Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-328/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi evin pəncərəsinin şüşəsini əli ilə çıxarıb pəncərədən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan dolabın üzərindəki yük çantalarından Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan 200 manat dəyərində “Samsung 02S”, üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan 356 manat dəyərində “Samsung A10S” markalı mobil telefonları, üzərində mobil nömrə olmayan 15 manat dəyərində “lphone-S4” markalı mobil telefonu və 211 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 802 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr aynadək Şuşa şəhərində tikinti işlərində çalışmış, qış aylarında işlər dayandığı üçün Bakı şəhərinə qayıtmışdır. Sonradan işsiz olduğu üçün ünvan 3 ünvanda yerləşən avtomobilləri yuma sexində yuyucu işləməyə başlamışdır. Qalmağa yeri olmadığı üçün bir müddət onunla bir yerdə sexdə işləyən İmran və Rəvanla ünvan 4 ünvanda iki otaqllı mənzildə kirayədə yaşamışdır. Həmin vaxt bir dəfə Rəvan Şabran rayonuna getmiş və orada rayon sakinlərinə borclu qalmışdır. Bu səbəbdən Rəvanın borcunu vermək üçün 2022-ci ilin fevral ayının ortalarında həmin məsələ ilə bağlı İmranla bir yerdə Şabrana gedən zaman maddi imkan olmadığı üçün özünə məxsus “Samsung A10” markalı mobil telefonu “20 yanvar” darəsində lombarda girov qoyub 50 manat pul götürmüş və həmin puldan 35 manatı onlara vermişdir. Bakıya qayıtdıqdan sonra Rəvandan pulunu istəyən zaman sonuncu pulu qaytarmamış və bu səbəbdən Rəvanın işlətdiyi mobi telefonu götürüb pulunu verdikdən sonra telefonu qaytaracağını demişdir. Lakin, Rəvan pulu qaytarmamış və maddi ehtiyacı ilə əlaqədar həmin telefonu 60 manata satmışdır. Həmin vaxtdan sonra Rəvanla aralarında narazılıq yaranmışdır. Sexdə işər zəif olduğuna və maddi imkanı olmadığı üçün Rəvan və İmranla qaldığı kirayə evdən çıxmış və həmin sexdə yeni işə düzəlmiş Cavid adlı işçi ilə qalmışdır. Həmin hadisədən 5-6 gün əvvəl sexdə Rəvan və Cavidlə bir yerdə olan zaman Rəvan üzərilərində nəzarətçi olan İmrana görə qazana bilmədiklərini, İmranın onlara çatası puldan götürdüyünü və sonuncunun 2.000 manata yaxın pul və mobil telefonlar əldə etdiyini, həmin pul və telefonları yaşadıqları kirayə evdə İmranın yük çantasında gördüyünü demişdir. Növbəti gün İmranla mübahisə edib sonuncuya onların pulunun bir hissəsini vermədiyini bildirərkən, İmran onunla razılaşmış və bu barədə Rəvandan soruşan zaman sonuncu susmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rəvanın söylədiklərini xatırlayıb, İmranın kirayə yaşadığı evdən telefonları götürmək qərarına gəlmişdir. Cavidə onunla getməyi təklif etmiş, lakin məqsədini Cavidə bildirməmişdir. Sonuncu razılaşmış və onlar Babək prospektində marşurut avtobusa minib “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında düşmüşlər. Cavidlə İmranın yaşadığı evin qarşısına gəlib əvvəllər həmin evdə kirayədə yaşadığını və orada qalan əşyalarını götürmək istədiyini yalandan söyləmiş və mənzilə daxil olmaq üçün daim qapının üzərində saxladığı açarı axtarmış, lakin tapa bilməmiş və evin pəncərəsinin çatlamış şüşəsini çıxararaq həmin yerdən evə daxil olmuşdur. Mənzilin yataq otağında dolabın üzərində olan yük çantasını götürüb içərisinə baxan zaman İmrana aid “Samsung 02S” markalı və “İphone S4” markalı mobil telefonları götürmüşdür. Mənzildən çıxdıqdan sonra bu barədə Cavidə heç bir söz deməmiş və pulu olmadığı üçün Cavidlə oradan metronun “Neftçilər” stansiyasına kimi piyada getmişlər. Metroya çatdıqdan sonra “Samsung 02S” markalı mobil telefonun üzərində olan nömrəni çxarıb atmış, mobil telefon dükanlarının birinə daxil olub “Samsung 02S” və “İphone S4” markalı mobil telefonu satmaq istədiyni demişdir. Mağazanın satıcısı “Samsung 02S” markalı mobil telefonu 70 manata razılaşıb almış, “İphone S4” markalı telefonu isə qəbul etməmişdir. Pulu alıb Caviddən ayrılmış və “İphone S4” markalı telefonu lazım olmadığı üçün xatırlamadığı yerdə tullamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçmiş şəxsin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində Şahid1 Asif oğlu ilə kirayədə yaşamış və hər ikisi ünvan 3 ünvanda yerləşən avtomobilləri yuma sexində fəhlə işləmişdir. Hər gün səhər saat 08 radələrində bir yerdə evdən çıxıb axşam saat 21 radələrində evə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində işə getmək üçün hazırlaşan zaman yataq otağındakı dolabın üzərində saxladığı yük çantasının içərisinə qoyduğu mobil telefonun enerji yığan cihazını götürmək istəyərkən, yük çantasında cihazı tapa bilməmiş və çantada saxladığı həyat yoldaşının istifadə etdiyi üzərində ***-***-**-** nömrə olan “Samsung 02S”, ***-***-**-** nömrə olan “Samsung A10S,: və üzərində mobil nömrə olmayan 1 ədəd “İphone-S4” mobil telefonların və 211 manat nağd pulun olmadığını aşkar etmişdir. Hadisə barədə kirayə yaşadığı mənzilin sahibinə və DİN-in 102 xidmətinə məlumat vermişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları hadisə yerinə gəlib sənədləşmə aparmışdır. Hadisə nəticəsində balansında danışıq konturu olmayan, üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan 200 manat dəyərində "Samsung 02S”, üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olan 356 manat dəyərində "Samsung A10S” və üzərində mobil nömrə olmayan 15 manat dəyərində “lphone-S4" markalı mobil telefonlar və 211 manat nağd pulun oğurlanması nəticəsində ona 802 manat məbləğində maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə bir yerdə kirayədə yaşamış və hər ikisi ünvan 6 ünvanda yerləşən avtomobilləri yuma sexində fəhlə işləmişdir. Hər gün səhər saat 08 radələrində bir yerdə evdən çıxıb axşam saat 21 radələrində evə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində işə getmək üçün evdə hazırlaşan zaman İmrana mobil telefonunun enerji yığan cihazı lazım olmuş, sonuncu cihazı bir gün əvvəl yataq otağındakı dolabın üzərində saxladığı yük çantasına qoyduğunu bildirərək, yük çantasına baxan zaman həmin cihazı, habelə çantasında saxladığı həyat yoldaşına məxsus “Samsung 02S”, "Samsung A10S’ və “lphone-S4” mobil telefonları və 211 manat məbləğində pulu yük çantasında aşkar etməmişdir. İmranın onlara çatası puldan özünə götürməsi, bununla sonuncunun 2.000 manata yaxın pul və mobil telefonlar əldə edib kirayə yaşadıqları evdə yük çantasında saxlaması barədə guya Təqsirləndirilən şəxs söyləməsi barədə sonuncunun bildirdikləri həqiqətə uyğun deyildir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 və Şahid2 vermiş olduqları ifadələri məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evidir. Naməlum şəxs (şəxslər) mənzilin pəncərəsindən qanunsuz daxil olub həmin evdə kirayə yaşayan Zərərçəkmiş şəxs məxsus 03 ədəd mobil telefon və 211 manat nağd pulu oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "baxış və götürmə haqqında" protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanda yerləşən mobil telefonların satışı mağazasında işləyən Şahid2 01 ədəd arxası ağ rəngdə olan “Samsung A02" markalı mobil telefonu və Təqsirləndirilən şəxs məxsus AA ******* şəxsiyyyət vəsiqəsinin hər iki tərəfinin surəti çıxarılmış, üzərində əlyazman ilə xx.xx.2022, A 02 3.32 Ağ İmi: **********53138, tel: ***-***-**-**, bu telefon mənə məxsusdur, satıram mağazaya və imza qeyd edilmiş A 4 vərəqəsini təqdim edərək, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində olan həmin mobil telefonu 70 manata satan zaman həmin sənədi özü əlyazma ilə qeydlər apararaq ona verdiyini bildirmişdir. Baxış zamanı həmin mobil telefonun İmey kodunun **********53138 olması müəyyən edilmiş, satıcı Şahid2 təqdim etdiyi "Samsung A02” markalı mobil telefon və üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti və yazılı qeydlər olan A4 vərəqəsi iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, mobil telefon mağazasında satıcı işləyən Şahid2 təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti və yazılı qeydlər olan A4 vərəqəsi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan 13 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd Çin istehsallı, "Samsung Galaxy A02S” markalı “SM-A025F/DS" modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübutlar – 01 ədəd Çin istehsallı "Samsung Galaxy A02S” markalı “SM-A025F/DS" modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti və yazılı qeydlər olan A4 vərəqəsi cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 41 saat, cəmi 81 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 486 manat (81x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – 01 ədəd Çin istehsallı "Samsung Galaxy A02S” markalı “SM- A025F/DS" modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti və yazılı qeydlər olan A4 vərəqəsi cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 81 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 486 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-328/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-328/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver