Məhkəmə qərarları › İş №1(007)-327/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-327/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-327/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs guya məhkəmə orqanlarında yaxın əlaqələri olması barədə yalan məlumat verib sonuncunun qardaşı X2 Azərbaycan Respubliaksı CM-nin 150-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Cümşüd Rəhimovun həbsdən azad edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə edib bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 142 ünvanında yerləşən “Yeni Klinika” tibb müəssəsinin qarşısında 3.000 manat pulu, bundan təxminən 10 gün sonra, istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən “X13” restoranında 2.000 manat pulu, 2023cü ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, “3 Tac” adlı binanın qarşısında 5.000 manat pulu və 300 manat dəyərində quzunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında mobil telefon vasitəsi ilə özünün istifadəsində olan, arvadı X3 adına "xxxx" ASC tərəfindən verilmiş “4098-0944-2046- 2853” nömrəli kartdan ona məxsus "xxxx" ASC tərəfindən verilmiş “4098-5844-6723-2961” nömrəli bankomat kartına köçürtdüyü 1.000 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 11.300 manat məbləğində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 2023-cü ilin aprel ayında Əhməd Rəcəbli küçəsi 255 ünvanında “X13” restoranında olan zaman, Zərərçəkmiş şəxs qardaşı Cümşüdün həbsdən azad olunması üçün adam axtardığı dedikdən sonra o, Vüsala ona bu işdə 20.000 manat qarşılığında kömək edə biləcəyini bildirmişdir. Təxminən 2023-cü ilin aprel ayında ilkin olaraq Yeni Klinikada olan zaman 3.000 manat pul almış, 10 gün sonra yenidən Vüsala zəng edərək 2.000 manat pul lazım olduğunu bildirmiş, Vüsal isə onu Əhməd Rəcəbli küçəsi 255 ünvanında yerləşən “X13” restoranına dəvət etmişdir. O, həmin restorana gedərək Vüsalla görüşmüşdür. Həmin vaxt Vüsalın yanında qohumu İlham adlı şəxs olmuşdur. Orada olan zaman Vüsal ona 2.000 manat pul vermişdir. Təxminən 2023-cü ilin iyun ayında Vüsala zəng edərək təcili olaraq 1 ədəd quzu və 5.000 manat pulu Yasamal rayon ərazisində “3 Taç” adlanan binanın qarşısına gətirməsini bildirmişdir. Həmin gün Vüsal 1 ədəd quzu və 5.000 manat pulu gətirmiş, onlar “3 tac” adlanan binanın qarşısında görüşmüş, gözətçiyə təhvil vermiş, Vüsaldan aralaşdıqdan sonra təxminən axşam saatlarında gedərək 5.000 manat pulu və 1 ədəd quzunu götürmüşdür. Sonuncu dəfə Vüsaldan pul istəmək üçün guya ki, Cümşüdün işini tapşıran Əziz Seyidovun bağ evində hovuz inşa etdirdiyini geri qalan pulu gətirməsini və qardaşının ən qısa zamanda buraxılaçağını bildirmişdir. Vüsal isə pulunun olmadığını, mal-qarasının olduğunu və qardaşı həbsdən azad olunan kimi mal-qarasnı satıb verəcəyini bildirmişdir. O da digər telefonu ilə guyaki Əziz Seyidova məlumat verdiyini və sonuncunun əsəbləşərək «getsin qoyunların otarsın» kimi mesaj yazaraq Vüsala göndərmişdir. Vüsal buna inanaraq 1.000 manat pulu ona məxsus “Leo Bank”a aid 4098-5844-6723-2961 nömrəli kart hesabına göndərmişdir. Daha sonra Vüsal aldadıldığını başa düşmüş və ondan şikayət etmişdir. Hal-hazırda zərərçəkmişə vurduğu zərəri ödədiyini bildirərək, törətdiyi əməldən peşman olduğunu və məhkəmə tərəfindən cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Cümşüd Rəhimov barəsində Azərbaycan Respublikası CM-nin 150.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən işi ilə bağlı əvvəldən tanıdığı Təqsirləndirilən şəxs qardaşının məhkəmədə gedən işini söhbət əsasında bildiyi üçün kömək edə biləcəyini bildirmişdir. Samir danışıq zamanı dediyinə görə Konstutitsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun vaxtı ilə köməkçisi olduğunu və bu işdə qardaşına köməklik edəcəyinə razılaşmışlar. Samir bu işdə ona kömək edəcəyini və qarşılığında 20.000 (iyirmi min) manat pul vercəyini bildirmişdir. Bu söhbət təxminən 2023cü ilin aprel-mart aylarına təsədüf etmişdir. O da Samirlə razılaşmışdır. İlkin olaraq 3.000 (üç min) manat pulu Samirə razılaşdıqları günün səhərisi gün işlədiyim Yeni Klinikaya gələrək ondan pulu götürmüşdür. Həmin söhbətin üzərindən təxminən 10 gün sonra Samir telefon vasitəsi ilə əlaqə saxlayaraq əlavə olaraq 2.000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt üzərində pul olmadığı üçün əmisi oğlu Şahid işim olduğu üçün onun yaşadığı evə gedərək ona lazım olan 2.000 (iki min) manat pulu ünvan 5 ünvanında yerləşən “X13” restoranına gətirməsini bildirmişdir. Bir saat sonra ünvan 5 ünvanında yerləşən “X13” restoranında olan zaman Samir də ora gəlmiş, 2.000 manat pulu Samirə vermişdir. Samir pulu götürərək ən qısa zamanda qardaşı Cümşüdün azadlığa buraxılacağını bildirmişdir. Təxminən iyun ayında Samir telefonla əlaqə saxlayaraq Ağır Cinayətlər məhkəməsinin hakimi Əli Məmmədovun qohumu Bakı şəhəri, H.B.Zərdabi prospektində yerləşən “3 Taç” kimi bilinən binanada yaşadığını və təcili olaraq 1 ədəd quzu və 5.000 (beş min) manat pulu həmin ünvana çatdırılmasını bildirmişdir. O da 1 ədəd quzu kəsdirərək 5.000 (beş min) manat pul ilə birlikdə “3 Taç” kimi bilinən binanın qarşısına gəldim. Həmin vaxt Samirdə orda olduğu üçün 5.000 (beş min) manat pulu və 1 ədəd quzunu götürərək gecə növbəsinin gözətçisinə verərək Aynur xanıma çataçağını bildirmişdir. Təxminən avqust ayında qardaşı həbsdə qalmağa davam etmişdir. Məhkəmə proseslərindədə heç birində qardaşı Cümşüdün buraxılması barədə məlumat verilməmişdir. Təxminən 2023-cü ilin avqust ayında Samir ona zəng edərək guyaki danışdığı məhkəmə hakiminin bağ evində təmir tikinti işlərinin getdiyini, və həmin şəxsin 5.000 (beş min) manat dəyərində hovuz aksesuarlar almağı bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün Samirə rayonda mal qarası olduğunu iş qurtardıqdan sonra həmin malqaranı satıb geri qalan pulu tam şəkildə verəcəyini bildirmişdir. Daha sonra məcbur olaraq evdən çıxa bilmədiyi üçün, istifadəsində olan həyat yoldaşına məxsus 4098-0944-2046- 2853 nömrəli kartdan özünə məxsus olan 1.000 (bir min) manat pulu Samirin 4098-5844- 6723-2961 saylı kart hesabına göndərmişdir. O, həmin vaxt ünvan 6 ünvanında kirayədə yaşayırmış. Samirə sonuncu dəfəf 1000 manat pulu "xxxx" ASC-yə məxsus kartdan Samirin ona göndərdiyi «Leo» banka məxsus kart hesabına göndərmişdir. Sonuncu məhkəmə prosesində qardaşı Cümşüdə 11 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan sonra Samirə verdiyi 11.000 (on bir min) manat pulu geri istəmiş, lakin Samir heç bir ödəniş etməyərək bu günədək pullarını geri qaytarmamışdır. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs və Cümşüd Rəhimov onun doğma əmisi oğludur, hər ikisi ilə münasibətləri normal olmuşdur. Belə ki, Cümşüd Azərbaycan Respublikası CM-nin 150.2-ci maddəsi ilə azadlıqdan məhrum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində Cümşüdün işi gedən zaman Vüsal onu həbsdən çıxarılması üçün köməklik etməyə çalışmışdır. Bu məqsədlə Vüsal Samir adlı şəxlə tanış olmuşdur. 2023-cü ilin təxminən aprel ayında Vüsal ona zəng vurmuş və Samirə verilməsi üçün ondan 2.000(iki min) manat pul borca istəmişdir. Həmin vaxt o Vüsala razılıq vermiş və onlar birlikdə ünvan 5 ünvanında yerləşən “X13” restoranda görüşmüşlər. Orada onlar Samir ilə görüşmüş, çay içərək Cümşüdün işi barədə söhbət etmişlər. Söhbət zamanı Cümşüd Vüsala narahat olmamağını, tezliklə Cümşüdün məsələsini həll edəcəyini, azadlığa buraxdıracağını demişdir. Bundan sonra o, Vüsalın Samirə 11.000 manat pul verdiyini, lakin Samirin Vüsalı aldadaraq verdiyi vədə əməl etmədiyini və zənglərə də cavab vermədiyini bilmişdir. İş materiallarına əlavə edilmiş «sənədlərə baxış keçirilməsi haqqında» xx.xx.2024cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, 409809*****2853 nömrəli hesab nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 21:32-də «Samir M» adlı şəxsin hesabına 1.000 manat pul vəsaiti köçürülmüşdür. Bundan başqa «Leo» banka aid hesabdan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs məxsus «Leo» banka aid 4098-******-2961 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 21:32-də 1.000 manat pul mədaxil olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4 -cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın, 32.4, 312.1-maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxsnın məhkəməyə ünvanlandığı xx.xx.2024cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adında 3 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazıradək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay ( iki il altı ay ) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 06 ay 21 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 04 ay 18 gün (bir il dörd ay on səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar