Məhkəmə qərarları › İş №1(007)-327/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-327/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-327/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsində işləmiş, hazırda fərdi qaydada işləyən, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, ev 6A-da qeydiyyatda olmaqla yaşayan, 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını talayıb xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs 15 oktyabr 2018-ci il tarixli **********9-2018 nömrəli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilib, həmçinin MMC-nin 06 mart 2019-cu il tarixli **********-2019 nömrəli əmri ilə sürücüekspeditor vəzifəsindən satış təmsilçisi vəzifəsinə keçirilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli əmək müqavilələri, 15 oktyabr 2018-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilə və satış təmsilçisinin vəzifə təlimatına əsasən müəssisənin anbarından satılması nəzərdə tutulan bütün malları və məhsulları qəbul etdikdən sonra, onların dəyərlərinin müəssisənin xəzinəsinə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün qaimələrlə 650.851 manat 08 qəpik məbləğində, digər satış təmsilçilərindən isə 18.908 manat 61 qəpik məbləğində ərzaq və qeyri-ərzaq mallarını öz öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 564.244 manat 74 qəpik məbləğində pul vəsaitindən 515.596 manat 89 qəpik məbləğində pul vəsaitini MMC-nin kassasına, 48.647 manat 85 qəpik məbləğində pul vəsaitini isə MMC-nin bank hesabına ödəmiş, 31.553 manat 85 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan malları MMC-nin anbarına qaytarmış, 17.352 manat 41 qəpik məbləğində pul vəsaiti ticarət güzəşti hesabına öhdəsindən azaldılmış, 34.853 manat 47 qəpik məbləğində malı digər satış təmsilçilərinə təhvil vermiş, 1789 manat 72 qəpik məbləğində pul vəsaitini kassaya nağd qaydada ödəniş etmiş, öhdəsində olan malların satışından əldə edilərək ona etibar edilmiş özgə əmlakı olan 19.965 manat 50 qəpik məbləğində pul vəsaitini isə mənimsəmə yolu ilə talayıb Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə sürücü-ekspeditor vəzifəsinə təyin olunmuşdur. Onunla rəsmi qaydada əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, satış təmsilçisinin vəzifə təlimatı ilə tanış olub təlimatda göstərilənləri yerinə yetirməyi öhdəsinə qəbul etməsi barədə təlimata imza etmişdir. MMC-də bir müddət vəzifəsi sürücüekspeditor olsa da, faktiki olaraq satış təmsilçisinin vəzifələrini həyata keçirmiş, buna görə də öz ərizəsi əsasında 06 mart 2019-cu il tarixdən satış təmsilçisi vəzifəsinə keçirilmiş, bununla əlaqədar da onunla MMC arasında olan əmək müqaviləsinə dəyişiklik edilmişdir. MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi ərzaq və qeyri-ərzaq məhsullarının (saqqız, kofe, şampun, sabun, şokolad, yuyucu vasitələr və s.) ölkə ərazisində satışını həyata keçirmək olmuşdur. Satış təmsilçisi kimi onun vəzifəsi isə özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər MMC-nin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra həmin ticarət obyektlərinə gedib satılmış məhsulların pullarını toplayaraq gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. Satış təmsilçisi kimi işlədiyi dövr ərzində o, əvvəlcə ona təhkim olunmuş ərazi üzrə ticarət obyektlərinə getmiş, orada çatışmayan ərzaq və qeyri ərzaq məhsullarını müəyyən etmiş, daha sonra sifarişi post terminal vasitəsilə Zərərçəkmiş şəxs MMC-nin anbarına vermişdir. Bundan sonra həmin məhsulları adlarını unutduğu sürücülər anbarda tərtib olunmuş qaimələr əsasında ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışlar. Ticarət obyektlərinə məhsulları təhvil verərkən onun tərəfindən hər hansı qeydiyyat aparılmamışdır. Məhsulları təhvil verdikdən sonra satış pullarını mağazalardan toplayaraq aparıb MMC-nin xəzinəsinə təhvil vermişdir. MMC-də keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, satış təmsilçisi vəzifəsində işlədiyi 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində verdiyi sifarişlər əsasında öz dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün MMC-nin anbarından post terminal vasitəsilə 650.851 manat 08 qəpik məbləğində məhsulu, digər satış təmsilçilərindən isə 18.908 manat 61 qəpik məbləğində məhsulu təhvil alıb öhdəsinə qəbul etmiş, 31.553 manat 85 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına qaytarmış, MMC-nin kassasına 515.596 manat 89 qəpik məbləğində satış pulu ödəmiş, audit olunan dövrdə isə öhdəsində olan çatışmazlıqdan 1789 manat 72 qəpik məbləğində satış pulunu nağd şəkildə kassaya ödəniş etmiş, bank hesabına isə 48.647 manat 85 qəpik məbləğində pul vəsaiti ödəmiş, ticarət güzəşti hesabına öhdəsindən 17.352 manat 41 qəpik məbləğində pul azaldılmış, 34.853 manat 47 qəpik məbləğində məhsulu digər satış təmsilçilərinə təhvil vermiş, nəticədə öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Öhdəsində olan məhsulların satışından topladığı ümumilikdə 19.965 manat 50 qəpik məbləğində satış pullarını o, hissə-hissə özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Lakin MMC-yə vurduğu ziyanı tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin anbarından mal götürməsini təsdiq edən sənədlərdə, qaimə fakturalarda, həmçinin MMC ilə arasında bağlanmış əmək müqaviləsində, tam fərdi maddi məsuliyyət haqqında müqavilədə, öhdəsində olan çatışmazlığı bildirməsi barədə MMC-nin rəhbərliyinə verdiyi izahatlarda adının qarşısında olan imzalar onun tərəfindən icra edilmişdir. Malları Zərərçəkmiş şəxs MMC-nin anbarından qəbul etmişdir. Həmin malları post terminal vasitəsilə sifariş etmiş, daha sonra anbardan götürüb ticarət obyektlərinə çatdırmışdır. Sadəcə həmin malları qəbul edərkən bəzi hallarda tələskən davranıb imza atmağı unutmasına görə bəzi qaimə faktularda imzası olmaya bilər. Lakin o, öhdəsində olan ümumilikdə 19.965 manat 50 qəpik məbləğində çatışmazlığı inkar etmir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi ərzaq və qeyri-ərzaq məhsullarının (saqqız, kofe, şampun, sabun, şokolad, yuyucu vasitələr və s.) ölkə ərazisində satışını həyata keçirməkdir. Məhsullar maddi məsul şəxs olan satış təmsilçisi tərəfindən MMC-dən sifariş verilir, daha sonra MMC-nin anbarından həmin sürücülər tərəfindən satış təmsilçisinin qeyd etdiyi ticarət obyektlərinə çatdırılır. Satış təmsilçisisinin vəzifəsi həm özü tapdığı, həm də MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona verilmiş post terminal vasitəsilə MMC-nin anbarına yönəltmək, sifarişlər MMC-nin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərinə gedib, satılmış məhsulların pullarını toplayaraq gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. MMC-də satış təmsilçisi vəzifəsində işləyən işçilərlə sürücü-ekspeditor vəzifəsində işləyən işçilər eyni vəzifələri yerinə yetirir, eyni öhdəlikləri daşıyırlar. 2021-ci ilin sonlarında MMC-də 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs etdiyi satışdan xeyli kəsrin olmasından şübhələnilmişdir. MMC-nin daxilində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs MMCnin anbarından verdiyi sifariş əsasında ticarət obyektlərinə təhvil verilmiş malların satışından onun tərəfindən götürülmüş pul vəsaitlərinin ticarət obyektlərindən toplamasını, lakin MMC-nin kassasına mədaxil etməməsini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin 15 oktyabr 2018-ci il tarixli əmri ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək müqaviləsi və tam fərdi maddiməsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs 06 mart 2019-cu il tarixdən satış təmsilçisi vəzifəsinə keçirilmiş, bununla əlaqədar da onunla MMC arasında olan əmək müqaviləsinə dəyişiklik edilmişdir. Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-də həm sürücü-ekspeditor, həm də satış təmsilçisi vəzifələrini icra edərkən onunla rəsmi qaydada bağlanmış əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələrə əsasən MMC-nin anbarından götürdüyü mallar öhdəsinə verilmiş, Təqsirləndirilən şəxs həmin malların satışından əldə etdiyi pul vəsaitlərini MMC-nin xəzinəsinə və ya bank hesabına ödəmək öhdəliyi daşımışdır. Həmin müqavilələrə əsasən Təqsirləndirilən şəxs ticarət obyektlərinə sonuncunun sifarişi əsasında çatdırılmış maddi qiymətli əmlakın satışından əldə etdiyi pul vəsaitlərini təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə də malik olmuşdur. Sərbəst auditor tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış müqaviləyə əsasən 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs ilə qarşılıqlı hesablaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə audit aktı tərtib edilmişdir. Belə ki, aparılmış audit zamanı 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün öhdəsinə 650.851 manat 08 qəpik məbləğində, digər satış təmsilçələrindən isə 18.908 manat 61 qəpik məbləğində malı qəbul etməsi, 31.553 manat 85 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına geri qaytarması, işlədiyi dövrdə MMC-nin kassasına satışdan əldə etdiyi 515.596 manat 89 qəpik məbləğində, bank hesabına isə 48.647 manat 85 qəpik məbləğində pul vəsaiti ödəməsi, audit olunan dövrdə öhdəsində olan çatışmazlıqdan 1789 manat 72 qəpik məbləğində satış pulunu nağd şəkildə xəzinəyə ödəməsi, 34.853 manat 47 qəpik məbləğində məhsulu isə digər satış təmsilçilərinə təhvil verməsi müəyyən edilmiş, ticarət güzəşti hesabına öhdəsindən 17.352 manat 41 qəpik məbləğində pul azaldıldıqdan sonra nəticədə öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Satış təmsilçiləri elektron qaydada pos-terminal vasitəsi ilə MMC-yə malları sifariş verdikdən sonra MMC-də satış təmsilçisinin adına qaimələr tərtib edilmiş və satış təmsilçisinin sifarişi əsasında həmin mallar anbardan MMC-nin adlarını xatırlamadığı sürücülərinə təhvil verilmişdir, sürücülər isə həmin məhsulları satış təmsilçilərinin qeyd etdikləri ticarət obyektlərinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında hazırlanmış məhsulları sürücülər ticarət obyektlərinə aparıb çatdırmışlar. Təqsirləndirilən şəxs isə məhsullar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Lakin satış pulunu tam ödəmədiyinə görə öhdəsində həmin 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Həmin məbləğdə pul vəsaiti ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə ödənilmişdir, zərərçəkmiş hüquqi şəxs olaraq Zərərçəkmiş şəxs MMC-nin həmin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, bu barədə sənədləri təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mühasib vəzifəsində işlədiyi Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti xarici ölkələrdən gətirdiyi ərzaq və qeyri-ərzaq məhsullarının (saqqız, kofe, şampun, sabun, şokolad, yuyucu vasitələr və s.) ölkə ərazisində satışını həyata keçirməkdir. Məhsullar maddi məsul şəxs olan satış təmsilçisi tərəfindən MMC-dən sifariş verilir, daha sonra MMC-nin anbarından həmin sürücülər tərəfindən satış təmsilçisinin qeyd etdiyi ticarət obyektlərinə çatdırılır. Satış təmsilçisisinin vəzifəsi həm özü tapdığı, həm də MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinin sifarişini ona verilmiş post terminal vasitəsilə MMCnin anbarına yönəltmək, sifarişlər MMC-nin sürücüləri tərəfindən ticarət obyektlərinə çatdırıldıqdan sonra isə həmin ticarət obyektlərinə gedib, satılmış məhsulların pullarını toplayaraq gətirib MMC-nin xəzinəsinə ödəmək olmuşdur. MMC-də satış təmsilçisi vəzifəsində işləyən işçilərlə sürücü-ekspeditor vəzifəsində işləyən işçilər eyni vəzifələri yerinə yetirir, eyni öhdəlikləri daşıyırlar. 2021-ci ilin sonlarında MMC-də 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs etdiyi satışdan xeyli kəsrin olmasından şübhələnilmişdir. MMC-nin daxilində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs MMC-nin anbarından verdiyi sifariş əsasında ticarət obyektlərinə təhvil verilmiş malların satışından onun tərəfindən götürülmüş pul vəsaitlərinin ticarət obyektlərindən toplamasını, lakin MMC-nin kassasına mədaxil etməməsini müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMCnin 15 oktyabr 2018-ci il tarixli əmri ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək müqaviləsi və tam fərdi maddi-məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs 06 mart 2019-cu il tarixdən satış təmsilçisi vəzifəsinə keçirilmiş, bununla əlaqədar da onunla MMC arasında olan əmək müqaviləsinə dəyişiklik edilmişdir. Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-də həm sürücü-ekspeditor, həm də satış təmsilçisi vəzifələrini icra edərkən onunla rəsmi qaydada bağlanmış əmək və tam fərdi maddi məsuliyyət haqqında müqavilələrə əsasən MMC-nin anbarından götürdüyü mallar öhdəsinə verilmiş, Təqsirləndirilən şəxs həmin malların satışından əldə etdiyi pul vəsaitlərini MMC-nin xəzinəsinə və ya bank hesabına ödəmək öhdəliyi daşımışdır. Həmin müqavilələrə əsasən Təqsirləndirilən şəxs ticarət obyektlərinə sonuncunun sifarişi əsasında çatdırılmış maddi qiymətli əmlakın satışından əldə etdiyi pul vəsaitlərini təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə də malik olmuşdur. Sərbəst auditor tərəfindən Zərərçəkmiş şəxs MMC ilə bağlanmış müqaviləyə əsasən 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs ilə qarşılıqlı hesablaşmaların auditi keçirilmiş və audit zamanı Təqsirləndirilən şəxs öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə audit aktı tərtib edilmişdir. Belə ki, aparılmış audit zamanı 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında Təqsirləndirilən şəxs dislokasiyasına daxil olan satış nöqtələri üzrə satmaq üçün öhdəsinə 650.851 manat 08 qəpik məbləğində, digər satış təmsilçələrindən isə 18.908 manat 61 qəpik məbləğində malı qəbul etməsi, 31.553 manat 85 qəpik məbləğində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına geri qaytarması, işlədiyi dövrdə MMC-nin kassasına satışdan əldə etdiyi 515.596 manat 89 qəpik məbləğində, bank hesabına isə 48.647 manat 85 qəpik məbləğində pul vəsaiti ödəməsi, audit olunan dövrdə öhdəsində olan çatışmazlıqdan 1789 manat 72 qəpik məbləğində satış pulunu nağd şəkildə xəzinəyə ödəməsi, 34.853 manat 47 qəpik məbləğində məhsulu isə digər satış təmsilçilərinə təhvil verməsi müəyyən edilmiş, ticarət güzəşti hesabına öhdəsindən 17.352 manat 41 qəpik məbləğində pul azaldıldıqdan sonra nəticədə öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Satış təmsilçiləri elektron qaydada posterminal vasitəsi ilə MMC-yə malları sifariş verdikdən sonra MMC-də satış təmsilçisinin adına qaimələr tərtib edilmiş və satış təmsilçisinin sifarişi əsasında həmin mallar anbardan MMC-nin adlarını xatırlamadığı sürücülərinə təhvil verilmişdir, sürücülər isə həmin məhsulları satış təmsilçilərinin qeyd etdikləri ticarət obyektlərinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində vermiş olduğu sifarişlər əsasında hazırlanmış məhsulları sürücülər ticarət obyektlərinə aparıb çatdırmışlar. Təqsirləndirilən şəxs isə məhsullar satıldıqca satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmişdir. Lakin satış pulunu tam ödəmədiyinə görə öhdəsində həmin 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Məhsulların ticarət obyektlərinə çatdırılması, məhsulun keyfiyyəti, miqdarı barədə heç vaxt MMC-yə Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti daxil olmamışdır. Təqsirləndirilən şəxs öhdəsində olan çatışmazlıq ilk öncə MMC-nin daxilində aparılmış audit yoxlamaları zamanı, daha sonra özünün etirafı nəticəsində müəyyən edilmiş, bundan sonra sərbəst auditorun apardığı audit yoxlaması zamanı onun öhdəsində çatışmazlığın olması faktı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öhdəsində çatışmazlığın yaranmasına səbəb onun ticarət obyektlərindən topladığı satış pullarını MMC-nin xəzinəsinə tam ödəməməsi olmuşdur, belə ki, Təqsirləndirilən şəxs MMC-nin anbarından onun sifarişi əsasında ticarət obyektlərinə göndərilmiş məhsulların müqabilində ödənilmiş pul vəsaitlərini qəbul etmiş və ona etibar edilmiş həmin pul vəsaitlərininin bir qismini MMC-nin kassasına ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə, xeyli miqdarda özgə əmlakının mənimsənilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) -Zərərçəkmiş şəxs MMC üzrə 15 oktyabr 2018-ci il tarixli əmək və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs müəssisənin anbarından satılması nəzərdə tutulan malları və məhsulları qəbul etdikdən sonra, onların dəyərlərini müəssisənin xəzinəsinə ödəməyi maddi məsul şəxs kimi öhdəsinə götürmüşdür. (İ cild i.v. 10-19, 22-23) -Zərərçəkmiş şəxs MMC üzrə 06 mart 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və MMC arasında, həmin şəxsin sürücüekspeditor vəzifəsindən satış təmsilçisi vəzifəsinə keçirilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. (İ cild i.v. 15-19) -Zərərçəkmiş şəxs MMC üzrə 06 mart 2019-cu il tarixli **********-2019 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sürücü-ekspeditor vəzifəsindən satış təmsilçisi vəzifəsinə keçirilmişdir. (İ cild i.v. 26) -Zərərçəkmiş şəxs MMC üzrə 11 iyun 2021-ci il tarixli **********-2021 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. (İ cild i.v. 27) -Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək malpul dövriyyəsi barədə Audit prosedurlarının aparılmasına dair 27 sentyabr 2022-ci il tarixli aktdan və həmin tarixli rəydən görünür ki, sərbəst auditor tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs öhdəsində 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar edilmişdir. (İ cild i.v. 43-47) -Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs tərəfindən 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021 -ci il tarixədək olan dövr ərzində qəbul etdiyi malların hərəkət cədvəlindən və cədvələ əlavə olunmuş qaimələrdən görünür ki, həmin şəxs verdiyi sifarişlər əsasında MMC-nin anbarından 650.851 manat 08 qəpik dəyərində, digər satış təmsilçilərindən isə 18.908 manat 61 qəpik dəyərində, ümumilikdə isə 669.759 manat 69 qəpik dəyərində məhsulları satış üçün öhdəsinə qəbul etmişdir. (İ cild i.v. 48- 116) -Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək xəzinəyə mədaxilinin hərəkət cədvəlindən və əlavə olunmuş kassa mədaxil orderlərindən görünür ki, Təqsirləndirilən şəxs qəbul etdiyi malların satışından əldə etdiyi 515.596 manat 89 qəpik məbləğində pul vəsaitini nağd qaydada müəssisənin kassasına ödəmiş, 34.853 manat 47 qəpik məbləğində malı digər satış təmsilçilərinə təhvil vermiş, 1789 manat 72 qəpik məbləğində nağd pul vəsaitini kassaya mədaxil etmiş, 17.352 manat 41 qəpik məbləğində pul vəsaiti isə ticarət güzəşti hesabına öhdəsindən azaldılmışdır. (İ cild i.v. 117-193) -Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək müəssisənin bank hesabına mədaxilinin hərəkət cədvəlindən görünür ki, o, qəbul etdiyi malların satışından əldə etdiyi 48.647 manat 85 qəpik məbləğində pul vəsaitini müəssisənin bank hesabına ödəniş etmişdir. (İ cild i.v. 194- 195) -Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək müəssisəyə geri qaytardığı malların hərəkət cədvəlindən görünür ki, o, vaxtı keçmiş və yararsız halda olan 31.553 manat 85 qəpik dəyərində malları müəssisənin anbarına geri qaytarmışdır. (İ cild i.v. 196-201) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 07 mart 2023-cü il tarixli 9/1504-4/348 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 19.965 manat 50 qəpik məbləğində satış pulundan çatışmazlıq müəyyən edilmişdir. Ekspertizaya təqdim edilmiş, iş materiallarının İ cildinin 8-ci səhifəsində ərizənin aşağısında “İmza” sözünün qarşısında, 9-cu səhifəsində ərizənin aşağısında “İmza” sözünün qarşısında, 13-cü səhifəsində 15 oktyabr 2018-ci il tarixli, 00000/2018 nömrəli əmək müqaviləsində “İşçi” qrafasının, 14-cü səhifəsində “İmzası” sözünün qarşısında, 15-19-cu səhifələrində 06 mart 2019-cu il tarixli 00000/2019 nömrəli əmək müqaviləsinin hər səhifəsinin aşağısında, həmçinin 18-ci səhifəsində “İşçi” qrafasının qarşısında, 19-cu səhifəsində isə “İmzası” sözünün qarşısında, 21-ci səhifəsində satış təmsilçisinin vəzifə təlimatında “Təqsirləndirilən şəxs” sözünün qarşısında, 22-ci səhifəsində 15 oktyabr 2018-ci il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilənin aşağısında “Təqsirləndirilən şəxs” sözünün qarşısında, 15 oktyabr 2018-ci il tarixli “Təqsirləndirilən şəxs o.” sözünün qarşısında, 23-cü səhifəsində tam fərdi maddi məsuliyyət haqqında əlavə müqavilənin aşağısında “Təqsirləndirilən şəxs o.” sözünün qarşısında, 28-ci səhifəsində izahatın aşağısında “İzahatı yazan şəxsin imzası:” sözünün qarşısında, 29-cu səhifəsində izahatın aşağısında “İmza” sözünün qarşısında, 202-ci səhifəsində borc aktının aşağısında “Təqsirləndirilən şəxs” sözünün yuxarısında, 205-ci səhifəsində borc aktında aşağısında “AZTRADE MMC-nin Satış nümayəndəsi:” sözünün qarşısında, 207-ci səhifəsində borc aktının aşağısında “AZTRADE MMC-nin Satış nümayəndəsi:” sözünün qarşısında, 208-ci səhifəsində borc aktının aşağısında “AZTRADE MMC-nin Satış nümayəndəsi:” sözünün qarşısında, 209-cu səhifəsində borc aktının aşağısında “AZTRADE MMC-nin Satış nümayəndəsi:” sözünün qarşısında, 211-ci səhifəsində borc aktının aşağısında “AZTRADE MMC-nin Satış nümayəndəsi:” sözünün qarşısında, 217-ci səhifəsində Təhvil-təslim aktının aşağısında “Təhvil aldı: Təqsirləndirilən şəxs” sözünün qarşısında olan imza, materialın İİ cildinin 570-ci səhifəsində 06 fevral 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 575-ci səhifəsində 06 fevral 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 576-cı səhifəsində 06 fevral 2019cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 578-ci səhifəsində 06 fevral 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 590-cı səhifəsində 07 fevral 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 591-ci səhifəsində 07 fevral 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, materialın İİİ cildinin 76-cı səhifəsində 08 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 77-ci səhifəsində 08 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 78-ci səhifəsində 08 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 79-cu səhifəsində 08 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 80-ci səhifəsində 08 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 81-ci səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 83-cü səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 85-ci səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 86-cı səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 87-ci səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 88-ci səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 89-cu səhifəsində 09 aprel 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, materialın İV cildinin 26-cı səhifəsində 03 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 27-ci səhifəsində 03 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 28-ci səhifəsində 03 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 29-cu səhifəsində 03 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 30-cu səhifəsində 03 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 31-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 32-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 33-cü səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 34-cü səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 35-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 36-cı səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 37-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 38-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 39-cu səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 40-cı səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 41-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 42-ci səhifəsində 04 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 43-cü səhifəsində 05 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 44-cü səhifəsində 05 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 45-ci səhifəsində 05 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, 46-cı səhifəsində 05 iyul 2019-cu il tarixli qəbzin aşağı hissəsində “Принял” qrafasının qarşısında olan imza, materialın İX cildinin 170-ci səhifəsində “ərizə”nin aşağısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza, 171-ci səhifəsində “ərizə”nin aşağısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza, 172-ci səhifəsində “Qaşılıqlı üzləşmə Aktı”nın aşağısında “Təhvil aldı: Təqsirləndirilən şəxsN” sözlərinin arasında olan imza, 173-cü səhifəsində “ərizə”nin aşağısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza, 174-cü səhifəsində “Akt”ın aşağısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza, 175-ci səhifəsində “X3”nın aşağısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza, 176-cı səhifəsində “ərizə”nin aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 178-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 179-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 180-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 181-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 182-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 183-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 184-cü səhifəsində “Təhvil təslim aktı”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 185-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 186-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 187-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 188-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 189-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 190-cı səhifəsində “Təhvil təslim aktı”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 191-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 192-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 193-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 194-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 195-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 196-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 197-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 198-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 199-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 200-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 201-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 202-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 203-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 204-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 205-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 206-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 207-ci səhifəsində “Təhviı təslim aktı”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 208-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 209-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 210-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 211 -ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 212-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 213-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 214-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 215-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 216-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 217-ci səhifəsində “ərizə”nin aşağısında “Süleymanov S” sözlərinin qarşısında olan imza, 219-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 220-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 221-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 222-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 223-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 224-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 225-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 226-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 227-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 228-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 229-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 230-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 231-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 232-ci səhifəsində “Təhvil təslim akt”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 233-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 234-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 235-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 236-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 237-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 238-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 239-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 240-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 241-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 242-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 243-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 244-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 245-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 246-cı səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 247-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 248-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 249-cu səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 250-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 251-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 252-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 253-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 254-cü səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 255-ci səhifəsində “X3”nın aşağısında “S.Samir” sözlərinin qarşısında olan imza, 256-cı səhifəsində “ərizə”nin aşağısında “Süleymanov S” sözlərinin qarşısında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (Xİİ cild i.v. 58-66) - 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də apardığı bütün maliyyə əməliyyatlarını özündə əks etdirən “1C” proqram təminatına özünün iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, o, 15 oktyabr 2018ci il tarixdən 11 iyun 2021-ci il tarixədək olan dövr ərzində MMC-nin anbarından post terminal vasitəsilə sifariş əsasında dislokasiyasma daxil olan satış nöqtələri üzrə satmaq üçün öhdəsinə 650.851 manat 08 qəpik məbləğində, digər satış təmsilçilərindən isə 18.908 manat 61 qəpik məbləğində malı qəbul etmiş, 31.553 manat 85 qəpik məbləği dəyərində vaxtı keçmiş və yararsız halda olan məhsulu MMC-nin anbarına geri qaytarmış, işlədiyi dövrdə MMC-nin kassasına satışdan əldə etdiyi 515.596 manat 89 qəpik məbləğində, bank hesabına isə 48.647 manat 85 qəpik məbləğində pul vəsaiti ödəmiş, audit olunan dövrdə öhdəsində olan çatışmazlıqdan 1789 manat 72 qəpik məbləğində satış pulunu nağd şəkildə xəzinəyə ödəmiş, 34.853 manat 47 qəpik məbləğində məhsulu isə digər satış təmsilçilərinə təhvil vermiş, ticarət güzəşti hesabına öhdəsindən 17.352 manat 41 qəpik məbləğində pul azaldıldıqdan sonra nəticədə öhdəsində 11 iyun 2021-ci il tarixə 19.965 manat 50 qəpik məbləğində çatışmazlıq aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sistem üzrə baxış zamanı aşkar edilənlərlə razı olduğunu bildirmişdir. (Xİİ cild i.v. 67) - 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham əsaslı olduğundan qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və borc aktları maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (Xİİ cild i.v. 131-148) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu 19.965 manat 50 qəpil məbləğində maddi ziyanı ödəsə də, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, şərtlər birlikdə yerinə yetirilmədiyindən, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (Xİİ cild i.v. 18-19) -Bakı şəhəri Xətai rayon İHB-nın 3 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Xİİ cild i.v. 22) -Bakı şəhəri Xətai rayon İHB-nın 3 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli 39 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - həyat yoldaşı X1, 2010-cu il təvəllüdlü oğlu Sənandan və 2017-ci il təvəllüdlü oğlu Cabirdən ibarətdir. (Xİİ cild i.v. 23) - 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (Xİİ cild i.v. 110-111) - 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Xİİ cild i.v. 131-132) -Zərərçəkmiş şəxs MMC-nin 10 aprel 2023-cü il tarixli 211 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə həmin MMC-yə olan borcunu, yəni 19.965 manat 50 qəpik pulu MMC-nin xəzinəsinə tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs MMC-yə heç bir borcu yoxdur, barışmışlar, şikayət və tələbləri yoxdur. (Xİİ cild i.v. 120) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, iş üzrə maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2023-cü il tarixdə saat 17:30-dan saat 18:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilmiş, müstəntiq onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş hüquqi şəxsə vurulan maddi ziyan məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ödənildiyindən ona qarşı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 aprel 2023-cü il tarixdən 11 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr, kassa mədaxil orderləri, təhvil-təslim və borc aktları cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar