları və 4.900 manatdan ibarət olmuşdur. O, həmin puldan 1.500 ABŞ dolları Aslana, 900 ABŞ dollarını isə restoranda yedikləri axşam yeməyinin pulunu ödəmiş İbrahim müəllimə vermişdir. Həmin gecəni Aslanın yaşadığı evdə qalmışlar. Səhəri günü Aslanla birlikdə Bəhrəmin ərizəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən poçtla DTX-ya göndərmişdirlər. Təxminən 1 həftə sonra İbrahim müəllim ona zəng vuraraq Yevlax RPŞ-də çalışan Bəhrəmin oğlunun işdə nöqsanı olduğu üçün işdən xaric olma təhlükəsi olduğunu bildirmiş, ona öz əlaqələri vasitəsi ilə imkan daxilində işdə qalması üçün Bəhrəmin oğluna köməklik etməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi bazarın yanında adını xatırlamdığı kafedə Aslan, İbrahim müəllim, Bəhrəm və o görüşmüşlər. Orada Bəhrəm oğlunun işdə problemi olduğunu bildirmişdir. O, da dərhal tanışı, keçmiş polis işçisi vasitəsi ilə onun problemini həll etmişdir. Sabahısı gün İbrahim müəllim ona zəng vuraraq ona onunla Yevlaxa getməyi təklif etmiş, o da razılaşmışdır. Səhər tezdən İbrahim müəllim Bayıl qəsəbəsindən onu öz avtomobil ilə götürmüş, yolda Bəhrəmlə görüşərək, Yevlaxa yollanmışlar. Yevlaxda yemək yemişlər. Orada İbrahim müəllimin yanında Bəhrəm ona 1.000 manat pul vermək istəmişdir. O, Bəhrəmdən həmin 1.000 manat pulu götürməkdən imtina etdikdə, Bəhrəm həmin pulu ona hədiyyə qismində verdiyini bildirmişdir. Ona görə də o, həmin 1.000 manat pulu Bəhrəmdən qəbul etmişdir. Bundan təxminən bir müddət sonra Bəhrəm verdiyi 10.000 manat pulu qaytarmasını ondan tələb etməyə başlamışdır. O da İbrahimə zəng edərək Bəhrəmin şirinlik kimi verdiyi pulu niyə tələb etdiyini soruşmuşdur. İbrahimdə Bəhrəmin işinin alınmadığını deyib pulu Bəhrəmə qaytarmalı olduqlarını demişdir. xx.xx.2023-cü il tarixdə onlar Xətai rayonunda yerləşən “Cənnət” adlı restoranda görüşdükdə Bəhrəm verdiyi pulun qaytarılmasını tələb etmişdir. Ona görə də Aslan əl yazı yazaraq, həmin yazıda onların Bəhrəmdən ticarət adı ilə pul aldıqlarını və qısa müddətə qaytaracaqlarını bildirmişdir. Lakin Bəhrəm həmin 10.000 manat pula görə faiz ödədiyini dediyi üçün Aslan həmin yazıda Bəhrəmə ödəyəcəkləri pulun məbləğini 13.000 manat olaraq göstərmişdir. Halbuki Bəhrəm ona cəmi 10.000 manat pul vermişdir. O, yazılanları təsdiq etmək üçün həmin əl yazısına Aslanla birlikdə qol çəkmişdir. Lakin əl yazıda hadisənin tarixini səhvən xx.xx.2022-cü il olaraq qeyd edilmişdir. Hadisə isə xx.xx.2022-cü ildə saat 22 radələrində baş vermişdir. Bundan sonra İbrahim onunla görüşərək, həmin 10.000 manat puldan ona verdiyi 900 ABŞ dollarını yəni, 1.500 manatı əskinazlarla mənə verib, Bəhrəmdən utandığı üçün onun qalan pulu da toplayıb tam şəkildə Bəhrəmə verməsini xahiş etmişdir. Aslan da özünə çatan pulu onun xahişi ilə artıqlaması ilə 3.000 manat olaraq ödəniş etmişdir. Lakin Bəhrəmlə telefon danışığı zamanı, ona pulu hissə-hissə verəyəcəyinə söz versə də Bəhrəm onu təhqir edib pulunu tam istədiyini dediyi üçün həmin pulu Bəhrəmə geri qaytarmayaraq şəxsi ehtiyaclarıma xərcləmişdir. Zərərçəkmiş şəxs ona cəmi 11.000 manat pul vermişdir. Həmin məbləğin 10.000 manatını Bəhrəmin "xxxx" MMC ilə aralarında olan əmlak mübahisəsi ilə bağlı, 1.000 manatını isə Yevlax rayonunda hədiyyə olaraq vermişdir. Eləcədə Bəhrəmdən borc olaraq 5.000 manat pul almamışdır. Zərərçəkmiş şəxs 10.000 manat pulu istəyərkən Şahid1 və Şahid2 mənim Zərərçəkmiş şəxs "xxxx" MMC ilə aralarında olan əmlak mübahisəsini həll etməyəcəyindən məlumatları olmamışdır. O, ərizəni poçtla göndərsə də hamıya ərizə ilə bağlı DTX-da işləyən tanışlarına dedizdirib, Bəhrəmin ziyanını ödənilməsini həll edəcəyini bildirmişdir. Yəni bu işdə onların heç birinin günahı yoxdur. O, Bəhrəmin verdiyi puldan İbrahimə və Aslana verdikdə Bəhrəmin işini DTX-da işləyən tanışları vasitəsilə pulsuz həll edəcəyini bildirmişdir. Yəni İbrahim və Aslan onun Bəhrəmin işini həll etməyəcəyini bilmirdilər. O, prosedur qaydası olaraq, ərizəni poçtla DTX-ya göndərəyəcimi bildirmişdir. O, ilk əvvəl tutulmaqdan qorxduğu üçün Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinində izahat verərkən etdiyi cinayəti etiraf etməmişdir. Etdiyi əməldən peşman olduğunu, hadisə vaxtı içkili və pula ehtiyacı olduğundan həmin cinayəti törətdiyini, sadəcə Bəhrəmlə telefon zamanı onu təhqir etdiyi üçün daha sonra ona ödəməli olduğu pulu geri qaytarmamışdır. Hazırda Bəhrəmə ödəməli olduğu geri qalan 7.000 manat pulu kart hesabına ödəmişdir. Hal-hazırda Bəhrəmə borcunun olmadığını nəzərə alınaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə X1 alqı-satı yolu ilə oğlu Nicat Sultanovun adına 0,2751 ha torpaq sahəsi üzərində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təxminən 400.000 manata almışdır. Alqısatqı müqaviləsinin AR ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyatdan keçirərək. xx.xx.2014-cü il tarixdə çıxarış almışdır. Təxminəm 2015-ci ildə aldığı evə ailəsi ilə köçmək istəyərkən, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC həmin əraziləri hasara almışdır. Həmin MMC onun qanuni çıxarışı olmağına diqqət yetirməyərək, digər evlərlə yanaşı onun də evini sökmüşdür. Buna görə “İron İnşaaf' MMC-nin rəhbəri Puşkin Əhmədov ilə dəfələrlə görüşmüşdür. Puşkin hər dəfəsində bir yalan deyərək, ona dəymiş ziyanı ödəməkdən boyun qaçırırmışdır. Hər dəfəsində Puşkin həmin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə pulu evin əvvəlki sahibi X2 baldızı X7 və evin lap əvvəkli sahibi olmuş Rafiq adlı şəxsə ödədiyini bildirmişdir. Həmin şirkətdən 2.500.000 manat pul tələb etdiyindən həmin vaxtdan bu günədək "xxxx" MMC-nin rəhbəri Puşkin Əhmədov ilə məhkəmlərdə və müxtəlif hüquq mühafizə orqanlarında araşdırmalar olmuşdur. Bütün bu prosesləri onun yaxınları və tanışları bilirdi. Şahid2 təxminən 2008-ci ildə Yevlax rayonunda prokuror köməkçisi vəzifəsində işləyirdi. Həmin vaxtdan İbrahimlə dost münasibəti olmuşdur. "xxxx" MMC-nin rəhbəri Puşkin Əhmədov ilə aralarında olan ev məsələsinə görə problemi Şahid2 bilirmişdir. Çünki bütün bu proseslərdə İbrahim də onunla birlikdə iştirak etmişdir. 2022-ci ilin xx.xx.2022-ci ildə Nərimanov metrostansiyası yaxınlığında olan istirahət parkında yerləşən kafelərin birində İbrahimlə oturmuşdur. Daha sonra ora İbrahimin tanışları - özünü Asif kimi təqdim edən Şahid1 və Təqsirləndirilən şəxs təsadüfən gəlmişlər. Rəcəb özünü hal-hazırda işləyən polis əməkdaşı kimi təqdim etmişdir. Aslan isə əvvəllər müxtəlif vəzifələrdə işlədiyini hal-hazırda isə heç bir işdə işləmədiyini bildirmişdir. Aslanı bir müddət əvvəl İbrahim vasitəsilə tanımışdır. Rəcəbi isə əvvəllər Aslanın yanında görüb-görmədiyi yadında deyil. Söhbət əsnasında Rəcəb və Aslan onun ev mübahisəsi olduğunu bilmişlər. Rəcəb ondan bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə şikayət ərizəsi ilə müraciət edib-etmədiyimi soruşmuşdur. O da Rəcəbə DTX-nə müraciət etmədiyini bildirmişdir. Rəcəb ona bacısı qızının ərinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin köməkçisi olduğunu və onun vasitəsilə məsələni həll edə biləcəyini demişdir. Həmin iş barədə biraz söhbətləşdikdən sonra Rəcəb bizi Nizami rayonunda yerləşən “Manqal üstü” adlı restorana dəvət etmişdir. Birlikdə yəni, o, İbrahim. Aslan və Rəcəb birlikdə həmin restorana gedərək, yeyib içib həmin iş barədə söhbətləşmişdirlər. Rəcəb telefonla onun tanımadığı şəxslərlə danışdıqdan sonra təcili olaraq ərizə yazmağını və özünün aparıb DTX-da işləyən bacısı qızının ərinə verib həll edəcəyini bildirmişdir. Rəcəb ona artıq Puşkinlə danışıldığını və onun konpensasiya olaraq tələb etdiyi pulun tam olaraq ödəniləcəyini demişdir. O, həmin işlə bağlı bir çox orqana şikayət ərizəsi yazdığı üçün onda elektron variantda ərizə nümunəsi vardı. Ərizənin bir nümunəsini çıxardıb gətirməsi üçün dostu Vüqara zəng edərək, onda olan yaddaş kartında elektron variantda hazırlanmış ərizəni DTX-nə ünvanlayaraq gətirib ona çatdırmasını xahiş etmişdir. Təxminən bir müddət sonra Vüqar onların oturduqları restorana gələrək ərizəni ona təqdim etmişdir. O, da ərizəni Rəcəbə vermişdir. Rəcəb də ona narahat olmamağı, sabaha işin həll olunacağını bildirmişdir. Bundan sonra evə getmək üçün restorandan çıxmışdırlar. Restoranın hesabını İbrahim vermişdir. Hətta pulu çatmadığı üçün o, İbrahimə hesabı ödəməkdə köməklik etmişdir. Çöldə söhbət zamanı Rəcəb işin həll olunmağı üçün 10.000 manat pulun bacısı qızının ərinə şirinlik olaraq verilməli olduğunu və onun köməkliyi ilə işin həll olunacağını bilmişdir. O, əvvəlcədən pul söhbəti olmadığına görə pulu verməkdə tərəddüd etmişdir. Həmdə dostu Vüqar Rəcəbə inanmadığı üçün ona Rəcəbə pul verməməyini demişdir. Rəcəb bunu gördükdən sonra cibindən qızıl kartı çıxardaraq içərisindən 1.000.000 (bir milyon) manat olduğunu, bu işin həll olunmayacağı təqdirdə ona 20.000 manat pul qaytaracağını bildirmişdir. O, da bu sözündən sonra Rəcəbə inanmışdır. Vüqarda olan ona məxsus çantadan 10.000 manat götürərək Rəcəbə vermişdir. Lakin Rəcəb əli ilə göstərərək, pulu Aslana verməyini istəmişdir. Pulun çox hissəsini ABŞ dolları, az hissəsini isə manat təşkil edirdi. Lakin hansının hansı miqdarda olmasını tam xatırlamadığını, pulu Aslana verdikdən sonra o, Vüqarla çıxıb oradan getmişdirlər. İbrahim, Aslan və Rəcəb isə özləri çıxıb oradan getmişlər. Bundan 4-5 gün sonra o, Aslan və Rəcəblə birlikdə Nərimanov metrostasiya yaxnlığında yerləşən istirahət parkında olan kafedə oturmuşdurlar. Aslan telefonla danışmaq üçün çölə çıxdıqda Rəcəb oğlunun hərbi işin həll etmək üçün ondan borc olaraq 3 günlük 5.000 manat pul istəmişdir. Lakin bu pulun ona verilməsi barədə Aslanın və İbrahimin bilməməsini xahiş etmişdir. O, da Rəcəbə etibar etdiyi üçün Aslan qayıdanadək ona 5.000 manat pul vermişdir. Bundan bir neçə gün sonra onun yaşadığı ünvana məktub gəlmiş, məktubda onun DTX-ya ünvanladığı ərizənin Baş prokurorluğuna ünvanlandığı bildirilmişdir. O, həmin vaxt yaşadığı Yevlax rayonunda idi. Rəcəb və İbrahim Gəncə şəhərinə işləri ilə əlaqədar gəldikləri üçün Rəcəb və İbrahimi Yevlaxa çağırmışdır. Yevlaxda olarkən Rəcəbə niyə ərizənin poçt vasitəsilə DTX-ya gödərildiyini və niyə Baş prokurorluğa ünvanlandığını soruşmuşdur. Rəcəb də ona ərizənin poçt vasitəsilə göndərildiyini və nəsə səhvlik olaraq Baş prokurorluğa getdiyini demişdir. Rəcəbin danışığından şübhələnsə də yenədə Rəcəbə inanmışdır. Orada Rəcəb ondan qısa müdətə borca 1.000 manat pul istəmişdir. Mən də Rəcəb onun işini gördüyü və İbrahimə görə onunla münasibəti yarandığı üçün Rəcəbə etibar edib 1000 manat pulu Yevlax rayonunda İbrahimin yanında Rəcəbə vermişdir. Daha sonra yaşadığı ünvana yazmış olduğu ərizənin Baş Prokurorluğa ünvanlandığı barədə yenidən bildiriş gəlmişdir. Bundan sonra Rəcəblə Aslanın birləşərək onun pulunu dələduzluqla ələ keçirdiyinə əmin olmuşdur. Bundan sonra Rəcəb və Aslandan pulunu tələb etməyə başlamışdır. Rəcəb pulu geri ödəyəcəyinə söz versə də sonrakı müddətdə müxtəlif bahələr gətirirərək pulu qaytarmaqdan boyun qaçırırmış, sonradan bilmişdir ki, o, 10.000 manat pulu Aslana verdikdən sonra həmin pulun 900 dolları İbrahimə, 1.500 dolları Aslana qalanı isə Rəcəbə qalmışdır. Sonrakı müddətdə İbrahim ona 900 dolları qaytaranda Rəcəb guya özünə məxsus bloklanmış kartını açdırmaq və həmin kartla ona olan 16.000 manat borcunu tam ödəmək adı ilə həmin 900 dolları da özünə götürmüşdür. Həmin hadisə xx.xx.2022-ci il tarixdə mən Vüqar, İbrahim Aslan və Rəcəblə birlikdə Xətai rayonunda yerləşən “Cənnət bağı” restoranında oturduqları vaxt olmuşdur. O, onlara əl yazısı təqdim edərək, onun ev məsələsini Rəcəbin DTX-də işlədiyi qohumu vasitəsilə ilə həll etməkləri üçün 16.000 manat verməsi barədə sənədi imzalamalarını istəmişdir. Rəcəb ümumiyyətlə əvvəl əl yazı yazmaq istəmirdi. İsrar etdikdən sonra Aslan Rəcəblə birlikdə guya ondan ticarət işi görmək üçün 13 min manat pul aldıqlarını barədə sənəd imzalamışlar. Əl yazıda pulu Aslan və Rəcəbə verilmə tarixi səhvən xx.xx.2022-ci il qeyd olunsada, pulu onlara xx.xx.2022-ci il tarixdə vermişdir. Aslan və Rəcəb həmin əl yazısında pulu ona xx.xx.2022ci il tarixdə qaytaracaqlarına söz versələrdə bügunə qədər heç bir ödəniş etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıdığını, 2022-ci ilin yayın axırlarında Bəhrəm onunla telefon əlaqəsi saxlayaraq, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “İstanbul” kafesində oğlu Allahverdi ilə oturduğunu bildirməklə onunla orada görüşmək istədiyini bildirmişdir. O da öz avtomobili ilə həmin əraziyə getmişdir. Kafeyə daxil olduqda orada Bəhrəm və oğlu Allahverdidən başqa Bəhrəmin yerlisi və dostu Vüqarı, Asif adı ilə tanıdığı Şahid1, bir müddət əvvəl Asifin yanında gördüyü və tanış olduğu Təqsirləndirilən şəxs görmüşdür. Kafedə Bəhrəm ona oğlu Allahverdi barəsində olan anonim ərizə ilə bağlı Nəqliyyat Baş Polis İdarəsinə çağıldıqlarını. Rəcəbin təmənnasız köməkliyi ilə işi həll edilyini demişdir. Həmin vaxt Bəhrəm oğlu Allahverdiyə köməklik göstərməsi ilə bağlı minnətdarlıq olaraq Rəcəbə 1.000 manat pul vermişdir. Ancaq Rəcəbin özü Bəhrəmdən oğlu Allahverdiyə etdiyi köməklik ilə bağlı hər hansı miqdarda pul istəməmişdir. Söhbət zamanı Rəcəb “Neftyağ” zavodunun rəhbəri Tahir adlı şəxsin kürəkəni və Şərurlu olduğunu, müxtəlif yerlərdə, yüksək vəzifələrdə dost, tanış və qohumlarının işlədiyini demişdir. Bəhrəm oğlu Allahverdinin işini həll etdiyi üçün Rəcəbə dəfələrlə minnətdarlığını bildirməklə, “İron İnşaatla” bağlı kompensasiya problemi olduğunu. DTX-dan başqa hər yerə müraciət etdiyini deyərək, "xxxx" MMC-dən kompensasiya olaraq 2.500.000 manat alacağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bəhrəmə DTX-da dostlarının və yaxın qohumun işlədiyi bildirmiş, sonra kənara çəkilərək bir neçə dəfə telefonla danışdıqdan sonra, həmin məsələni həll etmək mümkün olduğunu və DTX-nə təcili ərizə yazaraq təqdim etmək lazım olduğunu demişdir. Eləcə də buna görə də heç kəsə heç nə vermək lazım olmadığını. Bəhrəmə çatacaq kompensasiya tam ödənilməsə də, müəyyən hissəsi mütləq ödəniləcəyini bildirmişdir. Vüqar bu işdən məlumatlı olduğundan və onun tanışı vəkil bu işlə bağlı müraciətlər hazırladığına görə, lazımı ərizəni özü təşkil edəcəyini deyərək, ondan ərizənin tərtib olunmasında ona köməklik göstərməsini xahiş etmişdir. O da əvvəllər Baş prokurora təqdim edilən ərizəni bir az dəyişib təqdim etmək lazım olduğunu bildirmişdir. Vüqar həmin ərizəni yazdırmaq üçün ofisə yollanmış, o, Rəcəb, Bəhrəm və Asif isə onun avtomobilində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Manqal” restoranına yemək yeməyə getmişlər. Restoranda yemək yedikləri zaman Rəcəbin Bəhrəmin oğluna kömək göstərməsindən, Rəcəbin qalan işlərdə də Bəhrəmə kömək göstərəcəyi barədə ümumi söhbət olmuşdur. Rəcəb hətta "xxxx" MMC-nin rəhbəri Puşkin Əhmədovla artıq danışıldığını və Bəhrəmə kompensasiya ödənilməsi müsbət həllini tapdığını bildirmişdir. O, ara bir Vüqarın zənglərinə cavab verilməsi üçün masadan aralanaraq Vüqarın hazırladığı ərizəyə telefonda düzəliş edirmiş. Vüqar ərizəni hazır olduğunu bildirdikdə onunla görüşmək üçün restorandan çıxmışlar. Sonradan ona qonaqlıq verdiyini kimsə deməməsi üçün adətən yemək yediyi məclisdə hesabı özü ödəyir. Həmin gün də masanın hesabını özü ödəmişdir. Restorandan çıxdıqdan sonra Vüqarla görüşmək üçün “Neolit” restoranı istiqamətində olan prospekt ilə hərəkət edərək, yol kənarında yerləşən “Su səsi” şadlıq sarayının qarşısında yolun kənarında Vüqarla görüşmüşlər. Vüqar gətirdiyi ərizəni Bəhrəmə verdikdən sonra Bəhrəm ərizəni imzalayaraq Rəcəbə vermişdir. Rəcəb ərizəni götürəndə səhər hamılıqla onun Qusarda olan restoranına gedəcəklərini, onun yeməyə ödədiyi pulu Bəhrəmin ona qaytaracağını deyərək. Bəhrəmin "xxxx" MMC ilə arasında yaranmış mübahisənin həll edildiyini. Bəhrəmə ödənilməli olan 2.500.000 manatın tam olmasa da həmin məbləğin böyük hissəsinn Bəhrəmə qaytarılacağını bildirərək, buna görədə Bəhrəmin ona “şirinlik” verməli olduğunu demişdir. Bəhrəm ona nə qədər pul verməli olduğunu soruşduqda. Rəcəb Bəhrəmdən 10.000 (on min) manat pul istəmişdir. Bəhrəm çantasından ümumilikdə 10.000 manat dəyərində dollar və manat əsginasları çıxarıb, həmin məbləğdə pulu Rəcəbə vermək istədikdə. Rəcəb əli ilə Aslanı göstərib pulu Aslana verməsini istəmişdir. Həmin vaxt X9 pul verməməsini demişdir. Bəhrəm də Rəcəbdən birdən bu məsələ alınmasa neçə olacaq deyə soruşduqda. Rəcəb cibindən qızılı rəngli bank kartını çıxardıb nümayiş etdirirək həmin kartda 1.000.000 manatdan artıq vəsait olduğunu. Bəhrəmin "xxxx" MMC ilə arasında yaranmış mübahisənin Bəhrəmin xeyrinə həll edilmədiyi halda Bəhrəmin ona verdiyi 10.000 manatı əvəzinə özünün ona 20.000 manat pul qaytaracağını demişdir. Bəhrəm də Rəcəbin sözünə inanıb 10.000 manatı Bəhrəmin istəyi ilə Aslana vermişdir. Hətta Bəhrəmin dostu Vüqar Rəcəbə pul verilməsinə etiraz etdikdə, Rəcəb -“mənə heç kəsin pulu lazım deyil mənim kartımda 1.000.000 manat pul var”- demiş, Bəhrəmə kompensasiya ödənilməsə Bəhrrəmin ona verdiyi 10.000 manatın əvəzinə Bəhrəmə 20.000 manat pul qaytaracağını bildirmişdir. Orada olanlarda Rəcəbin sözlərinə inanmışlar. Bundan sonra Rəcəb onları sabahsı günü Qusar rayonuna yeyib içməyə çağırdığını və Bəhrəmə ödəniləcək məbləğin çox bir qismini ora gətirilərək Bəhrəmə veriləcəyini bildirmişdir. Növbəti gün Rəcəb ərizəni əl-bəəl yox, poçt vasitəsi ilə DTX-ya göndərildiyini, bu səbəbdən də Qusara getməyi təxirə salındığını demişdir. Bir neçə gündən sonra Bəhrəmə Rəcəbə verdiyi ərizənin DTX-dan Baş Prokurorluğa göndərildiyi məlum olmuşdur. Bəhrəm Rəcəbdən bunun səbəbini soruşduqda Rəcəb ərizənin səhvən Baş Prokurorluğa göndərildiyi, hər şeyin qaydasında olduğunu demişdir. Bəhrəm bundan sonra Yevlax rayonundan təkrar ərizə göndərmişdir. Bir neçə gündən sonra həmin ərizənində DTX-dan Baş Prokurorluğa göndərildiyi barədə Bəhrəmə bildiriş gəlmişdir. Bu barədə Rəcəbdən soruşulduqda, Rəcəb Baş Prokurorluğun rəhbərliyində əvvəllər birlikdə Nizami rayonunda birlikdə işlədiyi tanışı olduğunu, həmin şəxs qısa müddətdə məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra o, Bəhrəmlə birlikdə Baş Prokurorluğa getmişdir. Bəhrəm orada ərizələrinin nəticəsi ilə maraqlandıqda, ona ərizələrinin Nəsimi rayon prokurorluğuna göndərildiyi bildirilmişdir. Bundan sonra Bəhrəmla birlikdə Nəsimi rayon prokurorunun müavinin yanında olduqları zaman, onlara Bəhrəmin əvvəlki müraciəti ilə bağlı polisdə araşdırma aparıldığını və mülki məsələ olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qəbul edildiyini, həmin qərarın prokurorluq tərəfindən ləğvolunaraq təkrar araşdırmaya göndərildiyi. Bəhrəmin digər ərizələrinin rayon prokurorluğuna daxil olmadığını bildirilmişdir. Bundan sonra Bəhrəm Rəcəbdən ona verdiyi pulu tələb etdikdə. Rəcəb işin alınmadığını bildirib pulu guya verdiyi adamlardan alıb, ona geri qaytaracağını demişdir. O da Rəcəbin Bəhrəmi aldatdığını görüb, onlarla görüşən zaman Rəcəbin ona verdiyi 900 ABŞ dolları yəni 1.500 manat pulu hamının yanında Rəcəbə qaytamışdır. Rəcəbdə ona məxsus “gold kartında” problem olduğu deyib, həmin pulla kartında olan məhdudiyyəti həll etdikdən sonra Bəhrəmə artıqlaması ilə qaytaracağına söz verərək, özündə saxlamışdır. Bundan sonra Rəcəb onları Bakıxanov qəsəbəsində yerləşən “Osmanın yeməkxanası” adlı kafeyə aparıb, qonaqlıq vermişdir. Orada Bəhrəmə 100 manat verərək, səhər “gold kartı”-ı açılan kimi Bəhrəmdən aldığı 10.000 manat pulu tam olaraq qaytaracağına söz vermişdir. Bundan sonrakı müddətdə Rəcəbin “gold kartında” ümumiyyətlə pul olmadığı və Rəcəbin onları aldatdığı bilinmişdir. O. Rəcəb. Aslan, Vüqar və Bəhrəm 2022-ci ilin təxminən oktyabr ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Cənnət məkanı” restoranında görüşdükdə. Bəhrəm israrla Aslan və Rəcəbdən pulu tələb etmişdir. Rəcəbdə pulu qaytaracağını dedikdə Bəhrəmdə ondan bu barədə əl yazılı sənəd istəmişdir. 10.000 manat pulun alınmasında Aslanda iştirak etdiyi üçün onlar iltizam xarakterli qəbz yazaraq. Bəhrəmdən aldıqları 10.000 manatın əvəzinə ona 13.000 manat qaytaracağı barədə öhdəlik götürməsi barədə qəbz yazmışlar. Bəhrəm həmin 10.000 manat pulu faizlə götürdüyünü və faizini verdiyini dediyi üçün, ödədiyi faizlə birlikdə onlardan 13.000 manat tələb etdiyindən Rəcəb və Aslan verdikləri iltizamda həmin məbləği, yəni 13.000 manat yazmışlar. Sonradan Bəhrəmin verdiyi 10.000 manat “şirinlikdən” Rəcəbin Aslana verdiyi 3.000 manat pulun Aslanın Bəhrəmə qaytardığını öyrənmişdir. Yəni. Bəhrəmdən aldığı 10.000 manat puldan Rəcəbdə70.000 manat pul qalmışdır. Bəhrəm Rəcəbdən həmin pulu tələb edərkən Rəcəbi söyüb təhqir etdiyi üçün Rəcəb açığa düşərək Bəhrəmin pulunu qaytarmamışdır. Lakin daha sonra eşitdiyinə görə Bəhrəm hüquq mühafizə orqanlarına şikayət etdiyindən sonra Rəcəb Bəhrəmin kart hesabına tam olaraq 7.000 manat pul köçürmüşdür. Hal-hazırda Rəcəbin Bəhrəmdən aldığı 10.000 manat pulu tam olaraq Bəhrəmə ödənilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Şahid2 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs 20-25 ildir yəni, Nizami Rayon Polis İdarəsinin 25-ci polis Bölməsində işlədiyi vaxtlardan tanıdığını qeyd etmişdir. Təxminən 2022-ci ilin avqust ayında Təxminən 2022-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu “Nərimanov parkf’-da yerləşən “İstanbul” kafesində Zərərçəkmiş şəxs, onun dostu Vüqar adlı şəxs və Şahid2la çay içmişlər. Kafedə söhbət edərkən Zərərçəkmiş şəxs tikinti şirkəti olan "xxxx" MMC ilə aralarında mülki mübahisənin olduğunu və həmin şirkətin ona 2.500.000 manat kompensasiya ödəməkdən boyun qaçırtdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kafeyə onların yanma gəlmişdir. Təqsirləndirilən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, Bakı Şəhər BPİ DYPİ-də mülki işçi kimi işlədiyi bildirmişdir. Bildiyi qədəri ilə Rəcəb təxminən 2017-ci ildən X5 təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMC ilə aralarında olan problemi Rəcəbə danışdıqda. Rəcəb onun Dövlət Təhlükəsizliyi Xidmətində bacısının kürəkəninin yüksək vəzifədə işlədiyini və bu işi qısa zamanda həll edə biləcəyini bildirmişdir. Bundan sonra Rəcəb bir neçə dəfə telefonla danışmaq üçün masadan aralanmışdır. Sonuncu dəfə telefonla danışdıqdan sonra DTX-nin əməkdaşı ilə danışdığını, həmin şirkət barədə DTX- nın əməkdaşlarının məlumatının olduğunu və məsələ qısa zaman ərzində həll olunacağını, bununla bağlı DTX-ya ərizə yazılaraq ona təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Ərizənin yazılmasını Bəhrəm dostu Vüqara tapşırmışdır. Vüqar öz növbəsində vəkilin və Şahid2 köməkçisi ilə ərizənin tərtib edilməsi ilə məşğul olmuş onlar isə Rəcəbin dəvəti ilə o, Rəcəb, Zərərçəkmiş şəxs və İbrahim müəllimin avtomobilində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Manqalüstü” restoranına gedərək, orada yemək yeib, spirtli içki içmişlər. Söhbət əsnasında Rəcəb bu işi həll edəcəyini və bunun qarşılığında Bəhrəmin 10.000 manat pul verməli olduğunu demişdir. Bəhrəmdə bununla razılaşmış, hətta bu iş həll olduqdan sonra əlavədə pul verəcəyini bildirmişdir. Restoranda masanın hesabını İbrahim müəllim ödədikdən sonra Bəhrəm Vüqarla danışmış və onlar Bakı şəhəri. Nizami rayonu ərazisində yerləşən “Su səsi” restoranının qarşısında Vüqarla görüşmək üçün həmin yerə getmişlər. Orada Vüqarla görüşmüş və Bəhrəm Vüqarın tərtib etdiyi ərizəni imzalayaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra “Su Səsi” restoranının qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun işinin artıq həll olunduğunu, "xxxx" MMC-nin rəhbərinin səhərə kimi kompensasiyanın böyük bir hissəsini ödəyəcəyini bildirmiş və bu hadisəni qeyd etmək üçün onları Qusar rayonunda yerləşən restoranına dəvət etmişdir. Bəhrəmdə öz növbəsində Rəcəbin ondan istədiyi pulu ABŞ dolları və manat əskinazları ilə Vüqardan götürükdən sonra Rəcəbə təqdim etmək istədikdə Rəcəb Bəhrəmə əli ilə onu işarə edərək pulu ona verməsini istəmişdir. Bəhrəm ona pulu verərkən Bəhrəmin dostu Vüqar buna etiraz etmişdir. Rəcəb Vüqarın etirazına cavab olaraq hansısa məmurun qohumu olduğunu demiş və cibindən bank kartı çıxardaraq “bu qold (qızıl) kartdır bu kartın hesabında 1.000.000 manatdan çox vəsait var. Bəhrəmin işi həll olmasa 10.000 manatın əvəzinə 20.000 manat qaytaracam”- demişdir. Bəhrəm Rəcəbin bu sözlərinə inanıb 10.00 manat vəsaiti ona vermişdir. O da həmin 10.000 manat pul vəsaiti götürdükdən sonra Bəhrəm və Vüqarla sağollaşmışlar. Daha sonra o, Rəcəb və Şahid2la sonuncunun avtomobilinə əyləşib oradan uzaqlaşmışlar. Avtomobildə Bəhrəmin ona verdiyi 10.000 manat pulu Rəcəbə vermişdir. İbrahimin yeməyin hesabı ödədiyinə görə Rəcəb həmin puldan İbrahimə artıqlaması ilə 900 dollar verdikdən sonra, Bəhrəmin işini özü rahat həll edəcəyini deyib, 1.500 dollarda ona vermişdir. O, həqiqətəndə Rəcəbin DTX-da işləyən qohumları olduğuna və Rəcəbin Bəhrəmin işini qısa müddətə həll edəcəyinə inanmışdır. X6 aldatdığı müəyyən olunmuşdur. 2022-ci ilin oktyabr ayında o, İbrahim. Vüqar və Bəhrəm Bakı şəhəri. Xətai rayonu ərazisində yerləşən “Cənnət məkanı” restoranında sonuncunu dəvəti ilə görüşmüşlər. Orada Bəhrəm ondan və Rəcəbdən aldıqları vəsaitin qısa müddət ərzində qaytaracaqları barədə yazılı formada iltizam vermələrini istəmişdir. Onlar həmin gün guya Bəhrəmdən ticarət məqsədilə xx.xx.2022-ci il tarixdə aldıqları 13.000 manatı xx.xx.2022-ci il tarixə kimi ödəyəcəklərinə dair yazılı formada iltizam vermişlər. Halbuki, faktiki olaraq Rəcəb Bəhrəmi aldadaraq soncunu 10.000 vəsaitini ələ keçirmişdir. İltizamda borcun 13.000 yazılmasını isə Bəhrəm tələb etmişdir. O da belə olan halda Rəcəbin Bəhrəmin aldatdığını görüb, iltizamı yazdıqdan 1-2 gün sonra Rəcəbin ona verdiyi 1.500 dolları Rəcəbin ondan xahişi ilə Bəhrəmə artıqlaması ilə 3.000 manat olaraq qaytarmışdır. Bəhrəmə 3.000 manat pulu Xətai rayonu ərazisində İbrahimin şahidliyi ilə sonuncunun idarə etdiyi avtomobildə qaytarmışdır. Bildiyi qədəri ilə Rəcəbdə 7.000 manat pulu Bəhrəmin istifadəsində olan kart hesabına geri qaytarmışdır. Lakin hal-hazırda Bəhrəm yalandan Rəcəbə artıq pul verdiyini bildirir. Lakin, Bəhrəm onların yanında Rəcəbə əlavə pul verməmişdir. Uşaqlıqdan valideynləri onu “Asif’ adı ilə çağırdıqları üçün o, hər yerdə özünü “Asif’adı ilə tanıtmışdır. Təqsirləndirilən şəxs Bəhrəmdən aldığı 10.000 manat pulun bir hissəsini ona və İbrahimə verdikdə, Rəcəb həmin 10.000 manatı özü üçün aldığını, Bəhrəmin işini isə öz adından istifadə edib qohumları vasitəsilə rahat və pulsuz həll edəcəyini düşünmüşdür. Bəhrəmin pulunu ödədiyindən və Rəcəbində geri qalan pulu tam ödədiyi üçün işin bağlandığını düşünüb istintaqa gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə Şahid3 İsmayıl oğlu məhkəmə iclasına gəlməmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, Şahid3 İsmayıl oğlunun ibtidai istintaq zamanı ifadəsində bildirmişdir k, Yevlax rayon sakini Zərərçəkmiş şəxs ilə həmyerlidir. Bundan başqa Zərərçəkmiş şəxs onun atası ilə eyni müəssisədə çalışmışlar, bu səbəbdən də aralarında dost münasibətləri yaranmış və bu günə kimi dostluqları davam edir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onu “Nərimanov parkı”-da yerləşən İstanbul adlı kafeyə dəvət etmiş, kafedə gəldikdə ilk dəfə gördüyü Asif adlı şəxs, əvvəllər Yevlax rayonundan tanıdığı İbrahim adlı şəxs və Bəhrəmin birlikdə çay içdiklərini görmüşdür. Söhbət əsnasında Bəhrəm onlara “İron İnşaaf’MMC ilə aralarında olan mülk mübahisəsi ilə bağlı problemindən danışmışdır. Asif kimi tanıdığı şəxs bu məsələsini tez bir müddətdə həll etməyə qadir olan bir şəxsi tanıdığını bildirərək, həmin şəxsi oturduqları yerə dəvət etmişdir. Təxminən 10-15 dəqiqədən sonra onların yanına özünü polis əməkdaşı kimi təqdim edən Rəcəb adlı şəxs gəlmişdir. Asif adlı şəxs Bəhrəmin mülki problemini Rəcəbə izah etdikdə, Rəcəb onlarla birlikdə oturduğu masa arxasından qalxıb ayrılaraq 5-10 dəqiqə telefonla danışdıqdan sonra yenidən onların yanına qayıtmışdır. Rəcəb onlara məsələnin həll olunması mümkün olduğunu, DTX-nin adını demədiyi əməkdaşları ilə danışdığını, həmin şirkəti orada tanıdıqlarını və məsələ qısa zaman ərzində Bəhrəmin xeyrinə həll olunacağını, yalnız bununla bağlı DTX-ya ərizə yazılaraq ona təqdim etmək lazım olduğunu demişdir. Həmçinin Rəcəb bacısının ərinin DTX-nin rəisinin köməkçisi olduğunu, bütün sənədlər bacısının ərinin vasitəsi ilə Xidmət rəisinə təqdim olunduğunu bildirmişdir. Bundan sonra bununla bağlı Bəhrəm vəkilinə müraciət edərək bir şikayət ərizəsi yazmağı xahiş etmişdir. Vəkil həmin ərizəni qısa bir müddət ərzində yazacağını və elektron formada poçt ünvanına göndərəcəyini bildirmişdir. Bundan sonra Asif və Rəcəb. İbrahim, Bəhrəm və onu yeməyə dəvət etmişlər. O, Bəhrəmin xahişi ilə vəkilin yazdığı ərizəni çap edərək ona Rəcəbə təqdim etməli olduğundan onlarla birlikdə yeməyə getməmişdir. Təxminən 3 saatdan sonra vəkilin ərizəsi hazır olmuşdur. Nərimanov rayonu ərazisində yerləşən çap xidmətləri göstərən bir yerdə ərizəsi çap etdikdən təxminən bir saat sonra Bəhrəm ona zəng vuraraq ərizəni ona çatdırılmasını xahiş etmişdir. O da təxminən saat 21-22 radələrində Bakı şəhəri. Nizami rayonun ərazisində yerləşən “Su səsi” restoranının qarşısına gəldikdə yol kənarında Bəhrəm, İbrahim, Asif və Rəcəbin onu gözlədiklərini görmüşdür. Yaxınlaşdıqda onların içkili olduğunu başa düşmüşdür. Bəhrəmin onun avtomobilinə qoyduğu çantasında pul olduğunu bilirmiş. Ərizəni Bəhrəmə təqdim etdikdə Bəhrən avtomobilində olan çantasmdakı puldan 10.000 manat Rəcəbə vermək lazım olduğunu bildirmişdir. O da Bəhrəmdən bunun səbəbini soruşduqda, Bəhrəm ona işi artıq danışdığını, sabaha işi onun xeyrinə həll olunacağını, ola bilsin ki, Puşkin onun pulunu bu gecə qaytaracağını bildirmişdir. O da Bəhrəmin onun avtomobilində olan çantasmdakı pullardan həmin dövrün məzənnəsi ilə dollar və manat əskinazları ilə birlikdə 10.000 manat ayırıb Bəhrəmə vermişdir. Konkret olaraq həmin 10.000 manat 3.000 ABŞ dolları və 4.900 Azn olmuşdur. Bununla belə o, Bəhrəmə məsələnin bu formada həll oluna bilməyəcəyini izah etməyə çalışmışdır. Bu zaman içkili vəziyyətdə olan Rəcəb kiminsə kürəkəni olduğunu bildirərək, cibindən qızılı rəngli plastik bank kartı çıxardaraq həmin kartın balansında 1.000.000 (bir milyon) manatdan çox pul olduğunu və Bəhrəmin işi həll olunmadığı təqdirdə 10.000 manat əvəzinə Bəhrəmə 20.000 manat pul qaytaracağını bildirmişdir. Rəcəb bu cür davranışları ilə Bəhrəmdə etibar qazandığı üçün Bəhrəm pulu və ərizəni götürməsi üçün Rəcəbə tərəf uzatmışdır. Rəcəb isə əlini Asifə tərəf uzadaraq pulu və ərizəni ona verməyini bildirmişdir. Bəhrəm də pulu və ərizəni Asifə vermişdir. Daha sonra onlar sağollaşıb Bəhrəmlə oradan uzaqlaşmışlar. Bir neçə gün sonra Bəhrəmdən işin nəticəsini maraqlandıqda Bəhrəm ona Rəcəb və Asif tərəfindən aldadıldığını bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Asif, Rəcəb, İbrahim, o və Bəhrəm Bakı şəhəri. Xətai rayonu ərazisində yerləşən “Cənnət məkanı” restoranında görüşmüşlər. Orada Asif və Rəcəb Bəhrəmə onlardan şikayət etməməsini və ondan aldıqları pulun qaytaracağına söz vermişlər. Bundan sonra onun yanında Asif öz adından və Rəcəbin adından Bəhrəmdən aldıqları pul vəsaitin qısa zaman ərzində Bəhrəmə qaytaracaqlarına dair öz xətti ilə yazılı formada iltizam yazmışdır. Həmin iltizam Asif və Rəcəb tərəfindən imzalandıqdan sonra Bəhrəmə təqdim edilmişdir. Lakin hansı səbəbdən orada qaytarılacaq məbləğin 13.000 manat yazıldığını bilmir. Bundan sonrakı müddətdə Rəcəb və Asifin Bəhrəmdən aldıqlar 10.000 manat pulu geri qaytardıqları ona məlum olmuşdur. Lakin Bəhrəmənin iddia etdiyi Rəcəbə verdiyi əlavə 1.000 manat və 5.000 manat verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən və ölmüş şəxsin yaxın qohumları CPM-nin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş 20 gün ərzində onun hüquqi varis qismində tanınmaları barədə müraciət etmədiyindən, cinayət işinə müdafiəçinin razılığı ilə və onun iştirakı ilə baxılmışdır. Məhkəmə iclasında çıxış edən ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclasında vermiş olduğu ifadəsinə əlavə və vəsatətinin olmadığını, bəraətverici əsaslar olmadan təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmiş və beləliklə, AR-sı CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs AR-sı CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyandan cəmi 10.000 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş üzrə Azərbaycan Respublikası Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 21 avqust 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin onun müdafiəçisinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak,maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 21 avqust 2024-cü il tarixdə ölmüş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində CPM-nin 39.1.5 əsasən cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-322/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-322/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver