Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-338/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri – X2, Müdafiəçi və X3 iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3, 23 mart 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs" qətmkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prado" markalı istintaqa dövlət nömrə nişanı məlum olmayan avtomobillə ünvan 3 ünvanda yerləşən "xxxx" QSC-nin inzibati binasının yaxınlığına gələrək həmin avtomaşını kənarda saxladıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən qrup üvzü Təqsirləndirilən şəxs2 niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün avtomaşında gözləmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3lə birlikdə həmin avtomaşından enərək qeyd edilən ünvanda yerləşən, "xxxx" QSCnin inzibati binasına yaxınlaşıb sonuncu binanın yanında dayanmış, Təqsirləndirilən şəxs1 isə binanın plastik pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz olaraq binaya daxil olub oradan dəyəri 1300 manat olan bir ədəd “Lenovo” markalı noutbook, dəyəri 60 manat olan bir ədəd “mifi Azercell” markalı aparat, dəyəri 250 manat olan bir ədəd “Epson L 1300” markalı printer, dəyəri 250 manat olan bir ədəd enerji blokunu gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxs “Element YT" QSC-yə 2110 (iki min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayından 2020-ci ilin sentyabr ayınadək ünvan 4 ünvanda yerləşən "xxxx" QSC-da fəhlə işləmiş və 2020-ci ilin sentyabr ayında heç bir əsaslı səbəb olmadan müdiri Şahid2 tərəfindən işdən azad edilmişdir. 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan dayısıoğlu Təqsirləndirilən şəxs2 evlərində qonaq olarkən söhbət zamanı sonuncuya keçmiş iş yeri “Element" QSC-dən səbəbsiz yerə işdən çıxarıldığını və müdiri Mətləbin ona dəymiş maddi ziyanı ödəmədiyi üçün qisas almaq üçün oğurluq etmək istədiyini demiş və Nihad onunla razılaşmışdır. 21 aprel 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında xatırlamadığı rentacardan “Toyota Prado" markalı avtomobili icarəyə götürmüşlər və sürücülük vəsiqəsi olmadığı üçün Nihad avtomaşını idarə edirmişdir. 24 aprel 2022-ci il tarixdə saat 23 radələrində Nihatla birlikdə Binəqədi rayonunda yerləşən “Stage Baku" gecə klubuna getmişlər. Klubda dostu Sərdara zəng edib işi olduğu üçün “20 yanvar" metrostansiyasına gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra klubdan çıxıb metronun “20 Yanvar" stansiyasında Sərdarla görüşmüşlər. Sonuncuya keçmiş iş yeri ilə bağlı əhvalatı danışmış və oğurluq etmək istədiyini bildirdikdə Sərdar onunla razılaşmışdır. 25 aprel 2022-ci il tarixdə saat 02 radələrində hər üçü birlikdə ünvan 4 ünvanda yerləşən "xxxx" QSC-yə gəlmiş, Nihad maşında qalmış, Sərdarla birlikdə “Element" QSC-nin hasarından aşararq əraziyə keçmiş, konteynerə yaxınlaşmış, yerdən tapdığı dəmir parçası ilə konteynerin plastik materialdan olan çərçivəsini sıxararaq pəncərəni açmış və içəri daxil olmuşdur. Sərdar onu bayırda gözləmiş, konteynrdə olan masanın üzərindən bir ədəd “Lenovo” markalı noutbook, iki ədəd enerji bloku, bir ədəd “Epson-’ markalı printer və bir ədəd wifi modernini götürərək pəncərədən Sərdara vermişdir. Həmin əşyaları Sərdarın köməkliyi ilə hasardan yola tərəfə keçirmiş və Nihadın köməkliyi ilə həmin əşyaları avtomobilin yük yerinə yığıb Sumqayıt şəhərinə getmişlər. “Dərnəgül" prospektində “wifi modern” aparatını pəncərədən yola atmış, gec olduğu üçün Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində nömrəsini bilmədiyi orta məktəbin yaxınlığında avtomobildə gecələmişlər. 25 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində “Lenovo" markalı noutbooku 330 manata və “Epson" markalı printeri isə 80 manata Sumqayıt şəhərində 3-cü mikrorayon ərazisində tanımadığı şəxslərə satmışdır. İki ədəd enerji blokunu isə tanışı İlkinə saxlamaq üçün vermiş və sonuncuya həmin əşyaların oğurluq olduğunu deməmişdir. Satdığı əşyalardan əldə etdiyi 410 manata 70 manat da əlavə edib həmin gün axşam saat təxminən 22 radələrində avtomobili təhvil veridyi rentacara ödəmişdir. “Element" QSC-yə dəymiş maddi ziyan ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istinraqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bibisi oğludur, Təqsirləndirilən şəxs3 isə Həzinin dostudur. 20 aprel 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində evdə Həzi ilə söhbət edən zaman sonuncu keçmiş iş yeri “Element" QSC-dən səbəbsiz yerə işdən çıxarıldığını və müdiri Mətləbin ona dəymiş maddi ziyanı ödəmədiyi üçün qisas alacağını demişdir. 21 aprel 2022-ci il tarixdə Həzi gəzmək üçün rentacardan avtomobil götürməyi demişdir. Sürücülük vəsiqəsi olduğu üçün Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında xatırlamadığı rentacarda “Toyota Prado” markalı avtomobili icarəyə götürmüşlər. 24 aprel 2022-ci il tarixədək avtomaşınla Bakı şəhərini gəzmişlər və həmin tarixdə Həzi ilə Binəqədi rayonunda yerləşən “Stage Baku” gecə klubuna gəlmişlər. Klubda Həzi dostu Sərdara zəng edərək işi olduğu üçün “20 yanvar” metrostansiyasına gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra Həzi ilə klubdan çıxıb metronun “20 Yanvar” stansiyasında Sərdarla görüşüb söhbət edən zaman sonuncuya Həzi keçmiş iş yerinə oğurluğa gedəcəyini demişdir. Bundan sonra avtomaşını ünvan 4 ünvanda yerləşən "xxxx" QSC-nın yaxınlığına sürmüş, 25 aprel 2022-ci il tarixdə saat 02 radələrində Həzi ilə Sərdarı həmin ünvanda düşürmüşdür. Həzi ilə Sərdar bir ədəd “Lenovo” markalı noutbook, iki ədəd enerji bloku, bir ədəd “Epson" markalı printer və bir ədəd wifi moderni gətirmiş və həmin əşyaları avtomobilə qoyaraq Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhərində tanımadığı küçələrin birində səhərədək maşında yatmışlar. 25 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində Həzi “Lenovo" markalı noutbooku 330 manata və “Epson” markalı printeri isə 80 manata Sumqayıt şəhərində 3-cü mikrorayon ərazisində müxtəlif mağazalara satmış, daha sonra Sərdarı Sumqayıtda düşürdükdən sonra Həzi ilə Bakı şəhərinə qayıtmışlar. Həmin gün axşam avtomobili rentacara qaytarmış və icarə pulunu Həzi ödəmişdir. “Element" QSC-yə dəymiş maddi ziyan ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur, Təqsirləndirilən şəxs2 isə Həzinin vasitəsi ilə tanımışdır. 24 aprel 2022-ci il tarixdə saat 23 radələrində Həzi zəng edərək onunla işi olduğu üçün metronun “20 Yanvar" stansiyasına gəlməsini xahiş etmişdir. Həmin ünvanda Həzi və Nihatla görüşmüşdür. Nihat “Toyota Prado” markalı avtomaşını idarə etmişdir. Həzi ünvan 4 ünvanda yerləşən keçmiş iş yeri "xxxx" QSC-dən səbəbsiz işdən çıxardıldığı üçün maddi ziyan çəkdiyinə görə oradan oğurluq etməklə əvəz çıxmaq istədiyini demişdir. Onlar birlikdə həmin ünvana getmiş və 25 aprel 2022-ci il tarixdə saat 02 radələrində Həzi ilə avtomaşından düşmüş, Nihad isə maşında qalmışdır. Həzi ilə birlikdə “Element" QSC-nin hasarından əraziyə keçmiş və ərazidə yerləşən konteynerə yaxınlaşdıqda Həzi yerdən götürdüyü dəmir parçası ilə konteynerin plastik materialdan olan çərçivəsini sıxararaq açmış və içəri daxil olmuşdur. Həzini bayırda gözləmiş və sonuncu konteynerdə olan masanın üzərindən bir ədəd “Lenovo" markalı noutbook, iki ədəd enerji bloku, bir ədəd “Epson" markalı printer və bir ədəd wifi modernini götürüb pəncərədən ona vermişdir. Onlar həmin əmlakları hasardan keçirmiş və Nihadın köməkliyi ilə həmin əmlakları maşının yük yerinə yığmışlar. Bundan sonra Sumqayıt şəhərinə gedib 6-cı mikrorayon ərazisində nömrəsini bilmədiyi orta məktəbin yaxınlığında avtomobildə gecələmişlər. 25 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində “Lenovo” markalı noutbooku 330 manata, “Epson’’ markalı printeri isə 80 manata Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində tanımadıqları şəxsə satmışlar. İki ədəd enerji blokunu isə Həzi tanışı İlkinə vermiş və həmin əşyaların oğurluq olduğunu deməmişdir. Həmin gün Həzi ilə Nihat Bakı şəhərinə qayıtmış özü isə Sumqayıt şəhərində qalmışdır. “Element" QSC-yə dəymiş maddi ziyan ödənilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri özlərinin səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs QSC-də hüquqşünası vəzifəsində çalışır. Şahid2 “Element YT’’ QSC-nin direktorudur. 25 aprel 2022-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs QSC-nin inzibati ərazisinə 2 nəfər şəxs daxil olaraq müəsissənin həyətində olan saxlanc üçün nəzərdə tutulmuş ofisdən dəyəri 1300 manat olan bir ədəd “Lenovo” markalı noutbbok, dəyəri 60 manat olan bir ədəd “mifi Azercell” markalı aparat, dəyəri 250 manat olan bir ədəd “Epson L 1300” markalı printer, dəyəri 250 manat olan bir ədəd enerji bloku oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 2110 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “Element" QSC-nin direktorudur. "xxxx" QSC yanğından mühafizə sistemlərinin quraşdırılması işi ilə məşğuldur. Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi "xxxx" QSC-də subpodratın işçisi olmuşdur. Təqsirləndirilən şəxs1 işə səhlənkar yanaşdığı üçün iş icraçılarının tövsiyyəsi ilə işdən kənarlaşdırılmışdır. 25 aprel 2022-ci il tarixdə saat 08 radələrində işlədiyi ünvan 4 ünvanda yerləşən "Element” QSC-nin inzibati binasına gəlmiş və ərazidə olan ofisə yaxınlaşan zaman təsadüfən ofisin plastik materialdan olan pəncərəsinin zor tətbiq edilməklə açıq olduğunu görmüşdür. Ofisdən dəyəri 1300 manat olan bir ədəd "Lenovo" markalı noutbbokun, dəyəri 60 manat olan bir ədəd “mifi Azercell” markalı aparatın, dəyəri 250 manat olan bir ədəd “Epson L 1300" markalı printerin, dəyəri 250 manat olan iki ədəd enerji blokunun oğurlandığı müəyyən edilmişdir. Oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 2110 manat məbləğində maddi ziyan dəymiş və hadisə ilə əlaqədar Nizami RPİ-nin 23-cü PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 25 aprel 2022-ci il tarixdə saat 15 radələrində dostu Həzi ona zəng edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qarajlar adlanan yerə 25 nömrəli məktəbin yanına çağırmışdır. Orada Həzi ona iki ədəd enerji blokunu saxlamaq üçün verib özünə məxsus olduğunu demişdir. Həmin enerji bloklarını yaxınlıqda olan qaraja qoyub getmişdir. 27 aprel 2022-ci il tarixdə Həzi zəng edərək enerji bloklarını istəmiş və onu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən qarajlar adlanan yerə 25 nömrəli məktəbin yanına çağırmışdır. Həmin yerə gəldikdə polis əməkdaşlarını görmüş və 2 ədəd enerji blokunu qarajdan götürüb polislərə vernişdir. Həmin vaxt Həzinin 2 ədəd enerji blokunu oğurluq yolu ilə əldə etdiyi ona məlum olmuşdur. İşdə olan baxış keçirilməsi haqqında 25 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Element QSC-nın» inzibati ərazisində yerləşən plastik materialdan olan obyektdir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 29 aprel 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək, törətmiş olduğu oğurluq hadisəsini əyani olaraq göstərmişdir. İşdə olan 29 aprel 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək, törətmiş olduğu oğurluq hadisəsini əyani olaraq göstərmişdir. İşdə olan 29 aprel 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək, törətmiş olduğu oğurluq hadisəsini əyani olaraq göstərmişdir. İşdə olan 27 aprel 2022-ci il tarxili götürmə protokolundan görünür ki, ünvan 3 ünvanda yerləşən “Element" QSC-nin inzibati binasından oğurlanmış “Einheir CC-BC 15 markalı İNV 00040 nömrəli 2 ədəd enerji bloku Sumqayıt şəhəri, 2-ci mikrorayon 25 nömrəli məktəbin yanında yerləşən qarajdan götürülmüşdür. İşdə olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan gö'ünür ki, “Einhell” CC-BC 15 markalı İNV 00040 nömrəli 2 ədəd enerji bloku Şahid2 tanınmaya təqdim edilmiş, sonuncu həmin “Einhell” CC-BC 15 markalı İNV 00040 nömrəli 2 ədəd enerji blokunun 25 aprel 2022-ci il tarxdə ünvan 6 ünvanda yerləşən “Element" QSC-nin inzibati binasından oğurlanmış əşyalar olduğunu bildirmişdir. İdə olan 29 aprel 2022-ci il tarixl qərardan görünür ki, 2 ədəd “Einhell” CC-BC 15 markalı İNV 00040 nömrəli enerji bloku maddi sübut kimi tanınmış və saxlanılması üçün “Element" QSC-nin direktoru Şahid2 qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 may 2022-ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən və işə əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsinin ərizəsindən görünür ki, “Element" QSC-yə dəymiş ziyan tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 30 aprel 2022-ci il tarixdən hal hazıradək həbsdə saxlanıldıqları müddət onların cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut - 2 ədəd “Einhell” CC-BC 15 markalı İNV 00040 nömrəli enerji bloku “Element" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 04 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Sumqayıt şəhərini və Abşeron rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yeri üzrə Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 04 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini və Abşeron rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yeri üzrə Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 04 ay 29 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Abşeron rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yeri üzrə Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 2 ədəd “Einhell” CC-BC 15 markalı İNV 00040 nömrəli enerji bloku “Element" QSC-yə qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-338/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-338/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver