Məhkəmə qərarları › İş №1(007)-338/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-338/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-338/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Moruc oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər – mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxx 1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR-nın Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Naxçıvan MR-nın, Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə , təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxx 1999-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, `İsmayıllı şəhəri, Ruslan Bədəlov küçəsi, ev 52 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərinin pozulması zəminində qisas almaq niyyəti ilə sonuncunun avtomobilini yandırmaqla partladıb qəsdən məhv etmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək niyyətlərinə nail olmaq üçün əvvəlcədən bir litr alışdırıcı maddə (benzin) əldə edib plastik qabda saxlamaqla 24 yanvar 2024-cü il tarixdə, saat 00:06 dəqiqədə Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 1 ünvanda yerləşən binanın qarşısına gedib orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsini qrup üzvü Təqsirləndirilən şəxs2 daş parçası ilə vurub sındıraraq qapısını açdıqdan sonra, o, əvvəlcədən əldə edib özləri ilə gətirdikləri plastik qabda olan 1 litr alışdırıcı maddəni (benzini) avtomobilin salonuna tökərək alovun və partlayışın təsirindən həmin avtomobilin yanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus "Mercedes Benz ML350 minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunacağına əmin olduğu halda qəsdən kibritlə "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə od vuraraq yandırıb partlatmış, alovun təsirindən yaxınlıqda olan "Mercedes Benz ML350 minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunduğunu görüb bunun qarşısını almayaraq qəsdən hər iki avtomobili vahid niyyətlə əhatə olunan qəsdlə yandırmaqla partladıb ümumi təhlükəli üsulla məhv edərək avtomobil sahibləri Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs2 isə 20500 manat xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərinin pozulmasını bilib qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 avtomobilini yandırmaqla partladıb qəsdən məhv etmək məqsədilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək niyyətlərinə nail olmaq üçün əvvəlcədən bir litr alışdırıcı maddə (benzin) əldə edib plastik qabda saxlamaqla 24 yanvar 2024-cü il tarixdə, saat 00:06 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən binanın qarşısına gedib orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, 77 СA 974 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsini o, daş parçası ilə vurub sındıraraq qapısını açdıqdan sonra, qrup üzvü Təqsirləndirilən şəxs1 əvvəlcədən əldə edib özləri ilə gətirdikləri plastik qabda olan 1 litr alışdırıcı maddəni (benzini) avtomobilin salonuna tökərək alovun və partlayışın təsirindən həmin avtomobilin yanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus "Mercedes Benz ML350 minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunacağına əmin olduğu halda qəsdən kibritlə "X11" markalı, 77 СA 974 dövlət qeydiyyat nişanlı avtomobilə od vuraraq yandırıb partlatmış, alovun təsirindən yaxınlıqda olan "Mercedes Benz ML350 minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin də yanaraq məhv olunduğunu görüb bunun qarşısını almayaraq qəsdən hər iki avtomobili vahid niyyətlə əhatə olunan qəsdlə yandırmaqla partladıb ümumi təhlükəli üsulla məhv edərək avtomobil sahibləri Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs2 isə 20500 manat xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2 il əvvəl Zərərçəkmiş şəxs1 ilə birlikdə Sərxan adlı şəxsin icarə əsasında işlətməklə Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən kombi və kondisionerlərin quraşdırılması və təmirini həyata keçirən “AS” adı ilə fəaliyyət göstərən servis mərkəzində işləmişlər. Orada işlədiyi üçün göstərilən fəaliyyəti həyata keçirmək məqsədilə Sərxan özlərinə məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün adına etibarnamə vermişdir. Sonradan Turalla birlikdə razılaşıb həmin avtomobili şərikli almaq qərarına gəlmişlər. Bu barədə Sərxanla danışanda sonuncu həmin avtomobili 6000 manata onlara sata biləcəyini demişdir. Sərxanla aralarındakı razılaşmaya görə ilkin olaraq o və Tural ayrı-ayrılıqda Sərxana 1000 manat pul verməli, pulun qalan hissəsini isə hər biri 250 manat olmaqla aybaay 500 manat pulu Sərxana ödəməli olmuşlar. O, 1000 manat pul tapıb Sərxana versə də, Tural pul tapa bilmədiyindən Sərxana 1000 manatı verə bilməmişdir, onlar işləri ilə əlaqədar avtomobildən istifadə edib 5 ay Turalla birlikdə ayrıayrılıqda Sərxana 250 manat pul vermişlər. Turalın sürücülük hüququ olmadığından, avtomobili o, idarə etmişdir. Aradan 5 ay keçəndən sonra Tural avtomobilin ona lazım olmadığını deyərək avtomobilə görə ödədiyi 1250 manat pulu geri istəmişdir. Onlar hər ikisi avtomobilin təmirinə pul qoyduqlarından oturub haqq-hesab etmişlər və aralarındakı borc məsələsini həll etmişlər. Beləliklə, bir-birlərinə hər hansı borcları qalmamışdır. Bir müddət sonra Tural onunla işləmək istəmədiyini deyəndə, o, başqa adamla işləyəcəyini Turala bildirmişdir. Lakin Tural fikrini dəyişib yenidən onunla işləyəcəyini deyərək avtomobilə görə heç bir xərc çəkməyəcəyini, avtomobilə çəkilən xərcin onluq olduğunu, qalan xərcə isə şərik olacağını söyləmişdir. Bu minvalla Turalla bir müddət işləsələr də, sonuncu yenidən işləmək istəmədiyini bildirmiş və avtomobilin sahibi Sərxana onun haqqında yalan məlumat verərək guya avtomobili işdən kənar yerlərə sürdüyünü dediyindən, Sərxan onu yanına çağıraraq ona iradını bildirmişdir. Tural işdən çıxacağını söyüşlü şəkildə dediyindən, o da Turalın işdən çıxacağını zənn edib təxminən 1 il əvvəl avtomobili Sərxana təhvil verərək işdən çıxmışdır. Sərxan avtomobilə görə ödədiyi puldan 1500 manatını ona qaytarmalı olsa da, guya avtomobili özünə lazım olan yerlərə sürdüyünü bəhanə edərək 1500 manat pulunu qaytarmamışdır. İşdən çıxandan 1 ay sonra ona aydın olmuşdur ki, Tural həmin “AS” adı ilə fəaliyyət göstərən servisdə işləmiş və həmin avtomobili alıb idarə etmişdir. Bundan sonra Turalın onu aldatdığını başa düşmüşdür. Tural ona qarşı oyun qurub işdən çıxmağına nail olaraq maddi sıxıntılarının yaranmasına səbəb olduğundan, o, Turaldan qisas almaq qərarına gəlmişdir. Təxminən 4 ay əvvəl Emin adlı şəxsə məxsus olmaqla Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında yerləşən yeməkxananı ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürüb işlətməyə başlamışdır. 11 yanvar 2024-cü il tarixdən Təqsirləndirilən şəxs2 yeməkxanada işə başlamışdır. 23 yanvar 2024-cü il tarixdə, saat 21:30 radələrində iş vaxtı başa çatandan sonra İsmayılla birlikdə yeməkxanada yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat 22:30 radələrində o, İsmayıla məqsədini deməsə də, birlikdə bir yerə gedib qayıtmaqlarını təklif etmişdir. Getməmişdən öncə İsmayıla boş olan plastik butulkalardan birini götürməsini deyəndə sonuncu özü ilə 1 ədəd boş butulkanı götürmüşdür. O, göstərdiyi yolla İsmayılla birlikdə piyada hərəkət etməyə başlamışlar. Yolda onun təklifi ilə İsmayıl apteklərin birindən 2 ədəd maska alıb üzlərinə taxmışlar. Onun təklifi ilə birlikdə ünvan 4 binanın qarşısındakı dayanacağa gedəndən sonra orada təxminən 5 dəqiqə gəzmişlər. Orada o, İsmayıla Tural adlı şəxslə aralarında intiqamın olduğunu deyərək onu həll edəcəyini bildirmişdir. İsmayıl isə onun Tural adlı şəxslə söhbət edəcəyini düşünmüşdür. İsmayıl ondan nə səbəbdən ora getdiklərini soruşanda, İsmayıla bildirmişdir ki, “hələ heç nə yoxdur”. Sonra, İsmayılla birlikdə oradan piyada yeməkxanaya doğru hərəkət etməyə başlamışlar. Yeməkxanaya qayıdan zaman Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Azpetrol” X2 yanından keçəndə o, İsmayıla 1 manat pul verərək həmin X1 1 litr benzin almasını təklif etmişdir. İsmayıl həmin X3 gedib orada 1 manat pul verərək özləri ilə götürdükləri plastik butulkada 1 litr benzin almışdır. Sonra, o, taksi sürücüsü işləyən tanışı Ruslan adlı şəxsə zəng edib yeməkxanaya dəvət edərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. İsmayılla birlikdə yeməkxanaya gedib yarımçıq qalmış spirtli içkini qəbul edəndən sonra Ruslan idarə etdiyi “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə yeməkxananın qarşısına gəlmişdir. Onlar avtomobilə oturandan sonra onun göstərdiyi yolla Ruslan idarə etdiyi avtomobili ünvan 3 ünvanda yerləşən binanın yaxınlığına sürmüşdür. Yolla gedən zaman o, Ruslana heç nə deməmişdir. Ruslan avtomobili aralıda saxlayandan sonra onun təklifi ilə İsmayılla birlikdə ünvan 3 ünvanda yerləşən binanın həyətindəki avtomobillərin park edildiyi yerə getmişlər. Orada o, qırmızı rəngli "X11" markalı, 77 СA 974 dövlət qeydiyyat nişanlı avtomobili İsmayıla göstərərək həmin avtomobilin əvvəllər ona məxsus olduğunu, avtomobilin sahibi Turalın ona qarşı hiylə işlədərək avtomobilə sahiblik hüququnu qazandığını bildirmiş və Turaldan qisas almaq məqsədilə avtomobili yandıracağını söyləmişdir. İsmayıl ona etirazını bildirsə də o, İsmayıla sadəcə avtomobilin şüşəsini sındıracağını, avtomobili isə özü yandıracağını söyləmişdir. O, yerdən daş parçası götürüb İsmayıla verərək avtomobilin şüşəsini sındırmağını təklif edəndə İsmayıl ona verdiyi daş parçası ilə avtomobilin sağ arxa şüşəsini sındırmışdır. Avtomobilin şüşəsini sındıran zaman yaranmış səsə kiminsə ora yaxınlaşacağından ehtiyat etdiklərindən hər hansı şəxs və ya şəxslərin ora yaxınlaşıb-yaxınlaşmayacağını dəqiqləşdirmək məqsədilə təklifi ilə oradan aralanaraq Ruslanın idarə etdiyi avtomobilə getmişlər və orada 5-10 dəqiqə gözləmişlər, saat 00:06 radələrində təklifi ilə yenidən İsmayılla birlikdə həmin qırmızı rəngli "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Onlar ikisi də avtomobilə yaxınlaşsalar da Ruslan idarə etdiyi avtomobildən aşağı düşməmiş və onlarla birlikdə gəlməmişdir. "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşandan sonra o, içərisində benzin olan plastik butulkanın ağzını açıb İsmayılın öncədən sındırdığı yerdən, şüşəsi sındırılmış pəncərəsindən benzini avtomobilin salonuna səpmiş və sonra üzərindəki kibritlə avtomobili yandırmışdır. Onlar avtomobilin alışdığını görüb oradan Ruslanın idarə etdiyi avtomobilə tərəf getmişlər. Sonra Ruslan avtomobili idarə etmiş və oradan getmişlər, təxminən 15-20 dəqiqə keçəndən sonra birlikdə həmin yerə geri qayıdanda Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildə yanğının güclənərək avtomobildə partlayışın baş verdiyinin, avtomobilin yanında saxlanılmış digər “Mercedes Benz ML350” minik markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobilə də yanğının keçdiyinin, ora cəlb olunmuş yanğın söndürən briqadasının hər iki avtomobilləri söndürmək istədiklərinin və hadisə yerinə çoxlu sayda adamın toplaşdığının şahidi olmuşlar. Bundan sonra, Ruslan öncə idarə etdiyi avtomobili icarə əsasında işlətdiyi yeməkxanaya sürüb onu orada düşürəndən sonra İsmayılı kirayə yaşadığı evə aparmışdır. Zərərçəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır, cox böyük səhv etmişdir. Böyüklərinə əziyyət vermişdir, vicdan əzabı çəkir, hamıdan üzr istəyir. Evin yeganə işləyəni və qazanc gətirənidir. Onun azadlıqda qalmasına kömək edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 11 yanvar 2024-cü il tarixdən tanımış, Təqsirləndirilən şəxs1 icarəyə götürərək işlətdiyi Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında yerləşən yeməkxana bir yerdə işləmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla hər hansı münasibətləri olmamışdır. 23 yanvar 2024-cü il tarixdə, saat 21:30 radələrində yeməkxanada iş vaxtı başa çatandan sonra Muradın təklifi ilə birlikdə yeməkxanada yemək yeyərək spirtli içki qəbul etmişlər. Saat 22:30 radələrində Murad ona məqsədini deməsə də, birlikdə bir yerə gedib qayıtmalarını təklif etmiş, o, razılaşmışdır. Getməmişdən öncə Murad ona boş olan plastik butulkalardan birini götürməsini deyəndə o, özü ilə 1 ədəd boş butulkanı götürmüşdür. Bundan sonra Muradın göstərdiyi yolla Muradla birlikdə piyada hərəkət etməyə başlamışlar. Yolda Muradın təklifı ilə onlar apteklərin birindən 2 ədəd maska alıb üzlərinə taxmışlar. Muradla birlikdə ünvan 4 binanın qarşısındakı dayanacağa gedəndən sonra orada təxminən 5 dəqiqə gəzmişlər. Orada Murad ona Tural adlı şəxslə aralarında intriqanın olduğunu deyərək onu həll edəcəyini bildirmişdir. O isə Muradın Tural adlı şəxslə söhbət edəcəyini düşünmüşdür. Muraddan nə səbəbdən ora getməklərini soruşanda, bildirmişdir ki, hələ heç nə yoxdur. Sonra, Muradla birlikdə oradan piyada yeməkxanaya doğru hərəkət etməyə başlamışlar. Yeməkxanaya qayıdan zaman Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Azpetrol” X2 yanından keçəndə Murad ona 1 manat pul verərək həmin X1 1 litr benzin almağını təklif etmişdir. O, həmin X3 gedib orada 1 manat pul verərək özləri ilə götürdükləri plastik butulkada 1 litr benzin almışdır. Sonra Murad taksi sürücüsü işləyən tanışı Ruslan adlı şəxsə zəng edib yeməkxanaya dəvət edərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. Muradla birlikdə yeməkxanaya gedib yarımçıq qalmış spirtli içkini qəbul edəndən sonra Ruslan idarə etdiyi "Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə yeməkxananın qarşısına gəlmişdir. Onlar avtomobilə oturandan sonra Muradın göstərdiyi yolla Ruslan idarə etdiyi avtomobili ünvan 3 ünvanda yerləşən binanın yaxınlığına sürmüşdür. Yolla gedən zaman Murad Ruslana heç nə deməmişdir. Ruslan avtomobili aralıda saxlayandan sonra Muradın təklifi ilə onunla birlikdə ünvan 3 ünvanda yerləşən binanın həyətindəki avtomobillərin park edildiyi yerə getmişlər. Orada Murad qırmızı rəngli "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərərək həmin avtomobilin əvvəllər ona məxsus olduğunu, avtomobilin sahibi Turalın ona qarşı hiylə işlədərək avtomobilə sahiblik hüququnu qazandığını bildirmiş və Turaldan qisas almaq məqsədilə avtomobili yandıracağını söyləmişdir. O, Murada etirazını bildirsə də Murad ona sadəcə avtomobilin şüşəsini sındıracağını, avtomobili isə özü yandıracağını söyləmişdir. Bundan sonra, Murad yerdən daş parçası götürüb ona verərək avtomobilin şüşəsini sındırmasını təklif edəndə Muradın ona verdiyi daş parçası ilə avtomobilin sağ arxa şüşəsini sındırmışdır. Avtomobilin şüşəsini sındıran zaman yaranmış səsə kiminsə ora yaxınlaşacağından ehtiyat etdiklərindən hər hansı şəxs və ya şəxslərin ora yaxınlaşıbyaxınlaşmayacağını dəqiqləşdirmək məqsədilə oradan aralanaraq Ruslanın idarə etdiyi avtomobilə getmişlər və orada 5-10 dəqiqə gözləmişlər, saat 00:06 radələrində Muradla birlikdə yenidən həmin qırmızı rəngli "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Onlar ikisi də avtomobilə yaxınlaşsalar da Ruslan idarə etdiyi avtomobildən aşağı düşməmiş və onlarla birlikdə gəlməmişdir. "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşandan sonra Murad içərisində benzin olan plastik butulkanın ağzını açıb onun öncədən sındırdığı yerdən, yəni avtomobilin sağ arxa qapısının şüşəsi sındırılmış pəncərəsindən benzini avtomobilin salonuna səpmiş və sonra üzərindəki kibritlə avtomobili yandırmışdır. Onlar avtomobilin alışdığını görüb oradan Ruslanın idarə etdiyi avtomobillə oradan getmişlər. Ruslan öncə idarə etdiyi avtomobili Muradın icarə əsasında işlətdiyi yeməkxanaya sürüb Muradı orada düşürəndən sonra onu kirayə yaşadığı evə aparmışdır. Əməlindən peşmandır. Anası və atasının epilepsiya xəstəsi olmasını, azyaşlı övladının olmasını nəzərə alaraq həbs olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin may ayınadək Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən X4 icarə əsasında işlətdiyi “AS” servis mərkəzində kombi və kondisioner ustası işləmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamaqla onunla hər hansı münasibəti olmasa da, Təqsirləndirilən şəxs1 tanımaqla aralarında ədavət, düşmənçilik olmamış və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 sürücülük hüququ olduğundan işi ilə əlaqədar ona sürücü lazım olsa da sürücülük hüququ olmadığından 2022-ci ilin payız aylarında Muradı köməkçi-sürücü kimi servis mərkəzinə dəvət etməklə xahişi ilə “AS” servis mərkəzində kombi və kondisioner ustası işləmiş Şahid2 özlərinə məxsus “X11” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin Murad tərəfindən idarə olunması üçün adına etibarnamə vermiş və Murad gördüyü işlərdə, yəni həm avtomobili idarə etmiş, həm də ayrı-ayrı şəxslərin evlərində kombi və kondisionerlərin quraşdırılmasında, eləcə də təmirində ona köməklik göstərmişdir. Aralarındakı razılaşmaya əsasən əldə etdiyi qazancdan hər ay Murada 500-550 manat zəhmət haqqı vermişdir. Sonradan Muradla birlikdə razılaşıb həmin avtomobili şərikli almaq qərarına gəlmişlər. Bu barədə Sərxanla danışanda sonuncu həmin avtomobili 6000 manata onlara sata biləcəyini demişdir. Sərxanla aralarındakı razılaşmaya görə ilkin olaraq onlar Sərxana 1500 manat pul ödəməli, pulun qalan hissəsini isə hər biri 250 manat olmaqla aybaay 500 manat pul Sərxana verməli olmuşlar. Lakin, onlar ilkin ödəniş kimi Sərxana cəmi 750 manat, Murad avtomobili 5 ay idarə edib əlavə hissə-hissə cəmi 750 manat, ümumilikdə, 1500 manat pul Sərxana vermişlər. Bu müddət ərzində avtomobilə 300 manat xərc qoymuşlar. Lakin sonradan Murad öz şəxsi problemləri ilə bağlı işə məsuliyyətsiz yanaşdığı üçün qazancları olmadığından, avtomobilin aylıq pulunu verə bilməmişlər. O, bunu görüb Muraddan ayrılmaq qərarına gəlmiş və bu barədə ona bildirmişdir. Həmçinin, Muradla avtomobilin sahibi Sərxan arasında narazılıq yarandığından, sonuncu avtomobili Sərxana təhvil verib oradan çıxaraq getmişdir. Aradan 1 ay vaxt keçəndən sonra, o, “AS” servis mərkəzindən işdən çıxaraq fərdi qaydada fəaliyyət göstərməyə başlamışdır. 4-5 ay sonra isə Sərxana 5000 manat pul verərək "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili Sərxandan almış və avtomobil onun təklifi ilə dostu X5 adına sənədləşdirilmişdir. Avtomobili alandan sonra 4000 manat əlavə xərc çəkərək avtomobili təmir etdirmiş və artıq sürücülük hüququ əldə etdiyindən avtomobili idarə etməyə başlamışdır. 17 yanvar 2024-cü il tarixdə özünə məxsus olmaqla markasını və dövlət qeydiyyat nişanını qeyd etdiyi avtomobili təmirdən götürüb kirayə yaşadığı 20 saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən 94V saylı binanın qarşısında saxlayaraq avtomobili sürməmişdir. 24 yanvar 2024cü il tarixdə, saat 00:20 radələrində yaşadığı mənzildə olan zaman həyətdə yaranmış səsküyə binanın qarşısına düşmüşdür. Binanın qarşısına düşəndə ona məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin və yanında saxlanılmış sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğunu bildiyi "Mercedes Benz ML350 minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin alışaraq yandıqlarının şahidi olmuşdur. Bu vaxt qonşular Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edib məlumat verəndən bir müddət sonra X8 Xidmətinin əməkdaşları ora gələrək yanğını söndürməyə başlamışlar və az sonra yanğını söndürmüşlər. Həmin vaxt ilk əvvəl avtomobilinin və yanında saxlanılmış digər avtomobilin hansı səbəbdən yanmasını bilməsə də, yanğın söndürüləndən sonra binanın həyətində quraşdırılmış videomüşahidə kameralarına baxanda aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanımadığı digər şəxslə birlikdə ona məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra tanımadığı şəxs avtomobilin sağ arxa qapısının şüşəsini sındırmış, sonra isə Murad butulkada gətirdikləri alışdırıcı maddəni avtomobilin salonuna səpmiş, daha sonra kibritlə alışdırıcı maddəni alışdırandan sonra oradan qaçaraq getmişlər. Bundan sonra onun avtomobilində partlayış baş verdiyi üçün alov digər avtomobilə keçərək həmin avtomobil də yanmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobilləri Muradla birlikdə yandırmış şəxs Təqsirləndirilən şəxs2dur. Avtomobilinin qəsdən yandırılması ilə əlaqədar avtomobili tam yararsız vəziyyətə düşdüyündən, bununla bağlı ona ümumilikdə 9000 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir, onlardan heç bir şikayəti, tələbi, iddiası yoxdur. Məhkəmədən onlarla barışmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, "Mercedes Benz ML 35O minik" markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil onun oğluna məxsusdur. 24 yanvar 2024-cü il tarixdə, saat 00:20 radələrində oğlu səs-küyə binanın qarşısına düşmüş və ona məxsus olan “Mercedes Benz ML 350” minik markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin və yanında saxlanılmış sonradan Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi “X11” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin alışaraq yandıqlarının şahidi olmuşdur. Həmin vaxt ilk əvvəl avtomobilinin və yanında saxlanılmış digər avtomobilin hansı səbəbdən yanmasını bilməsələr də, yanğın söndürüləndən sonra binanın həyətində quraşdırılmış videomüşahidə kameralarına baxanda aydın olmuşdur ki, iki şəxs Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq onlardan biri avtomobilin sağ arxa qapısının şüşəsini sındırandan sonra butulkada gətirdikləri alışdırıcı maddəni avtomobilin salonuna səpirlər, daha sonra onlardan biri kibritlə alışdırıcı maddəni alışdırandan sonra hər ikisi oradan qaçaraq getmişlər. Bundan sonra, həmin avtomobildən alov onun oğlunun avtomobilinə keçmiş və avtomobil yanmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobilləri yandırmış həmin iki şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Avtomobil tam yararsız vəziyyətə düşdüyündən, ümumilikdə 21000 manat maddi ziyan vurulmuşdur. Avtomobilin hadisənin baş verən günə orta bazar qiymətinin 20500 manat olmasını istisna etməyərək avtomobili aldığı gündən hadisə baş verən günədək istifadə etməsini və avtomobilin amortizasiya xərclərini nəzərə alıb ekspert tərəfindən verilmiş həmin rəylə razı olmuşdur. Zərərçəkmiş şəxs2 mülki iddia verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları ziyana görə 21000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə verərək bildirmişdir ki, “Mercedes Benz ML” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Ona görə də həmin işlə bağlı olaraq onlardan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə ona dəymiş ziyanla bağlı məhkəməyə verdiyi mülki iddiadan imtina edir, mülki iddiadan imtinanın nəticələri ona aydındır. Gələcəkdə bununla bağlı onlardan hər hansı bir tələbi və iddiası olmayacaqdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanır. Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamaqla onlarla hər hansı münasibəti olmasa da, Təqsirləndirilən şəxs1 10 ildən çoxdur ki, tanımaqla onunla münasibəti yaxşı olmuşdur. 23 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexindən avtomobilini təmirdən götürən zaman Təqsirləndirilən şəxs1 ona zəng edib ona icarə əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr bazarının yaxınlığında yerləşən yeməkxanaya dəvət edərək onu yaşadığı evə aparmasını xahiş etmişdir. Həmin yeməkxananın qarşısına çatanda spirtli içkinin təsiri altında olan Təqsirləndirilən şəxs1 və yanında olan İsmayıl adlı şəxs yeməkxanadan çıxaraq avtomobilə oturmuşlar. Həmin vaxt Muradın əllərində usta çantası olduğundan, həmin çantanı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra, Muradın göstərdiyi yolla o, idarə etdiyi avtomobili ünvan 4 ünvanda yerləşən binanın yaxınlığına sürmüşdür. Yolla gedən zaman nə Murad, nə də ki İsmayıl ona heç nə deməmişlər. O, avtomobili aralıda saxlayandan sonra Murad İsmayılla birlikdə avtomobildən düşərək harasa getmişlər və aradan təxminən 5 dəqiqə keçəndən sonra geri qayıdaraq avtomobilə oturmuşlar. Bundan sonra, yəni 24 yanvar 2024-cü il tarixdə, saat 00:06 radələrində Murad İsmayılla birlikdə avtomobildən düşərək oradan harasa getmişlər və Murad ondan gözləməsini xahiş etmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobildən aşağı düşməmiş və Muradgillə birlikdə heç bir yerə getməmişdir. Aradan az müddət keçəndən sonra Muradgil geri qayıdaraq avtomobilə oturmuşlar və Muradın təklifi ilə o, avtomobili idarə edərək oradan getmişdir. Göstərilən vaxtda orada hər hansı yanğının baş verməsinin şahidi olmamış və Muradgil bu barədə ona heç nə deməmişlər. Muradın təklifi ilə öncə idarə etdiyi avtomobili onun icarə əsasında işlətdiyi yeməkxanaya sürüb onu orada düşürərək xidmət haqqını alandan sonra İsmayılı kirayə yaşadığı evə apararaq orada düşürtmüşdür. Ona sonradan aydın olmuşdur ki, qeyd olunan vaxtda Muradla İsmayıl benzinlə 2 ədəd avtomobili yandırmışlar. Lakin onlar avtomobilinə oturan zaman əllərində hər hansı əşyanın, eyni zamanda alışdırıcı maddənin olmasının şahidi olmamışdır. Həmin vaxt Murad və İsmayıl tərəfindən avtomobilin yandırılmasında iştirak etməmiş, onlara köməklik göstərməmişdir. Muradla İsmayılın hansı məqsədlə idarə etdiyi avtomobillə ünvan 3 ünvanın qarşısına getmələri sonradan ona məlum olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin yanvar ayında özünə məxsus olmaqla ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsini əmisi X6 icarəyə vermişdir. Sonuncu oranı "AS" servis mərkəzi kimi işlədərək orada kombi və kondisionerlərin quraşdırılması və təmiri fəaliyyətini həyata keçirir. O, 2022-ci ilin əvvəllərindən 2023-cü ilin əvvəllərinədək həmin servis mərkəzində kombi və kondisioner ustası işləmişdir. Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin yay aylarından 2023-cü ilin may ayınadək həmin servis mərkəzində usta işlədiyindən Turalı tanımışdır, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 özünə köməkçisürücü kimi götürdüyündən, Muradla tanış olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 “AS” servis mərkəzinin rəsmi işçisi olmamışdır. Turalla aralarındakı razılığa əsasən onlara müraciət edən müştəriləri o, Turala yönləndirmiş, Tural da Muradla birlikdə gedib yerində müştərilərə kombi və kondisionerlərin təmiri xidmətlərini göstərəndən sonra alınmış xidmət haqqından Turalın zəhmət haqqısı verilmişdir. Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmadığından və Təqsirləndirilən şəxs1 sürücülük hüququ olduğundan bu cür fəaliyyəti həyala keçirmək üçün Turalın təklifi ilə idarə etmək məqsədilə atası Abbas Əsgərova məxsus “X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Muradın adına etibarnamə vermişlər. X10 birlikdə həmin avtomobili şərikli almaq istədiklərini dediyindən o, avtomobili 6000 manata Muradla Turala sata biləcəyini bildirmişdir. Tural və Muradla aralarındakı razılaşmaya görə Muradla Tural ilkin olaraq ona 1500 manat pul ödəməli, pulun qalan hissəsini hər ay 500 manat olmaqla verməli olmuşlar. X13 ilkin ödəniş kimi ona cəmi 750 manat, avtomobili 5 ay idarə edib əlavə hissə-hissə cəmi 750 manat, ümumilikdə 1500 manat pul vermişlər. X9 avtomobilinin pulunu vermədiklərini və işə səhlənkar yanaşdıqlarını görüb avtomobili Muradla Turaldan geri almışdır. Avtomobilə xərc qoyduqlarını dedikləri üçün o, Turala 750 manat pul qaytarmışdır. Aradan 6-7 ay müddət keçəndən sonra isə həmin avtomobili Turala 5000 manat pula satmış və Turalın dediyi şəxsin adına etibarnamə vermişlər. Başqa hər hansı məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışlar. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-31/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-32/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. -mülki iddiaçı qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qrardan görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə zərərçəkmiş şəxs olan oğlu Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1348 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, “X11” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi avtomobilin salonunda olmuş, yanğın yüksələn xətt üzrə sürətlə inkişaf edərək yayılmış və “Mercedes Benz ML350 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçmişdir. “X11” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş vermişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1249 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, yanaraq sıradan çıxmış avtomobillərin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 30.500,00 manat müəyyən olunur. O, cümlədən: 2004-cü il buraxılışlı “X11” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil-10.000,00 manat; 2007-ci il buraxılışlı “Mercedes Benz ML350 minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil -20.500,00 manat müəyyən olunur. `- mülki cavabdeh qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışdır. `- mülki cavabdeh qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə mülki cavabdeh qismində tanınmışdır. - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 00:06 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında bir nəfər hündürboylu əynində qara rəngli uzun gödəkcə, qara rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, əlində qara rəngli əlcək, başında qara rəngli papaq, ağzında qara rəngli tibbi maska olan və əlində plastik butulka tutan şəxs digər bir nəfər orta boylu, əynində qara rəngli dəri gödəkcə, tünd boz rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başında qara rəngli papaq və ağzında qara rəngli tibbi maska olan şəxsin hərəkət etməsi müşahidə olunur. İki nəfər şəxsin avtomobilin yanında dayanaraq avtomobili yandırmaları müşahidə olunur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, görüntülərdə olan hündürboylu, əynində qara rəngli uzun gödəkcə, qara rəngli şalvar, ayağında qara rəngli ayaqqabı, əlində qara rəngli əlcək, başında qara rəngli papaq, ağzında qara rəngli tibbi maska olan və əlində plastik butulka tutan şəxs onun özüdür, bir nəfər orta boylu əynində qara rəngli dəri gödəkcə, tünd boz rəngli cins şalvar, ayağında qara rəngli ayaqqabı, başanda qara rəngli papaq və ağzında qara rəngli tibbi maska olan şəxs isə Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq etmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus "Mercedes Benz ML350 minik" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə xx.xx.2024-cü il tarixdə, saat 00:06-da Zərərçəkmiş şəxs1 məxsus "X11" markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili və Zərərçəkmiş şəxs2 məxsus "Mercedes Benz ML350 minik" markalı, **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobili yandırqdıqlarını əks etdirən görüntüləri olan 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-338/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ümumi təhlükəli üsulla, yandırmaqla qəsdən özgənin əmlakını məhv etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ümumi təhlükəli üsulla, yandırmaqla qəsdən özgənin əmlakını məhv etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Bayramov X7 Muxtar Respublikasının xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cəzadan azad edildiyi gündən altı il keçdiyinə görə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, evli olmasını, azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra halhazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, onun təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan “X11” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 və “Mercedes Benz ML350” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 152 (bir yüz əlli iki) manat ekspertiza xərcinin 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs1 və 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Qanuni nümayəndə mülki iddiadan imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin işlə tanış olduğu və məhkəmədə iştirak etdikləri müddət 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “X11” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 və “Mercedes Benz ML350” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olan 152 (bir yüz əlli iki) manat ekspertiza xərcinin 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs1 və 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 məhkəmədə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 məhkəmədə 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar