Məhkəmə qərarları › İş №1(007)-326/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-326/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-326/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2n, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, xx xxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4anda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 18 aprel 2022-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış "xxxx" MMC-yə məxsus “X6’' markalı **-AA-*** qeydiyyat nişanlı avtomaşının yanına gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə avtomobilin alt hissəsinə keçərək 3876.85 manat dəyərində katalizatoru sökərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "Azercell Telecom” MMC-yə 3876.85 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində qonşusu Royalın idarə etdiyi “Azercell" MMC-yə məxsus “Toyota-Land Cruiser” markalı avtomobili mütəmadi olaraq məhəllədə saxladığını, gecələr nəzarətsiz qaldığını görmüşdür. Maddi ehtiyacı olduğu üçün həmin avtomobilin səsboğucusnun içərisində olan katalizatoru çıxarmaqla 400-500 manat pul əldə etməyi və gecə saatlarında həmin avtomobilin katalizaorunu çıxarmağı fikirləşmişdir. Bu məqsədlə tanışı avtomobil təmir sexində dəmirçi işləyən Vüqara avtobildən katalizatoru çıxarmaq barədə demiş və sonuncu razılaşdıqdan sonra, 18 aprel 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə Vüqarı yaşadığı evdən götürüb məhəlləyə gətirmişdir. Məhəllədə yol klənarında dayanmış “Toyota-Land Cruiser” markalı avtomobili Vüqara göstərib həmin avtomobilin katalizatorunu çıxarmaq lazım olduğunu demiş və sonuncu 50 manat müqabilində katalizatoru çıxarmağa razılaşmışdır. Vüqar həmin avtomobilin altına girib işə başlamış, özü isə yaxınlıqda dayanıb kənar şəxslərin gəlib-getməsinə nəzarət etmişdir. Təxminən 2 saatdan sonra Vüqar avtomobilin səsboğucusunun katalizator olan qazanını çıxarmış və onlar qazanı idarə etdiyi “Toyota-Prius" markalı avtomobilin arxasına qoyub, dəmir armaturla içərisindəki katalizatoru çıxarıb torbaya yığmışdır. Vüqara pulunu katalizatoru satdıqdan sonra verəcəyini demiş və Vüqarı boş qazanla yaşadığı evə aparıb düşürmüşdür. Həmin gün Röyal avtomobili işə salan zaman avtomobilin qazanının çıxarıldığını bilmiş, hadisə ilə bağlı məhəlləyə polis əməkdaşları gəlib sorğu-sual aparıldığından katalizatoru satmaq fikrindən daşınmış və içərisində katalizator olan torbanı tullamışdır. Növbəti gün polis əməkdaşları evə gəlib onu polis şöbəsinə aparmışlar. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət avtomobillərin təmiri sexində dəmirçi işləmiş və Təqsirləndirilən şəxs1 uzun illər əvvəl tanımışdır. 15 aprel 2022-ci il tarixdə saat 17 radərində Faiq işlədiyi “Hyunday-35” avto təmir sexinə gəlib yaşadığı məhəllədəki “Toyota” markalı avtomobilin səsboğucusunu çıxarmaq lazım olduğunu və həmin işə görə ona 50 manat verəcəyini demişdir. Sonuncu ilə razılaşmış və 18 aprel 2022-ci il tarixdə saat 02 radələrində Faiq idarə etdiyi “Prius” markalı avtomobildə gəlib onu götürmüş və yolda söhbət zamanı Faiq avtomobilin təzə olduğunu və içərisində katalizator olan qabaq qazanı sökülməli olduğunu demişdir. Faiqin yaşadığı məhəlləyə çatdıqda sonuncu dəmir yolunun kənarında qara rəngli “Toyota-Land-Gruize” markalı avtomobilin yanında dayanıb həmin avtomobilin katalizatorunun söküləcəyini demişdir. Avtomobilin altına girərək işə başlamış, Faiq isə gələn olsa xəbər verməsi üçün yanında dayanmışdır. 2 saat ərzində avtomobilin səsboğucusunun katalizator olan qazanını çıxarıb Faiqə vermiş, sonuncu qazanı idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuş və qazandan katalizatoru çıxarıb torbaya yığmışlar. Faiq katalizatoru satdıqdan sonra pulunu verəcəyini bildirmiş, qazanı özü ilə götürmüş və Faiq onu evinə düşürdükdən sonra qazanı yaşadığı binanın tavanında gizlətmişdir. Növbəti gün Faiqdən alacağı pula görə sonuncunun evinə getmiş və Faiqin oğurluq etdiyi üçün polislər tərəfindən saxlanıldığını Faiqin bacısından eşitmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli onların etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus “X6” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucunun oğurlanması barədə MMC-yə məlumat daxil olmuşdur. Belə ki, avtomobilin sürücüsü X2 avotomobili axşam saatlarında yaşadığı ünvan 6 ünvanda saxlayıb evə getmiş, səhər avtomobili işə salarkən nasazlıq hiss edib avtomobili MMC-nin qarajına gətirib müayinə edən zaman avtomobilin alt hissəsində olan səsboğucunun çıxarıldığı müəyyən edilmişdir. X5 hadisə ilə bağlı Bakı şəhəri, Nizami RPİnin 23-cü PB-nə müraciət etmiş və hadisə nəticəsində "xxxx" MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “X6” markalı avtomobilə sığorta şirkətinin məlumatı əsasında 3876,85 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “Azercell" MMC-nin rəhbərinin sürücüsü işləmişdir. 17 aprel 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi "xxxx" MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Tovota-Land-Cruiser LC-300” markalı avtomobili yaşadığı evin yaxınlığında dəmir yolunun kənarında saxlayıb evə getmişdir. 18 aprel 2022-ci il tarixdə səhər saat 07 radələrində avtomobili işə salan zaman mühərrikin yüksək səslə işlədiyini görmüş və "Azercell” MMC-nin nəqliyyat qarajına zəng edərək məlumat vermişdir. Avtomobilin alt hissəsinə baxması bildirilmiş və avtomobilin altına baxarkən katalizator olan səsboğucunun yerindən çıxarıldığını aşkar etmişdir. Dərhal hadisə barədə sığorta şirkətinə və DİN-nin 102 xidmət mərkəzinə məlumat vermişdir. Sonradan idarə etdiyi "xxxx" MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Tovota- Land-Cruiser LC-300” markalı avtomobilin səsboğucu katalizatorunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən çıxarılaraq oğurlandığı məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, fərdi olaraq icarəyə götürdüyü “Toyot- Prius" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 aprel 2022-ci il tarixdə saat 09 radələrində evdən çıxıb avtomobilə əyləşən zaman avtomobildə yanacağın azaldığını görüb, yatdığı zaman onlarla birlikdə yaşayan dayısı Faiqin avtomobili idarə etdiyini başa düşmüşdür. Belə ki, əvvəllər bir dəfə Faiqdən gecə avtomobildə işləyib icarə puluna kömək etməyi xahiş etmişdir. Lakin, sonradan Faiqin narkotik istifadəçisi olduğunu bildiyi üçün bir daha avtomobili Faiqə etibar etməmişdir. Faiqdən avtyomobili sürməsi barədə soruşduqda sonuncu avtomobillə yalnız siqaret alıb gəldiyini demişdir. Lakin, avtomobildə yanacaq az olduğundan Faiqin yalan danışdığını bilmişdir. Səhəri gün məhəllədə naməlum şəxslərin qonşusu Röyalın idarə etdiyi "xxxx" MMC-yə məxsus “Toyota-Land Gruiser" markalı avtomobilin katalizator olan qazanını söküb çıxardıqlarını eşitmişdir. Sonradan hadisəni Faiq və Vüqarın törətdiyi məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2-3 ay olar ki, Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-ni 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Uzun müddətdir narkotik qəbul edir, bu səbəbdən tez-tez ağrıları olur. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur, eyni zamanda Faiqin bacısı onun arvadıdır. Faiq iki ildir arvadından ayrılıb və onların evində yaşayır. Onun Faiq və Vüqarın cinayət əməlindən məlumatı olmayıb. Həmin vaxtlar o mütəmadi olaraq narkotik vasitədən istifadə etmişdir və bu bu səbətdən öz fikirlərimi düzgün izah edə bilməmişdir. Polis tərəfindən Faiq saxlandıqdan sonra sonuncunun cinayət əməli barədə oğlu Əliəsgərin polisə məlumat veridiyini bilib özünü künahkar hesab etmişdir. Odur ki, ilkin ifadəsində bəzi məqamları düzgün qeyd etməmişdir. Əslində isə hadisə hazırda göstərdiyi kimi olmuşdur. Belə ki, 2022-ci ilin aprel ayının əvvəllərində oğlu Əlisgər taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə “Toyota- Prius" markalı avtomobil götürmüşdür. Avtomobilin qabaq qapısı bir qədər əzik olmuş, avtomobilin sahibi oğluna demişdir ki, əgər onlar qapını təmir edərlərsə icarə haqqından onlara 150 manat güzəş edilər. Odur iki, o uzun müddət tanıdığı və avtomobil təmiri sexində dəmirçi işləyən tanışı Təqsirləndirilən şəxs2 yanına gedib bu barədə söyləmişdir. Bilmişdir ki, Vüqar mütəmadi psixotrop maddə olan “şüşə” qəbul edir. Vüqar ona söyləmişdir ki, ağrıları olduğu üçün ona şüşə lazımdır, onun üçün “şüşə" tapa bilərsə gəlib düzəldər. O razılıq vermiş və Sabunçu qəsəbəsində yaşayan '‘Qara" adlı tanışına zəng edib 50 manatlıq “şüşə" istədiyini demişdir. Qara razılaşmış və o Vüqar ilə öz avtomobilində Qaranın yaşadığı yerə gedib, orada Vüqardan 50 manat alıb Qaraya verərək “şüşə” almışdır. Həmin maddəni istifadə etmək üçün oradan birbaşa onun yaşadığı evə gəlmişlər. Vüqar evdə “şüşə'-dən istifadə etmək istəyən zaman “şüşə"-nin yarasız olduöğunu görmüşdür. Vüqar əsəbiləşib ondan pulunu tələb etmişdir. O Qaraya zəng edib vəziyyəti söyləmiş, sonuncu bildirmişdir ki, səhər problemi həll edəcəkdir. Lakin sonradan Qaranın telefonuna zəng çatmamışdır. Həmin vaxtdan sonra Vüqar bir-neçə dəfə pulunu ondan tələb etmişdir. Onun maddi imkanı olmadığı üçün aralarında narazılıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o məhəllədə olan zaman eşitmişdir ki, naməlum şəxs(şəxslər) məhəlləsində yaşayan qonşusu Royalın idarə etdiyi “Toyota- Land-Gruize" markalı avtomoblinin katalizatorunu oğurlayıblar. Növbəti gün polisin Faiqi saxladığını, həmin cinayəti Faiq ilə Vüqarın birlikdə etdiyini etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə ünvan 7 ünvanda baş vermişdir. Röyal Şirəliyev xx.xx.2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi "xxxx" MMC-yə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı “Toyota-Land-Cruiser LC-300” markalı avtomobili həmin yerdə saxlayıb evinə getmiş, xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində avtomobili işə salan zaman mühərrikin yüksək səslə işlədiyini aşkar etdikdn sonra avtomobilin səsboğucusunun katalizator olan qazanının kənar şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2022-ci il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanda tanışı Təqsirləndirilən şəxs1lə birlikdə həmin yerdə dayanmış **-AA-*** dövlət qeydiyyat nişanlı “Toyota-Land-Cruiser LC-300" dövlət qeydiyyat nişanlı avtomobilin ailt hissəsindən səsboğucunun katalizator olan qazanını söküb götürdüyünü bildirmişdir. İfadə yerində yoxlanılan zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “baxış və götürmə haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 48 ünvanda yerləşən 1-ci blokun 9-cü mərtəbəsindən binanın damına qalxan dəhlizə gələrək orada karton qutunu göstərərək xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 30 ünvanda “X6” markalı avtomobilin alt hissəsindən səsboğucunun katalizator olan qazanını söküb çıxardıqdan sonra katalizatoru tanışı Təqsirləndirilən şəxs1lə çıxararaq qazanı həmin qutuda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi karton qutuda olan həmin səs boğucunun qazanı götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi “Toyota-Land-Cruiser LC-300” dövlət qeydiyyat nişanlı avtomobilin səs boğucunun qazanı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin MSSK-nə təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SİP 100216 saylı Hesab- Fakturasından görünür ki, "xxxx" şirkətinin sifarişi ilə “X6" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun quraşdırılmasının yekun məbləği 3876,85 manat olmuşdur. İşdə olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsindən verilmiş təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayon mənkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması və Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 177.2.1, 177.2.3, 67.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, “X6 LC300” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən tam sığorta olunduğu üçün dəymiş 3876.85 manat ziyan şirkət tərəfindən ödənilməklə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində olan Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə münasibətdə, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza, cinayətlərin məcmusu üzrə hazırki hökm üzrə təyin olunan cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəza çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəza çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut - “Toyota-Land-Cruiser LC-300” **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin səs boğucunun qazanı zərərçəkmiş "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkil Müdafiəçi2 ibtidai istintaqda iştirak etdiyi 50 saat məhkəmədə iştirak etdiyi cəmi 40 iş saatı, vəkil Müdafiəçi1 ibtidai istintaqda iştirak etdiyi 35 saat, məhkəmədə iştirak etdiyi cəmi 40 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 540 manat və Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 450 manat dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - “Toyota-Land-Cruiser LC-300” **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin səs boğucunun qazanı zərərçəkmiş "xxxx" MMC-yə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs1 75 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 450 manat və Təqsirləndirilən şəxs2 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 540 manat (VÖEN – ********** hesablaşma hesabı üzərindən) Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar