Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-325/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 aprel 2022-ci il tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsinə əli ilə mexaniki təsir göstərərək açıb pəncərədən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibindən 1200 manat nağd pulu, 300 manat dəyərində qəlyan aparatını və 2000 manat dəyərində xüsusi hazırlanmış oyun kartı dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 32 saylı nömrəsiz fərdi həyət evində kirayə yaşadığı müddətdə qonşuluqda yaşayan Vüsalla tanış olmuşdur. Sonuncu ev tikintisində rəngsaz işləmiş və gündüz vaxtı evdə olmamışdır. 11 aprel 2022-ci il tarixdə saat 14 radələrində Vüsalın yaşadığı evin açıq vəziyyətdə olan pəncərəsindən evə daxil olmuş, yataq otağında Vüsalın gödəkçəsinin cibindən 150 manat pul, qəlyan aparatı və oyun kartını götürmüşdür. Yolun kənarında dayanmış dəqiq markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə qəlyan aparatını qoyub, gödəkçəsini götürmək üçün yaşadığı evə qayıtmış, lakin gödəkçəsini götürüb qayıtdıqda taksi avtomobilinin orada olmadığını görmüşdür. Oyun kartını tanışı Nadir adlı şəxslə təsadüfən rastlaşan zaman pay vermiş, 150 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 20 aprel 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvana qayıdarkən məhəllədə polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları Vüsalın evindən oğurluq etməkdə şübhəli olduğunu bildirib onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçmiş şəxsin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda kirayədə yaşamış və evlərin tikintisində rəngsaz kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində kirayə yaşadığı evin qapısını bağlayıb işə getmiş və həmin gün saat təxminən 21 radələrində işdən evə gələn zaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduqda əşyaların dağınıq olduğunu və evə naməlum şəxsin girərək oğurluq etdiyini aşkar etmişdir. Yataq otağında olan gödəkçəsinin iç cibindən 1200 manat nağd pulun yerində olmadığını aşkar etmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Puldan başqa evin yataq otağınının giriş qapısının sağ tərəfindəki 300 manat dəyərində qəlyan aparatının, yataq otağındakı şkafın üzərindən 2017-ci ildə Türkiyə Respublikasından 2000 manata almış olduğu, xüsusi hazırlanmış oyun kartları dəstinin oğurlandığını da müəyyən etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs işdə olan ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Rio” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Nizami rayonu, B.Çobanzadə küçəsi ilə hərəkətdə olarkən tanımadığı müştəri onu saxlatmış və arxa qapını açıb əlindəki ağ rəngli torbanı oturacağın üzərinə qoyub qarşı tərəfdə əyləşmişdir. Müştəri avtomobili yavaş sürməyini xahiş edib torbadakı əşyanın sınmasından ehtiyat etdiyini bildirmişdir. Həmin müştəri avtomobili “Flaminqo” restoranının yaxınlığına sürməyi demiş və qeyd olunan restorana çatmamış avtomobili sağ tərəfdə olan dalana sürməyini xahiş etmişdir. Avtomobili dalana sürüb dalanın sonuna çatdıqda müştəri avtomobili saxlamağını demişdir. Müştəri avtomobildən düşmüş və onu gözləməyini demişdir. Təxminən 10 dəqiqə gözləmiş, lakin müştərinin gəlmədiyini görüb avtomobilə qoyduğu torbanı müştərinin getdiyi dalana qoymaq istəsə də, torbanın oğurlacağını düşünüb avtomobildən düşürməmişdir. Təxminən 1-2 dəqiqə sonra tanımadığı bir nəfər şəxsi görmüş və özünə məxsus mobil nömrəni həmin şəxsə verərək, avtomobildən düşən müştəri gəldiyi zaman nömrəni həmin şəxsə verməsini xahiş etmişdir ki, müştəri onu tapa bilsin. Nömrəni verdikdən sonra avtomobilə əyləşib həmin ünvandan getmiş və yaşadığı ünvanda torbaya baxdıqda içərisində qəlyan aparatı olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, müştərinin avtomobilə qoyduğu və içərisində qəlyan aparatı olan ağ rəngli torbanı PŞ-nə təhvil vermişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı Şahid və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan 11 aprel 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvandakı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evin ümumi görünüşünün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 15 aprel 2022-ci il tarixli “maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Şahid təhqiqata təqdim etdiyi Qəlyan aparatı götürülmüşdür. İşdə olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus qəlyan aparatı iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan 15 iyul 2022-ci il tarixli 9/4312 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd üzərində heç bir markalanma göstəricisi olmayan qızılı rəngli, böyük ölçülü qəlyan aparatının istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 50 manat müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmucuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza, barəsində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut – qəlyan aparatı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaqda iştirak etdiyi 26 saat, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 21 saat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 156 manat (26x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3, 126 manat (21x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – qəlyan aparatı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X3 156 manat, məhkəmə istintaqı dövründə 21 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi 126 manat əmək haqqı VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-325/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-325/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver