Məhkəmə qərarları › İş №1(007)-346/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-346/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-346/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşağı olan, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 2, ev 14-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 24 sentyabr 2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 26 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 30 yanvar 2025-ci il tarixdə axtarışda olan şəxs kimi tutulmuş, 01 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 12 sentyabr 2025-ci il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 20 oktyabr 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də olan tanışı vasitəsi ilə kredit alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs1 tərəfindən yaşadığı Xəzər rayonu, Binə atçılıq qəsəbəsi, Badam bağları yaşayış massivi, nömrəsiz evdə olarkən mobil telefonundakı “Birbank” tətbiqi vasitəsilə 18 iyun 2024-cü il tarixdə, saat 18:26-da onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan atası Şahid2 məxsus 4169-7388-4258- 3126 nömrəli kart hesabına göndərilmiş 300 manat, 19 iyun 2024-cü il tarixdə, saat 22:42də eyni ünvanda onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan şəxsiyyəti istintaqa məlum olmayan tanışına məxsus 541124******6612 nömrəli kart hesabına göndərilmiş 150 manat, həmin tarixdə saat 22:44-də eyni ünvanda 4169-7388- 4258-3126 nömrəli kart hesabına göndərilmiş 30 manat, 22 iyun 2024-cü il tarixdə, saat 11:48-də eyni ünvanda onun törətdiyi cinayət əməlindən xəbərsiz olan və 25 manat pul borclu olduğu tanışı X3 məxsus 523915******1805 nömrəli kart hesabına göndərilmiş 25 manat və həmin tarixdə saat 20:52-də eyni ünvanda 4169-7388-4258-3126 nömrəli kart hesabına göndərilmiş 143 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs1 məxsus 648 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 banklarda olan tanışları vasitəsi ilə kredit alınmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 tərəfindən ünvan 1 ünvanında yerləşən “Araz” marketin qarşısında olan terminaldan 09 iyul 2024-cü il tarixdə onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan atası Şahid2 məxsus 4169-7388-4258-3126 nömrəli kart hesabına göndərilmiş 300 manat, 11 iyul 2024-cü il tarixdə eyni ünvanda olan terminaldan eyni kart hesabına göndərilmiş 140 manat və 16 iyul 2024-cü il tarixdə eyni ünvanda olan terminaldan eyni kart hesabına göndərilmiş 150 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs2 məxsus 590 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əməlini etiraf etmiş, müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət təqibinə və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ittihamın faktiki mahiyyətinə uyğun ifadə vermiş, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ittihamın faktiki mahiyyətinə uyğun ifadə vermiş, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 13 mart 2025-ci il tarixli 2025/204/5589 nömrəli məktubla daxil olmuş 7 vərəq və 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 4169-7388-4258-3126 nömrəli kart hesabı Şahid2 məxsusdur (Təqsirləndirilən şəxs atası). Zərərçəkmiş şəxs1 Kapital Banka məxsus 4169-7388-4258-3126 nömrəli kart hesabına göndərdiyi 18 iyun 2024-cü il tarixdə, saat 18:26-da 300 manat, 19 iyun 2024- cü il tarixdə, saat 22:44-də 30 manat, 22 iyun 2024-cü il tarixdə, saat 20:52-də 143 manat mədaxil olunmuşdur. 523915******1805 nömrəli kart hesabı X3 məxsusdur. Zərərçəkmiş şəxs1 Kapital banka məxsus 523915******1805 nömrəli kart hesabına 22 iyun 2024-cü il tarixdə, saat 11:48-də göndərdiyi 25 manat mədaxil olunmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Kapital Banka məxsus 4169-7388-4258-3126 nömrəli kart hesabına göndərdiyi 09 iyul 2024-cü il tarixdə 300 manat, 11 iyul 2024-cü il tarixdə 140 manat və 16 iyul 2024-cü il tarixdə 150 manat mədaxil olunmuşdur. 16 iyul 2014-cü ildən sonra həmin kart hesabından sonuncu nağdlaşdırma əməliyyatı 19 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, “Planet” şadlıq sarayının yanında olan bankomat vasitəsilə aparılmışdır. Diskdə olan nağdlaşdırma əməliyyatları aparılarkən bankomat vasitəsilə çəkilmiş fotoşəkillərə baxış zamanı məlum olmuşdur ki, nağdlaşdırma əməliyyatlarının əksəriyyəti, o cümlədən 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs özü tərəfindən aparılmışdır. Yalnız 18 iyul 2024-cü il tarixdə nağdlaşdırma əməliyyatı Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən, 20 iyun 2024-cü il tarixdə isə nağdlaşdırma əməliyyatı Təqsirləndirilən şəxs qızı Fatimə Həsənova tərəfindən aparılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs nağdlaşdırma əməliyyatları zamanı bankomat vasitəsilə çəkilmiş fotolardakı kişi cinsindən olan şəxsin özü və bir halda atası Şahid2, bir halda qadın cinsindən olan şəxsin isə qızı Fatimə Həsənova olduğunu təsdiq etmişdir. Köçürmələr gün ərzində saat 17:00-dan sonra və qeyri iş günlərində həyata keçirildikdə həmin məbləğ kart hesabında növbəti iş günü qeydə alınmışdır. Baxış zamanı bankdan daxil olmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən digər xüsusat aşkar edilməmişdir. (i.v. 225-226) - 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Zərərçəkmiş şəxs1 müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs pul köçürməsini təsdiq edən 5 ədəd qəbzin surəti sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmış, "xxxx" ASC-dən 13 mart 2025-ci il tarixli 2025/204/5589 nömrəli məktubla daxil olmuş 7 vərəq və 1 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmış, Təqsirləndirilən şəxs hər hansı vəzifəsi olmadığından, o cümlədən törətdiyi cinayət əməllərində qulluq mövqeyindən sui-istifadə etməsi ilə bağlı hər hansı xüsusat aşkar edilmədiyindən, eləcə də hər hansı şəxslə əlbirliyi olmadığından əməlində CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs atası Şahid2, qızı Fatimə Həsənova və tanışı X2 Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərində hər hansı formada iştirakları olmadığından əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 310, 32.4, 312-ci maddələri, zərərçəkmiş şəxslərin barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 234-242) - 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 33) - 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 115-116) - 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 164) - 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 188-189) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasının 21 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 20 oktyabr 2025-ci il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -“Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan, AZ-İ seriyalı, 700809 nömrəli nikah haqqında şəhadətnamənin, AZ-İİ seriyalı, 738362 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə birgə nikahından 31 oktyabr 2003-cü il təvəllüdlü Şahid2 Həmid oğlu, 31 dekabr 2004-cü il təvəllüdlü X5 və 27 iyul 2009-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. -Zərərçəkmiş şəxs1 26 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs2 26 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda istinad edilən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan - 27 iyul 2009-cu il təvəllüdlü uşağı vardır. Yuxarıda istinad olunan Amnistiya Qərarının, o cümlədən 6-cı və 7-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, müdafiə tərəfinin razılığı nəzərə alınaraq, yuxarıda qeyd olunan əsaslarla Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmaqla təqsirləndirilən şəxsin barəsindəki cinayət təqibinə və işin icraatına xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal azad edilməlidir; zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənildiyindən tərəflərindən mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut qismində tanınmış müvafiq sənədlər saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, eləcə də Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanmaqla, vəkilin təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirməyə sərf etdiyi müddət (iş saatları) üçün əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs pul köçürülməsini təsdiq edən 5 ədəd qəbzin surəti, "xxxx" ASC-dən 13 mart 2025-ci il tarixli 2025/204/5589 nömrəli məktubla daxil olmuş 7 vərəq və 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən (7 saat 6 manatdan, 40 saat 11 manatdan olmaqla) 482 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar