Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-34/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, xx.xx.1960-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, orta təhsilli, işsiz, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində müvəqqəti yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, bundan başqa təkrarən dələduzluq etməyə cəhd etmişdir. Belə ki, X2 özgənin əmlakını bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Şahid4, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Şahid4 tərəfindən istintaqa məlum olmayan mənbədə hazırlanaraq «Anar» adlı qrup üzvünün vasitəsi ilə istifadə etmək məqsədilə əldə etmiş onun hərbi qulluqçu kimi xidmət etmədiyi halda guya 1070,60 manat məbləğində pensiya alması barədə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından qanunsuz hazırlanaraq istintaqa məlum olmayan şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ********* nömrəli rəsmi sənəd hesab edilən saxta arayışı, "xxxx"-a məxsus 5103 0714 0763 3785 saylı pensiya kartınının kserosurətini və həmin ödəniş kartı üzrə bank çıxarışını qrup üzvü Təqsirləndirilən şəxs verib, həmin saxta sənədlərdən istifadə edərək bankan kredit adı ilə pul ələ keçirmək üçün 18 oktyabr 2021 -ci il tarixdə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ünvan 1 ünvanında yerləşən Mərkəzi filialına gedərək, orada aralarında olan razılığa əsasən o, bank filialının çölündə gözləmiş, Edman İsİamov isə bilə-bilə qeyd edilən saxta arayışdan və "xxxx"-a məxsus 5103 0714 0763 3785 saylı pensiya kartınının kserosurətindən və həmin ödəniş kartı üzrə bank çıxarışından istifadə edərək banka təqdim edib guya 1070,69 manat məbləğində pensiya almasını bildirməklə bank əməkdaşlarını aldadaraq 10000 manat kredit götürmək istəyini bəyan etməklə yaranmış etibardan sui-istifadə edib "xxxx" ASC-nin Mərkəzi filialından 10000 manat məbləğində nağd pul vəsaitini kredit kimi alıb birlikdə ələ keçirərək onunla və cinayətkar qrupun digər üzvləri ilə öz aralarında bölməklə "xxxx" ASC-yə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Şahid3, Şahid4, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa əsasən istintaqa məlum olmayan mənbədə hazırlanaraq «Anar» adlı qrup üzvünün vasitəsi ilə istifadə etmək məqsədilə əldə etmiş Şahid3 hərbi qulluqçu kimi xidmət etmədiyi halda guya 961,40 manat məbləğində pensiya alması barədə hüquq verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından qanunsuz hazırlanaraq istintaqa məlum olmayan şəxs tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ********* nömrəli rəsmi sənəd hesab edilən saxta arayışı, "xxxx"-dan ödəniş kartı üzrə çıxarışı qrup üzvü Şahid3 verib, həmin saxta sənədlərdən istifadə edərək bankdan kredit adı ilə pul ələ keçirmək üçün o, Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə 20 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin ünvan 2 ünvanına yerləşən "Neftçilər” filialına gedərək, orada aralarında olan razılığa əsasən o bank filialının çölündə gözləmiş, Şahid3 və Təqsirləndirilən şəxs etibar qazanmaq üçün bilə-bilə qeyd edilən saxta arayışdan və "xxxx"-dan ödəniş kartı üzrə çıxarışdan istifadə edərək banka təqdim edib guya Şahid3 961,40 manat məbləğində pensiya aldığını bildirməklə bank əməkdaşlarını aldadaraq 10000 manat kredit götürmək istədiklərini bəyan etmişlər, lakin təqdim edilmiş sənədlərin bank əməkdaşları tərəfindən saxta olması müəyyən edildiyi üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək saxta sənəddən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə cəhd etmişdir. Bununla da, X2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ittihamın mahiyyətinə uyğun ifadə vermiş, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi, şikayəti və iddiası olmadığını, o cümlədən başa çatmış cinayət əməlinə görə dəymiş ziyanın iyirmi beş faizini, başa çatmamış cinayət əməlinə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini dövlət büdcəsinə ödədiyini göstərmiş, barəsində olan cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən banka dəymiş ziyanın hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs aid hissədə ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə olunduğunu bildirmiş və bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsini tam təsdiq edir, təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələri ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 maddələri ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata həmin hissələrdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli, M/11-3021 saylı məktubundan və xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ASC-nin X1 Edman Sətulla oğlu tərəfindən xx.xx.2021-ci il tarixində saxta arayış təqdim etməklə aldığı 10000 manat məbləğində pensiya kreditinin Təqsirləndirilən şəxs aid olan hissəsi, 3299.09 manat məbləğində borc və dəymiş zərər Zərərçəkmiş şəxs ASC-yə ödənilmiş və barışıq əldə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-yə 3300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə ümumilikdə 1425 (bir min dörd yüz iyirmi beş) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, o cümlədən dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini və başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizini ödəmişdir, belə olan halda CM-nin 72 və 73-1.2-ci maddələrinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4 maddələri ilə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan cinayət işinin icraatına həmin hissələrdə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin ona qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 72, 73, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizini və başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın müəyyən edilmiş pay üzrə beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4 maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri və məhkəmə xərclərinin tutulması ilə bağlı məsələlərin ona qarşı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun məhkəmə aktı çıxarılarkən həll edilməli olduğu nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-34/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-34/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver