Məhkəmə qərarları › İş №1(007)-33/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-33/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-33/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Həmidova X3 şəhəri, H.Əliyev prospekti, ev 15, mənzil 4 ünvanında qeydiyyatda olmaqla ünvan 3iki fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun 12.05.2016-cı il tarixli, 16 №-li əmrinə əsasən həmin cəmiyyətin direktor müavini vəzifəsində işləyərkən direktor tərəfindən verilmiş 04.07.2016-cı il tarixli etibarnamə əsasında cəmiyyətin bütün maliyyə, mühasibat, alqı-satqı və bank əməliyyatlarının aparılması səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən "xxxx" (hazırda “Yelo Bank”) ACS-nin 4 saylı filialındakı hesabından satış əməliyyatlarında istifadə edilməsi üçün "xxxx" MMC-nin hesabına mədaxil edilmiş, Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 10167,20 manat təşkil edən 5980 ABŞ dolları nağd pul vəsaitini imzaladığı 28.09.2017-ci il tarixli, 216651 №-li bank çeki əsasında qəbul edərək şəxsi ehtiyaclarına xərcləyib xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyərkən direktor tərəfindən verilmiş 04.07.2016-cı il tarixli etibarnamə əsasında cəmiyyətin bütün maliyyə, mühasibat, alqı-satqı və bank əməliyyatlarının aparılması səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi təkrar özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən "xxxx" ACS-nin 4 saylı filialındakı hesabından 28940 manat məbləğində cəmiyyətə məxsus satış pulunu imzaladığı 07.11.2017-ci il tarixli, 145551 №-li bank çeki əsasında qəbul edərək şəxsi ehtiyaclarına xərcləyib xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrar mənimsəmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 iş adamı, xeyriyyəçi insan kimi tanımışdır. Maddi vəziyyəti yaxşı olmadığından, işə ehtiyacı olduğundan Yaşarın yanına getmişdir. Yaşar ona iş verəcəyini, hər gün işə gəlməyə ehtiyac olmadığını, aya 300 manat maaş verəcəyini və işin axırında da ona Bakıdan ev alacağını demiş, o da razılaşmışdır. "xxxx" MMC-nin direktoru kimi rəsmiləşdirilmiş qardaşı Mirdamət Həmidovun ona verdiyi etibarnamə əsasında fəaliyyət göstərmiş və "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-nin 4 saylı filialındakı hesabından satış pullarını bank çekinə imza etməklə götürərək həmişə MMC-nin qeyrirəsmi, yəni faktiki rəhbəri Zərərçəkmiş şəxs1 vermişdir. Sonuncu dəfə MMC-nin kassiri Şahid2 deməsi əsasında "xxxx" MMC-dən "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesablaşma hesabına köçürülmüş 28940 manat pulu 07.11.2017-ci il tarixdə bir ədəd bank çekinə imza etməklə götürmüş, lakin təxminən 1-2 gün sonra havanın qaraldığı, lakin saatı xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs1 onun yaşadığı ünvana gələrək ondan həmin pulun hamısını götürmüşdür. O, Zərərçəkmiş şəxs1 2016-cı ildən dövlətə olan borclarını ödəmədiyi üçün barəsində şikayət etdiyinə görə Yaşar da guya onun həmin pulu bankdan götürüb Şahid3 ilə birlikdə mənimsədiyi barədə tanışı Şahid1 vasitəsilə hüquq mühafizə orqanlarına şikayət etməyə başlamış, həmçinin guya Rəsmiyyəni MMC-nin icraçı direktoru kimi ortalığa çıxarmışlar, əslində isə Rəsmiyyənin həmin MMC-nin fəaliyyətinə heç bir aidiyyəti olmamışdır. O və qardaşı Mirdamət Həmidov "xxxx" MMC-dəki fəaliyyətləri dövründə maddi çatışmazlıqların hesablanması ilə bağlı audit yoxlamasında iştirak etməyə dəvət edilmişlər, lakin dəvət teleqramları icraçı direktor Şahid1 adından vurulduğu üçün ehtiyac bilmədiyinə görə audit yoxlamasında iştirak etməmişlər. Audit hesabatı və əlavə edilmiş sənədlərdə göstərilən pul məbləğlərini hər dəfə Zərərçəkmiş şəxs1 vermiş, lakin bu barədə heç bir sənədləşmə aparılmamışdır. Audit hesabatı ilə razılaşmır. O, "xxxx" ASCnin 4 saylı filialından 5980 ABŞ dolları pulu çekə imza etməklə götürmüş, bir gün sonra Zərərçəkmiş şəxs1 yanına getmişdir. Yaşarla razılaşmalarına əsasən ona Bakı şəhərində mənzil alacağını vəd etmişdir. Yaşar bir neçə ay əmək haqqı vermədiyinə görə o, həmin pulu götürüb Yaşardan ona iki ay sonra almağı vəd verdiyi mənzilin pulundan çıxmasını xahiş etmişdir. Yaşar həmin pulu onun götürməsi ilə razılaşmışdır. Sonra o, 5980 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytarmışdır. Yaşar da həmin pulu banka köçürməsi üçün ona vermiş, o da Rizvanla gedib həmin pulu banka köçürmüşdür. O, hər iki epizod üzrə götürdüyü pulları Yaşara qaytarmışdır, onun heç bir günahı yoxdur. Məhkəmədən barəsində qərar qəbul edərkən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində onun rəhbərlik etdiyi məhdud məsuliyyətli cəmiyyətlər birliyi fəaliyyət göstərmişdir. 2015-ci ildə onun rəhbərlik etdiyi MMC-lərlə bağlı Vergilər Nazirliyi tərəfindən yoxlamalar başlanıldığı üçün o, müştərilər ilə alqı-satqı əməliyyatlarını tanışı Şahid1 ilə aralarında olan şifahi razılaşma əsasında onun faktiki rəhbərlik etdiyi "xxxx" MMC vasitəsilə həyata keçirmiş, əvəzində "xxxx" MMC-nin faktiki fəaliyyət göstərmək üçün Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmənnasız olaraq yer vermişdir. O, Türkiyə Respublikasında fəaliyyət göstərən “Boyçelik Metal Sanayi və TicariA.Ş” ilə aralarında olan elektron müqavilə əsasında tikinti-sənaye malları alıb Bakı şəhərinə göndərməsi üçün həmin şirkətin hesabına pulu "xxxx" MMC-nin hesabı vasitəsilə göndərmək üçün 30.08.2017-ci il tarixdə 6065 ABŞ dolları pulu hesaba otuzdurmaq üçün Şahid1 vermiş, həmin gün də pulun hesaba otuzdurulması barədə ona xəbər verilmiş, sifariş olunmuş malların Türkiyə Respublikası ərazisində satın alınıb toplanması prosesi müəyyən zaman aldığına görə pul da bir müddət qarşı şirkətin hesabına otuzdurulmamışdır. Sonra isə xarici şirkətin hesabına pul köçürmək istədikdə ona pulun 28.09.2017-ci il tarixdə "xxxx" MMC-nin hesabından geri çıxarıldığı məlum olmuş, bu barədə Rəsmiyyədən soruşduqda ona Təqsirləndirilən şəxs bank çekinə imza etməklə həmin pulu çıxarıb öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bu mövzuda Xatirə ilə ofisdə söhbət aparılanda Xatirə həmin pulu götürdüyünü etiraf edərək bir müddət sonra geri qaytaracağını demişdir. O, Rəsmiyyəyə şirkət işlərində kömək etdiyinə və lazım olanda məsləhətlər verdiyinə görə adətən onu "xxxx" MMC-nin faktiki rəhbəri hesab etmişlər, lakin onun həmin şirkətə faktiki rəhbərliyi və fəaliyyətində maddi mənfəəti olmamış, cəmiyyət ilə heç bir rəsmi əlaqəsi olmamışdır. Ümumiyyətlə həmin MMC-nin direktoru Mirdamət Həmidov olsa da MMC-də heç bir fəaliyyəti olmamış və MMC-nin bütün fəaliyyətini, xüsusilə də müqavilə bağlamaq, alqı-satqı əməliyyatlarını, maliyyə-mühasibatlıq işlərini, o cümlədən faktiki rəhbərliyi icraçı direktor Şahid1 həyata keçirmişdir. MMC-nin hesablaşma hesabı “Nikoyl İKB’’ ASC-də yerləşmiş, Mirdamət Həmidov hesabdan maliyyə əməliyyatı həyata keçirmək hüququ olan və "xxxx" ASC-də imzası tanınan yeganə əməkdaş olduğundan hesabdan pul çəkməyi etibarnamə əsasında bacısı Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da hər dəfə "xxxx": ASC-dəki "xxxx" MMC-nin hesablaşma hesabından pul çıxarıb MMC-nin kassasına mədaxil etmişdir. Bir dəfə Rəsmiyyə ondan Gəncə şəhərində yerləşən "xxxx" MMC ilə aralarında tikinti materiallarının alqı-satqısı barədə müqavilə bağlandığını, əgər onun tanıdığı yük avtomaşını varsa onları əlaqələndirməsini xahiş etmişdir. O, tanıdığı sürücü ilə danışıb yükü aparmasını tapşırmışdır. Bundan bir müddət sonra Şahid1 ona Təqsirləndirilən şəxs 28940 manat pulu hesabdan çıxarıb mənimsədiyini demişdir. O, Xatirənin adına şirkət rəsmiləşdirməmiş, ona ev almağı vəd etməmişdir. Xatirə 28940 manat pulu ona verməmişdir. O, həmin ərəfələrdə, yəni 30.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixə qədər xəstəxanada səhhətinin ağır olması ilə əlaqədar yataq şəraitində müalicə olunmuşdur. Xatirə 5980 ABŞ dolları məbləğində pulu onun razılığı ilə götürməmiş və həmin pulu ona qaytarmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 5980 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirərək mənimsəməsinə dair epizod üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, həmin epizod üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə baxışında zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyərkən direktor tərəfindən verilmiş 04.07.2016-cı il tarixli etibarnamə əsasında cəmiyyətin bütün maliyyə, mühasibat, alqı-satqı və bank əməliyyatlarının aparılması səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən "xxxx" ACS-nin 4 saylı filialındakı hesabından 28940 manat məbləğində satış pulunu imzaladığı 07.11.2017-ci il tarixli və 5980 ABŞ dolları məbləğində nağd pul vəsaitini imzaladığı 28.09.2017-ci il tarixli bank çekləri əsasında qəbul edərək şəxsi ehtiyaclarına xərcləyib "xxxx" MMC-yə məxsus pulları mənimsəmişdir. "xxxx" MMC-yə dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsində dövlət ittihamçısının mövqeyi ilə razıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə mərhum atasının tanışı Şahid4 tikinti materiallarının topdan satış fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-ni təsis edib tanışı Mirdamət Həmidovu MMC-nin direktoru, onu isə icraçı direktoru, sonradan direktor Mirdamət Həmidov da öz növbəsinə bacısı Təqsirləndirilən şəxs direktor müavini vəzifəsinə təyin etmişdir. Mirdamət Həmidov direktor olsa da MMC-də heç bir aktiv fəaliyyəti olmamış və MMC-nin bütün fəaliyyətini, xüsusilə də müqavilə bağlamaq, alqı-satqı əməliyyatlarını, maliyyə-mühasibatlıq işlərinə nəzarət etməyi Şahid4 ona tapşırmış, o da "xxxx" MMC-yə faktiki rəhbərliyi həyata keçirmişdir. MMC-nin hesablaşma hesabı hazırda yenidən təsis edilərək “Yelo Bank” adlanan sabiq "xxxx" ASC-də yerləşmiş, Mirdamət Həmidov hesabdan maliyyə əməliyyatı həyata keçirmək hüququ olan və "xxxx" ASC-də imzası tanınan yeganə əməkdaş olduğundan hesabdan pul çəkməyi etibarnamə əsasında bacısı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da hər dəfə "xxxx" ASC-dəki "xxxx" MMC-nin hesablaşma hesabından pul çıxarıb MMC-nin kassiri Şahid2 vermiş, Əliqulu da pulu qəbul edərək bu barədə xəzinə sənədi tərtib edib imzaladıqdan sonra pulu ona vermiş, sonda həmin xəzinə sənədi onun tərəfindən də imzalanmışdır. O, Zərərçəkmiş şəxs1 2008-ci ildən tanımışdır. Zərərçəkmiş şəxs1 "xxxx" MMC ilə heç bir rəsmi əlaqəsi olmamış, 2015-ci ildən Zərərçəkmiş şəxs1 idarə etdiyi şirkətlərdə vergi yoxlamaları aparıldığına görə həmin şirkətlər vasitəsilə satışlar həyata keçirə bilməmiş, ona görə də razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 "xxxx" MMC vasitəsilə əvvəlki müştərilərinə mal satmış, əvəzində "xxxx" MMC-yə özünün fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsinə təmənnasız olaraq icazə vermişdir. 2017-ci ilin mart ayında "xxxx" MMC ilə "xxxx" MMC arasında tikinti prosesində istifadə edilən elektrik avadanlıqlarının alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə görə sifarişə uyğun olaraq "xxxx" MMC tərəfindən mallar toplanıb qarşı tərəfin anbarına təhvil verilmiş, bundan sonra qarşı tərəf "xxxx" MMC-nin hesabına qabaqcadan razılaşdırılmış məbləği ödəmişdir. 07 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs etibarnamə əsasında "xxxx" ASC-dən "xxxx" MMC-nin hesabından "xxxx" MMC tərəfindən köçürülmüş 28940 manat pulu çıxarıb şirkətin kassasına mədaxil etməmişdir. Xatirə pulun onda olmadığını guya pulu öz evində Zərərçəkmiş şəxs1 verdiyini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 ilə danışanda Yaşar xeyli vaxtdır xəstəxanada olduğunu, Xatirənin evinə getmədiyini, ondan pul almadığını demişdir. Hətta o da həmin ərəfədə bir neçə dəfə “Semaşko” adlanan xəstəxanaya gedib Yaşara baş çəkmişdir. Yaşar Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərdən birinə "xxxx" MMC-nin hesabı vasitəsilə pul göndərmək istədiyinə görə 30.08.2017-ci il tarixdə ofisdə ona təxminən 6000 ABŞ dolları pul vermiş, o da hazırda xatırlamadığı işçilərdən biri vasitəsilə 6000 ABŞ dolları pulu hesaba otuzdurmuş, bir müddət sonra Yaşar ona 6000 ABŞ dolları pulun hesabdan xarici şirkətin hesabına köçürməsini bildirmişdir. Həmin vaxt pul hesabda olmadığından, dəqiqləşmə aparmış, Təqsirləndirilən şəxs 28.09.2017-ci il tarixdə bank çekinə imza etməklə həmin pulu hesabdan geri çıxarıb öz şəxsi ehtiyacları üçün xərclədiyini öyrənmişdir. Bu mövzuda o və Yaşar Xatirə ilə ofisdə söhbətlər aparsalar da Xatirə pulu qaytarmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Şahid4 tikinti materiallarının topdan satış fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-ni təsis edib Mirdamət Həmidovu MMC- nin direktoru, Şahid1 icraçı direktor, sonradan direktor Mirdamət Həmidov da öz növbəsinə bacısı Təqsirləndirilən şəxs direktor müavini vəzifəsinə təyin etmişdir. Mirdamət Həmidov direktor olsa da MMC-də heç bir aktiv fəaliyyəti olmamış və MMC-nin bütün fəaliyyətini, xüsusilə də müqavilə bağlamaq, alqısatqı əməliyyatlarını, maliyyə-mühasibatlıq işlərinə nəzarət etməyi Şahid4 Şahid1 tapşırmış, "xxxx" MMC-yə rəhbərliyi də Şahid1 həyata keçirmişdir. O, "xxxx" MMC-də kassir kimi fəaliyyət göstərmişdir. MMC-nin hesablaşma hesabı "xxxx" ASC-nin 4 saylı Nizami filialında yerləşmişdir. Mirdamət Həmidov hesabdan maliyyə əməliyyatı həyata keçirmək və hesabdan pul çəkmək hüquqlarını etibarnamə əsasında bacısı Təqsirləndirilən şəxs vermiş, hər dəfə hesaba pul köçürüləndə bankın müvafiq əməkdaşları kassir olduğuna görə onunla əlaqə saxlayıb ona, o da öz növbəsində Rəsmiyyəyə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs "xxxx" ASC-dəki "xxxx" MMC-nin hesablaşma hesabından pul çıxarıb MMC-nin kassiri olduğuna görə ona vermiş, o da pulu qəbul edib bu barədə xəzinə sənədi tərtib edərək imzaladıqdan sonra pulu Şahid1 vermiş və sonda həmin xəzinə sənədi Rəsmiyyə tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də direktor müavini kimi işlədiyi dövrdə dəfələrlə etibarnamə əsasında MMC-nin "xxxx" ASC-nin 4 saylı Nizami rayon filialındakı hesabından pul götürmüş, lakin 2017-ci il ərzində götürdüyü təxminən 3000, 8000, 29000 manat və 6000 ABŞ dolları pulları kassaya mədaxil etmək üçün ona təqdim etməmişdir. 28940 manat pul "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında köçürülmüş satış pulu olmuş və 07.11.2017-ci il tarixdə Xatirə həmin pulu hesabdan götürmüşdür. Zərərçəkmiş şəxs1 "xxxx" MMC ilə heç bir rəsmi əlaqəsi olmamışdır. Yaşar Rəsmiyyə ilə aralarında olan razılaşmaya əsasən "xxxx" MMC-nin hesabı vasitəsilə müştərilərinə mal satmışdır. Yaşar Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərdən biri ilə satış əməliyyatı həyata keçirmək məqsədilə "xxxx" MMC-nin hesabına təxminən 6000 ABŞ dolları pul yerləşdirmiş, lakin bir müddət sonra həmin pulun hesabda olmadığını öyrənib dəqiqləşmə aparanda Təqsirləndirilən şəxs 28.09.2017-ci il tarixdə bank çekinə imza etməklə həmin pulu hesabdan geri çıxarıb öz şəxsi ehtiyacları üçün xərclədiyi məlum olmuşdur. O, kassir kimi MMC-nin hesabına, maliyyə vəziyyətinə görə əsas məsuliyyət daşıyan şəxs olduğundan dəfələrlə Xatirə ilə danışıq aparıb pulu geri qaytarmasını, onun üçün problem olacağını demiş, Xatirə də 5980 ABŞ dolları pulu yerinə qoyduğunu, 28940 manat pulu isə Yaşara verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə məxsus pul vəsaitini götürmək ixtiyarı olmamış və heç vaxt da qəbul etməmiş, həmçinin qeyd edilən ərəfədə 1 saylı Şəhər Klinik Xəstəxanasında səhhətinin ağır olması ilə əlaqədar yataq şəraitində müalicə olunmuş və o, özü də bir neçə dəfə Yaşara baş çəkməyə getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanımışdır. Xatirənin firmanın bank hesabındakı pulu götürmək səlahiyyətinin olub-olmamasını, pulun çıxarılması və kimə verilməsi barədə məlumatı olmamışdır. Ofisdə yayılan söhbətlərdən Xatirənin firmaya borcu olduğunu, işə gəlmədiyini, hətta özünə mənzil aldığını, sonra Xatirədən şikayət etdiklərini eşitmişdir. Sonradan Xatirə ilə borc barəsində danışmışlar. Xatirə ona bu işin Yaşarla aralarında danışılmış məsələ olduğunu, pulları Yaşara ödədiyini, onluq bir iş olmadığını demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-ni 2013-cü ildə təsis etmişdir. Mirdamət Həmidovu MMC-nin direktoru, Şahid1 icraçı direktor təyin etmişdir. Sonradan eşitmişdir ki, Mirdamət Həmidov da öz bacısı Təqsirləndirilən şəxs direktor müavini kimi işə götürmüşdür. O, MMC-yə ümumi nəzarət etmiş, MMC ilə bağlı əsas əməliyyatları Şahid1 həyata keçirmişdir. Mirdamət Həmidov hesabdan pul çəkməyi etibarnamə əsasında bacısı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs hər dəfə "xxxx" MMC-nin hesablaşma hesabından pul çıxarıb MMC-nin kassiri Şahid2 vermiş, Əliqulu da pulu qəbul edib sənədləşmə apararaq Şahid1 vermişdir. 2017-ci ildə Rəsmiyyə ona Gəncə şəhərində yerləşən "xxxx" MMC ilə aralarında tikinti materiallarının alqı-satqısı barədə müqavilə bağlandığını, sifariş olunan malların alınıb Gəncə şəhərinə yola salındığını, təxminən 30000 manat satış pulunun şirkətin "xxxx" ASC-də yerləşən hesabına köçürüldüyünü, lakin Təqsirləndirilən şəxs həmin pulu götürüb kassaya mədaxil üçün təqdim etmədiyini bildirmişdir. Daha sonra eşitdiyinə görə Xatirə müxtəlif vaxtlarda "xxxx" MMC-nin hesabından pul götürmüş, kassaya mədaxil etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, malların satışı ilə əlaqədar başqa şirkətin hesabına köçürmək məqsədilə "xxxx" MMCnin "xxxx" ASC-nin 4 saylı filialındakı bank hesabına köçürülmüş 5980 ABŞ dollarının bir müddət sonra hesabdan çıxarıldığı məlum olmuşdur. Bankda dəqiqləşdirmə apararkən pulun Təqsirləndirilən şəxs tərəfindən çıxarıldığı məlum olmuş və bu barədə Yaşara məlumat vermişdir. 2 gün sonra Yaşar ona 5980 ABŞ dolları pul verib hesaba geri köçürməyini bildirmiş, o da Rəsmiyyə ilə birlikdə banka gedib həmin pulu hesaba köçürmüşdür. Xatirə 5980 ABŞ dolları pulu Yaşara verdiyini bildirmiş, Yaşar isə Xatirənin ona pul vermədiyini bildirmişdir. Sonradan eşitmişdir ki, Xatirə şirkətin 27000-28000 manat pulunu ələ keçirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs1lə onu bacısı Xatirə tanış etmişdir. Ona iki-üç aydan bir gəlib imza edəcəyini, onluq bir iş olmadığını, ona iş stajı yazılacağını demişlər. O, MMC-nin fəaliyyəti ilə məşğul olmamış, yalnız bir-iki aydan bir ofisə dəvət edərək ayrı-ayrı müqavilə və sənədlərə imza etdirmişlər. Həmin sənədlərin məzmununu oxuyub tanış olmamışdır. "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialındakı hesabından satış pullarını bank çeki imza etməklə götürmək səlahiyyətini Göyçay rayonunda yerləşən notariat kontorlarından birində etibarnamə əsasında Xatirəyə vermişdir. Onu Bakı şəhərində MMC-nin ofisində Əliqulu adlı əməkdaş qəbul etmiş, Yaşar Əliquluya göstəriş vermiş, Əliqulu da ona sənədlərə imza etdirmişdir. O, Şahid1 heç vaxt görməmişdir. Xatirənin bank hesabından MMC-yə məxsus pul götürüb-götürmədiyindən məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması haqqında 21.11.2019-cu il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cəmiyyətə məxsus xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - 18.09.2019-cu il tarixli audit hesabatından görünür ki, təqdim edilmiş sənədlərə əsasən audit yoxlaması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz adına yazdığı pul çekləri əsasında "xxxx" ASC-nin 4 saylı filialından nağd yolla aldığı 25.05.2017-ci il tarixdə NK-40918 nömrəli çeklə 3105,0 manat, 14.07.2017-ci il tarixdə NK-40921 nömrəli çeklə 8818,0 manat, 07.11.2017-ci il tarixdə NİK-145551 nömrəli çeklə 28940,0 manat, cəmi 40863,0 manat və 28.09.2017-ci il tarixdə NK-216651 nömrəli çeklə alınmış 5980,0 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1 ABŞ dolları = 1.7002 AZN məzənnəsi ilə 10167,2 AZN), ümumilikdə manat ekvivalentində 51030,2 manat məbləğində vəsaiti "xxxx" MMC-nin xəzinəsinə təhvil verməyərək (mədaxil etməyərək) həmin vəsaiti Cəmiyyətin dövriyyəsindən yayındırmış, bununla da Cəmiyyətə 51030,2 manat məbləğində ziyan vurulmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 12.05.2016-cı il tarixli, 16 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də direktor müavini vəzifəsinə təyin olunması, bütün maliyyə mühasibat işləri, alqı-satqı və bank əməliyyatlarının ona tapşırılması və məsuliyyət daşıması barədə əmr verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 16.12.2013-cü il tarixli, 01 saylı əmrdən görünür ki, X1 "xxxx" MMC-də direktor vəzifəsinə təyin olunması, bütün maliyyə mühasibat işləri, alqısatqı və bank əməliyyatlarının ona tapşırılması və məsuliyyət daşıması barədə əmr verilmişdir. - 04.07.2016-cı il tarixli etibarnamədən görünür ki, X2 tərəfindən Azərbaycan Respublikasında yerləşən təsisçisi və direktoru olduğu hüquqi şəxslərə dair notariat kontorunda onun adına olan payları satmaq, alqı-satqı müqaviləsini bağlamaq, rüsumları ödəmək, sənədləşdirmə işlərini aparmaq, əvəzinə bütün sənədləri imzalamaq, rəhbər səlahiyyətlərini icra etmək, bütün dövlət və qeyri-dövlət orqanlarında, banklarda səlahiyyətli nümayəndəsi olmaq, hesab açmaq, sərəncam vermək, bank müqavilələri bağlamaq, pul almaq, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyində onun səlahiyyətli nümayəndəsi olmaq, lazımı sənədləri təhvil vermək və almaq, aldığına dair imza etmək, adından ərizələr imzalamaq, ümumi yığıncaqlarda iştirak etmək, qərarları qəbul etmək, rəhbər təyin etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etmək, çek kitabçasına imza etmək, Asan Xidmət Mərkəzində nümayəndəsi olmaq, asan imza almaq üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin “X5” tərəfindən verilmiş epikrizdən görünür ki, Zərərçəkmiş şəxs1 30.10.2017-ci il tarixdən 01.12.2017-ci il tarixədək “X5”ndə müalicə almış, 01.12.2017-ci il tarixdə orta ağır vəziyyətdə evə yazılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17.07.2020-ci il tarixli, 9/2290 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan 18 sentyabr 2019-cu il tarixli auditor hesabatında qeyd olunanlara, təqdim edilmiş kassa mədaxl orderlərinə, kassa məxaric orderlərinə, çeklərə, "xxxx" MMCnin "xxxx" ASC-də olan hesablaşma hesabı məlumatlarına əsasən Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin 4 saylı filialından nağd yolla aldığı 25.05.2017-ci il tarixdə NK- 40918 nömrəli çeklə 3105,0 manat, 14.07.2017-ci il tarixdə NK-40921 nömrəli çeklə 8818,0 manat, 07.11.2017-ci il tarixdə NİK-145551 nömrəli çeklə 28940,0 manat, cəmi 40863,0 manat və 28.09.2017-ci il tarixdə NK- 216651 nömrəli çeklə alınmış 5980,0 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan 1 ABŞ dolları = 1.7002 AZN məzənnəsi ilə 10167,2 AZN), ümumilikdə manat ekvivalentində 51030,2 manat məbləğində vəsaitin "xxxx" MMC-nin xəzinəsinə mədaxil edilmədiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs 12.05.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək işlədiyi dövr ərzində hesabında 51030,2 manat məbləğində pul vəsaiti çatışmazlığı qalması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14.07.2020-ci il tarixli, 4/427 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, 14 iyul 2017ci il tarixli 040921 saylı, 28 sentyabr 2017-ci il tarixli 216651 saylı, 07 noyabr 2017-ci il tarixli 145551 saylı, 25 may 2017-ci il tarixli 040918 saylı çeklərin üz və arxa tərəflərində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarında olan imzalar; 20 iyul 2016-cı il tarixli 040907 saylı çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasında olan imza; 17 oktyabr 2017-ci il tarixli 216654 saylı, 15 dekabr 2016-cı il tarixli 040915 saylı, 27 oktyabr 2016-cı il tarixli 040914 saylı, 04 oktyabr 2016-cı il tarixli 040913 saylı çeklərin üz və arxa tərəflərində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarında olan imzalar; 06 sentyabr 2016-cı il tarixli 040908 saylı çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasında olan imza; 05 aprel 2017-ci il tarixli 040916 saylı, 04 iyul 2017ci il tarixli 040920 saylı, 08 iyun 2017-ci il tarixli 040919 saylı, 20 aprel 2017-ci il tarixli 040917 saylı, 25 avqust 2017-ci il tarxli 040922 saylı, 06 oktyabr 2017-ci il tarixli 040923 saylı çeklərin üz və arxa tərəflərində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar; 30.11.2016-cı il tarixli, 16.09.2016-cı il tarixli, 23.09.2016-cı il tarixli, 31.08.2016-cı il tarixli, 28.09.2016-cı il tarixli, 05.10.2016-cı il tarixli, 19.10.2016-cı il tarixli, 13.12.2016-cı il tarixli, 30.01.2017-ci il tarixli, 04.07.2017-ci il tarixli, 30.08.2017-ci il tarixli, 30.08.2017-ci il tarixli, 11.05.2016-cı il tarixli, 24.05.2016-cı il tarixli, 11.05.2016-cı il tarixli “Nagd pulun mədaxili uçun elan”larda “Təhvil verdim” qrafalarındakı imzalar; 01.06.2016-cı il tarixli (101200 AZN məbləğə dair) “Nagd pulun mədaxili uçun elan”da “Təhvil verdim” qrafalarındakı 2-ci imza; 23.06.2016-cı il tarixli “Nagd pulun mədaxili uçun elan” da “Təhvil verdim” qrafalarındakı 1-ci imza; 15.08.2016-cı il tarixli, 15.07.2016-cı il tarixli, 29.07.2016-cı il tarixli, 27.10.2016-cı il tarixli, 14.11.2016-cı il tarixli, 29.12.2016-cı il tarixli, 28.09.2017-ci il tarixli, 07.11.2017-ci il tarixli, 05.10.2016-cı il tarixli, 14.02.2017-ci il tarixli “Nagd pulun mədaxili uçun elan”larda “Təhvil verdim” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 18 aprel 2016-cı il tarixli 040905 saylı, 14 mart 2016-cı il tarixli 040902 saylı, 25 aprel 2016-cı il tarixli 040906 saylı çeklərin üz və arxa tərəflərində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar; 20 iyul 2016-cı il tarixli 040907 saylı və 06 sentyabr 2016-cı il tarixli 040908 saylı çeklərin üz və arxa tərəflərində “imzalar” qrafalarındakı imzalar; 25.11.2016-cı il tarixli, 20.12.2016-cı il tarixli, 25.10.2016-cı il tarixli, 15.02.2017-ci il tarixli, 23.02.2017-ci il tarixli, 15.02.2017-ci il tarixli, 10.03.2017-ci il tarixli, 05.04.2017-ci il tarixli, 30.03.2017-ci il tarixli, 10.03.2017-ci il tarixli, 13.04.2017-ci il tarixli, 18.04.2017-ci il tarixli, 12.04.2017-ci il tarixli, 21.04.2017-ci il tarixli, 28.04.2017-ci il tarixli, 17.05.2017-ci il tarixli, 13.06.2017-ci il tarixli, 10.07.2017-ci il tarixli, 27.04.2016-ci il tarixli, 27.04.2016-cı il tarixli, 17.05.2016-cı il tarixli, 29.03.2016-cı il tarixli, 09.03.2016-cı il tarixli, 06.04.2016-cı il tarixli, 01.06.2016-cı il tarixli (26920 AZN məbləğə dair), 16.09.2016-cı il tarixli, 03.08.2016-cı il tarixli, 19.10.2016-cı il tarixli, 04.10.2016-cı il tarixli, 23.09.2016-cı il tarixli, 21.10.2016-cı il tarixli, 13.12.2016-cı il tarixli, 29.11.2016-cı il tarixli, 13.12.2016-cı il tarixli, 14.12.2016-cı il tarixli, 27.12.2016-cı il tarixli, 17.02.2016-cı il tarixli, 12.02.2016-cı il tarixli, 28.01.2016-cı il tarixli, 18.02.2016-cı il tarixli, 24.02.2016-cı il tarixli, 25.02.2016-cı il tarixli, 26.02.2016-cı il tarixli, 24.05.2017-ci il tarixli, 19.01.2017-ci il tarixli, 26.01.2017-ci il tarixli, 25.08.2017-ci il tarixli “Nagd pulun mədaxılı ucun elan”larda “Təhvil verdim” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının 13.07.2020-ci il tarixli, 4/433 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 29.07.2020-ci il tarixli, 4/495 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş "xxxx" MMC ilə "xxxx" MMC-nin adlarında bağlanmış olan 1 mart 2017-ci il tarixli, DAM 113/17 nömrəli müqavilənin kserosurətinin 5-ci vərəqəsində “Rəhbər” qrafasında əks olunmuş imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş "xxxx" MMC-nin adından olan 16 nömrəli 12 may 2016-cı il tarixli əmrin kserosurətində “Həmidov M.M.” yazıları qarşısında əks olunmuş imzanı - X2 tərəfindən icra olunubolunmamasını nəticənin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işi üzrə 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 19.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması haqqında 19.08.2020-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC zərərçəkmiş kimi, Zərərçəkmiş şəxs2 zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 19.08.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.09.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.11.2012-ci il təvəllüdlü Şükür Əli adlı azyaşlı uşağı vardır. - telefon danışıqlarına dair məlumatları özündə əks etdirən “CD” diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə 07.11.2017-ci il tarixdə saat 14:03dən saat 15:29-dək "xxxx" ASC-nin 4 saylı filialının yerləşdiyi (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 25/29) ünvanı əhatə edən “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 70B” adlı anten tərəfindən qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil nömrə 07-10 noyabr 2017-ci il tarixlərdə eyni anten tərəfindən qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən "xxxx" ACS-nin 4 saylı filialındakı hesabından 5980 ABŞ dolları və 28940 manat məbləğində pulu çıxararaq mənimsəmə yolu ilə talaması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 677 (altı yüz yetmiş yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 75 iş saatı, cəmi 90 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 540 (beş yüz qırx) manat (90x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 677 (altı yüz yetmiş yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs istintaqda 15 saat, məhkəmədə 75 saat, cəmi 90 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 540 (beş yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar