Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-332/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, Masallı rayonu, Masallı şəhəri, R.Axundov küçəsi, ev 11-də qeydiyyatda olmaqla, hazırda ƏN-nin PX-nin 5 saylı CÇM-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında Şahid2 20 manat pul müqabilidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 11,441 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 16 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 saylı evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Nizamı RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,441 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Anarla 2022-ci ilin ortalarından dostluq edir. Onun Anarın narkotik vasitə olan marixuanadan istifadə etməsi barədə məlumatı olmuşdur. Anar onun narkotik vasitə qəbul etməyini bilsə də əvvəllər o Anardan heç vaxt narkotik vasitə almamış, yaxud da satmamışdır. 16 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Anarın yaşadığı evin qarşısında sonucu ilə görüşmüş və marixuanası olduğu təqdirdə ona da satmasını təklif etmişdir. Anar onunla razılaşıb 20 manat müqabilində bir büküm marixuana satmışdır. Elə həmin vaxt mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onları Nizami RPİ-nə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman könüllü olaraq əynində olan şalvarın cibindən 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ot kütləsini təqdim edib, onun narkotik vasitə marixuana olduğunu və şəxsi istifadəsi üçün 20 manat müqabilində Anar adlı tanışından aldığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMBdə əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Asif” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Eyni tarixdə onun və NMB-nin əməliyyat müvəkkili Şahid4 iştirakı keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında “Asif” adlı şəxs müəyyən edilərək Nizami RPİ- nə dəvət edilmişdir. Nizami RPİ-nin TŞ-nin təhqıqatçısı tərəfindən Şahid1 hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqiatçı tərəfindən onun və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Nizami RPİ-nin X3 inspektor kriminalisti Şahid3 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid1 təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Şahid1 əynində olan boz rəngli pencəyinin sol iç cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana olduğunu, “Anar” adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığnı bildirmişdir. Həmin bükülü qablaşdırılmış və protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Eyni tarixdə davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanında yerləşən yaşayış evinin girişi qarşısında Şahid2 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə dəvət edilmişdir. Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Şahid2 hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqiatçı tərəfindən onun və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Şahid2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Nizami RPİ-nin X3 inspektor kriminalisti Şahid3 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid2 təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Şahid2 əynində olan qar rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana olduğunu, tanımadı şəxsdən öz istifadəsi üçün aldığnı bildirmişdir. Həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Sonra Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqiatçı tərəfindən onun və əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı mobil telefon vasitəsi ilə video çəkilişin aparılması Nizami RPİ-nin X3 inspektor kriminalisti Şahid3 həvalə edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofanda, içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini təqdim edərək narkotik vasitə olan marixuana olduğunu, xx.xx.2022-ci il tarixdə Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanında yerləşən yaşayış evinin girişində tanışı Anardan öz istifadəsi üçü 20 manata aldığını bildirmişdir. Həmin bükülü təhqiqatçısı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, hər hansısa əlavə və dəyişikliyin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid4 və Nizami RPİ-nin X3 inspektor kriminalisti Şahid3 Şahid5 ilə analoji məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər mütəmadi olaraq tanımadığı şəxslərdən narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Nizami rayonu, 8ci kilometr qəsəbəsində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün marixuana almışdır. 16 sentyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində əvvəllər tanmadığı, özünü Asif kimi təqdim edən bir şəxs evinin qarşısında ona yaxınlaşıb marixuana almaq istəyi barədə ona söyləmişdir. O həmin şəxsə 20 manata bir büküm marixuana satmışdır. 16 sentyabr 2022-ci ildə, saat təxminən 03:00 radələrində yaşadığı binanın həyətində olan zaman Xaqani adlı tanışı ona yaxınlaşıb marixuana almaq istədiyini bildirən zaman sonuncudan 20 manat alıb bir büküm marixuana satmışdır. Elə həmin vaxtı 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Nizami RPİ-nə dəvət etmişlər. İdarənin xidməti otaqlarından birində üzərinə baxış keçirilən zaman könüllü olaraq üzərində olan 01 ədəd şəffaf sellofanda yaşıl rəngli ot kütləsini təqdim edib narkotik vasitə marixuana olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O narkotik vasitəni Asif və Xaqanidən başqalarına satmadığını sonradan Asifin də polis tərəfindən saxlanması barədə eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “texnikomun yataqxanası” deyilən yerdə “Ağdam servis” adlanan avtomobillərin təmiri sexində rəngsazlıqla məşğul olub dolanır. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Hər dəfə marixuananı tanımadığı ayrı-ayrı şəxslərdən əldə edib istifadə etmişdir. 2022-ci ilin avqust ayının sonlarında bir dəfə iş yerinin yaxınlığında, yataqxanada yaşayan Anar adlı şəxsdən 10 manata 01 büküm marixuana almışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında öz şəxsi istifadəsi üçün istifadəsində olan ***-***-**-** mobili nömrədən Anarın dəqiq xatırlamadığı, təxminən ***-***-**-** mobil nömrəsini yığıb 20 manatlıq marixuana istəmişdir Telefonda Anarla razılaşdıqdan sonra həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanın yaxınlığında görüşüb 20 manat pulu Anara verib 01 ədəd sellofanda marixuana almışdır. Anar ondan ayrıldıqdan az sonra ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Bakı şəhəri Nizami RPİ-nə dəvət etdilər. Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı maddə, yaxud əşya olduğu halda könüllü təqdim etmək təklif olunmuşdur. Həmin vaxt o əynimdə olan pencəyinin sol cibindən 01 ədəd selleofan bükülünü təqdim edib bildirmişdir ki, həmin narkotik vasitəni az müddət əvvəl Nizami rayonu, İ.Məmmədov küçəsi 17 ünvanın yaxınlığında şəxsi istifadəsi üçün Anar adlı şəxsdən 20 manata almışdır. Üzərinə keçirilən axtarış zamanı təqdim etdiyi marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və tərkibinin və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-bioloji ekspertizasına göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə təhiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bütün bu proseslərdə polis əməkdaşları tərəfindən mənə qarşı hər hansı formada zor, ya da təziq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1045 saylı rəyindən görünür ki, “Şahid2 aşkar olunmuş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 36,873qram, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,441 qram və Şahid1 aşkar edilib bir ədəd sellofan bükülüdə təmiz çəkisi 11,671 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudullmuş marixuanadır" İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli, 875 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 7(103)-52/2023 saylı qərarı ilə apellyasiya protesti təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməklə təyin edilmiş 02 il 11ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 17 gün AR CM-nin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Hazırkı iş üzrə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli olduğundan və Təqsirləndirilən şəxs cəzasının hökm çıxarıldığı vaxta, yəni xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan 09 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı iş üzrə əhəmiyyət kəsb edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(103)-52/2023 saylı qərarı ilə təyin edilmiş, 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09 ay 23 gün hissəsi hazırkı hökmlə təyin edilən cəzaya tamamilə və ya qismən birləşdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 03:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(103)-52/2023 saylı qərarı ilə təyin edilmiş, 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09 ay 23 gün hissəsi ilə qismən birləşdirilməklə, barəsində 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 28 gün (bir il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı Apellyasiya Məhkəməsinin 7(103)-52/2023 saylı qərarı ilə müəyyən edilmiş vaxtdan, yəni 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin 7(103)-52/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 11.391 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 138 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-332/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-332/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver