Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-331/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri X8 və X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1968-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırkı cinayət işi ilə bağlı 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bilə-bilə saxta sənəd hazırlamaq və istifadə etməklə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib torpaq sahəsi almaq məqsədilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs2 özlərini torpaq alqısatqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1748 ünvanında yerləşən X1 məxsus və ünvan 7 ünvanda yerləşən X7 məxsus bağ sahələrini Zərərçəkmiş şəxs2 göstərib həmin torpaq sahələrinin satılması və sənədləşdirilməsinə köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq, aralarında olan vəzifə bölgüsünə görə o, xx.xx.2019-cu il tarixdə, ünvan 8 ünvanında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən Zərərçəkmiş şəxs2 adına Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindəki 39 V saylı bağın 0.10 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə hüquq verən rəsmi sənəd hesab edilən 07 yanvar 2005-ci il tarixli 8157 saylı müqaviləni istifadə elmək məqsədi ilə qanunsuz hazırladıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2019-cu il tarixdə, ünvan 10 ünvanda həmin müqaviləni Zərərçəkmiş şəxs2 təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib sonuncunu inandırmaqla etibarından sui-istifadə edərək qeyd edilən torpaq sahəsini satmaq adı ilə Zərərçəkmiş şəxs2 16 yanvar 2019-cu il tarixdə saat 20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 11 ünvanda yerləşən "Retro” çay evində 6000 manat, həmin tarixdə saat 12 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 850 manat, 23 yanvar 2019-cu il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs2 ünvan 12 ünvanda yerləşən “Retro" çay evində 1250 manat, 30 yanvar 2019-cu il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ünvanda 1250 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 9350 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək qrup üzvü Təqsirləndirilən şəxs1la öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən bilə-bilə saxta sənəd hazırlamaq və istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X6 məxsus Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK- nin bağçılıq təsərrüfatı 104 saylı ünvanda yerləşən bağ sahəsini borclu olduğu Şahid4 Səfıbəy oğluna göstərdikdən sonra həmin torpaq sahəsinə aid Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən arvadı Babaşova X14 adına Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 2464/b saylı bağın 0,06 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə qanunsuz hazırladığı, hüquq verən rəsmi sənəd hesab edilən 25 avqust 2005-ci il tarixli 35650 saylı müqaviləni Şahid4 verib sonuncuya borcunun əvəzində həmin torpaq sahəsini satıb borclu olduğu 9000 manat məbləğində pulu götürüb qalan pulu ona verməsini tapşırmış, onun cinayətkar niyətindən xəbərsiz olan Şahid4 öz növbəsində torpaq sahəsi almaq məqsədilə müraciət etmiş Zərərçəkmiş şəxs1lə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Respublika Baş Prokurorluğu HİK-nin” bağçılıq təsərüfatı 104 saylı ünvanda yerləşən bağ sahəsini onun tərəfindən qanunsuz hazırlanmış həmin 25 avqust 2005-ci il tarixli 35650 saylı saxta müqavilədən istifadə etməklə satmaq barədə razılaşaraq bu məqsədlə Şahid4 Zərərçəkmiş şəxs1 01 iyun 2020-ci il tarixdə Bakı şəhəri. Nizami rayonu, Q.Qarayev prospekti 56 ünvanda əldə etdiyi 36000 manat məbləğində nəğd pul vəsaitini əldə etdikdən sonra o. xx.xx.2020-ci il tarixdə ünvan 14 ünvanında Şahid4 həmin 36000 manat nağd pul vəsaitinin 9000 manatını sonuncuya olan borcuna ödəyib qalan 27000 manat hissəsini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən bilə-bilə saxta sənəd hazırlamaq və istifadə elməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib torpaq sahəsi almaq məqsədilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs3 özlərini torpaq alqısalqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ünvan 15 ünvanda yerləşən X9 məxsus bağ sahəsini Zərərçəkmiş şəxs3 göstərib həmin torpaq sahəsinin satılması və sənədləşdirilməsinə köməklik göstərəcəklərinə dair yalan vəd verib aldararaq, aralarında olan vəzifə bölgüsünə əsasən o xx.xx.2021- ci il tarixdə, ünvan 16 ünvanında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adından çap olunmuş boş müqavilə blankına guya həmin Birlik tərəfindən Zərərçəkmiş şəxs3 arvadı X4 adına Bakı şəhəri. Suraxanı rayonu. Hovsan qəsəbəsində yerləşən 984/4 saylı bağın 0.05 ha torpaq sahəsinin verilməsi haqqında yalan məlumatları daxil etməklə hüquq verən rəsmi sənəd hesab edilən 16 mart 2007-ci il tarixli 39944 saylı müqaviləni istifadə etmək məqsədi ilə qanunsuz, hazırladıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin müqaviləni Zərərçəkmiş şəxs3 təqdim etməklə bilə-bilə saxta sənəddən istifadə edib sonuncunu inandırmaqla etibarından sui-istifadə edərək qeyd edilən torpaq sahəsini satmaq adı ilə qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 27 dekabr 2020-ci il tarixdə ünvan 17 ünvanında yerləşən 6 saylı Poçtun qarşısında 500 manat, 28 dekabr 2020-ci il tarixdə ünvan 18 ünvanında 200 manat, 03 yanvar 2021-ci il tarixdə o. qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Dvorcs” adlanan yerin qarşısında 4000 manat, 04 fevral 2021-ci il tarixdə o, ünvan 19 ünvanda yerləşən «Port Baku» Ticarət Mərkəzinin yanında 500 manat, 24 fevral 2021-ci il tarixdə ünvan 20 ünvanda yerləşən “Heydər Əliyev" adına parkın yanında 800 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qasdlə 6000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4, 320.1 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər iş üzrə irəli sürülmüş ittihamın mahiyyətinə uyğun ifadələr vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən ilk növbədə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə həmin əməllər Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixdə, Təqsirləndirilən şəxs2 tərəfindən isə eyni qaydada xx.xx.2019 və xx.xx.2021-ci il tarixlərdə törədilmişdir. Bununla da, cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məhsuliyyətinə cəlb etmə müddətləri keçdikdə(cinayət məhsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham elan edilmiş əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 CM-nin 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, onların barəsində olan cinayət işinin icraatına həmin hissələrdə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin onlara qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41.3, 41.4, 300.1.7 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə bu hissədə xitam verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirləri, maddi sübutların taleyi və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin onlara qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınsın. Qərardan onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-331/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-331/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver