Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-338/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağsu rayonu Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 128, mənzil 87də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 oktyabr 2020-ci il tarixdə saat 19.30 radələrində Zərərçəkmiş şəxs3 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 24/53-də yerləşən «Günəş» adlı ev alqı-satqı ofisinin qapısını dəmir parçası ilə sındıraraq qanunsuz olaraq mağazaya daxil olaraq masa üzərində 2750 manat dəyərində 1 ədəd «HP» markalı noutbuku, 1 ədəd 750 manat dəyərində «HP» markalı noutbuku, 1 ədəd 370 manat dəyərində «Acer» markalı noutbuku gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 3870 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 29 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanda yerləşən «Mixək» adlı mağazanın qapısını sıxıb açmaqla qanunsuz olaraq mağazaya daxil olub, oradan ümumilikdə 1440 manat dəyərində 12 bağlama əlcək, ümumilikdə 21 manat dəyərində 6 ədəd kolonya, ümumilikdə 9 manat dəyərində 3 ədəd kolonya, ümumilikdə 9 manat dəyərində 3 ədəd sprey, ümumilikdə 13 manat dəyərində 2 bağlama «Damla» şokoladları, 3 manat dəyərində tort qaymağı və ümumilikdə 9 manat dəyərində 2 bağlama «Pinqivin» sellofan paketlərini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 1504 manat dəyərində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən «CS studiya» adlı gözəllik salonunun qapısını sıxıb açmaqla qanunsuz olaraq salona daxil olub, oradan 550 manat nağd pul, ümumilikdə dəyəri 680 manat dəyərində 5 ədəd saç qurudan aparatlar, ümumilikdə 750 manat dəyərində 500 qram saç və ümumilikdə 200 manat dəyərində olan kosmetika əşyaları, 1 ədəd 70 manat dəyərində pencək, 70 manat dəyərində 1 cüt ayaqqabı, 50 manat dəyərində 1 ədəd qadın çantası və ümumilikdə 600 manat dəyərində 4 ədəd qayçıları gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 3479 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı X4 ilə 27.10.2020-ci il tarixdə axşam saatlarında “Qara Qarayev’’ metrosunda görüşmüşlər. Bir az söhbət eldikdən sonra Nərimanova getmək qərarına gəlmişlər. Lakin, komendant saatına yaxın olduğu üçün dayanacaqda 11 saylı marşurut avtobusunu gözləsələr də avtobus gəlməmişdir. Həmin vaxt pulu olmadığı üçün taksi ilə də Nərimanova gedə bilməmişlər. Bundan sonra metronun yaxınlığında yerləşən yaşayış binalarının pilləkənlərində gecəni keçirmək qərarına gəlmişlər. Bu məqsədlə Nizami rayonu, Əlif Hacıyev küçəsi 24\53 ünvanda yerləşən yaşayış binasının yanına getmişlər. Orada "Günəş" əmlaka məxsus ev alqı satqısı ofisinin önündəki pilləkənlərdə əyləşmişlər. Pilləkəndə əyləşib ətrafa baxarkən pilləkənlərin aşağı tərəfində “Günəş" əmlaka məxsus ev alqı-satqı ofisini görmüşdür. Ofisə yaxınlaşıb pəncərədən içəri baxdıqda masaların üzərində noutbookların olduğunu görmüşdür. Natavana heç bir söz demədən yaxınlıqda olan zibilikdən dəmir parçası götürüb ofisin qapısını sındıraraq içəriyə daxil olmuş və ofisdən 2 ədəd “HP” markalı, 1 ədəd “Acer” markalı noutbooku götürmüşdür. Natavan onun əlində noutbookları görüb haradan əldə eldiyini soruşmuş, sonuncuya noutbookları ona borcu olan bir nəfər şəxsdən aldığını demişdir. Səhər saat 06 radələrinə qədər orada qalmışlar və səhər avtobusla Nərimanova getmişlər. Natavana yaxınlıqda olan çayxanada onu gözləməyi demiş və yaşadığı ünvanda yerləşən zibil qutularının yanına gedərək ofisdən oğurladığı 3 ədəd noutbooku orada gizlətmişdir. Təxminən 2-3 gün sonra noutbookları gizlətdiyi yerdən götürmək üçün zibil qutularının olduğu yerə getmiş, lakin gizlətdiyi yerdə noutbookları tapa bilməmişdir. 29 oktyabr 2020-ci ildə saat 21 radələrində Natəvanla ünvan 4 ünvanda gəzən zaman pul əldə etmək məqsədilə «Mixək» mağazasının qapısını zorla açıb içəri daxil olaraq, oradan bağlamalarda əlcək və digər əşyalar götürmüşlər. Əşyaları xatırlamadığı şəxslərə satıb pulunu bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. 30 oktyabr 2020-ci ildə, saat 4 radələrində Natavanla ünvan 4 ünvanda gəzən zaman, pul əldə etmək məqsədilə, «CS» gözəllik salonunun qapısını zorla açıb içəri daxil olaraq oradan xatırlamadığı məbləğdə pul və saç kəsilməsi üçün nəzərdə tutulan əşyalar götürmüşlər. Pulu bölmüşlər, əşyaları isə xtırlamadığı şəxslərə satıb pulunu bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi və işdə olan digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən “Günəş'’ əmlak alqı-satqı ofisini kirayə götürüb işlədir. Ofisdə özünə məxsus 2750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 750 manat dəyərində 1 ədəd “HP” markalı noutbook, 370 manat dəyərində “Acer” markalı noutbook avadanlıqları olmuşdur. 27 oktyabr 2020-ci i tarixdə səhər saat 10 radələrində '’Günəş” əmlak alqı-satqı obyektinə gələrkən şüşə materialdan olan qapıların açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri daxil olub baxdıqda ofisdə masanın üzərində 2750 manat dəyərində 1 ədəd "HP" markalı, 750 manat dəyərində 1 ədəd “HP” markalı və 370 manat dəyərində "Acer" markalı noutbookların oğurlandığını müəyyən etmişdir. Dərhal DİN-nin 102 xidmətinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və hadisə yerinə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları gəlmişdir. Hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunarkən, ofisin yanında olan digər obyektin müşahidə kameralarına baxış zamanı, 27 oktyabr 2020-ci il tarixdə saat 01 radələrində 2 nəfər biri qız digəri kişi olmaqla naməlum şəxslərin ofisinin qapısının kilidini sındırmaqla ofisə daxil olduqları müəyyən edilmişdir. Oğurluq nəticəsində ona 3870 manat dəyərində maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır Nizami rayonu, Ə.Hacıyev küçəsi 46A ünvanda yerləşən «CS» studia adlı gözəllik salonunu işlədir. 29 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində gözəllik salonunu bağlayıb evə getmiş və 30 oktyabr 2020-ci il tarixdə səhər saatlarında gözəllik salonuna gələn zaman, salonun çöl qapısının açıq vəziyyətdə olduğunu görüb DİN-nin 102 xidmətinə məlumat vermişdir. Salondan 550 manat nağd pul, ümumilikdə 680 manat dəyərində 5 ədəd saç qurudan aparatlar, 750 manat dəyərində 500 qram saç vasitələri və 200 manat dəyərinqdə kosmetika vasitələri, 70 manat dəyərində 1 ədəd pencək, 70 manat dəyərində bir cüt ayaqqabı, 50 manat dəyərində qadın çantası və 600 manat dəyərində ümumilikdə 4 ədəd qayçıların oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 2970 manat dəyərində maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən «CS» gözəllik salonudur. İşdə olan «Baxış keçirilməsi haqqında» 30 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən «Mixək» mağazasıdır. İşdə olan «Baxış keçirilməsi haqqında» 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanda yerləşən «Günəş» əmlak alqı-satqısı ofisidir. İşdə olan məhkəmə-daktiloskopik ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 3/1216 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat iıçün yararlıdır və Təqsirləndirilən şəxs sağ əlinin ovucunun 11 lenar hissəsindən qalmışdır. Tədqiqata təqdim edilmiş 2-10 saylı daktilolentin səthlərindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Nəzərə almaq lazımdır ki, həmin ovuc izi Zərərçəkmiş şəxs1 məxsus gözəllik salonuna baxış keçirilən zaman götürülmüş ovuc izidir. İşdə olan 8 yanvar 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, «CD» diskdə «WhatsApp Video 2021-03-04 at 11.23.28.mp4», «WhatsApp Video 2021- 03-04 at 11.23.35.mp4», «WhatsApp Video 2021-03-04 at 11.23.46.ınp4», «WhatsApp Video 2021-03-04 at 11.24.01.mp4», «WhatsApp Video 2021-03-04 at 11.24.43 (1).mp4», «WhatsApp Video 2021-03-04 at 11.24.43.mp4». «WhatsApp Video 2021-03-04 at 11.30.41.mp4» və «WhatsApp Video 2021-03-04 at 11.31.05.mp4» adlı 8 ədəd faylların olması müəyyən edilir. Həmin fayllar mobil telefon aparatı ilə müşahidə kamerasının monitorundan çəkilmişdir. Görüntülərdən görünür ki, 27 oktyabr 2020-ci ildə, saat 19.30 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 24/25-də yerləşən «Günəş» adlı alqı-satqı ofisinin qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslər obyektin yanında gəzişir və daha sonra obyekin qapısını qıraraq oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Bundan sonra 29 oktyabr 2020-ci ildə, saat 21 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46-da yerləşən «Mixək» adlı mağazanın qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslər obyektin yanında gəzişmlər və daha sonra obyekin qapısını zorla açaraq oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Daha sonra 30 oktyabr 2020-ci ildə, saat 04 radələrində Nizami rayonu, Ə.Hacıyev küçəsi, 46 A-da yerləşən «CS» adlı gözəllik salonunun qarşısında bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli şəxslər obyektin yanında gəzişmiş və daha sonra obyekin qapısını zorla açaraq oraya daxil olub sonradan əllərində torba çıxıb oradan getmişlər. Baxışda iştirak edən Təqsirləndirilən şəxs kişi cinsli şəxsin özünün olmasını, digər qadın cinsli şəxsin isə tanışı X2 olmasını və həmin görüntülərin həqiqətəndə ev alqı-satqısı ofisindən, mağazadan və gözəllik salonundan oğurluq edərkən çəkilmiş görüntülər olmasını bildirmişdir. İşdə olan 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, oğurluq hadisələrini özündə əks etdirən 1 ədəd «CD» diski və Təqsirləndirilən şəxs 1 ədəd ovuc izi maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06.05.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzanın 11 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 09.04.2020-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Habelə hökmdən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmünə və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli qərarına münasibətdə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlar - 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs 1 ədəd ovuc izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 68 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 52 iş saatı, cəmi 120 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 720 (yeddi yüz iyirmi) manat (120x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X1 dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablansın və həbsdə saxlanıması nəzərə alınsın. İş üzrə maddi sübutlar - 1 ədəd “CD” disk və Təqsirləndirilən şəxs 1 ədəd ovuc izi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 61 (altmış bir) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 120 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 720 (yeddi yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. . Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-338/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-338/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver