Məhkəmə qərarları › İş №1(007)-346/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-346/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-346/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X8 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Baki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 29, mənzil 3-də yaşayan və qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə, şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroini əldə edib saxlayaraq daşımış, 02 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Araz” marketin qarşısında saxlanılmış, X1 məxsus “Mercedes” 190 markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməyə cəhd etməsi barədə daxil olmuş məlumat əsasında həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ şalvarın sol yan cibindən 02 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,354 qram və 0,325 qram olmaqla ümumi təmiz çəkisi 0,679 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 ilə yaxın müddətdə tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb istifadə etmişdir. “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata "kokos” kimi tanıdığı heroin alıb bir hissəsini istifadə etmiş və qalan hissəsini üzərində saxlamışdır. 02.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində pulu olmadığı üçün oğurluq edib pul əldə etmək qərarına gəlmiş və yaşadığı evdən çıxaraq ətrafda gəzişmişdir. Nizami rayonu ərazisində Tofiq Abbasov küçəsində park edilmiş "Mercedes” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin bir qədər açıq vəziyyətdə olduğunu və ətrafda heçkimin olmadığını görüb avtomobilə yaxınlaşmışdır. Avtomobilə yaxınlaşıb pəncərədən baxdıqda salonda maqnitofon olduğunu görüb, maqnitofonu oğurlayıb satıb pul əldə etmək qərarına gəlmiş və avtomobilin bir qədər açıq vəziyyətdə olan pəncərəsindən əlini salaraq qapını açmış və avtomobilə əyləşmək istəyərkən, bir nəfər tanımadığı şəxsin yaxınlaşdığını görərək, həmin şəxsin avtomobilin sahibi ola biləcəyini fikirləşib dərhal dayanmışdır. Həmin şəxs ondan avtomobildə nə etdiyini soruşmuş və “Orxan” adlı şəxsə zəng edərək avtomobilə yaxınlaşmasını demiş və adının sonradan X2 olduğunu bildiyi şəxs gələrək DİN-nin 102 xidmətinə zəng edib olduqları yer və onun hərəkəti barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları hadisə yerinə baxış keçirərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun razılığı ilə videogörüntü vasitəsi ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı 02 sellofan bükümdə narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPİnin 25-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 avqust 2021-ci il tarixdə saat 18:46-da X2 DİN-in 102-xidmətinə müraciət edərək, Mersedes markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsini oğurluq niyyəti ilə açib avtomobilə oturmuş şəxsi tutaraq saxladığı və polis əməkdaşlarının Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən Araz marketin yaxınlığına gəlməsini xahiş etmişdir. Əməliyyat qrupunun digər üzvləri ilə həmin ünvana getmiş və saxlanılan şəxsin Rövşən olduğu müəyyən edilərək 25-ci polis şöbəsinə aparılmışdır. Polis şöbəsində Rövşənin şəxsiyyəti və yaşadığı ünvan müəyyən edilmişdir. Sonuncu üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd kiçik şəffaf paketin içərisində 02 ədəd sellofan bükümü təqdim edərək, içərisində qəhvəyi rəngli spesifik iyə malik olan kütlələrin “kokos” kimi tanıdığı heroin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümdə olan kütlələr qablaşdırılaraq zərfə qoyulmuş və DİN-nin 165 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci tarixli 6/3277 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş 02 ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkisi 0,354 qr, 0,325 qr ümumi təmiz çəkisi 0,679 qr olan qəhvəyi rəngli olan maddə narkotik vasitə olan heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X10 26 avqust 2021-ci il tarixli, 3089 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksiksiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli "şəxsi axtarış və götürmə aparması haqqında" protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd açar, sol arxa cibindən 0.40 AZN pul və qırmızı rəngli alışqan, eyni zamanda şalvarının sol yan cibindən 01 ədəd kiçik şəffaf paketin içərisində 02 ədəd sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələri təqdim edərək həmin kütlələrin kokos kimi tanıdığı heroin olduğunu bildirmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd açar, sol arxa cibindən 0.40 AZN pul və qırmızı rəngli alışqan, eyni zamanda şalvarının sol yan cibindən 01 ədəd kiçik şəffaf paketin içərisində 02 ədəd sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələri təqdim edərək həmin kütlələrin kokos kimi tanıdığı heroin olduğunu bildirmişdir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd sellofan kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,354 qram və 0,325 qram olmaqla ümumi təmiz çəkisi 0,679 qram (tədqiqatdan sonrakı çəkisi 0,599 qram) kustar üsulla hazırlanmış narkotik vasitəsi heroin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkiliş vasitəsi ilə qeyd edilmiş görüntülərin olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı çəkisi 0,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilm, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 29.07.2016-cı il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmir, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkiliş vasitəsi ilə qeyd edilmiş görüntülər olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X9 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 avqust 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,599 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar