Məhkəmə qərarları › İş №1(007)-349/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-349/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-349/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli 1(007)-137/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmış, hazırkı işlə bağlı 29 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2022-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında yerləşən "xxxx"ə müştəri qismində gəlib yağların satıldığı bölmədə satıcıların nəzarətinin olmadığını görüb hissə-hissə olmaqla, hər birinin ayrıayrılıqda dəyəri 17,80 manat, ümumilikdə dəyəri 569,60 manat təşkil edən 32 ədəd 01 kq çəkidə, hər birinin ayrı-ayrılıqda dəyəri 7,30 manat, ümumilikdə dəyəri 65,70 manat təşkil edən 9 ədəd 400 qr çəkidə, hər birinin ayrı-ayrılıqda dəyəri 3,80 manat, ümumilikdə dəyəri 72,20 manat təşkil edən 19 ədəd 180 qr çəkidə 82,8%-lik “Westgold” markalı kərə yağları, hər birinin ayrı-ayrılıqda dəyəri 16,80 manat, ümumilikdə dəyəri 268,80 manat təşkil edən 16 ədəd 01 kq çəkidə, hər birinin ayrı-ayrılıqda dəyəri 7,30 manat, ümumilikdə dəyəri 102,20 manat təşkil edən 14 ədəd 400 qr çəkidə 82,8%-lik “Golden Crown” markalı kərə yağları, hər birinin ayrı-ayrılıqda dəyəri 7,70 manat, ümumilikdə dəyəri 30,80 manat təşkil edən 4 ədəd 350 ml tutumlu “Head & Shoulders” markalı şampunu və hər birinin ayrıayrılıqda dəyəri 6,60 manat, ümumilikdə dəyəri 26,40 manat təşkil edən 4 ədəd 150 ml tutumlu “Rexona” markalı dezodarantı gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 1135,70 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,014 qram olan psixotrop maddə metamfetamini 15 manat pul ödəyərək əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2023-cü il tarixdə saat 19:10 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx"də oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs oğurluq əməli nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurduğuna görə, 1135,70 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 32 manat dövlət rüsumunun, ümumilikdə 1167,70 manat məbləğində pulun həmin mülki cavabdehdən tutularaq mülki iddiaçı olan MMC-yə ödənilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, mülki iddianı isə qəbul edərək ifadəsində göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan müddət ərzində Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində yerləşən "xxxx"dən paçka yağlar, dezodarant və şampun oğurlamış, sonra həmin şeyləri tanımadığı şəxslərə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Dəymiş maddi ziyanın 1135,70 manat məbləğində olmasını, mülki iddianı qəbul edir, lakin maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. 29 yanvar 2023-cü il tarixdə polislər onu oğurluğa görə saxlayıb 23-cü polis bölməsinə aparmışlar, orada olarkən qarşısına narkotik vasitə qoyaraq bildirmişlər ki, bunu boynuna götürməlidir. O, etiraz edərək üzərində narkotik vasitə olmadığını, narkotikdən müalicə olunduğunu bildirsə də, əhəmiyyət verməmiş, təzyiq edərək ona sənədlərə imza etdirmişlər. Üzərində narkotik vasitə olmadığına görə CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, oğurluq əməlini etiraf etdiyinə görə CM-nin 177.1-ci maddəsi ilə ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 20 aprel 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi müvafiq hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə tam təqsirli bilir, ...marketdən oğurladığı yağları Keşlə qəsəbəsi ərazisində küçədə tanımadığı müxtəlif şəxslərə 5-10 manata satmışdır. Yağların satışından əldə etdiyi pulları öz ehtiyacına və narkotik vasitə almaq üçün xərcləmişdir... polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. Yolda olarkən polis əməkdaşlarının şifahi suallarına cavab olaraq yağ oğurladığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Nizami RPİ-nin 23-cü polis bölməsində olan zaman otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qanunsuz əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində metamfetamin kimi bildiyi narkotik maddə olduğunu, narkotik vasitələrin aludəçisi olduğundan və hər gün mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyinə görə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir...Üzərindən aşkar olunmuş bir büküm, şəffaf sellofana bükülmüş maddə, adını metamfetamin kimi bildiyi psixotrop maddə özünə məxsus olmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddəni saxlandığı gün Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata almışdır. Bu cinayətlərdən başqa cinayət törətməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir... Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra qeyd olunan ifadənin sonunda etirafedici əlyazmanın ona məxsus olduğunu etiraf etsə də, həmin ifadə ilə razı olmadığını, hazırda məhkəməyə verdiyi ifadəni təstiq etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq isə, ona təzyiq göstərən şəxsin və ya şəxslərin kimliyi, təzyiqin nədə ifadə olunduğu barədə məlumat verməmiş, eləcə də qeyd olunanlarla bağlı aidiyyəti orqanlara müraciət etmədiyini və ya məhkəmə nəzarəti qaydasında şikayət vermədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasında 28 yanvar 2023-cü il tarixdə aylıq hesabat aparlarkən 45 ədəd müxtəlif çəkilərdə “Golden Crown” və “Westgold” əmtəə nişanlı kərə yağlarının çatışmadığı müəyyən edilmişdir. Bundan sonra mağazada quraşdırılmış nəzarət-müşahidə kameralarının görüntülərinə baxış keçirilərkən müxtəlif vaxtlarda adı sonradan məlum olan Təqsirləndirilən şəxs mağazaya müştəri qismində gələrək soyuducudan hər dəfə 3-4 ədəd “Golden Crown” və “Westgold” əmtəə nişanlı kərə yağlarını götürüb ödəniş etmədən mağazanı tərk etdiyi müəyyən edilmişdir. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Təqsirləndirilən şəxs yenidən mağazaya müştəri qismində gələrək soyuducudan bir ədəd “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb ödəniş etmədən mağazanı tərk etmək istəyən zaman saxlanılmış və dərhal bu barədə polisə məlumat verilmişdir. Sonradan mağazada 2022-ci ilin dekabr ayı da daxil olmaqla ətraflı təftiş aparıldıqda və quraşdırılmış nəzarət müşahidə kameralarının görüntülərinə baxış keçirildikdə Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 32 ədəd 01 kq çəkidə, 9 ədəd 400 qr çəkidə, 19 ədəd 180 qr çəkidə 82,8%-lik “Westgold” markalı kərə yağları, 16 ədəd 01 kq çəkidə, 14 ədəd 400 qr çəkidə 82,8%-lik “Golden Crown” markalı kərə yağları, 4 ədəd 350 ml tutumlu “Head & Shoulders” markalı şampun və 4 ədəd 150 ml tutumlu “Rexona” markalı dezodarant oğurlaması müəyyən olunmuşdur. Baş vermiş oğlurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 1135,70 manat maddi ziyan dəymişdir. Maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs qarşı mülki iddia vermişlər. Mülki iddianın təmin olunmasını, 1135,70 manat məbləğində dəymiş ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1167,70 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində 23-cü polis bölməsinə ünvan 1-də yerləşən "xxxx"dən bir neçə gün ərzində kərə yağlarını oğurlayan şəxsin saxlanıldığı barədə məlumat daxil olmuşdur. Məlumat əsasında sahə inspektoru Şahid2 ilə qeyd olunan marketə getmişlər. Marketə çatdıqda oğurluq edən şəxs özünü xx xxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs 23-cü PB-nə dəvət olunmuşdur. Yolda olarkən Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, heç bir yerdə işləmədiyi üçün təxminən iyirmi gün ərzində bir neçə dəfə oğurluq etmək üçün Keşlə qəsəbəsi, Zakir küçəsində yerləşən "xxxx"ə getdiyini, satıcıların nəzarətinin olmadığını görüb soyuducuda olan “Golden Crown” və “Westgold” kərə yağlarını oğurladığını və sonradan Keşlə qəsəbəsi ərazisində küçədə tanımadığı müxtəlif şəxslərə satdığını, yağların satışından əldə etdiyi pulları öz ehtiyacına və narkotik vasitə almaq üçün xərclədiyini bildirmişdir. 23cü polis bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində metamfetamin kimi bildiyi psixotrop maddə olduğunu, narkotik vasitələrin aludəçisi olduğundan və hər gün mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyinə görə şəxsi istifadəsi üçün Nəsimi rayonunda, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 15 manat pul qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümü açdıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzəri Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Əlavə sualları cavablandırarkən şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, o, əməlini özü səmimi olaraq etiraf etmiş, narkotik vasitəni qeyd etdiyi qaydada cibindən çıxarıb təqdim etmişdir. Qeyd olunan proseslər sahə inspektoru Şahid2 tərəfindən aparılan video çəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 29 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, "xxxx" MMCdə mağaza müdiri işləyən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə (mağazaya) baxış keçirilmişdir. (i.v. 6-7) - 29 yanvar 2023-cü il və 20 fevral 2023-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılaraq 23-cü polis bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir büküm şəffaf sellofana bükülmüş ağ rəngli maddə, deməsinə görə “metamfetamin” olan psixotrop maddəni təqdim etmişdir. Daha sonra PB-nin əməliyyat müvəkkili Şahid1 köməyindən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun üzərindən qanunla qadağan olunmuş hər hansı digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş ağ rəngli narkotik maddəyə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olduğunu və həmin maddəni Nəsimi rayonu ərazisindən “Papanin”dən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd CD diskə hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən 29 yanvar 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 33-34, 116) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2023-cü il tarixli 6/548 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,014 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,014 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,964 qram qalığı qalmışdır. (i.v. 42- 45) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 mart 2023-cü il tarixli 9/1051 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd 01 kq çəkidə, 82,8%-lik “Golden Crown” markalı kərə yağı - 16,80 manat; 01 ədəd 400 qr çəkidə, 82,8%-lik “Westgold” markalı kərə yağı - 7,30 manat; 01 ədəd 01 kq çəkidə, 82,8 %-lik “Westgold” markalı kərə yağı - 17,80 manat; 01 ədəd 180 qr çəkidə, 82,8%-lik “Westgold” markalı kərə yağı - 3,80 manat; 01 ədəd 350 ml tutumlu “Head & shoulders” markalı şampun - 7,70 manat; 01 ədəd 150 ml tutumlu “Rexona” markalı dezodarant - 6,60 manat; 01 ədəd 400 qr çəkidə, 82,8%-lik “Golden Crown” markalı kərə yağı (nəzəri qaydada) - 7,30 manat. (i.v. 134-137) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 03 mart 2023-cü il tarixli 1241 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 142-143) - 20 aprel 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq ünvan 5 ünvanında yerləşən "xxxx"i hadisə yeri kimi göstərərək 21 dekabr 2022-ci il tarixdən 29 yanvar 2023-cü il tarixədək olan müddət ərzində oğurluq etmək məqsədi ilə dəfələrlə qeyd olunan marketə gəldiyini, marketin yağlar satılan bölməsində satıcıların nəzarətinin olmadığını görüb soyuducuda olan müxtəlif çəkilərdə “Golden Crown” və “Westgold” markalı kərə yağlarını, habelə satış rəflərinin üzərində olan “Head & Shoulders” markalı şampun və “Rexona” markalı dezodarantları oğurladığını, oğurladığı yağları Keşlə qəsəbəsi ərazisində, küçədə tanımadığı müxtəlif şəxslərə 5-10 manata satdığını, yağların satışından əldə etdiyi pulları öz ehtiyacına və narkotik vasitə almaq üçün xərclədiyi barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. (i.v. 149-151) - 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx"də quraşdırılmış, oğurluq hadisəsini qeydə almış nəzarət-müşahidə kameralarının görüntülərinin əks olunduğu DVD diskə müstəntiq tərəfindən, hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı görüntülərdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən "xxxx"ə xx.xx.2022-ci il tarixdə saat 18:40:41-də gəlməsi, saat 18:46:00-da bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 18:49:08-də mağazanı tərk etməsi, xx.xx.2022-ci il tarixdə saat 18:58:10-da gəlməsi, saat 18:58:47-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 18:58:50-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 18:59:11-də bir ədəd “Head & Shoulders” əmtəə nişanlı şampunu götürməsi, saat 18:59:16-da əynində olan gödəkçənin sol içəri cibinə qoyması, saat 18:59:20-də daha bir ədəd “Head & Shoulders” əmtəə nişanlı şampunu götürməsi, saat 18:59:23-də əynində olan gödəkçənin sağ içəri cibinə qoyması, saat 18:59:40-da iki ədəd “Rexona” əmtəə nişanlı dezodarantı götürməsi, saat 18:59:42-də əynində olan gödəkçənin sağ içəri cibinə qoyması, saat 19:00:10-da mağazanı tərk etməsi, xx.xx.2022-ci il tarixdə saat 19:23:15-də gəlməsi, saat 19:26:21-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:26:27-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:26:45-də bir ədəd 400qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:26:54-də əynində olan gödəkçənin sol içəri cibinə qoyması, saat 19:27:06-da bir ədəd 400 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:27:09-da əynində olan gödəkçənin sağ içəri cibinə qoyması, saat 19:27:34-də mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 18:45:44-də gəlməsi, saat 18:47:27-də iki ədəd 1 kq “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 18:47:30-da şalvarının ön tərəfinin içərisinə qoyması, saat 18:50:23-də bir ədəd 180 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb əynində olan şalvarın sol arxa cibinə, saat 18:50:34-də bir ədəd 180 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb əynində olan şalvarın sağ arxa cibinə, 18:50:50-də bir ədəd 400 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 18:52:03-də əynində olan şalvarın sol tərəf qabaq hissəsinə qoyması, saat 18:52:44-də mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:09:02-də gəlməsi, saat 19:14:02-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:14:04-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:14:22-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:14:30-da şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:16:21-də mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:00:46-da gəlməsi, saat 19:04:05-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:04:08-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:04:35-də bir ədəd 400 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:04:39-da şalvarının sol arxa cibinə qoyması, saat 19:04:57-də iki ədəd 180 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:04:59-da şalvarının sağ arxa cibinə qoyması, saat 19:06:13-də bir ədəd 400 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:06:14-də əynində olan gödəkçənin sol yan cibinə qoyması, saat 19:07:38-də bir ədəd 400 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:07:46-da əynində olan gödəkçənin sol iç cibinə qoyub mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:19:03-də gəlməsi, saat 19:20:38-də bir ədəd 400 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:20:44-də şalvarının sağ yan cibinə qoyması, saat 19:20:49-da bir ədəd 400 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:20:50-də şalvarının sol yan cibinə qoyması, saat 19:22:06-da bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:22:08-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:22:29-da bir ədəd 1 kq “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:22:31-də əynində olan şalvarın sağ arxa cibinə qoyması, saat 19:22:48-də bir ədəd 400 qr “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:22:51-də əynində olan şalvarın sol arxa cibinə qoyması, saat 19:23:18-də mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:22:51-də gəlməsi, saat 19:23:50-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:24:03-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:24:57də bir ədəd 400 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:25:07-də şalvarının sağ yan cibinə qoyması, saat 19:25:19-da bir ədəd 400 qr “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb şalvarının sol yan cibinə qoyması, saat 19:29:01-də mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:02:15-də gəlməsi, saat 19:06:16-da bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:16:22-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:06:41-də bir ədəd 1 kq “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:06:51-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:07:16-da bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:07:22-də şalvarının sağ yan cibinə qoyması, saat 19:08:16-da mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 19:23:46-da gəlməsi, saat 19:26:37-də bir ədəd 1 kq “Westgold” əmtəə nişanlı kərə yağını götürüb saat 19:26:46-da şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:29:23-də bir ədəd 1 kq “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 19:29:32-də şalvarının ön tərəfinin içərisinə qoyması, saat 19:30:16-da mağazanı tərk etməsi, xx.xx.2023-cü il tarixdə saat 18:47:46-da gəlməsi, saat 18:51:12-də bir ədəd 1 kq “Golden Crown” əmtəə nişanlı kərə yağını götürüb saat 18:51:30-da şalvarının ön tərəfinin içərisinə qoyması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs diskdə olan görüntülərdəki oğurluq edən şəxsin özü olduğunu bildirmişdir. (i.v. 152-153) - 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,964 qram metamfetaminin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş, ünvan 1 ünvanında yerləşən "xxxx"də quraşdırılmış nəzarət-müşahidə kameralarının görüntülərinin əks olunduğu 01 ədəd DVD və Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk sübut növü kimi qəbul edilərək cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından ayrıca material ayrılmış və araşdırma aparılması üçün Nizami RPİ-nin 23cü PB-nə göndərilməsi məqsədilə Nizami rayon prokurorluğuna təqdim olunmuşdur. (i.v. 155-164) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini bildirmişdir, hansı ki, bu qeydə alınmış video görüntü ilə öz təsdiqini tapmışdır, eləcə də, o, məhkəməyədək icraat zamanı özünü təqsirli bilmiş və işin halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 77-79) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 03 fevral 2020-ci il tarixdə cəza müddəti başa çatmış; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(007)-137/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 124-132, 153-154) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(007)-137/2023 nömrəli hökmünə münasibətdə isə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri baxımından ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlküə törətməyən və az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün yeni hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia verilmişdir, mülki iddiaya ayrıca hüquqi qiymət veriləcəkdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; şəxsi axtarış və götürmə zamanı çəkilmiş və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, psixotrop maddənin ekspertiza tədqiqatından sonrakı qalıq hissəsi məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 27 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı "xxxx" MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, 1135,70 manat məbləğində maddi ziyanın həmin MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə özgənin əmlakını, "xxxx" MMC-yə məxsus əmlakı talamaqla zərərçəkmiş hüquqi şəxsə 1135,70 manat məbləğində maddi ziyan vurmuşdur, ona görə maddi ziyanın müəyyən edilmiş məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün yuxarıda göstərilən qaydada hesablanmaqla ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə alınmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(007)-137/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, onun həmin iş üzrə 03 noyabr 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Mülki iddia təmin edilsin. Maddi ziyan qismində 1135,70 (bir min yüz otuz beş manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq, mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə zamanı çəkilən və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,964 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 105 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmaqla məhkəmə icraatı zamanı 27 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 162 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar