Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-342/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talam məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 14 saylı binanın 3-cü girişinin qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun sol əlində saxladığı içərisində 200 manat nağd pul olan 50 manat dəyərində pul kisəsini dartıb alaraq açıq talayıb Zərərçəkmiş şəxs 250 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasnın yaxınlığında dayanacaqda təsadüfən gördüyü Zərərçəkmiş şəxs əlində olan pul kisəsini oğurlamaq üçün sonuncunu təqib etmişdir. Aludə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 14 ünvanda yaşayış binasının İİİ blokuna daxil olaraq pilləkənlərlə qalxarkən, arxadan Aludəyə yaxınlaşıb sonuncunun sol əlindəki pul kisəsini alıb qaçmışdır. Aludə onu arxadan nə qədər səsləsədə əhəmiyyət verməmiş və metronun “Qara Qarayev” stansiyasının yaxınlığında tanımadığı taksiyə əyləşib Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasının yaxınlığına gedərkən, yolda pul kisəsini açdıqda 200 manat nağd pul aşkar etmiş, getdiyi ünvana çatdıqda taksiyə həmin puldan 5 manat ödəmiş etmiş, pul kisəsini tullamış, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin ifadəsindən başqa, iş üzrə toplanmış digər sənədlərlə də tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır və “Asəf Zeynallı” adına musiqi kollecində fortopiano müəllimi işləyir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 11:30 radələrində marketdən ərzaq alıb evə qayıdan zaman, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 14 ünvanda yerləşən binanın İİİ blokuna daxil olub pilləkənlərlə yuxarı qalxarkən, arxadan bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb qəflətən sol əlində tutduğu və içərisində 200 manat olan pul kisəsini alıb qaçmışdır. Həmin şəxsin arxasınca qaçsa da yaxalaya bilməmiş, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və hadisə yerinə Nizami RPİ-nin 25-ci PŞnın əməkdaşları gəlmişdir. İşdə olan 07 fevral 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 14 ünvanın qarşısında baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan 21 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 14 ünvanda yerləşən yaşayış binasının İİİ blokunda Zərərçəkmiş şəxs sol əlində olan pul kisəsini açıq talamaqla soyğunçuluq yolu ilə əldə etdiyi yeri əyani olaraq göstərmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırki hökm üzrə təyin olunan cəza ilə, cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinin tələbinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 57 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 342 manat (57x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (VÖEN – ********** hesablaşma hesabı üzərindən) Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 342 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-342/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-342/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver