Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-326/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 85-də yaşamış və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə ümumi təmiz çəkisi 0,483 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,041 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 1,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 25 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kiçik ölçülü sellofan torbanın içindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,20 qram, 0,18 qram, 0,20 qram, 0,22 qram, 0,20 qram, 0,20 qram, 0,15 qram, 0,19 qram, 0,18 qram olmaqla ümumi təmiz çəkisi 1,93 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkoitik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,311 qram və 0,172 qram olmaqla ümumi təmiz çəkisi 0,483 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,902 qram və 0.139 qram olmaqla ümumi təmiz çəkisi 1,041 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd üzərində narkotik vasitə heroinə, qurudulmuş marixuana hissəciklərinə aid izlər olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hadisə baş verən gün polis əməkdaşları ona yaşadığı evin həyətində yaxınlaşmış, polis şöbəsinə təmin edilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qeyd olunan narkotik vasitələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Lakin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi ona məxsus olmamışdır. Təsir altında qaldığı üçün ibtidai istintaqda və barəsində “həbs” qətimkan tədbiri seçilməsi zamanı məhkəmə iclasında özünü təqsirli bilməsi və “həbs” qətimkan tədbirinin seçilməsinə etiraz etməməsi barədə ifadə vermişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi materiallarına əlavə edilmiş mesaj mətnləri ona məxsus olsa da, özünü AR-sı CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir, çünki narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 23-cü Polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilidir, polis leytenantıdır. 25 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİnin 23-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan vaxtı ünvan 4 ünvanın qarşısında bir nəfər şəxs - kişinin özünü şübhəli kimi aparmasına görə ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşı olmasını bildirmiş, həmin şəxsin özünü qeyri-səmimi və şübhəli aparmasına görə onu Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmiş, polis bölməsində bu barədə raport tərtib olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra onun, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, dəvət olunmuş müdafiəçi-vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən içərisində narkotik vasitəyə bənzər 2 ədəd polietilen paketləri və gödəkçəsinin sol cibindən 1 ədəd elektron tərəzini çıxardaraq könüllü təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyriqanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılmış, lakin heç bir qeyriqanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr barədə soruşduqda 2 ədəd polietilen paketlərin içərisində 10 ədəd ağ rəngli kağıza bükülmüş kütlənin narkotik vasitə marixuana, 2 ədəd şəffaf sellofana bükülmüş kütlənin «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin, 2 ədəd şəffaf sellofana bükülmüş kütlənin narkotik vasitə heroin olmasını, 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 120 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr və elektron tərəzi zərfə qoyulub qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, şahid Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/546 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №163» dairəvi möhür əksləri olan, «...şübhəli şəxs Hüseynov «imza» ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd polietilen paketdə 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,172 qram ümumi təmiz çəkisi 0,483 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,902 qram, 0,139 qram ümumi təmiz çəkisi 1,041 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/148 №-li rəydən görünür ki, üzərində «şübhəli şəxs Hüseynov imza» sözləri yazılmış zərfdə olan ümumi sayı 10(on) ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,20 qram, 0,18 qram, 0,20 qram, 0,22 qram, 0,20 qram, 0,20 qram, 0,15 qram, 0,19 qram, 0,18 qram, ümumi çəkisi 1,93 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixiananın ümumi çəkisi 1,93 qramdır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli 1018 №-li saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «SAMSUNG» markalı, «GALAXY C5» modelli və 1 (bir) ədəd «SAMSUNG» markalı, «GALAXY J2» modelli mobil telefonlara baxış keçirilmiş və baxış zamanı «SAMSUNG» markalı, «GALAXY C5» modelli mobil telefonun üzərində +**********03 «Bakcell» nömrəsinin «WatsApp» proqramında - «Samir mehle bratqa» adı ilə qeydiyyatdan keçmiş +**********95 «Bakcell» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: salam qaqa otu va? - var; oti var, baş acmağa - yox, hələki; neşe olsa qaqani yaddan çıxarma, exi bir xeber olsa di - ok, ne dejim; oti, dasi - hansından, var, jaz bratqa; ne var? Biratqa? öpürəm saxol bratqa; indi var, nese - jox, cox dilxorçuluq, pulsuzdux; görek birazdan 15 manat atacaqlar mene qaqa - inşallah; dede daş var - pul olsa düzələr; «Faiq» adı ilə qeydiyyatdan keçmiş +**********64 «Bakcell» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: - nə qədər pulun var bratqa; 5_10 m pul var; Torpaq daw var, istiyen olsa - əlimdə olan nə varsa vermişəm bratqa, sən zakaz verdə; Adresi at - fərəməz maqsudov 85, nizami rayonu; Yaxwı - bratqa jarım saata vur, tez vurma; Bratka torpaq daw var - daş jox, kola var, Daw taparuq; Yoldayam - daş var; Kimde - səndə, demədin düzüb qoşmaq olar, Yoxdu, zeng eledim yatib; Brat bu gün 4 qram kola istediler menen qismət; Daw taptun; Gel bize bratka havada soyuqdu, burdada torpaqdan dawdan weyden vereruyde, bankada qoyaram agrilarun azalar - inşallah ğratqa gələrəm; Brat yarim kola goturmey olar indi - həri bratqa; Mende sabah olacaq pul sabah goturecem ozme, ancaq indi uwaq istiyir - olar bratqa danışım alınsa sənə həll eləjim; Uwaq verir, Mene sabaha qeder verersen - ok, inşallah bratqa gələndə xəbər elə; Kera hacan geley - lboj vaxtı, hazırdı bratqa; Brat 0.5 dide he - həri qərdeş, mənə falqa gətirdə bratqa; Kera sen 2 dene yarim hazir elede nafsyaki sluci - ok; «Balaşqa» adı ilə qeydiyyatdan keçmiş +**********88 «Bakcell» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: Daw var, 1 de kola var - götürmək olar kimi mətn yazışması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı «SAMSUNG» markalı, «GALAXY C5» modelli mobil telefonun üzərində +**********03 «Bakcell» nömrəsinin «WA Business» proqramında - «Faiq» adı ilə qeydiyyatdan keçmiş +**********64 «Bakcell» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: Soruwsa kola-daw, düzeler - həri, qərdeş; «ehmedovmensim516» adı ilə qeydiyyatdan keçmiş +**********30 «Azerfon» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: 70 p, 35 k, 60 ot, Səndə 40 verdun inşalllah birazdan gedirəm; - ot nöşün 60 elədi, 5 50manat; - 1 jarımıda dedin əmi pajı; jox sənə qurban birdən əmi səhv elijər; 15 dən fikirləşdim - səhv başa düşər; - əl çatan var em40 tapletka, sonra səsli mesajda «qərdeş oğlu nə var, nə yox ? dostumnan ikimizə götürəcəyik, tabletka, necə edək 1 list»; Əmican, bu gunə söz vermirəm, gərəy pulun ataq atsınlar, Əmican - inşallah; Puların isdəyilər, yoxdu pul para, hecnə vermilər mənə, Əmi bala aramzda nəqədəredi - səhv eləmirəmsə 95manat; 95 qalbdaa səndə əmican -; «İbrahim elim» adı ilə qeydiyyatdan keçmiş, lakin mobil nömrə olmayan «**-XT-***» Avtomobil servisi yazılmış mesajlara cavabların verilməsi: Salam alkum X7 Gelib Daw isdoyiler Var -; «Elçin həci 630» adı ilə qeydiyyatdan keçmiş +**********60 «Azerfon» mobil nömrəsindən yazılmış mesajlara cavabların verilməsi: Kebley Ay kebley 4 m pulum var munu Bidene tema Verde ? - ok; Wakonun 6m si var gəlsə zirana bilər biznen? - həri nöşün olmur olar; 3m pulum var ldene tema verə bilərsən mene? - kimi mətn yazışması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və şairənin olması, həmçinin könüllü təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən içərisində narkotik vasitələr olan 2 ədəd polietilen paketləri və gödəkçəsinin sol cibindən 1 ədəd elektron tərəzini könüllü təqdim etməsi, təqdim etdiyi 2 ədəd polietilen paketlərin içərisində 10 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə marixuana, 2 ədəd şəffaf sellofana bükülmüş «şüşə» adı ilə tanınan metamfetamin və 2 ədəd şəffaf sellofana bükülmüş heroin olmasını, 25 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 120 manata almasım bildirmiş, sonra həmin bükülülər zərfə qoyularaq, qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi, iş materiallarına əlavə edilmiş mesaj mətnləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və 2 ədəd mobil telefon cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs ilə bağlı aparılmış ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc – 137 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 2 ədəd bükümdə ümumi qalıq çəkisi 0,383 qram heroin, 2 ədəd bükümdə qalıq çəkisi 0,941 qram metamfetamin, 10 ədəd bükümdə ümumi qalıq çəkisi 1,93 qram qurudulmuş marixuana və maddi sübut kimi tanınmış 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD-R” disk və 02 ədəd mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-326/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-326/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver