Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-347/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və müdafiəçisi-“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1993-cü il tarixdə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Sarıtala kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 7, mənzil 24-də yaşamış, 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinə texniki pasport alınmasını və torpaq sahəsində aparılacaq tikinti işlərinə rəsmi icazə verilməsini təmin edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs2 16 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Cənnət” restoranının qarşısında 7000 manat və 24 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Şuşa” kafesinin qarşısında 3500 manat, ümumilikdə isə 10500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 oğlu Feruz Əzizovun barəsində Bərdə rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 263- 1.4-cü maddəsi ilə istintaqı apaılan cinayət işi üzrə sonuncunun həbs olunmaması və haqqında şərti cəza alınmasını təmin etdirəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 21 may 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Xan qızı” restoranında qrup üzvü Məmməd Məmmədovla birlikdə 10000 manat və 2023-cü ilin iyul ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Cənnət” restoranında qrup üzvü Məmməd Məmmədovla birlikdə 15000 manat, ümumilikdə isə 25000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, qrup üzvü X7 ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 övladı Şahid2 Tovuz rayonunun Alakol kəndinə yaxın yerləşən kəndlərdən birinin orta məktəbinə müəllim işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə edib bu adla Zərərçəkmiş şəxs5 əri Şahid1 Tapdıq oğlu tərəfindən 22 iyul 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən “Bizim market”də olan “MPAY” ödəmə terminalından onun sərəncamında olan, törətdiyi cinayət əməlindən xəbərsiz olan arvadı Şahid9 məxsus "xxxx" ASC-yə aid 4169-73**-****-3190 nömrəli kart hesabına göndərilmiş 4000 manat və 01 avqust 2023-cü il tarixdə saat 07:35 radələrində eyni ünvanda olan ödəmə terminalından eyni kart hesabına göndərilmiş 1000 manat, ümumilikdə isə 5000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda X4 “Socar”a mühafizəçi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Nurəddin Hüseynovdan 03 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən Keşlə parkında 2000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş X5 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda X6 oğlu Zərərçəkmiş şəxs4 “Socar”a mühafizəçi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib bu adla Əhmədov Hudulov vasitəsilə Zərərçəkmiş şəxs4 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 62 ünvanında yerləşən "xxxx" ASC-nin yanında 2000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 7 ildir ki, tanıyır. Onunla yaxşı münasibəti olmuşdur. Aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təxminən 2019-cu ildən 2020-ci ilədək olan müddət ərzində o, çay evi işlətmişdir. Həmin vaxt da Nazim qəlyan aparatı satışı ilə məşğul olduğu üçün ondan bir neçə aparat almış, 400 manat borclu qalmışdır. Bu səbəbdən də Nazimlə ara-sıra zəngləşib görüşmüşlər. 2023-cü ilin yanvar ayında Nazimlə görüşən zaman Nazim Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində özünə 5 sot torpaq aldığını, lakin torpağın sənədi etibarnamə olduğu üçün həmin ərazidə tikinti apara bilmədiyini demişdir. O da Nazimə özünün və tanışlarının da sənədləşmə işi ilə məşğul olduğunu deyib ona bu işdə köməklik edə biləcəyinə söz vermişdir. Bundan sonra Nazimlə birlikdə ona məxsus olan torpaq sahəsinə gedib baxmışlar. Nazimlə əlaqə saxlayaraq ona məxsus Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən torpağına texniki pasport alacağını və orada istədiyi layihə üzrə tikinti edəcəyinə icazə ala biləcəyini vəd verib ondan 10500 manat pul istəmişdir. Nazim də onunla razılaşmışdır. Bundan sonra Nazimlə 16 yanvar 2023-cü il tarixdə Nizami rayonunda yerləşən “Cənnət” restoranının qarşısında görüşərək 7000 manat, 24 yanvar 2023-cü il tarixdə isə Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən “Şuşa” kafesinin qarşısında Nazimə məxsus avtomobilin içərisində 3500 manat pul almışdır. Nazimin ona pul verdiyi vaxtlar yanlarında heç kim olmamışdır. Bundan sonra Nazimin torpağına texniki pasport alınması və tikintiyə icazə verilməsi üçün tanışı Elşənə müraciət etmişdir. Elşənlə birlikdə həmin torpaq sahəsinə gedib baxmışlar. Elşən torpaq sahəsinin sənədləri olmadığını və həmin əraziyə texniki pasport alına bilməyəcəyini demişdir. O, Elşəndən Nazimin istədiyi layihəni verib ondan çəkməsini xahiş etdiyi üçün Elşən 500 manat müqabilində layihəni hazırlayıb ona təqdim etmişdir. O da həmin layihəni Nazimə təqdim etmişdir. Nazimdən aldığı 10000 manat puldan 6000 manatını əvvəlcədən yaranmış borclarına, 4000 manatı isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Nazim işin alınmadığını görüb pulu ondan tələb etməyə başlamışdır. Lakin həmin ərəfədə pulu olmadığı üçün Nazimə heç bir ödəniş edə bilməmişdir. Nazim 14 oktyabr 2023-cü il tarixdə ondan Nizami RPİ-nin 25-ci polis şöbəsinə şikayət etdikdən sonra ona 3000 manat pul geri qaytarmışdır. Bundan başqa, Məmməd adlı şəxsi təxminən 2019-cu ildə bir ad günü məclisində tanımış və aralarında münasibət yaranmışdır. 2023-cü ilin təxminən aprel-may aylarında Məmməd ona sosial şəbəkədə mesaj yazaraq bildirmişdir ki, bir nəfər Bərdə sakininin oğlunun yolnəqliyyat hadisəsi işi var və ona köməklik etmək lazımdır. Məmməd ona işin təfsilatını danışmışdır. O da bu kimi işlərlə bağlı bir neçə nəfərdən məsləhət almış və bildirilmişdir ki, əgər ölən şəxslərin barışığı olsa hadisəni törədən sürücüyə kömək etmək olar. Onun adını çəkmək istəmədiyi bir hüquqşünas demişdir ki, barışıq olduğu halda 22000 manat müqabilində sürücüyə icbari iş aldıra bilər. O da Məmmədə bunu demişdir. Məmməd isə demişdir ki, əlavə də 3000 manat ikisinin xeyri olsun, işi həll olunan şəxsə 25000 manat deyərlər. Həmçinin Məmməd də öz tanışları vasitəsilə bu işin həlli ilə maraqlanacağını demişdir. Sonra Məmməd ona demişdir ki, hadisəni törədən sürücünün atası Raqub Bərdədən Bakıya gəlir və onlarla görüşəcək. Görüş “Xan qızı” restoranında olmuşdur. O, həmin restorana gedəndə artıq Məmməd, Raqub və Raqubun qohumları orada olmuşlar. Həmin görüş zamanı o, bildirmişdir ki, əgər barışıq olarsa sürücüyə icbari iş aldıra bilərlər. Bundan sonra Məmməd demişdir ki, Raqubun qohumu Aftandillə təklikdə söhbət etmək istəyir, buna görə də onlar bayıra çıxmışlar. Sonra o, bilmişdir ki, otaqda Aftandil Məmmədə 10000 manat pul verib. Bundan sonra onlar ayrılmışlar, pul Məmməddə qalmışdır. Daha sonra Raqub özü barışıqla bağlı cəhd etsə də alınmamışdır. Sonra onlar bir axund tapıb ona hörmət edəcəklərinə söz vermişlər və ölən şəxsin evinə aparmışlar. Ölən şəxsin ailəsi “Vaz 21011” markalı maşın və sığorta pulu istəmişlər ki, barışıq versinlər. Sonra Məmməd axunda bu işi gördüyünə görə 1650 manat pul vermişdir. Lakin Raqub maşın almadığı üçün barışıq da verilməmişdir. Axund da daha bu işlə bağlı həmin evə getməyəcəyini bildirdiyindən Məmməd, onun tanışı Vüsal və Miri adlı şəxs axunddan həmin verilən pulu geri almışlar. Bir müddət sonra isə Məmməd ona demişdir ki, Raqubdan qalan 15000 manatı da alacaqdır. O, bildirmişdir ki, iş hələ alınmır, Məmməd isə özünün adamı olduğunu və işi həll edəcəyini demişdir. Sonra “Cənnət” restoranında Raqubla, o və Məmməd görüşmüşlər. Qədir də orada olmuşdur. O, Raqubdan barışığın nə yerdə qaldığını soruşmuş, Raqub hələ barışıq olmadığını demişdir. Yemək yeyəndən sonra Məmməd Raqubu bayıra çıxartmış və o, bilmişdir ki, orada Məmməd Raqubdan 15000 manatı alıb. Bundan sonra onlar ayrılmışlar. Hətta növbəti günlərdə o, Məmmədi görüşə də çağırmış və iş barədə nə fikirləşdiyini soruşmuşdur. Məmməd işi həll edəcəyini, bu məqsədlə Gəncə şəhərinə və Bərdə rayonuna getdiyini demişdir. 15000 manat alınmamışdan əvvəl o və tanışı Elnurla birlikdə Bərdədə işi aparan müstəntiqin yanına getmişlər və barışıq əldə olunması üçün vaxt istəmişlər. Məmməd və Vüsal onlarla getsələr də o, bayırda gözləmişdir. Məmməd ona 25000 manatdan hissə-hissə olmaqla bir neçə dəfəyə 3000 manat pul vermişdir. Sonra isə o, həmin pulu əlavə xərcləri nəzərə almaqla 4200 manat olaraq Məmmədə qaytarmışdır ki, iş alınmır, Raqubun pulunu qaytarsın. Sonra isə Məmməd ölkədən qaçmış, onu tapa bilməmişdir. Ona Miri demişdir ki, Məmməd Vüsalla birlikdə Dubaydadırlar. Bundan sonra o, Qədirə zəng edib demişdir ki, Məmməd qaçıb. Qədir demişdir ki, özü Məmmədlə danışır. Sonra Məmməd ölkəyə qayıtmışdır. O, Məmmədlə görüşmüş, ondan iş barədə soruşmuşdur. Həmçinin demişdir ki, artıq iş ondan çıxıb, aldığı pulu da onun özünə qaytarmışdır. O da ya işi həll etsin, ya da Raqubun pulunu qaytarsın. Məmməd demişdir ki, işi həll edəcək, amma az müddət sonra Raqubun oğlu həbs edilmişdir. O, Məmmədlə əlaqə saxlamış, Məmməd yenə də işi həll edəcəyini desə də artıq o, onun yalan danışdığını görmüş və Aftandilə zəng edib təcili Bakıya gəlməsini demişdir. Raqubla Aftandil Bakıya gəlmişlər və o, onları qarşılamışdır. Onlarla Nizami rayonu ərazisində bir çayxanada əlyəşmişlər. X17 da ora gəlmişdir. Raqub pulunu istəmişdir. Məmməd isə işi həll edəcəyini bildirmişdir. X17 harasa getmişlər və iki saat sonra Əli adlı şəxslə qayıtmışlar. Əli Məmmədin tanışı olmuşdur, o, Məmmədi tanımamışdır. Məmmədin deməsinə görə artıq Əli bu işi həll etməli olmuşdur. Əli də işin həlli və ya pulu qaytarmaq üçün bir həftə vaxt istəmişdir. Həmin gün 19 sentyabr 2023-cü il tarixi olmuş və Məmmədgil 26 sentyabra qədər Raqubdan vaxt almışlar. 26 sentyabrda Raqub Bakıya gəlmişdir. Qədir və qohumları Rafiq də onunla imişlər. Onlarla görüşməmişdən əvvəl həmin gün o, Bakıxanovda Məmməd, Vüsal və bir nəfər tanımadığı şəxslə görüşmüşdür. Məmməd təklif etmişdir ki, çay içsinlər. O, Məmmədin idarə etdiyi maşında imiş, Vüsal və bir nəfər tanımadığı şəxs də onlarla imişlər. O, X18 istiqamətində getdiyini görmüş və hara getdiyini soruşmuşdur. Məmməd bildirmişdir ki, bir nəfər var, onunla görüşüb gəlirlər. Məmməd Hövsanda dəniz kənarına getmişdir. Məmməd onunla orada söhbət edəcəyini demişdir. Hamısı telefonlarını maşında qoyub aşağı düşmüşlər. Məmməd ona demişdir ki, nə üçün Raqubu çağırmışdır. O isə onun da bu işdə adı olduğunu demişdir və bunun üçün də Raqubu Bakıya çağırdığını bildirmişdir. Həmin zaman Məmməd, Vüsal və digər şəxs ona hədə-qorxu gəlmişlər, başına oyun açacağını bildirmişlər, Vüsal ona sol ayağından təpik və sinəsindən yumruq vurmuşdur. Həmçinin digər şəxs də onun hansısa qolundan vurmuşdur. Məmməd isə ona sillə vurmuşdur. Həmin şəxslər ondan tələb etmişlər ki, Raqubdan pulun qaytarılması üçün vaxt alsın. O da razılaşmışdır. Sonra şəhərə qayıtmışlar və o, Məmməd, Raqub, Qədir və Rafiq Nizami rayonu ərazisində görüşmüşlər. Məmməd demişdir ki, hələ pulu düzəltməyib, onun torpağı var, onu sata bilər. Sonra Raqub tələb etmişdir ki, Məmmədin evinə gedib ailəsi ilə söhbət edib pulu istəsin. Onlar maşına əyləşib yola çıxmışlar. X24 və onun yanında olan ona zor tətbiq edən şəxsi görüb maşını saxlatmışdır. Düşüb nəsə danışmışlar. Hətta Məmməd orada ağlamışdır ki, guya onu oyuna salıblar. Daha sonra Məmməd Ləhic bağlarında olan torpağını Raquba təklif etmişdir. Torpağın sənəd problemi olduğu üçün bu da alınmamışdır. Hətta həmin görüşdə Məmməd Raquba demişdir ki, onu az əvvəl döyüblər. Həmçinin həmin görüşdə Raqub Məmmədi də vurmuşdu. O isə Məmmədgilin onu hədələməsinə görə Raquba demişdir ki, onlara pulu qaytarmağa 20 gün vaxt versin. Sonra görüşləri səhəri günə qalmışdır. Səhəri gün “Neftçilər” metrosu tərəfdə Raqub, o, Məmməd, Qədir və Rafiq görüşmüşlər. O, həmin zaman Raquba demişdir ki, bir gün əvvəl Məmmədgil onu döyüblər. Raqub bunu bildiyini demişdir. Həmin zaman Məmmədgil pulun qaytarılması üçün müxtəlif yolları müzakirə etmişlər. Lakin nəticə olmamışdır. Həmin zaman Raquba zəng gəlmiş və deyilmişdir ki, oğlunu Gəncə təcridxanasından Bərdəyə gətirirlər. Məmmədgil də pulu düzəltmək üçün 20 gün vaxt istəmişlər. Sonra o, Daxili İşlər Nazirliyində adını çəkmək istəmədiyi bir tanışına zəng edərək bu işlə bağlı kömək üçün onunla görüşmək istədiyini demişdir. Raqubu da götürüb nazirliyin yanına getmişdir. Həmin şəxslə görüşüb Raqubun oğlunun 20 günlük müvəqqəti azad olunması üçün kömək istəmişdir. Həmin şəxs isə Raquba bildirmişdir ki, bu işi həll edə bilməz, yalnız məhkəmə ilə həll edilməlidir. Sonra onlar oradan ayrılmışlar. O, Məmmədə zəng vurub bu barədə demiş və onu görüşə çağırmışdır. Məmməd isə qışqıraraq gəlməyəcəyini, Raqubgilin onu hədələdiyini, pulu qaytarması üçün böyrəyini satmasını demələrini bildirmişdir. Ondan sonra da Məmməd onlarla görüşə gəlməmişdir, lakin Raqub onun üstünə 3 nəfər adam gətirmiş, onlar ondan nə üçün Raqubun pulunu qaytarmadığını soruşmuşlar, o da pulun Məmməddə olduğunu demişdir. Zərərçəkmiş şəxs1 10000 manat alındıqdan sonra qarşı tərəflə barışıq əldə edilmədiyini görsə də Məmməd demişdir ki, bundan sonra o, işlə özü məşğul olub həll edəcək, 15000 manatı da Məmməd götürmüşdür. Şahid4 tərəfindən istintaqa təqdim edilmiş iki vərəqdan ibarət vatsap yazışmasında əksini tapan mesajları o, Məmmədə yazmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 işinin həlli ilə bağlı o, adını çəkmək istəmədiyi bəzi şəxslərlə məsləhətləşmə aparmış, həmin şəxs də ona mesaj şəklində işin həlli üsulu ilə bağlı fikir göndərmişdir. Həmçinin həmin şəxs barışıq olacağı halda bu kimi işlərin 25000 manata həll edildiyini yazmış, o da həmin şəxsin sözünü Məmmədə yazmışdır. Bundan başqa, təxminən 2023-cü ilin sentyabr ayında Əhmədov Hudulovu tanışı Əsgər vasitəsilə tanımışdır. Bir neçə dəfə onlar birlikdə oturub yeyib-içmişlər. Əhmədov söhbətlərin birində oğlu Abdullanın əsgərlikdən gəldiyini və “Socar”a mühafizəçi işinə düzəltmək istədiyini bildirmişdir. O da Əhmədova yalandan “Socar”da tanışlarının olduğunu və oğlu Abdullanı rahat işə düzəldə biləcəyini demişdir. Düşünmüşdür ki, oğlu Abdullanın sənədlərini toplayıb “Socar”a verər və Abdulla işə qəbul olar. O da Əhmədovdan pul alıb öz şəxsi ehtiyaclarına xərcləyər. Əhmədov da bu işin neçə həll olacağını dedikdə, o, 2000 manat qarşılığında oğlunu 1 ay ərzində işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra onlar 18 sentyabr 2023-cü il tarixdə Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx"ın yanında olan çay evində görüşmüşlər. Əsgər də onların yanında olmuşdur. Əhmədov oğlunun işinin həll edilməsi üçün Əsgərin şahidliyi ilə ona 2000 manat pul vermişdir. O da Əhmədova 1 ay ərzində işi həll edib Abdullanı “Socar”a mühafizəçi düzəldəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra Əhmədovdan Əsgərin şahidliyi ilə onlardan istədiyi oğluna aid olan sənədləri, yəni şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini və sağlamlıq barədə arayışı almışdır. Bundan sonra “Socar”a mühafizəçi işinə düzəlməyin çətin olduğunu və imtahanla qəbulun olduğunu görüb Əhmədovdan aldığı 2000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra iş alınmadığı üçün Əhmədov və oğlu Adbulla pulu tələb etməyə başlamışlar. O, ilk əvvəl işin uzandığını deyib qısa müddətə Abdullanı işlə təmin edəcəyinə söz vermişdir. Düşünmüşdür ki, bir az vaxt qazanıb Əhmədovdan aldığı 2000 manat pulu geri ödəyib işin alınmadığını deyər. Lakin həmin vaxt 2000 manat məbləğdə pulu olmadığı üçün pulu geri ödəyə bilməmişdir. Bundan sonra Əhmədovun özünə aldığı 2000 manat puldan hissə-hissə olmaqla ümumilikdə 400 manat qaytarmışdır. Əlavə olaraq Əhmədov restoranlarda oturub yeyib içdikdən sonra ona zəng edərək hesabı bağlamağını xahiş etdiyi üçün də ümumilikdə təxminən 800 manata yaxın pul xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 2023-cü ilin yay ayları ərzində tanışı Şahid3 vasitəsilə tanımışdır. Belə ki, 2023-cü ilin may ayı ərzində o, Tovuz rayonu “Rəmə” adlanan ərazidə yerləşən 40 sot pay torpaq sahəsini satmaq üçün Tovuz rayonuna getmişdir. Torpağı satmaq üçün makler axtarmağa başlamışdır. Daha sonra Hüseyn adlı maklerlə tanış olmuşdur. Hüseyn həmin torpaq sahəsini satmaqda ona köməklik göstərmişdir. Həmin vaxt onun Hüseynlə yaxın münasibəti yaranmışdır. Bakı şəhərinə qayıdandan təxminən 1-2 ay sonra Hüseyn ona zəng etmişdir. Qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs5 qızı Şahid2 barədə ona danışıb bildirmişdir ki, Aytac ali təhsillidir, 2021-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya fakultəsini bitirib, hazırda onu işə düzəltmək istəyirlər, bunun üçün onun kömək etməyini istəmişdir. Söhbət zamanı o, bildirmişdir ki, bir-iki nəfər şəxslə məsləhətləşib onlara xəbər edər. O, həmin şəxslərlə bu barədə söhbət etdikdən sonra onlar ona bu işi həll etməyə köməklik edə biləcəklərini bildirmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs5 özü ilə telefon vasitəsilə əlaqə saxlamış və işi həll edə biləcəyini bildirmişdir. Bunun müqabilində o, Vəfadan 5000 manat pul istəmişdir. Vəfa da pulu düzəldib verməyə razılaşmış, lakin hazırda həmin məbləğin olmadığını, yaxın günlərdə düzəldəcəyini bildirmişdir. Bir neçə gün sonra Vəfa, onun Vəfaya atdığı, arvadı Lamiyə Zeynalovanın (Süleymanovanın) adına olan kart hesabına 4000 manat pul göndərdiyini bildirmişdir. Bir həftə keçdikdən sonra Vəfa 1000 manatı da həmin kart hesabına göndərmişdir. Həmin ərəfələr borcu olduğu üçün o, Zərərçəkmiş şəxs5 ona göndərdiyi 5000 manat pulu öz borclarına paylamışdır. Fikirləşmişdir ki, sonradan pul düzəldib Zərərçəkmiş şəxs5 işini həll edər. Lakin nə pul düzəldə bilmiş, nə də işi həll edə bilmişdir. 2023-cü ilin sentyabr və ya oktyabr ayları görmüşdür ki, işi alındıra bilmir, zəng edib bu barədə Zərərçəkmiş şəxs5 demiş və tez bir zamanda pullarını qaytaracağına söz vermişdir. Lakin yenə həmin məbləği düzəldə bilməmişdir. Arvadı Lamiyənin adına olan kart həmin vaxtlar onun istifadəsində olmuş, öz kartı olmamışdır. Lamiyənin özünün isə həmin kart hesabına göndərilən pullardan heç bir məlumatı olmamışdır, özü də ona bu barədə heç nə deməmişdir. Karta göndərilən 5000 manatı xatırlamadığı yerlərdə nağdlaşdırıb istifadə etmişdir. Bundan başqa, ortaq tanışları vasitəsilə təxminən bir müddət əvvəl X4 tanımışdır. 2023-cü ilin təxminən yay aylarında Nurəddinlə söhbət zamanı o, işsiz olduğunu bildirmiş və ondan işə düzəlməyinə köməklik etməyini xahiş etmişdir. O da həmin zaman fikirləşmişdir ki, bəlkə bir tanış vasitəsilə Nurəddini “Socar”a mühafizəçi işinə düzəldə bilər və Nurəddinə bu işi 2000 manata həll edə biləcəyini bildirmişdir. Nurəddin razılaşmış və 03 sentyabr 2023-cü il tarixdə Keşlə parkında Nurəddin ona 2000 manat pul vermişdir. Onun şəxsi ehtiyacları olduğu üçün həmin pulu xərcləmiş və fikirləşmişdir ki, Nurəddin pulunu istəsə pul tapıb qaytarar, sonra Nurəddinə demişdir ki, işi alınmır, onun pulunu qaytaracaq. Bir müddət sonra 500 manat pul düzəldib Nurəddinə qaytarmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin onunla barışdıqlarını, bir daha belə əməllərə yol verməyəcəyini göstərmiş, həmin halları və himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə Bərdə rayonunda oğlu Feruz Əzizov idarə etdiyi avtomobillə iki nəfər şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işinin istintaqı aparılmışdır. O, oğlu Feruz tutulmasın deyə bir neçə adama xahiş etmişdir. 2023cü ilin may ayında dayısı oğlu Şahid5 tanışları olduğunu və onların vasitəsilə oğlu Feruzun işini həll edə biləcəklərini demişdir. O, həmin şəxslərin kim olduqlarını və hansı məbləğdə pula həll edəcəklərini soruşmuş, Qədir ona müdiri olan Məmməd adlı şəxsin tanışı Anar adlı şəxsin Baş prokurorluqda işləyən vəzifəli şəxsin qohumu olduğunu və onun vasitəsilə 25000 manat pula oğluna köməklik edəcəklərini bildirmişdir. O, Qədirlə razılaşıb həmin şəxslərlə görüşmək istədiyini demiş, onlarla görüşməyi üçün 2023-cü il may ayının ortalarında Bakı şəhəri Nizami rayonunda yerləşən “Xan qızı” adlı restorana gəlmişdir. O, xalasıoğlu Mail, Qədirin böyük qardaşı dayı oğlu Adil və qardaşı oğlu Aftandillə birlikdə olmuşdur. Həmin gün Qədir işdə olduğu üçün görüşə gələ bilməmişdir. Bir müddət sonra Məmməd adlı şəxs gəlmişdir. Onlar Məmmədlə söhbətləşən zaman o, Anarın qohumu vasitəsilə bu işi kömək edəcəyini bildirmiş və təxminən 1 saat sonra Anar da oturduqları restorana gəlmişdir. Onlar birlikdə oturub söhbət etmişlər, o, oğlunun tutulmamağı üçün köməklik etmələrini xahiş etmişdir. Məmməd Anarın Baş prokurorluqda işləyən general rütbəli qohumu vasitəsilə köməklik edə biləcəklərini bildirmiş, Anar da bunu təsdiq etmişdir. Məmməd Anarla onları tanış etdikdən sonra söhbətlərinə qarışmamışdır. Anar söhbət zamanı şikayətçinin olub-olmadığını soruşmuşdur. O, Anara ölən şəxslərin birinin ailə üzvlərinin şikayətçi olmadığını, lakin digər ölən şəxsin ailə üzvlərinin şikayətçi olduqlarını bildirmişdir. Anar da özlərinin bütün məsələni həll edəcəklərini demişdir. Anar ona Baş prokurorluqda işləyən adını bildirmədiyi general rütbəli qohumu vasitəsilə oğlu Feruz barəsində Bərdə RPŞ-də olan cinayət işini yüngülləşdirəcəyini, oğlunun məhkəmə ilə 5 il icbari cəza aldıracağına söz vermişdir. O, Anara əsas oğlunun tutulmaması üçün xahiş etmiş, Anar da narahat olmamağını, polis orqanında və məhkəmə orqanında oğlunun tutulmayacağına söz vermişdir. O, Anarı tanımadığını bildirib ona dediyi 25000 manat puldan 10000 manatını indi, qalan 15000 manatını isə məhkəmə başlayan günü verəcəyini bildirmiş, Anar onunla razılaşmışdır. Ona görə o, həmin oturduqları restoranda pulu sayaraq Anara tərəf uzatmış, Anar Məmmədə pulu götürməyini bildirmişdir. Pulu verdikdən sonra Anar ona təxminən üç ay ərzində işin yüngülləşdirilmiş halda məhkəməyə göndəriləcəyini və oğlunun 5 il icbari cəza alacağını bildirmişdir. Bir müddət sonra Anar, Məmməd, Təbriz adlı şəxs və özünü axund kimi təqdim edən Nəriman adlı şəxs Bərdə şəhərinə gəlmişlər. Ondan ikinci ölən şəxsin ailə üzvləri ilə görüşmək istədiyini dedikləri üçün onların yaşadığı evə getmişlər. Lakin həmin ölən şəxsin ailə üzvləri onlara “Vaz 21011” markalı avtomobil aldıqdan sonra şikayəti götürüb-götürməyəcəklərinə baxacaqlarını bildirmişlər. O da konkret olaraq barışıq ərizəsi verəcəklərinə əmin olduqdan sonra avtomobil alacağını bildirmişdir. Bu səbəbdən onların arasında razılaşma olmamışdır. Zərərçəkmiş şəxsin yaxın qohumlarının yaşadığı evdən çıxdıqdan sonra Anar şikayətçi olduğu təqdirdə belə ona narahat olmamağını, oğlunun azadlıqda qalacağını bildirmişdir. O, əsas oğlunun tutulub-tutulmayacağını soruşmuş, Anar oğlunun tutulmayacağına ona söz vermişdir. Bundan təxminən 1 ay sonra Qədir qardaşı oğlu Aftandilə zəng edərək Anarın pulun geri qalan 15000 manatını da istədiyini bildirmişdir. X21 aralarında razılaşdıqlarını, geri qalan 15000 manatı işin sonunda verəcəklərini bildirdikdə Qədir Anarın işi Baş prokurorluqda həll etdiyi qohumunun məzuniyyətə gedəcəyini və təcili olaraq pulun geri qalan hissəsinin çatmalı olmasını bildirmişdir. O, pulun bir hissəsini verdikləri üçün məcbur olub işin müsbət həll olmasına görə geri qalan 15000 manatı da verməyə razılaşmışdır. Pulun geri qalanını verməsə oğlunun işinin daha da çətinləşəcəyini düşündüyündən onlar yenidən 2023-cü ilin iyul ayının sonlarında Nizami rayonunda yerləşən “Cənnət” adlı restoranda dayısı oğlu Qədir, Anar və Məmmədlə birlikdə görüşmüşlər. Görüş zamanı Anar istintaq və məhkəmə dövründə Feruzun tutulmayacağını və 5 il icbari cəza ilə həll edəcəklərini bildirmişlər. Anar işi həll etdiyi Baş prokurorluqda işləyən qohumunun məzuniyyətə getdiyini və təcili geri qalan 15000 manatı da çatdırılmasını bildirmişdir. O, təki oğlu Feruz tutulmasın deyə Anarın dedikləri ilə razılaşmışdır. Buna görə pulun geri qalanı 15000 manatını görüş zamanı sayıb stola qoymuş, onlarla sağollaşıb Qədirlə oradan çıxıb getmişlər. Lakin konkret olaraq pulu kimin götürdüyünü görməmişdir. Bundan sonra o, Anarla əlaqə saxlayıb işi maraqlandıqda Anar ona narahat olmamağı və işin həll edildiyini bildirmişdir. O, ümumiyyətlə Məmmədlə telefon əlaqəsi saxlamamış və mobil nömrəsini bilməmişdir. Anar və o, mütəmadi olaraq birbirlərinə zəng edərək işlə maraqlanmışlar. Anar da hər telefon zəngində ona narahat olmamağını bildirmişdir. Hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq oğlunun heç bir hüquq-mühafizə orqanı tərəfindən çağırılmadığını görüb Anarın işin həll etdiyini düşünmüşdür. Lakin 2023-cü ilin sentyabr ayında Bərdə RPŞ-nin müstəntiqi oğlu Feruzu polis şöbəsinə çağırıb həbs etdikdən sonra ona məlum olmuşdur ki, Anar onu aldadıb pulunu ələ keçirmişdir. O, Anarla danışıb niyə oğlunun tutulduğunu və işi neçə həll etdiklərini soruşmuş, Anar ona anlaşılmazlıq olduğunu və oğlunu qısa müddətə türmədən çıxardacağını bildirmişdir. Lakin oğlu Gəncə istintaq təcridxanasına köçürüldükdən sonra o, qardaşı oğlu Aftandillə Bakı şəhərində Anar və Məmmədlə görüşmüşdür. Onlara verdiyi pulu tələb etdikdə Anar və Məmməd ilk əvvəl başqa adamlar vasitəsilə işi həll edəcəklərini desələr də, yenə onların yalan danışdıqlarını bildiyi üçün pulunu geri qaytarmalarını tələb etmişdir. Anar da qısa müddətə pulu geri qaytaracaqlarına söz vermişdir. Həmçinin söhbət zamanı oturduqları çay evindən çıxdıqdan sonra Aftandil Məmməd və Anarın səsini yazmışdır. Məmməd onun verdiyi 25000 manat puldan 1000 manatının özündə, 2000 manatının Qədirdə, geri qalan 22000 manatının isə Anarda olduğunu bildirmişdir. Anar da Məmmədlə razılaşaraq qısa müddətə pulu qaytaracağına söz vermişdir. O, bu barədə Qədirdən soruşduqda, Qədir iş həll olduqdan sonra Anarın şirinlik olaraq 1000 manat ona verəcəyini, lakin heç bir pul almadığını bildirmişdir. Lakin sonradan Məmməd ölkəni tərk edərək İstanbul şəhərinə getmişdir. Məmməd İstanbul şəhərinə getməmişdən əvvəl onlar Anar, Qədir, Məmməd və onların tanışları birlikdə 2023-cü ilin sentyabr ayının axırlarında Bakı şəhərində sonuncu dəfə görüşmüşlər. Görüş zamanı Anar ondan işi həll etməsi üçün 10 gün vaxt istəmiş, həll olmayacağı təqdirdə pulu özünün tam olaraq qaytaracağını bildirmişdir. Təxminən 10 gün sonra Anar və Məmmədlə birlikdə yenidən görüşdükdə Anar pulu tam olaraq qısa müddətə qaytaracağına söz versə də, heç bir ödəniş etmədiyi üçün o, məcbur olub hər ikisi barəsində Nizami RPİ-nin 25-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra özünü Anarın qaynatası kimi təqdim edən şəxs ona 3000 pulu verərək geri qalan 22000 manatı 30 oktyabr 2023-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. Buna görə o, bu barədə 25-ci polis şöbəsinə əl yazı yazıb təqdim etmişdir. Lakin bundan sonra onlar heç bir ödəniş etməmişlər. O da məcbur olub Anar, Məmməd və Qədirə görə banklara faiz ödəmişdir. Zərərçəkmiş şəxs1 30 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 2 saylı notariat ofisində təsdiqlənmiş və məhkəməyə təqdim etdiyi eyni tarixli ərizələrində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7 il əvvəldən tanımış, onunla normal münasibəti olmuşdur. Anarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, o, əvvəllər müxtəlif tədbirlərdə yemək verilməsi işinin təşkili ilə məşğul olmuş, Anar da həmin zamanlar İçərişəhərdə yerləşən “Art Garden” restoranında mühafizəçi işləmişdir. Həmin restoranda o, tədbirlər təşkil edən zaman Anarla tanış olmuşdur. Sonradan topdan şəkildə qəlyan və ona aid ləvazimatlar satmağa başlamışdır. Təxminən 2020-ci ildə Anar çay evi işlətdiyinə görə ondan qəlyan aparatları almışdır. Həmin aparatların pulundan Anarın ona 400 manat borcu qaldığı üçün ara-sıra zəngləşib görüşmüşlər. Sonuncu dəfə 2023-cü ilin yanvar ayında Anarla Nizami rayonu ərazisində görüşmüşlər. Anar ona torpaq, obyekt və mənzil sənədləşdirilməsi işinə düzəldiyini və vəzifədə işləyən tanışları olduğunu bildirmişdir. O, 2020-ci ilin aprel ayında Hövsan qəsəbəsində yol kənarından 5 sot torpaq sahəsini etibarnamə ilə almış və etibarnamə həyat yoldaşı Röyalənin adına verilmişdir. Torpaq sahəsinin mülkiyyət və digər sənədi olmamış, lakin faktiki istifadəçisinə pul verib torpağı almışdır. O, həmin torpaq sahəsində ilk əvvəl yaşayış evi, sonradan isə evlə yanaşı kiçik bir obyekt də tikmək istəmiş, lakin onları tikməyə icazə almağa cəhd etsə də ala bilməmişdir. Anarla görüşdə ona Suraxanı rayonu Hövsan qəsəbəsində torpaq sahəsinin olduğunu, həmin sahədə ev və mağaza tikmək istədiyini bildirmişdir. Çünki torpaq sahəsini etibarnamə ilə aldığından texniki pasportu olmamışdır. Anar ona bu işdə köməklik göstərəcəyini bildirmişdir. O da Anarı uzun müddət əvvəl tanıdığından və Anar özünə əmin danışdığından onun dediklərinə inanmışdır. Bundan sonra Anarla gedib torpaq sahəsinə baxmışlar. Anar qısa müddətə torpaq sahəsinə texniki pasport verdirəcəyini və tikinti aparmağa da icazə veriləcəyini bildirmişdir. Anar ondan tikdirəcəyi obyektin və evin kvadratlarını soruşduqdan sonra ümumilikdə 10500 manata bu işi həll edəcəyini bildirmişdir. O da Anarla razılaşıb pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna görə 16 yanvar 2023-cü il tarixdə Nizami rayonunda yerləşən “Cənnət” adlı restoranın qarşısında 7000 manat, 24 yanvar 2023-cü il tarixdə isə Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən “Şuşa” adlı kafenin qarşısında onun “Hyundai Genesis” markalı, **- OR-*** nömrəli avtomobilində Anara 3500 manat pul vermişdir. Anar 1 həftə ərzində torpağa texniki pasport aldıracağını və onun da rahat tikintiyə başlayacağını bildirmişdir. Bundan sonra Anar lahiyə çəkən adını bilmədiyi şəxslə gəlib torpaqda hansı formada ev və obyekt tikmək istədiyini soruşmuşdur. O da ona evin və obyektin formasını demişdir. O, lahiyə ilə bağlı hər hansı ödəniş edəcəyini soruşduqda Anar verdiyi pulun içində lahiyənin də həll olunacağını bildirmişdir. Bildiyi qədəri ilə Anar 500 manat lahiyənin çəkilməsinə ödəmişdir. Bundan sonra Anar işi uzatmağa başlamışdır. Anar onun zənglərini açmadığına və məsələni uzatdığına görə o, Anardan pulunu tələb etməyə başlamışdır. Anar bundan sonra işin alınmadığını deyib qısa müddətə pulunu qaytaracağına söz vermişdir. Onunla razılaşıb ilk əvvəl heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Çünki Anarı uzun müddət əvvəldən tanımış və onu aldadacağını düşünməmiş, iş alınmadığı üçün Anarın pulunu qısa müddətə geri qaytaracağını düşünmüşdür. Lakin Anar heç bir ödəniş etmədiyindən 2023-cü ilin oktyabr ayında Anardan Nizami RPİ-nin 25-ci polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Bundan sonra Anar ona 3000 manat ödəniş etmişdir. Anar ödəniş etdikdən sonra geri qalan pulu qısa müddətə ödəyəcəyinə söz versə də, heç bir ödəniş etməmişdir. Anar Suraxanı rayon İcra Hakimiyyətində hansısa tanışı olmasını və onun vasitəsilə bu işi həll edəcəyini demiş, lakin həmin şəxsin adını və ya telefon nömrəsini ona verməmiş, eləcə də onu həmin şəxslə görüşdürməmişdir. Hər iki dəfə də Anara pul verəndə onun səsini yazmışdır. O, pulu verəndə Anar onun yanından kiməsə zəng vurub pulu aldığını demişdir. Lakin həmin şəxsin kimliyini bilmir. Artıq iş alınmayandan sonra işi uzadanda guya Şəhərsalma İdarəsində də tanışı olduğunu demiş, lakin həmin şəxs barədə də ona dəqiq bir məlumat verməmişdir. O, hətta işin həlli uzananda Suraxanı rayon icra hakimiyyətinə gedib maraqlanmış, orada onun məsələsi ilə bağlı hansısa iş getmədiyi və sənəd hazırlanmadığı ona bildirilmişdir. Anar ona demişdir ki, layihə çəkdirir, hətta bir nəfər layihə çəkən şəxsi də torpaq sahəsinə göndərmiş, lakin sonradan Anar ona layihə təqdim etməmişdir. O, Anara pul verəndə Anarın pulu alması barədə zəng edib məlumat verdiyi şəxsi tanımır, hesab edir ki, həmin şəxs layihə çəkmək üçün gəlib torpağa baxan şəxs olmuşdur, amma sonradan həmin şəxsin onunla bir əlaqəsi, eləcə də onun işinin həlli ilə bağlı bir hərəkəti və əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 30 oktyabr 2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmiş, təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən yay aylarında tanışları vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Anarla söhbət zamanı o, müxtəlif dövlət orqanlarında və şirkətlərdə geniş əlaqələri olduğunu bildirmişdir. Həmçinin Anarla birlikdə olan zaman ona bir çox şəxslərin müxtəlif məsələlərlə bağlı zənglər etdiyini görmüş, Anar eyni zamanda 3 ədəd mobil telefon işlətmişdir. Anarın danışıq və davranışından onun ciddi işgüzar insan olduğunu güman etmiş, lakin Anarın konkret nə işlə məşğul olduğunu bilməmişdir. İşsiz olduğu üçün Anarla tanışlıqdan bir müddət sonra onunla telefonla danışıb işə düzəlmək istədiyini bildirmişdir. Anar aylıq məvacibi 300-400 manat olan işə onu pulsuz da düzəldə biləcəyini demişdir. O isə o qədər məvacibi olan işi özü də tapa biləcəyini bildirmiş və ona daha çox məvacib verən ciddi bir iş lazım olduğunu demişdir. Bu halda Anar demişdir ki, onu “Socar” şirkətinə mühafizəçi işinə düzəldə bilər və aylıq məvacibi 1000-1200 manat civarında olacaq, lakin həmin işə düzəlmək üçün hörmət etmək lazımdır, əslində həmin işə daha yüksək məbləğə qəbul edirlər, ancaq o, öz tanışı vasitəsilə 2000 manata onu həmin işə götüzdürə bilər. O, Anarın təklifi ilə razılaşmış və 03 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən Keşlə parkında Anarla görüşmüşdür. Anar görüşə tək gəlmiş, onun isə anası və qardaşı Elcan yanında olmuşdur. O, həmin zaman Anara 2000 manat pulu vermiş, Anar 10-15 günə onun işə götürülmə məsələsini həll edəcəyini demişdir. Hətta Anar ona işə qəbul olunmaq üçün sağlamlıq və məhkumluq haqqında arayış da aldırmış və onunla birlikdə şəxsiyyət vəsiqəsinin surətini də götürmüşdür. Anara pul verəndən təxminən 15 gün sonra onun təklifi ilə birlikdə Nizami Rayon Məhkəməsinin yanında yerləşən “Socar” şirkətinin bir idarəsinin qarşısına getmişlər. Anarın təklifi ilə o, kənarda gözləmiş, təxminən bir saata yaxın gözlədikdən sonra Anar gəlib onun tanışının hazırda işdə olmadığını demişdir. O, Anarın həmin idarəyə daxil olduğunu görməmiş, o, idarənin mühafizəçisi ilə danışmış, ondan sonra onlar oradan ayrılmışlar. Daha sonra isə Anar hər dəfə müxtəlif bəhanələr gətirib onun işə düzəlmə məsələsini həll etməmişdir. O, Anardan pulunu tələb etməyə başlamış, uzun təkidlərdən sonra Anar 2000 manatdan 500 manatı ona qaytarmışdır. O, Anardan şikayət etmək istəmiş, lakin anası xahiş edib ona vaxt verməyini istəmiş və pulu qaytaracağını bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Anar onun qalan pulunu qaytarmadığı üçün 29 fevral 2024-cü il tarixdə 23-cü polis bölməsinə şikayət etmişdir. Bölmədə araşdırma zamanı məlum olmuşdur ki, Anar ondan başqa şəxslərin də pulunu ələ keçirmişdir. Anar “Socar”da tanışı işlədiyini və onun işini də həmin şəxsin vasitəsilə həll edəcəyini desə də, həmin şəxsin adını bildirməmiş, həmin şəxsə “müəllim” demiş, onunla görüşdürməmiş və telefonla da danışdırmamışdır. Anar özü pulu həmin şəxsə verəcəyini demişdir. Zərərçəkmiş şəxs X8 məhkəməyə təqdim etdiyi 13 sentyabr 2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında işsiz olduğundan iş axtarmışdır. Atası ona demişdir ki, qonşuluqda yaşayan Şahid7 adlı şəxs onunla söhbət zamanı Təqsirləndirilən şəxs adlı tanışının deməsinə görə müxtəlif vəzifələrdə işləyən tanışları vardır. Təqsirləndirilən şəxs həmin tanışlarının vasitəsi ilə onu X22 mühafizəçi vəzifəsinə işə qəbul elətdirə bilər. O, razılıq verdikdən sonra atası Şahid7 vasitəsi ilə Təqsirləndirilən şəxsla görüşüb danışmışdır. Təqsirləndirilən şəxs da atasına onu X19 mühafizəçi vəzifəsinə işə qəbul elətdirə biləcəyini deməklə bunun müqabilində atasından 2000 manat pul və onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, sağlamlıq barədə arayış istəmişdir. Anarla görüşülən gün onun işləri olduğundan tibbi arayışı, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini, 2000 manat pulu atasına vermişdir. Atası Şahid7lə birlikdə 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 62 ünvanında yerləşən "xxxx"ın binasının qarşısında Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüş zamanı atası 2000 manat pulu Şahid7 iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs atasına onu bir həftə ərzində X19 mühafizəçi vəzifəsinə işə qəbul elətdirəcəyi vədini vermişdir. Ancaq həmin müddət keçdikdən sonra heç bir nəticə olmadığını görüb atası Təqsirləndirilən şəxsla əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirmişdir. Atası Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşdükdən sonra ondan pulun qaytarmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək həmin 2000 manat pulu qaytarmamışdır. O da Anarla bir neçə dəfə görüşüb pulunu qaytarmasını istəsə də, Anar heç bir ödəniş etməmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayan zaman o, 12 yanvar 2024-cü il tarixə 2000 manat pulu tam olaraq qaytaracağına söz versə də, həmin gündən sonra telefon zənglərinə cavab verməmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2000 manat pulu Təqsirləndirilən şəxs atası versə də, həmin məbləği atasına o, vermiş və onun öz şəxsi vəsaiti olmuşdur. Yəni, maddi zərər ona dəymişdir. O, həmin məbləği lombarddan faizə götürmüş, bu məbləğin əsas və faiz məbləğini özü ödəmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 30 avqust 2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır, Təqsirləndirilən şəxs tanımır və onu heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs o, qonşusu Şahid3 vasitəsilə tanımışdır. Belə ki, onun qızı Şahid2 ali təhsillidir, 2021-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya fakültəsini bitirmiş və universiteti bitirdikdən sonra Aytacı işə düzəltmək istəmişdir. 2023-cü ilin iyun ayında Tovuz rayonu Alakol kəndində yerləşən yaşadığı evdə qonşusu Şahid3 ilə söhbət edən zaman qızı Aytacı işə düzəltmək istədiyini bildirmişdir. Hüseyn ona Anar adlı tanışının olduğunu, Aytacı həmin şəxsin vasitəsi ilə işə düzəldə biləcəyini bildirib onun yanında Anara məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Söhbət zamanı Anar işi həll edə biləcəyini bildirmiş və “müəllimlə danışım, sizə xəbər edəcəm” demişdir. X23 məxsus mobil nömrəni ona vermişdir. Bundan sonra öz mobil nömrəsi ilə Anarın mobil nömrəsinə zəng etmiş, Anara qızı Aytac barədə məlumat verərək qızının ali təhsilli olduğunu, kimya və biologiya fakültəsini bitirdiyini, hazırda isə Aytacı işlə təmin etmək istədiyini bildirmişdir. Anar adlı şəxs də ona köməklik edə biləcəyini deyərək yenidən onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə saat sonra Anar mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq Aytacı yaxın kəndlərdən birinə müəllim kimi düzəldə biləcəyini, bunun müqabilində 5000 manat pul verməli olduğunu bildirmişdir. O da həmin şəxslə razılaşmış və hal-hazırda 4000 manat pul verə biləcəyini, 1000 manat pulu isə sonra verəcəyini bildirmişdir. Anar da onunla razılaşmışdır. Bundan sonra əri Şahid1 Tapdıq oğlu 22 iyul 2023-cü il tarixdə Tovuz rayonu Qovlar şəhəri ərazisindəki “Bizim market”də yerləşən ödəmə terminalı vasitəsilə Anarın təqdim etdiyi 4169 7385 6174 3190 nömrəli kart hesabına 4000 manat pul göndərmişdir. O da öz növbəsində Anarın mobil telefonuna zəng edərək 4000 manat pulu göndərdiyini, 1000 manat pulu isə daha sonra göndərəcəyini demişdir. Anar da razılaşmışdır. 01 avqust 2023-cü il tarixdə əri Laçın 1000 manat pulu Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən “Bizim market”də olan ödəmə terminalı vasitsəilə Anarın 4169 7385 6174 3190 nömrəli kart hesabına göndərmişdir. Bundan sonra Anar avqust ayının 15-də Aytacın işə qəbul olacağını ona bildirmişdir. 2023-cü ilin avqust ayının 15-də Anarla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Anar “hazırda problem yaranıbdır, sentyabr ayının 1-də Aytac işlə təmin olunacaqdır” deyə bildirmişdir. O, sentyabr ayının 1-nə kimi gözləmək məcburiyyətində qalmışdır. Həmin tarixdə Anarla yenidən telefon vasitəsilə əlaqə saxlamış və Anar müxtəlif bəhanələrlə Aytacın işə qəbul olma müddətini uzatmağa başlamışdır. Daha sonra Anar Aytacın işə qəbul olma məsələsinin alınmadığını deyərək onların pulunu geri qaytaracağını demişdir. O, razılaşmış və Anarın pulu geri qaytarmasını gözləmişdir. Anar isə hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı məbləği qaytarmaqdan imtina etmişdir. Sonuncu dəfə əri Laçın 2023-cü ilin noyabr ayında Anarla mobil telefon vasitəsilə əlaqə saxladıqda Anar yenə də pulu geri qaytaracağını vəd etmiş, lakin vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs5 14 noyabr 2024-cü il tarixdə Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, maklerlik fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs5 və ailəsini tanıyır, onun qonşusudurlar. Təqsirləndirilən şəxs isə baş vermiş hadisəyədək təxminən 7-8 ay olar ki, tanımışdır. 2023-cü ilin təxminən yay aylarında Anar adlı şəxsin Tovuz rayonu Sarıtala kənd ərazisində yerləşən pay torpağını satmasında ona köməklik etmişdir. Həmin ərəfələr Anar ona Təhsil Nazirliyində işlədiyini, lazım olarsa kiminsə işə düzəlməsində köməklik edə biləcəyini demişdir. 2023-cü ilin iyun ayında qonşusu Vəfa ilə söhbət əsnasında Vəfa ona qızı Aytacı işə düzəltmək istədiyini bildirmişdir. O da Vəfaya Anar adlı şəxsin bu işdə köməklik edə biləcəyini, Təhsil Nazirliyində işlədiyini bildirmiş və Anarın mobil nömrəsini Vəfaya vermişdir. Bundan təxminən 1 ay sonra Vəfa ona demişdir ki, Anara pul vermiş, Anar isə Aytacı işə düzəldəcəyinə vəd vermişdir. Bununla bağlı Vəfa ona hətta təşəkkür də etmişdir. 2023-cü ilin sentyabr ayında Vəfa və əri Laçın onunla əlaqə saxlayaraq “Anar bizim işimizi düzəldə bilmədi, bizim pulumuzu geri qaytarsın” demişdir. O da həmin şəxslərə “siz özünüz onunla əlaqə saxlayın” deyə bildirmişdir. Həmin şəxslər də Anarla əlaqə saxladıqlarını, Anarın pulu geri qaytarmaq istəmədiyini bildirmişdir. O isə Anarla mobil telefon vasitəsilə əlaqə saxlamış və ona “sən məni qonşularım ilə düşmən eləmə, camaatın pulunu geri qaytar” demişdir. Anar da ona həmin şəxslərin pulunu geri qaytaracağını bildirərək narahat olmamağını demiş, lakin Anar Vəfanın pulunu geri qaytarmamışdır. Anar dəfələrlə Vəfanın pulunu geri qaytaracağını bildirsə də, pulu geri qaytarmamışdır. Bununla yanaşı o, Vəfanın Anara nə qədər pul verdiyini bilməmiş, sonradan Vəfa Anara 5000 manat verdiyini ona demişdir. Pul verilərkən özü həmin hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisidir. 19 aprel 2023-cü il tarixdə Bərdə rayonunda Raqubun oğlu Feruz idarə etdiyi avtomobillə iki nəfər şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində cinayət işinin istintaqı aparılmışdır. Raqub özü, həmçinin onun özü Feruzun bu hadisə ilə bağlı gələcəkdə tutulmaması və yüngül cəza alması ilə bağlı bir çox xahişlər etsələr də, müsbət bir cavab ala bilməmişlər. 2023-cü ilin may ayında qohumları Şahid5 Raquba bildirmişdir ki, onun tanışları vasitəsilə Feruzun işinin müsbət həlli mümkündür. Raqub ona Qədirlə bu barədə ətraflı danışmağını bildirmişdir. O da Qədirlə danışanda Qədir ona demişdir ki, müdiri Məmməd adlı şəxsin tanışı Anar adlı şəxs Baş prokurorluqda işləyən vəzifəli şəxsin qohumudur və onun vasitəsilə 25000 manat pula Feruza köməklik edəcəklər. Onlar da Qədirlə razılaşıb həmin şəxslərlə görüşmək istədiklərini demişlər. 21 may 2023-cü il tarixdə o, Raqub, qohumları Mail, Qədirin böyük qardaşı Adillə Bakı şəhəri Nizami rayonunda yerləşən “Xan qızı” adlı restorana gəlmişlər. Həmin gün Qədir işdə olduğu üçün görüşə gələ bilməmişdir. Bir müddət sonra Məmməd adlı şəxs gəlmişdir. Onlar Məmmədlə söhbətləşən zaman o, Anar adlı şəxsin qohumu vasitəsilə bu işə kömək edəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Anar da oturduqları restorana gəlmişdir. Onlar birlikdə oturub söhbət etmişlər. Məmməd Anarın Baş prokurorluqda işləyən general rütbəli qohumu vasitəsilə Feruzun işinə köməklik edə biləcəklərini bildirmiş, Anar da bunu təsdiq etmişdir. Məmməd Anarla onları tanış etdikdən sonra söhbətlərinə qarışmamışdır. Anar söhbət zamanı şikayətçinin olub-olmadığını soruşmuş, onlar Anara ölən şəxslərin birinin ailə üzvlərinin şikayətçi olmadığını, lakin digər ölən şəxsin ailə üzvlərinin şikayətçi olduqlarını bildirmişlər. Anar da özləri bütün məsələni həll edəcəklərini demişdir. Anar ona Baş prokurorluqda işləyən adını bildirmədiyi general rütbəli qohumu vasitəsilə Feruz barəsində Bərdə rayob polis şöbəsində olan cinayət işini yüngülləşdirəcəyini, Feruza məhkəmə ilə 5 il icbari cəza aldıracağına söz vermişdir. Raqub ona əsas oğlunun tutulmaması üçün xahiş etmişdir. Anar da narahat olmamağı, polis və məhkəmə orqanlarında Feruzun tutulmayacağına söz vermişdir. Raqub Anarı tanımadığını bildirib ona dediyi 25000 manat puldan 10000 manatını indi, qalan 15000 manatını isə məhkəmə başlayan gün verəcəyini bildirmiş, Anar onlarla razılaşmışdır. Ona görə Raqub həmin zaman oturduqları restoranda 10000 manat pulu sayaraq Anara tərəf uzatmış, Anar Məmmədə pulu götürməyini bildirmiş, Məmməd də pulu Raqubdan almışdır. Pulu verdikdən sonra Anar onlara təxminən üç ay ərzində işin yüngülləşdirilmiş halda məhkəməyə göndəriləcəyini və Feruzun 5 il icbari cəza alacağını bildirmişdir. Daha sonra onlar çıxmış, lakin Anarla Məmməd orada qalmışlar. Bir müddət sonra Anar, Məmməd, Anarın həmyerlisi Təbriz adlı şəxs və özünü axund kimi təqdim edən Nəriman adlı şəxs Bərdə şəhərinə gəlmişlər. Nəriman da Bərdə şəhərində adı yadında olmayan axund ilə gəlmişdir. Onlar ikinci ölən şəxsin ailə üzvləri ilə görüşmək istədiyini dedikləri üçün, onların yaşadığı evə getmişlər. Lakin həmin ölən şəxsin ailə üzvləri onlara “Vaz 21011” markalı avtomobil aldıqdan sonra şikayəti götürüb-götürməyəcəklərinə baxacaqlarını bildirmişlər. Raqub da konkret olaraq barışıq ərizəsi verəcəklərinə əmin olduqdan sonra avtomobil alacağını bildirmişdir. Bu səbəbdən də onların arasında razılaşma olmamışdır. Zərərçəkmiş şəxsin yaxın qohumlarının yaşadığı evdən çıxdıqdan sonra Anar onlara şikayətçi olduğu təqdirdə belə narahat olmamalarını və Feruzun azadlıqda qalacağını bildirmişdir. Təxminən 1 ay sonra Qədir ona zəng edərək Anarın pulun geri qalan 15000 manatını da istədiyini bildirmişdir. Onlar da Qədirə Anarla aralarında razılaşdıqlarını, geri qalan 15000 manatı işin sonunda verəcəklərini bildirsələr də, Qədir Anarın işi Baş prokurorluqda həll etdiyi qohumunun məzuniyyətə gedəcəyini və təcili olaraq pulun geri qalan hissəsinin çatmasını bildirmişdir. Raqub da pulun bir hissəsini verdiyi üçün məcbur olub işin müsbət həll olunmasına görə geri qalan 15000 manatı da verməyə razılaşmışdır. Ona məlum olmuşdur ki, 2023-cü ilin iyul ayının sonlarında Raqub özü Bakıya gedərək Nizami rayonunda yerləşən “Cənnət” adlı restoranda Qədirin iştirakı ilə Anar və Məhəmmədlə birlikdə görüşmüşlər. Görüş zamanı Raqub 15000 manatı Anargilə vermişdir. Bundan sonrakı müddət ərzində Raqub Anarla əlaqə saxlayıb işi maraqlandıqda o, Raquba narahat olmamağı və işin həll edildiyini bildirmişdir. Lakin 2023-cü ilin sentyabr ayında Bərdə rayon polis şöbəsinin müstəntiqi Kənan Feruzu polis şöbəsinə çağırıb həbs etdikdən sonra onlara məlum olmuşdur ki, Anar onları aldatmış və verilən pulu ələ keçirmişdir. Raqub Anarla danışıb niyə oğlunun tutulduğunu və işi necə həll etdiklərini soruşmuş, Anar Raquba anlaşılmazlıq olduğunu və tezliklə Feruzu həbsdən azad etdirəcəklərini bildirmişdir. X25 istintaq təcridxanasına köçürüldükdən sonra Raqubla birlikdə o, Bakı şəhərində Anar və Məmmədlə görüşmüşlər. Həmin görüşdə Məmməd Anarın üzünə bildirmişdir ki, bütün pullar Anardadır və hətta onu söymüşdür. Anar da səsini çıxartmamış, yəni pulun onda olduğunu etiraf etmişdir. Sonra Anar onlara bir həftəyə pulu tam qaytaracağını söz vermişdir. Sonda isə heç bir pul qaytarılmadığı üçün Raqub məcbur olub polisə şikayət etmişdir. Şikayət olunduqdan sonra Anar Raquba 3000 manat qaytarmış və qalan pulu da 10 günə qaytaracağını bildirsə də, lakin yenə pul qayıtmamışdır. Raqub ifadəsində onun Anargilin görüş zamanı səslərini yazmağını düzgün göstərməmişdir. Əslində Raqub özü 15000 manatı Anargilə verəndə onların səsini yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisi oğludur. Raqubun oğlu Feruz 2023-cü ilin aprel ayında Bərdə rayonunda idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki nəfər şəxs ölmüş və buna görə Feruzun barəsində Bərdə rayon polis şöbəsində cinayət işi istintaq edilmişdir. Raqub oğlu Feruzu cəzadan qurtarmaq üçün yollar axtarmışdır, çünki oğlunun yaşı az olduğu üçün onun tutulmasını istəməmişdir. Bütün baş verənlərdən onun da məlumatı olmuşdur. Raquba oğlunun tutulmaması üçün külli miqdarda pul lazım olduğunu bildirmişlər. O, həmin ərəfədə "xxxx" ASC-də yaşayış evi tikintisində fəhlə işləmişdir. Bu barədə iş yoldaşları ilə aralarında olan söhbət zamanı danışarkən onunla birlikdə fəhlə işləyən Məmməd adlı şəxs ona yüksək vəzifələrdə işləyən qohumları olduğunu, onların vasitəsi ilə məhkəmədə Feruzun şərti cəza ilə buraxılacağını təşkil edə biləcəyini demişdir. Məmməd ona Səbail rayon prokurorunun onun bacanağı olmasını bildirmişdir. Bundan sonra Məmməd özündə olan mobil telefonla zəng edərək kiminləsə danışmağa başlamış və Məmməd ona bacanağı ilə danışdığını bildirmişdir. O, Məmmədə qəzada iki nəfərin öldüyünü, ölmüş şəxslərin birinin qohumlarının şikayətçi olduqlarını, digərinin isə şikayətçi olmadığını bildirmişdir. Məmməd də yenidən zəng edib həmin şəxslə danışdıqdan sonra ona qohumunun ölənlərin hər birinə görə 12500 manat pul olmaqla ümumilikdə 25000 manat pul istənildiyini bildirmişdir. İş həll olduqdan sonra özünə əlavə olaraq 2000 manat pul istəmişdir. O da bu barədə Raquba zəng edib məlumat vermişdir. Raqub da Məmmədin mobil nömrəsini ondan götürüb onunla özünün əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Raqub özü Məmmədlə əlaqə saxlayaraq danışmış və öz aralarında razılaşmışlar. Təxminən 2023-cü ilin may ayının ortalarında Raqub özü Bakı şəhəri Nizami rayonunda yerləşən “Xan qızı” adlı restoranda Məmməd və onunla gələn Anar adlı şəxslə görüşərək, orada onlara 10000 manat pul vermişdir. Qalan 15000 manatı isə öz aralarında olan razılığa görə iş məhkəməyə getdikdən sonra veriləcəkdir. Həmin görüşdə Raqubun qardaşı oğlu Aftandil, onun qardaşı Adil və dayısı oğlu Mail olmuşdur. Eşitdiyi qədəri ilə görüş zamanı Anar özünün yüksək vəzifədə işləyən qohumları vasitəsilə Feruza 5 il şərti cəza aldıracağına söz vermişdir. Həmin vaxt o, işdə olduğu üçün görüşə gedə bilməmişdir. Bir müddət sonra Məmmədin qolu sındığından işə gəlməmişdir. Təxminən 2023-cü ilin iyul ayının axırlarında Məmməd ona mobil telefonla zəng edərək, işi görən Baş prokurorluqda işləyən generalın məzuniyyətə getdiyini, ona görə məzuniyyətə getməmişdən əvvəl işi görən şəxslərə pulun çatdırılmalı olduğunu bildirmiş, geri qalan 15000 manat pulun ona göndərilməsini istəmişdir. O da Məmmədə bunu Aftandilə zəng edib bildirməsini istəmişdir. Məmməd də ilk əvvəl onun zəng edib bildirməyini, daha sonra özünün zəng edib danışacağını demişdir. O da bu barədə Aftandilə məlumat verdikdən sonra o, Məmmədlə özü danışacağını bildirmişdir. 2023-cü ilin iyul ayının sonlarında o, işdə olarkən günortadan sonra Raqub ona telefonla zəng edərək, Məmməd və Anarın istədikləri 15000 manat pulu gətirdiyini və onunla birlikdə gedib onlarla görüşməyini istədiyini bildirmişdir. O da işdən icazə alıb Raqubla görüşmüş və onlar yolu tanımadıqları üçün Məmməd Raqubla onu qarşılamaq üçün “Neftçilər” metrostansiyası qarşısına gəlmişdir. Onlar birlikdə Nizami rayonunda yerləşən “Cənnət” adlı restorana getmiş və restoranda olan kabinetə daxil olduqda Anar içəridə oturmuşdur. Onlar salamlaşdıqdan sonra o, Anardan kim olduğunu soruşmuş, Anar özünü “Anar müəllim” kimi təqdim etmişdir. O, Məmmədə tərəf baxaraq Anarın kim olduğunu soruşmuş, Məmməd də işi həll edənin Anar olduğunu bildirmişdir. Məmməd Anarın da Baş prokurorluqda yüksək vəzifədə işləyən qohumları olmasını və onların vasitəsilə bu işi həll etdiyini demişdir. Belə ki, Məmmədin qohumu olan Səbailin prokuroru Anargili istiqamətləndirir. O, Anarı ilk dəfə idi ki, görmüş, həmin vaxtadək onunla hər hansı bir tanışlığı, görüşü, telefon danışığı olmamışdır. Raqub Anardan işin nə yerdə olduğunu soruşmuş, Anar da işin qaydasında getdiyini, sadəcə işi həll edən Baş prokurorluqda işləyən adını demədiyi generalın məzuniyyətə getdiyi üçün pulun geri qalanını istədiyini bildirmişdir. Raqub da oğlu Feruzun işinin tam olaraq həll olması üçün Anarla razılaşmışdır. Bundan sonra Raqub sellofan torbada olan pul bükümünü masanın üstünə qoymuş və Anar Raquba pulu saymaq üçün Məmmədlə çölə çıxmalarını bildirmişdir. Bundan sonra Raqubla Məmməd çölə çıxmış və restoranın həyətində olan ağaclıq tərəfdə pulu saymışlar. Həmin vaxt o, Anarla kabinetdə tək qalmışlar. O, Anardan bu işin dəqiq düzələcəyini soruşmuş, Anar ona Azərbaycan Respublikasında bu işləri ondan başqa həll edə biləcək adam olmadığını, işin alınmayacağı təqdirdə özü pulu tam olaraq geri qaytaracağını bildirmişdir. Anarın özünə əminliklə danışığı və hərəkətləri onu da inandırmışdır. Bir neçə dəqiqə sonra Raqubla Məmməd kabinetə girmiş, Məmməd pulu saydığını və tam olduğunu bildirmiş, Anar da Məmmədə pulu özündə saxlamağını demişdir. Raqub bir daha Anardan işin nəticəsi barədə soruşduqda, Anar onlara narahat olmamağı, belə işləri respublikada ancaq onun bacardığını, əsas işin “çubuq vuranın”, yəni hakimin əlində olduğunu, ona görə də Baş prokurorluqda işləyən general vasitəsilə işi məhkəmədə həll elətdirib Feruza 5 il icbari cəza verdirəcəyini bildirmişdir. Daha sonra o və Raqub onlarla sağollaşıb oradan çıxıb getmişlər. Bundan sonrakı müddətlərdə hər hansı bir nəticənin olmadığını gördüklərindən Raqub da, o da narahat olmağa başlamışlar. Raqub işlə əlaqədar olaraq ancaq Anarla telefon əlaqəsi saxlamışdır. 2023-cü ilin sentyabr ayında Feruz tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə Məmməd və Anara bildirdikdə, onlar nəsə anlaşılmazlıq olduğunu, işi məhkəmə ilə həll edib Feruzun həbslə bağlı olmayan yəni icbari cəza alacağını demişlər. Hətta həmin ərəfədə Məmməd ona vatsap vasitəsilə Anarla yazışmalarının fotoşəklini də göndərmiş, həmin yazışmalardan görünmüşdür ki, kimsə Anara mesaj atıb Feruzun yüngül cəza ala biləcəyini bildirmiş, həmçinin həmin yazışmalarda bu işin 25000 manata həl olunacağını bildirmişdir. O da Məmmədin ona göndərdiyi mesajları Aftandilə vatsap vasitəsilə göndərmişdir. Ancaq sonrakı günlərdə Məmməd və Anarın onları aldatdıqlarını başa düşmüş, onlardan aldıqları pulu qaytarmalarını istədikdə hər dəfəsində bir bahanə gətirərək qaytarmamışlar. Onlar bundan sonra Anar və Məmmədlə Bakı şəhərində görüşmüş, Anar işi başqa adamla həll edəcəyini bildirsə də, Raqub pulunun geri qaytarmasını tələb etməyə başlamışdır. Anar da pulu adını bildirmədiyi yüksək vəzifəli adamlara verdiyi üçün onlardan həmin pulları yığmaq üçün vaxt istəyib bütün pulu tam olaraq ödəyəcəyinə söz vermişdir. Raqub da Anara vaxt verməyinə baxmayaraq Anar Raquba ödəniş etməmiş və buna görə Raqub məcbur qalıb hadisə barədə şikayət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Məmməd ölkəni tərk etmişdir. Raqubdan alınan 25000 manat puldan ona hər hansı bir məbləğdə pul verilməmişdir. Bundan başqa, Məmməd xaricə getməmişdən təxminən 10-15 gün əvvəl, dəqiq tarix yadında deyil, onunla telefonla danışanda bildirmişdir ki, rayona getmək istəyir, pulu da azdır. Məmməd onu görüşə çağırmış və 6-cı mikrorayonda onunla görüşmüş, Məmməd ona 200 manat borc pul vermiş və işdə pul alanda qaytarmasını bildirmişdir. Sonradan Məmməd xaricə getdiyi üçün 200 manatı ona qaytara bilməmişdir. Məmməd o işlədiyi tikintidə onun kimi adi fəhlə işləsə də, onları yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın münasibətlərini olduğuna inandırmışdır. Məmməd onları Anarla tanış edib işin onun Baş prokurorluqda işləyən general qohumu vasitəsilə həll olunacağını bildirmişdir. Öz növbəsində də Anar da bunu təsdiq edərək onlara həmi general qohumu vasitəsilə Feruza 5 il şərti cəza verdirəcəyinə inandırmışdır. O, Raquba Məmmədin onun rəisi olduğunu deməmişdir. O, Raquba demişdir ki, Məmməd onunla birlikdə işləyir və Məmməd ona yüksək vəzifəli şəxslərlə fotoşəkllərini göndərmişdir. Məmməd onun işlədiyi tikintidə fəhlə işləmiş, lakin o, əlində planşetlə gələn malların fotoşəklini də çəkmiş, ümumiyyətlə Məmməd papaq qoymuş və sifətini hamıdan gizlətməyə çalışmış, demişdir ki, guya onu bura göndərmişlər və o, məlumat toplamalıdır. Deyirdi ki, o, istəmir ki, yüksək vəzifəli dostları onun burada işləməsini bilsinlər. Dəqiq tarix yadında deyil, bir dəfə Anar ona zəng vurub demişdir ki, Məmmədlə sonuncu dəfə nə vaxt danışdığını soruşmuş, o isə bir müddət olar danışdığını demişdir. Anar demişdir ki, deyəsən Məmməd onlara pulu atıb Dubaya qaçmış və onun nömrələrini də qara siyahıya salmışdır. O isə məlumatı olmadığını demişdir. Anar da bildirmişdir ki, bu işin həllini onlara sözə verən onun özü ilə Məmməddir, kimin hara qaçmasının ona bir aidiyyəti yoxdur, Raqubun işinin həllini ikisi də onlara söz vermişlər. Bir neçə gün sonra Məmməd özü ona yazıb işlədiyi şirkətdən onu Dubaya göndərdiklərini və təxminən 10 günə qayıdacağını bildirmiş, həqiqətən də Məmməd ölkəyə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Əhmədov Hudulovu bir məhəllə sakini kimi tanımış, aralarında münasibət yaranmışdır. Həmçinin bir müddət əvvəl o, özü İçərişəhərdə işləyəndə orada restoranda mühafizəçi işləyən Təqsirləndirilən şəxs tanımışdır. Bir dəfə təsadüfən “Neftçilər” metrosunun yaxınlığında Əhmədovla birlikdə çay içərkən Anar da oraya gəlmişdir. Həmin zaman söhbət vaxtı Əhmədov oğlu Abdulla üçün iş axtardığını bildirmiş, Anar onun adamı olduğunu və Abdullanın işə düzəlməsi üçün kömək edə biləcəyini bildirmişdir. O isə bu kimi söhbətlərə qarışmamış və özlərinin öz aralarında danışıb həll etmələrini demişdir. Bundan bir neçə gün sonra yenə “Neftçilər” metrosunun yaxınlığında başqa bir çayxanada görüş zamanı əvvəlcə Əhmədov və Anarla oturmuş, sonra onlar ikisi kənara çəkilmiş, o, Əhmədovun Anara pul verəcəyini başa düşmüşdür. Sonra onlar onun yanına qayıtmışlar, Anar Əhmədovdan 2000 manat pul aldığını və onun oğlunun işini düzəldəcəyini bildirmişdir. Sonradan bildiyinə görə Anar Abdullanın işini düzəltməmişdir, Anar Əhmədovdan 500 manat da borc pul almış, amma Əhmədov demişdir ki, Anar həmin borcu qaytarmışdır. Aldığı 2000 manat pulun yarısını Əhmədova qaytarmasını Anar ona demiş, lakin o, bunun bilavasitə şahidi olmamışdır. Təqsirləndirilən şəxs aldığı 2000 manatdan ona verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası oğludur. Raqubun oğlu Bərdə rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində iki nəfər ölmüşdür. Raqub oğlunun həbs olunmaması və işinin müsbət həlli üçün müəyyən yollar axtarmışdır. Bir dəfə söhbət zamanı Raqub bildirmişdir ki, qohumu Qədirin Məmməd adlı tanışı var və Məmməd Anar adlı şəxslə birlikdə onun oğlunun işinin həllinə söz vermişlər. Həmçinin Raqub demişdir ki, işin həlli üçün ondan 25000 manat pul istəmişlər. 2023-cü ilin may ayında Raqub ondan xahiş etmişdir ki, maşını ilə onu Bakıya aparsın, o, Məmmədgillə görüşməlidir. O, razılaşmış, Raqub, onun qardaşı oğlu Aftandil və digər qohumları Adillə birlikdə dördü onun maşını ilə Bakıya gəlib Nizami rayonu ərazisində olan “Xan qızı” restoranında Məmmədlə görüşmüşlər. Məmməd bir müddət sonra Anarın gələcəyini demişdir. Anar gələnə qədər söhbət zamanı Məmməd Anarla birlikdə Raqubun oğlunun işini həll edəcəklərini, bu işin həlli üçün geniş əlaqələrinin olduqlarını bildirmişdir. Bir müddət sonra Anar gəlmiş, Anar da Məmməd kimi işin həlli ilə bağlı vəd vermiş və Raqubu arxayın edib narahat olmamağını bildirmişdir. X9 hadisə nəticəsində ölən şəxslərin şikayətçi olubolmadıqlarını soruşmuşlar. Raqub ölən şəxslərdən birinin ailəsinin barışdığını, birinin ailəsinin isə şikayətçi olduğunu bildirmişdir. Məmmədgil Raquba narahat olmamasını, onların özlərinin həmin şikayətçinin barışığını alacaqlarını demişlər. Sonra söhbət zamanı Məmməd və Anar birlikdə bu işin həlli üçün ümumilikdə 25000 manat verilməli olduğunu, həmin məbləğin 10000 manatını indi vermək lazım olduğunu demişdir. Raqub həmin məbləğdə pul gətirdiyini bildirmişdir. Hətta onlar hamısı həmin restoranda yemək də yemiş və bir müddət sonra artıq yola çıxmalarını demişdir. Əvvəlcə hamısı otaqdan bayıra çıxmış, sonra Məmməd və Anar Raqubdan 10000 manatı verməsini istəmişlər. O və Adil bayırda gözləmişlər. Raqub, Aftandil, Məmməd və Anar yenidən yemək yedikləri otağa daxıl olmuşlar ki, orada pul sayılıb verilsin. Az müddət sonra Raqub pulu verib çıxmış və onlar dördü rayona qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, Raqub qalan 15000 manatı da Məmməd və Anara vermişdir. Bir müddət sonra isə Raqubun oğlu həbs olunmuş və artıq o, başa düşmüşdür ki, Məmmədlə Anar onu aldatmışlar, elə əvvəldən məqsədləri onun pulunu ələ keçirmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Nizami küçəsində yerləşən “Grand Midway” hotelində mühafizəçi işləyir. Məmməd Məmmədovu uşaqlıqdan tanımış, onunla 95 saylı məktəbdə bir il fərqlə oxumuşlar. Həmin vaxtlar yaxın münasibətləri olmasa da, təxminən 25 yaşlarından aralarında dostluq münasibəti yaranmışdır. 2023-cü ilin təxminən avqust ayında Məmmədlə söhbət zamanı o, bir problemə düşdüyünü bildirmiş və ona demişdir ki, iş yoldaşı Qədir adlı şəxsin qohumu Raqubun oğlunun barəsində olan cinayət işinin həll edilməsini Anar adlı tanışı öhdəsinə götürərək pul almışdır. Lakin Anar işi həll etmədiyindən o, vasitəçi kimi ortada qalmış, indi də Raqub Anarla ondan pulu qaytarmalarını tələb edir. Hətta ondan böyrəyini satıb pulu qaytarmasını da tələb edirlər. Həmin ərəfədə Məmmədin xahişi ilə onunla və Anarla, həmçinin tanımadığı başqa şəxslərlə birlikdə Bərdə rayonuna getmişlər. O, sadəcə yol yoldaşı kimi Məmmədlə getmişdir. Məmmədgil orada işin həlli ilə bağlı kiminləsə görüşməli idilər. Sonra Məmmədlə o, Bərdə rayonunda çayxanada oturub gözləmiş, Anargil isə harasa gedib gəlmişlər. Bakıya qayıtdıqdan sonra isə hətta Məmməd bu işin həlli ilə bağlı onun Əli adlı vəkil tanışı ilə görüşmüşdür ki, o da həmin görüşdə iştirak etmişdir. Həmin görüşdə həmçinin Raqubgil də olmuşdur. Həmin görüşlərində Əli pulun qaytarılması üçün Raqubdan bir həftə vaxt istəmişdir ki, o da öz növbəsində Məmmədə görə eyni xahişi etmişdir. Raqub razılaşmış və bir həftə sonra yenidən Məmmədlə görüşmüşlər. Bakıxanov qəsəbəsinə gedib Anarı da götürəndən sonra onların Raquba ödəməyə pullarının olmadığı məlum olmuşdur. Məmməd yenə ondan onları gözləyən Raqubla görüşə gedib pulunu ödəməsi üçün ondan vaxt istəməyini xahiş etmişdir. Lakin o, Raqubla görüşə getməkdən imtina etmiş və bildirmişdir ki, bir həftə əvvəl vaxt istədiklərindən və pulu ödəyə bilmədiklərindən növbəti dəfə Raqubdan vaxt istəyə bilməyəcək. Ondan sonra onlarla görüşməmiş və bir qədər sonra isə Məmmədin ölkədən qaçdığını öyrənmişdir. 26 sentyabr 2023-cü il tarixdə Məmməd və Anarla görüşsə də, həmin gün Hövsana getməmiş və ümumiyyətlə onun tərəfdən Anara qarşı heç bir zor tətbiqi olmamışdır. Anar yalan danışır və ona şər atır. Raqub pulun qaytarılması ilə bağlı Məmmədə təkid edəndə o da vəziyyəti görüb sadəcə Anarı tənqid edərək Məmmədi oyuna saldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, zərərçəkmiş şəxs (həyat yoldaşı) Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Tovuz rayonu Əhmədabad kənd tam orta məktəbdə biologiya müəlliməsi işləyir. O, 2021-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya fakültəsini bitirmiş və hazırda ali təhsillidir. 2023-cü ildə işə düzəlməyi ilə bağlı Təhsil Nazirliyinin elan etdiyi vakant yerlər üzrə sənədlərini toplayıb qeydiyyatdan keçmiş, daha sonra imtahan vermiş və imtahandan keçərək nəticələri əldə etmişdir. Lakin buna baxmayaraq hansı kənd ərazisində yerləşən məktəbə düşəcəyini bilməmişdir. Valideyinləri onun xəbəri olmadan yaşadığı kəndə yaxın kənd ərazisində yerləşən məktəbə düşməyi üçün qonşuları Hüseyn adlı şəxsin tanışı Anar adlı şəxslə danışaraq onu yaxın kənd ərazisində yerləşən kənd məktəblərinin birinə saldırmaq istəmişlər. Bunun üçün Anara 5000 manat pul tapıb göndərmişlər. Bu barədə o, atasının pulu göndəriyi gün bilmiş və öz etirazını valideynlərinə bildirmişdir. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamış və heç vaxt görməmişdir. Həmçinin atasının həmin pulu haradan əldə etməsinin, daha sonra həmin pulu ödəmə terminalı vasitəsilə Anar adlı şəxsə göndərməsinin şahidi olmamışdır. Hadisədən 4 ay sonra onun Tovuz rayonu Əhmədabad kənd tam orta məktəbində biologiya müəlliməsi işləyəcəyi barədə əmr gəlmişdir. O da həmin məktəbdə işə başlamışdır. Hazırda da həmin məktəbdə işləyir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən yay aylarında qardaşı Nurəddin özünə iş axtarmışdır. Həmin ərəfələrdə də Nurəddin müxtəlif dövlət orqanlarında və şirkətlərdə geniş əlaqələri olan Anar adlı şəxslə tanış olduğunu və Anarın ona iş tapmasında köməklik edəcəyini demişdir. Bir qədər sonra qardaşı Nurəddin Anarın onu “Socar” şirkətinə mühafizəçi işinə düzəldə biləcəyini və bunun üçün də hörmət etmək lazım olduğunu bildirmişdir. Nurəddin də razılaşdığından 03 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən Keşlə parkında Anar adlı həmin şəxslə görüşmüşlər. Belə ki, Anar adlı şəxs görüşə tək gəlmiş, anası və o da Nurəddinlə getmişlər. Nurəddin həmin zaman Anara işə düzəlməsi məqsədilə 2000 manat pulu vermişdir. Onların yanında olsa da, söhbətlərinə qarışmamış, lakin söhbətlərdən ona məlum olmuşdur ki, Anar 10-15 günə qardaşı Nurəddinin işə götürülmə məsələsini həll edəcəyinə söz vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Anar adlı həmin şəxs müxtəlif bəhanələr gətirərək qardaşı Nurəddinin işə düzəlmə məsələsini həll etməmişdir. Odur ki, qardaşı Nurəddin Anardan pulu geri tələb etməyə başlamış, Anar da 2000 manatdan yalnız 500 manatını qardaşına qaytarmışdır. Qalan pulu qaytarmadığı üçün qardaşı Nurəddin polisə şikayət etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Şahid7lə tanış olmuş, onunla çörək yemiş və bir yerdə oturmuşlar. Əsgərə bildirmişdir ki, özü Rusiyadan təzə gəlmişdir, oğlu işə düzəlmək istəyir, amma iş yoxdur, onun tanışı da yoxdur. Əsgər bildirmişdir ki, bir nəfər onun tanışı var, o, kömək edə bilər. Bir-iki həftə sonra Əsgər onu dediyi adamla tanış etmiş, həmin şəxsin Anar olduğunu bilmişdir. İlk dəfə Anarla sonuncunun dostunun ad günündə görüşmüşlər. 3-4 gün sonra yenidən Anar və Əsgərlə Bakıxanovda görüşmüşlər. Anar həmin zaman vəd vermişdir ki, oğlunu Dövlət Neft Şirkətinə mühafizəçi işinə düzüldə bilər. Anar orada onun “ağsaqqal”ının işlədiyini və problem olmadığını demişdir. Sonra Anar ona zəng edib demişdir ki, oğlunu 2000 manata işə düzəldə bilər. O, Əsgərə Anarın pul istəməsi barədə deyib verib-verməməyini soruşmuş, Əsgər də demişdir ki, pulsuz iş düzələn deyil. İki gün sonra “Neftçilər” metrosunun yanında kafedə Anarla görüşüb Əsgərin yanında Anara 2000 manat pul vermişdir. Həmin pulu oğlu Abdulla lombarddan faizə götürmüşdür. Anar demişdir ki, bir-iki həftəyə işi düzəldəcək. Sonra Anar demişdir ki, guya işi düzəldən “müəllim” xaricə getmişdir. Sonra Anar işi düzəltməmiş, Əsgər də Anarı danlamışdır ki, niyə camaatın pulunu qaytarmırsan, iş düzəlmirsə pulu qaytar. Bu günə qədər nə iş düzəlməmiş, nə də pul qayıtmışdır. O, Anara 2000 manat pul vermiş, oğlu həmin pulu lombarddan faizə götürdüyü üçün Anar onlara 2600 manat qaytaracağını demişdir. Ona görə də o ərizədə 2600 manat yazmışdır. 2000 manatdan sonra Anar ondan 700 manat da borc alıb sonra onu hissə-hissə üç dəfəyə qaytarmışdır. 2000 manatın qaytarılmaması ilə bağlı oğlu Abdullaya maddi ziyan dəymişdir. O, 2000 manatı 18 sentyabr 2023-cü il tarixdə Anara vermiş, Anar ona 2000 manatdan bir manat da olsun qaytarmamışdır. Anar Əsgərə qonaqlıq verəndə o da onlarla oturmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid9 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 11 oktyabr 2019-cu il tarixdə rəsmi nikaha girmiş və birgə nikahdan bir övladları var. Anarın öz kartında borc yarandığı üçün ondan istifadə edə bilməmişdir. 2023-cü ilin təxminən yay aylarında Anara bank kartı lazım olduğu üçün onun “Kapital” banka aid 416973******3190 nömrəli plastik kartından istifadə etməyə başlamışdır. Yəni, həmin kartı faktiki olaraq Anarda olmuş, Anar həmin karta aid öz mobil telefonuna tətbiq də yükləmişdir. O, Anarın həmin kartla bağlı apardığı əməliyyatlardan xəbərsiz olmuşdur. Həmin karta hər hansı məbləğdə pul mədaxil olanda və ya məxaric olanda onun məlumatı olmamış, Anar özü də bu barədə ona heç nə deməmişdir. 2023-cü ilin noyabr ayında həmin kartın istifadə müddəti bitmiş və bundan sonra o, xeyli müddət sonra yeni kart almış, artıq həmin yeni kart onun özündə olmuşdur. Həmin dövrdə qeyd olunan kart Anarın istifadəsində olmuş, 22 iyul 2023-cü il tarixdə 4000 manat, 01 avqust 2023-cü il tarixdə isə 1000 manat məbləğlərin karta köçürülməsindən onun məlumatı olmamışdır. Ona görə də həmin məbləğləri yəqin ki, Anar istifadə etmiş, ona isə heç bir məlumat verməmişdir. O, həmin məbləğlərin kim tərəfindən və hansı səbəbdən karta köçürülməsini bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - 14 oktyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə “Şuşa” kafesinin qarşısına baxış keçirilmişdir. (İ cild, i.v. 8-10) - 20 oktyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə “Xan qızı” restoranına baxış keçirilmişdir. (İ cild, i.v. 34-36) - 17 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə "xxxx" ASC-nin qarşısına baxış keçirilmişdir. (İ cild, i.v. 74-76) - 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 istintaqa iki vərəq vatsap yazışmasının surətini və bir ədəd DVD diski təqdim edib bildirmişdir ki, həmin vatsap yazışmaları Təqsirləndirilən şəxsla Məmməd Məmmədov arasında aparılmışdır və Məmməd Məmmədov tərəfindən həmin yazışmaların surəti qohumu Şahid5 göndərilmişdir, DVD diskində isə Zərərçəkmiş şəxs1 15000 manatı Məmməd Məmmədov və Təqsirləndirilən şəxs verərkən həmin görüş zamanı olan danışıqların səs yazısıdır, həmin görüş zamanı danışıqlar Zərərçəkmiş şəxs1 tərəfindən mobil telefonu vasitəsilə qeydə alınıb ona göndərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, diskdə 1 ədəd fayl var, faylda olan səs yazıları dinlənildikdə Zərərçəkmiş şəxs1 həqiqətən də Şahid5 iştirakı ilə Məmməd Məmmədov və Təqsirləndirilən şəxs 15000 manat verməsi məlum olur. Vatsap yazışmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğlunun işinin yüngülləşdirilməsi və həlli ilə bağlı başqa bir şəxsin ona göndərdiyi mesajları Məmməd Məmmədova yönləndirir və məlumat verir ki, bu iş 25000 manata həll olunur, 20000 manat yuxarı çatır, 2000 manat işin həlli ilə bağlı danışdığı adama, 3000 manat isə ona və Məmmədə çatır. Baxış zamanı Şahid4 bildirmişdir ki, vatsap mesajlarını X16 Mehdiyevə göndərmiş və sonuncu da mobil telefon vasitəsilə ona göndərmişdir. (İ cild, i.v. 157-160) - 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ilə görüşərkən və telefonla danışarkən aralarında olan danışıqların səs yazısının qeydə alındığı 1 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 4 ədəd fayl var, onlardan biri Zərərçəkmiş şəxs2 “Cənnət” restoranının qarşısında Təqsirləndirilən şəxs 7000 manat verərkən, ikincisi “Şuşa” restoranının qarşısında Təqsirləndirilən şəxs 3500 manat verərkən görüş zamanı aralarında olan danışığın qeydə alınmış səs yazılarıdır. Digər iki fayl isə Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında telefon danışığı zamanı qeydə alınmış səs yazısıdır ki, hər iki danışıq zamanı Təqsirləndirilən şəxs artıq işi həll etdiyini, yalnız şəhərsalmanın icazəsinin aldığını bildirir, Zərərçəkmiş şəxs2 isə işin alınmayacağı halda pulunun qaytarılmasını istəyir, baxış zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, dörd ədəd faylda olan səs yazıları onun tərəfindən Təqsirləndirilən şəxs görüş və telefon danışığı zamanı mobil telefon vasitəsilə qeydə alınaraq yaddaşa köçürülmüşdür. (İ cild, i.v. 211-212) - 01 mart 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs X1 və hal şahidlərinin iştirakı ilə Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən parka baxış keçirilmişdir. (İ cild, i.v. 225-226) - 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. (İ cild, i.v. 297-298) - 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İİ cild, i.v. 1) - 25 aprel 2024 il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Zərərçəkmiş şəxs2 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan danışıqlarının yazıldığı 1 ədəd DVD disk, Şahid4 təqdim etdiyi X15 Zeynalov arasında olan iki vərəq vatsap yazışmasının surəti və Zərərçəkmiş şəxs1 15000 manatı Məmməd Məmmədov və Təqsirləndirilən şəxs verərkən həmin görüş zamanı olan danışıqların yazıldığı bir ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən “Bizim market”də olan “MPAY” ödəmə terminalından 4000 manat və 01 avqust 2023-cü il tarixdə saat 07:35 radələrində eyni ünvanda olan ödəmə terminalından 1000 manat pul göndərməsinə dair iki ədəd qəbzin surəti cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Şahid3 və Şahid7 Təqsirləndirilən şəxs ilə sonuncunun törətdiyi dələduzluq cinayətlərində hər hansı formada əlbirlikləri və iştirakları müəyyən edilmədiyi üçün Şahid3 və Şahid7 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid9 Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsində iştirakı və onunla əlbirliyi olmadığından əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Kərəm adlı şəxsin Təqsirləndirilən şəxs 25000 manatı qaytarmayacağı halda sözlə hədələməsi və söyməsi faktında cinayət tərkibi olmadığından Kərəm adlı şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Şahid10 tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində zor tətbiqinə məruz qalması faktının Təqsirləndirilən şəxs törətdiyi cinayət faktları ilə bir əlaqəsi olmadığından həmin faktla bağlı cinayət işindən material ayrılaraq ərazi aidiyyəti üzrə araşdırma aparılıb qərar qəbul edilməsi üçün Suraxanı rayon polis idarəsinə göndərilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən 15000 manatın verilməsi tarixi 2023-cü ilin iyul ayının sonları kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs hər hansı vəzifəsi olmadığından, o cümlədən törətdiyi cinayət əməllərində qulluq mövqeyindən suiistifadə etməsi ilə bağlı hər hansı xüsusat aşkar edilmədiyindən, eləcə də Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodu istisna olmaqla digər epizodlarda hər hansı şəxslə əlbirliyi olmadığından əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət işinin icraatına hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində rüşvət verməyə təhrik etmə, eləcə də zərərçəkmiş şəxslərin əməllərində rüşvət vermə cinayətinin tərkibi olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 310, 32.4, 312-ci maddələri, zərərçəkmiş şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq epizodu üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Elşən adlı şəxsin sonuncunun törətdiyi cinayət əməli ilə hər hansı əlaqəsi, iştirakı və Təqsirləndirilən şəxsla əlbirliyi olmadığından həmin epizod üzrə Təqsirləndirilən şəxs və Elşən adlı şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq epizodu üzrə X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrı icraata cinayət işi ayrılması haqqında qərar qəbul edilmiş, cinayət işinin hazırki mərhələsində X7 dindirilmədən Şahid5 əməlinə hüquqi qiymət verilməsi və onun M.Məmmədov və Təqsirləndirilən şəxsla əlbir olub-olmamasının müəyyən edilməsi mümkün deyildir, belə olan halda Şahid5 əməlinə ayrılmış cinayət işində zəruri istintaq hərəkətləri aparıldıqdan sonra hüquqi qiymət verilməsi nəzərə alınmışdır. (İİ cild, i.v. 189-212) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəyib zərərçəkmiş şəxslərlə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 146) - 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 10 gün həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 197-199) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild, i.v. 290-291) -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 dekabr 2020-ci il tarixdə doğulmuşur. (İİ cild, i.v. 166) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməklə onlarla barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hal-hazırda, yəni 16 noyabr 2024-cü il tarixədək 08 ay 19 gün həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 08 ay 19 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir və cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut qismində tanınmış disklər və digər predmetlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 fevral 2024-cü il tarixdən 16 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 19 (on doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Sübut qismində tanınmış, Zərərçəkmiş şəxs2 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında olan danışıqlarının yazıldığı 1 ədəd DVD disk, Şahid4 təqdim etdiyi X15 Zeynalov arasında olan iki vərəq vatsap yazışmasının surəti, Zərərçəkmiş şəxs1 15000 manatı Məmməd Məmmədov və Təqsirləndirilən şəxs verərkən həmin görüş zamanı olan danışıqların yazıldığı bir ədəd DVD disk, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 13 radələrində Tovuz rayonu Qovlar şəhəri ərazisində yerləşən “Bizim market”də olan “MPAY” ödəmə terminalından 4000 manat və 01 avqust 2023-cü il tarixdə saat 07:35 radələrində eyni ünvanda olan ödəmə terminalından 1000 manat pul göndərməsinə dair iki ədəd qəbz cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-347/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-347/2024
16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver