Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-336/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, hazırkı iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs3, xx xxxxxx 1992-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş hissəsi 10 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2023-ci il tarixdə saat 13:45 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 12 binanın 46 nömrəli mənzilinin açarlarını həmin mənzilin qapısının qarşısındakı ayaqaltı xalçanın altından götürərək qapının kilidini açarla açıb qanunsuz olaraq mənzilə daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində “Shivaki” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını açıq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 tərəfindən satılan mobil telefonu almaq adı ilə 08 fevral 2023-cü il tarixdə, saat 20 radələrində birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 106 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o və qrup üzvü Təqsirləndirilən şəxs2 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq məqsədilə kənarda dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs3 isə həmin ünvanda Zərərçəkmiş şəxs1la görüşüb sonuncudan 235 manat dəyərində «Samsung A50» markalı mobil telefon aparatını götürdükdən sonra əvvəlcə guya həmin mobil telefonu ailə üzvlərinə göstərmək adı ilə qeyd edilən ünvanda yerləşən yaşayış binasına daxil olub bir neçə dəqiqədən sonra binadan çıxıb ödəniş etmək üçün bankomata getməsi adı ilə Zərərçəkmiş şəxs1 yayınmaq istədiyi zaman o və qrup üzvü Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 yaxınlaşıb birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşdıqdan sonra həmin mobil telefonu telefon mağazasına satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 235 manat maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgə əmlakını açıq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 tərəfindən satılan mobil telefonu almaq adı ilə 08 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 106 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o və qrup üzvü Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq məqsədilə kənarda dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs3 isə həmin ünvanda Zərərçəkmiş şəxs1la görüşüb sonuncudan 235 manat dəyərində «Samsung A50» markalı mobil telefon aparatını götürdükdən sonra əvvəlcə guya həmin mobil telefonu ailə üzvlərinə göstərmək adı ilə qeyd edilən ünvanda yerləşən yaşayış binasına daxil olub bir neçə dəqiqədən sonra binadan çıxıb ödəniş etmək üçün bankomata getməsi adı ilə Zərərçəkmiş şəxs1 yayınmaq istədiyi zaman o və qrup üzvü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 yaxınlaşıb birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşdıqdan sonra həmin mobil telefonu telefon mağazasına satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 235 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgə əmlakını açıq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs1 tərəfindən satılan mobil telefonu almaq adı ilə 08 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 106 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq məqsədilə kənarda dayanmış, o isə həmin ünvanda Zərərçəkmiş şəxs1la görüşüb sonuncudan 235 manat dəyərində «Samsung A50» markalı mobil telefon aparatını götürdükdən sonra əvvəlcə guya həmin mobil telefonu ailə üzvlərinə göstərmək adı ilə qeyd edilən ünvanda yerləşən yaşayış binasına daxil olub bir neçə dəqiqədən sonra binadan çıxıb ödəniş etmək üçün bankomata getməsi adı ilə Zərərçəkmiş şəxs1 yayınmaq istədiyi zaman qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşdıqdan sonra həmin mobil telefonu telefon mağazasına satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 235 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamış, aralarında heç bir ədavət olmamışdır. Onun Bakı şəhərində qeydiyyatı olsa da, həmin ünvanda çox vaxt yaşamır və daimi yaşayış yeri olmadığı üçün bir neçə dəfə sərxoş vəziyyətdə Nizami rayonu C.Naxçıvanski küçəsi 38 saylı ünvanda yerləşən binanın blokunda gecələmişdir. Gündüzlər isə oradan çıxıb öz işləri ilə bağlı getmişdir. Bu müddət ərzində həmin binanın 46 saylı mənzilinin sakinlərinin gündüzlər evdə olmadığı vaxt mənzilin açarlarını giriş qapısının çöl tərəfində ayaq altı parçanın altında gizlətmələrini görmüşdür. xx.xx.2023-cü il tarixdə təcili pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, 46 saylı mənzilə daxil olub, oradan hər hansı bir əşya oğurlayıb satmaqla pul əldə etsin. Bu niyyətlə həmin gün saat 13:45 radələrində sərxoş vəziyyətdə C.Naxçıvanski küçəsi 38 saylı binanın önünə gəlmişdir, beşinci mərtəbədə yerləşən 46 saylı mənzilin açarlarını giriş qapısının çöl tərəfində ayaq altı parçanın altından açarları götürərək mənzilin qapısını açıb mənzilə daxil olmuşdur. İçəri girdikdən sonra mənzilə nəzər yetirdikdə qonaq otağında dolabın üzərində televizor olmasını görmüşdür. Həmin televizoru əvvəlcədən cibində gətirdiyi mavi rəngli böyük ölçülü sellofan torbaya qoyaraq mənzili tərk etmişdir. Mənzildən başqa heç bir əşya götürməmişdir. Mənzilin qapısını açarla bağlayaraq açarlarını giriş qapısının çöl tərəfində ayaq altı parçanın altına qoymuşdur. Oradan çıxdıqdan sonra bir qədər uzaqlaşıb, tanışı Şahid2 yaşadığı Nizami rayonu Q.Qarayev prospekti 106 saylı binanın önünə getmişdir. Binanın qarşısında Natiqi görmüş, Natiq də onun kimi sərxoşluq edərək parklarda və bloklarda qalmışdır. Natiqə “pulum yox idi deyə qardaşımdan pul istədim, o da pulunun olmadığını deyib, evində olan artıq, istifadə olunmayan bir televizorunu mənə verdi ki, satıb pul əldə edim” demiş və sonuncudan televizoru satmaqda kömək etməsini istəmişdir. Natiq isə cavabında televizoru satmağa tanışının olmadığını bildirmişdir. Bundan sonra o, Natiqdən ayrılmış və tanışı Murada zəng vurmuşdur. Telefonda Murada özünə məxsus televizoru satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün satış edə bilmədiyini, onu satmaqda kömək etməsini istəmişdir. Çünki Murad əvvəlcədən ona demişdir ki, onun Nicat adlı tanışının şəxsiyyət vəsiqəsi vardır. Nə vaxtsa nə isə satmağa və girov qoymağa ehtiyac yaranarsa Nicat onlara kömək edə biləcəkdir. Odur ki, Muraddan bu barədə soruşmuş və Murad da Nicatı razı salacağını dediyi üçün Murada Nicatı da götürüb “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığına gəlməsini istəmişdir. Bir qədər sonra Murad və Nicat onunla “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında görüşmüşlər. Sonuncularla görüşən zaman Şahid2 də onun yanımda olmuşdur. Onlar Nicata məxsus şəxsiyyət vəsiqəsi ilə “Laçın” ticarət mərkəzi yaxınlığındakı dükanlardan birinə həmin televizoru 150 manata Nicata məxsus şəxsiyyət vəsiqəsi ilə satmışlar. Nicat həmin pulu dükandan alaraq ona vermişdir. O, Murad və Natiq kənarda gözləyirmişlər. O, həmin puldan nə Nicata, nədə ki Murad ilə Natiqə heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə sonunculara televizoru hansı yolla əldə etməsini bildirməmişdir. Televizoru satdıqdan sonra Natiq onların yanlarından getmişdir. Həmin ərəfədə Murad ona Nicat ilə birlikdə kimdənsə mobil telefon götürüb satmaq barədə planından danışmışdır. Həmin plana əsasən Murad telefon almaq bəhanəsi ilə kimisə görüşə çağıracaqmış və Nicatla o da kənarda gözləyib, mübahisə olarsa müdaxilə edəcək, mübahisə olmazsa isə birlikdə həmin adamın telefonunu götürüb qaçacaqmışlar. Həmin telefonu satdıqdan sonra əldə etdikləri pulu bölüb xərcləyəcəkmişlər. O və Nicat bununla razı olmuş və birlikdə bir qədər vaxt keçirdikdən sonra Murad Nicat ilə onu Q.Qarayev prospekti 106 saylı binanın önünə getirmişdir. Orada Murad və Nicat binaya daxil olmuşlar. Murad ona binanın digər tərəfindəgözləməyini tapşırmışdır. O da həmin yerdə sonuncuları gözləməyə başlamışdır. Murad binadan tək çıxıb, parka tərəf getmiş, bir qədər sonra yanında başqa bir nəfər ilə binanın önünə getmişdir. Yanındakı adam binanın önündə gözləmiş, Murad isə binaya daxil olmuşdur. Bir qədər sonra Nicat və Muradı binanın önündə görüb onlara tərəf getmişdir. Onların arxasında bir nəfər də olmuş və Nicatla Muradın arxasınca irəliləmişdir. Sonuncular ona, o da sonunculara tərəf gəlib yaxınlaşan zaman onlar “qaçaq-qaçaq” demişlər. O da, sonunculara qoşularaq qaçmışdır. Arxalarınca kiminsə gəlib ya gəlməməsindən xəbərsiz olsa da arxalarınca “qaçmayın dayanın” deyə səslər eşitmişdir. Lakin onlar uzaqlaşmış və bir qədər kənarda Q.Qarayev prospektində yolun kənarında taksiyə minərək “Neftçilər” metro stansiyası yaxınlığına getmişlər. Ora çatdıqda Murad taksidə qalmış, o və Nicat telefonu satmaq üçün taksidən düşmüşlər. Metro stansiyasının çıxışında olan telefon dekanlarının birinə Nicat ilə birlikdə daxil olub, orada adını bilmədiyi və əvvəllər tanımadığı satıcıya Nicat Muradın verdiyi “Samsung” markalı telefonu göstərmişdir. Satıcı telefonun bəzi problemləri olmasını deyib, telefonu 90 manata ala biləcəyini demişdir. Nicat da razılaşmış və öz şəxsiyyət vəsiqəsi ilə həmin dükanda telefonu satmışdır. Bir qədər sonra o və Nicat Muradın onları gözlədiyi taksiyə geri qayıtmışdır. Sonra da həmin dövlət nömrə nişanını bilmədiyi “Mercedes” markalı taksi ilə NZS qəsəbəsinə getmişlər. Taksidə olarkən Nicat Murada telefonu 90 manata satdığını demişdir. NZS qəsəbəsinə çatdıqda 10 manat taksiyə Nicat vermişdir. Yerdə qalan məbləği olduğu kimi Murada vermişdir. Həmin puldan Murad ona 20 manat məbləğdə pul vermiş, 5 manata isə NZS qəsəbəsində hər üçü qutab yemişlər. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını bildirdi və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ittihamda qeyd olunan əməli törətməmişdir. Heç kimlə arasında qabaqcadan razılaşma olmamışdır. Cinayətin törədilməsindən xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmədiyi üçün öz sosial tələbatlarını ödəmək üçün pul axtarmışdır. Bu məqsədlə özündə olan toz sovuran aparatı internetdə elan saytlarından birində satışa qoymaq qərarına gəlmişdir. Bu niyyətlə xx.xx.2023-cü il tarixdə günorta saatlarında “tap.az” adlı elan saytına daxil olmuşdur. Sayta daxil olduqda satışa qoyulmuş “Samsung A50” markalı telefon diqqətini çəkmişdir. Bu zaman tanışı Elşən qardaşının ona evində olan istifadə edilməyən televizor verməsini və əvvəllər ona dediyi tanışı Nicatın vasitəsi ilə həmin televizoru satmağa kömək etməyini istəmişdir və o da Elşənə Nicatın nömrəsini vermişdir. Beləliklə onlar zəngləşib “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında görüşmüşlər. Görüşən zaman Şahid2 də onların yanında olmuşdur. Onlar Nicata məxsus şəxsiyyət vəsiqəsi ilə “Laçın” ticarət mərkəzi yaxınlığındakı dükanlardan birinə həmin televizoru 150 manata satmışlar. Pulu Elşən alıb cibinə qoymuş və bundan sonra Natiq onların yanlarından ayrılmışdır. Bu zaman o, internetdə gördüyü həmin telefonun sahibini telefona baxmaq adı ilə çağırıb, telefonu onun əlindən alıb qaçmaq, sonradan həmin telefonu sataraq pul əldə etmək qərarına gəldiyini Nicat və Elşənə demişdir. Bu niyyətlə elanda göstərilən ***-***-**-** saylı GSM nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə zəng vurub, elanı yerləşdirən, sonradan adının Orxan olduğunu öyrəndiyi şəxs ilə danışıb, telefon barədə maraqlanmış və telefona baxmaq istədiyimi deyib, sonuncunu “Laçın” ticarət mərkəzi ilə üzbəüzdə yerləşən parka dəvət etmişdir. Onlar telefonda həmin gün saat 20 radələrində parkda görüşmək qərarına gəlmişlər. Görüşəcəyi şəxsi əvvəlcədən tanımadığı üçün sonuncunun ona nisbətən cüssəli və çevik olma ehtimalını, bu səbəbdən qaça bilməkdə çətinlik çəkə biləcəyini düşünüb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kömək istəmişdir. Sonuncular onun təklifi ilə razılaşmışlar. Çünki o, Nicat və Elşənə həmin telefonu satdıqdan sonra əldə edilən puldan sonunculara da verəcəyini demişdir. O, əvvəlcədən qeyd etdiyi parkın yaxınlığında olan, Q.Qarayev prospekti 106 saylı ünvanda yerləşən yaşayış binasının girişlərindən birinin elektron açarını yerdən tapmışdır. Bu səbəbdən əvvəlcədən ona kömək edəcək tanışı Nicatı həmin binanın 4-cü girişinin 5-ci mərtəbəsində yerləşdirib, orada onu gözləməsini istəmişdir. O, özü parkın içində Orxanın gəlməsini gözləmişdir. Elşənə isə bir qədər kənarda dayanıb kənardan onun hərəkətlərini müşahidə etməsini demişdir. Onlara əgər telefon alacağı adamla problem yaranarsa və mübahisə edərsə Nicatla Elşənin ona köməyə gəlmələrini demişdir. Təxminən saat 19:50 radələrində Orxan ona zəng vurub, özünün parkda olmasını demiş və onlar Orxan ilə parkda görüşmüşlər. Parkda Orxan telefonu ona vermiş, o, telefona baxıb, sonra Orxana ailə üzvlərinə telefonu göstədikdən sonra alıb- almayacağı barədə dəqiq fikir bildirəcəyini demiş və Orxana Q,Qarayev 106 saylı binanı göstərərək həmin binada yaşadığını, mənzilə qalxıb tez bir zamanda düşəcəyini bildirmişdir. Orxan onunla birlikdə parkdan binanın 4-cü girişinin qarşısına qədər gəlmişdir. Orxan girişdə onu gözləmiş o, isə əvvəlcədən özündə olan elektron açar ilə binaya daxil olub, 5-ci mərtəbəyə qalxmışdır. Həmin mərtəbədə Nicat ilə görüşüb əynində olan boz rəngli gödəkcəni çıxarıb Nicata saxlaması üçün vermişdir. Özü isə həmin gödəkcənin altından geyindiyi qara rəngli gödəkcə ilə binadan çıxmışdır. Nicat da onun arxasınca binadan çıxmışdır. Orxan onu girişdə görüb, telefonun pulunu istəmiş, o, isə Orxandan olduğu yerdə gözləməsini, özünün bank kartından pul çıxararaq geri qayıdacağını demişdir. Gödəkcəni dəyişməkdə məqsədi, Orxanın onu fərqli gödəkcə ilə görüb, həqiqətən də, həmin binanın sakini olmağına inanması, onun sonuncudan bankomatdan pul çıxarmaq bəhanəsi ilə uzaqlaşdığında arxasınca gəlməsinin qarşısını almaq olmuşdur. Buna baxmayaraq Orxan onun arxasınca gəlmiş, arxadan ona çatmışdır. Həmin vaxt o, Orxana “qayınatam kənardan baxır arxamca gəlib, məni biabır etmə” demişdir ki, Orxan ondan kənar dayansın və o, rahatlıqla oradan uzaqlaşsın. Onun bu sözündən sonra Orxan bir qədər asta yeriməyə başlamışdır. Bu vaxt onu kənardan müşahidə edən tanışı Təqsirləndirilən şəxs1 və binadan onun arxasınca çıxan Təqsirləndirilən şəxs2 onun yanına çatmışlar və onlar üçü birləşən zaman o, Nicatla Elşənə “qaçaq qaçaq” demiş və oradan qaçaraq Orxandan uzaqlaşmışlar. Orxan digər iki tanışının ona yaxınlaşmasını görmüş, lakin, Orxanın onların arxasınca qaçıb-qaçmaması barədə dəqiq fikir deyə bilməz. Çünki o, digər iki tanışına nisbətən qabaqda və surətlə qaçmışdır. Lakin o, Orxanın “dayanın, qaçmayın” deyə qışqırmasını eşitmişdir. Buna baxmayaraq onlar qaçıb oradan uzaqlaşmış, bir qədər kənarda Q.Qarayev prospektində yolun kənarında taksiyə minərək “Neftçilər” metrostansiyası yaxınlığına getmiş, ora çatdıqda o, taksidə qalmış, Nicat və Elşən telefonu satmaq üçün taksidən düşmüşlər. Sonuncular düşərkən o, Orxandan ələ keçirdikləri telefonu Nicata vermişdir. Bir qədər sonra onlar telefonu, yaxınlıqda yerləşən, ona məlum olmayan dükanlardan birini sataraq taksiyə geri qayıtmışlar. Sonra da həmin dövlət nömrə nişanını bilmədiyi “Mercedes” markalı taksi ilə NZS qəsəbəsinə getmiş, taksidə olarkən Nicat ona telefonu 90 manata satdığını demişdir. NZS qəsəbəsinə çatdıqda Nicat həmin pulun 60 manatını ona vermiş, həmin pul Nicat ilə onun ortaq pulu olmuşdur. Yerdə qalan məbləğin bir qismi təxminən 20 manatı Elşənə qalmışdır. 10 manat taksiyə vermiş, ümumi puldan 5 manata isə NZS qəsəbəsində hər üçü qutab yemişlər. Sonda Təqsirləndirilən şəxs3 törətdiyi əməldən səmimi peşman olmasını bildirdi və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Nizami Rayonu, C.ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə kirayə yaşayır. Ailə üzvləri gün boyu evdən kənarda olur, o isə evdar qadın olduğu üçün günün hər vaxtı evdə olur. Həftə içi hər gün saat 13:00-da evdən çıxıb, azyaşlı qızını orta məktəbə aparır. Evdən çıxan zaman mənzilin qapısını açarla kilidləyib, mənzilin açarlarını çöl tərəfdən qapının önündəki ayaqaltı parçanın altında gizlədir ki, oğlu Nurlan Həmidov təhsil adlığı ali məktəbdən qayıdarkən açarı oradan götürüb, mənzilə daxil ola bilsin. xx.xx.2023-cü il tarixdə saat 13:00-da azyaşlı qızı Mənsurə ilə birlikdə mənzili tərk etmiş, qapının kilidlədikdən sonra açarı eyni qaydada qapının çöl tərəfindəki ayaqaltı parçanın altına qoymuşdur. Həmin gün saat 14:45-də oğlu Nurlan evə gəlmiş və mənzilin qonaq otağında olan televizorun yerinə olmadığını aşkar etmişdir. Lakin televizorun ailə üzvləri tərəfindən götürülə biləcəyini güman etdiyi üçün bu barədə heç kimə məlumat verməmişdir. Axşam ailə üzvləri mənzildə olduğu zaman bu barədə Nurlan onlara məlumat vermiş və onlar artıq televizorun oğurlanmasını başa düşüb, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Televizor 83 ekran ölçülü, smart tipli “SHİVAKİ” markalı 2020-ci il istehsalı qara rəngli televizor olmuş və dəyəri 1200 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur, maddi ziyan ödənilmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə o, özünə məxsus “Samsung A50” markalı **********0096 və **********3402 imei kodlu mobil telefonunu internetdə “tap.az” adlı elan saytında 235 manata satışı qoymuşdur. Həmin elan ilə bağlı həmin gün ***-***-**-** saylı GSM nömrədən ona zəng edən tanımadığı şəxs mobil telefonu ondan almaq istədiyini demiş və telefona baxmaq üçün onu “Laçın” ticarət mərkəzi ilə üzbəüzdə yerləşən parka dəvət etmişdir. Həmin şəxslə görüşmək üçün həmin gün saat 20 radələrində həmin parka getmişdir. Orada həmin şəxslə, yəni adını sonradan öyrəndiyi Muradla görüşmüşdür. Həmin Murad ailə üzvlərinə həmin telefonu göstərmək adı telefonu ondan alıb, yaxınlıqdakı binalardan birinə daxil olmuşdur. O, Muradı həmin binanın girişində gözləyərkən bir qədər sonra bir nəfər şəxsin başqa növ qış gödəkcəsində binadan çıxıb yanından keçərək getməsini görmüşdür. Həmin şəxsin üzünə baxarkən onun Murad olmasını görmüş və sonuncuya yaxınlaşaraq telefonunu istəmişdir. Murad pul çıxarmaq üçün terminala getmələrini istəmiş və ondan arxasınca gəlməməsini, bir az aralıda gəlməyini, yuxarı mərtəbədən qayınatasının baxmasını, onu biabır etməməyini tələb emişdir. O, Muradın arxasınca təxminən 10-15 metr aralıda yeriyən zaman bir qədər sonra sonuncunun yanına başqa iki nəfər tanışı da yaxınlaşmışdır. Onlardan qısa boylu, saqqallı olan cavan oğlanı Murad guya onun yanına göndərmişdir ki, həmin saqqallı oğlan yanında olsun və onun guya arxayın olaraq Muradın arxasınca getməməyini təmin etsin. Həmin saqqallı olan yanına gələrkən yoldan geri qayıdıb Muradın yanına getmiş və onlar qəfil onun telefonunu qaytarmadan yanında olan iki nəfər tanışı ilə birlikdə qaçaraq naməlum istiqamətə getmişlər. O, bir qədər sonuncuların arxasınca qaçıb, “dayanın, qaçmayın” kimi sözlərlə onları səsləsə də, Murad və yanında olan iki nəfər tanımadığı başqa şəxslər dayanmadan ondan uzaqlaşmışlar. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tam ödənilib, onlar barışmışlar. Onun heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 10 ünvanda “Ğold Mobile” adlı həm lombard, həm də telefon və digər cihazların alqı-satqı mağazasında satıcı işləyir. “VOEN”i vardır və işçi müqaviləsi üzrə işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi cavan oğlan mağazaya gələrək “Shivaki” adlı televizoru olmasını və onu lombarda qoyub pul götürmək istədiyini bildirmişdir. O, televizoru götürüb baxaraq yoxlamış və 100 manat pul verə biləcəyini demişdir. Nicat isə satarsa neçəyə ala biləcəyini soruşan zaman o, 150 manat pul verə biləcəyini demişdir. Nicat isə bunla razılaşmış və o, Nicatın şəxsiyyət vəsiqəsini götürüb surətini çıxarmışdır. Həmin kağızın arxa hissəsinə isə Nicat “mal özümə məxsusdur, özüm cavabdehəm” yazıb imza etmişdir. Bu zaman Nicatı mağazanın çöl tərəfindən iki nəfər şəxs də gözləmişdir. Onlar alqı-satqı etdikdən sonra Nicat çıxıb getmiş və o, səhəri gün yəni xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsə həmin televizoru 170 manata satmışdır. Həmin televizoru alarkən onun oğurluq olmasını bilməmişdir. Bunu bilmiş olsaydı həmin televizoru almazdı. Televizoru satdığı şəxs barəsində də heç bir məlumata malik deyildir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, ünvan 11 ünvanda “Bakcell” adlı mobil telefonların alqı-satqı mağazasını icarə müqaviləsi əsasında işlədir. Yazılı icarə müqaviləsi vardır və aylıq 2000 manat icarə haqqı verir. Həmçinin onun “VOEN”i vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində sonradan adının Təqsirləndirilən şəxs2 olmasını bildiyi cavan oğlan və yanındakı arıq bədən quruluşlu digər oğlanla mağazaya gələrək ağ rəngli “Samsung A50” markalı mobil telefon vermiş və satmaq istədiklərinni demişdir. O isə telefonu 90 manata ala biləcəyini demişdir və Nicat da razılaşdıqdan sonra o, telefonu yoxlamağa başlamışdır. Nicatdan həmin telefonun qablaşdırmasını istəyərkən o, telefonun özünə məxsus olmasını, lakin qablaşdırmasının olmamasını demişdir. O, telefonun “format” olunmasını və içərisində hər hansı məlumatın və ya şəkillərin olmamasını görmüş və Nicatın şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb üzərində “model Samsung A50, İmei 3566 4410 1234 024\01, 3566 4510 1234 021\01, əlaqə n 070 *** ** ** və imza” sözləri yazmışdır. Nicat isə həmin imza sözünün qarşısında öz imzasını çəkərək həmin telefonu özünün satmasını və onun özünə məxsus olmasını bildirmiş olmuşdur. Bundan sonra sonuncular çıxıb getmişlər və o, səhəri gün həmin telefonu tanımadığı kişi müştəriyə 120 manat pula satmışdır. Həmin telefonu alarkən oğurluq olmasını bilməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə təxminən iki ildir ki, tanışlıq münasibəti vardır. Ara-sıra o onun yaşadığı məhəlləyə gəlir və onlar birlikdə söhbət edib, vaxt keçirirlər. Elşənin vasitəsi ilə onun NZS qəsəbəsində yaşayan Murad adlı tanışı da tanıyır. Murad ilə bu günə qədər bir neçə dəfə görüşmüşlər. Sonuncu dəfə Muradı təxminən yeddi ay əvvəl Elşən ilə birlikdə görmüşdür. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Elşəni öz yaşadığı məhəllədə görmüş və ondan niyə gəlməsinin səbəbini soruşduqda o pulu olmadığı üçün öz qardaşından borc pul istəməsini, qardaşının da pulu olmadığını deyərək öz evində olan televizorlardan biri satması üçün ona verdiyini, hal-hazırda televizorun onda olmasını demiş və ondan televizoru satmaqda ona kömək etməyi xahiş etmişdir. Həmin vaxt Elşənin əlində bir ədəd göy rəngli paketdə qara rəngli orta ölçülü televizor olmuşdur. O, Elşənə bunu satmaq üçün tanışının olmadığını demişdir. Bundan sonra Elşən onun yanında Murada zəng vurub, özünə məxusus televizoru satmaq istədiyini demiş və onu “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığına dəvət etmişdir. Elşən ilə bundan sonra həmin metro stansiyanın yaxınlığına getmişdir. Bir qədər sonra Murad yanında bir nəfər tanımadığı, sonradan adının Nicat olduğunu öyrəndiyi tanışı ilə birgə oraya gəlmişlər. Yaxınlıqda olan dükanların birində Nicat öz şəxsiyyət vəsiqəsini təqdim edərək televizoru 150 manata satmış və pulu Elşənə vermişdir. Elşən həmin puldan nə ona, nə Murada nə də ki, Nicata hər hansı bir məbləğdə pul verməmişdir. Bundan sonra o, onlarla sağollaşıb öz işləri ilə bağlı getmişdir. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, arvadı Zərərçəkmiş şəxs2 evdar qadın olduğu üçün günün hər vaxtı evdə olur. Həftə içi hər gün saat 13:00-da Gülnar evdən çıxıb, azyaşlı qızlarını orta məktəbə aparır. Evdən çıxan zaman mənzilin qapısını açarla kilidləyib, mənzilin açarlarını çöl tərəfdən qapının önündəki ayaqaltı parçanın altında gizlədir ki, oğulları Nurlan Həmidov təhsil adlığı ali məktəbdən qayıdarkən açarı oradan götürüb, mənzilə daxil ola bilsin. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 və ya 19 radələrində arvadı ona zəng edib, evdən televizorun oğurlanmasını bildirmişdir. O da bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri ünvan 12 ünvanda yerləşən 9 mərtəbəli binanın 2 girişinin 5-ci mərtəbəsində 46 saylı mənzildir. - Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi barədə» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 106 saylı binanın qarşısında yerləşir. - Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli «Videogörüntüyə baxış keçirilməsi barədə» protokoldan görünür ki, 01 ədəd CD diskdə olan 10 ədəd videogörüntüdə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:45 radələrində ünvan 13 ünvandan qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində Shivaki markalı televizoru gizli yolla talayaq oğurluq etdikdən sonra həmin televizorun əlindəki göy rəngli sellofan paketlə C.Naxçıvanski küçəsi 38 ünvanından çıxması, məhəllələrin arası ilə piyada hərəkət etməsi müşahidə olunmuşdur. - Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli «Sənədlərə baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq hadisəsi ilə əlaqədar “Gold Mobile” adlı mağazanın satıcısı Şahid1 oğurlanmış televizorun satılarkən qeydlər yazılmış kağızın sürətində Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması və həmin kağızın arxa tərəfinə “özümə məxsusdur, özüm cavabdehəm *** *** ** **, xx.xx.2023” yazılarının yazılması və imza edilməsi müəyyən edilmişdir. - 04 mart 2023-cü il tarixli «Sənədlərə baxış keçirilməsi barədə» protokoldan görünür ki, X1 istintaqa təqdim etdiyi sənədlərin sürətinə baxış keçirən zaman Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətinin aşağı hissəsində “model Samsung A50, İmei 3566 4410 1234 024\01, 3566 4510 1234 021 \01, əlaqə n 070 *** ** ** və imza” sözlərinin olması müəyyən edilmişdir. - Toplanmış sübutların qiymətləndirilməsi haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə üzərində «Samsung A50 **********34024/01 **********34021/01, ***-***-**-**» imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, üzərində “özümə məxsusdur, özüm cavabdehəm *** *** ** **, xx.xx.2023” imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi televizor oğurluq hadisəsi ilə əlaqədar əməliyyat yolu ilə əldə edilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - AZ-İV seriyalı 468477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs3dur. Məhkəmə hesab edir ki, hər hansı cinayət törətməməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və həmin ifadə özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmişə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 oktyabr 2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(001)- 573/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(001)-573/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət cəza müddətinə hesablanaraq, üzərində qəti olaraq qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(001)-573/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri işə məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(001)-573/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki- 1(001)- 573/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsini iş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə barəsində hazırkı iş üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi C.Sadıqovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə CM-nin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2023-cü il tarixli qərarı ilə, həmin cinayət işi üzrə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hal-hazırda digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 oktyabr 2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarına əsasən həmin cəzanın çəkilməmiş hissəsi 10 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2023-cü ildə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığından, təyin edilmiş 10 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın 10 ay 14 gün çəkilməmiş hissəsi qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası bu hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri işə məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş üzərində «Samsung A50 **********34024/01 **********34021/01, ***-***-**-**» imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, üzərində “özümə məxsusdur, özüm cavabdehəm *** *** ** **, xx.xx.2023” imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi televizor oğurluq hadisəsi ilə əlaqədar əməliyyat yolu ilə əldə edilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 vəkilinin işdə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 vəkilinin işdə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 vəkilinin işdə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(001)-573/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki- 1(001)-573/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və hal-hazırda digər cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs3 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş üzərində «Samsung A50 **********34024/01 **********34021/01, ***-***-**-**» imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, üzərində “özümə məxsusdur, özüm cavabdehəm *** *** ** **, xx.xx.2023” imza, yazı və rəqəmlər qeyd edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş AZE 13660841 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi televizor oğurluq hadisəsi ilə əlaqədar əməliyyat yolu ilə əldə edilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-336/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-336/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver