Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-344/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçisi - Femida Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu Xırdalan şəhəri məhəllə 22 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvanına qonaq gələrək mənzilin yataq otağında əvvəlcədən yerini bildiyi döşəyin altına qoyulmuş qızıl qutusunun içərisindəki dəyəri 7000 manat olan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl sırğa, 1 ədəd qızıl üzükdən ibarət dəsti, 1 ədədinin qiyməti 300 manat olan 2 ədəd Rusiya istehsalı olan qızıl üzükləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 7600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin yay aylarından “SAF” sağlamlıq mərkəzində masajist olaraq işləməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin sağlamlıq mərkəzində işləyəndə tanımışdır. Orada bir müddət işləyəndən sonra sağlamlıq mərkəzini işlədənlərlə aralarında narazılıq yarandığına görə onu işdən çıxartmışlar. Lakin onun Xalidə ilə münasibətləri davam etmişdir. Təxminən 1-2 aydan sonra Xalidə ilə birlikdə evdə xidmət göstərmək, müştəriləri evdə qəbul etmək qərarına gəlmişlər. Xalidə ünvan 4 ünvanında yerləşən 1 nömrəli mənzili kirayə tutmuş, ailəsi ilə birlikdə orada qalmış, o da həmin mənzilə gedib gəlmişdir. 08 noyabr 2023-cü il tarixdən həmin mənzilə köçüb yaşamağa başlamışlar. Xalidənin uşaqları da həmin mənzildə qalmışlar, balaca oğlu mənzilə tətil dövründə gəlmiş, böyük oğlu isə orada daimi qalmışdır. Aylıq 600 manat kirayə haqqının 300 manatını onun, 300 manatını isə Xalidənin verməsi barədə razılığa gəlmişlər. Mənzil 2 otaqdan ibarət olmuşdur. Həmin mənzildə Xalidə ilə birlikdə masaj xidməti göstərmiş və cinsi əlaqədə olmaq üçün müştəriləri qəbul etmişlər. 2024-cü ilin yanvar ayında oğlu əsgər getdikdən sonra evdə heç kim olmayanda qızının evdə tək qalmaması üçün onunla birlikdə qalmışdır. Ona görə də Xalidənin yaşadığı evə az getməyə başlamışdır. Xalidə təxminən mart ayında lombarddan qolbaq götürmüşdür. Xalidə otağında yerləşən yatağın üzərində olan döşəyi qaldırıb qızılları oraya qoyması üçün ona kömək etməyini xahiş etmişdir. Taxtın üzərində 17 kiloqram ağırlığında döşək, onun altında da taxtın döşəyi və taxtın dəmirləri olmuşdur. Xalidə evdə olan zaman həmin döşəyi qaldırıb oradan qızılları götürmək qeyri-mümkündür. Xalidə 2024-cü ilin iyul ayının 6-da ona zəng edib qızıllarının yerində olmadığını bildirmiş, o isə cavabında qızılların evdə olduğunu demişdir. Burnunda çəpər əyriliyi olduğundan və həmin vaxt əlində yük olduğundan Xalidə ilə telefon vasitəsi ilə danışarkən təngnəfəs olmuşdur. Xalidəyə “Aliyə” deyə müraciət etmişlər. Aliyəyə demişdir ki, “oğlumun yanına gedirəm, qayıdandan sonra danışarıq”. 2024-cü ilin iyul ayının 7-də əsgərlikdə olan oğlunun yanına Yevlax rayonuna gedərkən Kürdəmir rayonuna çatanda 24-cü PŞ-dən ona zəng edib şöbəyə çağırmışlar. Zəng edən polis əməkdaşına əsgərlikdə olan oğlunun yanına rayona getdiyini, oğlunun onu gözlədiyini bildirərək səhərisi gün gələ biləcəyini demişdir. 08 iyul 2024-cü il tarixdə səhər saat təxminən 10-11 radələrində şöbəyə getmişdir. Saat 22 radələrinə kimi onu şöbədə saxlamışlar, onu qızı, oğlu ilə təhdid etmişlər, qorxutmuşlar. Polis əməkdaşları Xalidənin 10-15000 manatlıq qızılının oğurlandığını dediyini, lakin guya ona kömək edəcəklərini, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl bilərzik olmaqla 3000 manat dəyərində qızıl oğurlandığını yazacaqlarını, Xalidə ilə danışıb işi yoluna qoyacaqlarını bildirmişlər. Həmçinin işi İnsan Alverinə qarşı Mübarizə İdarəsinə göndərməmək üçün onlara 5000 manat pul verməyini tələb etmişlər. Həmin gün axşam saat 8-9 radələrində onun istifadəsində olan bank kartına xalası 3000 manat pul göndərmiş, əməliyyatçı Mətləb müəllimlə birlikdə “Nazlı” şadlıq sarayının yanına gedib orada yerləşən bankomatdan həmin 3000 manat pulu çıxardıb təhqiqatçı Şahid2 göndərmişdir. Ondan “Mərkəzi Univermaq”da qızıl aldığı tanışının olub-olmadığını soruşmuşlar. O, “Laçın” ticarət mərkəzində qızıl aldığı tanışının olduğunu demişdir. Ona qızılları “Laçın” ticarət mərkəzində Sevincə satılmış kimi rəsmiləşdirəcəklərini bildirmişlər. Ona 3000 manat pul düzəldib Xalidəyə verməyi üçün 15 gün vaxt vermişlər. Xalidəyə də 15 gündən sonra ona 3000 manat pul veriləcəyini, işin bağlanacağını demişlər, o da razılaşmışdır. Lakin o, 15 günə həmin məbləğdə pulu düzəldə bilməmişdir. Polis əməkdaşları evinə gəlib onu təhqir etmişlər. Bundan sonra o, Baş Prokurorluğa, X1 Qəbulu Şöbəsinə gedib onu oğurluğu boynuna götürməyə məcbur etdikləri barədə şikayət edəcəyini bildirmişdir. O, şikayət etməyə gedəndə təhqiqatçı Şahid2 ona qızının mobil telefonu ilə zəng edib qızının yanında olduğunu, əgər şikayət etsə qızını da orada saxlayacaqlarını, onu həbs edəcəklərini bildirmişdir. Bu hadisədən sonra qızının dili tutulmuş, stres keçirmişdir. İşi istintaq şöbəsinə göndərdikdən sonra Mətləb adlı polis əməkdaşı ona zəng edərək əgər çağırsalar onsuz getməməyini, əgər tək getsə onu saxlayacaqlarını, təcridxanaya göndərəcəklərini bildirmişdir. Ona hədə-qorxu gəldikləri, uşaqları ilə qorxutduqları üçün onların dedikləri məzmunda ifadə verib imzalamışdır. Onu zəng edib istintaqa çağırdıqdan sonra Mətləblə birlikdə müstəntiq Fərmail müəllimin yanına getmişlər. Müstəntiqə qızılları götürmədiyini demişdir. Onu otaqdan çölə çıxartmışlar, içəridə təxminən 30-40 dəqiqə danışmışlar. Sonra Mətləb müəllim otaqdan çıxıb narahat olmamağını, nə deyirlərsə etməyini bildirmişdir. O, otağa keçəndə yenə də müstəntiqə oğurluq etmədiyini demişdir. Müstəntiq cavabında araşdırma aparmaq üçün onu həbs etməli olduğunu, araşdırmanın 2-3 ay çəkəcəyini bildirmişdir. Ondan həm zərərçəkmiş şəxsə vermək üçün, həm də barəsində açılmış işi bağlamaq üçün 15 gün müddətində pul gətirməyini istəmişlər. O həmin pulu da verə bilməmişdir. O, Sevinc xanıma heç vaxt qızıl satmamışdır. Sevinc xanıma bir dəfə uşaqlarının ona ad günündə hədiyyə verdikləri qızıl üzüyü verib əvəzində qızıl qolbaq götürmüş və əlavə olaraq da üstündə 200 manat pul vermişdir. Onun yanında Sevinc xanıma ona kömək etmək istədiklərini, ona görə də onun 1 ədəd qızıl sep və 1 ədəd qızıl qolbaq satmağı barədə ifadə verməsini bildirmişlər. Sevinc xanım isə onu çoxdandır görmədiyini, ona heç nə satmadığını deyən zaman onu otaqdan çıxartmışlar. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti və üzərində yazılar olan vərəqi də həmin vaxt orada yazıb hazırlamışlar. Xalidə ilə üzləşmə olacağını demişlər, lakin üzləşmə olmamışdır. Sonra dövlət hesabına ona vəkil təyin edilmiş, müstəntiq vəkil gələndə vəkilə həqiqətləri deməməyini tapşırmışdır. Vəkilin nömrəsini ona verməmişlər, özü vəkilin nömrəsini tapıb yanına getmiş və vəkilə həqiqətləri danışmışdır. Vəkil isə onu prokurorun yanına aparanda həqiqətləri prokurora deməyini məsləhət görmüş, lakin onu prokurorun yanına aparmamışdır. O, Xalidəyə məxsus qızıl-zinət əşyalarını oğurlamamış, istintaqda ona hədə-qorxu gəldikləri üçün onların dedikləri məzmunda ifadə verib imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həm xəstəyə qullaq etdiyi, həm də dişlərini müalicə etdirdiyi üçün Xalidənin yaşadığı evə getməməyə başlamışdır. O, 2 dəfəyə ümumilikdə 6000 manat pul vermişdir. Birinci dəfə 3000 manatı əməliyyatçı Mətləb müəllimə vermiş, o da həmin pulu təhqiqatçı Həsən müəllimə çatdırmışdır. İkinci dəfə isə 3000 manat pulu ailə dostları Əlizamin vasitəsi ilə göndərmişdir. Həmin pulun təhqiqatçıya çatıb-çatmamasını dəqiq bilmir. Həsən müəllim verdiyi 3000 manat puldan 2750 manatını ona qaytarmış, 250 manatını isə özünə götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, zərərçəkmiş şəxsə dəymiş 7600 manat ziyandan cəmi 4000 manat ödəmişdir. O, özünü təqsirli bilmir, barəsində olan cinayət işi uzun müddət davam etdiyindən və artıq işin yekunlaşması üçün zərərçəkmiş şəxsə dəymiş ziyandan ödəmişdir. Həyat yoldaşı rəhmətə getmiş, himayəsində 2 uşağı vardır, qızı nişanlıdır. Barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmir. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayından ünvan 5 ünvanında fəaliyyət göstərən “SAF” sağlamlıq mərkəzində masajist olaraq işləməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin sağlamlıq mərkəzində işlədiyindən tanıyır. 2023-cü ilin avqust ayının sonlarında o həmin iş yerindən ayrılmışdır. Lakin Zərərçəkmiş şəxs ilə münasibətləri davam etmişdir. Bir müddət sonra o da səhhəti ilə əlaqədar həmin iş yerindən ayrılmışdır. Xalidə ona əvvəlcə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında ev alacağını bildirmişdir. Daha sonra o, ünvan 6 ünvanında yerləşən evi aldığını demişdir. 8 noyabr 2023-cü il tarixdə o, Xalidəyə həmin evə köçməyə kömək etmişdir. Həmin gün Xalidə ona ünvan 6 ünvanında müştərilər qəbul edərək masaj adı ilə cinsi əlaqədə olmaqlarını təklif etmişdir. O da onunla razılaşmışdır. 2023-cü ilin dekabr ayının sonlarında həmin evin sahibi oraya gəldiyindən o, evin kirayə olduğunu bilmişdir. Xalidə kirayədə qaldığını, ayda 600 manat kirayə haqqı verdiyini və həmin kirayə haqqından 300 manatını onun, 300 manatını isə özünün verəcəyini demişdir. Onun əvvəlcədən Xalidəyə 900 manat borcu olmuşdur. 2024-cü ilin yanvar, fevral və mart aylarında o, 600 manat kirayə haqqını tam ödədiyindən həmin puldan 300 manatı borcuna, 300 manatı isə evin kirayə haqqı olaraq hesablanmışdır. Borcu bitdikdən sonra o həmin ünvana daha az getməyə başlamışdır. 2024-cü ilin may ayının sonu, iyun ayının əvvəlində o, Xalidənin onların müştəriləri qəbul etdikləri evin yataq otağında yatağın üzərində olan döşəyin altına qızıl qutusunun içərisinə qızılları qoyduğunu görmüşdür. 07 iyun 2024-cü il tarixdə ünvan 6 ünvanına qonaq kimi gedən zaman o, yataq otağına gedərək döşəyin altında olan qutunun içərisindən qızıl komplekt şəklində üzük, sırğa, qolbaq və sepi, həmçinin 2 ədəd qızıl üzüyü götürüb çantasına qoymuşdur. 08 iyun 2024cü il tarixdə həmin qızıllardan bir hissəsi olan boyunbağı və qolbağı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ünvanında yerləşən “Laçın” ticarət mərkəzində 2-ci mərtəbədə yerləşən qızıl alveri məntəqəsinə 1200 manata satmışdır. Qalan qızılları isə “Mərkəzi Univermaq”da satmışdır. Orada qızılları neçəyə satdığını xatırlamır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, oğurladığı qızılların xarici əlamətlərini dəqiq xatırlamır, komplekt qızıl zinət əşyaları qaşsız olmuş, iki ədəd qızıl üzüyün formasını xatırlamasa da, qaşlarının olmasını xatırlayır. “Mərkəzi Univermaq”da qızılları satdığı yerləri xatırlamasa da, “Laçın” ticarət mərkəzində qızılları satdığı yeri göstərə bilər. “Laçın” ticarət mərkəzi Nizami rayonu ərazisində fəaliyyət göstərdiyindən oraya satdığı qızılları tapa biləcəklərindən ehtiyat edib 24-cü Polis Şöbəsində izahat verən zaman “Laçın” ticarət mərkəzinə satdığı 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı etiraf etmiş, digər qızılları oğurladığını bildirməmişdir. Qızıllardan bir hissəsini satdığı Şahid1 qızılları oğurladığını deməmiş, həmin qızılların ona məxsus olmasını bildirmişdir. Xalidə Ağakişıyeva pulları onun tanışlarına faizlə vermişdir. O, Sevinc və Vüsalə adlı tanışlarına faizlə pul vermiş və onlar artıqlaması ilə pulları geri qaytarmışlar. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona qaynanasından 2 ədəd Rusiya istehsalı olan qızıl üzük qalmışdır. Tarixini xatırlamadığı vaxtda özünə “Moskva” Univermağından İtaliya istehsalı olan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl kulon və 1 ədəd qızıl üzük almışdır. Yasamal rayonu ərazisində fəaliyyət göstərən hamamda masajist olaraq işləyən vaxt Nəzakətlə tanış olmuşdur. Nəzakət də həmin hamamda işləmişdir. Nəzakət qardaşının ət satışı mağazası açması, həmçinin Sevinc, Rəna və digər tanışlarının iş qurmaqları adı ilə ondan hissə-hissə olmaqla ümumilikdə 17000 manata yaxın borca pul almışdır. Nəzakətə həmin pulu qaytaranda üzərində əlavə pul ödəməsi şərtilə vermişdir. Nəzakət hamamda 1 ay işləmiş, daha sonra işdən çıxarılmışdır. Lakin Nəzakətlə münasibətləri davam etmişdir. Bir müddət sonra səhhətində problem olduğundan işləyə bilməmiş və işdən çıxmışdır. Nəzakətlə birlikdə ünvan 9 ünvanında kirayədə qalmışlar. Nəzakət çox vaxt onunla qalsa da, həmin ünvanda daimi qalmamış, arada gedib-gəlmişdir. Nəzakət həmin mənzilin yataq otağında xəstələrini qəbul etmişdir. Ona məxsus olan 2 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl kulonu, 1 ədəd qızıl üzüyü və son zamanlar aldığı nazik qızıl boyunbağını qutuya qoyaraq yataq otağında olan dolabın üst hissəsinə qoymuşdur. Nəzakətlə birlikdə istirahət etmək məqsədilə rayona gedən zaman həmin qızılları qoyduğu qutunu Nəzakətin yanında yataq otağında olan çarpayının altına qoymuşdur. Nəzakət qızılları qoyduğu yeri görmüşdür. Onlar rayonda istirahət edib qayıtdıqdan sonra qızılları qoyduğu qutunun yerini dəyişməmişdir. Qızılları qoyduğu qutuya baxdıqda qızılların yerində olduğunu görmüşdür. Bir gün mənzilin mətbəxində olan zaman taxta səsi eşitmiş və Nəzakətin yataq otağından həyəcanlı şəkildə çıxdığını görmüşdür. Sonra təxminən 1 aya yaxın Nəzakət evə gəlməmişdir. Nəzakətdən nə səbəbə evə gəlmədiyini soruşduqda müxtəlif bəhanələr demişdir. 07 iyul 2024-cü il tarixdə bibisi rəhmətə getdiyindən rayona yas mərasiminə getmişdir. Yas mərasiminə tək getmiş, həmin vaxt Nəzakət onunla gəlməmişdir. 2024-cü ilin yay aylarında çarpayını qaldırıb qızıl qutusuna baxan zaman qızıl qutusunun alt hissəsinə düşmüş bir ədəd nazik qızıl boyunbağının orada olduğunu, digər qızılların yerində olmadığını görmüşdür. Qızıllarının yerini Nəzakətdən başqa heç kim bilməmişdir. O, Nəzakətə zəng edib qızıllarının yerində olmadığını demiş, Nəzakət qızılları götürdüyünü boynuna almamış və gəlib qızılları tapacağını demişdir. Lakin Nəzakət müxtəlif bəhanələr gətirərək onunla görüşməmişdir. O, DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl əşyalarının dəyəri olan 7600 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş 7600 manat ziyandan cəmi 4000 manat ödəmiş, 3600 manatı ödənilməmiş qalmışdır. Nümayəndəsinin çıxışı ilə razıdır. Belə ki, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin mülki iddiasının qismən təmin edilərək 3600 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində fəaliyyət göstərən “Laçın” ticarət mərkəzində qızıl alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, aralarında qızıl alış-verişi olduğundan tanıyır. Tarixini xatırlamadığı vaxtda işdə olan zaman Təqsirləndirilən şəxs işlədiyi piştaxtaya yaxınlaşaraq pula ehtiyacı olduğundan 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbağı satmaq istədiyini bildirmişdir. O, həmin qızılları 1200 manat qiymətləndirmişdir. Sonra Nəzakət özünə qızıl qolbaq almaq istədiyini bildirmişdir. Nəzakətin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Nəzakət satdığı qızıl əşyalarının əvəzində bir ədəd az çəkidə qızıl qolbaq almış və o, Nəzakətə nağd şəkildə 800 manat pul vermişdir. Bundan sonra Nəzakəti görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilən Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nəzakət ona Rusiya istehsalı olan 585 əyarlı qızıl sep, qolbaq və bir ədəd üzük satmışdır. İstintaq zamanı ifadə verərkən ona üzüyü yazmağına ehtiyac olmadığını, Nəzakətin ona yalnız qızıl sep və qolbaq satdığını yazsa kifayət edəcəyini bildirmişlər. Nəzakətin ona satdığı qızıllar İtaliya istehsalı olmamışdır. Nəzakətin ona satdığı qızıllarla oğurlanan qızılllar arasında fərq olmuşdur. Belə ki, zərərçəkmiş şəxsin oğurlanan qızıllarının forması ilə Nəzakətin satdığı qızılların forması fərqlənir. Nəzakətlə aralarında telefon danışıqları olmuşdur. Nəzakətin onun səsini yazdığından məlumatı olmamışdır. Səsdə “mənim heç nə ilə əlaqəm yoxdur” dedikdə onu nəzərdə tutmuşdur ki, onun Nəzakətin oğurladığı qızıl əşyaları ilə heç bir əlaqəsi yoxdur. Əgər o bilsəydi ki, Nəzakət onun səsini yazır həmin an danışanda cümlələrini daha ətraflı, açıq şəkildə deyərdi. Telefonda danışarkən “polisdə mənə nə deyiblərsə onu yazmışam” ifadəsini ona görə işlətmişdir ki, ona ifadə verərkən yalnız Nəzakətin satdığı qızıl sepi və qolbağı yazmağını, üzüyü yazmağa ehtiyac olmadığını demişlər. İstintaq zamanı polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmiş, onu yalan ifadə verməyə məcbur etməmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı Şahid2 ifadəsində bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə tarix dəqiq yadında qalmamışdır. Zərərçəkmiş şəxs ilkin məlumatında rəfiqəsi Təqsirləndirilən şəxs onun evindən qızıllarını oğurladığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş, izahatı alınmışdır. Təqsirləndirilən şəxs ilkin izahatında maddi imkanı yaxşı olmadığı üçün qızılları oğurladığını, qızılların bir hissəsini “Laçın” ticarət mərkəzində satdığını bildirmişdir. Şahid2 suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs oğurluq olduğu tarixi dəqiq deməmişdir. Zərərçəkmiş şəxs yaşadıqları mənzildə müxtəlif şəxslərlə görüşdüklərini, evə müxtəlif şəxslərin gəldiyini, lakin çox güman ki, qızıllarını rəfiqəsinin oğurladığını bildirmişdir. Hansı qızılların oğurlandığını dəqiq xatırlamır, lakin zərərçəkmiş şəxsin oğurlandığını dediyi qızılların hamısı izahatında yazılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs qızılları “Laçın” ticarət mərkəzində satdığını demiş, qızılları satdığını dediyi şəxs şöbəyə dəvət edilmiş, izahatı alınmış, o da Nəzakətin ona qızıl-zinət əşyaları satdığını təsdiqləmişdir. Təqsirləndirilən şəxs ona 3000 manat pul verməsi ilə bağlı dedikləri əsassızdır, şər-böhtandır. Təqsirləndirilən şəxs insan alveri ilə məşğul olması ilə bağlı şantaj edilməmişdir. Nəzakət xanımın Əlizamin adlı tanışı gəlib xanımın qızılları oğurladığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Nəzakət xanımın 3000 manat pul verməsindən onun məlumatı yoxdur, Mətləb və ya başqası ona pul verməmişdir. Nəzakət xanım Əlizamin adlı tanışına 2700 manat pul vermişdir. Qızılların oğurlandığı evdə olmuş, Nəzakət xanımın qızılları qoyulduğu yerdən götürməsini istisna edən hər hansı bir hal müəyyən edilməmişdir. Qızıllar yataq otağında yataq dəstinin altında olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 Elimxan oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs qızılzinət əşyalarının oğurlanması ilə bağlı müraciət etmişdir. Həmin müraciətlə bağlı Təqsirləndirilən şəxs dəvət edilib izahatı alınmışdır. Təqsirləndirilən şəxs qızılları götürdüyünü etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs 3-4000 manatlıq qızıl götürdüyünü, zərərçəkmiş şəxs isə 7000 manatlıq qızıl oğurlandığını demişdir. Sonra Təqsirləndirilən şəxs çağırışlara gəlməmiş, telefonuna zəng çatmamışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və qərarın icra olunması ona həvalə edilmişdir. Qərarın icrası ilə bağlı Təqsirləndirilən şəxs o tapıb gətirmişdir. Şahid3 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs şifahi şəkildə ona qızılları götürdüyünü demişdir. Təqsirləndirilən şəxsin ona 3000 manat pul verməsi ilə bağlı dedikləri yalandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış 07 iyul 2024-cü il tarixli ərizədən görünür ki, 07 iyun 2024-cü il tarixdə yaşadığı ünvan 9 ünvanında yataq otağında yataq dəstinin altında saxladığı 02 ədəd Rusiya istehsalı olan qızıl üzük, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl qolbaq, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl kulon və 01 ədəd İtaliya istehsalı olan üzüyün saxladığı yerdə olmadığını, oğurlandığını aşkar etdiyini bildirmiş və baş vermiş hadisə barədə qanuni tədbir görülməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - sübutların qiymətləndirilməsi haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, “xx.xx.2024 1 ədəd boyunbağı, 1 ədəd qolbağ 1200 manata almışam” sözləri yazıldığı A4 kağızı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - 01 ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə şahid qismində dindirilən zaman 07 iyun 2024-cü il tarixdə ünvan 11 ünvanına qonaq kimi gedən zaman yataq otağında döşəyin altında olan qutunun içərisindən qızıl komplekt şəklində üzük, sırğa, qolbaq və boyunbağı, həmçinin 2 ədəd qızıl üzüyü götürdüyünü, 08 iyun 2024-cü il tarixdə həmin qızıllardan olan qolbaq və boyunbağını “Laçın” ticarət mərkəzində 1200 manata satdığını, qalan hissəsini isə “Mərkəzi Univermaq”da satdığını etiraf etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək oğurluq etməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 07 iyun 2024-cü il tarixdə saat 16:01:35-də Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 37B, saat 16:40:34-də ünvan 12, saat 17:02:25-də ünvan 12, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 07 iyun 2024-cü il tarixdə saat 00:48:12-dən 12:00:10-dək, həmçinin saat 12:48:16-da ünvan 12, saat 13:12:39-da Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 37B, saat 13:12:43-də ünvan 12, saat 14:20:58-də Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 37B, saat 14:21:47-də ünvan 12, saat 17:21:47-də Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 37B, saat 18:05:33-də ünvan 12, saat 18:05:58-də şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 37B, saat 18:31:12-dən 21:31:12-dək ünvan 12 ünvanı göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin anten dairəsi 07 iyun 2024-cü il tarixdə saat 18:46:20-dən 19:22:34-dək Bəhruz Nuriyev küçəsi 37B, 08 iyun 2024-cü il tarixdə saat 13:11:13-dən 13:15:13-dək, saat 14:13:45-dən 14:17:03-dək, saat 16:33:52-dən 16:38:44-dək, saat 18:49:10-da “Xalqlar Dostluğu” metrosu, “Laçın” yarmarkası ünvanı göstərilmişdir. Anten dairəsinə dair məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 07 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanında, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə isə “Laçın” ticarət mərkəzində olmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş 7600 manat ziyandan 4000 manatını ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Şahid1 təqdim etdiyi üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, “xx.xx.2024 1 ədəd boyunbağı, 1 ədəd qolbaq 1200 manata almışam” sözləri yazıldığı A4 kağızı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş 7600 manat ziyandan 4000 manatı məhkəmə iclasında ödənildiyindən, onun tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, dəymiş ziyandan qalan ziyanın əvəzi kimi 3600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 manat, cəmi 3696 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 3600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 manat, cəmi 3696 manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Şahid1 təqdim etdiyi, üzərində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti, “xx.xx.2024 1 ədəd boyunbağı, 1 ədəd qolbaq 1200 manata almışam” sözləri yazılmış A4 formatlı kağız cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-344/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-344/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver