Məhkəmə qərarları › İş №1(007)-328/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-328/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-328/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi İsgəndərova Şəlalə Himayət qızının, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mexanik işləyən, Laçın rayonu, Qızılca kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 avqust 2024-ci il tarixdə saat 18:31-də “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota RAV-4 Minik” markalı **-KL-*** dövlət nömrə nişanlı avtomobillə yolun orta zolağı ilə 25 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında Nizami Rayon Polis İdarəsi istiqmətində hərəkətdə olan zaman sağa doğru dönmə əməliyyatı apararkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozub, idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə Şahid “B C D” kateqoriyalı sürcülük vəsiqəsi ilə yol vərəqəsi əsasında 1 saylı maşrut xəttində yolun sağ hərəkət zolağı ilə 30 km/saat sürətlə idarə etdiyi “BMC-Procity” markalı **-JV-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun ön sol hissəsi ilə toqquşmuş və zərbənin təsirindən “BMC-Procity” markalı **-JV-*** dövlət nömrə nişanlı avtobusda olan sərnişin Zərərçəkmiş şəxs əl və baş nahiyyələri avtobusun tutacaq dəmirinə dəyərək ehtiyatsızlıqdan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İV barmağın əsas falanqasının qapalı yerdəyişən sınığı və sol alın nahiyəsinin qançırla müşayiət olunan şişkinlik halında əzilməsi ilə nəticələnən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobili idarə etmək üçün B1, B,C1,C kateqoriyalı BB056132 nömrəli sürücülük vəsiqəsi vardır. 2016-cı ildən mülkiyyətində olan **-KL-*** dövlət nömrə nişanlı, “Toyota Rav 4” markalı avtomobili sürücülük hüququ olmaqla idarə edir. 16 avqust 2024-cü il tarixdə, saat 18:30 radələrində “Laçın Ticarət Mərkəzindən” üzü Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyası istiqamətində hərəkət etmişdir. Həmin yolun orta zolağı ilə saatda 25 km/saat surətlə hərəkətdə olan vaxt sağ istiqmətdə dönmək istəyən zaman sağda olan avtobus zolağına diqqət etməmiş və sağa dönərkən avtomobilin sağ arxa hissəsi həmin istiqmətdə hərəkətdə olan "xxxx" firmasına məxsus olan avtosbusun ön sol hissəsinə dəymişdir. O, avtomobili təxminən 10-15 metr irəlidə saxlamışdır. Avtobus sürücüsü avtobusu onun avtomobilinin arxasında saxlamışdır. Avtomobildən düşüb baxan zaman idarə etdiyi avtomobildə yüngül cızıq olduğunu, avtobusda həmçinin yüngül cızıq oluduğu məlum olmuşdur. Daha sonra qəza nəticəsində avtobusda olan sərnişinlərdən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin barmağının sındığını öyrənmişdir. O, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanı tamamilə ödənilmişdir. Onunla barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edir. İş üzrə Şahid məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, avtomobil idarə etmək üçün B, C, D kateqoriyalı AC 332558 nömrəli sürücülük vəsiqəsi vardır. 2018-cü ildən "xxxx" MMC-də sürücü kimi işləməyə başlamışdır. O, 16 avqust 2024-cü il tarixdə **-JV-*** dövlət nömrə nişanlı “BMC-Procity” markalı avtobusu ona verilmiş yol vərəqi hesabına idarə etmişdir. Həmin avtobusla 1 nömrəli maşrut xətti üzrə “Neftçilər” metrostansiyasından “28 May” metrostansiyasına sərnişin daşımışdır. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində maşrut xəttinin hərəkət trayektoriyasına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə avtobus xətti ilə şəhər istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman dördyol kəsişməsində idarə etdiyi avtobusun sol hissəsində orta zolaqla hərəkət edən dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Toyota Rav4” markalı avtomobil öz zolağında dönmə əməliyyatını səhv edərək birbaşa sağa dönmək istədikdə avtobus zolağında hərəkət edən idarə etdiyi avtobusun önünə keçmişdir. Onun idarə etdiyi avtobusun sol ön hissəsi “Toyota Rav 4” markalı avtomobilin sağ arxa hissəsi ilə toqquşmuşdur. O, avtombobili saxlamışdır. Toqquşma nəticəsində avtobusun ön sərnişin oturacağında əyləşən bir nəfər şəxs ön tərəfə doğru gəlmiş və barmağı tutacağa dəymişdir. Həmin şəxs barmağının sınmasını deyərək qışqırmışdır. “Toyota Rav 4” markalı avtomobil ön hissədə saxlamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, avtobusda olan sərnişinləri digər avtobusla yola salmışdır. Xəsarət alan şəxs isə hadisə yerində qalmışdır. Hadisə nəticəsində xəsarət alan şəxs X2 xəstəxanaya aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə” dair 2/44439 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 21:03-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 736 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İV barmağın əsas falanqasının qapalı yerinidəyişən sınığı və sol alın nahiyəsinin qançırla müşayiət olunan şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2378 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Toyota Rav 4” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “BMC” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-24853/2025 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BB 056132 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və qəbzlərdən görünür ki, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Toyota Rav 4” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir, “BMC-Procity” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və "xxxx" MMC-yə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə zərərçəkmiş şəxs ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxs ilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalı; cinayət işi üzrə maddi sübut olan “Toyota Rav 4” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil və “BMC-Procity” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobus sahiblərinə qaytarılmış hesab olunmalı; iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 27 iş saatı müddətinə bərabər olmaqla, 19 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 114 (bir yüz on dörd) manat (19x6) məbləğində, 8 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 88 (səksən səkkiz) manat (8x11) məbləğində, cəmi 202 (iki yüz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan “Toyota Rav 4” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil və “BMC-Procity” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtobus sahiblərinə qaytarılmış hesab olunsun. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 27 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 202 (iki yüz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar