Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-335/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Cinayət qanununda əməli törətmiş şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Morcu oğlunun iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Çərəkən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə, saat 05 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 102 ünvanında yerləşən “Beer Coin” adlı restoranda müştəri qismində verdiyi sifariş üzrə hesabın artıq olması ilə əlaqədar həmin restoranı işlədən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla restoranın normal fəaliyyətini pozaraq Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib qəsdən yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs sol gözün burun belini və gözaltı nahiyəsini əhatə edən qançırı, burun belinin sol hissəsinin şişkinlik halında əzilməsi, sağ əlin İİİ barmağının orta falanqası nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün distal nahiyəsinin qopmuş sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməli etiraf edərək bildirmişdir ki, 09 aprel 2024cü il tarixdə gecə saat 03 radələrində rəfiqəsi Vüsalə ona zəng edərək özünü pis hiss etdiyini deyərək onu yanına çağırmış, o da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin” adlı restorana getmiş, Vüsalənin yanında həmin vaxt iki nəfər oğlan olmuş, o, özünə bir ədəd energetik içki sifariş etmiş və gecə saat 05 radələrində ofisianta hesabı gətirməsini bildirmişlər. Ofisiant hesabı gətirən zaman hesabın çox olmasını görüb Vüsalə ofisiantla sözlə mübahisə etməyə başlamış, bu zaman o, əsəblərini cilovlaya bilməyib özü də bilmədən bir dəfə yumruqla Mehriban aldı ofisiantın gözünün alt nahiyəsinə zərbə endirmişdir. Ətrafda olan tanımadığı şəxslər gələrək onları ayırmışdır. Hazırda əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı və şəkər xəstəsi olan anası vardır. Həmçinin özü də asma xəstəsidir. Barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən “Beer Coin” adlı restoranı icarə əsasında işlədir. 09 aprel 2024-cü il tarixdə Vüsalə adlı tanışı restorana gələrək bir neçə bakal pivə içmiş, daha sonra isə gecə saat 03 radələrində Vüsalənin tanışı Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs özünə enerji içkisi sifariş etmiş, saat 05 radələrində Vüsalə hesabı istəmiş və o, hesabın 76 manat etməsini demişdir. Vüsalə hesabın çox hesablandığını deyərək onunla mübahisə etməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs anidən əli ilə yumruqla onun sifət nahiyəsinə vurmuş, o gözündən zərbə almışdır. Bundan sonra kafedə olan tanımadığı müştərilər onları ayırmışlar. Hazırda Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, “Beer Coin” adlı restoranda ofisiant işləyir. 09 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində bir nəfər üzdən tanıdığı qadın müştəri gələrək restoranda bir neçə bakal pivə içmiş, daha sonra saat 03 radələrində Təqsirləndirilən şəxs adlı müştəri gələrək həmin masada əyləşmiş və özünə enerji içkisi sifariş etmişdir. Saat 05 radələrində restoranı bağlamaq istədikləri üçün həmin şəxs hesabı istəmiş, Mehriban xanım hesabını hesabladıqdan sonra 76 manat etməsini bildirmiş, bundan sonra həmin şəxs hesabı yazılı şəkildə istəmişdir. Hesabı təqdim etdikdən sonra Vüsalə adlı qadın hesabla razılaşmayaraq Mehriban xanımla mübahisə etməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs adlı müştəri gözlənilmədən yumruqla Mehribanın sifət nahiyəsinə vurmuşdur. O və müştəri qismində restoranda olan şəxslər onları ayırmışlar. Hadisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman ətrafda digər müştərilər olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 303 saylı, 13 aprel 2024-cü il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs - sol gözün burun belini və gözaltı nahiyəsini əhatə edən qançırı, burun belinin sol hissəsinin şişkinlik halında əzilməsi, sağ əlin İİİ barmağının orta falanqası nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün distal nahiyəsinin qopmuş sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əl ilə vurulması nəticəsində alınması mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən “CD” diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurması müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai yer hesab olunan restoranda ictimai qaydanı, yəni hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ətrafdakıların narahatçılığına səbəb olmaqla restoranın normal fəaliyyətini pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Bununla da, cinayət qanununda nəzərdə tutulmuş əməl törədilmişdir, törədilmiş hadisə ilə əlaqədar şəxsin əməlində cinayət tərkibi vardır, əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Beləliklə əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Əməli törətmiş şəxsin şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qeyri mümkün edir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Teymurov Təqsirləndirilən şəxsl Mahmud oğlu adında bir azyaşlı uşağı var. Məhkəmə cinayət qanununda əməli törətmiş şəxsin əməli etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağınını olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 126 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-335/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-335/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver