Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-330/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1978-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,399 qram olan narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əfkari 5 ünvanın qarşısında xidmətdə olan Bakı şəhəri, Nizami RPİ-nın 23-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,399 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daxilində heroin izləri olan 02 ədəd metal borucuqlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, bir il olar ki, narkotik vasitə olan heroindən istifadə istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun ərazisində tanımadığı bir şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin almışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində ünvan 7 ünvanında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildrərərk onu sorğu-sual edib üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşmuşlar. Həmin vaxt o, üzərində narkotik vasitə olduğu üçün narahat olub suallardan yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun davranışından şübhələnmiş və onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 23-cü PB-nə gəlmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət olunmuş və vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacaqdır. O, şəxsi axtarış zamanı vəkilin iştirakına ehtiyacının olmadığını bildirmiş və sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, yaxud maddə olduğu halda təqdim etmək təklif edilmişdir. Həmin vaxt o, əynində olan gödəkçənin cibindən bir ədəd bükümdə olan heroini və həmin heroini qəbul etmək üçün istifadə etdiyi 02 iki ədəd metal materialından olan borucuqları təqdim edib bildirmişdir ki, həmin heroini bir gün əvvəl şəxsi istifadəsi üçün Xətai rayonunda tanımadığı şəxsdən 15 manata almışdır. Şəxsi axtarış zamanı həmçinin şalvarının cibindən şəxsi istifadəsində olan “Samsung J3” markalı mobil telefonu və 1 manatlıq pul əskinazını təqdim etmişdir. Təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin tərkib və çəkisinin öyrənilməsi üçün ekspertizaya göndəriləcəkdir. Şəxsi axtarışın nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol onun və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahidlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şahid Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2007-ci ildən DİO-da, 2022-ci ildən isə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə Nizami RPİnin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında zahiri görünüşündən narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfəri görüb həmin şəxsə yaxınlaşıb sorğu-sual etmişlər. Həmin şəxs narahat olub onlara cavab verməkdən yayınmışdır. Odur ki, həmin şəxsi Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində sonuncunun xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqatçı tərəfindən onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın mobil telefonla video çəkilişinin aparılması ona həvalə edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etmək təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü və 02 ədəd metaldan olan borucuqları təqdim edib həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün 15 manata Xətai rayon ərazisində tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında zahiri görünüşündən narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfəri görüb ona yaxınlaşaraq şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs narahat olub onlara cavab verməkdən yayınmağa başlamışdır. Odur ki, onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1978-ci ildə Bakı şəhərində andan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildi. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkil dəvət edilərək ona hüquq və vəzifələri izah edildi. Sonra təhqiqatçı tərəfindən bizim iştirakımızla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışın mobil telefonla video çəkilişinin aparılması Şahid1 həvalə edilmişdi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs özərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif edildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü və 02 ədəd metaldan olan borucuqları təqdim edib həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün 15 manata Xətai rayon ərazisində tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırıldı və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edildi. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:45 radələrində ünvan 10 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə içərisində narkotik vasitə heroinə oxşar maddə olan bükülünü təqdim edib həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 6/1198 saylı, 28 fevral 2023-cü il tarixli rəyindən görünür ki, “AR DİN “Zərflər üçün N163” möhür əksi və “Təqdim etdi... Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,399 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zəfdəki metal borucuqların daxilində heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 02 mart 2023-cü il tarixli şəxsi video görüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrində ünvan 10 ünvanının qarşıslnda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru Şəbnəm Ələkbərova tərəfindən şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddə olan bükülünü təqdim edib həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai rayonunda tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 mart 2023-cü il tarixli 1344 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan 01 aprel 2023-cu il tarixli qərardan görünür ki, iş üzrə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş- təmiz çəkisi 0.399 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq tədqiqata sərf edildikdən sonra qalığı- 0,349 qramı məhkəmənin hökmünə qədər saxlanılması üçün Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli tutma protokolundan, 01 mart 2023cü il tarixli cəlb qərarından, 01 mart 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Habelə, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,349 qram narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı 27 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və və narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və üzərinə narkomaniyadan məcburi müalicə kursunu keçmək vəzifəsinin qoyulması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.349 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-330/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-330/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver