Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-327/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ərzaq mağazasının dəmir jalüzünü və giriş qapısını əli ilə mexaniki təsir göstərərək açıb mağazaya qanunsuz daxil olaraq orada saxlanc yeri hesab olunan kassadan 540 manat nağd pul vəsaitini və oradakı vitrindən 30 qutu hər birinin dəyəri 3.80 manat olan “Kent 4 nazik qara” markalı, 20 qutu hər birinin dəyəri 3.80 manat olan “Kent 8 qalın" markalı, 30 qutu hər biri 4 manat olan “Sobrania” markalı, 62 qutu hər birinin dəyəri 3.50 manat olan “Vinston" markalı, 25 qutu hər birinin dəyəri 3.10 manat olan “LD nazik” markalı, 36 qutu hər birinin dəyəri 2.90 manat olan “LD kompakt” markalı, 40 qutu hər birinin dəyəri 3.70 manat olan “Davidov nazik” markalı, 45 qutu hər birinin dəyəri 3.90 manat olan “Sobrania kompakt ballı” markalı, 20 qutu hər birinin dəyəri 3.70 manat olan “Kent kompakt” markalı, 10 qutu hər birinin dəyəri 2.90 manat olan “Davidov kompakt” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Magna” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Viceroy” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Prima sarı-göy” markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Rotmans” markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Palmalİ" markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Vincestr” markalı, 20 qutu hər birinin dəyəri 2.40 manat olan “Vest qalın” markalı, 45 qutu hər birinin dəyəri 3.70 manat olan “Davidov ağ uzun” markalı, 34 qutu hər birinin dəyəri 4 manat olan "Sobrania ağ qalın" markalı, 30 qutu hər birinin dəyəri 4 manat olan “Sobrania ağ nazik" markalı, 30 qutu nər birinin dəyəri 4 manat olan “Sobrania göy nazik" markalı, 20 qutu hər biri 3.70 manat olan “Kent 1 nazik” markalı, 20 qutu hər birinin dəyəri 3.70 manat olan “Kent mentol” markalı, 20 qutu hər birinin dəyəri 3.50 manat olan “Vinston nazik” markalı, 10 qutu hər birinin dəyəri 3.50 manat olan "Vinston mentol” markalı, ümumilikdə dəyəri 2299 manat 90 qəpik təşkil edən siqaretləri gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2839 manat 90 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 aprel 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanda vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “Chevrolet Cruze” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini yerdən götürdüyü daş ilə vurub sındıraraq avtomobilin salonunda olan, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus olan 150 manat dəyərində 01 ədəd videoqeydiyyat cihazını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində ünvan 4 ünvanda vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “Lada Niva" markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsini üzərində olan vintaçanla çıxararaq avtomobilə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus olan 600 manat dəyərində 01 ədəd “Fossil" markalı qol saatı, 1300 manat dəyərində 01 ədəd qızıl qolbağ, 450 manat dəyərində 02 ədəd kişi ətirləri, 01 ədəd 10 manat dəyərində qara rəngli pul qabı və 01 ədəd 10 manat dəyərində “AccessBank" tərəfindən verilmiş Zərərçəkmiş şəxs2 məxsus içərisində heç bir məbləğdə pul olmayan bank kartını gizli olaraq talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 2370 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 ünvanda vətəndaş Zərərçəkmiş şəxs4 məxsus "Mercedes-Benz C class” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini yerdən götürdüyü daş ilə vurub sındıraraq avtomobildən Zərərçəkmiş şəxs4 məxsus olan 350 manat dəyərində 01 ədəd videoqeydiyyat cihazını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün psixotrop maddə və narkotik vasitə almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 23 yanvar 2022-ci il tarixdə gecə saat 03:00 radələrində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən marketin dəmir jalüzünü güc tətbiq etməklə açmış, daha sonra yaşadığı mənzildən çıxarkən üzərində götürdüyü vintaçanla mağazanın plastmas qapısının kilidini açıb içəri daxil olmuşdur. Mağazada olan kassa aparatını açıb orada olan 400-500 manat məbləğində nağd pulu götürmüş, sonra mağazada olan müxtəlif markalı siqaretləri boş qutuya yığaraq götürüb mağazadan çıxmışıdır. Mağazadan əldə etdiyi nəğd pulları şəxsi ehtiyaclarına xərcləmiş, siqaretləri isə Nizami rayonu ərazisində «Nazlı» şadlıq evinin yaxınlığında, üzdən tanıdığı şəxsə verib əvəzində narkotik vasitə alıb qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində binanın həyətində qara rəngli “Chevrolet Cruze" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən yan şüşəsini daş parçası ilə sındırmış və avtomobilin salonunda quraşdırılmış 01 ədəd videoregistratoru götürmüşdür. Oğurladığı 01 ədəd videoregistratoru xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, «8-ci kilometr» bazarında üzdən tanıdığı şəxsə verib əvəzində narkotik vasitə alaraq qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Nizami rayonu ərazisində vintaçanla göy rəngli “Niva" markalı avtomobilin şüşəsini çıxarıb avtomobilin salonuna daxil olmuş və oradan 1 ədəd saat, 1 ədəd qızıl qolbağı və 2 ədəd ətiri götürmüşdür. Əldə etdiyi əşyaları səhəri gün tanımadığı şəxslə narkotik vasitəyə dəyişib narkotik vasitəni istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 02:00 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qara rəngli “Mercedes C klass” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən yan şüşəsini daş parçası ilə sındırmış və avtomobilin salonunda quraşdırılmış videoregistratoru oğurlamışdır. Əldə etdiyi videoregistratoru xx.xx.2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Nizami rayonu ərazisində tanımadığı şəxslə narkotik vasitəyə dəyişib narkotik vasitəni istifadə etmişdir. Etdiyi oğurluq əməllərini tək törətmiş və törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı ünvan 6 ünvana gələrək avtomobili yaxınlıqda saxlayıb yaşadığı evə getmişdir. Səhər saat 10 radələrində yaşadığı evdən çıxıb bazara gedən zaman binanın qarşısında saxladığı “Şhevrolet Cruz" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı maşının qabaq sol yan şüşəsinin sındırıldığını, avtomobilin içərisindən video qeydiyyat cihazının oğurlandığını aşkar etmişdir. Dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Avtomobildən oğurlanmış video qeydiyyat cihazına görə 150 manat, avtomobilin şüşəsinin sındırılmasına görə 150 manat məbləğində, ümumilikdə isə ona 300 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi 35 ünvana gəlmiş və “Mercedes-Benz” C-Klass markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili binanın qarşısında həmişə saxladığı, maşınların saxlanması üçün nəzərdə tutulmuş yerdə saxlayaraq evə getmişdir. Saat təxminən 02:15 radələrində oyaq olduğundan binanın qarşısında şüşə qırılması səsi eşitmiş, dərhal pəcərədən binanın həyətinə baxmış və avtomobilinin qabaq sol yan şüşəsinin sındırıldığını görmüşdür. Binanın qarşısına düşüb avtomobilə yaxınlaşmış və avtomobilin qabaq sol yan şüşəsinin sındırıldığını görüb dərhal DİN-102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və avtomobilə baxış keçirmişdir. Baxış zamanı avtomobildən 350 manat dəyərində videoregistratorun oğurlandığını aşkar etmişdir. Avtomobilin şüşəsini dəyişməyə 180 manat xərc çəkdiyindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 530 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində “Niva" markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Nizami rayonu, K.Balakişiyev küçəsi 39 ünvanda binanın qarşısında saxlamışdır. 16 aprel 2022-ci il tarixdə saat 13:00 radələrində işə getmək məqsədilə binanın həyətində saxladığı avtomobilə yaxınlaşan zaman avtomobilin sol arxa şüşəsinin yerindən çıxarılmış vəziyyətdə olduğunu və avtomobilin içərisində olan əşyaların qarışıq vəziyyətdə olduğunu aşkar etmişdir. Dərhal bu barədə polisə məlumat vermiş və avtomobildən 1 ədəd qəhvəyi rəngli “Fossil” markalı 600 manat dəyərində saatın, 1 ədəd 1300 manat dəyərində qızıl qolbağın, 2 ədəd 450 manat dəyərində 02 ədəd kişi ətirlərinin, 01 ədəd 10 manat dəyərində qara rəngli pul qabının və 01 ədəd 10 manat dəyərində “AccessBank” tərəfindən verilmiş ona məxsus içərisində heç bir məbləğdə pul olmayan bank kartının oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2370 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Nizami rayonu, A.Manafov küçəsi 16A ünvanın birinci mərtəbəsində yerləşən təxminən 25 kv.m sahəsi olan dükanı təxminən bir il yarım müddətdir aylıq 200 manata Şahnəzər adlı şəxsdən icarəyə götürərək orada 24 saat adı altında ərzaq mağazası işlətmişdir. Hər gün səhər saat 08 radələrində dükanı açaraq işə başlaymış və saat 24:00-da isə dükanı bağlamışdır. 22 yanvar 2022-ci il tarixdə saat 24 radələrində dükanı bağlayaraq yaşadığı evə getmişdir. 23 yanvar 2022-ci il tarixdə səhər saat 07:03 radələrində mağazaya çörək gətirən Güloğlan adlı şəxs mobil telefon vasitəsi ilə ona zəng edərək dükanın “jalyuzunun" yarıya qədər açıq olduğunu və işə gəlib gəlmədiyini soruşmuşdur. Sonuncuya yuxudan yeni oyandığını və işə gəlmədiyini demişdir. Güloğlan çörəyi yaxın bir yerə qoub gedəcəyini demişdir. Dərhal dükana gəlmiş və dükanın giriş qapısına vurulmuş dəmir jalüzün yarıya qədər açıq olduğunu, dükana daxil olan zaman kassa aparatının açılaraq içərisindən 540 manat pulun və müxtəlif növ siqaretlərin oğurlandığını müəyyən etmişdir. DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və polis əməkdaşları gəlmişdir. Baş vermiş oğurluq cinayət hadisəsi zamanı kassadan 540 manat pul vəsaiti və 30 qutu hər birinin dəyəri 3.80 manat olan “Kent 4 nazik qara” markalı, 20 qutu hər birinin dəyəri 3.80 manat olan “Kent 8 qalın” markalı, 30 qutu hər biri 4 manat olan “Sobrania” markalı, 62 qutu hər birinin dəyəri 3.50 manat olan “Vinston” markalı, 25 qutu hər birinin dəyəri 3.10 manat olan “LD nazik” markalı, 36 qutu hər birinin dəyəri 2.90 manat olan “LD kompakt” markalı, 40 qutu hər birinin dəyəri 3.70 manat olan “Davidov nazik" markalı, 45 qutu hər birinin dəyəri 3.90 manat olan “Sobrania kompakt ballı” markalı, 20 qutu hər birinin dəyəri 3.70 manat olan “Kent kompakt" markalı, 10 qutu hər birinin dəyəri 2.90 manat olan "Davidov kompakt” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Magna” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Viceroy” markalı, 20 qutu hər birinin dəyəri 2.10 manat olan “Prima sarı-göy” markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Rotmans" markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Palmaİİ” markalı, 25 qutu hər birinin dəyəri 2.60 manat olan “Vncestr” markalı, 20 qutu hər birinin dəyəri 2.40 manat olan “Vest qalın” markalı, 45 qutu hər birinin dəyəri 3.70 manat olan “Davidov ağ uzun" markalı, 34 qutu hər birinin dəyəri 4 manat olan “Sobrania ağ qalın" markalı, 30 qutu hər birinin dəyəri 4 manat olan “Sobrania ağ nazik" markalı, 30 qutu hər birinin dəyəri 4 manat olan “Sobrania göy nazik” markalı, 20 qutu hər biri 3.70 manat olan “Kent 1 nazik" markalı, 20 qutu hər birinin dəyəri 3.70 manat olan “Kent mentol” markalı, 20 qutu hər birinin dəyəri 3.50 manat olan “Vinston nazik" markalı, 10 qutu hər birinin dəyəri 3.50 manat olan “Vinston mentol" markalı, ümumilikdə isə dəyəri 2299 manat 90 qəpik təşkil edən siqaretləri oğurlanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə “Vaz 2106” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 7 ünvanda saxlayaraq qapıları bağlayıb evə getmişdir. 17 aprel 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində avtomobilə əyləşərkən avtomobildə olan “Pioneer” markalı dəyəri 100 manat olan maqnitafonun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 100 manat dəyərində maddi ziyan dəymişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 61 ünvandakı yeri göstərərək 15 aprel 2022-ci il tarixdə saat 03:30 radələrində həmin yerdə “Chevrolet Cuze” markalı **- TY-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındıraraq oradan 01 ədəd videoqeydiyyat cihazını oğurladığını, ünvan 4 ünvandakı yeri göstərərək 16 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində həmin yerdə “Lada Niva” markalı **-DG-*** dövlət nömrə nişanlı avtomaşının arxa sol yan şüşəsini çıxardaraq oradan 01 ədəd “Fossil" markalı qol saatı, 01 ədəd qızıl qolbağ, 02 ədəd kişi ətirini oğurladığını, ünvan 5 ünvandakı yeri göstərərək 17 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində həmin yerdə “Mercedes- Benz" markalı **-CD-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sol yan şüşəsini sındıraraq oradan 01 ədəd videoqeydiyyat cihazını oğurladığını, ünvan 9 ünvandakı yeri göstərərək 17 aprel 2022-ci il tarixdə saat 03:30 radələrində həmin yerdə “Vaz 2106" markalı **-HN-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ qapısını açaraq oradan 01 ədəd “Pioneer" markalı maqnitafonu oğurladığını bildirərək istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir, İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı, ünvan 2 ünvanı hadisə yeri kimi göstərərək 23 yanvar 2022-ci il tarixdə gecə saat 03:00 radələrində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında mağazanın dəmir jalüzünə güc tətbiq edərək açmağa nail olduğunu, yaşadığı mənzildən çıxarkən üzərində götürdüyü vintaçanla mağazanın plastmas qapısının kilidini açıb mağazaya daxil olduğunu, mağazada olan kassa aparatını açıb orada olan, dəqiq məbləğini bilmədiyi 400- 500 manat nağd pulu və mağazada olan müxtəlif markalı siqaretləri boş qutuya yığaraq götürüb mağazanı tərk etdiyi barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İşdə olan 21 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 aprel 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 ünvanda quraşdırılmış nəzarətmüşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı görüntülərdə arıq bədən quruluşlu əynində açıq boz rəngli kapüşonlu gödəkçə və qara şalvar olan, xarici görünüşünə və bədən quruluşuna görə Təqsirləndirilən şəxs bənzər şəxs saat 02:26:47-də yerdən götürdüyü daşı vətəndaş Zərərçəkmiş şəxs4 məxsus “Mercedes-Benz C class" markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsinə ataraq sındırır, saat 02:26:49-da avtomobilin sındırılmış pəncərəsindən uzanaraq avtomobilin içərisindən hansısa əşyanı götürür, saat 02:26:50-də qaçaraq hadisə yerindən uzaqlaşır. İşdə olan 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, 17 aprel 2022-ci il tarixdə ünvan 5 ünvanda quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 30 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən az ağır cinayət əməli törətdiyindən onun əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut – 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-327/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-327/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver