Məhkəmə qərarları › İş №1(007)-328/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-328/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-328/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Qazax rayonu, Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tərəfindən satılan mobil telefonu almaq adı ilə 04 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu “20 yanvar Dairəsi” adlanan ünvanda Zərərçəkmiş şəxs ilə görüşüb sonuncu ilə 1280 manat dəyərində «İpone 12 promax» markalı mobil telefon aparatını almaqla bağlı razılaşdıqdan sonra guya telefona görə ödəniş etmək üçün yaşadığı evdən pul götürməli olmasını bildirib Zərərçəkmiş şəxs ilə birlikdə istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan avtomobillə ünvan 3 ünvanın qarşısına gəlib guya telefonu həmin ünvanda yaşayan ailə üzvlərinə göstərdikdən sonra pulu ödəyəcəyini bildirb Fərad Rəhimlini aldadaraq etibarından sui-istifadə edib bu adla sonuncudan 1280 manat dəyərində «İpone 12 promax» markalı mobil telefon aparatını alıb avtomobildən düşüb həmin yerdə yerləşən yaşayış sahəsinin qapısından içəri daxil olub həmin yaşayış sahəsinin digər qapısından çıxıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 0,508 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 oktyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nizami rayon Polis idarəsinin 23-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri. Nizami rayonu. Keşlə qəsəbəsi, Davud Aslan küçəsində yerləşən “Arpaçay’ adlı çay evinin qarşısında X6 qarşı dələduzluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri. Nizami rayonu Heydər Əliyev prospekti 118 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan tünd qara rəngli gödəkçənin qabaq sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,508 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 0.316 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 fevral 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən Nizami RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə barəsində elan edilmiş axtarış işi üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov 7 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0.316 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1 -ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə «Tap.az» saytında satışda olan telefolara baxarkən Fərda adlı şəxsin “İpone 12 Pro max” mobil telefonunu satdığını görüb onunla danışıb almaq istədiyini dedikdən sonra, 04 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar dairəsi yaxınlığında görüşmüşlər. Həmin telefonu aldadıb ələ keçirmək fikrində olduğu üçün ona həmin telefonu almaq istədiyini demiş, Fərda isə həmin telefonu 1280 manata satdığını bildirdikdən sonra ona üzərində həmin məbləğdə pulun olmadığını, yaşadığı Keşlə qəsəbəsinə gedib evdən pul götürməli olduğunu demişdir. Onlar razılaşaraq birlikdə Nizami rayonu Mətləb Ağayev küçəsi 1 ünvanına gəlmişlər. Fərdaya telefonu evdə göstərmək adı ilə götürərək sonuncuya gözləməsini demişdir. Fərda razılaşaraq telefonu ona verdikdən sonra sonuncudan uzaqlaşıb oradan getmişdir. Fərdadadan aldadaraq əldə etdiyi İpone 12 promax mobil telefonu elə həmin gün metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən mobil telefonların satışı mağazasında öz şəxsiyyət vəsiqəsi ilə Mehman adlı şəxsə 800 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsində yerləşən Meskombinatm içərisində olan “Arpaçay’ adlı çay evinin qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, inzibati ərazidə baş vermiş olan dələduzluq cinayətində və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 23-cü PB- nə getmişdir. 23-cü polis bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş edərək üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmaması soruşulduqda o, əynimdə olan tünd qara rəngli jiletkasının qabaq sol yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini, qara təngli cins şalvarının qabaq sağ yan cibindən “Samsung” markalı mobil telefonunu, qara rəngli cins şalvarının qabaq sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və “Kapital Bank” tərəfindən verilmiş ona məxsus olan4169 7388 9827 1758 saylı bank kartını təqdim etmişdir. Bundan sonra təqdim etdiyi psixotrop maddə polis əməkdaşı tərəfindən boş zərfə qoyularıq qabşlaşdırılmış və orada iştirak edən polis əməkdaşları həmçinin onun tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, CM-nin 234.1 -ci maddəsi ilə axtarışda olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən birlikdə 23-cü PB-nə getmişdir. Polis bölməsində olan zaman hüquq və vəzifələri ona izah edilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmqla üzərinə baxış keçirilmiş, əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində şəffaf rəngli sellefan torbaya bükülmüş bir ədəd bükümdə narkotik maddə olan heroin aşkar edilmişdir. Lakin qeyd olunan narkotik maddənin ona məxsus olmadığını bildirərək, ittiham olunduğu əməldə ikinci epizod üzrə özünü təqsirli hesab etmədiyini vurğulamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs özünə məxsus 1280 manat dəyərində olan **********93687 imei kodlu İpone 12 pro max mobil telefonu satmaq məqsədi ilə 2023-cü ilin oktyabr ayının əvvəllərində «Tap.az» saytında elan yerləşdirmiş, 04 oktyabr 2023-cü il tarixdə əvvəllər tanımadığı sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs zəng edərək mobil telefonunu almaq istədiyini bildirmiş, sonuncu ilə həmin gün Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar adlanan yerdə görüş təyin etmişdir. Görüş zamanı İsabalı ona alacağı telefonun pulunu Keşlə qəsəbəsindəki evindən götürəcəyini bildirmiş, onun yaşadığı ünvana getmək təklifi ilə razılaşaraq bir yerdə taksi ilə Keşlə qəsəbəsinə gəlmişlər. ünvan 9 ünvanında olarkən İsabalı telefonu evində ailəsinə göstərdikdən sonra alacağını deyib, ondan avtomobildə əyləşib gözləməsini xahiş etmiş, o isə sonuncunun sözlərinə inanıb mobil telefonunu vermiş, özü isə taksidə əyləşib gözləmişdir. İsabalı qeyd edilən ünvana daxil olduqdan sonra sonuncunun az müddətdən sonra gələcəyinə inanmışdır. Yarım saat gözlədikdən sonra İsabalının gəlmədiyini görüb, onun daxil olduğu qapını döyməyə başlamış, qapını açan başqa bir şəxsdən İsbalını soruşduqda belə br şəxsin bu ünvanda yaşamadığı bildirilmişdir. Daha sonra İsabalının mobil nömrəsinə zəng etdikdə onun nömrəsinin bağlı olduğunu görüb aldandığını başa düşərək DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-in 23-cü PB-in sahə inspektoru, polis kapitanı Şahid4 tərəfindən inzibati ərazidə baş vermiş olan dələduzluq cinayəti və narkotik vasitələrin əldə etməsi, saxlaması, istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsində yerləşən keçmiş «ət kombinatının» içərisində olan “Arpaçay” adlanan yerin qarşısında saxlanılaraq ünvan 10 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirildikdən sonra xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli jiletkanın qabaq sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə deməsinə görə psixotrop maddə olan metamfetamin, qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefon, qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Kapital Bank”a məxsus olan 4169 7388 9827 1758 saylı bank kartını təqdim etmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu, Kubinka adlanan ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını bildirmişdlir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs tapılması istiqamətində o və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən 10 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov 7 ünvanında saxlanılmışdır. Təqsirləndirilən şəxs Nizami RPİ-in 23-cü PB-nə gətirildikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən video çəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol yan cibindən “Beynəlxalq Bank” a məxsus olan 5490 2641 0634 5588 saylı bank kartı və AR-sı Vəkillər Kollegiyasının üzvü vəkil X3 məxsus olan vizit kart, əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən isə 01 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində şəffaf rəngli sellofan torbaya bükülmüş olan deməsinə görə narkotik maddə olan “kakos” adlanan maddə olan bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı sağ yan cibindən 5 (beş) manatlıq 01 ədəd əskinas aşkar edilmiş başqa qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu, Kubinka adlanan ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-in 23-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və Nizami RPİ-in 23-cü PB-nin sahə inspektoru Şahid4, Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2023-cü ilin dekabr ayına dək olan müddət ərzində Nizami rayonu, metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən telefon dükanını işlətmiş. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində işlətdiyi dükanda olan zaman sonradan adını İsabalı kimi bildiyi şəxs dükana gələrək İphone 12 pro max markalı mobil telefonu 800 manata satdığını bildirmişdir. Onunla razılığa gələrək mobil telefonu 780 manata almış və hətta mobil telefonu onun yanında yoxlayan zaman kilid kodunu İsabalı özü demiş. Buna görə də mobil telefonun İsabalıya məxsus olduğuna inanmışdır. Bundan sonra İsabalının təqdim etdiyi özünə məxsus şəxsiiyyəti təsdiq edən sənədin surətini çıxartmış və sonuncu kağıza imza edərək mobil telefonu onun satdığını təsdiq etmişdir. Bundan 1-2 gün keçdikdən sonra mən həmin mobil telefonu tanımadığı şəxsə 850 manata satmışdır. Sonradan mobil telefonu satan şəxsi görməmiş, lakin bir neçə gün sonra polis əməkdaşları həmin şəxsi saxlayıb dükana gətirən zaman ona satılan İphone 12 pro max markalı mobil telefonun oğurluq olduğu məlum olmuşdur. İsabalını tanımamış, əvvəllər görməmiş və mobil telefonun oğurluq olduğunu bilməmişdir. Qeyd etmişdir ki, İsabalıdan mobil telefonu alan zaman oğurluq olub-olmadığını soruşmuş və sonuncu mobil telefonun qutusunu verərək özünə məxsus olduğunu deyib onu inandırmışdır. Məhkəmə iclası zamanı CD diskə baxış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli jiletkasının qabaq sol yan cibindən 01 ədəd selofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddəni çıxararaq təqdim edir. Daha sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefonu, qara rəngli cins şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və “Kapital Bank”a məxsus olan 4169 7388 9827 1758 saylı bank kartını çıxardaraq təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilmir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə aşkar edilmiş maddəni Kubinka adlanan yerdə tanımadğı şəxsdən 15 manata aldığını bidirir. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş ikinci CD diskə baxış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol yan cibindən “Beynəlxalq Bank” a məxsus olan 5490 2641 0634 5588 saylı bank kartı, vizit kartı, əynində olan tünd göy rəngli cins şalvarının arxa sol cibindən isə 01 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində şəffaf rəngli sellofan torbaya bükülmüş olan, deməsinə görə narkotik maddə olan “kakos” adlanan maddə olan bükümü təqdim edir. Narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu, Kubinka adlanan ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını bildirir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/5385 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,508 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 6/823 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 01 ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 1227 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələri, yuxarıda sadalanan ekspert rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, işdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR-sı CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhkumluq ödənilmədən törətdiyindən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Həmçinin CM-nin 178.1-ci maddəsi üzrə törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan bu maddə üzrə cinayətlərin residivi müəyyən edilməmişdir. Belə ki, CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə tərəfindən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videomaterialın qeydə alındığı 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il (iki il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 194 manat (bir yüz doxsan dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,266 qram narkotik vasitə olan heroin və 0,458 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar