Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-344/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədilə 26 dekabr 2021-ci il tarixdə, saat 11:09 radələrində müştəri qismində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sırada yerləşən «Beer Vito» adlı restoranda olarkən, orada onu müşahidə edə biləcək kənar şəxslərin olmaması və ofisiantın restoranın mətbəxində olmasından istilada edib, həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs məxsus, üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1.400 manat dəyərində «Samsung A72» markalı mobil telefonu restoranın içərisində olan mebelin üzərindən gizli olaraq talayıb Zərərçəkmiş şəxs qızma 1.410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından atıq miqdarda, ümumi təmiz çəkisi 0,159 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 361 ünvanda Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli, zəncirbəndlə açılıb bağlanan dəri materialdan olan kiçik ölçülü qabın içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079 qram və 0,080 qram olmaqla ümumi təmiz çəkisi 0,159 qram ağ rəngli kristal şəkilli kütlələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də 01 ədəd bükümdə şəxsi istehlak miqadarından az, yəni təmiz çəkisi 0,069 qram olan qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə isintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 dekabr 2021-ci il tarixdə, saat 08:50-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Beer Vito» restoranına getmiş və həmin vaxtı restoranda ondan başqa müştəri olmamışdır. Restoranda işləyən tanımadığı bir nəfər qadın ofisiant yaxınlaşıb onun sifarişini qəbul etmiş və sifariş etdiyi 3 bokal pivəni və bir ədəd suxarını gətirib masanın üzərinə qoyub yenidən restoranın mətbəxinə getmişdir. Bir qədər pivə içmiş və həmin ərəfədə onun əyləşdiyi masanın qarşı tərəfində mebelin üzərində «Samsung A72» markalı mobil telefonun kompyuterə qoşularaq musiqi səsləndirilməsini görmüşdür. Təxminən saat 11:09-da özü ilə gəzdirdiyi qış gödəkcəsini əlinlə götürüb həmin mobil telefonun olduğu yerə tərəf getmiş, gödəkcəsini orada olan oturacağa qoyub, ətrafda hər hansı şəxsin olmadığına əmin olduqdan sonra həmin mobil telefonu mebelin üzərindən götürüb əyləşdiyi masaya qayıtmışdır. Bir qədər gözlədikdən sonar restorandan iti addımlarla çıxıb oradan uzaqlaşmışdır. Mobil telefonu pula ehtiyacı olduğu səbəbindən oğurlamış, lakin oğurladığı mobil telefonu satıb pul əldə etmək istəsə də, törətdiyi əməlin mahiyyətini dərk edib peşiman olmuş və həbs olunacağından qorxaraq həmin mobil telefonu xatırlamadığı ərazidə yol kənarında daşlıq əraziyə atmışdır. Bədənində ağrılar olduğu üçün müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş və həmin vasitələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 06 may 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunda «Papanin» adlanan ərazidə təsadüfən rastlaşdığı bir nəfər şəxslə söhbət edərkən, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu öyrənmiş və həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə istəmişdir. Həmin şəxs 01 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə heroini və 2 ədəd bükümdə «şüşə» adlanan psixotrop maddə metamfetamini ayrı-ayrılıqda 5 manat olmaqla ümumilikdə 15 manata ona satmışdır. Həmin bükümləri sonradan istifadə etmək məqsədilə dəri materialdan olan qabın içərisinə qoyub saxlamışdır. 06 may 2022-ci il tarixdə, təxminən saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 26H ünvanda «Fiat» servisin qarşısında post patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmağı üçün onu Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə polis bölməsinə getmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona təqdim olunmuş, daha sonra şübhəli şəxs qismində tutulmuş və xidməti otaqların birində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, əynində olan tünd qara rəngli cins şalvarın sağ qabaq yan cibindən 2 (iki) ədəd qatlanan bıçaq, həmin şalvarın sol qabaq yan cibindən 1 (bir) ədəd qatlanan bıçaq, qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabı təqdim etmişdir. Təqdim etdiyi 1 (bir) ədəd qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabın içərisinə baxış keçirilən zaman oradan 2 (iki) büküm siqaret kağızına bükülmüş, içərisində spesifik iyə malik və 1 (bir) büküm siqaret kağızına bükülmüş, içərisində qəpvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqdim etdiyi 03 ədəd büküm və 03 ədəd qatlanan bıçaq içərisi boş olan iki ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq DİN-in 163 saylı möhürü ilə möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanaraq təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən qanuna zidd hərəkətlərə məruz qalmamış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, barışıq əldə etmiş və törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Beer Vito” restoranında ofisiant işləmişdir. 26 dekabr 2021-ci il tarixdə saat 08:50-də restorana əvvəllər tanımadığı bir nəfər müştəri qismində gəlmiş, həmin vaxt restoranda müştəri tək həmin şəxs olmuş, sonuncu 3 bokal pivə, 1 ədəd suxari sifarişi verib masa arxasına keçmişdir. Həmin şəxsin sifarişini qəbul edib xidmət göstərmiş və həmin vaxtı özünə məxsus “Samsung A72” markalı mobil telefonu ümumi zalda kompyuter vasitəsilə səsgücləndirici aparata qoşaraq mahnı səsləndirmişdir. İşlərini görmək üçün mətbəxə və ümumi zala keçmiş və saat 11:30-da telefonda olan musiqi səsinin kəsildiyini hiss etmiş və işini bitirdikdən sonra ümumi zala çıxdıqda mobil telefonun masanın üzərində olmadığını aşkar etmiş və restorana gələn həmin şəxsin onun mətbəxə keçməsindən istifadə edərək ümumi zalda olan mobil telefonunu oğurladığını başa düşmüşdür. Həmin şəxs eyni zamanda sifariş etdiyi pivənin və suxarinin pulunu ödəməmiş getmişdir. Mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni 10 manata, mobil telefonu 1.400 manata aldığından ona ümumilikdə 1.410 manat maddi ziyan dəymişdir. Maddi ziyan tam olaraq ödənildiyindən heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 06 may 2022-ci il tarixdə, saat 23:30-da PPXB-nün əməkdaşlaı ilə birlikdə xidməti ərazidə xidmət apararkən, Bakı şəhəri Nizami rayonu, Babək prospekti 26E ünvanda yerləşən «Fiat» servisin qarşısında «Mercedes» markalı avtomobildə olan və onları görüb qaçmağa başlayan sənişin tərəflərindən saxlanılmış, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmamış və sonuncunun anket məlumatları yoxlanılarkən barəsində axtarış elan edildiyi müəyyən olunmuş və Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunarkən Təqsirləndirilən şəxs olduğu və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışa verildiyi müəyyən olunmuşdur. Dəvət olunmuş vəkil hüquqlarının müdafiəsi uçun Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzəində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tünd qara rəngli cins şalvarının sağ qabaq yan cibindən 2 (iki) ədəd qatlanan bıçaq, həmin şalvarın sol qabaq yan cibindən 1 (bir) ədəd qatlanan bıçaq, qara rəngli dəri gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabı təqdim etmişdir. Qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabın içərisinə baxış keçirilən zaman oradan 2 (iki) büküm siqaret kağızına bükülmüş, içərisində spesifik iyə malik və 1 (bir) büküm siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd büküm və 03 ədəd qatlanan bıçaq iki ədəd kağız zərfə qoyulub qablaşdırılaraq DİN-in 163 saylı möhürü ilə möhürlənmiş və zərin üzəri iştirakçılar və şübhəli şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri xx.xx.2022-ci il tarixdə saat 13 radələrində hər-birini ayrı-ayrılıqda 5 manat olmaqla cəmi 15 manata «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid4, X1, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 26 dekabr 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sırada yerləşən tikilinin 2-ci mərtəbəsində yerləşən «Beer Vito» restoranıdır. İşdə olan 09 iyun 2022-ci il tarixli «video görüntülərə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 11:08-də bir nəfər şəxs kafedə olan pəncərənin yanında yerləşən masada əyləşmişdir. Həmin vaxtı kafenin içərisində ondan başqa kənar şəxs yoxdur. Həmin şəxsin başında qara rəngli papaq və əynində qara rəngli uzunqol köynək vardır. Həmin şəxs bir dəqiqə sonra, yəni saat 11:09-da əyləşdiyi masanın yanında olan qış gödəkçəsini əlinə götürərək ayağa qalxır və bir qədər irəli gəlib pəncərə tərəfə yaxınlaşır və bir neçə saniyədən sonra yenidən əyləşdiyi masaya qayıdır. Həmin şəxs masaya qayıdarkən özü ilə götürdüyü qış gödəkçəsini geriyə qaytarmır. Təqsirləndirilən şəxs videogörüntüdəki şəxs olduğunu, həmin vaxt orada olan mebelin üzərindəki mobil telefonu götürüb üzərində gizlədərək ələşdiyi masaya geri qayıdıb bir qədər sonra kafeni tərk ediyini bildirmişdirr. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istinataqa təqdim etdiyi və özündə oğurluq hadisəsini əks etdirən video görüntü olan 01 ədəd «CD» disk iş üzə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İşdə olan 07 may 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və 07 may 2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sağ qabaq yan cibindən 2 (iki) ədəd qatlanan bıçaq, həmin şalvarın sol qabaq yan cibindən 1 (bir) ədəd qatlanan bıçaq, qara rəngli dəri gödəkcənin sag yan cibindən 1 (bir) ədəd qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli kiçik ölçülü sep ilə açılıb bağlanan dəri materialdan olan qabın içərisinə baxış keçirilən zaman oradan 2 (iki) büküm siqaret kağızına bükülmüş, içərisində spesifik iyə malik və 1 (bir) büküm siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri xx.xx.2022-ci il tarixdə saat 13 radələrində hər-birini ayrı-ayrılıqda 5 manat olmaqla cəmi 15 manata «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, 01 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2643 saylı rəyindən göünü ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN-nin «Zərflər üçün №163 möhür əksi, «...Təqsirləndirilən şəxs...» və sair sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079 qram; 0,080 qram; ümumi təmiz çəkiləri 0,159 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd bükümdə təmiz çəkisi 0,069 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiolidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2010 nömrəli rəyindən görünü ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrin qəbulu müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və «1» rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəli kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş və «2» rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir, lədqiqata təqdim edilmiş və «3» rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəli tiyəyə və məişətdə istifadə edilən köməkçi hissələrə (predmetlərə) malik olan, təsərrüfatməişət təyinatlı çoxpredmetli turist bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,079 qram, 0.080 qram, ümumi təmiz çəkiləri 0,159 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,079 qram psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd bükümdə təmiz çəkisi 0,069 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,29 qram narkotik vasitə heroin və 03 ədəd bıçaq saxlanılması üçn Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşdə olan sənədlədən görünür ki, Təqsirləndirilən şəxs anası X3 tərəfindən Zərərçəkmiş şəxs dəymiş 1.400 manat maddi ziyan sonuncuya tam şəkildə ödənilmişdi. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyindən heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 185.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarından görünür ki, “08 noyabr-X5 amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş və məhkumluğu götürülmüşdür. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 07 may 2022ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93- 1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,079 qram psixotrop maddə metamfetamin, 0,29 qram narkotik vasitə heroin və 03 ədəd bıçaq məhv edilməli, 02 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi 26 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 156 manat (26x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 ay 05 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,079 qram psixotrop maddə metamfetamin, 0,029 qram narkotik vasitə heroin və 03 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 26 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 156 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-344/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-344/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver