Məhkəmə qərarları › İş №1(007)-340/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-340/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-340/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını hədə qorxu ilə tələb edib əldə etmək məqsədilə 2021-ci ilin yanvar ayında internetin "İnstaqram" sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq özünü «Malış» adı ilə, cinsi azlığın nümayəndəsi kimi təqdim etdikdən sonra Zərərçəkmiş şəxs guya onunla cinsi əlaqədə olması və bunun qarşılığında ödəniş etməməsi ilə əlaqədar 2022-ci ilin mart ayının əvvəllərində sonuncunun fotoşəkillərini sosial şəbəkələrdə paylaşıb transseksualla cinsi əlaqədə olub pulunu ödəməkdən yayınması haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 400 manat məbləğində pul vəsaiti tələb etmiş, Zərərçəkmiş şəxs tələb etdiyi pulu verməkdən imtina etdikdə 11 mart 2022-ci il tarixdə gecə saatlarında sonuncunun şəkillərini «İnstaqram» sosial şəbəkəsinin özünə aid «Larisa_129» səhifəsində paylaşaraq «Bu petuxu tanıyın. Kimlə görüşür pulunu vermir» sözlərini yazdıqda Zərərçəkmiş şəxs həmin məlumatların yayılacağı halda özünün ləkələnəcəyini düşünüb onun istifadəsində olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş 4098 5844 6002 6691 saylı bank kartının hesabına 11 mart 2022-ci il tarixdə saat 02:02 radələrində 200 manat, saat 02:06 radələrində 50 manat, saat 06:13 radələrində 30 manat olmaqla, cəmi 280 manat məbləğində pul köçürdükdən sonra Təqsirləndirilən şəxs şəkilləri və yazını «İnstaqram» sosial şəbəkəsindəki səhifəsindən silmiş, Zərərçəkmiş şəxs onun tələb etdiyi pulun qalan hissəsini ödəməkdən imtina etdikdə isə 19 mart 2022-ci il tarixdə saat 22 radələrində sonuncunun yaşadığı ünvana yaxın ərazidə olan, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən avtobus dayanacağına Zərərçəkmiş şəxs fotoşəkillərini yapışdıraraq altında mobil telefon nömrəsini qeyd etməklə nalayiq ifadələrlə sonuncunun transseksualla cinsi əlaqədə olub pulunu verməməsi məzmunlu yazı yazıb fotoşəkilini mobil telefonla çəkməklə Zərərçəkmiş şəxs «Whatsap» proqramı vaistəsi ilə göndərərək sonuncunu rüsvay edəcəyi hədəsini davam edərək istədiyi pulun qalan hissəsini verməsini tələb etmiş, həmin məlumatların yayılmasını istməyən Zərərçəkmiş şəxs 19 mart 2022-ci il tarixdə saat 10:30 radələrində ona məxsus bank kartına 100 manat pul vəsaitini göcürdükdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 66C ünvanda yerləşən "xxxx" Kommersiya Bankı ASC-nin filialının qarşısında olan bankomatdan həmin vəsaiti çıxararaq əldə etmiş, bununla da Zərərçəkmiş şəxs hədə-qorxu ilə 400 manat məbləğində pul vəsaiti tələb edərək sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 380 manat pul vəsaiti alıb əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə instagram vasitəsi ilə tanış olmuşdur. İnstagramda aparılan yazışmalar zamanı Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olduğunu və pul qarşılığında evində kişilərlə görüşüb cinsi xidmət göstərdiyini demişdir. Sonuncunun təklifi ilə metronun “Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən “Nice Life" adlı oteldə görüşüb Zərərçəkmiş şəxslə qeyri-təbii üsulla cinsi əlaqədə olmuş və bunun qarşılığında sonuncu xatırlamadığı məbləğdə ona pul vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs instagram hesabından onun “Larisa_129” instagram səhifəsinə mesaj yazaraq görüşmək istədiyini demişdir. Sonuncunun təklifi ilə metronun “Həzi Aslanov" stansiyasının yaxınlığında Zərərçəkmiş şəxslə görüşüb sonuncuya məxsus “Hyundai” markalı avtomobilin salonunda qeyri-təbii yolla cinsi əlaqədə olmuş və bunun qarşılığında Zərərçəkmiş şəxs işlədiyi telefon dükanından ilkin ödənişsiz kreditlə ona mobil telefon verəcəyinə demiş və sonuncunun sözünə inandığı üçün göstərdiyi cinsi xidmətin qarşılığında pul almamışdır. Lakin, Zərərçəkmiş şəxs ona ilkin ödənişsiz kreditlə mobil telefon verməmiş, buna görə dəfələrlə ********** GSM nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ********** GSM nömrəsinə zəng vursa da, sonuncu telefon zənglərinə cavab verməmişdir. 11 mart 2022-ci il tarixdə instagram sosial şəbəkəsi vasitəsi ilə istifadəsində olan “Larisa_129" adlı hesabda Zərərçəkmiş şəxs şəkilini paylaşıb, şəkilin açıqlama hissəsində sonuncu barəsində xoşagəlməz ifadələr, yəni «Bu petuxu tanıyın. Kiminlə görüşür pulunu vermir» sözlərini yazmışdır. Sonra ekrandan həmin paylaşımın şəklini mobil telefon vasitəsi ilə çəkərək “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmiş və 280 manat pul vermədiyi təqdirdə həmin şəkili bütün sosial platformalarda paylaşacağını demişdir. Pulu göndərməsi üçün Zərərçəkmiş şəxs telefonuna “Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə adına olan “Leo Bank" tərəfindən verilmiş **********026691 saylı kartın fotosunu göndərmiş və Zərərçəkmiş şəxs onun kart hesabına 280 manat pul mədaxil etmişdir. Sonuncu pulu göndərdikdən sonra instagram sosial şəbəkədə Zərərçəkmiş şəxs aid olan şəkli silmişdir. Daha sonra istifadəsində olan digər ********** GSM nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ********** GSM nömrəyə zəng vurub özünü telefon satmaq istəyən müştəri kimi təqdim etmiş və görüşmək istədiyini demişdir. Zərərçəkmiş şəxs satmaq istədiyi telefona baxmaq üçün onu Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən “X8” adlı restorana dəvət etmişdir. 19 mart 2022-ci il tarixdə həmin restorana gəlmiş, Zərərçəkmiş şəxs restoranda axtarsa da tapa bilməmişdir. Həmin vaxt restoranda özünü “Adil” kimi təqdim etmiş şəxs onu qarşılamış və gəlişinin səbəbini soruşmuşdur. Adilə Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olduğunu, lakin pulunu vermədiyini və pulunu tələb etmək üçün Zərərçəkmiş şəxslə görüşə gəldiyini demişdir. “Adil” Zərərçəkmiş şəxs restoranda olmadığını demiş, həmin vaxt sonuncunun telefonuna mesaj yazmış, lakin Zərərçəkmiş şəxs mesajına cavab vermədiyi üçün instagram sosial şəbəkədə istifadə etdiyi “larisa_129” adlı hesabda Zərərçəkmiş şəxs şəkilini paylaşıb, sonuncudan əlavə 200 manat pul istəmişdir. Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdiyi üçün sonuncunun fotolarını studiyada çap etdirib çoxaltdıqdan sonra şəkilləri təkrar Zərərçəkmiş şəxs göndərib 200 manat verməyəcəyi təqdirdə şəkilləri küçələrdə yapışdıracağını demişdir. Zərərçəkmiş şəxs pul verməkdən imtina etdiyi üçün sonuncunun yaşadığı metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında avtobus dayanacaqlarına Zərərçəkmiş şəxs şəkillərini yapışdırmış, sonra «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə görüntülü olaraq Zərərçəkmiş şəxs yığaraq yapışdırdığı şəkilləri video görüntülü zənglə sonuncuya göstərmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs 200 manat pulu olmadığını, həmin gün 100 manat göndərə biləcəyini, 23 martda daha 100 manat göndərəcəyini demişdir. Zərərçəkmiş şəxs telefonuna “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə adına olan “Leo Bank”a aid **********026691 saylı kartın fotosunu göndərmişdir. 19 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs kart hesabına 100 manat pul göndərmiş və sonuncu 100 manat karta mədaxil edildikdən sonra həmin pulu Nizami rayonu, Q.Qarayev prospektində, metronun “Neftçilər" stansiyasının yaxınlığında yerəşən "xxxx"ın filialının bankomatından çıxardıqdan sonra Zərərçəkmiş şəxs mobil telefonuna səsli mesaj göndərərək şəkilləri küçələrdən yığışdırdığını və 23 martda kartına 100 manat pul göndərməsini demişdir. 23 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edib 100 manatı tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etmiş və həmin vaxtdan Zərərçəkmiş şəxs bir daha narahat etməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsinin, sonuncu ilə barışıq əldə etməsinin, ilk dəfə cinayət əməli törətməsinin və törətdiyi cinayət əməlindən səmimi peşman olmasının nəzərə alınaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, metronun “Neftçilər" və “28 May” stansiyaları yaxınlığında telefon satışı dükanları işlətmişdir. Təqsirləndirilən şəxs ilə instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və sonradan cinsi azlıq nümayəndəsi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs özünü ona “Malış" kimi təqdim etmiş və sonradan guya onunla cinsi əlaqədə olmağını, bunun qarşlığında müəyyən məbləğdə ödəniş etmədiyini əsas gətirərək 2022-ci ilin mart ayının əvvəllərində ondan pul tələb etməyə başlamışdır. Bundan imtina etdikdən sonra Təqsirləndirilən şəxs onun özünə aid telefon nömrəsində açılmış “Whatsapp” ani mesajlaşma proqramında yerləşdirdiyi fotoşəkillərini götürüb 11 mart 2022-ci il tarixdə gecə saatlarında instagram sosial platformasında özünə aid “Larisa_129” adlı hesabda paylaşıb, paylaşımın açıqlama hissəsində onun barəsində nalayiq ifadələr yazmış və həmin şəkili silmək üçün ondan 280 manat pul tələb etmişdir. Rüsvay olmamaq üçün Təqsirləndirilən şəxs tələb etdiyi pulu, dostu Şahid2 məxsus 4098 5844 6041 1745 kart hesabından Təqsirləndirilən şəxs ona göndərdiyi “Leo bank”a aid 4098 5844 6002 6691 nömrəli kart hesabına 250 manat, özünə məxsus 4098 5844 6015 8676 nömrəli bank kartının hesabından isə 30 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs instagram hesabından onun şəkli olan paylaşımı silmişdir. 18 mart 2022-ci il tarixdə +**********99 saylı GSM nömrəsindən onun istifadəsində olan +**********66 saylı GSM nömrəyə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə mesaj göndərilmiş və mesajı göndərən şəxs onun telefon dükanı işlətdiyini bildiyini və “ipone 12 pro max” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olduğunu bilməmiş və mesaj yazanın normal müştərilərdən olduğunu zənn etdiyi üçün həmin nömrəyə 19 mart 2022-ci il tarixdə iş yeri olan, Nizami rayonu, R.Rüstəmov küçəsi 54 ünvanda yerləşən “X8" adlı restoranın ünvanını göndərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs həmin ünvana gəldikdə onunla əlaqə saxlayan şəxsin sonuncu olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs restorana daxil olub onu axtarmağa başlamış, sonuncuya görünmədikdə onun mobil telefonuna mesaj yazaraq çölə çıxmağını tələb etmiş, əks təqdirdə restoranı dağıdacağını bildirmişdir. Restoranda nəzarətçi olan Şahid1 göndərmiş və sonuncu Təqsirləndirilən şəxs gəlməsinin səbəbini soruşduqda sonuncu guya onunla cinsi əlaqədə olduğunu və qarşılığında pul vermədiyni deyərək, pul tələb etmiş əks təqdirdə restorana müştərilər olan vaxt girib içərini dağıdacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun şəkillərini əvvəlcə instagram sosial platformasında özünə aid “Larisa_129" səhifəsində paylaşmış, sonra hansısa foto studiyada çap etdirib metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında bir neçə yerə yapışdırmaqla onu hədələməyə başlamışdır. Bir neçə dəfə video görüntü ilə zəng vuraraq şəkillərinin ona məlum olmayan küçələrdə divarda yapışdırmasını göstərmiş və həmin şəkilləri hər yerə yapışdıracağını demişdir. Bütün bunları etməmək və sosial şəbəkədən onun şəkilini silməyin qarşılığında ondan əlavə 200 manat tələb etmişdir. Təqsirləndirilən şəxs maddi imkanı olmadığını demiş və şəkilləri silməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs hədə-qorxu gəlməkdə davam etmiş, məcbur qalıb razılaşaraq, 19 mart 2022-ci il tarixdə 100 manat, 23 mart 2022-ci il tarixdə daha 100 manat Təqsirləndirilən şəxs kart hesabına göndərəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Nizami rayonu icra hakimiyyətinin yaxınlığında, Q.Qarayev prospektində olan zaman özünə məxsus “Leo bank” tərəfindən verilmiş 4098 5844 6015 8676 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan “Leo bank” tərəfindən verilmiş 4098 5844 6002 6691 nömrəli kart hesabına 100 manat göndərmişdir. Təqsirləndirilən şəxs telefon mağazasında işlədiyi ərəfədə tanımış, sonuncu ondan telefon istəmiş, Təqsirləndirilən şəxs telefon verəcəyinə söz vermiş, lakin telefon verməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ondan 400 manat telefonun pulunu tələb etməyə başlamış, lakin Təqsirləndirilən şəxs pul verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs cinsi azlığın nümayəndəsi olduğunu üçün onunla cinsi əlaqədə olduğunu bildirərək şəklini sosial şəbəkələrdə paylaşıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs əhəmiyyət vermədiyi üçün sonuncu onun şəklini sosial şəbəkədə «Larisa_129» səhifəsində paylaşmışdır. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 380 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, sonuncu ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımış və sonuncu ilə dostluq münasibətləri olmuşdur. Sonradan tanıdığı və cinsi azlığın nümayəndəsi olduğunu bildiyi Təqsirləndirilən şəxs 19 mart 2022-ci ildə Zərərçəkmiş şəxs işlədiyi Nizami rayonu, R.Rüstəmov küçəsi 54 ünvanda yerləşən “X8” restoranına gəlmiş, inzibatçı, yəni məsul şəxs kimi Təqsirləndirilən şəxs qarşılamış, sonuncu Zərərçəkmiş şəxs soruşmuş və sonuncunun onunla cinsi əlaqədə olduğunu və pul vermədiyi üçün pulu almağa gəldiyini demişdir. Təqsirləndirilən şəxs getməsini və bu barədə Zərərçəkmiş şəxs deyəcəyini bildirmişdir. Sonuncu Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun ona şər atdığını, buna görə zənglərinə cavab vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs 11 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bank kartına 200 manat, 50 manat, 30 manat olmaqla ümumilikdə 280 manat, daha sonra 19 mart 2022-ci il tarixdə daha 100 manat göndərdiyini eşitmişdir. Özünü “Malış” kimi təqdim edən və sonradan adının Fuad olduğu məlum olan şəxs guya Məmmədlə cinsi əlaqədə olduğu qarşlığında sonuncunun ödəniş etmədiyini əsas gətirərək pul tələb etdiyini Zərərçəkmiş şəxs eşitmişdir. Sonuncunun telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma proqramında yerləşdirdiyi fotoşəkillərini Təqsirləndirilən şəxs götürüb 11 mart 2022-ci il tarixdə instagram sosial platformasında “Larisa_129” adlı hesabda paylaşıb, paylaşımın açıqlama hissəsində Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr yazmış və həmin şəkili silmək üçün sonuncudan 280 manat tələb etmişdir. Təqsirləndirilən şəxs tələb etdiyi pulu Zərərçəkmiş şəxs dostu Şahid2 məxsus 4098 5844 6041 1745 kart hesabından Təqsirləndirilən şəxs “Leo bank”a aid 4098 5844 6002 6691 nömrəli kart hesabına ödəmiş və bundan sonra Təqsirləndirilən şəxs instagram hesabından Zərərçəkmiş şəxs şəkli olan paylaşımı silmişdir. 19 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olmuş, Təqsirləndirilən şəxs isə tanımamışdır. Zərərçəkmiş şəxs 11 mart 2022-ci il tarixdə ona “Whatsapp” ani mesajlaşma proqramında kart nömrəsi göndərib həmin kart hesabına 200 manat pul köçürməsini xahiş etmişdir. Özünə məxsus 4098 5844 6041 1745 kart hesabından Zərərçəkmiş şəxs ona göndərdiyi “Leo bank"a aid 4098 5844 6002 6691 nömrəli kartın hesabına 200 manat pul köçürdükdən sonra Zərərçəkmiş şəxs həmin kart hesabına daha 50 manat pul köçürməsini xahiş etmiş və həmin gün həmin kartın hesabına daha 50 manat pul köçürmüşdür. Təxminən bir neçə gün sonra Zərərçəkmiş şəxs 250 manat pulu nağd şəkildə ona qaytarmışdır. Zərərçəkmiş şəxs polisə şikayət etdikdən sonra Təqsirləndirilən şəxsla aralarında baş verənləri Zərərçəkmiş şəxs eşitmişdir. İşdə olan və "xxxx" KB ASC-dən xx.xx.2022-ci iİ tarixli HTİD/2560 nömrəli məktubla daxil olmuş bank kartına dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs dostu Şahid2 məxsus 4098 5844 6041 1745 nömrəli bank kartının hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4098 5844 6002 6691 saylı bank kartının hesabına 11 mart 2022-ci il tarixdə saat 02:02:04-də 200 manat, saat 02:06:37-də 50 manat, Zərərçəkmiş şəxs məxsus 4098 5844 6015 8676 nömrəli bank kartının hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 4098 5844 6002 6691 saylı bank kartının hesabına 11 mart 2022-ci i tarixdə saat 06:13:54-də 30 manat, 19 mart 2022- ci il tarixdə saat 10:30:48-də 100 manat pul köçürülüş və DVD dikdə olan «NFT 1 2022_04_27_13_24_31» başlıqlı faylda olan fotoşəkildə 4098 5844 6002 6691 saylı bank kartının hesabından pul çıxaran şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İşdə olan və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, telefon vasitəsilə Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqlara dair DVD diskə baxış keçirilmiş və diskdəki «DWTN4794» faylda olan görüntülərdə telefon vasitəsi ilə aparılmış danışıq zamanı Təqsirləndirilən şəxs «Xadafərin» otelində Zərərçəkmiş şəxs ilə görüşüb cinsi əlaqədə olduğunu və sonuncunun ona qarşılığında pul ödəmədiyini bildirir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs ilə görüşmədiyini, əgər belə bir hal baş vermişsə nəyə görə pulunu həmin vaxt almadığını soruşur. Təqsirləndirilən şəxs cavabında Zərərçəkmiş şəxs pulu onun kartına köçürəcəyini vəd verdiyini deyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan hədə qorxu gəlməklə pul tələb etdiyini, onun şəklini instaqram sosial şəbəkədə yerləşdirdiyini deyir, onun bank kartına ümumilikdə 380 manat pul köçürdüyünü söyləyir və bir daha Təqsirləndirilən şəxsla görüşüb cinsi əlaqədə olmadığını qeyd edir. «EGDE2224» faylında olan görüntülərdə telefon danışığı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu istədiyini, əks halda şəkillərini müxtəlif yerlərə yapışdıracağını deyir. Zərərçəkmiş şəxs ona heç bir borcu olmadığını bildirir. Təqsirləndirilən şəxs isə onunla görüşüb pulunu ödəmədiyini söyləyir. Zərərçəkmiş şəxs ona 50 manat pul göndərəcəyini deyir. Fuad isə ona 200 manat borcu olduğunu bildirir. Məmməd onun kartına ayın 22-si 200 manat pul köçürəcəyinə söz verir. Fuad isə razılaşmır, Məmmədin şəkillərini müxtəlif yerlərdə yapışdıracağını və şəkillərin altında «Bu petux hansı transla əlaqədə olursa pulunu vermir» sözlərini yazacağını söyləyir. «FHSN5857» faylında olan görüntülərdə “Whatsapp” proqramı vasitəsi ilə aparılmış görüntülü danışıq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəkillərini avtobus dayanacağına yapışdırdığını göstərir. Məmməd ondan ümumilikdə nə qədər borcu olduğunu soruşduqda Fuad ona 400 manat borclu olduğunu deyir. Məmməd onun kartına 280 manat pul köçürdüyünü bildirir. Fuad pulunu verməsə Məmmədin şəklini digər avtobus dayanacaqlarında da yapışdıracağını deyir. «FLSN0487» faylında olan görüntülərdə telefon danışığı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qalan pulu verə bilmədiyini, pul düzəldə bilmədiyini söyləyir. Təqsirləndirilən şəxs isə onun şəkillərini paylaşacağını bildirir. İşdə olan 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, telefon vasitəsilə Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqların səs yazısı və görüntülərin əks olunduğu DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Mazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2022-ci il tarxli 1016 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi müəyyənləşdirmənin pozuntusu fonunda «Transseksualizm» F64.0 meyl pozuntusu müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (onda müəyyən edilən meyl pozuntusu ilə əlaqədar hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 müayinədə olması və onda «Transseksualizm» müəyyən edilməsi) və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması, onda cinsi pozuntu (transseksualizm) olduğu müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs cinsi müəyyənləşdirmənin pozuntusu fonunda transseksualizm meyl pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən onda hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs inadkarlıq, kinlilik, özünə qarşı hörmət tələb etmək, höcətlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına görə hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə törətdiyi əməl zamanı yaranmış şəraitin mahiyyətini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X4» X7 24 iyun 2022-ci il tarixli 561 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Təqsirləndirilən şəxs son cinsi əlaqədən uzun müddət vaxt keçdiyindən spermatozoidlərin təyini üçün nümunə götürmək məqsədəuyğun hesab edilməmiş, Təqsirləndirilən şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 aprel 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olubolmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna və Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi və barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarında qeyd olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut - DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 50 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 80 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar