Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-336/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Göyçay rayonu, Çərəcə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Çərəcə kəndində daimi pasport qeydiyyatında olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Cavad küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:50 radələrində idarə etdiyi texniki cəhətdən saz olan «Mercedes C200» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu Babək prospekti “Maşın bazarı” istiqamətində saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən təhlükəsiz manevr etməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələbləri pozub Babək prospekti 38 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında idarə etdiyi avtomobili sağa doğru manevr etdirərkən yolu soldan sağa keçən piyada X6 avtomobilinin qabaq hissəsi ilə vurub ehtiyyatsızlıqdan sonuncuya baş-beynin travmatik ödemi, baş beynin hər iki yarım kürələri üzərində iri ocaqlı subdural hematoması, sol İİ-İX qabırğalarda yerdəyişməmiş sınıqları və müvafiq qabırğaarası yumşaq toxumalarda qansızmalar, sol ağciyərin bayır səthinin ocaqlı qansızmaları, çanaq sümüklərinin sol tərəfli, sağ bud sümüyü boyunun, sol baldırın hər iki sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları, ənsə nahiyəsinin sağ yarısının əzilmiş yarası, sol gicgah nahiyəsinin qançırı, sağ ayaqüstü və hər iki topuğun şişkinlik halında əzilməsi, sağ baldırın arxa-bayır səthinin sıyrığı ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvuran xəsarətlər yetirmiş, həmin xəsarətlərdən iri ölçülü subdural hematoma nəticəsində yaranmış baş-beynin travmatik ödemi İsrəfil Bəşirovun xx.xx.2022-ci il müalicə aldığı xəstəxanada ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 2013-cü ildən «B» kateqoriyalı sürücülük vəsiqəsi var. Mercedes markalı **-HS-*** nömrəli avtomobili 2020-ci ildən idarə edir. Ondan əvvəl də müxtəlif avtomobillər idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində özünə məxsus olan Mercedes markalı dövlət qeydiyyat nişanı **-HS-*** olan avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə yolun soldan birinci zolağı ilə təxminən 50 km/saat sürətlə hərəkət edirmiş. Avtomobilində yük olmamışdır. Sərnişin kimi isə qardaşı Elvin onun yanında, yəni qabaq sağ oturacaqda əyləşmişdir. O, ümumiyyətlə spirtli içkilərdən və narkotik vasitələrdən istifadə etmir və hadisə baş verməmişdən əvvəl də heç bir spirtli içkidən və narkotik vasitədən istifadə etməmişdir. Babək prospektində yerləşən Azpetrol YDM-nə xeyli məsafə qalmış iki piyadanın adi yerişlə yolu soldan-sağa keçdiyini görmüşdür. Həmin vaxtı onun qarşısında başqa bir minik avtomobili yavaş sürətlə getdiyindən həmin avtomobilə işıq siqnalı ilə işarə edirmiş ki, sol hərəkət zolağını boşaltsın. Lakin həmin avtomobil onun verdiyi işıq siqnalına məhəl qoymamışdır. Ona görə də məcbur olub özü sağ hərəkət zolağına çıxmışdır ki, hərəkətini sağ zolaqla davam etdirsin. O, sağ hərəkət zolağına çıxmamış artıq həmin piyadalar sağ zolağı yəni, onun hərəkət etdiyi zolağa keçib soldan üçüncü zolağı ayıran xəttin üzərində dayanmışlar. Həmin vaxt onun sağında olan zolaqla hərəkət edən nömrəsini xatırlamadığı bir «Saipa» markalı avtomobil sağdan-sola onun hərəkət zolağına çıxdığından və onun hərəkət sürəti zəif olduğundan həmin avtomobilə arxadan çırpıla biləcəyini görüb sükanı sağa çəkmişdir. Sağa çəkən kimi də diqqətsizlik etdiyindən həmin dayanmış iki piyadadan birini yəni, sonradan adını bildiyi İsrəfil Bəşirovu avtomobilin qabaq sağ qanadı ilə vurmuşdur. Həmin vaxt onun diqqəti «Saipa» markalı avtomobildə qaldığından diqqətsizlik etmiş və anidən həmin piyadanı avtomobilin qabaq sağ qanadı ilə vurmuşdur. O, dərhal avtomobili saxlamış, avtomobildən düşərək qardaşı Elvinlə birlikdə həmin piyadaya yaxınlaşmışlar. Piyadanın yanında olan oğlu Sübhan ilə birlikdə piyadaya köməklik edərək idarə etdiyi avtomobilə mindirərək yaxınlıqda yerləşən "X15” aparmışdır. Həmin kilinikada həkimlər piyadaya ilkin yardım göstərmişlər. Bundan sonra təcili yardım avtomobili ilə piyadanı X13 aparmışdır. Həmin xəstəxanada həkimlər piyadanı müayinə etmişlər. İsrəfil Bəşirovu xəstəxanada saxlamışlar. Sonra onu polis idarəsinə çağırmışlar. O, təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişdir. Hadisənin baş verdiyi yeri iştirakçılara göstərmişdir. O cümlədən hansı yolla hərəkət etdiyini və piyadanı harada vurduğunu göstərmişdir. Bu barədə təhqiqatçı protokol yazmış və o da həmin protokolu imza etmişdir. Sonra xəstəxanaya getmişdir. O, İsrəfil Bəşirovun xəstəxanada olarkən bütün xəstəxana xərclərini ödəmişdir. Lakin həkimlərin bütün səylərinə baxmayaraq xx.xx.2022-ci il tarixdə o xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə, habelə iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X5 oğludur. X14 heç bir işlə məşğul olmamışdır. Səhhətində müəyyən problemlər olmuşdur. 04 mart 2022-ci il tarixdə atası İsrəfil, qardaşı Sübhan ilə birlikdə idarə eldiyi “Vaz 2107" markalı avtomobillə 8-ci km bazarından gəlirmişlər. Babək prospektində hərəkətdə olarkən “Azpelrol" yanacaq doldurma məntəqəsinə bir qədər qalmış üzbəüz üzü şəhər istiqamətində idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman qardaşı Sübhan atasını yola salmaq üçün atası ilə birlikdə avtomobildən düşüb, avtomobilin arxa hissəsindən hərəkət etməklə yolu keçməyə başlamışlar. Onlar yolun üzü şəhər istiqamətində olan hissəsini keçdikdən sonra yolun üzü “Maşın bazarı" istiqamətində olan hissəsində olarkən təxminən 4-5 saniyə sonra qardaşı Sübhanın səsini eşitmişdir. Dərhal avtomobildən düşüb ora yaxınlaşdıqda tünd yaşıl rəngli “Mercedes" markalı avtomobilin atasını vurduğunu görmüşdür. Dərhal həmin avtomobilin sahibi sonradan adını bildiyi Mübariz adlı şəxslə birlikdə alasını idarə etdiyi avtomobilə qoyub “X16" xəstəxanasına getmişlər. Qardaşından hadisənin necə baş verdiyini soruşduqda o atası ilə birlikdə yolu keçən zaman ikinci zolaqla üçüncü zolağı ayırıcı xəttinin üzərində olarkən qəfil üçüncü zolağa çıxan avtomobilin atasını vurduğunu bildirmişdir. Xəstəxanya çatdıqda burada atasına ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat üçün 17000 manat pul istəmişlər. 1 saatdan sonra onlar ordan çıxıb təcili tibbi yardım avtomobili ilə atasını Mübarizlə birlikdə “X8" aparmışıar. Burada atası 7 gün reanimasiyada qaldıqdan sonra həkimlərin bütün səylərinə baxmayaraq 11 mart 2022-ci il tarixdə vəfal etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti maşın bazarı istiqamətində baş vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2/7872 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 48 saylı ekspert rəyindən görünür ki, X1 meyidi məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş-beynin travmatik ödemi, baş beynin hər iki yarın kürələri üzərində iri ocaqlı subdural hematoması, sol ll-İX qabırğalarda yerdəyişməmiş sınıqları və müvafiq qabırğaarası yumşaq toxumalarda qansızmalar, sol ağciyərin bayır səthinin ocaqlı qansızmaları, çanaq sümüklərinin sol tərəfli, sağ bud sümüyü boyunun, sol baldırın hər iki sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları, ənsə nahiyəsinin sağ yarısının əzilmiş yarası, sol gicgah nahiyəsinin qançırı, sağ ayaqüstü və hər iki topuğun şişkinlik halında əzilməsi, sağ baldırın arxa-bayır səthinin sıyrığı həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin ümumilikdə canlı şəxslərdə həyal üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlanətlərinini daşıyır və iri ölçülü subdural hematoma baş vermiş ölümlə səbəbli əlaqəlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1500 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz C200 markalı 99HS487 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İşdə olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək etibarlı olan AE 203305 seriya nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icra edilənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-336/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-336/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver