Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-342/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxx 1982-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında kirayə yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Astara rayonunda şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 219,059 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanının yaxınlığında həmin narkotik vasitə olan qurudulmuş marixuananın 0,427 qram hissəsini 10 (on) manat müqabilində tanışı X2, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023cü il tarixdə saat 21:30 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşıdında Orxan Alievlə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda Orxan Alievin üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən onun satdığı, təmiz çəkisi 0,427 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onun üzərinə keçirilən şəxsi axtarış zamanı isə əynində olan qara, boz və sarı rəngli üzərində “Adidas” sozü yazılan idaman jaketinin sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində göy hərflərlə “Buta” sözü yazılan sellofan torbadan 01 ədəd ağ rəngli polietilen paketdəki şəffav sellofan torbada təmiz çəkisi 200,0 qram, 01 ədəd sellofan kəsiyinə bükülmüş 04 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,569 qram, 3,812qram, 3,776 qram, 3,828 qram, 01 ədəd üzərində “LD” yazısı olan siqaret qutusunda 08 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,495 qram, 0,440 qram, 0,430 qram, 0,418 qram, 0,372 qram, 0,187 qram, 0,175qram, 0,130 qram olmaqla, ümumi təmiz çəkisi 218,632 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunan marixuananı 04 fevral 2023-cü il tarixdə Astara şəhərində olan zaman tanımadığı bir nəfər yaşlı kişidən pulsuz əldə etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından pulsuz əldə etdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 150 manata kənar şəxslərə satmaq qərarına gəlib, qazanc əldə etmək istəmişdir. 14 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində Nizami rayonu, O.Vəliyev küçəsi 39 ünvanında olan zaman sonradan şəxsiyyəti ona X6 məlum olan şəxs ona yaxınlaşıb ondan narkotik vasitə olub-olmamasını soruşmuşdur. O da həmin şəxsə üstündə narkotik vasitə qurudulmuş marixuana olduğunu və bir bükümünü 10 manata satdığını bildirmişdir. Həmin şəxs ondan 10 manat müqabilində kiçik ölçülü sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana nisyə olaraq alıb yanından uzaqlaşarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirib, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini, ona və X18 onlarla birlikdə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə getməsini bildirmişlər. Onlar da da etiraz etməyib, həmin vaxt polis əməkdaşları ilə birlikdə 23-cü Polis Bölməsinə gəlmişdir. Bölmədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmşdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynində olan qara, boz və sarı rənglərin qarışığından olan üzərində “adidas” yazısı olan idman jiletinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan torbanı çıxararaq masanın üzərinə qoymuşdur. Bu zaman həmin sellofan torba açılmış, içərisində 07 ədəd gümüşü rəngli siqaret falqası bükümündə, 01 ədəd kiçik ölçülü şəffaf rəngli sellofan bükümdə, 01 ədəd “LD” firmasına aid siqaret qutusunda və 05 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş marixuanaya bənzər qurudulmuş yaşımıltıl rəngli spesifik kəskin iyə malik bitki mənşəli kütlə və çəki kimi istifadə etdiyi 01 ədəd boz rəngli elektron tərəzi aşkarlanmışdır. Həmin ot kütləsinin nə olması sualına cavab olaraq bildirmişdir ki, narkoik vasitə qurudulmuş marixuanadır. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Bu zaman başqa əşya predmet və maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan X16 mütəmadi olaraq qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması, həmçinin ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması, satması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, X16 və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 14 fevral 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 14 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 7 ünvanında olan zaman X16 Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin şəxsləri gizli olaraq izləməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən şəffav rəngli sellofan büküm çıxararq Orxan Alievə verdiyini, sonra həmin şəxsin ondan ayrılıb getdiyini görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və nə etdiklərini onlardan soruşduqda həmin şəxslərdən biri olan Orxan Aliev digər şəxs Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmişdir. X3 və Təqsirləndirilən şəxs Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxtı X22 və Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmişlər və raport yazıb həmin şəxsləri bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə həmin şəxslərdən birinin 01 may 1996- cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. X14 qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan X16 olduğu, digər şəxsin isə xx xxx 1982-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 8anında kirayə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdir. Bundan sonra video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən X16 üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Orxan Alievə hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilmişdir. Bundan sonra X18 təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra X22 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofan bükümü içərisinə baxdıqda həmin bükümün içərisində yaşıl rəngli nakotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı X22 bildirmişdir ki. “əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofan bükümün içərisində olan ot kütləsi nakotik vasitə qurudulmuş marixuanadır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən tanışı Təqsirləndirilən şəxs 10 manat müqabilində razılaşaraq alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Nizami RPİ-nin 23cü PB-nə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Abbasov X7 Rəşad Mətləb oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 9 ünvanında yaşayan X16 mütamadi olaraq qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması, həmçinin ünvan 10 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması, satması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və X16 və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 14 fevral 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 14 fevral 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 11 ünvanında olan zaman X16 Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin şəxsləri gizli olaraq izləməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən şəffaf rəngli sellofan büküm çıxararaq Orxan Alievə verdiyini, sonra həmin şəxsin ondan ayrılıb getdiyini görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və nə etdiklərini onlardan soruşduqda həmin şəxslərdən biri olan Orxan Aliev digər şəxs Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmişdir. X3 və Təqsirləndirilən şəxs Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxtı X22 və Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmişlər və raport yazıb həmin şəxsləri bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs Rəmail oğlu şübhəli şəxs qismində tutulmuş, video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Rəmail oğlunun üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rəmail oğluna təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara, qırmızı, boz və sarı rəngin qarışığından və üzərində “adidas'” yazısı olan idman jiletinin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində göy hərflərlə ''Bııta” sözü yazılan sellofan torbanı təqdim etdi. Həmin bir ədəd ağ rəngli üzərində göy hərflərlə "Buta” sözü yazılan sellofan torbanın içərisinə baxdıqda həmin torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində bir ədəd “LD” markalı siqaret qutusunda 08 ədəd gümüşü rəngli siqaret falqası bükümündə, 05 ədəd şəffav rəngli dellofan bükümlərdə yaşıl rəngli nakotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin və bir ədəd boz rəngli elektron tərəzinin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara, qırmızı, boz və sarı rəngin qarışığından və üzərində “adidas” yazısı olan idman jiletinin sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd ağ rəngli üzərində göy hərflərlə “Buta'’ sözü yazılan sellofan torbanın içərisindəki bir ədəd “LD” markalı siqaret qutunda 07 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə. 05 ədəd şəffav rəngli sellofan bükümlərdə olan yaşıl rəngli ot kütləsi nakotik vasitə qurudulmuş marixuanadır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı 04 fevral 2023-cü il tarixdə Astara şəhəri ərazisində tanımadığı şəxsdən pulsuz alıb satış məqsədi ilə əynində olan qara, qırmızı, boz və sarı rəngin qarışığından və üzərində “adidas” yazısı olan idman jiletinin sağ yan cibinə qoyaraq ünvan 3 ünvanının yaxınlığına daşımaqla saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 12 ünvanının yaxınlığında olarkən həmin narkotik vasitə qurudulmuş marixuanadan tanışı X18 bir bükümünü satan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nə gətirilmişdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından və satmasından ailə üzvlərinin xəbəri olmamışdır". Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində bir ədəd “LD” markalı siqaret qutunda 08 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, 05 ədəd şəffav rəngli dellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi və bir ədəd boz rəngli elektron tərəzi olan bir ədəd ağ rəngli üzərində göy hərflərlə “Buta” sözü yazılan sellofan torba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan şəxs X16 üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman Orxan Alievin üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Bədəlov X13 Anar Oqtay oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 fevral 2023-cü il tarixli 7/222 №-li № saylı ekspert rəyinə əsasən X16 üzərindən aşkar olunmuş 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,427 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 31 mart 2023-cü il tarixli 1780 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 fevral 2023-cü il tarixli 7/223 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ağ rəngli poletilen paketdəki şəffaf sellofan torbadakı 1 ədəd sellofan torbada təmiz çəkisi 200.0qram; 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 4 ədəd sellodan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4.569qram; 3.812qram; 3,776qram: 3.828qram, 1 ədəd üzərində “LD" yazısı olan siqaret qutusunda 8 ədəd bükümlərdə (1 ədəd sellofan bükümdə, 7 ədəd gümüş rəngli kağız bükümlərdə) ayrıayrılıqda təmiz çəkiləri 0,495qram; 0.440qram; 0„430qram; 0.418qram; 0„372qram; 0,187qram; 0.175qram; 0,130qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 218.632 qramdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 14 mart 2023- cü il tarixli 7/267 №-li rəyindən görünür ki, X11 götürülmüş 1 (bir) ədəd sellofan bükümdə olan marixuana ilə vət. Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd sellofan kəsiyi bükümlərində, siqaret qutusundakı 8 ədəd bükümlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Rəyin nəticə hissəsinin 1-ci bəndində göstərilən marixuanalar vət. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd sellofan torbada təmiz çəkisi 199.98 qram olan marixuana ilə fərqlidirlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafediici ifadəsinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əlavə edilmiş AR DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Əliyev X20 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti təyin edilərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 01 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilmişdir. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 3 ay müddətinə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs və X25 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay (üç il doqquz ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli həbs olunduğu vaxtdan, yəni 14 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qalıq çəkisi 218,372 qram olan marixuana və X12 üzərində aşkar olunmuş qalıq çəkisi 0,407 qram olan marixuana və maddi sübut kimi tanınmış 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və X12 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X10 ödənilmək üçün 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-342/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-342/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver