Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-349/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh – xx.xx.1978-ci ildə Naxçıvan MR, Şərur rayonu, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 2015-ci ildən külli miqdarda borcu olan X2 borc pulun alınmasında köməklik etməsi ilə bağlı Zərərçəkmiş şəxs onlara müraciəti ilə əlaqədar sonuncuya həmin işi həll edəcəklərini vəd verib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs özünə məxsus 24000 manat dəyərində 2012-ci il buraxılışlı, “MİTSUBİSHİ ASX minik” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini bilib həmin avtomobili sataraq pulunu verəcəklərinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 07 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan şossesi 4 ünvanında yerləşən 48 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs daşınar əmlaka dair öz adına baş etibarnamə alıb həmin ünvanda avtomobili təhvil alaraq qrup üzvü Sadiq Seyidov ilə birlikdə 18 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı notariat ofisində baş etibarnamə verməklə Şahid1 18500 manata, həqiqi dəyərindən ucuz qiymətə satıb avtomobili də həmin ünvanda sonuncuya təhvil verərək pulunu qrup üzvü Sadiq Seyidov ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 24000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, Zərərçəkmiş şəxs müalicə ilə əlaqədar Türkiyə Respublikasına getməsi üçün pul lazım olması barədə sonuncudan məlumat aldıqdan sonra Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə tanışı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qızıllarını lombarda girov qoyub pul götürülməsində və qısa müddətdə lombardın pulunu ödəyib qızılları alıb geri qaytarılmasında köməklik göstərəcəklərinə dair yalan vəd verib aldadaraq, etibarından suiistifadə etməklə bu adla 17 dekabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ümumilikdə 30000 manat dəyərində bir cüt brilyant qaşlı sırğa və bir ədəd brilyant qaşlı üzükdən ibarət “Buta” komplekti, bir ədəd brilyant qaşlı qızıl “gül” üzük, bir ədəd üzərində 7-8 müxtəlif rəngli brilyant qaşları olan qızıl üzük, bir ədəd tək brilyant qaşlı qızıl üzük, üzərində üç ədəd brilyant qaşları olan bir ədəd qızıl nişan üzüyü, bir ədəd bənövşəyi rəngli brilyant qaşı olan bir ədəd qızıl üzük, 54 ədəd qızıl muncuqlardan ibarət və üzərində bir ədəd “beşlik” kulonu olan bir ədəd qızıl boyunbağı, 2 rəngdən ibarət İtaliya qızılından olan ikisinin ümumi çəkisi 35 qram olan bir ədəd boyunbağı və bir ədəd bilərzik, bir ədəd qızıl bilərzik, İtaliya qızılından olan bir ədəd bilərzik və bir cüt sırğa komplekti, bir cüt brilyant qaşlı “damcı” formalı qızıl sırğa, bir ədəd enli fomada olan qızıl bilərzik, bir cüt qızıl sırğa və bir ədəd üzükdən ibarət “gül” dəsti, bir cüt “səbət” formalı qızıl sırğadan ibarət 14 adda qızıl-zinət əşyalarını alıb qrup üzvü Sadiq Seyidov ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən lombarda öz adına girov qoyaraq oradan 7000 manat pul götürüb həmin pulu Zərərçəkmiş şəxs verdikdən sonra 23 fevral 2018-ci il tarixdə sonuncunun məlumatı olmadan 7000 manatı qrup üzvü Sadiq Seyidov ilə birlikdə şəxsi vəsaitləri hesabına ödəməklə həmin qızıl-zinət əşyalarını lombarddan girovdan çıxardaraq ələ keçirib, öz aralarında bölməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 23000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs cinayət işi ilə bağlı mülki iddia ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 45100 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat və dövlət rüsumuna görə ödənilmiş 227 manatın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş hər iki epizod üzrə özünü təqsirli bilir. Fəridə xanımın tanıdığı Seyid adlı şəxs onun yaxın dostudur, hazırda Gürcüstanda cəzaçəkmə müəssisəsində cəza çəkir. Onların bir işi var idi, Seyidin şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdir, buna görə də onun şəxsiyyət vəsiqəsindən istifadə edirdi. Fəridə xanım 13700 manata onun şəxsiyyət vəsiqəsi ilə avtomobil satmışdır, həmçinin o özünə aid qızılları Nizami rayonunda onun şəxsiyyət vəsiqəsi ilə lombarda qoyub 7000 manat pul götürüb Türkiyəyə müalicəyə getmişdir. Neçə il Türkiyədə müalicədə qaldı, lombarddan axtarırdılar ki, lombardın pulu ödənilməlidir. Fəridə xanım özü gəlib ödəyəcəkdi, qoyduğu qızıllar da da batdı. Fəridənin bütün şikayətləri Seyiddən olub. Onun həbsdə olduğunu sonradan öyrəndi, bu işlər isə hamısı onun şəxsiyyət vəsiqəsi ilə olub. Bu işə görə bir müddət istintaq altında həbsdə olmuşdur. Bu işlərdən bir manat olsun belə götürmədiyindən özünü əvvəllər təqsirli bilməmişdir. O, pulları məcbur qalıb neçə adamdan borc alıb ödəmişdir, ailə başçısıdır. Bunların hamısını onun dostu edib, bütün cəzaları o çəkmişdir. Əməlin törədilməsindən də 8 il ötmüşdür. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 şifahi tanıyır. Onun şəxsiyyət vəsiqəsini ona veriblər, o da avtomobilin etibarnaməsini vermişdir. Avtomobili o satmamışdır. Avtomobili 13500 manata satmışdır, alan adam yalan danışır, 20000 manata razılaşma olmamışdır. Onun Fəridə xanımla avtomobil satmaqla bağlı heç bir razılaşması olmamışdır. Şahid2 tanıyır, Seyid lombarda avtomobil qoyub, 6000 manat pul götürmüşdür. Bunların hamısı onun şəxsiyyət vəsiqəsi ilə götürülmüşdür. 6000 manatı onun adından Seyid götürüb avtomobili təmir etdirmişdir. Qızılları Fəridə xanım onunla birlikdə lombarda qoymuşdur. Lombarddan Fəridə xanım 7000 manat pul götürmüşdür. Fəridə özü lombarda qızıllarını təqdim edib, deyiblər ki, 6300 manat verə bilərlər, sonra 7000 manata razılaşıblar. Gülnarı tanımır, lakin Cəsuru tanıyır. Cəsur lombardda işləyir, qızılları Cəsura vermişlər, qızıllar lombarddan götürülməmiş, qızıllar lombardda batmışdır. Fəridə xanımın sözü ilə Niyaməddinlə görüşmüşdür. Niyaməddin Fəridə xanımdan pul almışdır ki, “Shacman” markalı avtomobil alıb ona aylıq pul verəcəkdir. Niyaməddinin qohumu onların dostudur. Onun qohumuna müraciət etmişlər, avtomobilləri qaytarsın. Gedib görmüşlər ki, avtomobillər yararsız vəziyyətdədir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, 1900 manatdan əlavə qalan pulu aparıb qapısında vermişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, müayinə və müalicə olunmaq məqsədilə "xxxx" MMC-yə getmişdir. Orada Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndindən olduğunu bildirən Niyaməddin adlı şəxslə tanış olmuşdur. Niyaməddin söhbət zamanı ona 2 ədəd "SHACMAN" markalı yük avtomobili olduğunu, hər iki maşından hər ay 6000 manat qazanc əldə etdiyini, Beyləqan rayonunda aeroport tikildiyinə görə yük maşınlarına ehtiyac olduğunu və öz adına 2 ədəd maşın alaraq işlətmək üçün ona verməyini təklif etmişdir. Avtomobilin qiymətinin 45000 manat olduğunu və hər ay hər bir maşına görə ona 6000 manat icarə pulu verəcəyinə inandırmışdır. O, Niyaməddinə 2 maşının alınması və təmiri ilə bağlı ümumilikdə 105000 manat pul vermişdir. Sonradan Niyaməddinin onu aldatdığını başa düşmüş və bu barədə Azərbaycan Respublikası DİN-in BMCMİ-yə müraciət etmiş, lakin bir nəticə olmamışdır. 2017-ci ilin yay aylarında əvvəllər onun iş yerində fəhlə kimi işləmiş Ruslan Mehdiyev onunla əlaqə saxlayıb ondan borca az miqdarda pul istəyəndə söhbət əsnasında Niyaməddinlə bağlı başına gələnləri ona danışmış və pulunu ala bilmədiyini bildirmişdir. Ruslanın təklifi ilə ona bu işdə kömək edəcəklərini bildirdiyi “20 Yanvar” metrostansiyasının yanında “Şamaxinka” adlanan yerə gedən yolun üstündə yerləşən çayxanada əvvəllər tanımadığı, adlarını orada bildiyi Təqsirləndirilən şəxs və özünü Seyid kimi təqdim edən şəxslə görüşmüşlər. O, Niyaməddinin onu aldadıb 105000 manatını ələ keçirmələrini Hüseyngilə danışmış, həmin zaman Hüseyn və Seyid Niyaməddindən pulunu ala biləcəklərini demişlər. Təqsirləndirilən şəxs Seyid adlı şəxslə Niyaməddin Məmmədovla həmyerli olduqlarını, ondan pulunun alınıb verilməsi üçün 105000 manat ona ödənildikdən sonra onlara 25000 manat pul veməyini istəmişlər. Hüseyn və Seyid tez-tez onunla əlaqə saxlamış və Niyaməddindən pulun alınması üçün ciddi məşğul olduqlarını bildirmiş, hətta Niyaməddinin duz gölünün yanında olan iki otaqlı evini ona təklif etmişlər. O isə pulunu nağd şəkildə ödəməsini istəmişdir. Həmin müddətdə Türkiyədə əməliyyat olunmalı olduğundan Hüseyn və Seyidə özünə məxsus "MİTSUBİSHİ" markalı, ** CS *** nömrəli minik avtomobilini 24000 manata satmaq istədiyini bildirmişdir. Hüseyn həmin avtomobili həmin qiymətə satmaqda kömək edəcəyinə söz vermişdir. Baş Dövlət Yol Polis İdarəsinin yanındakı notariat kontorunda Hüseynə avtomobili satması üçün 1 ay müddətinə etibarnamə vermiş və elə orada da avtomobili Hüseyn və Seyidə təhvil vermişdir. Sonra özü müştəri tapdığını ona bildirib maşını geri qaytarmasını tələb etmiş, lakin Hüseyn avtomobili 17000 manata satıb Naxçıvana göndərdiyini bildirmişdir. Pulunu tələb edərkən Gürcüstandan avtomobil alıb gətirib satdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. 2017-ci ilin dekabr ayının 17-də Türkiyə Respublikasında əməliyyat olunacağını bildirmiş və təcili olaraq hər ikisindən pulunu qaytarmalarını tələb etmişdir. Pulu indi verə bilməyəcəklərini bildirmişlər. Hüseyn ona qızıllarını lombarda qoyub götürülən pulla əməliyyata getməyini, qayıtdıqdan sonra maşının pulunu verəcəklərini bildirmişdir. Onlarla razılaşaraq evdə olan 30000 manat dəyərində 14 adda qızıl-zinət əşyalarını götürüb onların dediyi Nizami rayonu, “Q.Qarayev” metrosunun yaxınlığında gül mağazasının arxasında yerləşən lombardın qarşısına gəlib onları Seyidə vermişdir. Bu zaman Hüseyn maşından düşüb Seyidlə birlikdə lombarda getmişlər. Yarım saatdan sonra lombarddan çıxıb ona 7000 manat verib Türkiyəyə getməyini, iki gündən sonra onlarda olan bahalı maşını satıb ona olan borcunu qaytaracaqlarını söyləmişlər. O, Türkiyəyə getmiş və 10 gün müalicə aldıqdan sonra Bakıya qayıtmışdır. Seyidlə əlaqə saxladıqda maşını satdıqlarını və 2-3 günə pulunu verəcəklərini bildirmişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək pulunu verməmişlər. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə şikayət etdikdən sonra ona məlum olmuşdur ki, Hüseyn qızıllarını özünün adına qoymuş və xx.xx.2018-ci il tarixdə lombardın xərcini ödəyərək 30000 manat dəyərində qızıl-zinət əşyalarını götürmüşdür. Onların ona qarşı dələduzluq hərəkətləri etməsi hər ikisinin “WhatsApp”da ona göndərdikləri səs yazıları təsdiq edir. Ona sonradan məlum olmuşdur ki, Hüseyn və X5 görüşmüş, "SHACMAN" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yerini öyrəndikdən sonra ona verdiyi etibarnamədən sui-istifadə edərək xx.xx.2017-ci il tarixdə X1. Hüseynə zəng eləyib pulunu istəmiş, demişdir ki, pulu yoxdur, hara istəyirsən şikayət elə. Onun şikayəti əsasında Hüseyn tutulmuşdur. Vəkili Nicat müəllim demişdir ki, Hüseyn söz verir, narahat olma Hüseyn pulu ödəyəcək, əgər ödəməsə özü gəlib təslim olacaq. Onun razılığı əsasında Hüseynin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Hüseyn demişdir ki, Naxçıvanda öz adına ev var, banka girov qoyub pulu qaytaracaq. Hüseyn Naxçıvana getmiş, oradan ona 1000 manat pul göndərmişdir. Sonra o, əməliyyata gedəndə Hüseyn 900 manat pul göndərmişdir. Sonra pulunun qalanını istəyəndə demişdir ki, hara istəyirsən şikayət elə, onu tutmayacaqlar. Onun yaşlı anası var, atası da müharibə iştirakçısı olub. Ona dəymiş ziyanın ödənilməsi barədə verdiyi ərizəni sonradan ləğv etdirmişdir. Hüseyndən qızıllarını və pulunu tələb edir. Onun köhnə qiymətlərlə lombarda qoyduğu 30000 manatlıq qızılın təzə qiymətlə pulunu versin. Dəymiş ziyandan 7000 və 1900 manat ödənilmişdir. Məhkəməyə təqdim etdiyi mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən atası X9 ilə birlikdə lombard fəaliyyəti ilə məşğul olurlar. Lombard atası Vəlinin adına qeydiyyata alınmış, lakin faktiki olaraq o da atası ilə birlikdə işləyir. Lombardın əsas filialı “Xalqlar Dostluğu” metrosunun çıxışında yerləşir. Həmçinin onlar 2017-ci ildə Qara Qarayev prospektində “Nəbz” klinikasının yaxınlığında obyekt icarəyə götürüb ikinci filial olaraq lombard fəaliyyəti göstərməyə başlamışlar. İkinci filial təxminən bir il fəaliyyət göstərmiş, həmin filialda Şahid3 adlı işçi fəaliyyət göstərmiş, həmçinin o özü də işlərə nəzarət etmişdir. 10 noyabr 2017-ci il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Qara Qarayev prospektində yerləşən ikinci filiala yaxınlaşaraq “MİTSUBİSHİ ASX” minik markalı, ** CS *** nömrəli avtomobili girov qoyub pul götürmək istədiyini bildirmişdir. O, da avtomobilə baxıb razılaşmış, sonra dəqiq xatırlamadığı notariusda həmin maşına dair onun adına etibarnamə verilmiş və onlar maşını Əhmədli qəsəbəsində “Fəridə” şadlıq sarayının yaxınlığında olan dayanacağa yerləşdirmişlər. Sonra isə lombardın ikinci filialına gələrək sənədləşmə aparıb Hüseynə 6000 manat pul vermişdir. 18 noyabr 2017-ci il tarixdə isə Hüseyn 6000 manatı faizi ilə birlikdə ödəyib maşını təhvil alıb getmişdir. 15 dekabr 2017-ci il tarixdə isə Hüseyn yenidən işlədiyi lombardın ikinci filialına yaxınlaşaraq qızıl əşyaları girov qoyub pul götürmək istədiyini bildirmişdir. Həmin zaman o lombardda olmamış, Hüseyni lombardın işçisi Gülnar qəbul etmişdir. Gülnar bu barədə ona deyəndə o da razılıq vermişdir. Sonra isə həmin günü Hüseyn lombarda qızıl əşyaları girov qoyaraq 8400 manat pul götürmüşdür. Daha sonra isə Hüseyn 24 fevral 2018-ci il tarixdə lombarda yaxınlaşaraq əlavə 500 manat da faiz ödəməklə 8400 manatı ödəyib girov qoyduğu bütün qızılları çıxardıb təhvil götürüb aparmışdır. Qızılları da lombardın işçisi Gülnar təhvil vermişdir. O, hazırda lombardın kompüter bazasında Hüseynin girov qoyduğu avtomobil və qızıllarla bağlı çıxarışları 5 vərəqdə, həmçinin nümunə olaraq lombardın bir ədəd girov biletinin surətini təqdim edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, girov qoyulan qızılların real dəyəri, çəkisi və əlamətləri barədə onda dəqiq məlumat yoxdur, uzun müddət keçdiyi üçün girov bileti onda qalmamışdır. Lakin 8400 manat kredit verildiyi üçün həmin dövrün qiymətlərinə görə deyə bilər ki, girov qoyulan qızılların çəkisi 150 qramdan artıq olmuşdur. Qızılların əlamətlərini isə Gülnar daha dəqiq deyə bilər. Hüseyn tərəfindən avtomobil ona təhvil verilərkən Hüseyn tək olmamış, lakin yanında konkret kim olduğunu xatırlamır. Maşını isə Hüseyn özü idarə etmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən noyabr ayında özünə avtomobil almaq istəmişdir. Həmin ərəfədə internet saytlarında “MİTSUBİSHİ ASX” minik markalı, ** CS *** nömrəli avtomobilin 20000 manata satılması barədə elanı görmüş və elanda olan nömrə ilə telefon əlaqəsi saxlamışdır. Avtomobili satan şəxs onunla danışıb bildirmişdir ki, əgər həmin avtomobili real olaraq nağd ödənişlə alsa, yekun olaraq ona 18500 manata sata bilər. Bu qiymət onu qane etdiyi üçün Naxçıvandan Bakıya gəlmiş və maşını satan şəxslə görüşmüşdür. Onlar iki nəfər olmuşlar. Onunla telefonda danışan şəxs saqqallı olmuş, adının Hüseyn olduğunu xatırlayır. Digər şəxsin isə adı səhv etmirsə Sadiq olmuş və onu Seyid deyə çağırmışlar. Onunla əsasən Hüseyn danışıq aparmışdır. O, maşına baxıb onu bəyənmiş və razılaşmışlar ki, Hüseyn ona baş etibarnamə verəcək, daha sonra o, maşını öz adına sənədləşdirəcək. Çünki o, qısa müddətlik Bakıya gəlmiş və gəldiyi gün də həftənin altıncı günü olmuş, o isə növbəti həftənin birinci günü Naxçıvanda işdə olmalı idi. Ona görə də maşınla bağlı alqı-satqı edə bilməmiş, baş etibarnamə ilə kifayətlənmişlər. Elə həmin günü, yəni 18 noyabr 2017-ci il tarixdə Bakı şəhərində dəqiq xatırlamadığı notariusda Hüseyn ya da onun hansısa adamı ona həmin maşınla bağlı etibarnamə vermişdir. Etibarnamənin bilavasitə Hüseyn və ya onun adamı tərəfindən verildiyini dəqiqliklə xatırlamır. Lakin o, etibarnaməni aldıqdan sonra elə notariusun qarşısında Hüseynə 18500 manat pulu təqdim etmişdir. Hüseyn həmin puldan 10000 manatı ona verib demişdir ki, Naxçıvanda yaşayan Azər adlı tanışlarına o, bu məbləğdə pul verməlidir, ona görə də o həmin 10000 manatı Hüseynin əvəzinə Naxçıvanda Azərlə görüşüb ona çatdırsın. O, etiraz etməyib pulu götürmüş və onlar ayrılmışlar. Səhəri günü İran yolu ilə avtomobili sürüb Naxçıvana aparmış və Naxçıvanda Hüseynin verdiyi əlaqə üzrə Azəri tapıb 10000 manatı ona təqdim etmişdir. Sonra o, Naxçıvanda avtomaşını öz adına rəsmiləşdirmək istəyəndə ona polisdən deyilmişdir ki, maşının mülkiyyətçisi maşının rəsmiləşdirilməsinə qadağa qoyulması barədə Bakıda aidiyyəti qurumda ərizə yazıb qoymuşdur. Buna görə də o, Hüseynlə əlaqə saxlamış, nə məsələ olduğunu soruşmuşdur. Hüseyn bildirmişdir ki, maşının mülkiyyətçisi olan qadın hazırda Türkiyədədir və bir həftəyə qayıdacaq, qayıdan kimi avtomaşınla bağlı məhdudiyyəti götürmək barədə ərizə yazıb verəcək. Həqiqətən də bir həftə sonra məhdudiyyət götürülmüş və o, 29 noyabr 2017-ci il tarixdə maşını öz adına sənədləşdirərək yeni nömrə almışdır. Həmin maşını 2021-ci il tarixdə aldığı qiymətə Elnur adlı şəxsə satmışdır. Bu barədə başqa məlumatı yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, maşının mülkiyyətçisi olan qadınla onun heç vaxt görüşü və danışığı olmamışdır. O, Hüseynlə danışıb pulu da ona verib maşını almışdır. Danışıq zamanı Sadiq Hüseynin yanında olmuş, lakin onunla Hüseyn danışmış və o da pulu Hüseynə vermişdir. Hüseyn və Sadiq həmin maşının nə üçün onlar tərəfindən satılmaları, mülkiyyətçi ilə onların nə kimi əlaqə və münasibətlərinin olması barədə o maraqlanmamış, heç onlar da heç nə deməmişlər. Hüseyn bildirmişdir ki, maşınla bağlı ona baş etibarnamə verə biləcəklər, o da başqa heç nəyi dərindən maraqlanmamışdır. Hüseyn və Sadiq adlı şəxslərin portal şəkillərini nəzərdən keçirtmiş, maşını aldığı şəxslər şəkillərdə olan Hüseyn və Sadiqdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən lombard fəaliyyəti ilə məşğul olur. Əvvəllər özü lombard işlətmiş, 2016-cı ilin dekabr ayından 2023-cü ilin fevral ayına qədər isə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Cəsur adlı şəxsin lombardında işçi kimi işləmişdir. Cəsurun lombardının iki filialı olmuşdur. Əsas filial “Xalqlar dostluğu” metrosu tərəfdə, ikinci filial isə “Qara Qarayev” metrosunun yaxınlığında Qara Qarayev prospektində “Nəbz” klinikasının yaxınlığında olmuşdur. İkinci filial təxminən bir il fəaliyyət göstərmiş, həmin filialda işçi kimi o işləmiş, Cəsur özü də işlərə nəzarət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona təqdim olunan Təqsirləndirilən şəxs və X7 fotolarını nəzərdən keçirdi. Hər iki şəxsi müştəri kimi tanımış, Hüseyn o işlədiyi lombardda bir neçə dəfə müştəri olmuş, Sadiqi isə bir neçə dəfə Hüseynin yanında görmüşdür. Yəni, Hüseyn bir neçə dəfə Sadiqlə lombarda gəlmiş, Sadiq isə onun müştərisi olmamışdır. Uzun illər keçməsinə baxmayaraq yadındadır ki, Hüseyn onun işlədiyi lombardın ikinci filialına, yəni Qara Qarayevdə yerləşən filiala “MİTSUBİSHİ ASX” minik markalı avtomobil girov qoyub pul götürmüş, sonra da pulu ödəyib avtomobili aparmışdır. Bildirir ki, uzun illər keçməsinə baxmayaraq təxminən yadındadır ki, Hüseyn bir dəfə işlədiyi lombarda qızıl girov qoymuş və sonra da pulu ödəyib qızılları girovdan çıxardıb aparmışdır. Lombardın təqdim etdiyi sənədlərdə qızılların girov qoyulma tarixi və digər detallar daha dəqiq yazılmış olar. Həmin zaman Hüseynin lombarda kiminlə gəlməsini xatırlamır. Hüseyn tərəfindən girov qoyulan qızılların real dəyəri, çəkisi və əlamətləri barədə məlumatlar uzun illər keçdiyi üçün onun dəqiq yadında deyil. Cinayət işinin materiallarında olan təqdim olunan tanımadığı bir qadının üzərində olan qızılların fotolarını nəzərdən keçirdi. Həmin qızıllardan 4-cü şəkildə qadının boynunda olan ən azı 45 qramdan çox çəkisi olan “Şopard” boyunbağını və 6-cı şəkildə olan keçmə qolbağı dəqiqliklə xatırlayır ki, girov kimi qəbul etmişdir. Həmin qızıllar ağır qramlı qızıllar olmuş və hər dəfə belə bir qızıl verilmədiyi üçün onun yadında qalmışdır. Digər fotolarda olan qızıllar isə sıradan qızıllardır ki, onları da girov kimi qəbul etmiş ola bilər, amma dəqiq xatırlamır. Fotolarda olan qadını xatırlamır. Qızıllar Hüseyn tərəfindən girov qoyulduğu üçün yalnız onun tərəfindən də girovdan çıxarılıb təhvil götürülmüşdür. Qızılların başqa şəxsə verilməsi mümkün deyil. Hüseyn qızılları girovdan çıxardarkən yanında kim olması onun dəqiq yadında deyil. Bildirir ki, lombard olaraq onlar qızılları lom qiymətinə qəbul etmiş, ona görə də qəbul edilən qızılların satış dəyərini və çəkisini dəqiq deyə bilməz. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - könüllü təqdim etmə və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Həsənova X8 Hüseyn İman oğlu və X7 ona göndərdikləri səsli mesajların əks olunduğu 1 ədəd CD diskini, Təqsirləndirilən şəxs və X11 tərəfindən lombarda qoyulmuş və sonradan özləri tərəfindən götürülərək ələ keçirilmiş qızıl-zinət əşyalarının əks olunduğu 12 ədəd fotoşəkli, 3 vərəq əmək kitabçasının surətini könüllü olaraq təqdim etmişdir. CD diskinə baxış zamanı məlum olmuşdur ki, diskdə 11 ədəd audiofayl vardır. Xidməti otaqda olan “HP” kompüterinin texniki imkanlarından istifadə etməklə Zərərçəkmiş şəxs iştirakı ilə hər bir fayl səsləndirilmişdir. Zərərçəkmiş şəxs fayllarda danışan şəxslərin hansının Təqsirləndirilən şəxs və ya Seyid adlı şəxs olmasını bildirmişdir. Səsləndirmə zamanı məlum olmuşdur ki, 1-ci faylda Təqsirləndirilən şəxs bildirir ki, “Bibican, Allah köməyi osun, Allah şəfasını versin. Biz sənə nə atmışıq, nə aldatmışıq. Onu sənə kim deyirsə səhv deyir. “Prosta” işlər belə gətirdi gorürsən biz o qədər sənin işlərinlə uğraşdıq, o boyda dalısıyca getdik, dalısıyca gəldik, sən nə dedin onu elədik, bir dediyini iki eləmədik, yəni ki, bizim burda nə günahımız var ki, sənə qurban?! Narahat olma, inşallah, Allahın izniylə noyabrın 20-si inşallah Bakıdayıq 21-i, 22-si görüşəcəyik sənlə”;2-ci faylda Təqsirləndirilən şəxs bildirir ki, “Bibi sənin başına dönüm, sənın qızılını sənin gözünün qabağında qoyduq lombarda, nə pul götürdük hamısını verdik sənə də Türkiyəyə müalicəyə gedəndə. Sənə demirəm ki, sənin qızılın getdi, batdı, filan oldu, behman oldu. Məndən kim ərizə şikayət eliyib? Mən heç kimin toyuğuna daş atmamışam. Allaha and olsun, o kimdisə səhv olubdu, səhv iş olub.”; 3-cü faylda Təqsirləndirilən şəxs bildirir ki, “ Salam ay bibi, axşamın xeyir, ne var, ne yox, kefin-halın necedi, neynirsen, nağayrırsan, işlər-güclər? Çox şükür bibi, çox şükür, min şükür Seyid çıxıbdı yanımdadı elə bir yerdəyik salam deyir sənə. Allah qoysa, inşallah ayın 20-si Bakıdayıq. Noyabrın 20-si Bakıdayıq, Allah qoysa yeni ili də bir yerdə keçirdəcəyik, sənin də nə məsələn var hamısını Allahın izniylə yoluna goyacayıq.»; 4-cü faylda “Seyid” adlı şəxs bildirir ki, “Bağışla ay bibi set kəsildi. Ə yox, yox! Düzələcək inşallah. İnşallah düzələcək amma bu şeylərə ehtiyac yoxdu da bibi. Ayıbdı, üz-göz olacayıq. Vallah öz xoduna işlərimiz gedirdə. Nədi, nə deyil hamısını həll eliyəcəyik. Belə eləməklə iş alınmır ki. Bibi başına dönüm sənin. Sən böyüksən axı bizdən. Belə eləmərsən axı. Biz sənı aldadıb eləməmişik.”; 5-ci faylda “Seyid” adlı şəxs bildirir ki, “Salam, salam bibi necəsən, sabıhın xeyir. Neynirsən, nə var nə yox, canın-başın? Yaxşılıqdı? Orayla neylədin ay bibi? Biz də işlərimizi düzəldirik yavaş-yavaş. Həll eliyəcəyik.”; 6-cı faylda “Seyid” adlı şəxs bildirir ki, “Yaxşı bibi oldu, canın sagolsun. Eybi yox! Qoy nəsə olacaqsa olsun, onsuz da olacağa çarə yoxdu, ama imkan vermək lazımıydı ki, biz bir balaca işlərimizi görək də, özümüzə gələk. Əlli min dərə problemlərimiz var, ora nəyə lazımsız şeydi ora aparıb vermisən. Nətəri qurtaracayıq ordan. Lap sənin pulunu qaytardıq verdik, qızılları ordan çıxardıq verdik, bunun sonrası var axı. Sonra o adam deyəcəkdi ki, gətirin mənə də hörmət eləyin. Yəni onun də əlindən qurtarmaq var da. Bizdə də ona hörmət eliyəcək pulumuz yoxdu. Oturub orda, ofisində... acın toxdan xəbərı yox, toxun acdan xəbəri yox. Olmaz axı belə. Bilmirəm də bibi, yenə də məsləhət sahibi sənsən. indi mən, nə bilim e, sənə bir söz deyə bilmlrəm. Özün bilərsən. Allah köməyin olsun.»; 7-ci faylda “Seyid” adlı şəxs bildirir ki, “Bilirəm e ay bibi, pislik eləmək fikrin yoxdu. Sən də pulunu tələb eləyirsən, haqqını tələb eləyirsən. Yalanlar oldu, telefonu götürməmək oldu. Burda başqa ölüm olmayıb, itim olmayıb ay bibi. Bizim də evdə balamız var da nəyə lazımdı ki. Sənin də evdə, yəni qohumların var, onların da uşaqları var, indi bizim uşaqlarımız biz gedək türməyə bizim uşaqlarımız yeim qalsın? Sən bu şeyə yol vermərsən axı, sən yaxşı insansan. Amma indi olur da, yalançılıq oldu bizdə də, telefonu götürməmək oldu, pulu düzəldə bilmədik, utandığımızdan telefonu götürmədik. Səhvliklərimiz oldu, mən boynuma alıram, ancaq bunu elə eləmək lazımdı ki, bizim də indi məsələn işlərimiz var da düzələcək, vallah çətinlik çəkirik. Qırıq-qırıq da olmuş olsa qızılı əsas ordan çıxardaq, qalanını da qırıq-qırıq həll eliyəcəyik da bibi, burda ölüm olmayıb, itim olmayıb, qurban olum sənə. Bunu belə eləmiyək da.”; 8-ci faylda “Seyid” adlı şəxs bildirir ki, “Əleykümə salam bibi, əleykümə salam. Necəsən, nə var, nə yox? Bibi sən deyirsən ki, çağıracaqlar ora pulunu da alacaqlar, qızılı da nəbilim maşını da dala qaytaracaqlar. Başa düşdüm, indi sən haqqını tələb eliyirsən. Sən burda başqa söz danışmırsan ki? İndi mən başa düşə bilmədim, bir şeyi başa düşə bilmədim ki, mən sənə açıq-aşkar deyirəm də, bizdə hələlik o imkan yoxdu verməyə, hələlik o imkan yoxdu. Ay bibi, qurban olum sənə, olmayandan sonra necə olacaq bu iş? Olmayandan sonra. Mənim elə bir satılası bir şeyim yox, evim yox, eşiyim yox, kiralarda qalan adamam mən. Mən nətəri gətirib o şeyi verəcəm sənə? Hə uzaqbaşı mənə bir-iki il iş verərlər gedib srokumu çəkib çıxaram. Onla da yara sağalmır da özün bilirsən. Amma bu məsələni, yəni həlli yolunu eləmək lazımdı da, nə düzəlirsə onu eləmək lazımdır. Biz birinci çalışıb-vuruşub qızılı çıxartmalıyıq, ondan da sonra yerdə qalan pulunu yavaş-yavaş ödəməliyik sənə. Oranın da haqq-hesabı nədi onlarla da söhbət eləyib yavaşyavaş ödəniş eləyərik qurğarıb gedər də. Burda nə-var ki, insan ölməyib, oğurluq olmayıb, indi münasibətimiz varıydı, iş görmək istədik alınmadı da qurban olum sənə.”; 9-cu faylda “Seyid” adlı şəxs bildirir ki, “Yaxşı bibi. Heç nə demə, eybi yox. Qoy tutsunlar bassınlar içəri bizi. Pulunu düzəldirik də yavaş-yavaş burda nolub ki, ölüm olmayıb, itim olmayıb. Sən də məni bağışla burda nolubdu ki, nə məsələdi ki?! Verəcəyik da. Yaxşı bibi, görək də Allah böyükdü, gün doğmadan nələr doğar. Yaxşı olar inşallah.»; 10-cu faylda “Seyid” adlı şəxs bildirir ki, “Hər dəfə danışanda deyirsən ki, aldatdız. Biz səni aldatmamışıq axı, işlərimiz tərs gətirdi deyə, indi müəyyən yalanlar oldu, mən demirəm yalan olmadı. Demirəm elə, əstağfrullah biz elə kristalıq yalan danışmırıq. Yalan oldu. İndi biz durub səni aldatmamışıq ki. İndi oldu işdə yalanlar oldu, axsaqlıqlar oldu, çətinliklər oldu deyə biz də məcbur qaldıq müəyyən şeyləri yalan danışdıq. İndi qızıl orda, pul da orda. İndi inşallah pulumuzu götürən kimi gedib qızıllarını çıxardıb verəcəyik, o pulunu da yavaş-yavaş ödəyəcəyik qurtarıb qurtarıb qedəcək da. Yəni bu dərəcəyə gətirib çıxarmağın nə mənası varıydı ki bunun? Mənasız bir şey idi”; 11-ci faylda Təqsirləndirilən şəxs bildirir ki, “Ə, 102-ə kimi zəng etmisən get et da neyniyim, ne qayirim? Get tutdur. Mən sənə dedim yoluna qoyacayıg, gozləmirsən yoluna qoyulmağa get tutdur. Sən ver polisə elə sənin verdiyin pulu mən verib polisə işimi həll eliyərəm. Get”. - AB№718208 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı “MİTSUBİSHİ ASX minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyi və üzərində sərəncam verməyi Təqsirləndirilən şəxs etibar etmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Təqsirləndirilən şəxs tərəfindən verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 2012-ci il buraxılışlı “MİTSUBİSHİ ASX” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ Şahid2 verilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Şahid2 tərəfindən verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 2012-ci il buraxılışlı “MİTSUBİSHİ ASX” minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüqüqu Şahid1 verilmişdir. - Şahid2 tərəfindən təqdim edilmiş Qara Qarayev prospekti 31 ünvanında yerləşən lombardın kompüter bazasında Təqsirləndirilən şəxs girov qoyduğu avtomobil və qızıllarla bağlı 5 vərəqədə olan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2017-ci il tarixdə 275552 kod altında girov qoyaraq 8400 manat pul götürmüş, 24 fevral 2018-ci il tarixdə isə həmin 8400 manat pulu 500 manat faizi ilə birlikdə lombarda ödəyərək girovunu təhvil almışdır. - sənədə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş X3 istifadəsində olan 050 358 58 08 saylı mobil nömrəyə 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 saylı nömrə ilə X3 istifadəsində olan 050 358 58 08 saylı nömrə arasında aşağıdakı mesajlar müəyyən edilmişdir: xx/xx/2017 14:04:26, **********83, **********08, Salam xaloglu menem hüseyin xx/xx/2017 14:04:36, **********83, **********08, Telefonuvu ac iwim var Bundan başqa baxış zamanı X7 istifadəsində olan 077 522 47 47 saylı nömrə ilə X3 istifadəsində olan 050 358 58 08 saylı nömrə arasında aşağıdakı mesajlar müəyyən edilmişdir: xx/xx/2017 20:16:12, **********47, **********08, Niyameddin bu telefona bir cvb ver gorek saat 8 oldu xx/xx/2017 20:16:54, **********47, **********08, Bu ne hereketdi 45 deyiqe deyirsen 2 saat oldu xx/xx/2017 15:34:39, **********08, **********47, Qardaş bir azdan zeg edeciyem Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 saylı nömrə ilə X3 istifadəsində olan 050 358 58 08 saylı nömrə arasında 15 oktyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixə kimi bir neçə dəfə danışıq olmuşdur. Həmçinin baxış zamanı məlum olmuşdur ki, X3 istifadəsində olan 050 358 58 08 saylı nömrə ilə X4 istifadəsində olan 055 794 84 85 saylı nömrə arasında 09 dekabr 2017ci il tarixdə 1 dəfə 269 saniyə müddətində və ********** saylı nömrə arasında 02 dekabr 2017-ci il tarixdə 1 dəfə 389 saniyə müddətində danışıq olmuşdur. - sənədə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 və X7 istifadəsində olan 077 522 47 47 saylı mobil nömrələrinə 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək daxil olan, həmin nömrədən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı X7 istifadəsində olan 077 522 47 47 saylı nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan 055 794 84 85 və 055 948 25 66 saylı nömrə arasında aşağıdakı mesajlar müəyyən edilmişdir: xx-xx-2017 11:29:58 1.1.**********85 1.1.**********47 Salam. Bilmirem meni niye pis veziyyetde qoydunuz. Seher acilandan menim evimde dava gedir. Qaytarsinlar masini xx-xx-2017 17:11:05 1.1.**********85 1.1.**********47 Sabah maşini qaytarsinlar. Pullarini satdiqiniz adama qaytarin xx-xx-2017 17:19:33 1.1.**********85 1.1.**********47 Niyameddin maşinlari sizemi verib xx-xx-2017 09:56:05 1.1.**********85 1.1.**********47 Salam. Niye adboy verirsen. Eger Huseyn gunortaya kimi gelmiyibse xx-xx-2017 09:56:12 1.1.**********85 1.1.**********47 men gedib maşini qaytardiram. xx-xx-2017 10:34:34 1.1.**********85 1.1.**********47 Seyid bir baxin eger Niyameddin adam tapibsa basqa adama dedirdek. Men gelim gedek ora xx-xx-2017 14:50:08 1.1.**********85 1.1.**********47 Men bu gun masini getirdirem xx-xx-2017 12:29:47 1.1.**********66 1.1.**********47 Salam. Men gedirem maşin ucun. Sizin niye bele etdiyinizi bilmedim. xx-xx-2017 12:29:48 1.1.**********66 1.1.**********47 .2 de QAi de olacam xx-xx-2017 12:39:11 1.1.**********66 1.1.**********47 Pislik istemirem. Men saat 4 de o pulu hesaba qoymaliyam banka xx-xx-2017 12:39:50 1.1.**********66 1.1.**********47 Bank 4 den sonra qebul etmir. Niye bu gun meni yolumdan etdiniz xx-xx-2017 12:40:32 1.1.**********66 1.1.**********47 Men indi gedirem. Maşinimi isteyirem xx-xx-2017 12:43:48 1.1.**********66 1.1.**********47 Men indi İstanbulda olmali idim.anam menim basimi kesir.siz ne danisirsi 10 dediniz axsam getiririk xx-xx-2017 12:44:19 1.1.**********66 1.1.**********47 Getirmediz. 4 de ucmali idim xx-xx-2017 12:45:09 1.1.**********66 1.1.**********47 İndi evden cixiram. Mene olan pislik oldu xx-xx-2017 13:43:11 1.1.**********66 1.1.**********47 Mene zeng et xx-xx-2017 14:20:31 1.1.**********66 1.1.**********47 Men bolmeye gedirem 24 e. Zeng edin xx-xx-2017 15:11:10 1.1.**********85 1.1.**********47 Men 24 cu bolmedeyyem xx-xx-2017 18:50:11 1.1.**********85 1.1.**********47 Seyid,hec biriniz cavab vermirsiz. Emim oqlu ile danişdim.sabaha ya xx-xx-2017 18:50:14 1.1.**********85 1.1.**********47 nina caqirdi.istetsiz siz dayandirin xx-xx-2017 18:51:01 1.1.**********85 1.1.**********47 Oz maşinimin satib,pulunu ala bilmemeyini de dedim xx-xx-2017 19:03:22 1.1.**********85 1.1.**********47 Maşini qaytarin xx-xx-2017 19:06:34 1.1.**********85 1.1.**********47 Emim oqlu sabah ne edecek bilmirem xx-xx-2017 19:31:14 1.1.**********85 1.1.**********47 Emim oqlu sizin nomrenizi isteyir. Verimmi? xx-xx-2017 12:56:42 1.1.**********85 1.1.**********47 Men bu adamin yanindayam. Mene pul vereceksizmi. Bu gun getmeliyem xx-xx-2017 13:02:25 1.1.**********85 1.1.**********47 Mene cavab verrr xx-xx-2017 13:04:12 1.1.**********85 1.1.**********47 Bere bilmirsizse bir defelik bunu da deyim xx-xx-2017 13:05:27 1.1.**********85 1.1.**********47 Huseyine de zeng vursun xx-xx-2017 14:20:35 1.1.**********85 1.1.**********47 Nomrenizi verim bacim oqlu gotursun sizden xx-xx-2017 14:21:23 1.1.**********85 1.1.**********47 Bu gun artiq a irinci gundur xx-xx-2017 14:22:33 1.1.**********85 1.1.**********47 Men banka catdira bilmerem xx-xx-2017 15:16:35 1.1.**********85 1.1.**********47 Seyid menimkiler maşini dala isteyir. Demişem ki pulu vermeyibler. xx-xx-2017 15:16:37 1.1.**********85 1.1.**********47 Her gun bir soz deyirler xx-xx-2017 15:20:15 1.1.**********85 1.1.**********47 Nomrenizi verim ozunuz danişin.deyin ki pulu vermemisik. Hec bir şey deye bilmirem xx-xx-2017 16:00:09 1.1.**********85 1.1.**********47 Baco oqlu gelib pulu sizden goturecek. Men adam yanina gedirem xx-xx-2018 17:32:51 1.1.**********66 1.1.**********47 Niye adboy verirsen Bir bu gun ve sabah vaxtimiz var. Men artiq vermisem. Gelin mehriban ayrilaq xx-xx-2018 17:34:43 1.1.**********66 1.1.**********47 Ozunuz bilin. Nece istersiz. Maşin 10 da axtariša verilir. Siz menden inciye bilmezsi. Men sizden incidiyim ucun bu addimi atdim xx-xx-2018 12:01:47 1.1.**********66 1.1.**********47 Meni caqiriblar. Men gedirem ora. Fikiriniz nedi? xx-xx-2018 12:26:15 1.1.**********66 1.1.**********47 Basa dusnedim?ne artiq eskik? Men indi bir soz deye bilmerem. xx-xx-2018 12:28:30 1.1.**********66 1.1.**********47 Bu qeder surundurmeyi pislik bilmirsiz xx-xx-2018 12:28:31 1.1.**********66 1.1.**********47 Bu qeder surundurmeyi pislik bilmirsiz xx-xx-2018 12:30:00 1.1.**********66 1.1.**********47 Nece gun idi niye cavab vermediz? Daha men bir soz deye bilmirem. Her defe bir yalan xx-xx-2018 19:49:05 1.1.**********66 1.1.**********47 Salam. Meni caqiriblar. Men gedirem. Qizil temaśina gore. Nece meslehetdi ele edin. Nece vaxtdi meni surundurursuz xx-xx-2018 10:13:09 1.1.**********66 1.1.**********47 Salam. Bir deqiqe cavab ver xx-xx-2018 17:32:38 1.1.**********66 1.1.**********47 Seyid,sen gelmedin. Men aciqina deyim ki demiśem ayin birine kimi siz mene soz vermisiz. 2 si artiq menlik deyil. Ayin 2 si artiq o adamliqdi xx-xx-2018 12:24:36 1.1.**********47 1.1.**********66 Fikirimiz senin pulunu vermey bibi artiq eskiy de daniwma ayibdi xx-xx-2018 12:27:36 1.1.**********47 1.1.**********66 De ancaq her weyin yolu yol xanasi var dunya malidi bizi cox incidirsen xx-xx-2018 12:27:55 1.1.**********47 1.1.**********66 Biz sene pis olmamiwiq Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 saylı nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan 055 794 84 85 və 055 948 25 66 saylı nömrə arasında aşağıdakı mesajlar müəyyən edilmişdir: xx-xx-2017 11:36:01 1.1.**********85 1.1.**********83 Salam. Niye cavab vermirsiz. Xahiş edirem belke maşin qayitsin xx-xx-2017 12:07:43 1.1.**********85 1.1.**********83 Sene qurban,anam yene soruşur harda qaldi pul,niye seni caqirmadilar? men cavab vere bilmirem xx-xx-2017 15:57:09 1.1.**********85 1.1.**********83 De qaytarsinlar maşini xx-xx-2017 17:08:17 1.1.**********85 1.1.**********83 Siz kime satmisiz,pulunu qaytarin. Maşini sabah getirsinler xx-xx-2017 17:18:35 1.1.**********85 1.1.**********83 Niyameddin maşinlsri sizemi verib xx-xx-2017 17:18:59 1.1.**********85 1.1.**********83 Mene niye cavab vermirsiz xx-xx-2018 10:19:55 1.1.**********66 1.1.**********83 Yeqin ki bu gun menden incimezsiz?. Nece vaxtdir men size inandim. Bu gun ozunuz bilersiz xx-xx-2018 10:21:15 1.1.**********66 1.1.**********83 Saat 1 de goruşmeliyik. Maşini dala almaliyam. xx-xx-2018 13:28:30 1.1.**********66 1.1.**********83 Daha gecdir. İndi meni aldadarsiz. Saq ol xx-xx-2018 13:28:58 1.1.**********66 1.1.**********83 Huseyin saat 4 de qaldi goruşumuz. Daha nece isteseniz ele de edin. xx-xx-2018 15:41:28 1.1.**********66 1.1.**********83 Men şamaxinkadayam. Gedirem. Caqiriblar. İncime daha xx-xx-2018 18:03:24 1.1.**********66 1.1.**********83 Birinci gun masin tapilacaq. Siz de cavab vereceksix xx-xx-2018 23:06:26 1.1.**********66 1.1.**********83 Men bu gun mene aid olanlari hell etdim. Birinci gun sizi caqiracaqlar xx-xx-2018 14:08:26 1.1.**********66 1.1.**********83 Niye cavab vermediz xx-xx-2018 14:09:05 1.1.**********66 1.1.**********83 Daha menlik deyil xx-xx-2018 14:30:22 1.1.**********66 1.1.**********83 Mašinimi isteyirem xx-xx-2018 18:40:37 1.1.**********85 1.1.**********83 Huseyin yene hemin yalan vedler. Ozunuz bilin. Özünüz hell edersiz xx-xx-2018 18:41:51 1.1.**********85 1.1.**********83 Daha menlik deyil Həmçinin baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 saylı nömrə ilə X7 istifadəsində olan 077 522 47 47 saylı nömrə 15 dekabr 2017-ci il tarixdə eyni vaxtda Nizami rayonu, Qara Qarayev prospektində anten dairəsinə düşmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan 070 271 83 83 saylı nömrə 23 fevral 2018-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospektində anten dairəsinə düşmüş, 24 fevral 2018-ci il tarixdə isə həmin nömrə Qazax rayonu ərazisində olmuşdur. - 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 8 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından dərhal azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Həsənova X8 Hüseyn İman oğlu və X7 ona göndərdikləri səsli mesajların əks olunduğu 1 ədəd “CD” disk, Təqsirləndirilən şəxs və X11 tərəfindən lombarda qoyulmuş və sonradan özləri tərəfindən götürülərək ələ keçirilmiş qızıl-zinət əşyalarının əks olunduğu 12 ədəd fotoşəkil, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31 ünvanında yerləşən lombardın kompüter bazasında Təqsirləndirilən şəxs girov qoyduğu avtomobil və qızıllarla bağlı 5 vərəqədə olan çıxarışlar, “Azercell” şirkətindən daxil olmuş X3 telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd “DVD” diski, "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs və X7 telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd “DVD” disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən hal-hazıradək yeddi ildən artıq müddət keçmişdir, bu müddətdə isə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən məhkəmə hökmünün nəticə hissəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalı; cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk, 12 ədəd fotoşəkil, Təqsirləndirilən şəxs girov qoyduğu avtomobil və qızıllarla bağlı 5 vərəqədə çıxarış, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “74. Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və mülki iddiaçıya dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 57 iş saatı müddətinə bərabər olmaqla, 15 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 90 manat (15x6) məbləğində, 42 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 462 manat (42x11) məbləğində, cəmi 552 (beş yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və mülki iddiaçıya dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk, 12 ədəd fotoşəkil, Təqsirləndirilən şəxs girov qoyduğu avtomobil və qızıllarla bağlı 5 vərəqədə çıxarış, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 57 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 552 (beş yüz əlli iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-349/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-349/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver