Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-334/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi- X1, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üzərində “M-40" göstəricisi olan iki ədəd qəhvəyi zəngli, dairəvi formalı təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən dərman həbində narkotik vasitə metadon əldə edib daşıyaraq həmin narkotik vasitələrin təsir miqdarı 0,04 qram olmaqla hissələrə bölüb üzərində saxlamış, 16 dekabr 2024-cü il tarixdə, saat 19:30 radələrində ünvan 3 ünvanda əldə etdiyi narkotik vasitə metadonun təsir miqdarı 0,04 qram hissəsini tanışı Şahid1 satmış və 16 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzəri yoxlanılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən üzərində “M-40" göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən dərman həbində narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 dekabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonunda yerləşən narkoloji dispanserdən həkim tərəfindən yazılmış resepti götürmüş və “28 May” metrostansiyasının qarşısındakı “Sab” aptekindən dərmanlarını aldıqdan sonra Qara Qarayevə gəlmişdir. Qara Qarayevdə qonşusu Şahid5 ilə görüşmüşdür. Tağı ondan telefon qulaqcığı istəmişdir. Evə gəlib telefon qulaqcığını götürmüş və həyətə düşüb Tağıya vermişdir. Yaşadığı mənzilə qayıdarkən blokun qarşısında polis əməkdaşları ona yaxınlaşmışlar. 3 avtomobildə 9 nəfər polis əməkdaşı gəlmişdilər. Onu avtomobildə əyləşdirmişlər, ona fiziki və psixi təzyiq edərək üzərində “M40” metadon həbinin olmasını boynuna almasına məcbur etmişlər. Sonra onun cibinə “M40” metadon həbini qoymuşlar və çəkiliş olmuşdur. Həmin metadon həbi ona məxsus olmamışdır. Annanı tanışı Elvira vasitəsilə tanımışdır. İlk dəfə Badamdardda görmüşdür və Annanın narkotik vasitə istifadəçisi olmasını bilirdi. Anna onun yaşadığı evdə əvvəllər olsa da, xx.xx.2024-cü il tarixdə onun evinə gəlməmiş və onu həmin gün görməmişdir. Annaya heç vaxt narkotik vasitə verməmiş və satmamışdır. Hesab edir ki, Annanı polis əməkdaşları məcbur etmişlər ki, narkotik vasitəni ondan aldığını bildirsin. Bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Valideynləri rəhmətə getmişdir, qardaşı internatdadır. Himayəsində yaşlı babası və nənəsi vardır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir kı, 16 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən narkoloji dispanserə yaxınlaşarkən ona həkim tərəfindən resept yazılmış və həmin reseptlə təyin edilmiş dərmanı almaq məqsədilə “28 May” metrostansiyasının qarşısındakı aptekə gəlmiş və “Sab” aptekindən “Lirika”, “Tramadol” aldıqdan sonra evə gəlmişdir. Həmin gün saat 22 radələrində o, ünvan 4 ünvanındakı binanın həyətində olan zaman üç nəfər mülki geyimli, kişi cinsli şəxs ona yaxınlaşaraq özlərini Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib, xidməti vəsiqələrini göstərmişlər. Sonra da həmin polis əməkdaşları ona barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, üzərinə baxış keçiriləcəyini bildirmişlər. O, etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa, onu təqdim etməyini bildirmişdir. O da üzərində gəzdirdiyi metadon həbi kimi tanıdığı narkotik vasitəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını anladığı üçün əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində “M-40” göstəricisi olan qəhvəyi rəngli narkotik vasitə kimi tanıdığı metadon həbini təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd həmin dərman həbi boş kağız zərfə qoyularaq qablaşdırılmış və onların yanlarında həmin zərf möhürlənərək üzəri onlar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış davam etdirilmişdir. Bu zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd “Samsung” markalı sadə telefonu və özünə məxsus "xxxx" ASC-yə aid 01 ədəd plastik Birkartı, üzərində olan 01 ədəd elektron nəzarət cihazını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Lakin onun üzərindən həmin 01 ədəd dərman həbindən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. “Kapital Bank ASC-yə aid Birkart özünə məxsus kredit kartıdır. Təqdim etdiyi əşyalardan 01 ədəd həmin plastik kredit kartı və 01 ədəd elektron nəzarət cihazı özünə qaytarılmışdır. Qeyd olunan ünvanda polis əməkdaşı baxışın başa çatdığını, şərait olmadığından protokolun Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında tərtib olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. O, xidməti otaqlardan birinə aparılaraq orada protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Xidməti otaqda özünü təqdim edən təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan edilmiş və buna dair bildiriş təqdim edilmişdir. Vəkilin iştirakı ilə sorğu-sual edilərək onun izahatı alınarkən o, təhqiqatçıya bildirmişdir ki, üzərindən aşkar edilən metadon həbi özünə məxsusdur, həmin həbi tapmış, haradan tapmağı yadında deyil. O, indi xatırlayır ki, həmin həbi yaşadıqları məhəllədə marketin arxasında yerdən tapmışdır. Lakin o, vaxtı xatırlamır. Sorğu-sual edilərkən Təqsirləndirilən şəxs Aleksandrovıç əlavə olaraq onu da bildirmişdir ki, Annanı 2 həftə əvvəl bir nəfər qız rəfiqəsinin vasitəsilə tanımışdır. Onların aralarında yalnız tanışlıq münasibətlərindən başqa heç bir şey olmamışdır. Anna yalan danışmışdır. Bir neçə dəfə Anna onun yaşadığı ünvanda olsa da, lakin o, Annaya hər hansısa bir metadon həbi satmamış və nə vaxtsa pulsuz həb verməmişdir. Ümumiyyətlə o, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilən metadon həbini öz istifadəsi üçün saxlamışdır. O, həmin həbi də kiməsə təklif etməmiş və kiminləsə də onun arasında hər hansısa formada sövdələşmə olmamışdır. Onun təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefonun üzərində (099) ***-**-** mobil telefon nömrəsi olmuşdur. Həmin nömrəni də o, 5 aya yaxındır ki, özü işlədir. O, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Həmçinin **********16 nömrəyə göndərilən və nömrədən çıxan SMS mətnləri barədə sorğu-sual edilərkən xatırlamadığını və cavab vermək istəmədiyini, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 16 dekabr 2024-cü il tarixdə xidmətdə olarkən Şahid1 narkotik vasitə (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə etibarlı və mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan dərhal Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və yaxalanması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 6 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Anna adlı qadın saxlanılmış və şəxsi axtarış zamanı Anna adlı həmin qadın əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli tabletdə olan narkotik vasitə metadona oxşar həbi çıxarıb onlara təqdim edərək bildirmişdir ki, həmin maddə “M40” metadon həbidir, özünə məxsusdur, saxlanıldığı gün Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını və əynindəki göy rəngli cins şalvarın sağ yan cibində gizlətdiyini bildirmişdir. Bundan sonra 16 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 8 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yan adlı şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edib, xidməti vəsiqələrini Yan adlı şəxsə göstərib, saxlanılma səbəbini, hüquq və vəzifələrini, o cümlədən tutulduğu andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Sonra da Yan adlı həmin şəxsə onlar tərəfindən videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilib, bununla bağlı etirazının olub-olmaması soruşulduqda Yan adlı şəxs buna etiraz etməmişdir. Üzərində baxış və götürülmə aparılmamışdan əvvəl Yan adlı həmin şəxsə qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməyi təklif etdikdə Yan adlı şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli tabletdə olan narkotik vasitə metadona oxşar həbi çıxarıb onlara təqdim edərək bildirmişdir ki, həmin maddə “M40” metadon həbidir. Sonra onlar tərəfindən Yan adlı həmin şəxsin üzərinə baxış davam etdirilmişdir. Bu zaman Yan adlı həmin şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd ‘'Samsung” markalı telefonu, 01 ədəd elektron nəzarət cihazını və 01 ədəd “Kapital Bank'' ASC-yə məxsus plastik kartı çıxarıb təqdim etmişdir. Yan adlı şəxsin təqdim etdiyi “Samsung” markalı mobil telefonun gələcəkdə maddi sübut əhəmiyyətinə malik ola biləcəyini nəzərə alıb, həmin mobil telefon ondan götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd metadon kimi tanıdığı dərman həbinin özünə məxsus olduğunu, haradansa tapdığını, lakin dəqiq yeri yadında qalmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkilləri polis mayoru Şahid4 və polis mayoru Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 2-3 ildir ki, ot tərkibli narkotik vasitədən və metadon kimi tanıdığı dərman həbindən istifadə edir. Adətən o, həmin narkotik maddəni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı müxtəlif şəxslərdən şəxsi istifadəsi üçün alıb, qəbul edir. Təqsirləndirilən şəxs də o, 3 ay bundan əvvəl keçmiş sevgilisi Elvira adlı qadının vasitəsilə tanımışdır. Yan ünvan 8 ünvanında yaşayır. Təqsirləndirilən şəxsdə onun narkotik vasitə kimi tanıdığı metadon həblərinin olması barədə məlumatı olduğundan o, 16 dekabr 2024cü il tarixdə, saat 19:30 radələrində Yanın Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yaşadığı ünvanda onunla görüşərək 10 manat pul müqabilındə öz şəxsi istifadəsi üçün 01 ədəd metadon həbini alıb, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmiş və oradan ayrılıb evinə getmək üçün yoluna davam edib, piyada getmişdir. 16 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 15 saylı binanın həyətində olan zaman 4 nəfər mülki geyimli kişi cinsli şəxs ona yaxınlaşaraq özlərini Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib, xidməti vəsiqələrini göstərmişlər. Sonra da həmin polis əməkdaşları ona barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, üzərinə baxış keçiriləcəyini bildirmişlər. O, etiraz etməmişdir. Daha sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa, onu təqdim etməyini bildirmişdir. O, da üzərində gəzdirdiyi metadon həbi kimi tanıdığı narkotik vasitəni gizlətməyinin mənasız olduğunu, axtarış zamanı tapılacağını anladığı üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə üzərində “M-40” göstəricisi qəhvəyi rəngli narkotik vasitə kimi tanıdığı metadon həbini təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd həmin dərman həbi boş kağız zərfə qoyularaq qablaşdırılmış və onların yanında həmin zərf möhürlənərək üzəri onlar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən üzərinə baxış davam etdirilmişdir. Bu zaman onun əynindəki cins şalvarın arxa sağ cibindən 01 ədəd alışqan aşkar edilsə də şəxsi əşyası olduğundan özünə qaytarılmışdır. Lakin onun üzərindən həmin 01 ədəd dərman həbindən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Qeyd olunan ünvanda polis əməkdaşı baxışın başa çatdığını, şərait olmadığından protokolun Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin inzibati binasında tərtib olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Xidməti otaqlardan birinə aparılaraq orada protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən doğru olduğu üçün imzalanmışdır. Xidməti otaqda özünü təqdim edən təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirib barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və ona hüquqlarının müdafiəsi üçün vəkil siyahısı təqdim edilmişdir. Vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan edilmiş və buna dair bildiriş təqdim edilmişdir. Vəkilin iştirakı ilə sorğu-sual edilərək izahatı alınarkən o təhqiqatçıya üzərindən aşkar edilən 01 ədəd metadon həbinin özünə məxsus olduğunu, həmin həbi 10 manat pul müqabilındə əvvəllər də Təqsirləndirilən şəxs Aleksandrovıç kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını, ona qarşı polis əməkdaşları tərəfındən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sorğu-sual edilərkən Şahid1 əlavə olaraq onu da bildirmişdir ki, bir ay əvvəl müxtəlif vaxtlarda 1-2 gün ara fərqi ilə Yanın yaşadığı ünvana gəlib, 7 ədəd “tramadol” kimi tanıdığı dərman həbini Yandan pulsuz almışdır. Sonuncu dəfə isə Yan 16 dekabr 2024-cü il tarixdə, saat 19:30 radələrində yaşadığı ünvanda ona üzərindən aşkar edilən narkotik vasitə kimi tanıdığı metadon həbini 10 manat pul müqabilində satmışdır. O, birinci dəfə idi ki, Yandan pul müqabilində narkotik vasitə kimi tanıdığı metadon həbini almışdır. Ancaq narkotik vasitə kimi tanıdığı 01 ədəd metadon həbini o, istifadəsi üçün almışdır, ümumiyyətlə o, mobil telefon işlətmədiyi üçün hər hansısa mobil operatora aid nömrə və ya nömrələri təqdim edə bilməmişdir. Yanın Nizami rayonu, K.Balakişiyev küçəsində yaşadığı mənzili tanıdığı üçün telefon əlaqəsi saxlamadan birbaşa yaşadığı ünvana yaxınlaşmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2024-cü tarixli protokoldan və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan, kompakt diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli görünür ki, saxlanılmış Təqsirləndirilən şəxs üzərində hər hansısa qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd narkotik vasitə-metadona bənzər həbi təqdim edərək həmin maddənin “M10” həbi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həb qablaşdırılaraq götürülmüşdür. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2024-cü il tarixdə, saat 22:00-dən tutulmuş hesab edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5488 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №165” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində “M-40" göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7855 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən çəkilmiş videogörüntünün olduğu bir ədəd kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində “M40” göstəricisi olan bir ədəd narkotik vasitə- metadon həbi maddi sübut qismində tanınmış, tədqiqatdan sonra qalıq qalmış ½ hissə metadon həbi saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. - kompakt diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, telefon məlumatlarının götürülməsinə dair "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş **********16 nömrəyə göndərilən və həmin nömrədən çıxan aşağıdakı məzmunda SMS yazışmaları aşkar olunmuşdur: - “xx.xx.2024-cü il, saat 15:29:37-də. **********75 nömrədən, **********16 nömrəyə “Mene 2 list 300 lirika lazmdı. Goture bileriy” ; 03.12.2024- cü il, saat 10:54:05-də **********75 nömrədən **********16 nömrəyə “Derman goturek ya nece” ; 03.12.2024- cü ıl, saat 12:17:49 -da **********49 nömrədən **********16 nömrəyə “Ay qaqas goturde yaqiwda seni gozdurem” ; 03.12.2024- cü il, saat 16:11:52-də **********35 nömrədən **********16 nömrəyə “И кофе цыпани да пару штук. Дома тебя ждём бро быстрод”; 05.12.2024- cü il, saat 16:29:07-də **********59 nömrədən **********16 nömrəyə “Yanık k var 1 dene sene. 70e oture bilerem butov 1ı 40 indi oturersen 30de axwam 12ye kimi dvjde olub verersen mene he yox de” ; 06.12 2024-cü il, saat 19:24:14-də **********41 nömrədən **********16 nömrəyə “Bu nə hərəkətdi mənim pulum deyile pul yiyəsi özüdə gəlir özdə hələ”; 12.12.2024- cü il, saat 12:10:43-də **********16 nömrədən **********47 nömrəyə “**********046096 .5manat atda” ; 13.12.2024- cü il, saat 18:56:51-də **********16 nömrədən **********79 nömrəyə “Pul gozleyirem atsın 10 manat”; 13.12.2024- cü il, saat 19:02:06-da **********79 nömrədən **********16 nömrəyə “ Qaqa gel bu metronan uzbeuz olan kapitalda aparat varda burdan cekersen pulu bular ele bilir qacdin meni polise verirler” ; xx.xx.2024-cü il, saat 19:11:13-də **********79 nömrədən **********16 nömrəyə “Yanik meni burda qoyub getdin qaqas 10 15 manata gore? Sene kiminse artig soz dimeyine imkan vermiyen oglani qoydunda bele he? ; xx.xx.2024-cü il, saat 15:34:15 də **********78 nömrədən **********16 nömrəyə “ ЛИСТ 300 ПОКУПАТЕЛЬ ЖДЁТЬ, СРОЧНО, 40 ман.ЁСТЬ”; - xx.xx.2024-cü il, saat 15:34:17-də **********16 nömrədən **********78 nömrəyə “ЛИСТ 300 ПOK” və s. . Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, **********16 nömrənin istifadəçisi Təqsirləndirilən şəxs axırıncı dəfə xx.xx.2024-cü il saat 18:20:16 saniyəyədək olan müddətdə anten dairəsi GBBK2758F/GBBK2758 Elif Haciyev 40 /Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç, ev40 ünvanının olduğu müəyyən edildimişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diskin maddi sübut qismində tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-350/2025 saylı xx.xx.2024-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, sms yazışmaları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-59470/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CMnin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Probasiya İdarəsində qeydiyyatdadır, xx.xx.2024-cü il tarixə çəkilməmiş 8 ay 10 gün cəzası qalmışdır. Göründüyü kimi 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixə 8 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. Əvvəllər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yaşlı nənə və babasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 8 ay 11 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 4 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ½ hissə narkotik vasitəmetadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 40 iş saatı müddətinə bərabər olmaqla, 9 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 54 manat (9x6) məbləğində, 31 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 341 manat (31x11) məbləğində, cəmi 395 (üç yüz doxsan beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 ay 11 gün hissəsini azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 4 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 3(üç) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ½ hissə narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 395 (üç yüz doxsan beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-334/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-334/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver