Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-343/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2azırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan, Elman adı ilə tanıdığı “Talış" ləqəbli şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,858 qram narkotik vasitə olan heroini əldə edib həmin narkotik vasitə olan heroinin bir hissəsini, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,424 qram və 0,221 qram ümumi təmiz çəkisi 0,645 qramını 23 may 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanının yaxınlığında tanışı Şahid1 20 manat pul müqabilində satmış, qalan hissəsini isə üzərində saxlamaqla daşımış, Şahid1 öz növbəsində ondan aldığı narkotik vasitənin 0,221 qramını tanışı X6 vermiş, Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19 radələrində Şahid1 və Hikmət Hətəmli Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanınca yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək orada Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən onun satdığı, bir ədəd bükümdə, təmiz çəkisi 0,424 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Hikmət Hətəmlinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən onun satdığı, bir ədəd bükümdə, təmiz çəkisi 0,221 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 24 may 2022-ci il tarixdə saat 13 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən, Şahid1 və Hikmət Hətəmlinin üzərindən aşkar edilmiş narkotik vasitə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,708 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 8 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, içərisində təmiz çəkisi 1,708 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ifadəsində göstərdi ki, narkotik vasitənin istifadəçisidir və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 11:00- 12:00 radələrində Nizami Rayon Polis İdarəsinin əməliyyatçıları onu evinin yanında tutub İdarəyə aparmışlar. Orada ona 18:00-dək fiziki təzyiq göstərməklə izahat almışlar. Nəticədə halı pisləşdiyindən polis əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Sonradan fiziki təzyiqlərin nəticəsi olaraq əməliyyat olunmuşdur. Bildirdi ki, 4 uşaq atasıdır himayəsində 85 yaşlı xəstə anası vardır. Odur ki, barəsində humanist qərar verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Az bir müddətdir ki, Şahid1 tanıyır. Elxanın narkotik vasitə istifadəçisi olduğunu bilirmişdir. 23 may 2022-ci il tarixdə günorta saatlarında Elxan ona zəng edərək ağrılarının olduğunu bildirərək özü və tanışı üçün, yəni iki bükümdə narkotik vasitə olan heroin istədiyini ona demişdir. O, Elxana üzərində iki büküm heroin olduğunu və ona verə biləcəyini demişdir. Elxan heroini götürmək üçün hara gəlməli olduğunu soruşduqda, o yaşadığı evin yaxınlığına yəni, Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm Dispanserinin yanına gəlməyi sonuncuya bildirmişdir. Təxminən saat 16 radələrində Elxan uzaqdan onu görüb yanına gəlmişdir. O, Elxana içərisində heroin olan 2 kağız büküm vermişdir. Həmin heroini bir neçə gün bundan öncə Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığından Elman adlı, “Talış” ləqəbli şəxsdən bir ədəd bükümdə almışdır. Lakin sonradan rahat istifadə etmək üçün həmin heroini iki bükümdə qablaşdırmışdır. Heroini Elxana verdikdən sonra özünün də ağrıları olduğu üçün həmin gün Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığına gedərək orada olan Elman adlı, “Talış" ləqəbli şəxsdən bir bükümdə heroini 20 manata almışdır. Həmin heroindən az miqdarda istifadə etmişdir. 23 may 2022-ci il tarixdə təxminən saat 13 radələrində Nizami rayonu, Şərifli küçəsi 84 saylı ünvanın qarşısında olarkən Nizami rayon Polis İdarəsinin X1 əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğumu bildirilərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmilşlər. Nizami RPİ-də ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına Müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan göy rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş içərisində heroin olan bükümü təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Bükümün içərisində tünd qəhvəyi rəngində olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuşdur, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməməsinə baxmayaraq, onun təqsiri iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Təxminən 4 ildir ki, “kakos, kola” kimi tanınan narkotik vasitə olan heroindən və “patı kimi tanınan narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 1 həftə bundan oncə Hikmət ilə Neftçilər metrosunun yaxınlığında tanış olmuşdur. Biraz söhbət etdikdən sonra Hikmətin də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və bu amil onları yaxınlaşdırmışdır. Həmin vaxtdan bir-biriləri ilə əlaqə saxlayırlarmış. 23 may 2022-ci il tarixdə təxminən saat 15 radələrində Hikmətlə heroin istifadə etmək qərarına gəlmişlər. O Hikmətə heroin tapa biləcəyini demişdir. Lakin üzərində pul olmamışdır. Hikmət ona 20 manat verərək ikisi üçün də heroin tapmağı xahiş etmişdir. O da buna görə təxminən saat 16 radələrində Ramiz adlı şəxsə zəng etmiş və sonuncudan ona 20 manatlıq heroin tapmağı xahiş etmişdir. Ramiz biraz sonra 4 saylı Vərəm dispanserinin yanında olacağını ona demişdir. Bundan biraz sonra o Hikmətlə birgə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm Dispanserinin yanına getmişdir. Hikmətlə özünə məxsus Mersedes markalı avtomobildə gözləmişdir. O isə dispanseri yanına getmiş və Ramizdən 2 ədəd bükümdə heroin götürüb 20 manat pulu Ramizə vermişdir. Daha sonra Hikmət və o yaxınlıqda yerləşən çayxanada çay içib söhbət etmişlər. Təxminən 30-40 dəqiqə onlar Hikmətin avtomobili istiqamətində getmişlər və o avtomobilin ön sərnişin oturacağında, Hikmət isə sükan arxasında əyləşmişdir. Təxminən saat 19 radələrində Nizami rayon Polis idarəsinin X1 əməkdaşları onlara yaxınlaşmışlar, özlərini təqdim etmişlər və onlara üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirilərək onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmişlər. Nizami RPİ-də ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi Əlisahib Qasımov ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan bağlamanı təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində tünd qəhvəyi rəngində olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin büküm 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 23 may 2022-ci il tarixdə "Elxan” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Buna görə də “Elxan” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 23 may 2022-ci il tarixdə saat 19 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ünvan 11 ünvanının qarşısında saxlanılmış Mersedes markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşdiyini görüb avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Şahid1 ön sərnişin oturacağında, sürücü oturacağında isə sonradan ad, soyad, ata adının X9 olduğunu öyrəndikləri şəxs əyləşmişdir. O və Eldar özlərini Elxan və Hikmətə təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Şahid1 tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nə getməsi Şahid1 təklif olunmuşdur. X11 də, onlarla birgə Nizami RPİ-nə getməsi təklif olunmuşdur. Şahid1 və Hikmət Hətəmli etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar yazıldıqdan sonra Şahid1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X7 şübhəli şəxs Şahid1 təqdim olunmuşdur. Şahid1 şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 20 radələrində Nizami RPl-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 məxsus xidməti otaqda Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nizami RPİ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X19 videoçəkiliş etməklə iştirak etmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Şahid1 ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Şahid1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Şahid1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində Ramiz adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə götürülərək 01 ədəd zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Şahid1 üzərində bir ədəd qara rəngli “Samsunq” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şahid1 üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Şahid1, o digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar yazıldıqdan sonra Hikmət Hətəmli ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X13 şübhəli şəxs Hikmət Hətəmliyə təqdim olunmuşdur. Hikmət Hətəmli şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 22 radələrində Nizami RPİ-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 məxsus xidməti otaqda Hikmət Hətəmlinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nizami RPİ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X19 videoçəkiliş etməklə iştirak etmişdir. Şəxsi axtarış vəkilinin iştirakı olmadan keçirilməsi barədə Hikmət Hətəmli ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Hikmət Hətəmliyə üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Hikmət Hətəmli əynində olan göy rəngli cins şalvarının sol yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində Ramiz adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə götürülərək 01 ədəd zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı Hikmət Hətəmlinin üzərində bir ədəd qara rəngli “Samsunq” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Hikmət Hətəmlinin üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Hikmət Hətəmli, o digər iştirakçılar həmin protokoun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra 24 may 2022-ci il tarixdə “Ramiz” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Nizami RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Buna görə də “Ramiz” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 24 may 2022-ci il tarixdə saat 13 radələrində o və Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 84 ünvanının qarşısında görüb ona yaxınlaşaraq özlərini Ramizə təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar yazıldıqdan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 14 radələrində Nizami RPİ-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nizami RPİ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı X19 videoçəkiliş etməklə iştirak etmişdir. Şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsi barədə Təqsirləndirilən şəxs ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spisifık iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında Elman adlı, “Talış” ləqəbi ilə tanınan şəxsi şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. İş üzrə şahid qismində ifadələri alınmış Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadələr verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, 24 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid1 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 4 saylı Vərəm Dispanserinin yanında 20 manat müqabilində üzərində aşkar olunmuş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 24 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞnin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Nizami RPİ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında Elman adlı, “Talış” ləqəbi ilə tanınan şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi barədə" protokoldan görünür ki, 24 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Nizami RPİ-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spisifik iyə malik heroin olan 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində olan maddənin heroin olduğunu deyərək heroini 23 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının yaxınlığında Elman adlı, “Talış” ləqəbi ilə tanınan şəxsi istifadəsi üçün 20 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 24 may 2022-ci il tarixli 6/2936 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,213 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir və üzərində “...Şahid1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,374 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına “Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 01 iyun 2022-ci il tarixli 2886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 daxil olmuş 26 may 2022-ci il tarixli 4646 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 5.11.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdulaşdırılması cəzasından azad edilmişdir. Məhkəmə daxili inamına əsaslanaraq, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini, özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir, onun narkotik vasitənin satışı ilə məşğul olması faktının işdə olan, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli sayılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 № -li qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmucuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.163 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən çəkilmiş videogörüntü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 131 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 131 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0.163 qram narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-343/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-343/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver